Sabah Astara rayonunun beş məntəqəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilib ki, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar oktyabrın 20-də saat 10:00-dan işlər yekunlaşanadək Astara rayonunun Ojakəran, Deqədi, Səlivə kəndlərinin, Ərçivan və Kijəbə qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə olacaq.