İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Oxu24.com-a verilən xəbərə görə, Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.Oktyabr ayının 18-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 485 qram olan narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.