UEFA FİFA-dan 42 suala cavab verməsini istəyib

UEFA FIFA-dan FIFA Sülh Mükafatı, amerikalı futbolçu Folarin Balogunun təxirə salınmış qırmızı vərəqə cəzası və FIFA Forward Enterprise (FFE) layihəsi ilə bağlı 42 suala cavab istəyib. FIFA prezidenti Canni İnfantinonun İsveçrənin Sürix şəhərində keçirilən FIFA Şurasının iclasında UEFA prezidenti Aleksander Çeferin də daxil olmaqla iştirakçıların növbəti iclasda cavablandırılması üçün suallarını yazılı şəkildə təqdim etmələri xahişindən sonra UEFA-nın baş katibi Teodor Teodoridis sualları məktubla FIFA həmkarı Mattias Qrafströmə göndərib."Biz rəsmi olaraq hər bir suala əsaslandırılmış yazılı cavabı bütün təsdiqedici sənədlərlə birlikdə 2 noyabr Bazar ertəsi gününə qədər tələb edirik. Bu suallara indi cavab verilməlidir. Onlar növbəti FIFA Şurasının iclasına təxirə salına bilməz. Gələcək idarəetmə islahatları artıq qəbul edilmiş qərarlara görə məsuliyyəti əvəz edə bilməz.",-deyə UEFA-nın məktubunda bildirilib.Nigar