Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 21-də Özbəkistanın Səmərqənd şəhərində Zimbabve Respublikasının birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. Görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.