İƏT Azərbaycanla bağlı dörd qətnaməni yenidən qəbul edib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanla bağlı dörd qətnaməni yenidən qəbul edib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 17-18-də İraq Respublikasının paytaxtı Bağdad şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 52-ci sessiyası keçirilib.