“SOCAR Türkiye” 1,6 milyard dollar cəlb edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti “SOCAR Türkiye” öhdəliklərinin yenidən maliyyələşdirilməsi (refinancing) sövdələşməsi çərçivəsində 1,6 milyard dollar cəlb edib. Sindikatlaşdırılmış maliyyələşdirmənin təşkilatçıları “First Abu Dhabi Bank” (FAB) və “Mizuho Bank” olub. Şirkətdən bildirilib ki, qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin davam etməsinə baxmayaraq, maliyyələşdirmə əlverişli şərtlərlə cəlb edilib. Beş il müddətinə nəzərdə tutulan sövdələşmə üzrə zamin SOCAR-dır.…