NATO-nun baş katibi Mark Rutte, Rusiyanın Kalininqrad bölgəsini təhdid etməyin nəticələri ilə bağlı xəbərdarlıqları fonunda Baltikyanı ölkələrə qarşı nüvə silahından istifadə təhdidini qeyri-real adlandırıb. Alyansın baş katibi Baltikyanı ölkələrə qarşı nüvə zərbəsi ehtimalını qiymətləndirərək "Xeyr, bu doğru deyil. Mən bunu o qədər də ciddi qəbul etmirəm",-deyə bildirib.Daha əvvəl Rutte NATO-nun həqiqətən də Rusiyadan nüvə silahından istifadə etməyə hazır olduğunu bildirən məktub aldığını təsdiqləmişdi.30 sentyabrda Reuters Rusiyanın Kalininqrad bölgəsini təcrid etmək cəhdi halında nüvə silahından istifadə etməyə hazır olduğunu bildirən diplomatik nota göndərdiyini bildirmişdi. Notada Moskvanın NATO-nu "təhlükəli və ehtiyatsız bir kurs" izləməkdə günahlandırdığı bildirilir.Nigar