Azərbaycan və Albaniya arasında birgə turizm təşəbbüsləri müzakirə olunub.
"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, agentlik yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədri Florian Zenqstşmid Albaniya Milli Turizm Agentliyinin baş direktoru Jola Hysaj və Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia ilə görüş keçirib. Görüşdə 2027-ci il üçün birgə turizm təşəbbüslərinin həyata keçirilməsi, iki ölkə arasında nəqliyyat əlaqələrinin inkişafı və qarşılıqlı turist axınının artırılması imkanları müzakirə olunub. Tərəflər, həmçinin turizm…