Ölkə əhalisinin 2,3 milyon nəfərini və ya 22,6 faizini gənclər təşkil edir.
"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycan gəncləri" statistik məcmuəsinin növbəti buraxılışında qeyd edilib.
Məcmuədə vurğulanıb ki, gənclərin 53,1 faizi şəhər, 46,9 faizi isə kəndlərdə yaşayır. Eyni zamanda, gənclərin 47,3 faizini qadınlar təşkil edir…