Stalinin qızının sevgisini rədd edən Serqo - Beriyanın oğlu sürgündə yaşayıb, Kiyevdə ölüb.Adətən, İosif Stalinin Moskva daxilində gedəcəyi yerlər ən azı bir gün əvvəlcədən planlaşdırılıb. Amma 25 avqust 1938-ci ildə sovet lideri bu “ənənə”ni pozub. Təxminən gecə saat 2-3 radələrində o, mühafizə rəisi Vlasikə göstəriş verib ki, maşını hazırlasınlar. Stalin xidməti avtomobilinə əyləşəndən sonra sürücü bağ evinə istiqamət alıb. Arxadan Stalinin yorğun səsi eşidilib:- Nikitski küçəsinə sür, Beriyanın yaşadığı evə.Həm sürücü, həm də mühafizəçilər üçün bu “marşrut” anlaşılmaz olsa da, maşın istiqamətini dəyişib.Cəmi üç gün əvvəl Gürcüstandan Moskvaya gələrək “NKVD”-yə birinci müavin təyin olunan Lavrenti Beriya üçün birinci şəxsin gecəyarısı onun yaşadığı evə təşrif buyurması gözlənilməz olub.General Vlasik öz xatirələrində həmin gecəni belə xatırlayıb: “Təlimata görə, əvvəlcə içəri mən keçdim. Beriya oyaq idi. Əvvəlcə Stalin otaqları gəzdi. Yataq otağının qapsının qarşısından keçəndə Beriyadan soruşdu:- Lavrenti, bu otaqda kimsə var?- Xeyr, yoldaş Stalin, mən evdə təkəm.Bu cavabdan sonra Stalin əyləşdi və növbəti dəfə üzünü Beriyaya tutdu:- Bəs ailən niyə evdə deyil?- Onlar Gürcüstanda qalıblar.- Deməli, belə, Lavrenti, sən onlara zəng vur, qoy hazırlaşsınlar. Mən göstəriş verəcəm, onları Moskvaya gətirsinlər.Sonra Stalin mənə göstəriş verdi:- Üç gün vaxtınız var, Beriyanın Gürcüstanda olan bütün canlılarını (məhz belə də ifadə etdi) Moskvaya gətirin.Beləliklə, biz üç gün ərzində Beriyanın həyat yoldaşının, lal-kar olan qayınanasının, oğlunun və iki pişiyinin Moskvaya köçməsini təmin etdik...”Ailənin Moskvaya köçməsi Beriyanın oğlu Serqonun da həyatını bütövlükdə dəyişib. Yeddinici sinifi Tiflisdə bitirən Serqo təhsilini Moskvada, “Kreml uşaqları”nın təhsil aldığı 175 nömrəli orta məktəbdə davam etdirib. Serqoya ilk sevgi etirafı da məhz bu məktəbdə edilib. Onu sevən ilk qız isə Stalinin qızı Svetlana olub.Diqqətindən heç nə yayınmayan Stalin öz bağ evinin kiçik qonaqlarının münasibətlərindən də xəbər tutub. Birincilərin uşaqları tez-tez bu bağ evində qonaq olublar. Svetlana ilə Serqonun münasibətləri nəzərə tez çarpıb. Kifayət qədər qapalı olan Svetlana öz hisslərini gizlədə bilməyib. Xüsusilə, məktəbin sonuncu sinfində oxuyanda bu özünü daha qabarıq biruzə verib. Stalinin yaxın ətrafında olanların qənaətinə görə, Svetlana ilə Serqonun münasibətlərini Stalin çox normal qarşılayıb. Hətta onların məktəbi bitirdikdən sonra ailə qurmaq məsələsi də aktual olub. Amma qarşı tərəf, Beriya bu qohumluqdan uzaq durub. Serqo Beriya “Lavrenti Beriya – mənim atam” kitabında bu haqda yazıb:“Dostluqdan başqa, mənim Svetlanaya qarşı heç bir hissim yox idi. Onun mənə olan münasibəti isə fərqli və daha ciddi idi. Mən bu haqda atamla söhbət etdim. Atam fikrini qısa və konkret bildirdi: “Uzaq dur” ...”Serqo atasının məsləhətinə qulaq asaraq Svetlana ilə münasibətlərini məhdudlaşdırıb. Bu soyuqluq Svetlananın diqqətindən yayınmayıb və hər şeyə dəqiqələr ərzində nail olan Stalinin qızı ona qarşı olan bu münasibəti çətinliklə həzm edib. Amma gərginlik bununla bitməyib. Serqo Svetlana ilə bir sinifdə oxuyan və onunla yaxın rəfiqəlik edən Marfaya, Maksim Qorkinin nəvəsinə vurulanda Stalinin qızı qəzəbini gizlədə bilməyib. O, rəfiqəsinə “mən Serqonu səndən əvvəl tanıyırdım, sən bu