Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirildi

Avropa boyunca ardıcıl keçirilən təşəbbüs Azərbaycanın mina problemi barədə beynəlxalq ictimaiyyətə ünvanlanan davamlı humanitar çağırışa çevrilib. Ermənistan və Azərbaycan arasında müharibə başa çatsa da, işğal dövründə basdırılmış minaların dinc əhali üçün yaratdığı təhlükə davam edir və hər yeni mina qurbanı bu humanitar problem daha da aktuallaşdırır. Kampaniya çərçivəsində indiyədək oktyabrın 5-də İsveçrənin Cenevrə, 7-də Çexiyanın Brno, 9-da Sloveniyanın Lyublyana, 11-də Bosniya və Herseqovinanın Sarayevo, 13-də Xorvatiyanın Zaqreb, 15-də Avstriyanın Salzburq şəhə