ABŞ Prezidenti Donald Tramp qeyri-adi dərəcədə yüksək sürət yığa bilən naməlum uçan obyektləri gördüklərini iddia edən amerikalı hərbi pilotlarla şəxsən söhbət etdiyini bildirib.
"Report" xəbər verir ki, Amerika lideri bu barədə "Newsmax" telekanalına müsahibəsində danışıb.
"Mən belə şeylərə o qədər də inanmırdım. Mənim ancaq bu barədə danışan dostlarım var. Amma dəqiq bilirəm ki, biz olduqca qəribə şeylər görürük"…