Telefon və planşet uşağın yuxusuna necə təsir edir? - Pediatrdan xəbərdarlıq

“Uşaqlarda yuxu rejiminin pozulması ilk növbədə onların gündəlik əhvalına və davranışına təsir edir”.

Moderator.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun doktorantı Regina Nemətova açıqlayıb.

Onun sözlərinə görə, uşaq kifayət qədər yatmadıqda gün ərzində daha əsəbi, diqqətsiz və tez yorulan ola bilər:

“Yuxu uşağın beyin inkişafı, yaddaşı və öyrənmə qabiliyyəti üçün çox vacibdir. Uzun müddət davam edən…