Tramp Fransaya xəbərdarlıq etdi

“Fransa hakimiyyəti sərhədlərini bağlamalı və kütləvi iğtişaşları nəzarət altına almalıdır".

Bunu ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" səhifəsində bildirib.

"Çox gec olmamış vəziyyəti nəzarətə alın!",- deyə o yazıb.

Tramp hesab edir ki, qəlbində nifrət olan "tamamilə fərqli bir dünyadan" insanların immiqrasiyası "vaxtilə böyük bir ölkəni" məhv edib.