Misli Premyer Liqasının VIII turunun son oyununda "Kəpəz" və "Zirə" komandaları qarşılaşıblar. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Gəncə şəhər stadionunda keçirilən matçda hesabı 57-ci dəqiqədə ev sahiblərinin futbolçusu Blessinq Olabiran açıb.
"Zirə" məğlubiyyətdən oyunun son dəqiqəsində xilas olub. Belə ki, 89-cu dəqiqədə David Volkov başla dəqiq zərbə endirərək hesabı bərabərləşdirib.
Bu nəticədən sonra 12 xalı olan "Zirə" turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. 11 xal toplayan "Kəpəz" isə yeddinci sıradadır.
Misli Premyer Liqasında 8-ci turun daha bir oyunu keçirilib.
Günün ilk matçında "Turan Tovuz" "İmişli"nin qonağı olub.
Yevlax şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Dioqo Rollo vurub.
Qələbə sayəsində xallarının sayını 7-yə çatdıran "İmişli" doqquzuncu pillədə qərarlaşıb. Tovuz təmsilçisi 14 xalla dördüncü sıradadır.
Turun sonuncu matçında "Kəpəz" "Zirə"ni qəbul edəcək.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" "Araz-Naxçıvan"ı (2:1), "Sabah" - "Qəbələ"ni (4:0) məğlub edib. "Qarabağ" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 3:3.
Misli Premyer Liqasında 8-ci tura bu gün yekun vurulacaq.
Turun son oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-da start götürəcək. Qonaq komanda hazırda 14 xalla dördüncü pillədə qərarlaşıb. Meydan sahibləri 4 xalla doqquzuncu sıradadırlar.
Digər qarşılaşmada isə "Kəpəz" doğma azarkeşlər önündə "Zirə"ni qəbul edəcək. Bu oyun saat 18:30-da başlayacaq. Gəncə təmsilçisi 10 xalla yeddinci, Bakı klubu 11 xalla altıncı yerdədir.
Misli Premyer Liqası
I dövrə, VIII tur
18 oktyabr
15:00. "İmişli" - "Turan Tovuz";
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Yevlax şəhər stadionu.
18:30. "Kəpəz" - "Zirə";
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev.
VAR: Rauf Cabarov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Gəncə şəhər stadionu.