
Normal view
-
apa.az
- “Ulduz” metro stansiyası qarşısından keçən yol sahəsində tikinti işləri növbəti mərhələdə davam etdirilir
-
apa.az
- Bakı metrosunda təmirlə əlaqədar 6 yeni ekspres marşrutu sabahdan fəaliyyətə başlayır - VİDEO
Vahid Hacıyev: Horadiz-Ağbənd avtomobil yolunun tikintisi artıq yekunlaşmaq üzrədir
Horadiz–Ağbənd avtomobil yolunun tikintisi artıq yekunlaşmaq üzrədir. Eyni zamanda dəmir yolu xəttinin inşası da son mərhələyə çatıb.
"Report"un Zəngilana ezam olunan müxbiri xəbər verir ki, bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bir çox şirkətlər bölgədə anbar kompleksləri və logistika mərkəzləri yaratmaq, yükdaşıma və saxlama imkanlarını genişləndirmək üçün maraq göstərirlər: "Bütün bunlar regionun iqtisadi inkişafına və beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə ciddi təkan verəcək".
"Böyük Qayıdış təkcə insanların öz evlərinə dönməsi demək deyil, bu, eyni zamanda biznesin, təhsilin, xidmət sektorunun, yeni ideyaların və imkanların qayıdışı deməkdir"- deyən Vahid Hacıyev bildirib ki, dövlət bu prosesin uğurla həyata keçirilməsi üçün zəruri şərait yaradır:
"Bu istiqamətdə vergi və gömrük güzəştləri tətbiq olunur, sahibkarlar üçün maliyyə mexanizmləri yaradılır, investorlara geniş dəstək göstərilir. Nəticədə bölgədə kənd təsərrüfatı, logistika, xidmət sektoru, turizm və mədəniyyət kimi prioritet sahələr sürətlə inkişaf edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iki əsas iqtisadi zona yaradılıb. Onlardan biri Ağdam Sənaye Parkı, digəri isə Cəbrayılda yerləşən Araz Vadisi İqtisadi Zonasıdır. Araz Vadisi İqtisadi Zonasında artıq 19-dan çox rezident şirkət fəaliyyət göstərir və ya layihələrini həyata keçirir. Bəzi müəssisələr artıq istifadəyə verilib və bu gün bölgəyə qayıdan sakinlər həmin müəssisələrdə çalışırlar".

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq
Bakı şəhərində aparılan təmir işləri ilə əlaqədar sabahdan etibarən avqustun 3-dək paytaxtın bir sıra küçə və yollarında nəqliyyat vasitələrinin hərəkətinə qismən və ya tam məhdudiyyət tətbiq olunacaq.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, xarici dairəvi avtomobil yolunun yan yolunda (Şamaxı istiqamətində, Fərman Salmanov küçəsindən Əsəd Əhmədov küçəsinədək) avqustun 1-i saat 06:00-dan avqustun 3-ü saat 06:00-dək nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Eyni zamanda, Şeyx Şamil küçəsində (H. Seyidbəyli küçəsindən İstiqlaliyyət küçəsinədək) və Lermontov küçəsində (Bünyad Sərdarov küçəsindən Şeyx Şamil küçəsinədək) avqustun 1-dən 3-dək yol tam bağlanacaq.
Bəzi istiqamətlərdə isə yollar artıq bağlanıb. Belə ki, Mikayıl Müşfiq küçəsində (Mətbuat prospektindən Parlament prospektinədək) və Şıxəli Qurbanov küçəsində (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinədək) iyulun 31-i saat 20:00-dan nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Məhdudiyyət avqustun 3-ü saat 06:00-dək davam edəcək.
AAYDA sürücülərə hərəkətlərini əvvəlcədən planlaşdırmağı, alternativ yollardan istifadə etməyi, həmçinin təmir aparılan ərazilərdə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə ciddi riayət etməyi məsləhət görüb.

-
report.az
- Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib
Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib
Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası"nı təsdiq edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qayda Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə dəyərin, eləcə də həmin dəyərlə təsdiq edilmiş gediş haqqına uyğun olaraq sərnişinlərin ödənişlərindən toplanan vəsait arasında yaranacaq mənfi fərqin hesablanması və bununla bağlı subsidiyanın ödənilməsi qaydalarını müəyyən edir.
Qaydaya əsasən, gediş haqqı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin hesabına ödənilir. Müqavilə üzrə ay ərzində xidmətlərin dəyəri gediş haqqının Agentliyin hesabına ödənilməsindən formalaşan vəsait, "İctimai
nəqliyyat" Məqsədli Büdcə Fondundan ayrılan subsidiya, həmçinin qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsait hesabına ödənilir. Müqavilə üzrə ay ərzində subsidiya Agentlik tərəfindən ayda bir dəfə daşıyıcı tərəfindən verilən hesab faktura və
Agentlik və daşıyıcı tərəfindən imzalanan xidmətlərin qəbul aktı əsasında ödənilir. Müqavilə ilə müəyyən edilmiş marşrut (marşrutlar) üzrə gediş haqqından aylıq toplanan vəsait müqavilə üzrə ay ərzində göstərilən xidmətin dəyərindən çox olduqda artıq vəsait Agentliyin
hesabında qalır. Digər daşıyıcılarla bağlanılan müqavilələr ilə müəyyən edilmiş marşrut (marşrutlar) üzrə gediş haqqından aylıq toplanan vəsait xidmətin dəyərindən az olduqda xidmətin dəyərinin ödənilməsində həmin vəsaitdən istifadə olunur.
Gediş haqqının ödənilməsindən Agentliyin hesabına daxil olan vəsait hesabına Agentlik daşıyıcının hesabına avans köçürə bilər və bu zaman yarana biləcək bank komissiyası daşıyıcıya ödənilən vəsaitdən tutulur. Müqavilə üzrə ay ərzində subsidiyanın ödənilməsi zamanı daşıyıcıya ödənilən avansın ümumi məbləği nəzərə alınır.
Müqavilə üzrə ödənişlər Agentlik tərəfindən daşıyıcının müqavilədə göstərilən bank hesabına pul vəsaitlərinin köçürülməsi yolu ilə nağdsız şəkildə həyata keçirilir.
Təqvim ili başa çatdıqdan sonra 30 iş günü ərzində daşıyıcı və Agentlik hesablaşmaları üzləşdirirlər. Hesablaşmaların üzləşməsinin nəticələrinə əsasən, daşıyıcı və Agentlik üzləşmə aktı tərtib edir və imzalayırlar. Üzləşmə zamanı yaranan borcun ödənilməsi və ya artıq ödənilmiş vəsaitin geri qaytarılması hallarında 2 iş günü ərzində yazılı bildiriş verilir və həmin yazılı bildirişin alındığı tarixdən 7 iş günü ərzində ödəniş həyata keçirilir.
Agentlik tərəfindən Xidmətin dəyərinə ildə bir dəfə, həmçinin yanacağın qiymətində dəyişikliklər olduğu və digər əhəmiyyətli hallar (verginin və digər məcburi ödənişlərin artması, avtomobillərin təmiri xidmətinin 10% və daha çox bahalaşması, milli valyutanın devalvasiyası, 10%-dən daha çox inflyasiyanın olması) baş verdiyi təqdirdə yenidən baxılır və nəticəsi müqavilənin ayrılmaz tərkib hissəsi olan protokolla rəsmiləşdirilir.
"Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 19 sentyabr 2025-ci il tarixli fərmanının 4.3-cü bəndinə əsasən təsdiq edilmiş tələblər ilə müəyyən edilən yürüş həddini və maksimum istismar müddətini keçən avtobuslarla xidmət göstərilə bilməz.
Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsi üçün avtobuslar dövlət vəsaiti hesabına alındıqda subsidiya hesablanarkən kapital xərcləri nəzərə alınmır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidməti avtomobillərinin sayı artırılıb
Nazirlər Kabineti 18 iyul 2011-ci il tarixli "Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" qərarında dəyişiklik edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.
Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidməti minik avtomobillərinin say həddi aparat üzrə 7-dən 8-ə çatdırılıb.

Xəzərdə su obyekti bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib
Nazirlər Kabineti Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən su obyektinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında qərar qəbul edib.
"Report" xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov qəbul edib.
Qərara əsasən, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələri potensialından daha səmərəli istifadənin təmin edilməsi məqsədilə dənizdə külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən ümumi sahəsi 711,4 kvadratkilometr təşkil edən su obyekti bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Energetika Nazirliyi bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri ölkə Prezidentinin 2 avqust 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası"nın tələblərinə uyğun həyata keçirməlidir.
Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 711,4 kvadratkilometr sahəsi olan su obyektində külək elektrik stansiyalarının tikintisinə icazə "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınacaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qərara uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən 3 gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.

IATA rəhbəri iyunda sərnişin aviadaşımalarına tələbatın azalmasının səbəblərini açıqlayıb
2026-cı ilin iyun ayında sərnişin aviadaşımalarına qlobal tələbat illik müqayisədə 1,7 % azalıb, yük seqmenti isə 8,5 % artım nümayiş etdirib.
"Report"un Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən verdiyi xəbərə görə, iyun ayında sərnişin reyslərinin yüklənmə əmsalı (PLF) 84,2 %-ə çatıb ki, bu da 2025-ci ilin müvafiq göstəricisindən 4,4 faiz bəndi aşağıdır.
"İyun ayında aviadaşımalara qlobal tələbat bir il əvvəllə müqayisədə 1,7 % aşağı olub. Bu, əsasən Çin, ABŞ və Yaponiyanın daxili bazarlarında daşımaların həcminin azalması, eləcə də Yaxın Şərq aviaşirkətlərinin beynəlxalq reyslərinə zəif, lakin tədricən yaxşılaşan tələbatla əlaqədardır. Regionda göstəricilərin yaxşılaşmasına baxmayaraq, gərginliyin yenidən artması bu sahənin bərpasına kömək etmir. Bundan başqa, yanacağın bahalaşması aviabiletlərin qiymətinin artmasına səbəb olur. İnsanlar səyahət etməyə davam edirlər və bu, qlobal iqtisadi artımın vacib amili olaraq qalır. Bununla belə, Yaxın Şərqdə vəziyyətin sabitləşməsi və neft tədarükünün normallaşmasının bütün dünyada aviaşirkətlər, iqtisadiyyat və cəmiyyət üçün perspektivləri yaxşılaşdıra biləcəyinə heç bir şübhə yoxdur", - IATA-nın baş direktoru Uilli Uolş vurğulayıb.
2026-cı ilin iyun ayında qlobal sərnişin aviadaşımaları bazarının regional strukturu belə olub: Afrika - 2,2 %, Asiya-Sakit okean regionu - 34,4 %, Avropa - 26,7 %, Latın Amerikası və Karib hövzəsi - 5,4 %, Yaxın Şərq - 9,5 %, Şimali Amerika - 21,8 %.
2026-cı ilin iyun ayında yük aviadaşımalarının regionlar üzrə bölgüsü aşağıdakı kimi olub: Afrika - 2,1 %, Asiya-Sakit okean regionu - 35,8 %, Avropa - 21,4 %, Latın Amerikası və Karib hövzəsi - 2,9 %, Yaxın Şərq - 13,2 %, Şimali Amerika - 24,6 %.
"Asiya - Şimali Amerika marşrutu üzrə illik artım 14,7 % (bazar payı - 23,5%) təşkil edib; Avropa - Asiya istiqaməti üzrə 7,1 % (21,5 %) artım, Yaxın Şərq-Avropa üzrə 41,1 % (5,2 %) azalma; Yaxın Şərq-Asiya üzrə 4,1 % (7,4 %) azalma, Asiya daxilində 7,2 % (7,3 %) artım qeydə alınıb. Şimali Amerika-Avropa marşrutu üzrə göstərici dəyişməyib, Afrika-Asiya marşrutu üzrə 0,9 % (1,3 %) artım olub", - hesabatda qeyd olunur.

Ağdam–Xankəndi dəmir yolunun tikintisinin 44 %-ə yaxını başa çatıb
Qarabağın yeni nəqliyyat marşrutlarından biri olacaq Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi davam edir.
Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 90, tikinti işlərinin isə 44 %-ə yaxını başa çatıb.
"Ağdam–Xankəndi dəmir yolu xətti üzrə inşa olunacaq Əsgəran və Xocalı stansiyalarının konsept layihələri artıq tamamlanıb. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin isə tikinti işləri sürətlə davam etdirilir", - məlumatda qeyd olunub.

Füzuli-Xocavənd avtomobil yolunda işlərin 34 %-ə yaxını tamamlanıb
19,2 kilometrlik Füzuli–Xocavənd avtomobil yolunda tikinti işləri davam edir.
Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumata əsasən, hazırda yolun müxtəlif hissələrində torpaq işləri, drenaj sistemlərinin qurulması və suötürücü qurğuların inşası həyata keçirilir. Layihə üzrə ümumi icra səviyyəsi 33,5 % təşkil edir.
Bildirilib ki, Füzuli və Xocavənd rayonlarını birləşdirən bu strateji yol nəqliyyat əlçatanlığını artırmaqla yanaşı, azad olunmuş ərazilərdə bərpa və yenidənqurma prosesinə, təhlükəsiz yük və sərnişin daşımalarına, eləcə də Qarabağın sosial-iqtisadi və turizm potensialının inkişafına mühüm töhfə verəcək.

Xırdalanı "Memar Əcəmi" metrosu ilə əlaqələndirən avtobuslar dəyişdirilir
Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 135 nömrəli marşrut xətti üzrə avtobuslar dəyişdirilir.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, avqustun 1-dən Xırdalan şəhərini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 135 nömrəli müntəzəm marşrut xətti üzrə istismar olunan dizel mühərrikli avtobuslar CNG texnologiyası ilə təchiz edilən böyüktutumlu "İveco" markalı avtobuslarla əvəz ediləcək.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat müəyyən edilib.

AZAL Tbilisi və İstanbula reyslərin sayını artırıb
"Azərbaycan Hava Yolları" QSC (AZAL) 4 avqust – 30 sentyabr tarixləri arasında Bakı – İstanbul marşrutu üzrə həftəlik reyslərin sayını 17-dən 21-ə, 2-30 avqust tarixləri arasında isə Bakı – Tbilisi marşrutu üzrə həftəlik reyslərin sayını 42-dən 46-ya çatdırıb.
"Report" bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.
Bildirilib ki, əlavə reyslər artan sərnişin tələbatını qarşılamaqla yanaşı, səyahətlərin daha rahat planlaşdırılmasına və uçuş seçimlərinin genişlənməsinə imkan yaradacaq.
"Azərbaycanın milli aviadaşıyıcısı sərnişin axınını mütəmadi təhlil edərək uçuş proqramını bazarın ehtiyaclarına uyğun şəkildə optimallaşdırmağa davam edir. Aviaşirkət marşrut şəbəkəsinin inkişafı, donanmanın müasirləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində sərnişinlər üçün daha əlçatan və rahat səyahət imkanları yaratmağı hədəfləyir.
Aviabiletləri rəsmi www.azal.az saytından, AZAL mobil tətbiqindən, həmçinin aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür", - məlumatda qeyd olunub.

Sadır Japarov: Azərbaycan Orta Dəhlizin əsas halqalarından biri kimi mühüm rol oynayır
Azərbaycan Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin əsas halqalarından biri kimi mühüm rol oynayır.
"Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib.
"Nəqliyyat dəhlizləri məsələlərinə xüsusi diqqət yetirdik və Azərbaycanın Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin əsas halqalarından biri kimi mühüm rolunu qeyd etdik. Energetika sahəsində əməkdaşlığın perspektivli istiqamətlərini və birgə layihələrin həyata keçirilməsi imkanlarının müzakirəsini apardıq", - o bildirib.
S.Japarov, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla səmərəli qarşılıqlı fəaliyyətə diqqət çəkib: "İlham Əliyevi VI Dünya Köçəri Oyunlarının açılış mərasimində, Şanxay Əməkdaşlıq Təşkilatı Plus sammitində, eləcə də 2027-ci il oktyabrın 21–23-də Bişkekdə keçiriləcək "Bişkek+25" İkinci Qlobal Dağ Sammitində iştirak etməyə dəvət etdim".

Bakıda yalnız iki istiqamətdə tıxac yaranıb
Bakıda yalnız iki istiqamətdə tıxac yaranıb.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Azərbaycan və İran avtomobillərin sinxron buraxılmasını müzakirə edib
Azərbaycan və İran praktiki əməkdaşlıq imkanları əsasında nəqliyyat vasitələrinin keçid məntəqələrindən sinxron buraxılması, eləcə də elektron məlumat mübadiləsinin həyata keçirilməsini müzakirə edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr İranın Biləsuvar şəhərində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun və İranın iqtisadiyyat və maliyyə nazirinin müavini, bu ölkənin Gömrük Administrasiyasının rəhbəri Forod Asqarinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüşdə aparılıb.
Məlumata əsasən, görüş zamanı operativlik və gələcək əməkdaşlığın əlaqələndirilmiş şəkildə inkişaf etdirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Tranzit prosedurları, o cümlədən, Azərbaycandan İran ərazisi ilə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə hərəkət edən yük nəqliyyat vasitələrinin sürətli keçidi məqsədilə hərəkət intensivliyinə dəstək göstərilməsi məsələləri müzakirə edilib və istiqamətlər müəyyən olunub. Tədbirin sonunda görüşün protokolu imzalanıb.
Görüşdən sonra Azərbaycan nümayəndə heyəti İran ərazisindəki Biləsuvar gömrük postunun, İran nümayəndə heyəti isə Azərbaycandakı Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyəti ilə tanış olublar.

AZAL Qarsa ilk reysini həyata keçirib
Bu gün "Azərbaycan Hava Yolları" QSC (AZAL) Türkiyənin Qars şəhərinə ilk reysini həyata keçirib.
"Report" bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.
Məlumata görə, reysin sərnişinləri Qars Harakani Hava Limanında xüsusi mərasimlə qarşılanıblar. Yeni marşrut üzrə reyslər həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Bu istiqamətin açılması Azərbaycan və Türkiyə arasında hava əlaqələrinin daha da genişlənməsinə, sərnişinlər üçün səyahət imkanlarının artırılmasına, həmçinin turizm, biznes və mədəni əlaqələrin inkişafına əlavə töhfə verəcək.
Türkiyə AZAL-ın ən geniş təmsil olunduğu bazar olaraq qalır. Hazırda aviaşirkət İstanbul, Ankara, İzmir, Antalya, Bodrum, Trabzon, Dalaman, Adana və Qars istiqamətlərinə müntəzəm reyslər həyata keçirir.

