Türk ölkələrinin vahid informasiya məkanının inkişafı Azərbaycan üçün prioritet olaraq qalır

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ümumi informasiya məkanının inkişafı Azərbaycanın Türk dünyası ilə əməkdaşlığının mühüm istiqaməti olaraq qalır.

"Report"un Qazaxıstan bürosunun verdiyi məlumata görə, bu barədə Azərbaycan Respublikası Media və yayım Şurasının Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov TDT-nin media və informasiya məsələləri üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin Astanada keçirilən VIII toplantısında bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri, media və informasiya sahəsində əməkdaşlıq isə bu münasibətlərin mühüm tərkib hissəsi olaraq qalır.