Sevginin bitdiyini göstərən ilk əlamət

Sevgi münasibətlərində hisslərin zəifləməsinin ilk əlamətlərindən biri emosional ünsiyyətin azalmasıdır. Psixoloq Con Qottmanın yanaşmasına görə, tərəflərin bir-birinin diqqət və yaxınlıq istəyinə laqeyd qalması münasibətdə uzaqlaşmanın göstəricisi ola bilər.