"Biletim.az" portalının funksionallığı artırılıb
"Biletim.az" tətbiqi və saytı üzərindən bilet əldə edərkən istifadəçiyə şəxsiyyət vəsiqəsi məlumatlarını (fin kod və seriya nömrəsi) daxil etməyə ehtiyac qalmır.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Sərnişinlər, sadəcə, sənədi telefonla skan edərək şəxsi məlumatlarını daha sürətli formada doldura bilərlər. Yeni funksiya bilet alışını daha sürətli həyata keçirməyə imkanı yaradır.
Məlumata əsasən, tətbiqdə digər bir yenilik xəritə və dayanacaqlar bölmələrində edilib. Xəritə bölməsində aparılan təkmilləşdirmə işləri nəticəsində sərnişinlər marşrutlar üzrə avtobusların faktiki yeri, son təyinat məntəqəsinə çatma vaxtı və digər məlumatları əldə edə biləcəklər. Dayanacaqlar bölməsindən isə avtobuslara minik yerlərinin ünvanını, əlaqə nömrəsini öyrənmək mümkün olacaq.
Xatırladaq ki, daha əvvəl istifadəçilərə "biletim.az" tətbiqi və saytı üzərindən bilet əldə edərkən gediş-gəliş olmaqla hər iki istiqamət üzrə elektron bilet əldə etmək imkanı yaradılıb. Buna qədər portal üzərindən yalnız bir istiqamətə bilet almaq mümkün idi.
Hazırda "biletim.az" portalında 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 372 reys olmaqla 420 nəqliyyat vasitəsi qoşulub.

Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
3. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
5. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
6. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

"ADY Mobile" istifadəçilərinin sayı 500 minə çatıb
"Azərbaycan Dəmir Yolları" QSC-nin "ADY Mobile" mobil tətbiqinin istifadəçilərinin sayı 500 minə çatıb.
Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, tətbiq vasitəsilə sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış ola, beynəlxalq, ölkədaxili və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə biletlərini asanlıqla əldə edə, eyni anda bir neçə nəfər üçün bilet ala və biletləri PDF formatında ailə üzvləri və yaxınları ilə paylaşa bilirlər.
Qeyd edilib ki, son illərdə "ADY Mobile" üzərindən ölkədaxili istiqamətlər üzrə bilet satışlarında da əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2023-cü ilin noyabr ayında tətbiq vasitəsilə əldə olunan biletlər ümumi satışın 11 %-ni təşkil etdiyi halda, 2026-cı ilin iyun ayında bu göstərici 50 %-ə yüksəlib.
Tətbiqdə təqdim olunan SİMA Pay – üz tanıma ilə ödəniş funksiyasını isə artıq 10 minə yaxın istifadəçi aktivləşdirərək stansiyalara daha sürətli və rahat keçid imkanından yararlanır.
"ADY Mobile" istifadəçiləri səfərlə bağlı vacib bildirişləri və yenilikləri operativ şəkildə əldə edir, həmçinin SİMA Pay, bank kartı, barkod və elektron kart kimi müxtəlif ödəniş üsullarından istifadə edə bilirlər.
Məlumata əsasən, qarşıdakı dövrdə də "ADY Mobile"ın imkanları yeni funksiyalar və daha rahat xidmətlərlə genişləndiriləcək.

Ceyranbatan–Maştağa magistral su xəttində təmir işləri yekunlaşır
Ceyranbatan–Maştağa magistral su xəttində aparılan təmir-bərpa işləri yekunlaşmaq üzrədir.
Bu barədə "Report"a Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Məlumata görə, xəttin 6-cı kilometrində diametri 1 200 millimetr olan magistral su kəmərinin istismar müddəti başa çatmış 22 metrlik qəzalı hissəsi yenisi ilə əvəz edilib.
Bildirilib ki, təmir işləri fasiləsiz rejimdə həyata keçirilib:
"Hazırda təmir-bərpa işləri başa çatmaq üzrədir. Növbəti mərhələdə magistral xətt yuyulacaq, içməli su ilə doldurulacaq, su müvafiq anbarlara ötürüləcək və daha sonra ərazidaxili şəbəkəyə veriləcək".

Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakının Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində aidiyyəti qurumun aparacağı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, məhdudiyyət səbəbindən iyulun 30-dan təmir-bərpa işləri yekunlaşana qədər 202 nömrəli marşrutun son dayanacaq məntəqəsi Asəf Zeynallı küçəsində 94 nömrəli transformator yarımstansiyası yaxınlığına təşkil ediləcək. 92 nömrəli marşrut isə Asəf Zeynallı – Yurd Yeri – Maralan - Yaşar Sadıqov küçələri ilə hərəkət edəcək.

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
4. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb
M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində magistral avtomobil yolunun əks hərəkət istiqamətində yerləşən avtomobil körpüsünün də söküntüsü işlərinə başlanılıb.
Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, sözügedən körpünün, eləcə də magistral yolun hər iki hərəkət istiqaməti üzrə yan yollarda yerləşən körpülərin sökülərək yenidən inşa olunması barədə qərar aparılmış texniki müayinələrin nəticələrinə əsasən qəbul edilib.
Layihə çərçivəsində mövcud körpülər sökülərək onların yerində müasir norma və standartların tələblərinə cavab verən yeni avtomobil körpüləri inşa olunacaq.
Daha əvvəl Qobustan qəsəbəsi ərazisində inşa olunan yeni avtomobil körpüsünün tikintisinin başa çatdığı barədə məlumat verilmişdi.

Azərbaycan və Qazaxıstan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan və Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz)üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
"Report" xəbər verir ki, R. Nəbiyev bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev, "Samruk-Kazına" ASC-nin İdarə Heyətinin sədri Nurlan Jakupov və "Qazaxıstan Dəmir Yolları" ASC-nin İdarə Heyətinin sədri Eljas Otınşıyevlə görüş keçirdiyini bildirən nazir qeyd edib ki, görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə əməkdaşlığın genişləndirilməsi, bərə gəmilərinə investisiya imkanları, avtomobil nəqliyyatı ilə yükdaşımalarının artırılması, həmçinin Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kabel xəttinin çəkilməsi layihəsi ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər, eyni zamanda, Orta Dəhlizin inkişafına dair saziş layihəsi və marşrutun rəqəmsallaşdırılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycanın regional hava limanlarının inkişaf potensialı müzakirə edilib
Azərbaycan Belçika ilə regional hava limanlarının inkişaf potensialını və ölkənin beynəlxalq hava əlaqələrinin daha da genişləndirilməsi istiqamətində görülən işləri müzakirə edib.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev sosial şəbəkələrdəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon arasında görüşdə aparılıb.
"Görüş zamanı AZAL-ın 2027-ci ilin may ayından etibarən Bakı–Brüssel–Bakı marşrutu üzrə birbaşa uçuşlara başlaması, bu marşrutun iki ölkə arasında turizm əlaqələrinin inkişafına verəcəyi töhfə və əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi apardıq. Eyni zamanda, Azərbaycan Hava Yollarının strateji inkişaf istiqamətləri, donanmamızın yeni nəsil hava gəmiləri ilə genişləndirilməsi, marşrut şəbəkəsinin inkişafı, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportuna 40-a yaxın xarici aviaşirkətin cəlb edilməsi nəticəsində sərnişinlər üçün daha geniş seçim imkanlarının yaradılması barədə məlumat verdik", - sədr vurğulayıb.

Azərbaycanda kirayə mənzil fonduna daha 184 mənzil əlavə olunub
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakının Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 184 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.
"Report" Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 925 manatdan başlayır.
Yeni mənzillər seçim üçün avqustun 4-də, saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və yaşayış sahələrinin seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş "Elektron ipoteka və kredit zəmanət" sistemi üzərindən həyata keçirilir.
Müraciətlər zamanı təhlükəsizliyin və şəffaflığın təmin edilməsi məqsədilə yaşayış sahələrinin seçimi SİMA biometrik identifikasiya üsulu ilə həyata keçiriləcək. SİMA biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış olmaq mümkündür.

ASCO sərnişindaşımanı 4 %-ə yaxın artırıb
Bu ilin I yarısında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 13 219 nəfər sərnişin daşıyıb.
Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur. 2025-ci ilin I yarımilində daşınan sərnişinlərin sayı 12 783 nəfər olub.
Hesabat dövründə ən yüksək sərnişin daşınması iyun ayında qeydə alınıb. Həmin ay 2 944 nəfər daşınıb ki, bu da ötən ilin eyni ayı ilə (2 344 nəfər) müqayisədə 25,6 % artım deməkdir.
Yanvar–iyun aylarında Ələt–Kurık və Kurık–Ələt marşrutları üzrə ümumilikdə 8 497 nəfər sərnişin daşınıb. Onlardan 4 658 nəfəri Ələt–Kurık, 3 839 nəfəri isə Kurık–Ələt istiqamətində səfər edib.
Eyni dövrdə Ələt–Türkmənbaşı və Türkmənbaşı–Ələt marşrutları üzrə 4 722 nəfər sərnişin daşınıb. Sərnişinlərin 2 692 nəfəri Ələt–Türkmənbaşı, 2 030 nəfəri isə Türkmənbaşı–Ələt istiqamətində səyahət edib.

-
report.az
- Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub
Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub
Prezident İlham Əliyevin Milli Məclisin iyulun 10-da qəbul etdiyi "Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair" Beynəlxalq Konvensiyaya qoşulmaqla bağlı qanunu təsdiq edib.
"Report" xəbər verir ki, Konvensiya 2004-cü il fevralın 13-də London şəhərində imzalanıb.

Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişib
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Aviasiya haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
"Report" xəbər verir ki, dəyişikliyə əsasən, hava məkanından istifadə və uçuş qaydaları ilə yanaşı, çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Bundan başqa, dövlət başçısı yenilənmiş qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti çox yüngül uçuş aparatlarının hava məkanından istifadəsi və uçuşu ilə bağlı tələblərin pozulmasına görə məsuliyyətin müəyyən edilməsi ilə əlaqədar təkliflərini dörd ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, "Aviasiya haqqında" qanunun 56.5-ci maddəsinə uyğun olaraq, çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını, Dövlət Mühafizə Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Ədliyyə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin və Dövlət Turizm Agentliyinin təklifləri nəzərə alınmaqla, üç ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, yeni qanundan irəli gələn digər məsələləri həll etməlidi.
Çox yüngül uçuş aparatlarının istifadəsi və uçuşu ilə bağlı aşağıdakılar öz əksini tapmalıdır:
- uçuş aparatlarının texniki göstəricilərinə dair tələblər;
- uçuş aparatlarının və istismarçılarının qeydiyyatı, habelə qeydiyyatdan azad edilmə halları;
- uçuş aparatlarını idarə edən şəxslərə dair yaş, hazırlıq, tibbi yararlılıq və peşə hazırlığı tələbləri, habelə onların uçuş aparatını idarə etmək hüququ verən sənədlə təmin olunması mexanizmi;
- uçuşların həyata keçirilməsi üçün icazə verilən, məhdudlaşdırılan və qadağan edilən ərazilərin dəqiq müəyyən olunması meyarları, o cümlədən dövlət sərhədi, hərbi obyektlər, strateji infrastruktur obyektləri, hava limanları və digər xüsusi rejimli zonalar üzərində uçuşların tənzimlənməsi;
- uçuş aparatlarından kommersiya və ya qeyri-kommersiya, o cümlədən şəxsi, idman, turizm məqsədləri ilə istifadənin xüsusiyyətləri;
- təhlükəsizlik tələbləri, o cümlədən uçuşların təhlükəsiz həyata keçirilməsi məqsədilə uçuşların əvvəlcədən razılaşdırılması və məlumatlandırma prosedurları;
- uçuş aparatlarının texniki yararlılığına, istismarına və dövri yoxlanılmasına dair tələblər;
- uçuş aparatları istismarçılarının və uçuşlarda iştirak edən şəxslərin hüquq və vəzifələri.

AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
Azərbaycan Hava Yolları (AZAL) donanmasına ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi əlavə edilib.
"Report" bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, təyyarə iyunun 25-də Hamburq şəhərində keçirilən tədbirdə təhvil alınıb və artıq Heydər Əliyev Hava Limanına çatıb..
Sözügedən yeni nəsil hava gəmisinin donanmaya qoşulması ilə AZAL-ın donanmasında "Airbus "A319ceo", "A320ceo", "A320neo" və "A321neo" tipli təyyarələr istismar olunur.
Yeni nəsil "Airbus A321neo"nun təyyarə parkına daxil edilməsi AZAL-ın donanmanın modernləşdirilməsi strategiyası çərçivəsində növbəti mühüm mərhələdir. Yeni təyyarə yüksək tələbat olan istiqamətlərdə sərnişindaşıma imkanlarının genişləndirilməsinə, əməliyyat səmərəliliyinin yüksəldilməsinə və sərnişinlərə təqdim olunan xidmət keyfiyyətinin daha da təkmilləşdirilməsinə töhfə verəcək. Eyni zamanda, hava gəmisinin istismara verilməsi AZAL-ın marşrut şəbəkəsinin gələcək inkişafı və genişləndirilməsi üçün əlavə çeviklik imkanları yaradacaq.
"Airspace" salon konsepsiyası yeni nəsil "Airbus A321neo" təyyarəsində sərnişin rahatlığının yeni standartını təqdim edir. Təyyarə sərnişinlərə daha geniş və komfortlu salon təcrübəsi təqdim edən müasir interyer, fərdiləşdirilə bilən salon işıqlandırması, böyüdülmüş pəncərələr, tam LED işıqlandırma sistemi və genişləndirilmiş əl yükü bölmələri ilə təchiz olunub. Bununla yanaşı, əvvəlki nəsil təyyarələrlə müqayisədə "Airbus A321neo" hər oturacaq üzrə təxminən 20 faiz daha az yanacaq sərfiyyatı və karbon emissiyası təmin edir, eyni zamanda 7 400 kilometrədək uçuş məsafəsinə malikdir.
Tək keçidli təyyarələr seqmentində ən geniş salonlardan birinə malik olan yeni nəsil "Airbus A321neo" 191 sərnişin tutumuna sahibdir. Təyyarə ən son nəsil bortdaxili əyləncə sistemi (IFE) və yüksək sürətli "Wi-Fi" xidməti ilə təchiz olunub. Bu isə sərnişinlərə uçuş müddətində rəqəmsal xidmətlərdən istifadə etməyə, bortdaxili əyləncə xidmətlərindən faydalanmağa və daim əlaqədə qalmağa imkan verir.
Bu yaxınlarda daha bir yeni nəsil Airbus A320neo təyyarəsinin donanmaya qoşulmasının ardınca Airbus A321neo-nun da istismara verilməsi AZAL-ın müasir və yanacaq sərfiyyatı baxımından səmərəli təyyarə parkının inkişafına verdiyi önəmi bir daha təsdiqləyir.
Qeyd edək ki, uzunmüddətli inkişaf strategiyası çərçivəsində AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır. Cari ilin sonunadək aviaşirkət daha bir neçə yeni hava gəmisinin təhvil alınmasını gözləyir. Bununla da 2026-cı ildə donanmaya daxil olan yeni təyyarələrin sayı səkkizə çatacaq ki, bu da AZAL tarixində bir il ərzində qeydə alınan ən irimiqyaslı donanma yenilənməsi olacaq.
Bu, aviaşirkətin marşrut şəbəkəsinin genişləndirilməsi planlarını dəstəkləməklə yanaşı, AZAL-ın regionun aparıcı hava daşıyıcılarından biri kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.

Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sabah Bakının Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində təmir işlərinə başlanılacaq.
Bu barədə "Report"a Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, aparılan işlərlə əlaqədar qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti görülən işlərin gedişindən asılı olaraq qismən və ya tam məhdudlaşdırılacaq.
Qeyd olunub ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə qalacaq.

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər
Azərbaycan Türkiyə ilə sadələşdirilmiş gömrük dəhlizinin həyata keçirilməsi üçün birgə iş aparır.
Bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Türk dövlətləri ilə gömrük sahəsindəki əlaqələri möhkəmlənir və bu proses getdikcə daha da güclənir: "Türk dövlətləri arasındakı münasibətlər ölkələrarası ticarət dövriyyəsinin artmasına təkan verir, xüsusilə bu dövlətlərin Orta Dəhliz boyunca yerləşməsi buna əsas səbəb kimi çıxış edir. Burada bizə düşən məsuliyyət məhz fəal iş aparmaqdan ibarətdir. Sadələşdirilmiş gömrük dəhlizinin həyata keçirilməsi üçün tədqiqatlarımız və müvafiq çalışmalarımız mövcuddur. Türkiyə Respublikası ilə bu sahədə birgə iş aparırıq. Özbəkistan, Qazaxıstan və Qırğızıstanla ilkin məlumat mübadiləsi istiqamətində fəaliyyət göstəririk. Əsas hədəfimiz burada "Vahid pəncərə" sisteminin işlənib hazırlanması və onun tətbiqinin təmin olunmasıdır. Bu kontekstdə bir məqamı nəzərinizə çatdırmaq istərdim".
Ş.Bağırov əlavə edib ki, DGK Ümumdünya Gömrük Təşkilatı çərçivəsində olduqca fəal mövqe nümayiş etdirir: "Biz ÜGT-nin Siyasi Komissiyasının üzvüyük. Orada bilavasitə gömrüklə əlaqəli olan siyasi idarəetmə məsələləri üzrə də öz mövqeyimizi ortaya qoyuruq. Burada vurğulamaq istəyirəm ki, ölkəmizin nüfuzu və inkişafı nəzərə alınaraq, məhz dövlətimizin tövsiyələri əsasında Gömrük Əməkdaşlıq Fondu yaradılıb və bu imkanlar hesabına gələcəkdə ölkələrdə "Vahid pəncərə" sisteminin formalaşması üçün məlumat mübadiləsinin aparılması, məlumatların keyfiyyətinin yüksəldilməsi, əvvəlcədən məlumatların əldə olunması və nəhayət, "Vahid pəncərə" sisteminin tətbiqi nəzərdə tutulur.
Təbii ki, bu prosesin nə vaxt tam başa çatacağını hazırda dəqiq söyləmək mümkün deyil. Çünki burada həm texniki, həm hüquqi, həm də digər prosedur məsələlərinin həll edilməsi tələb olunur. Biz bunu plan şəklində müəyyənləşdirmişik və özümüzə hədəf qoymuşuq. Türk dövlətlərinin digər üzvləri də bu məsələyə böyük maraq göstərirlər. Biz çalışacağıq ki, bu məsələni həll edək və "Vahid pəncərə" sistemi vasitəsilə Orta Dəhliz və Türk dövlətləri arasında unikal, dünyaya nümunə ola biləcək bir sistem formalaşdıraq. Azərbaycan bu prosesdə çox fəaldır, ən çox təşəbbüslər məhz bizim tərəfimizdən irəli sürülür və biz əminik ki, bu işi uğurla başa çatdıra biləcəyik".
Müsahibənin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz.

