Fransada iğtişaşlar zamanı 2,5 mindən çox adam saxlanılıb

Fransada oktyabrın 17-də kütləvi iğtişaşlar başlayandan bəri 2 513 nəfər saxlanılıb, onlardan 67-si həbs edilib.

Bu barədə Fransanın ədliyyə naziri Jerald Darmanen TF1 telekanalının efirində bildirib.

"2 513 saxlanılma, 67 nəfər həbs olunub", - nazir bildirib.

Limoj meriyası binasının yandırılmasını şərh edən Darmanen bildirib ki, yaxın vaxtlarda Fransanın Milli Antiterror Prokurorluğu insidentin araşdırılmasına qoşula bilər.