"Access Bank" maliyyə vəziyyətini açıqlayıb

"Access Bank" QSC bu ilin yanvar-sentyabr aylarını 45,246 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 % çoxdur.

9 ayda "Access Bank"ın gəlirləri 228,784 milyon manat (1 il əvvələ nisbətən 14,2 % çox), xərcləri 165,209 milyon manat (13,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 7,018 milyon manat (39,2 % az), mənfəət vergisi ödəmələri isə 11,312 milyon manat (50,5 % çox) təşkil edib…

Xəbərin davamı: report.az