Azərbaycanda dövlət xətti ilə işə düzəldilən gənclərin sayı 32 faiz artıb

Azərbaycanda Dövlət Məşğulluq Agentliyinin yerli qurumları vasitəsilə işlə təmin olunan gənclərin sayı 2025-ci ildə əhəmiyyətli dərəcədə yüksəlib. Banker.az saytının verdiyi məlumata görə, ötən il Agentliyin yerli qurumları tərəfindən 15–29 yaş arasında olan 72 599 gənc işə düzəldilib. Bu göstərici 2024-cü illə müqayisədə 17 536 nəfər və ya 31,8 faiz çoxdur. Əvvəlki ildə həmin qurumlar vasitəsilə…