“Rusiya Dəmir Yolları”nın rəhbəri Oleq Belozyorov gələn həftə Ermənistana səfər edəcək.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində Ermənistanın dəmir yolu infrastrukturunun inkişafı, o cümlədən Qars və Naxçıvan istiqamətlərində dəmir yolu xətlərinin mümkün tikintisi məsələləri müzakirə olunacaq…