"Turan Bank" maliyyə vəziyyətini açıqlayıb

"Turan Bank" ASC bu ilin yanvar-sentyabr aylarını 2,172 milyon manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,6 % çoxdur.

9 ayda "Turan Bank"ın gəlirləri 106,929 milyon manat (1 il əvvələ nisbətən 15,8 % çox), xərcləri 85,022 milyon manat (19,9 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 19,735 milyon manat (16,4 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib…

Xəbərin davamı: report.az