Azərbaycan-Türkiyə münasibətlərinin son həftələrdə üzləşdiyi gərginlik təkcə iki ölkənin siyasi dairələri və media məkanı üçün deyil, illərdir bu qardaşlığın təbliği ilə məşğul olan ziyalılar, ictimai təşkilatlar və diaspor nümayəndələri üçün də ciddi sınağa çevrilib.Bu proses bir həqiqəti yenidən gündəmə gətirir: Azərbaycanı sevdiyini söyləmək başqa, onun maraqları mübahisə predmetinə çevriləndə açıq mövqe ortaya qoymaq tamam başqa məsələdir.Bu baxımdan Türkiyədə nüfuz sahibi olan azərbaycanlılardan, o cümlədən Azərbaycanı yaxşı tanıyan, azərbaycanlıların düşüncə tərzinə və xarakterinə bələd olan türk qardaşlarımızdan gözləntilər daha çoxdur. Bu, həm də hər iki ölkə ziyalılarının tarixi missiyasının “sınaq testi”dir.Qardaşlığı müdafiə üçün əvvəlcə həqiqəti söyləmək lazımdır..Kampaniyanın ilk dalğasında təhrif edilmiş faktlar və yaxud tamamilə uydurma məlumatlar sürətlə dövriyyəyə buraxılır, sosial şəbəkələrin Azərbaycan seqmentində hansısa profildən “ictimailəşir” və ən qısa müddətdə Türkiyə seqmentində böyük qruplara necəsə yol tapır və yayılırdı. Məsələn, bir “profil” anası və bacısının hicablı olduğu üçün Bakıda avtobusdan düşürüldüyü və yolda qaldıqlarını yazır, bir neçə saniyədən sonra bu statusun skrini Türkiyə seqmentində ildırım sürəti ilə paylaşılır. Nəticədə Türkiyədə inanclı kəsimin aqressiyası düşünülmüş şəkildə Azərbaycana qarşı manipulyasiya edilir..Və yaxud: Türkiyədə elə təqdim edilir ki, guya, Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxış edərkən müsəlman və türk ölkələrindən yalnız və yalnız Azərbaycanın nümayəndə heyəti zalda qalır; üstəlik, “zalda oturmaq” Netanyahunun bütün dediklərini dəstəkləmək kimi “izah” edilir.İsrail baş nazirinin çıxışı zamanı Fələstinin ərəb qardaşları - BƏƏ, Bəhreyn və Mərakeşin nümayəndə heyətinin zalda olması, bu ölkələrin İbrahim Sazişinə qoşulmaları nədənsə “yaddan çıxır”...Bu kampaniya qarşısında reallığı kimsə dilə gətirmir, demir ki:1) “Papadan daha artıq katolik olmaq” yaxşı heç nə vəd etmir; 2) Fələstin həmişə Ermənistanı müdafiə edib, Azərbaycan ərazilərinin işğalına haqq qazandırıb; 3) Fələstində təlim keçən erməni terror qrupları Bakıda metronu partladıb, Xocalıda qətliam həyata keçirib; 4) Buna baxmayaraq, Azərbaycan Fələstin məsələsində İƏT üzvü kimi davranır; 5) İki ərəb ölkəsi qondarma “erməni soyqırımı”nı tanıyır, ancaq cəmi 3 ay əvvəl İsrail Knessetinə təqdim edilən “tanınma layihəsi” məhz Azərbaycanın müdaxiləsi ilə gündəmdən çıxarıldı..Bu və digər həqiqətlər, faktlar, Azərbaycanın xarici siyasətinin Türk dünyası və elə Türkiyənin özü üçün müsbət çalarlarını anlamaq və anlatmaq əvəzinə yalan və böhtan o qədər sürətlə yayılırdı ki, təkzibləri vaxtında çatdırmaq belə mümkün deyildi.Bu prosesdə “güdükdə dayanan”, məqam və fürsət gözləyən şəxslərin necə təşkilatlanmış formada hərəkətə keçməsi də bir ayrı araşdırmanın mövzusudur. Ən ciddi tədqiq edilməli məqam isə Azərbaycanı və Türkiyəni sevənlərin əksəriyyətinin belə manipulyasiya edilməsi, hisslərinə təslim olması