Vüsal Nəsirli Zaqatalada vətəndaşları qəbul edib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirli Zaqatalada vətəndaşları qəbul edib.
Bu barədə "Report"a AAYDA-dan məlumat verilib.
V. Nəsirli Zaqatala, Balakən və Qax rayonlarının sakinləri ilə görüş keçirib.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib.
Görüş zamanı isə vətəndaşların müraciətləri əsasən avtomobil yollarının vəziyyəti, yolların təmiri və yenidən qurulması, eləcə də məşğulluq məsələləri ilə bağlı olub.
Qaldırılan bütün məsələlər diqqətlə dinlənilib, onların operativ araşdırılması və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Şahin Bağırov: "Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Şərqi Zəngəzurda Ağbənd dövlət sərhədində buraxılış məntəqəsinin istifadəyə verilməsi üçün işlər davam etdirilir və yaxın vaxtlarda bu proses tamamlanacaq.
Bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.
Onun sözlərinə görə, ölkənin tranzit potensialının genişlənməsi ilə paralel olaraq infrastrukturun da təkmilləşdirilməsi həyata keçirilir: "Bu istiqamətdə bizə müvafiq tapşırıqlar verilib. Artıq bir neçə keçid məntəqəsi müasirləşdirilib.
Xanoba dövlət sərhədindən buraxılış məntəqəsi müasir standartlara cavab verən formada fəaliyyətə başlayıb. Cənub-Astara dövlət sərhədindən buraxılış məntəqəsi də müasir tələblərə cavab verir və onun genişləndirmə tədbirlərinin ikinci mərhələsi yekunlaşdıqdan sonra daha geniş imkanlar əldə olunacaq".
Müsahibənin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz.

-
report.az
- Azərbaycan və Gürcüstan gömrükçüləri nəqliyyat vasitələrinin yoxlanılmasını sinxron həyata keçirəcək
Azərbaycan və Gürcüstan gömrükçüləri nəqliyyat vasitələrinin yoxlanılmasını sinxron həyata keçirəcək
Azərbaycanla Gürcüstan arasında birgə sərhəd nəzarəti məntəqəsi üzrə layihələndirmə işləri aparılır.
Bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.
Onun sözlərinə görə, hökumət tərəfindən DGK-ya bu sahə üzrə müvafiq tapşırıqlar verilir: "Gürcüstanla sərhəddə yeni buraxılış məntəqəsinin inşası çərçivəsində görülən işlər əsasən obyektin yerləşəcəyi ərazinin seçilməsi ilə əlaqədardır və hazırda bu proses davam edir. Növbəti mərhələlərdə digər texniki məsələlərin həlli nəzərdə tutulur. Yaradılacaq məntəqə tam müasir standartlara cavab verəcək və burada birgə nəzarət mexanizmi tətbiq olunacaq. Başqa sözlə, Azərbaycan və Gürcüstan gömrük xidmətləri bir-birinə yaxın məsafədə çalışacaq, bu isə nəqliyyat vasitələrinin sinxron şəkildə yoxlanılmasına imkan yaradacaq".
Ş.Bağırov qeyd edib ki, belə bir sistem vaxt itkisinin qarşısını almaqla yanaşı, nəzarət prosesinin keyfiyyətini yüksəldəcək, ehtimal olunan risklərin daha tez aşkar edilməsinə şərait yaradacaq və xidmət sürətini artıracaq: "Eyni zamanda nəqliyyat vasitələrinin keçidi üçün əlavə imkanlar yaradılacaq".
Müsahibənin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz.

Сasurbek Çoriyev: "Yeni dövlətlər TRACECA marşrutuna qoşulmaq istəklərini ifadə edirlər"
Bir sıra dövlətlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinə (TRACECA) qoşulmaqda maraqlı olduqlarını bildirirlər.
"Report"un Almatıya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Casurbek Çoriyev Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və biznes-forumunda "Sərhədsiz Avrasiya: qitələrin kəsişməsində logistika habı" sessiyası zamanı bildirib.
"Hazırda iştirakçılarımızın sayı 14-dür, lakin gələcəkdə 15 və ya 16-ya qədər arta bilər - dövlətlər maraq nümayiş etdirirlər, çünki biz biznes icmasının sorğularını real olaraq qəbul etmək və onları siyasi qərarların qəbulu səviyyəsinə çatdırmağa qadirik. Bu siyasi səviyyə daşıyıcıların, ekspeditor şirkətlərinin və nəqliyyat təşkilatlarının qarşılaşdığı, lakin reaksiyaya nail ola bilmədikləri və ya cavab ala bilmədikləri məsələlərin irəlilədilməsi və həll edilməsi üçün bir alətə çevrilir.
Beləliklə, bu platforma təkcə milli deyil, həm də çoxtərəfli səviyyədə fəaliyyət göstərir və bütün bu problemlərin həllində biznesə real dəstək verir", - C. Çoriyev deyib.

TRACECA: Çindən Avropaya tranzit vaxtı sabit 15 günə qədər azaldıla bilər
TRACECA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Hökumətlərarası Komissiyasının Daimi Katibliyi Dünya Bankı ilə birlikdə səmərəlilik indeksinin formalaşdırılması üzərində iş aparır.
"Report"un Almatıya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə TRACECA-nın baş katibi Casurbek Çoriyev Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və biznes-forumunda "Sərhədsiz Avrasiya: qitələrin kəsişməsində logistika habı" sessiyası zamanı bildirib.
"Biz Dünya Bankı ilə əməkdaşlıq edirik və onunla birlikdə səmərəlilik indeksi yaradırıq. Problem ondadır ki, bütün dövlətlər məlumatları müxtəlif standartlara uyğun təqdim edirlər və onların məlumatları digər ölkələrin doğru hesab etdikləri ilə hər zaman uzlaşmır. Məsələn, bu gün Çindən Avropaya tranzit vaxtını qiymətləndirərkən bir çox fərqli analitik qiymətləndirmələrə rast gəlmək mümkündür.
Bəziləri bunun hələ də 60 gün tələb etdiyini iddia edirlər, halbuki ayrı-ayrı hallarda biz 15-18 günə bunun öhdəsindən gəlirik. Lakin optimal vəzifə, şübhəsiz ki, bu müddətin sabit 15 günlük tranzitə qədər azaldılmasıdır. Bununla belə, biz bütün bu müddətləri hesablayarkən, müxtəlif dövlətlərdən əldə olunan ilkin məlumatlar hər zaman dəqiq olmur. Məhz buna görə də məlumatların toplanması prosedurunun sadələşdirilməsi son dərəcə vacibdir ki, təhlil apararkən və nəticələri təqdim edərkən səmərəlilik indeksi unifikasiya edilmiş olsun və logistika dəhlizinin hər bir iştirakçısı üçün tamamilə anlaşılan və şəffaf bir rəqəm versin", - C. Çoriyev deyib.
Baş katib qeyd edib ki, TRACECA BMT-nin ixtisaslaşmış strukturları və bir sıra ölkələrin milli qurumları ilə qarşılıqlı əlaqədə regionda tranzit yükdaşımalarının rəqəmsal transformasiyası üzrə kompleks tədbirlər həyata keçirir.
"Özbəkistanda elektron icazələr sistemi istifadəyə verilib ki, o, artıq Türkiyə və Azərbaycanla fəaliyyət göstərir, yaxın vaxtlarda isə Qazaxıstan, Tacikistan və Qırğızıstan da ona qoşulacaq. Bu qərar kağız sənəd dövriyyəsini tamamilə aradan qaldırır. TRACECA bu qərarı digər dövlətlərə də yaymaq niyyətindədir. Sistem elektron icazələrin birbaşa sərhəd buraxılış məntəqəsinə göndərilməsini nəzərdə tutur ki, bu da nəqliyyat nazirliklərinə əlavə sənədlərin təqdim edilməsi zərurətini istisna edir", - baş katib əlavə edib.

Azərbaycanla Qazaxıstan elektron icazə sisteminə tam keçid barədə razılığa gəlib
Növbəti ildən Azərbaycanla Qazaxıstan arasında kağız daşıyıcıda olan icazələrdən tam imtina edilərək yalnız elektron icazə blanklarının mübadiləsi və verilməsi həyata keçiriləcək.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, bu barədə razılıq Bakıda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə Qazaxıstan Avtomobil Nəqliyyatı və Nəqliyyat Nəzarəti Komitəsi arasında keçirilən beynəlxalq avtomobil daşımaları üzrə Qarışıq Komissiyanın növbəti iclasında əldə olunub.
Bu qərar "e-permit" sisteminin istifadəsi və hazırda aktiv tətbiq olunmasının uğurlu nəticələri nəzərə alınaraq verilib.
Bildirilib ki, "İcazə" blanklarının mübadiləsi və verilməsi prosesinin tam elektronlaşdırılması inzibati və əməliyyat çətinliklərini minimuma endirməklə yanaşı, beynəlxalq daşıma proseslərinin daha şəffaf, sürətli və səmərəli təşkilinə mühüm töhfə verəcək.
Dövlət Gömrük Komitəsinin, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndələrinin və milli daşıyıcıların da iştirakı ilə baş tutan görüşdə Azərbaycan və Qazaxıstan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının mövcud vəziyyəti və inkişaf perspektivləri də müzakirə olunub. Tərəflər son illərdə yük daşımalarının həcminin artmasından, həmçinin hər iki ölkənin beynəlxalq və tranzit daşımalar sistemində oynadığı mühüm roldan məmnunluqlarını ifadə ediblər.
Cari il üzrə beynəlxalq yük daşımalarının həyata keçirilməsi məqsədilə ikitərəfli, tranzit və üçüncü ölkəyə/ölkədən daşımalar üzrə hər biri üçün 2 000 olmaqla ümumilikdə 6 000 elektron icazə blankının əlavə olaraq qarşılıqlı mübadiləsi barədə qərar qəbul edilib.
Bununla yanaşı, 2027-ci il üzrə icazə blanklarının ilkin kvotası ikitərəfli daşımalar üçün 12 000, tranzit daşımalar üçün 8 000, üçüncü ölkəyə/ölkədən daşımalar üçün isə 8 000 ədəd olmaqla ümumilikdə 28 000 icazə blankı səviyyəsində müəyyənləşdirilib.
Beləliklə, iki ölkə arasında beynəlxalq yük daşımaları üçün qarşılıqlı mübadilə olunan icazə blanklarının ümumi kvotası əvvəlki dövrlə müqayisədə 12 000 vahid artırılıb. Tərəflər cari və növbəti illərdə daşıyıcıların icazə blanklarına olan tələbatının tam şəkildə qarşılanacağına əminliklərini ifadə edib.

Xəzər dənizində logistikanın inkişafı üçün əsas vəzifələr açıqlanıb
Xəzər dənizinin tamhüquqlu nəqliyyat körpüsünə çevrilməsi üçün liman və gəmiçilik infrastrukturunun əməliyyat səmərəliliyinin artırılmasına yönəlmiş məqsədyönlü işlərin aparılması tələb olunur.
"Report"un Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Caspian Integrated Maritime Solutions" gəmiçilik şirkətinin baş direktoru Şerxan Suqurbekov Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və biznes forumunda keçirilən "Sərhədsiz Avrasiya: qitələrin kəsişməsində logistika habı" adlı sessiyada bildirib.
O vurğulayıb ki, Xəzər regionu nəqliyyat və logistika baxımından olduqca həssas olaraq qalır: "Əsas vəzifəmiz Xəzərdən keçən quru nəqliyyat sistemlərinin, o cümlədən dəmir yolu və avtomobil nəqliyyatı sistemlərinin maksimum dərəcədə səmərəli inteqrasiyasını təmin etməkdir. Son dövrdə bütün səylərimizi Xəzər dənizinin "dar boğaz" olmaqdan çıxmasına yönəldirik. Əminik ki, o, artıq körpüyə çevrilir və Orta Dəhliz, Şimal-Cənub dəhlizi kimi irimiqyaslı beynəlxalq marşrutların ayrılmaz halqası olur. Limanların, gəmiçiliyin inkişafı davam edir. Bütövlükdə mövcud infrastruktur artıq nəqliyyat sisteminin ehtiyaclarını tam şəkildə ödəməyə imkan verir. Bununla belə, həmkarlarımın vurğuladığı kimi, nəqliyyatçılar da oxşar məsələlər və çağırışlarla üzləşir".
Ş.Suqurbekov qeyd edib ki, ilk növbədə söhbət dəniz nəqliyyatı sistemləri üçün də aktual olan sinxronlaşdırma və koordinasiyanın zəruriliyindən gedir: "Xəzər marşrutunun etibarlı və proqnozlaşdırıla bilən bir körpü olması üçün yaxın dövrdə bütün logistika zəncirinin sabitliyinin təmin edilməsinə diqqət yetirməliyik. Limanların və gəmilərin əməliyyat səmərəliliyi əhəmiyyətli dərəcədə artırılmalıdır. Sözsüz ki, bütün bunlar hazırda fəal şəkildə hazırladığımız vahid rəqəmsal həllər və platformalarla birləşdirilməlidir. Əminik ki, bu gün atılan addımlar öz nəticəsini verəcək və Xəzər dənizi tamamilə etibarlı nəqliyyat körpüsünə çevriləcək".

-
report.az
- TRACECA-nın Baş katibi: "Mərkəzi Asiyanın xarici bazarlara çıxış üçün yeni nəqliyyat dəhlizlərinə ehtiyacı var"
TRACECA-nın Baş katibi: "Mərkəzi Asiyanın xarici bazarlara çıxış üçün yeni nəqliyyat dəhlizlərinə ehtiyacı var"
Mərkəzi Asiya regionu dövlətləri xarici bazarlara çıxışı təmin etmək üçün yeni nəqliyyat dəhlizlərinin formalaşdırılmasına ehtiyac duyurlar.
"Report"un Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Casurbek Çoriyev Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və biznes-forumunda "Sərhədsiz Avrasiya: qitələrin kəsişməsində logistika habı" sessiyası zamanı bildirib.
O qeyd edib ki, TRACECA-nın izlədiyi və inkişaf perspektivlərini müzakirə etdiyi Mərkəzi Asiya ölkələrinin hər birində həm ÜDM-in artımı və əhalinin çoxalması, həm də regiona yönəldilən investisiyaların həcmi baxımından əhəmiyyətli göstəricilər müşahidə olunur: "Bu, əlbəttə ki, əlavə dəyər yaradır, yeni məhsulların istehsalını təmin edir və obyektiv olaraq bizdən yeni bazarların axtarılmasını tələb edir. Bizim üçün bu bazarlar bütün istiqamətlərdə açıqdır: şimala, cənuba və qərbə doğru irəliləyirik və həmin bazarlara asanlıqla, minimum xərclərlə çıxış əldə etmək istəyirik. Bu məqsədlə hökumətlər, regional birliklər və ən əsası inkişaf bankları və beynəlxalq maliyyə institutları yeni dəhlizlər və imkanlar yaratmalıdır. Hökumətlərin vəziyyətə təkcə öz prizmalarından baxmaması, eyni zamanda ilk növbədə nəqliyyat sahəsində fəaliyyət göstərən kiçik və orta bizneslərə kömək etməsi, daha sonra isə iri korporasiyaları da müzakirələrə cəlb etməsi üçün onlar həqiqətən də bu istəkləri birləşdirməkdə bizə kömək edə bilərlər".

-
report.az
- "AzerGold" QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
"AzerGold" QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
"AzerGold" QSC-nin və onun törəmə şirkətləri - "Daşkəsən Dəmir Filiz" MMC və "AzerBlast" MMC-nin 2025-ci ilin yekunlarına dair maliyyə hesabatları açıqlanıb.
Beynəlxalq nüfuzlu müstəqil auditor şirkəti - "PricewaterhouseCoopers" (PwC) tərəfindən aparılan maliyyə yoxlamaları nəticəsində müsbət auditor rəyi verilən maliyyə hesabatlarına əsasən Səhmdar Cəmiyyətin və onun törəmə şirkətlərinin birgə maliyyə nəticələrində pozitiv tendensiyalar qeydə alınıb.
Ötən ili də yüksək gəlir və mənfəətlə başa vuran Cəmiyyət bütün göstəricilər üzrə mövqeyini daha da möhkəmləndirib.
Ümumilikdə, 2024-cü illə müqayisədə satış gəlirləri (182,69 milyon ABŞ dolları) 2025-ci ildə 46 % artaraq 266,45 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. Hesabat ilində qızıl satış qiymətinin 37 %, ümumi satış həcmi 4 % artaraq, 73,3 min unsiya qızıl və 93,2 min unsiya gümüş təşkil edib. Bununla yanaşı, törəmə müəssisə olan "AzerBlast" MMC-nin ötən il üzrə fəaliyyəti də ümumi satış gəlirlərinin formalaşmasına təxminən 3 % həcmində töhfə verib.
2025-ci ildə istehsalat həcmi və satış gəlirlərinin artması nəticəsində "AzerGold" QSC və onun törəmə şirkətlərinin əməliyyat mənfəətinin göstəricisi olan EBITDA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) 58,52 % artaraq 142,48 milyon ABŞ dolları səviyyəsində qeydə alınıb. Nəticədə xalis mənfəət 2024-cü il ilə müqayisədə 49,04 milyon ABŞ dolları, yəni 148,5 % artaraq 82,06 milyon ABŞ dollarına çatıb.
2025-ci ilin sonuna Səhmdar Cəmiyyəti və onun törəmə şirkətlərinin ümumi aktivlərinin dəyəri 573,63 milyon ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 17,5 % çoxdur.
Həmçinin "AzerGold" QSC və onun törəmə şirkətlərinin 2025-ci ildə xalis dövriyyə kapitalı 86,4 % artaraq 196,11 milyon ABŞ dolları, ümumi kapitalı isə 22,3 % artaraq 489,05 milyon ABŞ dolları təşkil edib.
"AzerGold" QSC və onun törəmə şirkətlərinin 2025-ci il üzrə maliyyə göstəriciləri qrupun yüksək maliyyə dayanıqlığının və effektiv maliyyə idarəetməsininin bariz sübutudur. Beynəlxalq təcrübədə dağ-mədən şirkətləri üçün borc/kapital nisbətinin 1,0 səviyyəsində olması qənaətbəxş göstərici hesab edildiyi halda, "AzerGold" QSC üzrə bu göstərici 2025-ci ildə 0,07-dən 0,04-ə enib. Bundan əlavə, hesabat ilinin sonuna şirkətin kredit öhdəlikləri tam şəkildə bağlanıb.
2025-ci il üzrə konsolidə edilmiş maliyyə nəticələri ilə ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

