Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

Oktyabrın 17-də və 18-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Day.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.