və bütün sərhədləri aşa bilməyə qədər özlərinə nəzarəti itirmələri idi.Proses yalnız əndazəni aşandan sonra əks-təsir işə düşdü: Azərbaycan dövlətinin daxili və xarici siyasətinə müdaxilənin yolverilməzliyi və qardaş ölkənin suverenliyinə vurğu, nəhayət, tanınmış türk blogerlərin də əsas ritorikasına çevrildi. MHP başqanı Dövlət Baxçalının 14 oktyabrdakı məşhur açıqlamasından sonra isə millətçi kəsimin bütün platformalarda qeyri-adi dərəcədə aktivləşdiyi müşahidə olundu.Türkiyədə yaşayan azərbaycanlı alim, professor, "Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu"nun (TADİV) rəhbəri olan Aygün Attarın oktyabrın 15-də və 17-də yayımlanan məqalələri də diqqətəlayiqdir. O, həmçinin iki ölkənin ziyalılarının iştirakı ilə ortaq "Qardaşlıq Bəyannaməsi"nin hazırlanmasını təklif edib ki, bu istiqamətdə ilk bəyanat da Kayseri şəhərində Türk Dünyası Şair və Yazarlarının II TALAŞ Toplantısında qəbul edildi. Xalq şairi Sabir Rüstəmxanlının təşəbbüsü ilə türk yazarlar Türkiyə və Azərbaycan qardaşlığına yaraşmayan qarayaxmaların dərhal dayanmasını tələb etdilər.İctimai şəkildə yüksək səslə elan edilə biləcək bizə və diaspora aid başqa nümunə yoxdur. Olan nümunələr isə Baxçalını izləyir.Türkiyədə illərdir Azərbaycan adına tədbirlər keçirən, müxtəlif platformalarda qardaşlıq mesajları verən, dövlətlərarası dostluq münasibətlərinin təbliğində iştirak edən çoxsaylı ictimai xadim, təşkilat və ziyalı var. Onlar bu görginlik vaxtı hansı mövqedə idilər?Heç kimdən Azərbaycan hökumətinin bütün qərarlarını müdafiə etmək tələb oluna bilməz. Lakin Azərbaycan dövlətinə və xalqına yönəlmiş təhqirlər qarşısında prinsipial mövqe ortaya qoymaqla hansısa siyasi qərarı dəstəkləmək tamamilə fərqli məsələlərdir.Əgər bir ictimai xadim illər boyu Azərbaycan və Türkiyə qardaşlığının təbliğini öz fəaliyyətinin əsas istiqaməti kimi təqdim edirsə, münasibətlərdə böhran yarananda onun üzərinə əlavə mənəvi məsuliyyət düşür.Qardaşlıq yalnız bayramlarda səsləndirilən sağlıq, təbrik, konfranslarda söylənilən nitq, sosial şəbəkələrdə paylaşılan iki bayraq şəkli ola bilməz. Qardaşlığın əsl mahiyyəti münasibətlər çətin sınaqdan keçəndə üzə çıxır.Bu mənada indiyədək ictimai mövqe ortaya qoymayan şəxslərə ünvanlanmalı suallar var:Niyə Azərbaycanla bağlı əsassız iddialar, yalanlar, böhtanlar yayılanda onları faktlarla təkzib etməyə çalışmırsınız?Niyə iki ölkə ictimaiyyəti arasında qarşılıqlı etimadın zəifləməsinə səbəb olan ritorikanın önünü almırsınız?Niyə uzun illər ərzində formalaşdırdığınız əlaqələrdən gərginliyi azaltmaq, düzgün məlumat yaymaq və ictimai dialoqu qorumaq üçün istifadə etmirsiniz?