-
report.az
- DGK sədri: "Azərbaycan Aİ üzvü ölkələrinin də iştirak etdiyi yeni tranzit sistemə qoşulmağa hazırlaşır"
DGK sədri: "Azərbaycan Aİ üzvü ölkələrinin də iştirak etdiyi yeni tranzit sistemə qoşulmağa hazırlaşır"
Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin də iştirak etdiyi yeni tranzit sistemə qoşulmağa hazırlaşır.
Bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.
Onun sözlərinə görə, Azərbaycan artıq avtomobil daşımaları üzrə bir neçə konvensiyaya üzv olub: "Bu sahədə biz işlərimizi davam etdiririk və beynəlxalq standartlar əsasında ölkəmizdə tranzit imkanlarının genişləndirilməsi, sərbəst hərəkətə şəraitin yaradılması, rəsmiləşdirmə müddətlərinin qısaldılması, yoxlamaların risk əsaslı yanaşma ilə həyata keçirilməsi üçün çalışırıq. Bununla yanaşı, müasir dövrün tələblərinə uyğun yeni alətlərin tətbiqi istiqamətində də iş aparılır. Bu məqsədlə yeni kompüterləşdirilmiş tranzit sisteminə - Avropa İttifaqında 27 dövlət, ümumilikdə 39 ölkə tərəfindən istifadə olunan sistemə qoşulmaq istiqamətində fəaliyyət göstəririk. Bu çərçivədə biz 2 konvensiyaya üzv olmaq ərəfəsindəyik – Ümumi Tranzit Proseduru haqqında Konvensiyaya və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında Konvensiyaya qoşulma prosesinə başlamışıq".
Ş.Bağırov vurğulayıb ki, bu proseslər yaxın gələcəkdə başa çatdırılacaq: "Çünki artıq bu istiqamətdə start verilib və biz qonşu ölkələrdə istifadə edilən elektron əsaslı, təminat əsaslı tranzit qaydalarını, eləcə də kağızsız texnologiyalar vasitəsilə rəsmiləşdirmə imkanlarını ölkəmizdə də tətbiq edə biləcəyik. Bu Avropa istiqamətində dəhliz boyu tətbiq olunacaq. Eyni zamanda biz Asiya regionu ilə də bu işləri aparırıq. Burada Mərkəzi Asiya dövlətləri, Çin və digər tərəfdaşlarla tranzit əməliyyatlarının sadələşdirilməsi istiqamətində, o cümlədən Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə fəaliyyətlərimiz davam edir. Hesab edirik ki, bu sahədə də müsbət nəticələr əldə ediləcək və bu da öz növbəsində Orta Dəhlizin gömrük aspektindən daha cəlbedici olmasına töhfə verəcək".
DGK-nın sədri əlavə edib ki, Orta Dəhlizin əhəmiyyəti olduqca böyükdür və onun digər dəhlizlərlə müqayisədə bir sıra üstünlükləri mövcuddur: "Şübhəsiz ki, burada coğrafi mövqe, məsafələr, infrastruktur imkanları ilə yanaşı, gömrük tənzimlənməsi də əhəmiyyətli rol oynayır. Bundan əlavə, tranzit potensialının genişlənməsi ilə paralel olaraq infrastrukturun da təkmilləşdirilməsi həyata keçirilir.
Məlumdur ki, dövlət səviyyəsində ölkəmizdən keçən tranzit məhsul və yüklərin daşınma həcminin artırılmasına, tranzit imkanlarının genişləndirilməsinə dair müvafiq sərəncam imzalanıb. Həmin sənəd 2024-2026-cı illəri əhatə edir və biz bu istiqamətdə artıq fəal şəkildə işlərimizi həyata keçiririk.
Digər qurumlarla birlikdə məlumdur ki, tranzit potensialının və yük axınının inkişafı üçün bir sıra tədbirlərin görülməsi zəruridir. Bu, ilk növbədə yol infrastrukturunun, keçid imkanlarının və digər istiqamətlər üzrə təkmilləşmənin təmin edilməsini nəzərdə tutur. Lakin əsas məsələlərdən biri də gömrük tənzimlənməsi və gömrük qaydalarının tətbiqi vasitəsilə tranzit əməliyyatlarının asanlaşdırılmasıdır".
Rəqəmlərə diqqət yetirərək, Ş.Bağırov xatırladıb ki, 2025-ci ildə 18 milyon tondan artıq yük Azərbaycan ərazisindən gömrük nəzarəti altında tranzit olaraq keçib. Cari ilin 5 ayı ərzində isə bu göstərici 8,2 milyon ton həcmində olub. "Bu rəqəmlər özlüyündə çevik gömrük tənzimlənməsinin tətbiqinin vacibliyini ortaya qoyur. Gömrük əməliyyatlarının vaxtında icra edilməsi ilə tranzit axınına əsassız maneələrin yaradılmaması böyük əhəmiyyət kəsb edir.
Bunu təmin etmək məqsədilə biz hər şeydən əvvəl öz daxili resurslarımızı səfərbər etmişik. İlk olaraq rəqəmsal rəsmiləşdirmə mexanizmlərini tətbiq edirik. Bu çərçivədə elektron bəyannamə sistemi, yüklər və ya nəqliyyat vasitələri ölkəyə daxil olmamışdan əvvəl rəsmiləşdirmə üçün məlumatların əvvəlcədən toplanması mühüm şərtlərdən birini təşkil edir. Buna görə də biz əlaqədar qurumlarla bu sahədə əməkdaşlığımızı davam etdiririk".
Müsahibənin tam mətni ilə bu gün saat 21:00-da "Report"un saytında tanış ola bilərsiniz.

Azərbaycan gəmilərlə bağlı beynəlxalq konvensiyaya qoşulub
Prezident İlham Əliyev Milli Məclisin iyunun 12-də qəbul etdiyi "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulmaq barədə qanunu təsdiqləyib.
"Report" xəbər verir ki, Konvensiya 2001-ci il oktyabrın 5-də Böyük Britaniyanın paytaxtı Londonda imzalanıb.

-
report.az
- Bakı Dəniz Vağzalında Azərbaycan dənizçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib
Bakı Dəniz Vağzalında Azərbaycan dənizçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib
25 iyun – Beynəlxalq Dənizçi Günü və Azərbaycan dənizçilərinin peşə bayramı münasibətilə Bakı Dəniz Vağzalında tədbir keçirilib.
Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Məlumata əsasən, tədbirdə ADY, Bakı Beynəlxalq Dəniz Limanı və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) rəsmi şəxsləri çıxış edib. Çıxışlarda liman əməkdaşlarının, dənizçilərin və dəmiryolçuların birgə peşəkar fəaliyyətinin Azərbaycanın nəqliyyat-logistika sisteminin inkişafındakı rolu vurğulanıb.
Tədbir çərçivəsində həmçinin dənizçilərin peşə bayramına həsr edilmiş "Dənizdən limana…" sərgisinin açılışı baş tutub. Müxtəlif foto kompozisiyalarla dənizin gücü, bu gücü ram edən dənizçilərin fədakar əməyi və bu əməyin sahildə davamı nümayiş etdirilir. Fotoların dili ilə dənizdə başlayan hər səfərin limanda yeni mərhələyə qədəm qoyduğu ifadə olunur. Yüklərin təhlükəsiz və fasiləsiz hərəkəti dənizçilərin peşəkarlığı, liman əməkdaşlarının zəhməti və dəmir yolu infrastrukturunun vəhdəti sayəsində mümkün olur. Bu baxımdan Bakı Limanı dənizlə quru arasında etibarlı körpü rolunu oynayır.
Sərgidə Azərbaycan rəssamlarının dəniz mövzusuna həsr olunmuş əsərləri ilə yanaşı, dənizçilərin, liman əməkdaşlarının, həmçinin liman əməliyyatlarının ayrılmaz hissəsi olan dəmiryolçuların fəaliyyətini əks etdirən fotoşəkillər də yer alır.
ADY-nin təşkilatçılığı ilə keçirilən sərgi dəniz nəqliyyatı, liman infrastrukturu və dəmir yolu logistikasının vahid bir sistemi təşkil etdiyini nümayiş etdirir, ölkəmizin nəqliyyat tarixini və bu sahədə çalışan insanların əməyini daha yaxından tanıdır.
Sərgi bir ay ərzində ziyarətçiləri üçün açıq olacaq.
Tədbirin sonunda peşə fəaliyyətində fərqlənən liman əməkdaşları təltif olunub, onlara "Fəxri fərman"lar təqdim edilib.

Rövşən Rüstəmov Çindən alınacaq sərnişin qatarlarına baxış keçirib
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov Çinin səfəri çərçivəsində bu ölkənin "CRRC Zhuzhou Locomotive Co., Ltd." şirkətində olub, şirkətin rəhbəri Van Çiaolin ilə görüşüb.
Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, görüşdə Azərbaycanda dəmir yolu ilə sərnişindaşımanın inkişafı və müasir hərəkət tərkibi parkının genişləndirilməsi müzakirə olunub. Qeyd edilib ki, dünyada hərəkət tərkiblərinin istehsalı üzrə aparıcı şirkətlərdən biri olan "CRRC Zhuzhou" ADY ilə əməkdaşlığın inkişafında maraqlıdır.
ADY sədri Rövşən Rüstəmov bildirib ki, Azərbaycanda dəmir yolu nəqliyyatının modernləşdirilməsi sərnişinlərə daha rahat, təhlükəsiz, etibarlı və dayanıqlı xidmət göstərilməsi baxımından prioritet istiqamətlərdəndir: "ADY-nin hədəflərindən biri artan sərnişin tələbatına çevik cavab verən müasir hərəkət tərkibi parkı formalaşdırmaqdır. Yeni sərnişin qatarlarının alınması üzrə danışıqlar həm şəhərətrafı, həm də rayonlararası marşrutlarda xidmət keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır".
Görüşdə Azərbaycanın dəmir yollarında rayonlararası istiqamətlər üzrə istifadə olunacaq 4 ədəd yeni sərnişin qatarının ilə alınması bağlı danışıqlar aparılıb, "CRRC Zhuzhou" tərəfindən təqdim olunan qatarlara baxış keçirilib.
Tərəflər hərəkət tərkiblərinin texniki parametrləri, enerji səmərəliliyi, süni intellektlə çalışan müasir təhlükəsizlik sistemləri, istismar dayanıqlılığı, ehtiyat hissələri ilə təminat, texniki xidmət və təlim imkanları üzrə fikir mübadiləsi aparıblar.
Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində 20 ədəd sərnişin qatarının alınması məsələsi də müzakirə olunub. Çin tərəfinin bu istiqamətdə təklifləri dinlənilib, layihənin texniki, kommersiya və icra mexanizmləri barədə fikir mübadiləsi aparılıb.
ADY nümayəndə heyəti həmçinin "CRRC Nanjing Puzhen Co." şirkətində olub, bu şirkətin rəhbəri Yan Qi ilə görüşüb.
Bildirilib ki, "CRRC Nanjing Puzhen Co., Ltd." sərnişin vaqonları, elektrik qatarları və digər hərəkət tərkiblərinin istehsalı sahəsində geniş təcrübəyə malikdir. Şirkətin bu sahədə texnoloji imkanları ADY-nin sərnişindaşıma parkının modernləşdirilməsi üzrə gələcək layihələri üçün əməkdaşlıq perspektivlərini aktuallaşdırır.
Görüş zamanı 4 ədəd yeni sərnişin qatarının və 50 ədəd sərnişin vaqonunun alınması ilə bağlı texniki və kommersiya məsələləri geniş müzakirə olunub. Tərəflər qatar və vaqonların texniki xüsusiyyətləri, təhlükəsizlik sistemləri, sərnişin komfortu və texniki xidmət imkanları, ehtiyat hissələri ilə təminat, həmçinin personalın təlimi və texnologiya transferi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

-
report.az
- Qazaxıstanın maliyyə naziri Orta Dəhlizin inkişafını EDB üçün yeni imkanlarla əlaqələndirib
Qazaxıstanın maliyyə naziri Orta Dəhlizin inkişafını EDB üçün yeni imkanlarla əlaqələndirib
Avrasiya İnkişaf Bankı (EDB) Monqolustanın bankın iştirakçıları sırasına qatılmasının mümkünlüyü bağlı əsaslı məsləhətləşmələrə başlayıb.
"Report"un Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qazaxıstanın maliyyə naziri, Bank Şurası sədrinin müavini Madi Takiyev EDB-in illik toplantısı və biznes-forumu çərçivəsində keçirilən "Avrasiya 2030+: investisiyalar, artım və yeni imkanlar" adlı plenar sessiyada bildirib.
Onun sözlərinə görə, bank əməkdaşlıq coğrafiyasını genişləndirməyə davam edir: "Bu il Oman Sultanlığının EDB-yə qoşulması gözlənilir. Eyni zamanda, Monqolustanla danışıqlara başlanılıb. Bankın xarici nümayəndəliklər şəbəkəsi genişlənir ki, bu da bütün iştirakçıların maraqlarına uyğun olaraq şəffaf layihələrin həyata keçirilməsi üçün yeni üfüqlər açır".
M.Takiyev, qarşıdan gələn onillikdə EDB-nin regionun əsas inkişaf institutlarından biri kimi öz mövqelərini gücləndirə biləcəyinə əminliyini ifadə edib: "Bankın qarşısında iddialı bir vəzifə durur - Avrasiyanın iqtisadi inkişaf vektorunu müəyyən edən aparıcı platforma olmaq".
Qeyd edək ki, EDB Azərbaycanın da bu banka qoşulmasının mümkünlüyü ilə bağlı məsləhətləşmələr aparır. Bu proses çərçivəsində EDB-nin nümayəndə heyəti 2025-ci ildə Bakıda rəsmi səfərdə olub.
Nəqliyyat gündəliyindən danışan M.Takiyev bildirib ki, Orta Dəhlizin inkişafı və onun "Bir kəmər, bir yol" təşəbbüsü ilə uzlaşdırılması Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat marşrutlarının potensialının açılması üçün əlavə imkanlar yaradır: "Bu istiqamətlər üzrə bir sıra iri investisiya layihələri, o cümlədən EDB və digər beynəlxalq maliyyə institutlarının iştirakı ilə həyata keçirilir".

Bakı metrosunda Silahlı Qüvvələr Günündə qatarların hərəkət qrafiki dəyişdiriləcək
26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar "Bakı Metropliteni" QSC-nin qatarlarında hərəkət qrafiki dəyişdiriləcək.
Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, "28 May-Əhmədli" sahəsində və əksinə olmaqla pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə təşkil edəcək.
"Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Bununla bağlı stansiyalarda ümumi nəzarəti təmin etmək üçün növbətçilik cədvəli əsasında işçi qüvvəsi də ayrılıb. Həmçinin qatarlar "Bakmil" stansiyasına və geri şənbə günü, Bənövşəyi xətdə və "Əhmədli-Həzi Aslanov" mənzilində isə şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcək", -"Bakı Metropliteni" QSC-dən bildirilib.

Bakıda 3 istiqamətdə tıxac müşahidə olunur
Bakının bir sıra yollarında tıxac yaranıb.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

-
report.az
- ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir
ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir
"Azərbaycan Dəmir Yolları" QSC iyunun 24-26-da Çinin Şanxay şəhərində keçirilən "Logistika, mobillik, İT və təchizat zəncirinin idarə edilməsi" üzrə beynəlxalq sərgidə ("Transport Logistic China 2026") xüsusi stendlə iştirak edir.
Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, ADY nümayəndələri sərgidə Azərbaycanın beynəlxalq nəqliyyat-logistika potensialı, xüsusilə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və regionun digər strateji nəqliyyat marşrutları üzrə təqdimatlar edir, Çin və digər ölkələrdən olan yükgöndərənlər, logistika operatorları, ekspeditorlar və investorlarla görüşlər keçirir, yeni əməkdaşlıq imkanlarını müzakirə edir və potensial biznes tərəfdaşları ilə danışıqlar aparırlar.
ADY rəhbərliyi sərginin işi ilə tanış olub, tədbir çərçivəsində ADY sədri Rövşən Rüstəmov "Interrail Holding AG" və Almaniyanın Hamburq Limanının idarəçisi olan "METRANS" şirkətinin rəhbərliyi ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşımalarının genişləndirilməsi, Çin–Avropa–Çin istiqamətində marşrutların inkişafı, Orta Dəhliz üzrə yeni logistika xidmətlərinin formalaşdırılması, Bakı Limanının Avropa limanları və intermodal terminal şəbəkələri ilə əlaqələrinin genişləndirilməsi, əməliyyat koordinasiyasının gücləndirilməsi və yük sahibləri üçün daha çevik logistika həllərinin hazırlanması məsələləri müzakirə olunub.
Asiyanın logistika, nəqliyyat və təchizat zəncirlərinin idarə olunması sahəsində ən nüfuzlu tədbirlərindən biri hesab olunan "Transport Logistic China" sərgisi bu il dünyanın 50-yə yaxın ölkə və regionundan 1000-dən artıq şirkəti bir araya gətirib. Tədbir çərçivəsində logistika, dəmir yolu, dəniz və hava daşımaları, multimodal həllər, rəqəmsal texnologiyalar və təchizat zəncirinin idarə olunması sahələrində fəaliyyət göstərən aparıcı şirkətlər öz imkanlarını nümayiş etdirirlər.

-
report.az
- Nüsrət İbrahimov: "Daşınmaz əmlak bazarında qiymətlərin şişirdilməsi problemi hələ də aktualdır"
Nüsrət İbrahimov: "Daşınmaz əmlak bazarında qiymətlərin şişirdilməsi problemi hələ də aktualdır"
Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin süni şəkildə şişirdilməsi problemi hələ də aktuallığını qoruyur.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu problemin həlli məqsədilə hələ 2009-cu ildə daşınmaz əmlak vasitəçilərinin (maklerlərin) fəaliyyətinin tənzimlənməsi istiqamətində addımlar atılıb:
"2009-cu ildə qərara gəldik ki, daşınmaz əmlak vasitəçilərini bir araya gətirək və bazardakı problemlərin həlli üzərində işləyək. Bunun üçün Realtorlar Assosiasiyası yaradılıb, mütəmadi təlimlər keçirilib, hətta xarici mütəxəssislər də cəlb olunub. Lakin gözlənilən nəticəni əldə etmək mümkün olmayıb".
N. İbrahimov bildirib ki, bazarda qiymətlərin formalaşmasına təsir edən amillər çoxşaxəlidir və məsələyə yalnız vasitəçilərin fəaliyyəti prizmasından yanaşmaq düzgün deyil:
"Daşınmaz əmlak bazarında qiymətlərin tənzimlənməsində dövlət qurumlarının, xüsusilə də maliyyə və pul siyasətini həyata keçirən qurumların rolu mühüm əhəmiyyət daşıyır. Hazırda bazarda baş verən proseslər dövlət qurumları tərəfindən izlənilir və qiymət dinamikasının təhlili istiqamətində işlər aparılır".

