2025-ci ildə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) qəbul etdiyi yeni dövlət standartlarını sayı 2021-ci illə müqayisədə 9,6 dəfə çox olub.
Bunu Agentliyin sədr müavini İlqar Həsənov bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə 36 yeni dövlət standartı qəbul edildiyi halda, bu rəqəm 2025-ci ildə 345 olub.
"Təkcə bu ilin 9 ayında isə 620 yeni dövlət standartı qəbul olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur", - deyə İ.Həsənov əlavə edib.