münasibətlərdə səhv etdin” deyərək ondan birdəfəlik üz döndərib. Serqo ilə Marfa isə “padşah” qızının narazılığına baxmayaraq ailə həyatı qurublar.Atasının nüfuz və imkanlarına baxmayaraq, Serqo təhsilə böyük maraq göstərib. Hələ orta məktəbdə oxuyarkən o, ingilis, alman və fransız dillərini mükəmməl öyrənib. Məktəbi bitirdikdən sonra Beriyanın təşəbbüsü ilə Serqo “NKVD”-nin mərkəzi radiotexnika laboratoriyasına işə düzəlib. Sonra üç aylıq kəşfiyyat kursunu keçib, daha sonra isə Leninqrad Hərbi Akademiyasında ali təhsil alıb. 1943-1945-ci illərdə Serqo Ali Baş Komandanın birbaşa göstərişi ilə bir neçə məxfi tapşırığı yerinə yetirib.Müharibədən sonra elmi yaradıcılığa daha çox üstünlük verən Serqo Beriya raketlərin idarə edilməsi ilə bağlı namizədlik və doktorluq işi müdafiə edərək elmi dərəcələr alıb. Hökumətin göstərişi ilə yeni raket sistemlərinin hazırlanmasında iştirak edən Serqo uğurlu kəşf və ixtiralarına görə “Lenin” ordeni ilə təltuf olunub, “Stalin” mükafatına layiq görülüb. Bir tərəfdən, öz bilik və bacarığı, digər tərəfdən atasının dəstəyi Serqo Beriyaya karyerasında uğurlar qazandırıb. Amma karyera pillələrrində sürətli yüksəlişə 1953-cü ildə birdəfəlik son qoyulub.Beriya həbs olunduqdan sonra Serqonu anası ilə birgə Moskva ətrafında yerləşən bağ evlərinin birində bir neçə gün konvoy altında saxlayıblar. Daha sonra ana və oğul 1954-cü ilin noyabr ayına qədər Lefortovo həbsxanasında təkadamlıq kameralarda saxlanılıb.Nəhayət, 1954-cü ilin noyabrın 27-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası Beriyanın ailə üzvləri haqqında qərar çıxarıb. Serqo Beriya elmlər doktoru titulundan, “Stalin” mükafatından, “Lenin” ordenindən və digər təltiflərdən məhrum edilib. Ailə Sverdlovska sürgünə göndərilib. Beriyanın həyat yoldaşına və oğluna Beriya soyadını daşımaq qadağan olunub. Belə əsaslandırılıb ki, bu soyad insanlarda qıcıq yaradıb. Yalnız Serqoya bir məsələdə güşəşt edilib ki, ona Sverdlovskda öz ixtisas sahəsi üzrə işləməyə icazə verilib. Serqo Beriya 1964-cü ilə qədər xüsusi nəzarət altında Sverdlovskda avtomatlaşdırma elmi istehsalat birliyində mühəndis vəzifəsində işləyib.10 illik sürgün həyatından sonra SSRİ-nin tanınmış elm xadimləri Mərkəzi Komitəyə müraciət edərək Beriya ailəsinin sürgündən azad olunmasını xahiş ediblər. Müraciətə müsbət cavab verilsə də, ailənin Moskvada yaşaması məqsədəuyğun sayılmayıb. Ana və oğul Ukraynanı seçərək Kiyevdə məskunlaşıblar. Serqo Beriya ömrünün sonuna qədər Kiyevdə yaşayıb, Ukrayna Elmlər Akademiyasında, materialşünaslıq problemləri institutunda çalışıb.Serqo Beriyaya bir neçə dəfə xarici ölkələrdən iş təklifi gəlsə də, o, bu təkliflərin hamısından imtina edib, SSRİ-də yaşamağa üstünlük verib.Ömrünün son illərində Serqo Beriya müəllifi olduğu kitablarla da məşhurlaşıb. Bu kitablarda o, atasına haqq qazandırmağa çalışıb. “Qadınlarla bağlı atamın ayağına çox günahlar yazıblar. Amma hansı kişi həyatında bir dəfə də olsun bu cür zəifliyə yol verməyib? Mən demirəm ki, atam günahsız olub. Amma onu günühlarda ittiham edən Xruşovun günahları ondan qat-qat çox olub” söyləyən Serqo Beriya bu cür fikirlərinə görə vaxtilə atasının məhv etdiyi insanların ailə üzvlərindən sərt tənqidlərə məruz qalıb.Serqo Beriya 2000-ci ildə, 76 yaşında vəfat edib. O, Kiyevdə, Baykovo qəbirstanlığında dəfn olunub.İlham Cəmiloğlu.
