Oktyabrın 9-na olan vəziyyətə görə ABŞ-də kommersiya neft ehtiyatları həftə ərzində 8,6 milyon barel azalaraq 415,6 milyon barel təşkil edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, ehtiyatların hazırkı həcmi ilin bu vaxtı üçün son beş ilin orta göstəricisindən 3 % aşağıdır.
Məlumatların dərci fonunda neft qiymətləri artım nümayiş etdirib…