Əlbəttə, bəzi şəxslərin səssiz diplomatiya apardığı, qapalı görüşlərdə və ya şəxsi əlaqələr vasitəsilə məsələnin həllinə çalışdığı istisna edilmir. Ona görə də ictimai susqunluğu avtomatik olaraq fəaliyyətsizlik və ya günah kimi təqdim etmək doğru olmaz. Ancaq ictimai nüfuzdan istifadə etmək imkanı olan şəxslərin böhran dövründə nə etdiklərini cəmiyyətə izah etmələri tamamilə legitim gözləntidir.Susqunluğun da siyasi və mənəvi nəticələri varİnformasiya müharibələrinin və sosial şəbəkələrin ictimai rəyi sürətlə formalaşdırdığı müasir dövrdə susmaq, necə deyirlər, artıq “qızıl” deyil.Bir tərəfdə davamlı ittihamlar, emosional çıxışlar və təhqirlər səsləndirilirsə, digər tərəfdə isə əsaslandırılmış mövqe və faktlara söykənən cavablar kifayət qədər görünmürsə, informasiya mühitində birtərəfli təsəvvür formalaşa bilər.Bu, təkcə dövlət qurumlarının problemi deyil.Xüsusilə Türkiyədə yaşayan, bu ölkənin akademik, siyasi və media mühitini yaxından tanıyan azərbaycanlı ziyalıların imkanları fərqlidir. Onlar Türkiyə auditoriyasına Azərbaycan dövlətinin həssaslıqlarını, suverenlik anlayışını, regional siyasətinin məntiqini daha anlaşıqlı şəkildə çatdıra bilərlər.Bu missiya yalnız vətənpərvərlik məsələsi deyil, həm də ictimai məsuliyyətdir.Azərbaycanın dövlət qurumları sentyabrın sonundan etibarən Türkiyə media məkanındakı bəzi paylaşımlarla bağlı narahatlıqlarını açıq ifadə ediblər. Sonrakı həftələrdə Türkiyədəki ayrı-ayrı siyasətçilərin bəyanatları da müzakirələri genişləndirib. Belə bir şəraitdə illərdir iki ölkə arasında ictimai əlaqələr qurmaqla məşğul olan təsisatların daha fəal görünməsi gözləniləndir.Azərbaycanı sevmək onun müstəqil iradəsinə hörmət etməkdir..Bu müzakirədə unudulmamalı fundamental bir prinsip var: Azərbaycan müstəqil dövlətdir.Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi onun bütün xarici və daxili siyasi qərarlarının Ankara ilə eyniləşdirilməsi demək deyil. Eyni şəkildə, Türkiyənin də öz milli maraqları, siyasi prioritetləri və cəmiyyətinin həssaslıqları mövcuddur.Strateji müttəfiqlik bu fərqliliklərin yox olması deyil, onların qarşılıqlı hörmət əsasında uzlaşdırılmasıdır.Məhz buna görə Azərbaycanı müdafiə etmək Türkiyəyə qarşı çıxmaq anlamına gəlməməlidir. Türkiyəni sevmək də Azərbaycanın suveren qərarlarını şübhə altına almaq hüququ vermir.Əsl qardaşlıq münasibətlərində tənqid mümkündür, hətta bəzən zəruridir. Ancaq tənqidlə təhqir, fikir ayrılığı ilə siyasi təzyiq, ictimai narazılıqla bütöv bir xalqın hədəfə alınması arasında aydın sərhəd olmalıdır. Bu sərhədi qorumaq həm siyasətçilərin, həm medianın, həm də ziyalıların vəzifəsidir.İndi söz yox, mövqe və təşəbbüs zamanıdırİki ölkənin akademik dairələri, jurnalist təşkilatları, diaspor strukturları və ictimai institutları arasında davamlı dialoq mexanizmlərinin yaradılması, dezinformasiyaya qarşı birgə faktoloji iş aparılması və həssas mövzularda qarşılıqlı izah imkanlarının genişləndirilməsi daha praktik nəticələr verə bilər.Ən əsası, Azərbaycan–Türkiyə münasibətlərinin müdafiəsi yalnız dövlət başçılarının və diplomatik qurumların üzərinə qoyulmamalıdır. İllərdir bu münasibətlər sayəsində ictimai nüfuz qazanan, dostluq və qardaşlıq platformalarında təmsil olunan şəxslərin də konkret məsuliyyəti var.Bu məsuliyyətin ölçüsü onların nə qədər gurultulu bəyanat səsləndirməsi deyil, münasibətlərin qorunmasına nə dərəcədə real töhfə verməsidir.
