Kürdəmirdə iki yük maşınının iştirakı ilə ağır qəza olub, bir nəfər ölüb

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü İmişli rayon sakini Əliyev Mahmudun sükanı arasında olduğu "Isuzu" markalı yük maşını yol kənarında dayanmış "Mercedes" markalı yük maşınına çırpılıb…

Xəbərin davamı: report.az