Pezeşkian: “Dost və qardaş xalqlar ağır günlərdə bir-birinə daha sıx bağlanır”
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığında ölkəsinin çətin dövründə göstərilən dəstəyə görə təşəkkür edib. Redaksiya xəbər verir ki, o bu barədə X hesabında paylaşım edib. Söhbət zamanı Məsud Pezeşkian Azərbaycan hökumətinin və xalqının nümayiş etdirdiyi həmrəyliyi yüksək qiymətləndirdiyini bildirib. O, vurğulayıb ki, dost və qardaş xalqlar ağır günlərdə bir-birinə daha sıx bağlanır. “Dost və qardaş ölkələr çətin anlarda bir-birini tapır. Sivilizasiya kökləri nə qədər dərin olarsa, bu bağ bir o qədər güclü olar”, […]