Bu gün
2167 xəbər bu gün
Məşhur müğənnini 10 il həbs gözləyirTürkiyənin tanınmış müğənnisi İlyas Yalçıntaş narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.Ankara Baş Prokurorluğu tərəfindən…
США возобновили передачу Украине важной разведывательной информации после кратковременной паузы. Как передает Day.Az, об этом заявил президент Украины Володимир Зеленский в интервью программе Meet the Press на телеканале…
İtaliyanın Milan şəhərində təxminən 2 000 gəncin iştirakı ilə baş verən iğtişaşlar zamanı kafedral kilsəyə aparan küçəyə ziyan dəyib.
ABŞ Hərbi Hava Qüvvələrinin hərbçisi Texas ştatının San-Antonio şəhərində futbol matçından əvvəl keçirilən nümayiş zamanı hündürlükdən yıxılaraq həyatını itirib.
Berlində
Buçe Buse Kahraman
Fransa Prezidenti
Bakının Xətai rayonunun bir hissəsində 2 saatdan artıqdır elektrik enerjisinin verilməsi dayandırılıb. Axar.az-a istinadən, bu barədə rayon sakinləri məlumat veriblər. Bildirilib ki, Vung Tau küçəsindən başlayaraq, Gəncə…
Bakı-qazax yolunda avtoqəza baş verib. Teleqraf-a istinadən, hadisə magistralın Ağdaşın Əmirarx kəndi yaxınlığından keçən hissəsində baş verib. Yük maşını idarəetmədən çıxaraq magistral yolun kənarındakı nişanla…
ABŞ dövlət katibi Marko Rubio bazar günü axşam Özbəkistana gedib. Yenicag.az xəbər cerir ki, bu barədə “Gazeta.uz”a istinadən xəbər verir. Dövlət katibini Səmərqənd hava limanında Özbəkistan Prezident Administrasiyasının…
Misli Premyer Liqasının VIII turunun bağlanış oyununda “Kəpəz” “Zirə” ilə qarşılaşıb. Gəncə stadionunda baş tutan matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı ev sahiblərindən 57-ci dəqiqədə…
"Almaniya üçün Alternativ" (AfD) Partiyasının 66 yaşlı üzvü Andreas Blum sənədini doldurarkən səhv etdiyinə görə Aşağı Saksoniyadakı Kloppenburq şəhər şurasındakı vəzifəsindən imtina edib. Bu barədə "Bild" qəzeti yazıb…
Almaniyada Müsəlman Birliyi Hərəkatının (MBH) fəalları tərəfindən keçirilən aksiya təşkilatçıların əsl siyasi məqsədləri ilə bağlı ciddi suallar doğurur. Azərbaycan himninin səsləndirilməsi, üçrəngli bayrağımızın…
Oktyabrın 19-dan 21-dək Nizami rayonunun bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq. Bu barədə İri Şəhərlərin Su Təchiz...
Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...
Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...
