"Son aylarda Azərbaycanın siyasi həyatında müşahidə olunan intensivlik ölkənin xarici siyasət kursunda dinamik bir canlanmanı göstərir. Bir-birinin ardınca ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dünyanın müxtəlif bölgələrindən dövlət və hökumət rəhbərlərinin ardıcıl səfərləri və eləcə də Prezident İlham Əliyevin xarici ölkələrə mütəmadi səfərləri Azərbaycanın nüfuzunu və qlobal aktor rolunu bir daha təsdiq edir".
Moderator.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
O qeyd edib ki, bu günlərdə Laos Xalq Demokratik…