AQEM-də əlaqəliliyin gücləndirilməsi Asiyada dayanıqlı inkişafı dəstəkləyəcək.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib.
Onun sözlərinə görə, AQEM, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq TƏŞKİLATI, Şanxay Əməkdaşlıq Təşkilatı arasında koordinasiyanın gücləndirilməsi, şübhəsiz ki, qitə üzrə əlaqəliliyin artırılmasına töhfə verəcək:
"Əlaqəlilik rəqəmsal dünyanı da əhatə edir. AQEM çərçivəsində elm, texnologiya və innovasiya…