-
report.az
- AQP sədri: "Vətəndaşlara ödənilən kompensasiyalar yalnız əmlakın bazar dəyəri ilə məhdudlaşmamalıdır"
AQP sədri: "Vətəndaşlara ödənilən kompensasiyalar yalnız əmlakın bazar dəyəri ilə məhdudlaşmamalıdır"
Azərbaycanda söküntü aparılan ərazilərdə vətəndaşlara ödənilən kompensasiyalar yalnız əmlakın bazar dəyəri ilə məhdudlaşmamalıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, söküntü zamanı vətəndaşların məruz qaldığı sosial və iqtisadi itkilər də kompensasiya hesablamalarına daxil edilməlidir:
"İnsan uzun illər yaşadığı mühitdən köçürülür. Uşağının məktəbi, iş yeri, sosial əlaqələri dəyişir. Bundan əlavə, fəaliyyətin dayanması, yeni yerə uyğunlaşma və əlavə nəqliyyat xərcləri yaranır. Bunlar da qiymətləndirilməli və kompensasiyada nəzərə alınmalıdır. Hər bir hal fərdi qaydada qiymətləndirilməli, kompensasiya məbləği isə bazar dəyəri, sosial amillər, narahatçılıq və itkilər nəzərə alınmaqla müəyyən edilməlidir".
N. İbrahimov söküntü proseslərində kompensasiyaların hesablanması ilə bağlı yeni yanaşma təklif edib:
"Mövcud praktikada kompensasiyalar əsasən bazar dəyəri üzərindən hesablanır. Halbuki beynəlxalq təcrübədə sosial və iqtisadi amillər də nəzərə alınır. Bir vətəndaşın 500 metr, digərinin isə 50 kilometr uzaqlığa köçürülməsi eyni təsir yaratmır. Buna görə hər bir halda ayrıca qiymətləndirmə aparılmalıdır".

-
report.az
- AZAL: "Airbus A321neo" təyyarəsi istismara hazırdır, onu istənilən marşrutlarda istifadə etmək olar
AZAL: "Airbus A321neo" təyyarəsi istismara hazırdır, onu istənilən marşrutlarda istifadə etmək olar
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sifarişi ilə Almaniyanın Hamburq şəhərindəki "Airbus" zavodunda yığılan "Airbus A321neo" təyyarəsi aviaşirkətin tələblərinə tam şəkildə cavab verir və istismara hazırdır.
Bunu "Report"un Hamburqa ezam olunmuş əməkdaşına açıqlamasında "Airbus A320" ailəsi təyyarələrinin kapitanı, AZAL-ın uçuşların təhlükəsizliyi üzrə direktoru Rinat Hüseynov bildirib.
Onun sözlərinə görə, aviaşirkət hava gəmisinin çatdırılmasını təxminən dörd il gözləyib.
R.Hüseynov qeyd edib ki, yeni laynerin sınaq uçuşunda və onun əsas sistemlərinin yoxlanılmasında iştirak edib: "Sınaq uçuşu zamanı biz bütün sistemlərin işini yoxladıq, təyyarənin səmərəliliyini və funksional imkanlarını, həmçinin onun iqlim və əməliyyat şəraitimizdə istismara yararlılığını qiymətləndirdik. Təyyarə möhtəşəmdir, etibarlılıq və inam hissi aşılayır. O, yaxın illər üçün aviaşirkətin qarşısına qoyulmuş məqsədlərə çatmağımıza imkan verəcək və əminəm ki, dövlətə əhəmiyyətli dərəcədə fayda gətirəcək".
Onun sözlərinə görə, bu, AZAL-ın aviaparkındakı ən müasir təyyarələrdən biridir.
"A321neo"nun istismarı üzrə mümkün marşrutlar barədə sualı cavablandıran R.Hüseynov vurğulayıb ki, təyyarə müxtəlif istiqamətlər üzrə reyslər həyata keçirmək üçün geniş imkanlara malikdir: "Bu təyyarəni demək olar ki, istənilən marşrutlarda - Avropa, Asiya, eləcə də şimal və cənub istiqamətlərində istifadə etmək olar. Təyyarə orta məsafəli hava gəmiləri kateqoriyasına aiddir. Lakin öz sinfində ən böyük uçuş məsafələrindən birinə malikdir".

Nüsrət İbrahimov: "Əmlak bazarının təhlili prosesləri avtomatlaşdırılacaq"
Azərbaycanda daşınmaz əmlak bazarı üzrə indekslərin hesablanması prosesi hazırda əsasən əl üsulu (mexaniki) ilə həyata keçirilir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu sahədə metodologiya hələ 2008-ci ildə Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə hazırlanıb və uzun illərdir tətbiq olunur: "Bu gün də həmin metodologiya əsasında işləyirik. İndekslərin hesablanması və bazar təhlilləri əsasən əl ilə aparılır. Lakin gələcəkdə bu proseslərin avtomatlaşdırılması və süni intellekt texnologiyalarının tətbiqi nəzərdə tutulur".
Palata rəhbəri bildirib ki, yeni yaradılan portal vasitəsilə məlumatların toplanması və emalı prosesinin rəqəmsallaşdırılması planlaşdırılır.

Yevlax–Bərdə dəmir yolu xəttində görülən işlər açıqlanıb
Yevlax–Bərdə dəmir yolu xəttində yenidənqurma işləri davam etdirilir.
Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Məlumata əsasən, uzunluğu 30 kilometr olan xətt üzrə may ayında başlanılan söküntü işləri artıq tamamlanıb.
Layihə çərçivəsində ümumilikdə 174 ədəd mühəndis qurğusunun tikintisi planlaşdırılır. Bunlara 4 körpü, 12 avtomobil keçidi, 98 suötürücü boru və 60 ehtiyat keçidi daxildir.
Hazırda yol yatağının tikintisi davam etdirilir.
Bu xətdə 1967-ci ildən bəri əsaslı təmir aparılmadığından qatarların hərəkət sürəti 10–60 km/saat arasında dəyişirdi. Yenidənqurma işləri başa çatdıqdan sonra hərəkət sürəti artacaq, daha sürətli, dayanıqlı və fasiləsiz dəmir yolu əlaqəsi təmin olunacaq. Bununla da Yevlaxdan Xankəndiyə qədər müasir dəmir yolu infrastrukturu formalaşacaq.

Palata: "Qiymətləndirmə hesabatlarının vahid bazaya daxil edilməsi məcburi ola bilər"
Azərbaycanda qiymətləndirmə hesabatlarının vahid məlumat bazasına daxil edilməsi məcburi xarakter ala bilər.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda qiymətləndiricilər məlumatları portala könüllü şəkildə yerləşdirirlər və bu səbəbdən məlumat bazasının formalaşdırılması prosesində çətinliklər yaranır: "Portalın istifadəyə verilməsindən altı ay keçməsinə baxmayaraq, bütün qiymətləndiricilər məlumatları sistemə daxil etmirlər. Bəziləri qanunda belə tələb olmadığını bildirir, bəziləri isə məlumatları yerləşdirməkdə maraqlı deyil. Hazırda "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna dəyişikliklər hazırlanır və həmin dəyişikliklər çərçivəsində məlumatların vahid bazaya daxil edilməsinin məcburi olması nəzərdə tutulur".
O qeyd edib ki, Azərbaycanda riskli hesab edilən kommersiya obyektlərinin alqı-satqısı zamanı əlavə qiymətləndirmə mexanizminin tətbiqi nəzərdən keçirilir: "Bu istiqamətdə Ədliyyə Nazirliyi ilə müzakirələr aparılıb və ilkin mərhələdə layihənin kommersiya obyektlərini əhatə etməsi məqsədəuyğun hesab edilib. Belə qərara gəldik ki, hələlik kommersiya obyektlərindən başlayaq. Xüsusilə də bazar qiymətindən əhəmiyyətli dərəcədə yuxarı və ya aşağı göstərilən, şübhə doğuran əməliyyatlar üzrə notariuslar sənədləri qiymətləndirmə üçün Palataya göndərsinlər. Layihənin uğurlu nəticə verməsi halında bu təcrübənin digər daşınmaz əmlak növlərinə də tətbiqi ilə bağlı təkliflər hazırlanacaq. Beynəlxalq təcrübədə daşınmaz əmlakın alqı-satqısından əvvəl qiymətləndirilməsi geniş yayılıb".

Cəmil Manizadə: "A321neo" təyyarəsinin alışı AZAL-ın hədəfləri üçün əhəmiyyətli addımdır
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Airbus"dan ilk "A321neo" təyyarəsini alması aviaşirkətin uzunmüddətli strategiyasının həyata keçirilməsində əhəmiyyətli addımdır.
"Report"un Hamburqa (Almaniya) ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə AZAL-ın kommersiya direktoru Cəmil Manizadə təyyarənin aviaşirkətə təhvil verilməsi mərasimində bildirib.
"Bu, aviaşirkətimizin donanmasında ilk Airbus 321 təyyarəsidir. Bu təyyarənin alınması sadəcə donanmamızın böyüməsi demək deyil. Bu, uzunmüddətli strategiyamızın həyata keçirilməsində əhəmiyyətli bir addımdır. Modernləşdirməyə, səmərəliliyə, sərnişin rahatlığına və davamlı inkişafa yönəlmiş strategiyamızın", - Manizadə deyib.
Onun sözlərinə görə, "321neo" təyyarələr ailəsi AZAL-ın strategiyasına ideal şəkildə uyğundur. "Bu təyyarə bizə daha uzağa, daha səmərəli və daha rahat uçmağa imkan verəcək. Bütün Airbus komandasına, eləcə də AerCap-dan olan tərəfdaşlarımıza və digərlər hamıya səmimi təşəkkürümüzü bildirmək istərdim. Bu gün biz tariximizdə yeni bir fəsil açırıq. Donanmamızı digər bu cür təyyarələrlə də zənginləşdirəcəyik, bu da aviaşirkəti daha güclü və rəqabətədavamlı edəcək", - o qeyd edib.
"Airbus"ın proqramlar üzrə baş meneceri Bruno Kastola (Bruno Castola) isə qeyd edib ki, şirkət AZAL-la əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
"Biz əməkdaşlığımızdan çox razıyıq və tərəfdaşlığımızı yeni səviyyəyə çıxarmaq istəyirik", - o bildirib.
Mərasimdə çıxış edən "Airbus" və "AerCap" rəhbərləri qeyd ediblər ki, yeni təyyarənin alınması AZAL-a uçuş coğrafiyasını genişləndirməyə və sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətini artırmağa imkan verəcək.

AQP sədri: "Banklar qiymətləndirmə hesabatlarında yalnız yekun dəyərə diqqət yetirir"
Azərbaycanda problemli girovların yaranmasının əsas səbəblərindən biri qiymətləndirmə hesabatlarının lazımi səviyyədə təhlil edilməməsidir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bir çox hallarda banklar girov predmetləri üzrə təqdim olunan qiymətləndirmə hesabatlarının yalnız yekun dəyərinə diqqət yetirirlər, halbuki hesabatın digər hissələri də risklərin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: "Qiymətləndirici hesabat hazırlayır, bank isə əksər hallarda yalnız qiymət göstəricisinə baxır. Halbuki hesabatın beynəlxalq standartlara uyğunluğu, risk faktorları, ekoloji göstəricilər və digər vacib məqamlar da nəzərə alınmalıdır. Kredit portfellərində yaranan bəzi problemlərin kökündə məhz düzgün aparılmayan qiymətləndirmə və ya qiymətləndirmə hesabatlarının tam təhlil olunmaması dayanır. Banklarda girov portfelləri ilə bağlı yaranan problemlərin bir hissəsi məhz qiymətləndirmədən qaynaqlanır. Təklif edirik ki, sistem elə qurulsun ki, bu problemlər sonradan deyil, ilkin mərhələdə aradan qaldırılsın".
N. İbrahimov bildirib ki, bu məqsədlə Azərbaycan Banklar Assosiasiyası və ayrı-ayrı banklarla müzakirələr aparılır: "Palata qiymətləndirmə hesabatlarının vahid standartlar əsasında hazırlanması və qəbul olunması ilə bağlı təkliflər təqdim edib. Yeni beynəlxalq qiymətləndirmə standartları çərçivəsində ekoloji, sosial və idarəetmə (ESG) faktorlarının nəzərə alınması gələcəkdə daha da aktuallaşacaq və bankların risk idarəetmə sistemlərinə inteqrasiya edilməlidir".

Nüsrət İbrahimov: "Bəzi dövlət qurumları statistik məlumatlarını paylaşmırlar"
Azərbaycanda bəzi dövlət qurumları öz statistik məlumatlarını paylaşmırlar.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu isə bazarın real vəziyyətinin müəyyənləşdirilməsini və obyektiv qiymətləndirmələrin aparılmasını çətinləşdirir.
N. İbrahimov bildirib ki, Azərbaycanda qiymətləndirmə sektorunun əsas problemlərindən biri etibarlı məlumat bazasının olmamasıdır: "Uzun illər qiymətləndirmə fəaliyyətinin tənzimlənməməsi bazarda bir sıra problemlərin yaranmasına səbəb olub: "Bu problemlər arasında qiymətləndirmə üçün zəruri olan etibarlı və geniş məlumat bazasının olmaması xüsusi yer tutur. Qiymətləndiricilər hazırda əsasən satışa çıxarılan əmlaklar üzrə açıq mənbələrdə yerləşdirilən məlumatlardan istifadə edirlər. Halbuki, beynəlxalq qiymətləndirmə standartlarına uyğun fəaliyyət üçün real bazar əməliyyatları və statistik göstəricilər əsasında formalaşdırılmış məlumat bazasına ehtiyac var".
Palata sədrinin fikrincə, məhz bu səbəbdən Palata qiymətləndirmə bazarına dair geniş məlumat bazasının yaradılmasına başlayıb: "Hazırda bazardan toplanan məlumatlar sistemləşdirilir, təhlil edilir və onların əsasında analitik hesabatlar hazırlanır. Bundan başqa, Palata daşınmaz əmlak, nəqliyyat və tikinti sektorları üzrə bazar indeksləri də formalaşdırıb. Bu indekslərin qiymətləndiricilərin fəaliyyətinin dəstəklənməsinə, bazardakı tendensiyaların izlənilməsinə və daha dəqiq qiymətləndirmələrin aparılmasına xidmət edir".

-
report.az
- Azərbaycanlı jurnalistlər "şəhər içində şəhər" - Hamburqdakı "Airbus" zavodu ilə tanış olublar
Azərbaycanlı jurnalistlər "şəhər içində şəhər" - Hamburqdakı "Airbus" zavodu ilə tanış olublar
Azərbaycanlı jurnalistlər "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sifarişi ilə ilk "A321neo" təyyarəsinin yığıldığı Hamburqdakı (Almaniya) "Airbus" zavodunda olublar.
"Report"un Hamburqa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, mediatur zamanı "Airbus" nümayəndəsi Daniel Verdunq (Daniel Werdung) zavodda 18 min nəfərin çalışdığını qeyd edib. Burada hava limanı və istehsal sahələri ilə yanaşı, demək olar ki, bütün kritik əhəmiyyətli infrastruktur mövcuddur və buna görə də zavod "şəhər içində şəhər" adlanır.
Hamburqdakı zavod "Airbus" təyyarələrinin yığıldığı dörd sahədən biridir. Digər sahələr Fransa, ABŞ və Çində yerləşir.
"Təchizatçıdan asılı olaraq təyyarələr müxtəlif sahələrdə yığılır. Bu sahələrin hər birində həm də müxtəlif təyyarələr üçün ayrı-ayrı komplektləşdirici hissələr yığılır", - "Airbus"un nümayəndəsi qeyd edib.

Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
Almaniyanın Hamburq şəhərində "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə "AerCap" şirkəti ilə lizinq müqaviləsi çərçivəsində təhciz edilən ilk "Airbus A321neo" təyyarəsinin təhvil verilməsi mərasimi keçirilib.
"Report"un Hamburqa ezam olunmuş əməkdaşı xəbər verir ki, mediatur zamanı "Airbus" şirkətinin kommersiya marketoloqu Malhar Pendse bildirib ki, Azərbaycan Avropa ilə Asiya arasında çox vacib coğrafi mövqeyə malikdir və ölkə şirkət üçün vacib müştəridir.
O qeyd edib ki, şirkət AZAL-dan sifarişi 2022-ci ildə alıb.
M.Pendsenin sözlərinə görə, "Airbus A321neo" bu nəslin Azərbaycana təhvil verilən ilk təyyarəsidir.
Ümumilikdə, "Airbus" indiyədək bütün dünyada 450 müştəridən 26 272 təyyarənin istehsalı üçün sifariş alıb. Bu sifarişdən 17 019 təyyarəni müştərilər artıq əldə ediblər.
"A320" seriyası – "Airbus" təyyarələri arasında ən çox satılan seriyadır. Bu seriya üzrə müştərilərlə 20,1 min təyyarənin satışına dair müqavilələr bağlanıb ki, bundan da 12,6 min təyyarəni artıq əldə ediblər.
"Airbus"dan bildirilib ki, şirkət hər ay 45-75 ədəd "A320 neo" təyyarəsi yığır. Təyyarənin komponentləri ABŞ, Fransa, Çin və Almaniyada, xüsusən də Hamburqda yığılır.
Bilavasitə "A320 neo" ailəsinə aid təyyarələr üzrə şirkət 150 aviaşirkətdən 12 min sifariş alıb, "A321neo" üzrə – 9,5 min təyyarə üçün sifarişlər alınıb, müştərilərə artıq 7,7 mindən çoxu təhvil verilib.
"Airbus A321neo" dar gövdəli təyyarədir və yeni texnoloji yeniliklər sayəsində o, orta məsafəli təyyarədən uzaq məsafəli təyyarəyə çevrilib və 10 saat havada qala bilir. Təyyarənin tutumu 244 sərnişinə qədər artırılıb.
M.Pendse qeyd edib ki, "A321neo" ailəsinə aid təyyarələr bu gün bütün dünyada istismar olunur: "Bu gün "A321neo"nun bütün əməliyyatlarının 15 %-dən çoxu uzaq məsafəli marşrutların payına düşür".
Ötən il "Airbus" şirkəti təxminən 800 təyyarə, o cümlədən 620-dən çox "A320" seriyalı təyyarə istehsal edib.

Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) iyunun 24-də planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.
Bu barədə "Report" AZAL-dan məlumat verilib.
Bildirilib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.
"AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir", - məlumat da qeyd olunub.

