Hansı partiyaya nə qədər maliyyə yardımı ayrılıb?
“Siyasi partiyalar haqqında” qanuna əsasən partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidir. Artıq partiyalar hesabatlarını MSK-ya təqdim ediblər. Partiyaların əsas maliyyə mənbələrinə üzvlük haqqı, ianələrdən əlavə dövlətdən ayrılan maliyyə yardımları da aiddir. Modern.az 2025-ci il partiyalara nə qədər maliyyə yardımı ayrıldığını araşdırıb. Yeni Azərbaycan Partiyası(YAP) 2025-ci ildə YAP-a verilən dövlət maliyyə yardımının məbləği 3 milyon 004 min 615 manat olub. Əvvəlki dövrlə müqayisədə maliyyə yardımının məbləği 405 753 manat artıq olub. […]