MDB-4 regionu dövlətlərinin (Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan) pul-kredit siyasətinin inkişafı və milli valyutalarının dinamikasının baza ssenarisi əvvəlki dövrlərdəki kimi müsbət xarakter daşıyır və daxili iqtisadi amillərə əsaslanır.
"Report" xəbər verir ki, bu barədə ING-nin Rusiya və MDB üzrə baş iqtisadçısı Dmitri Dolqinin analitik icmalında deyilir.
"Bununla yanaşı, qlobal inflyasiya təzyiqinin artması və inkişaf…