Azərbaycanda qiymətləndirilən fermerlərin sayı açıqlanıb

Azərbaycanda 2025-2026-cı il bəyan dövründə 313 min fermer qiymətləndirilib.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Aqrar Süni İntellekt layihəsinin icra vəziyyəti barədə keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, Aqrar Süni İntellekt layihəsinin mühüm nəticələrindən biri fermerlərin iqtisadi və ekoloji göstəricilərini, həmçinin müasir təsərrüfat idarəçiliyi meyarlarını qiymətləndirən reytinq sistemidir: "Sistem əkin sahəsi, məhsuldarlıq, sudan istifadə, torpaq analizi, növbəli və təkrar əkin, uyğun bitki seçimi, üzvi gübrələrdən istifadə…

Xəbərin davamı: report.az