Bu gün
71 xəbər bu gün
Abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 20-də bir sıra rayon elektrik şəbəkələrində (EŞ) təmir işləri aparılacaq. Bu barədə…
“KARABAKH DISCOVER” layihəsi ilk dəfə Azıx mağarasının içərisindən görüntülər təqdim edib. Jurnalist, sənədli filmlər müəllifi Vəfa Həmzəyevanın “KARABAKH DISCOVER” layihəsi çərçivəsində hazırladığı ilk geniş reportaj… 30 yaşında başlayır, yuyunmaqla belə keçmir
Cəmiyyətdə tez-tez şəxsi gigiyena çatışmazlığı ilə əlaqələndirilən qocalıq qoxusunun əslində orqanizmdə baş verən bioloji dəyişikliklərdən qaynaqlandığı bildirilir. Bu proses təxminən 30 yaşından başlayır və qoxu daha… Ağciyər xərçənginin gizli səbəbi evinizdə ola bilər
Onkoloq Mikkael Sekeres bildirib ki, ağciyər xərçəngi heç vaxt siqaret çəkməyən insanlarda da inkişaf edə bilər.
Bakı. Trend: ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə üçtərəfli görüş keçirməyə hazır olduğunu bildirib. Tramp jurnalistin belə bir görüşə razılıq…
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə nüvə tərksilahı məsələlərini müzakirə etmək üçün üçtərəfli görüş keçirməyə hazır olduğunu bildirib. Yenicag.az-ın…
Fransiyadakı vəziyyət çox kədərlidir. Oradakı problemlər məktəblər və ya digər məsələlərlə deyil, məhz immiqrasiya ilə bağlıdır. Bunu ABŞ Prezidenti Donald Tramp bildirib. Mən Makrona sərhədləri bağlamalı olduğunu demişd
Çelyabinsk hava limanında ilin əvvəlindən bəri heyvan mənşəli məhsulların daşınması ilə bağlı 265 qayda pozuntusu aşkarlanıb. Müsadirə edilən məhsulların ümumi çəkisi təxminən 400 kiloqram olub. Məlumata görə, Ural…
Ermənistanın Kotayk vilayətində Rusiya vətəndaşının ölümü ilə bağlı araşdırma aparılır.
Türkiyəli müğənni və aktrisa Hülya Avşar daha seriallarda çəkilməyəcəyini açıqlayıb. Sənətçi sonuncu dəfə rol aldığı “Aynı yağmur altında” serialının yeddinci bölümdə başa çatmasından sonra bu qərarı verib. Hülya Avşar…
Bu gün Zəngilan şəhərinin işğaldan azad olunmasından 6 il ötür. Vətən müharibəsinin 24-cü günündə Zəngilan da azadlığına qovuşan şəhərlərdən biri oldu. Sfera.az xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6…
Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana gedib. Onun iranlı həmkarı Abbas Əraqçi, prezident Məsud Pezeşkianla görüşləri Moskvanın ABŞ ilə müharibədə İrana hansı dəstək verdiyinə dair suallar…
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 37,9 min ton ət idxal edib. Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu həcmdə ətin dəyəri 89,4 milyon ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm…
ABŞ-ın Florida ştatında məhkəmə Kubanın sabiq lideri Raul Kastronun həbsinə order verib. “NBC News”-un məlumatına görə, Raul Kastro 1996-cı ildə iki mülki təyyarənin vurulması və dörd nəfərin həlak olması ilə bağlı işdə…
Bu ilin səkkiz ayında Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 26 min 485 nikaha daxilolma və 13 min 278 boşanma halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) son statistik…
Канцлер Германии Фридрих Мерц заявил, что Россия стремится не только победить Украину, но и дестабилизировать политическую систему Европы, сообщает Bloomberg. По словам Мерца, Россия и...
Президент США Дональд Трамп заявил, что Париж скоро может стать мусульманским городом, поскольку французские власти не закрыли границы. По словам Трампа, он неоднократно обсуждал эту...
Əbdürrəhman Tumer
İvan Vıqovski
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad…
Məktəblərə repetitorluğa son qoyacaq yeni sistem gəlir
Azərbaycanda repetitor xidmətlərinin qiyməti artmaqda davam edir, bəzi müəllimlərin bir fənn üzrə aylıq hazırlıq haqqı yüzlərlə manata çatır. Bu isə övladını ali məktəbə hazırlaşdıran ailələrin büdcəsinə ciddi təsir… Bəzi rayonlarda işıq olmayacaq
Abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 20-də bir sıra rayon elektrik şəbəkələrində (EŞ) təmir işləri aparılacaq.