Zaur Mikayılov: "Əsas hədəf hər kubmetr sudan daha yüksək məhsuldarlıq əldə etməkdir"
Əsas hədəf Azərbaycanda hər kubmetr sudan daha yüksək məhsuldarlıq əldə etməkdir.
"Report"un Sabirabada ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə deyib.
Onun sözlərinə görə, bu gün qarşıda duran əsas vəzifələrdən biri təkcə su təminatını artırmaq deyil, hər kubmetr sudan daha yüksək məhsuldarlıq əldə etməyə əsaslanan iqlim dəyişikliklərinə davamlı kənd təsərrüfatı modelinin formalaşdırılmasıdır: "Bu baxımdan aqrar sektorda ənənəvi selləmə suvarma üsullarından mərhələli şəkildə imtina olunması, damcı və pivot suvarma texnologiyalarının, eləcə də lazer hamarlama və tirələrə ayırma kimi müasir aqrotexniki üsulların tətbiqinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Müasir suvarma texnologiyalarının tətbiqi torpaqların şorlaşmasının qarşısını alır, məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır, su resurslarından daha səmərəli istifadəyə imkan yaradır və investisiyaların iqtisadi səmərəliliyini yüksəldir".
Z.Mikayılov qeyd edib ki, əsaslı təmir işləri çərçivəsində ölkə üzrə 55 kilometrdən artıq kanal beton üzlüyə alınıb, 10,4 kilometrdən çox boru kəməri yenilənib, 2 813 metr daş-beton bənd əsaslı təmir edilib, 204 subartezian quyu isə bərpa olunub: "Cari təmir planına uyğun olaraq isə 6 378 subartezian quyusunda, 842 nasos stansiyasında və 2779 hidrotexniki qurğuda təmir işləri aparılıb. Eyni zamanda, 31 milyon kubmetr həcmində suvarma kanalı və 10 milyon kubmetrə yaxın kollektor-drenaj şəbəkəsi lildən təmizlənib. Bundan əlavə, 10 milyon kubmetrə yaxın çay məcrasında tənzimləmə işləri yerinə yetirilib".
O vurğulayıb ki, su ehtiyatlarının səmərəli idarə olunması sahəsində dövlət nəzarətinin gücləndirilməsi, monitorinq mexanizmlərinin təkmilləşdirilməsi və qanunvericiliyin tələblərinə əməl olunması mühüm əhəmiyyət daşıyır: "Bu məqsədlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb. Xidmətin əsas fəaliyyət istiqaməti su ehtiyatlarından düzgün, səmərəli və qanunvericiliyin tələblərinə uyğun istifadəyə, eləcə də onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsidir. Bu çərçivədə su mənbələrindən istifadənin müəyyən edilmiş qaydalara uyğun təşkili, su ehtiyatlarının müxtəlif növ çirklənmələrdən qorunması, ekoloji tarazlığın təmin olunması, su limitlərinə riayət edilməsi və su itkilərinin qarşısının alınması əsas prioritet istiqamətlərdəndir".

Azər Fərəcov: "Hər hansı vasitəçi bir neçə bilet alıb saxlaya bilməz"
Turizm şirkəti və ya hər hansı vasitəçi gələcəkdə kimə satacağını bilmədiyi halda bir neçə bilet alıb saxlaya bilməz.
"Report" "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, bunu qurumun Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, hər bir bilet satış anında konkret sərnişinin adına rəsmiləşdirilməlidir və sonradan başqa şəxsə ötürülməsi və ya biletlərin əvvəlcədən alınıb sonradan istənilən şəxsə satılması mümkün deyil: "Yəni sistem alınmış biletin başqasının adına dəyişdirilməsinə icazə vermir. Bilet yalnız qaytarıla bilər, bu halda isə həmin bilet yenidən açıq satışa verilir. Sistemin bu cür qurulması bilet satışında sui-istifadə hallarına, xüsusilə hansısa vasitəçi şəxslər və turizm şirkətləri tərəfindən biletlərin kütləvi şəkildə alınaraq sonradan yenidən satılmasına imkan vermir".
A.Fərəcov qeyd edib ki, sosial şəbəkələrdəki iddialardan biri də Bakı–Tbilisi qatarlarının dolu olmaması ilə bağlıdır: "Bir məqamı da qeyd edim ki, qatar Bakıdan yola düşərkən tam dolu olmaya bilər, bu təbiidir, çünki sərnişinlərin heç də hamısı səfərinə Bakı Dəmiryol Vağzalından başlamır. Məlum olduğu kimi, Bakı–Tbilisi–Bakı qatarları həmçinin Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanır və bu stansiyalardan da sərnişinlər qatara minirlər. Məsələn, 25 may – 22 iyun tarixlərində Bakıdan Tbilisiyə 6 136, Yevlaxdan 909, Gəncədən 1 345, Ağstafadan Tbilisiyə isə 492 nəfər səfər edib. Əks istiqamətə, yəni Tbilisidən Bakıya 5 592, Gəncəyə 1 048, Yevlaxa 1 522 nəfər, Qardabanidən Bakıya isə 381 nəfər səyahət edib. Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin satışa çıxarıldığı 21 may 2026-cı il tarixindən indiyədək ümumilikdə 20 minə yaxın bilet alınıb. Bunlardan təxminən 5 min bilet kassalarında satılıb".

ADY: Bakı–Tbilisi istiqaməti üzrə heç bir turizm şirkətinə kvota ayırmırıq
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı–Tbilisi–Bakı istiqaməti üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir, hər hansı şirkətə və ya vasitəçiyə kvota ayrılmır.
"Report" ADY-yə istinadən xəbər verir ki, bunu qurumun Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, Bakı–Tbilisi–Bakı marşrutuna yüksək tələbat olduğundan biletlər satışa çıxarılandan qısa müddətdə satılır: "Sərnişinlər həm kassalar, həm mobil tətbiq, həm də rəsmi saytdan eyni satış bazasına çıxış əldə edirlər. Bütün satış kanalları eyni sistem üzərindən işləyir. Onu da bildirim ki, beynəlxalq marşrutların təşkili yalnız tələbata deyil, həm də infrastruktur, sərhəd-keçid prosedurları, qatar parkı və iki ölkənin dəmir yolu administrasiyaları arasında koordinasiyaya bağlıdır. Bununla belə, mövcud imkanların artırılması istiqamətində iş aparılır".
A.Fərəcov qeyd edib ki, biletlər hamı üçün eyni vaxtda satışa çıxarılır və satış prosesi vahid sistem üzərindən həyata keçirilir: "Bütün sərnişinlərin bilet almaq hüququ eynidir. Hazırda biletlərin kütləvi şəkildə alınıb sonradan satılmasını təsdiqləyən fakt yoxdur. Əgər belə bir fakt aşkar edilsə, təbii ki, bunu ilk araşdıran tərəf ADY olacaq.
Bir şəxs bir reysdə öz adına iki bilet əldə edə bilməz. Hər bir bilet bir konkret şəxsin adına rəsmiləşdirilir. Bundan əvvəl bir şəxs özü ilə birlikdə 8 nəfərə və əlavə olaraq yer tutmayan 5 yaşa qədər 8 nəfər uşağa bilet ala bilirdisə, bu rəqəm 4 nəfərə qədər azaldılıb. Burada əsas məqsədi daha çox sərnişinə bilet alışı üçün bərabər imkan yaratmaqdır.
Əlavə olaraq bildirim ki, yüksək tələbatla əlaqədar iki və daha çox sərnişin eyni anda eyni yer üzrə bilet alışını həyata keçirmək istədikdə prosesi ən tez tamamlayan şəxs bileti əldə edə bilir, bu məqamda digər şəxsin kartından pul tutulubsa, geri qaytarılır".

Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı dövrü 90 günə çatdırılacaq
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlarda aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqini planlaşdırılır.
"Report" "Azərbaycan Dəmir Yolları"na QSC (ADY) istinadən xəbər verir ki, bunu qurumun Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları"nda bilet satışı həm onlayn (ADY-nin rəsmi saytı və "ADY Mobile" tətbiqi üzərindən), həm də dəmiryol kassalarında tam şəffaf şəkildə həyata keçirilir:
"ADY-də 2024-cü ilin noyabr ayından tətbiq edilən dinamik qiymət siyasətinə əsasən, sərnişinlər biletləri 25-30 gün əvvəl aldıqda daha sərfəli qiymətlərdən yararlana bilirlər. Bu həm sərnişinlərin səfərlərini planlaşdırmasını asanlaşdırır, həm də ADY tərəfindən tələbatın vaxtında müəyyənləşdirilməsinə və buna uyğun tədbirlər görülməsinə, məsələn, əlavə reyslərin təyin edilməsi və ya qatara əlavə vaqon qoşulmasına imkan verir.
Bilet satışı hər zaman 30 günlük dövrü əhatə edir. Yəni hər gün növbəti 30-cu gün üçün yeni biletlər satışa çıxarılır. Bundan əvvəl kassalarda və onlayn sistemdə satış prosesi saat 00:30-dan sonra aktiv olurdu. Həmin saatdan etibarən yüklənməni nəzərə alaraq, artıq biletlər hər növbəti 30-cu gün üçün fərqli saatlarda sistemdə əks olunur.
Hazırda Bakı–Tbilisi–Bakı marşrutu üzrə tələbat çox yüksək olduğundan biletlər satışa çıxarılandan qısa müddət ərzində satılır. Ona görə də sərnişinlərimizə səyahət tarixinə uyğun biletləri mütəmadi olaraq yoxlamağı tövsiyə edirik".
A.Fərəcov vurğulayıb ki, sərnişin tələbatını qarşılamaq məqsədilə 11 iyundan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara əlavə vaqon qoşulub və müvafiq olaraq satışa yeni biletlər təqdim edilib:
"Hazırda qarşıdakı 30 günlük dövr üçün Azərbaycandan Gürcüstana olan reyslər üzrə biletlərin böyük əksəriyyəti, Gürcüstandan Azərbaycana olan reyslər, o cümlədən əlavə satışa çıxarılan bütün biletlər də qısa müddətdə satılıb. Bildiyiniz kimi, mövcud qaydaya əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolla tərk etməsinə məhdudiyyət yoxdur. Lakin Azərbaycana girişə yalnız təyyarə və qatarla icazə verilir ki, bu da Gürcüstandan Azərbaycana qatar reysləri üzrə biletlərə kütləvi tələbatın yaranmasına səbəb olur".

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 13 %-ə yaxın artıb
Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 4 729 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alıb.
"Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 % çoxdur.
Qeydiyyata alınmış əmlaklardan 2 094-ü torpaq sahəsi, 1 790-ı fərdi yaşayış və bağ evi, 598-i mənzil, 122-si qeyri-yaşayış sahəsi, 118-i qeyri-yaşayış binası, 7-si isə əmlak kompleksidir.
5 ayda daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 986 min manat xidmət haqqı toplanıb. Bu da 1 il əvvələ nisbətən 25,6 min manat və yaxud 2,6 % çoxdur.

Bu il TBNM çərçivəsində Aktau limanında dibidərinləşdirmə işləri başa çatdırılacaq
Qazaxıstan Aktau limanında dibidərinləşdirmə işlərini 2026-cı ilin sonunadək başa çatdırmağı planlaşdırır.
"Report" Qazaxıstan hökumətinə istinadən xəbər verir ki, layihənin icrası gəmiçilik təhlükəsizliyinin və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) buraxılış qabiliyyətinin artırılmasına yönəlib.
Məlumata görə, layihənin podratçısı olan Çinin "China Harbour Engineering Company Ltd" şirkəti geodeziya kəşfiyyatlarını və işlərin yerinə yetirilməsi üçün zəruri olan məlumatların emalını artıq başa çatdırıb.
Hazırlıq mərhələsi çərçivəsində ixtisaslaşdırılmış dibidərinləşdirmə donanmasının, texnika və avadanlıqların səfərbər edilir.
"Əsas dibidərinləşdirmə işlərinin başlanması cari ilin iyul ayının ikinci yarısına planlaşdırılıb. Layihənin 2026-cı ilin sonunadək başa çatdırılması nəzərdə tutulur", - məlumatda qeyd edilib.
Bundan əlavə, bildirilib ki, layihə TBNM-in potensialının inkişafı amillərindən biri olacaq: "2028-ci ilə qədər TBNM-in gücünün ildə 6 milyon tondan 10 milyon tona qədər artırılması planlaşdırılır. Bu, Şərq – Qərb marşrutunda ən mühüm nəqliyyat-logistika qovşağı kimi Qazaxıstanın rolunun daha da möhkəmlənməsinə kömək edəcək".
TBNM və ya Orta Dəhliz - Çin və Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan və Gürcüstan vasitəsilə birləşdirən beynəlxalq nəqliyyat dəhlizidir.

Bakıda yalnız 3 istiqamətdə tıxac var
Bakının bir sıra yollarında tıxac yaranıb.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Bakıda daha bir yol sahəsi təmir olunub
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın yol infrastrukturunun yenilənməsi istiqamətində tədbirlər davam etdirilir.
"Report" Agentliyə istinadən xəbər verir ki, bu çərçivədə Qara Qarayev prospektinin Cəmşid Naxçıvanski və Bəhruz Nuriyev küçələri arasında yerləşən köməkçi hissəsində təmir işləri icra olunub.
Təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün frezlənməsi aparılaraq, normativ tələblərə uyğun yeni asfalt-beton örtüyü döşənib. Təmir olunan hissənin uzunluğu 500 metr, ümumi sahəsi isə 3 500 kvadratmetr təşkil edir.

Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinin bir hissəsində (Albert Aqarunov küçəsindən Fətəli xan Xoyski küçəsinədək olan hissədə) 23 iyun saat 23:00-dan 25 iyun saat 23:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunub.

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb
Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, Bakının 505 və 506 nömrəli şəhərətrafı, Sumqayıt şəhəri üzrə 15 və 20 nömrəli şəhərdaxili, eləcə də Bakı–Sınıq Körpü, Bakı–Şəki, Bakı–Ağdaş, Bakı–Kürdəmir, Bakı–Göyçay, Bakı–Horadiz, Bakı–Qusar, Bakı–Xudat, Sumqayıt–Kürdəmir, Gəncə–Şamaxı, Mingəçevir–Ağcabədi, Mingəçevir–Ağsu, Mingəçevir–Gədəbəy, Yevlax–Zaqatala, Ağdaş–Gəncə, Zərdab–Gəncə, Bərdə–Göyçay, Bərdə–İsmayıllı, Tərtər–Lənkəran, Saatlı–Sumqayıt, İmişli–Sumqayıt və İsmayıllı–Göyçay şəhərlərarası, həmçinin Samux (M.Füzuli küçəsi) – Gəncə (dəmiryol vağzalı), Ziyadlı kəndi (Samux) – Gəncə (dəmiryol vağzalı), Düzqışlaq ("Şəmkir" stansiyası) – Gəncə (avtovağzal), Alıuşağı (Samux) – Gəncə (dəmiryol vağzalı) və Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutları müsabiqəyə çıxarılır.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.
Sənədlər 22 iyul 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Sınıq Körpü, Bakı–Şəki, Bakı–Ağdaş, Bakı–Kürdəmir və Bakı–Göyçay istiqamətlərində 6 lot üzrə avqustun 5-də; Bakı–Göyçay, Bakı–Horadiz, Bakı–Qusar, Bakı–Xudat, Sumqayıt–Kürdəmir və Gəncə–Şamaxı istiqamətlərində 6 lot üzrə avqustun 7-də; Mingəçevir–Ağcabədi, Mingəçevir–Ağsu, Mingəçevir–Gədəbəy, Yevlax–Zaqatala, Ağdaş–Gəncə və Zərdab–Gəncə istiqamətlərində 6 lot üzrə avqustun 11-də; Bərdə–Göyçay, Bərdə–İsmayıllı, Tərtər–Lənkəran, Saatlı–Sumqayıt, İmişli–Sumqayıt və İsmayıllı–Göyçay istiqamətlərində 6 lot üzrə avqustun 14-də; paytaxtın 505 nömrəli (Ceyranbatan qəsəbəsi – "Abşeron" ticarət mərkəzi) və 506 nömrəli (Masazır kəndi – "Sədərək" ticarət mərkəzi) şəhərətrafı, Sumqayıt şəhəri üzrə 15 nömrəli (Çerkassi küçəsi – Sultan Məcid Qənizadə küçəsi) və 20 nömrəli (Kamal Axundov küçəsi – Fərman Cəfərov küçəsi) şəhərdaxili, eləcə də Samux (M.Füzuli küçəsi) – Gəncə (dəmiryol vağzalı) istiqamətində 5 lot üzrə avqustun 18-də; Ziyadlı kəndi (Samux) – Gəncə (dəmiryol vağzalı), Düzqışlaq ("Şəmkir" stansiyası) – Gəncə (avtovağzal), Alıuşağı (Samux) – Gəncə (dəmiryol vağzalı) və Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal) istiqamətlərində 4 lot üzrə iyunun 20-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Transxəzər fiber-optik layihəsi üçün kabel "Azərbaycan" gəmisi ilə Bakıya çatdırılıb
Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Transxəzər Fiber-Optik Kabel Xəttinin (FOCL) tikintisi üzrə nəzərdə tutulan sualtı kabel "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Azərbaycan" gəmi-bərəsi ilə Qazaxıstanın Kurık limanından Bakı limanına çatdırılıb.
Bu barədə "Report"a ASCO-dan məlumat verilib.
Bildirilib ki, iriqabaritli və ağırçəkili yük üç ixtisaslaşdırılmış nəqliyyat vasitəsindən ibarət avtokarvanla Kurık limanına gətirilərək ASCO-nun gəmi-bərəsinə yüklənib və Xəzər dənizi üzərindən təhlükəsiz şəkildə Bakıya daşınıb. Yük limana çatdırıldıqdan sonra uğurla boşaldılıb.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində ASCO yalnız daşımada deyil, həm də dəniz əməliyyatlarının icrasında tərəfdaş kimi çıxış edir. Daha əvvəl Transxəzər Fiber-Optik Kabel Xətti layihəsinin dəniz marşrutu üzrə tədqiqat işlərində də ASCO-nun "Türkan" gəmisi iştirak edib. Həmin mərhələdə sahilyanı ərazilərin və dəniz dibinin araşdırılması işləri həyata keçirilib.

-
report.az
- Nazir müavini: Qazaxıstan üçün TBNM sadəcə bir dəhliz deyil, strateji inkişaf istiqamətidir
Nazir müavini: Qazaxıstan üçün TBNM sadəcə bir dəhliz deyil, strateji inkişaf istiqamətidir
Transxəzər nəqliyyat dəhlizi regional inteqrasiyanın ən mühüm alətlərindən birinə çevrilib və Qazaxıstan onun inkişafını strateji prioritet kimi nəzərdən keçirir.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər nazirinin müavini Arman İssetov Brüsseldə "Qarşılıqlı əlaqə gündəliyi" platformasının işə salınmasına həsr olunmuş konfransda bildirib.
"Qarşılıqlı əlaqənin inkişafı sayəsində biz dənizə çıxışı olmayan ölkə statusundan nəqliyyat dəhlizləri vasitəsilə qlobal bazarlarla əlaqəli dövlətə doğru irəliləyirik", - nazir müavini qeyd edib.
Onun sözlərinə görə, nəqliyyat, enerji və rəqəmsal qarşılıqlı əlaqənin inkişaf etdirilməsi Mərkəzi Asiya və Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilir.
O qeyd edib ki, iştirakçı ölkələr marşrutun buraxılış qabiliyyətini genişləndirir, infrastrukturu modernləşdirir, gömrük və inzibati prosedurları rəqəmsallaşdırırlar.
Nəticədə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) üzrə ölkə ilə Avropa dövlətləri arasında yüklərin çatdırılma müddəti artıq 38 gündən 14–18 günə qədər azalıb. İssetovun sözlərinə görə, indi məqsəd 10–12 günlük tranzitdir.

NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb
NEQSOL Holding Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi ilə Özbəkistanda titan kimi strateji xammal növləri də daxil olmaqla kritik mineralların birgə işlənilməsinə dair əməkdaşlıq sazişi imzalayıb.
Sazişi NEQSOL Holding-in İdarəetmə Şurasının sədri Yusif Cabbarov 5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumu (TIIF2026) çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovun iştirakı ilə keçirilən Azərbaycan-Özbəkistan ikitərəfli sənədlərinin rəsmi təqdimat mərasimində imzalayıb.
Forum çərçivəsində Yusif Cabbarov Azərbaycan nümayəndə heyətinin tərkibində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşdə də iştirak edib. Görüşdə Azərbaycan və Özbəkistan arasında investisiya əməkdaşlığının prioritet istiqamətləri və əməkdaşlıq münasibətlərinin dinamik inkişafı barədə müzakirələr aparılıb.
Əməkdaşlıq sazişi aerokosmik, kimya və yüksək texnologiyalar kimi sahələr üçün mühüm əhəmiyyət daşıyan kritik mineralların işlənilməsinə imkan verəcək, eyni zamanda resursların məsuliyyətli şəkildə idarə olunmasına və daha dayanıqlı təchizat zəncirlərinin qurulmasına töhfə verəcək.
"Kritik mineralların sənaye, texnologiya və dayanıqlı inkişaf üçün rolu davamlı olaraq artır. Əməkdaşlıq sazişi bu sahənin dayanıqlı inkişaf prinsipləri əsasında işlənilməsi və fəal əməkdaşlığın qurulması istiqamətində ortaq niyyətimizi əks etdirir. Məqsədimiz bu əməkdaşlığı praktiki nəticələrə çevirməkdir", – deyə NEQSOL Holding-in İdarəetmə Şurasının sədri Yusif Cabbarov bildirib.
Saziş tərəflər arasında perspektivli kritik mineral xammal ehtiyatlarının işlənilməsi üzrə praktiki əməkdaşlığın inkişafı üçün əsas yaradır. Əsas diqqət prioritet imkanların müəyyənləşdirilməsinə, müasir texnologiyaların və beynəlxalq standartların tətbiqinə, eləcə də uzunmüddətli dəyər və qarşılıqlı fayda yaradan layihələrin həyata keçirilməsinə yönəldiləcək.
NEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiyalar, tikinti və mədən sənayesi sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

ADY Çindən 4 yeni sərnişin lokomotivi alır
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Çinin "CRRC Ziyang Co., Ltd" şirkəti arasında 4 ədəd yeni magistral sərnişin lokomotivinin alışı haqqında müqavilə imzalanıb.
"Report" ADY-yə istinadən xəbər verir ki, müqavilə səhmdar cəmiyyəti nümayəndə heyətinin Çinə işgüzar səfərdə çərçivəsində ADY sədri Rövşən Rüstəmovun Çin şirkətinin rəhbəri Çen Çjisinlə görüşündə imzalanıb.
Məlumata görə, lokomotivlərin 2027-ci il ərzində Azərbaycana çatdırılması nəzərdə tutulur. Yeni sərnişin lokomotivləri xüsusilə uzaq məsafələrə daşımalarda xidmət keyfiyyətinin və sərnişin məmnuniyyətinin daha da yüksəldilməsinə imkan verəcək.
Görüşdə ADY-nin lokomotiv parkının yenilənməsi, yük və sərnişin daşımaları üzrə hərəkət tərkibinin texniki imkanlarının artırılması, beynəlxalq nəqliyyat dəhlizləri ilə artan yük daşımaları üzrə çevik və təhlükəsiz xidmət göstərilməsi, eləcə də ADY ilə "CRRC Ziyang Co., Ltd." arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Qeyd olunub ki, Azərbaycanın beynəlxalq nəqliyyat-logistika zəncirində rolunun artması, ölkə ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb istiqamətləri üzrə daşımaların strateji əhəmiyyəti dəmir yolu infrastrukturunun, o cümlədən lokomotiv parkının müasir tələblərə uyğun inkişafını zəruri edir. ADY yük əməliyyatlarının daha etibarlı, təhlükəsiz və dayanıqlı şəkildə həyata keçirilməsi üçün lokomotiv parkının yenilənməsinə və genişləndirilməsinə xüsusi diqqət ayırır, bu sahədə Çin şirkətləri, o cümlədən "CRRC Ziyang" şirkəti ilə əməkdaşlığa xüsusi önəm verir.
Bildirilib ki, ADY ilə "CRRC Ziyang" arasında 7 ədəd yeni yük lokomotivinin alışı barədə ötən il imzalanmış müqaviləyə əsasən, lokomotivlərin sentyabr ayında Azərbaycana çatdırılması nəzərdə tutulur. Tərəflər növbəti mərhələdə sifariş olunacaq 14 lokomotivin alışı ilə bağlı danışıqlar aparıblar. ADY nümayəndə heyəti 7 lokomotivin istehsal prosesinin son mərhələsi ilə tanış olub, bir sıra texniki məsələlər barədə fikir mübadiləsi aparılıb. Qabaqcıl texnologiyalarla təchiz olunmuş AC50 tipli magistral lokomotivləri Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşımalarında istifadə olunacaq.

Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) rəisinə daha bir müavin təyin edilib.
"Report" quruma istinadən xəbər verir ki, bu, Hüseyn Əliyevdir.
O, indiyə qədər Xidmət rəisi Mətin Eynullayevin müşaviri olub.
ƏMDX-nın rəisinin digər müavin Rüstəm Şahbazovdur.
Yeni təyinat barədə ilk xəbəri "Qaynarinfo" yayıb.

Aİ Orta Dəhlizin inkişafı üçün "Connectivity Agenda Platform"u istifadəyə verir
Avropa İttifaqı (Aİ) Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən Orta Dəhliz boyu nəqliyyat, enerji və rəqəmsal layihələrin koordinasiyası üçün yeni "Connectivity Agenda Platform"u istifadəyə verib.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos platformanın istifadəyə verilməsinə həsr olunmuş konfransda bildirib.
Kosun sözlərinə görə, yeni platforma ayrı-ayrı təşəbbüsləri regionun nəqliyyat və logistika əlaqəsinin inkişafı üzrə vahid strategiyada birləşdirməklə marşrut ölkələri arasındakı əməkdaşlığı yeni səviyyəyə yüksəltməlidir.
"Connectivity Agenda Platform" bizə ayrı-ayrı təşəbbüsləri əlaqələndirməyə və daha geniş regionda əlaqələrin inkişafı üzrə ümumi baxış hazırlamağa imkan verəcək. O, həmçinin həqiqətən əhəmiyyət kəsb edən prioritet layihələr portfelini formalaşdırmağa töhfə verəcək", - Kos bildirib.
Platforma həmçinin hökumətləri, beynəlxalq maliyyə institutlarını və özəl investorları ümumi investisiya gündəliyi ətrafında birləşdirərək, maliyyə resurslarının cəlb edilməsini asanlaşdırmağa xidmət edir.
Aİ Orta Dəhlizi (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) Avropa və Asiya arasındakı ənənəvi ticarət marşrutlarına vacib alternativ kimi qiymətləndirir. Lakin onun inkişafı buraxılış qabiliyyətinin məhdud və daşıma müddətinin uzun olması səbəbindən ləngiyir. Hazırda yüklərin Çin və Qazaxıstan sərhədindən Rumıniyaya çatdırılması 45 günə qədər vaxt apara bilər.

-
report.az
- Anar Quliyev: "Füzulidə inşa olunan məscid Türkmənistanla qardaşlığın növbəti nümunəsidir"
Anar Quliyev: "Füzulidə inşa olunan məscid Türkmənistanla qardaşlığın növbəti nümunəsidir"
Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-yenidənqurma işlərində Türkmənistanın dəstəyini yüksək qiymətləndirir.
"Report" Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, bunu qurumun sədri Anar Quliyev Türkmənistanın sənaye və tikinti istehsalı naziri Toyqulı Nurov ilə keçirilən görüşdə bildirib.
O, qeyd edib ki, Füzuli şəhərində inşa olunan məscid unikal bir memarlıq nümunəsi olmaqla yanaşı, Azərbaycan və Türkmənistan xalqları arasında mövcud olan sarsılmaz dostluğun, qardaşlığın və ortaq mənəvi dəyərlərin təzahürüdür. Bu layihə iki ölkə arasında humanitar və mədəni bağların daha da möhkəmləndiyini nümayiş etdirir.
Görüş çərçivəsində Azərbaycan və Türkmənistan arasında formalaşmış qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və gələcək inkişaf istiqamətləri geniş şəkildə müzakirə olunub. Tərəflər xüsusilə şəhərsalma, tikinti və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 408 ton gübrə göndərilib
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
"Report" xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 408 ton olan gübrə "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 33 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.
Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyə qədər Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Bakıda 6 istiqamətdə tıxac müşahidə olunur
Bakının bir sıra yollarında tıxac yaranıb.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;
5. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;
6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Bakıda 2 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
İyunun 23-24-də Bakının Lökbatan qəsəbəsində Abşeron-Qaradağ mənzilində yerləşən qorunan dəmiryol keçidində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, məhdudiyyət səbəbindən 126 və 206 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mədən küçəsi – Xocəsən şosesi (S.İsmayılzadə küçəsi) – 28 May küçəsi ilə təşkil ediləcək.

Rəşad Nəbiyev: Türkmənistana tanker hədiyyə olunması qarşılıqlı etimadın təzahürüdür
"Bakı Gəmiqayırma Zavodu" MMC-də inşa edilən "Dostlug" tankerinin Azərbaycan tərəfindən Türkmənistana hədiyyə olunması ölkələr arasında strateji tərəfdaşlıq və qarşılıqlı etimadın növbəti mühüm təzahürüdür.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında yazıb.
Nazir qeyd edib ki, bu layihə Azərbaycanın gəmiqayırma sahəsində əldə etdiyi nailiyyətləri və yüksək sənaye potensialını bir daha nümayiş etdirir:
"Əminik ki, "Dostlug" tankeri Azərbaycan-Türkmənistan dostluğunun daha da möhkəmlənməsinə və Xəzər regionunda əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək".

ADSEA: Tənzimləmə işləri yekunlaşmaq üzrədir
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su təchizatı ilə bağlı tənzimləmə işlərini yekunlaşdırmaq üzrədir.
"Report" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, su anbarlarında qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədilə texniki işlər davam etdirilir. Bu istiqamətdə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb.
Nəticədə müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Mütəxəssislərin iştirakı ilə 2 gün ərzində su tədarükünü stabilləşdirmək, normal rejim təminatını bərpa etmək mümkün olacaq.
Hazırkı vəziyyətdə tətbiq olunan müvəqqəti qrafik rejimi belədir:
Xətai rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-22:00
Nizami rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-22:00
Suraxanı rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-17:00, 06:00-19:00, 22:00-01:00
Binəqədi rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-20:00
Nərimanov rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-20:00
Yasamal rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 06:00-22:00, 18:00-22:00
Sabunçu rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 08:00-12:00, 22:00-02:00
Xəzər rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 00:00-12:00
Pirallahı rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 08:00-17:00
Nəsimi rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-21:00
Bəzi ünvanlarda yuxarı mərtəbələrə suyun çatdırılmasında çətinlik daha çoxdur. Bu kimi ərazilərdə sukanal idarələri tərəfindən su maşınları ilə xidmət göstərilir.
"Bir daha xatırladaq ki, tənzimləmə işləri sürətlə və fasiləsiz şəkildə aparılır. Su təminatında yaranan müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik", - deyə agentlik bəyan edib.

AYNA: "Koroğlu" NMM yaxınlığında hərəkət istiqamətləri dəyişdirilir
Yaxın günlərdə "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ("Piramida" tərəf) yaxınlığında hərəkət istiqamətləri dəyişdirilir.
Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, ərazidəki avtobusların ləngiməsini aradan qaldırmaq məqsədilə xüsusi hərəkət zolağı təşkil olunacaq.
Digər nəqliyyat vasitələri yeni trayektoriya ilə Milli Gimnastika Arenası və "Koroğlu" dəmiryol dayanacağı istiqamətində hərəkət edə biləcəklər.

-
report.az
- Akmalxoca Mavlonov: Özbəkistan gömrük sahəsində Azərbaycanın rəqəmsal təcrübəsini öyrənmək istəyir
Akmalxoca Mavlonov: Özbəkistan gömrük sahəsində Azərbaycanın rəqəmsal təcrübəsini öyrənmək istəyir
Azərbaycan və Özbəkistan gömrük sahəsində səmərəli əməkdaşlıq qurub, lakin onun genişləndirilməsi üçün potensial mövcuddur.
"Report" xəbər verir ki, bu barədə Özbəkistan Gömrük Komitəsinin sədri general-mayor Akmalxoca Mavlonovun məqaləsində deyilir.
"Son illərdə Özbəkistan-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və siyasi dialoq, ticari-iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika əlaqələri və regional inteqrasiya sahələrində ardıcıl surətdə möhkəmlənir", - o yazıb.
Sədrin sözlərinə görə, iki dövlət liderlərinin qarşılıqlı etimada və sıx dostluğa əsaslanan dialoqu sayəsində yeni institusional əməkdaşlıq mexanizmləri formalaşır və bir çox birgə təşəbbüslər praktiki müstəviyə keçir.
"Xüsusilə Şərq-Qərb və Mərkəzi Asiya-Qafqaz istiqamətləri üzrə nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı Özbəkistan və Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Bu proses xarici ticarət həcminin artırılması, yükdaşıma zəncirlərinin şaxələndirilməsi və regional tranzit potensialının yüksəldilməsində mühüm amilə çevrilir. Bu baxımdan ticarət proseslərinin operativliyinin və şəffaflığının təmin edilməsində iki ölkənin gömrük xidmətləri arasında sıx əməkdaşlıq xüsusi yer tutur", - Mavlonov yazıb.
O qeyd edib ki, Özbəkistan və Azərbaycan arasında gömrük sahəsində məlumat mübadiləsi, risklərin idarə edilməsi, rəqəmsal texnologiyaların tətbiqi, eləcə də kadrların ixtisasının artırılması istiqamətində səmərəli əməkdaşlıq qurulub:
"Azərbaycan gömrük xidmətinin rəqəmsallaşdırma və intellektual nəzarət mexanizmlərinin tətbiqi sahəsində təcrübəsi, eləcə də Özbəkistanda həyata keçirilən rəqəmsal transformasiya prosesləri xüsusi əhəmiyyət kəsb edir ki, bu da qarşılıqlı təcrübə mübadiləsi üçün möhkəm təməl yaradır".
O, gömrük orqanlarının fəaliyyətinə də toxunub və rəqəmsal texnologiyaların tətbiqinin sənədlərin rəsmiləşdirilməsi vaxtını əhəmiyyətli dərəcədə azaltdığını vurğulayıb.
Mavlonovun sözlərinə görə, 2020-2025-ci illərdə xarici ticarət dövriyyəsi iki dəfə artıb, gömrük daxilolmaları isə 2025-ci ildə 76,2 trilyon suma (6,3 milyard dollar) çatıb. O vurğulayıb ki, rəqəmsal həllərin tətbiqi bəyannamələrin rəsmiləşdirilməsinə cəlb edilmiş əməkdaşların sayını 40 % azaltmağa imkan verib və eyni zamanda nəzarətin, habelə əlavə ödənişlərin tutulmasının səmərəliliyini bir neçə dəfə artırıb.
O, həmçinin risk əsaslı modelə keçid nəticəsində yoxlamaların sayının 20 % azaldığınımasını və onların nəticəliliyinin 10 dəfədən çox artdığını qeyd edib.
Onun sözlərinə görə, sistemdə 176 rəqəmsal həll tətbiq edilib, bəyannamələrin avtomatik rəsmiləşdirilməsi və "Üç addımda ixrac" sisteminin istifadəyə verilməsi isə intellektual gömrüyə keçidin əsas mərhələsi olub, prosesləri əhəmiyyətli dərəcədə sürətləndirib və insan amilinin təsirini azaldıb.
O vurğulayıb ki, rəqəmsallaşdırma məsafədən idarəetmə həllərinin tətbiqi və aviaşirkətlərlə məlumat mübadiləsinin genişləndirilməsi hesabına aeroportlarda gömrük nəzarəti vaxtını nəzərəçarpacaq dərəcədə azaltmağa imkan verib.

-
apa.az
- "Botanica Residence"nin rəsmi təqdimatı baş tutub: Təbiət və şəhər həyatının harmoniyası - FOTO
-
report.az
- Rafael Şvarstman: "Mərkəzi Asiya əsas tranzit aviasiya qovşaqlarından birinə çevrilə bilər"
Rafael Şvarstman: "Mərkəzi Asiya əsas tranzit aviasiya qovşaqlarından birinə çevrilə bilər"
Mərkəzi Asiya regionu sürətli artım nümayiş etdirir və böyük tranzit aviasiya qovşağına çevrilmək üçün əhəmiyyətli potensiala malikdir.
"Report"un Rio-de-Janeyroya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Şvarstman IATA-nın 82-ci illik ümumi yığıncağı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, regionun inkişafına təkcə iqtisadi artım deyil, həm də mövcud geosiyasi vəziyyət kömək edir:
"Mərkəzi Asiya ölkələri mühüm tranzit qovşağına çevrilmək potensialına malikdir. Bu istiqamətdə artımın əlavə amili kimi indiki geosiyasi vəziyyət çıxış edir. Bu gün Şərq və Qərb arasında uçuşlar üçün bir sıra hava məkanlarının bağlandığını müşahidə edirik. Bu da trafikin bir hissəsinin bu region vasitəsilə yönləndirilməsinə gətirib çıxarır və onun inkişafı üçün yeni imkanlar yaradır. Xüsusilə, yük daşımaları üçün əlavə perspektivlər açılır. Marşrutlar uzanıb və bir sıra hallarda aralıq enmələrə ehtiyac yaranır. Hazırda bu potensialın reallaşdırılması yolları fəal şəkildə müzakirə olunur. Məhz buna görə biz regionda həm sərnişin, həm də yük daşımalarında çox yüksək artım templəri görürük. Eyni zamanda, mövcud potensial hələ tam tükənməyib".

