Ölkənin şimal zonasında, xüsusilə Xaçmaz rayonunda qəhvəyi məxmər bağacıqlarının yenidən kütləvi şəkildə yayılması müşahidə olunur.
"Report"un Şimal bürosunun məlumatına görə, qeyd olunan zərərvericilər daha çox rayonun Nabran, Seyidlər, Qaracəlli kəndlərində evlərə və təsərrüfat sahələrinə axın ediblər.
Payızın gəlişi ilə evlərin divarlarına, pəncərələrə və müxtəlif əşyalara toplaşan bu həşəratlar sakinlərin narahatlığına səbəb olub. Məxmər bağacığının payız aylarında evlərə axınının əsas səbəbi isə qışlamaq üçün isti və qorunan yerlər axtarmasıdır. Bu həşəratın yetkin fərdləri soyuq havaları…