UEFA FİFA-dan bir sıra mübahisəli qərarlarla bağlı izahat verməyi tələb edib. Quruma sualları cavablandırması və müvafiq sənədləri təqdim etməsi üçün noyabrın 2-dək vaxt verilib. Bu barədə BBC Sport məlumat yayıb. Dərc o
Azərbaycanda alış-veriş zamanı alıcının ən çox eşitdiyi ifadələrdən biri Satılan mal geri qaytarılmır sözləridir. Bəzən bu xəbərdarlıq mağazanın divarından asılır, bəzən kassada səsləndirilir, bəzən də məhsul xarab…
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin sərhəd siyasətini sərtləşdirməyəcəyi və onun cinayətkar adlandırdığı şəxsləri ölkələrindən deportasiya etməyəcəyi təqdirdə Avropanı ağır gələcəyin gözlədiyini bildirib. Bu…
Abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 20-də bir sıra rayon elektrik şəbəkələrində (EŞ) təmir işləri aparılacaq.
Braziliyalı Edimar Roşa Martins yazışma yolu ilə aşiq olduğu qadınla görüşmək üçün bütün əmlakını satıb və 2100 min kilometrdən çox yol qət edib. Lakin onu acı məyusluq gözləyib: cazibədar Jessika Oliveyra süni intellekt…
Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət…
Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyası oktyabrın 21-də TRIPP (Tramp Marşrutu) layihəsi üzrə ABŞ ilə strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyası layihəsini müzakirə edəcək. Bu…
ABŞ-nin müdafiə naziri Pit Heqset Ukraynaya böyük partiya “Patriot” raketlərinin göndərilməsini hələ də təsdiqləməyib. “The Kyiv Independent” nəşrinin Ukrayna rəsmilərinə və hərbi mənbələrə istinadən məlumatına görə…
Özbəkistan və ABŞ ticarət, investisiya və texnoloji əməkdaşlıq sahəsində ümumi dəyəri 12 milyard dollar olan 54 saziş imzalayıb. Özbəkistan mediası xəbər verir ki, bu barədə ölkənin İnvestisiya, Sənaye və Ticarət…
Yaxın aylarda qlobal ərzaq inflyasiyasının sürətlənəcəyi və bu tendensiyanın 2027-ci ildə də davam edəcəyi gözlənilir. "Reuters" agentliyi bunu müharibələrin dəniz daşımalarında yaratdığı fasilələr və "El-Nino" iqlim…
Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinin Nova Vodolaha qəsəbəsində parka endirdiyi PUA zərbəsi nəticəsində ölənlərin sayı 6-ya çatıb. Bu barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov…
Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dini zəmində nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlarla bağlı cinayət işi üzrə istintaq davam etdirilir. Bu barədə Baş…
ABŞ-nin Kaliforniya ştatında dəniz suyunun temperaturunun yüksəlməsi tropik sularda yaşayan canlıların hərəkətliliyinə təsir göstərib. Sahillərdə zəhərli dəniz ilanlarının görünməsi müşahidə edilib. Xarici mediaya…
Şimali Koreya lideri Kim Çen İnın beyin qanaması keçirdiyi və komaya düşdüyü barədə iddialar yayılıb. Bu barədə Britaniyanın “The Sun” nəşri məlumat yayıb.Nəşrin yazdığına görə, sosial şəbəkələrdə yayılan iddialarda 42…
Fransada oktyabrın 17-də kütləvi iğtişaşlar başlayandan bəri 2 513 nəfər saxlanılıb, onlardan 67-si həbs edilib. Bu barədə Fransanın ədliyyə naziri Jerald Darmanen TF1 telekanalının efirində bildirib. "2 513 saxlanılma…
Президент США Дональд Трамп предложил переименовать штат Нью-Мексико в Нью-Америку. «Нью-Мексико следует немедленно сменить название на Нью-Америку. Мы – не Мексика, мы – Соединенные Штаты...
Администрация США продолжает делиться с украинскими властями разведывательной информацией. Об этом заявил президент США Дональд Трамп. «Да, мы предоставляем им разведданные. И знаете что? Мы...
20 октября 2020 года Первый вице-президент Азербайджанской Республики Мехрибан Алиева поделилась публикацией на своей официальной странице в Instagram. В публикации говорилось:
20 октября 2020 года Президент Азербайджанской Республики Ильхам Алиев обратился к народу. Day.Az со ссылкой на АЗЕРТАДЖ представляет обращение. Обращение Президента Ильхама Алиева - Дорогие соотечественники…
Vətən müharibəsi
Fəxrəddin Taşkaya
Abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 20-də bir sıra rayon elektrik şəbəkələrində (EŞ) təmir işləri aparılacaq. Bu barədə…