Ölkədə yolların təmirinə kim cavabdehdir və vətəndaşlar hara müraciət etməlidirlər?

Azərbaycanda yolların təmiri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərdən biri də konkret yolun hansı qurumun balansında olması və onun saxlanılmasına kimin cavabdehlik daşımasıdır. Çünki bütün avtomobil yolları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında deyil.