İsrail Türkiyə ilə birbaşa hərbi qarşıdurmadan qaçmağa çalışır. Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu açıqlama verib. “Ümid edirəm ki, Türkiyə ilə birbaşa toqquşmaya girmərik. Ən azı bunun qarşısını almağa…
Oktyabrın 19-dan 21-dək Nizami rayonunun bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq. Bu barədə İri Şəhərlərin Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, fasilə su və tullantı sularının axıdılması…
Çinin Tyansuy şəhərində uşaq bağçasının keçmiş direktoru uşaqların qurğuşunla zəhərlənməsinə görə ömürlük həbsə məhkum edilib. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. İstintaqın məlumatına görə, bağçanın…
İstanbulda keçirilən konsert zamanı faciə yaşanıb.Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Unreal x Jeton”un İstanbul Konqres Mərkəzində ötən gün baş tutan konsertində üç nəfərin halı pisləşib.Belə ki, gecə…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Türkiyə Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. "Dost və qardaş Azərbaycanın…
Oktyabrın 19-dan 21-dək Nizami rayonunun bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq. Bu barədə İri Şəhərlərin Su Təchizatı Xidməti məlumat yayıb.Bildirilib ki, fasilə su və tullantı sularının axıdılması…
Ukraynada hərbi vəziyyət şəraitində prezident seçkiləri keçirilərsə, mütləq iştirak edəcəm. Bunu “NBC News”a açıqlaması zamanı Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.Zelenskinin sözlərinə görə, Rusiyanın təcavüzü…
Nar şirəsi əvəzinə bütöv nar dənələri yemək daha yaxşı seçim ola bilər. Çünki dənələrin tərkibində şəkərin sorulmasını ləngidən lif var. Narın mütəmadi istifadəsi qaraciyərin sağlamlığına müsbət təsir göstərə, iltihabı…
Ukrayna Prezidenti Volodimir Zelenski Dobropolye, Konstantinovka, Alekseyevo-Drujkovka, Orexov, Novopavlovka, Novoandreyevka və Velikomixaylovkanın Ukraynanın nəzarətində olduğunu açıqlayıb. O, bu barədə...
İstanbulda keçirilən konsert zamanı faciə yaşanıb. Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Unreal x Jeton”un İstanbul Konqres Mərkəzində ötən gün baş tutan konsertində üç nəfərin halı... Biləsuvarda ağır qəzanın səbəbi arılar olub? - Yaxınlarının iddiası
Ötən gün Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının baş vermə səbəbi ilə bağlı yeni məlumat yayılıb. Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var - FOTO
Naxçıvanda zəncirvari yol qəzası olub. “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz”-FOTO+ÖZƏL
“Əslində arzularım çoxdur. Hamısı daxildədir. Hələ ki, aşkara çıxarmaq istəmirəm. Bir az özümə gəlib, ayağa qalxım və o arzularımı həyata keçirəcəm. Demək olar ki, bir çox arzuma çatmışam. Mənim tələbələrim hər yerdə… Okeanın o tayını silkələyən casusluq əməliyyatı – Rəhbərliyin otağına gizli şəkildə...
ABŞ-nin San-Fransisko şəhərində dünyanın ən məşhur süni intellekt şirkətlərindən birinin rəhbərliyinin iclas otağında gizli dinləmə cihazı aşkarlanıb. Hadisə OpenAI şirkətində baş verib və Federal Təhqiqat Bürosu (FTB)… ABŞ mümkün Starlink məhdudiyyətləri ilə bağlı Aİ-ni dağıdıcı cavabla hədələdi
Avropa İttifaqı Starlink də daxil olmaqla, Amerika texnologiya şirkətlərinə qarşı proteksionist tədbirlər tətbiq edərsə, ABŞ-nin sarsıdıcı cavabı ilə üzləşəcək. Bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti… "Milan" "Atalanta"nı məğlub etdi
İtaliya A Seriyasının VII turunda "Milan" doğma meydanda "Atalanta"nı 3:2 hesabı ilə məğlub edib. "San-Siro" stadionunda keçirilən görüşü Daniele Kiffinin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Oyunun 13-cü…
Bakı. Trend: Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb. Yarışın ikinci günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar. Südabə Ağayeva…
Səudiyyə Ərəbistanı ilə Yəməndəki husilər arasında hərbi əməliyyatlar intensivləşib. Tərəflər qarşılıqlı zərbələr endirir, münaqişənin yaxın zamanda danışıqlar yolu ilə həll olunacağı gözlənilmir.
ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən kütləvi etirazlara münasibət bildirib və ölkə hakimiyyətini sərhədləri bağlamağa çağırıb.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb.
18 октября 1991 года Верховный Совет Азербайджанской Республики принял Конституционный акт о государственной независимости, закрепив правопреемственность современного Азербайджана по отношению к Азербайджанской…
Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...