IATA: Avropanın hava əlaqəsində ciddi fasilələrin olması riski var
Avropa Giriş-Çıxış Sistemi (EES) aviasiya sənayesində hələ də ciddi narahatlıq doğurur.
"Report"un Rio-de-Janeyroya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman IATA-nın 82-ci illik ümumi yığıncağı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, EES sistemi Avropanın nəqliyyat əlaqələrini və cəlbediciliyini qoruyub saxlamaqla yanaşı, əməliyyat fəaliyyətinin davamlılığını, sərnişinlərin təhlükəsizliyini və sərhədlərin mühafizəsini təmin etməlidir:
"Artıq Portuqaliya, İspaniya, İtaliya, Yunanıstan, Belçika və bir sıra digər ölkələrdə reyslərin birləşməsində gecikmələr və fasilələr müşahidə edirik. Zəruri tədbirlər görülməzsə, yay mövsümündə vəziyyət daha da pisləşə və sərnişinlər üçün ciddi narahatlıqlara səbəb ola bilər".
O vurğulayıb ki, dövlətlər dörd əsas istiqamətə diqqət yetirməlidirlər:
"Birincisi, sərhəd məntəqələrinin xüsusilə pik saatlarda kifayət qədər işçi heyəti ilə təmin olunması zəruridir. Reyslərin cədvəli əvvəlcədən məlumdur. Buna görə də resurslar gözlənilən sərnişin axınına uyğun olmalıdır.
İkincisi, özünəxidmət terminallarının fasiləsiz işləməsinə və sərnişinlərə yardım göstərməyə hazır olan əməkdaşların mövcudluğuna zəmanət verilməlidir.
Üçüncüsü, EES mobil tətbiqi yalnız ayrı-ayrı ölkələrdə deyil, bütün Avropada tətbiq edilməlidir.
Biz həmçinin Avropa İttifaqını sentyabrın 7-dən sonra sistemin fəaliyyətinin qismən dayandırılması imkanını uzatmağa və lazım gəldikdə onun tətbiqinə icazə verməyə çağırırıq. Bundan əlavə, gözləmə vaxtı və səmərəlilik göstəriciləri məsələlərində aviaşirkətlər və hava limanları ilə şəffaf qarşılıqlı əlaqənin təmin edilməsi tələb olunur", - R.Şvartsman bildirib.

"Nəqliyyat Təlim Mərkəzi"nin rəhbərliyi dəyişib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus "Nəqliyyat Təlim Mərkəzi" MMC-yə yeni direktor təyin edilib.
"Report" agentliyə istinadən xəbər verir ki, bu, Orxan Həsənovdur.
O, bu vəzifədə Əyyub Kərimlini əvəz edib.
"Nəqliyyat Təlim Mərkəzi" 2004-cü ildə "Albalılıq Avtoparkı" adı ilə yaradılıb, 2025-ci ildə adı dəyişdirilib. Onun nizamnamə kapitalı 17,2 min manatdır.

ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "Dənizçi Təmir-Tikinti" MMC-nin rəhbərliyinə müvəqqəti təyinat olub.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, şirkətin direktorunun səlahiyyətlərin icrası müvəqqəti olaraq Rəhim Mikayılova həvalə olunub.
"Dənizçi Təmir-Tikinti" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 57,46 min manatdır. Şirkətin əsas fəaliyyəti ASCO-nun törəmə hüquqi şəxsləri, tabeliyində olan təşkilatları, o cümlədən kənar hüquqi və fiziki şəxslər üçün təmir, tikinti-quraşdırma, dizayn işlərinin yerinə yetirilməsidir.

"Azəryolelmitədqiqatlayihə İnstitutu"un rəhbərliyi dəyişib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus "Azəryolelmitədqiqatlayihə İnstitutu" MMC-yə yeni rəhbər təyin edilib.
"Report" agentliyə istinadən xəbər verir ki, bu, Dilqəm Qəniyevdir.
O, indiyə qədər İnstitutun baş mühəndisi olub və yeni vəzifəsində ötən ay agentliyin Layihələndirmə və texniki ekspertiza departamentinə təyinat almış Azər Nemətlini əvəz edib.
"Azəryolelmitədqiqatlayihə İnstitutu" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 240 min manatdır.

Ağstafada qabaqcıl su idarəetmə və ölçmə texnologiyası istifadəyə verilib
Azərbaycanda qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə olaraq Ağstafa rayonunda quraşdırılaraq istifadəyə verilib.
Bu barədə "Report"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Müşfiq Hüseynov, ADSEA-nın tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, "Rubicon Water" şirkətinin Mərkəzi Asiya və Azərbaycan üzrə nümayəndəsi Peeter Pelisaar, Avstraliyanın Rubicon Water şirkətinin Azərbaycandakı rəsmi distribütoru "Lotus Global" MMC-nin direktoru Anar Orucov, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Quraşdırılan sistem 668 hektar kənd təsərrüfatı təyinatlı sahəni əhatə edir və Aşağı Göycəli, Yenigün və Xətai kəndlərinin su təminatına xidmət göstərir. Layihə çərçivəsində SlipMeter SMB-600-1800 tipli idarəetmə qurğusu quraşdırılıb. Cihaz ultrasonik texnologiya əsasında kanaldan keçən suyun həcmini real vaxt rejimində ölçür və məlumatları rəqəmsal sistemə ötürərək su bölgüsündə tam şəffaflığın təmin edilməsinə imkan yaradır. Bununla da Sudan İstifadəçilər Birlikləri və fermerlər arasında su uçotu yüksək dəqiqliklə aparılır, ədalətli növbəlilik prinsipi qorunur və su ehtiyatlarının vaxtında çatdırılması təmin edilir.

"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16 % artırıb
Bu ilin yanvar-may aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə ümumilikdə 4 milyon 513 min 747 sərnişin daşınıb.
"Report" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 % çoxdur.
Qeyd olunan dövrdə Abşeron dairəvi dəmir yolu ilə 4,3 milyona yaxın (+16 %), rayonlararası marşrutlarla isə təxminən 240 min sərnişin (+21 %) səfər edib.
Eyni zamanda, ADY ilə səfər etmiş xarici turistlərin sayı 11 000 nəfəri ötüb və ötən ilin eyni dövründən 6 % çox olub.

Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunda bərpa-möhkəmləndirmə işləri aparılır
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə Prezidentinin sərəncamına uyğun olaraq, intensiv yağıntılar nəticəsində fəsadların yarandığı Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlayıb.
"Report" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, hazırda ərazidə yaranmış problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Yolun təhlükəsiz və dayanıqlı vəziyyətə gətirilməsi məqsədilə əraziyə kifayət qədər canlı qüvvə, xüsusi texnika və mexanizmlər cəlb olunub.
Görülən işlər çərçivəsində deformasiyaya uğramış hissələrin bərpası, torpaq kütlələrinin təmizlənməsi, yol yatağının genişləndirilməsi, həmçinin xüsusi svayların vurulması ilə yol yatağının möhkəmləndirilməsi və dayanıqlığının artırılması istiqamətində tədbirlər görülür.
Bununla yanaşı, sel sularının zədələdiyi suötürücü qurğuların və metal konstruksiyalı körpünün bərpası istiqamətində də müvafiq işlər aparılır. Yağıntılı hava şəraitinin yarada biləcəyi risklərin minimuma endirilməsi məqsədilə əlavə qabaqlayıcı tədbirlər də həyata keçirilir.
Görülən işlərin əsas məqsədi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək və bölgədə nəqliyyat əlaqəsinin tam bərpasına nail olmaqdır.

Vüqar Bayramov: "Regionlarda dövlət qulluqçularının maaşlarında ciddi fərqlər mövcuddur"
Azərbaycanın bir sira iqtisadi rayonlarında dövlət qulluqçularının orta aylıq əməkhaqqısı ölkə üzrə göstəricidən 40 %-ə yaxın aşağıdır.
"Report" xəbər verir ki, bunu deputat Vüqar Bayramov bu gün keçirilən Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında bildirib.
Onun sözlərnə görə, 2025-ci ilə olan rəsmi məlumata görə, ölkə üzrə dövlət qulluqçularının orta aylıq əmək haqqısı 1 971 manat olub: "Bu göstərici Bakı şəhərində 2 539, Naxçıvan Muxtar Respublikasında 1 502, Mil-Muğan iqtisadi rayonunda 1 371, Mərkəzi Aran iqtisadi rayonunda 1 366, Gəncə-Daşkəsən iqtisadi rayonunda 1 349, Şirvan-Salyan iqtisadi rayonunda isə 1 316 manatdır. Göründüyü kimi, bir sira iqtisadi rayonlarımızda dövlət qulluqçularının orta aylıq əmək haqqısı ölkə üzrə göstəricidən 40 %-ə yaxın aşağıdır. Bu əməkhaqqı məbləğlərində regional təşviq meyarlarından istifadəni aktuallaşdırır".
Deputat əlavə edib ki, dövlət qulluqçularının 7,4 %-i dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatlarda çalışır: "92,6 %-i digər təsnifatlarda, o cümlədən 46,6 %-i 7-ci təsnifatı, 22,2 %-i isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyirlər. Bu isə o deməkdir ki, dövllət qulluqçuların böyük əksəriyyəti üçün işə qəbul ilə bağlı tələblər tətbiq olunur. Bununla yanaşı, hazırda dövlət qulluqçularının 69,5 %-i 5 ildən çox çalışanlardır. Təbii ki, bu sahədə aparılan dərinləşdirilmiş islahatlar dövlət qulluqçularının yaş intervalına da təsir göstərib. Hazırda dövlət qulluğunda çalışanların yarısının yaşı 40-dan aşağıdır. Bu isə dövlət qulluğunda işə qəbulda keyfiyyət meyarları baxımdan vacib hesab olunur".

Deputat dövlət qulluqçuları üzrə vakansiyalarda regional yanaşmanın tətbiqini təklif edib
Azərbaycanda dövlət qulluqçuları üzrə vakansiyaların elan edilməsində diferensial olaraq regional yanaşmanın tətbiqinə ehtiyac var.
"Report" xəbər verir ki, bunu deputat Vüqar Bayramov bu gün keçirilən Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında bildirib.
Onun sözlərinə görə, dövlət qulluğuna qəbul olunma qaydalarının daha da təkmilləşdirilməsi hər zaman prioritet olaraq qalır: "Hazırda dövlət qulluqçularının sayı 27,4 min nəfərdir ki, onların da 30,3 %-ni qadınlar təşkil edir. Konseptual olaraq iki məqama diqqəti çəkmək istərdim. Birincisi, dövlət qulluqçuların çalışdıqları iqtisadi rayonlar üzrə bölgüsüdür. Rəsmi statistikaya əsasən, hazırda Naxçıvan Muxtar Respublikasında 2 272 dövlət qulluqçusu çalışır. Bakı şəhərində 13 756 dövlət qulluqçusu var".
Deputat əlavə edib ki, dövlət qulluqçularının daha çox hissəsinin Bakının payına düşməsi anlaşılandır: "Bununla belə, bir sıra iqtisadi rayonlarımızda dövlət qulluqçularının sayı heç 1 000 nəfərə belə çatmır. Belə ki, Abşeron-Xızı iqtisadi rayonunda cəmi 662, Dağlıq Şirvan iqtisadi rayonunda 696, Mil-Muğan iqtisadi rayonunda 720, Şirvan-Salyan iqtisadi rayonunda 764, Quba-Xaçmaz iqtisadi rayonunda isə 795 dövlət qulluqçusu var. Bu baxımdan, dövlət qulluqçuları üzrə vakansiyaların elan edilməsində diferensial olaraq regional yanaşmanın da tətbiqinə ehtiyac var. Bu iqtisadi rayonlarımızda ixtisaslı kadrların işlə təminatı baxımdan da vacibdir".

Deputat: "Əmlak sığortası yenidən məcburi fazaya keçirilməlidir"
Azərbaycanda əmlak sığortası yenidən məcburi fazaya keçirilməlidir.
"Report" xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında bildirib.
"Deputatı olduğum İmişli rayonunda vətəndaşlarla görüşən zaman təəssüflə qeyd etməliyəm ki, hər ay 3-4 yanmış evə, obyektə baş çəkməli oluram. Bu artıq təsadüf deyil, ciddi sosial problemdir. Hər dəfə həmin ailələrə eyni sualı verirəm: "Əmlak sığortanız varmı?". Eyni cavabı eşidirəm ki, yox. Ən düşündürücü məqam isə odur ki, bu sığortanın illik məbləği cəmi 40-50 manat civarındadır. Yəni, bir ailənin bir illik təhlükəsizliyi çox kiçik bir məbləğlə təmin oluna bilər. Amma nəticədə insanlar bütün əmlakını itirir, sonra isə dövlətin və cəmiyyətin üzərinə əlavə yük düşür", - o vurğulayıb.
Deputatın sözlərinə görə, bu vəziyyət göstərir ki, burada təkcə vətəndaş məsuliyyəti deyil, həm də sistemli yanaşma çatışmır: "Hesab edirəm ki, əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir. Bu addım həm vətəndaşların məsuliyyətini artıracaq, həm də fövqəladə hallarda dövlətin üzərinə düşən maliyyə yükünü azaldacaq. Biz insanları faciədən sonra yox, faciədən əvvəl qorumaq üçün əmlak sığortasını yenidən məcburi fazaya keçirməliyik".

Ağstafanın Köçvəlili kəndi fasiləsiz içməli su ilə təmin edilib
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Ağstafa rayonunun Köçvəlili kəndində içməli su layihəsi icra olunub və layihənin başa çatması münasibətilə açılış mərasimi keçirilib.
Bu barədə "Report"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirlib ki, açılış mərasimində ADSEA-nın sədr müavini İlqar Gülməmmədov, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Müşfiq Hüseynov, ADSEA-nın tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Layihə çərçivəsində Köçvəlili kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə mövcud su təchizatı sistemi genişləndirilərək yeni su xətləri inşa edilib. Bu məqsədlə yaşayış məntəqəsində ümumilikdə 3,5 km uzunluğunda su xətti çəkilib və 296 fərdi yaşayış evinə birləşmə verilib. Eyni zamanda əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan səmərəli istifadə olunması məqsədilə hər bir abonent su sayğacı ilə təmin edilib.
Köçvəlili kəndinin 1349 nəfər əhalisinin gündəlik suya olan tələbatını yeni yaradılmış su təchizatı sistemi vasitəsilə tam şəkildə təmin etmək mümkün olacaq.
Qeyd edək ki, Ağstafa şəhərinin mövcud su təchizatı sistemi Vurğun qəsəbəsində yerləşən 6 ədəd subartezian quyusundan götürülən suyun məhsuldarlığı sutkada 4900 kubmetr olan əks-osmos tipli sutəmizləyici qurğuda təmizlənərək şəbəkəyə ötürülməsi hesabına fəaliyyət göstərir.
2026-cı ilin mart-aprel aylarında su mənbəyi sahəsində yerləşən mövcud sutəmizləyici qurğular kompleksində membranlar yeniləri ilə əvəz edilib, digər avadanlıqlarda isə təmir işləri aparılıb.
Şəhər üzrə abonentlərin sayı 4491-dir. Ümumi su şəbəkəsinin uzunluğu 128 km, magistral su kəmərlərinin uzunluğu 8 km, kanalizasiya şəbəkəsinin uzunluğu isə 89 km təşkil edir. Eyni zamanda 1 meydançada su anbarı kompleksi və məhsuldarlığı sutkada 4 400 kubmetr olan 1 ədəd tullantı su təmizləyici qurğular kompleksi istismar olunur.
Rayon üzrə ümumilikdə 12 yaşayış məntəqəsinə su təchizatı xidməti göstərilir.
2026–2027-ci illərdə Yenigün kəndində mövcud su təchizatı sisteminin genişləndirilməsi məqsədilə layihə-smeta sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin 2026-cı il ərzində məhsuldarlığı sutkada 4400 kubmetr olan tullantı su təmizləyici qurğular kompleksində təmir-bərpa işlərinin aparılması planlaşdırılır.

Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
4. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Bakı limanında mayda 812 min tondan çox yük aşırılıb
Bu ilin may ayında Bakı Beynəlxalq Dəniz Limanında 812 min 165 tondan çox yük aşırılıb.
Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 77 min 543 ton və ya 11 % çoxdur.
Bundan başqa, yanvar-may aylarında limanda aşırılmış TEU konteyner yükü isə 50 min 50 TEU-nu keçərək keçən ilin 5 ayı ilə müqayisədə 3 858 TEU və ya 9 % çox olub.

ADSEA-ya məxsus "Monitorinqlərin Elektron İdarəetmə Sistemi" təqdim edilib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin su və su təsərrüfatı obyektləri üzrə monitorinqlərin daha operativ aparılması, müşahidə məlumatlarının vahid platformada toplanması, təhlili və səmərəli idarə olunması məqsədilə yaratdığı "Monitorinqlərin Elektron İdarəetmə Sistemi"nin (MEİS) təqdimatı olub.
"Report" bu barədə agentliyə istinadən xəbər verir.
Təqdimatda qeyd olunub ki, sistem vasitəsilə çaylar, göllər, su anbarları, hidrotexniki qurğular və suvarma şəbəkələri daxil olmaqla su və su təsərrüfatı obyektləri üzrə monitorinqlər planlı şəkildə təşkil edilir və idarə olunur.
Bununla yanaşı, "Cərimə Protokollarının İdarəetmə Sistemi" (CPİS) modulu ilə də tanışlıq olub. Bildirilib ki, modul ciddi hesabat blanklarının dövriyyəsinə və prosessual müddətlərə riayət olunmasına nəzarəti gücləndirməklə yanaşı, tərtib edilmiş aktlar, protokollar, cərimələr, ziyan məbləğləri, ödənişlər və digər zəruri məlumatlara rəhbərlik tərəfindən operativ baxışın təmin edilməsinə və nəzarət prosesinin daha effektiv həyata keçirilməsinə xidmət edəcək.
Sistemə nəzarət tədbirləri nəticəsində hazırlanmış sənədlərin və məlumatların daxil edilməsi həm ayrı-ayrı regionlar, həm də ölkə üzrə ümumiləşdirilmiş hesabatların hazırlanmasını və ixracını mümkün edir. Həmçinin nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti əməkdaşlar yaxa kameraları ilə təmin olunublar.
Təqdimatın sonunda hesabat qəbul olunub və vurğulanıb ki, tətbiq olunan rəqəmsal həllər məlumatların elektron arxivləşdirilməsinə, iş proseslərinin sürətləndirilməsinə, idarəetmənin təkmilləşdirilməsinə və ümumi məhsuldarlığın artırılmasına mühüm töhfə verəcək.

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tətil və məzuniyyətlər mövsümü yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək.
Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, artıq Bak-Ağstafa-Bakı marşrutu üzrə səfərlər 13 iyundan başlayaraq 31 avqusta qədər hər şənbə və bazar təşkil olunacaq.
Sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Şuşada yağış və çirkab sularının təmizlənməsi qurğusu gələn il istifadəyə veriləcək
Şuşada yağış və çirkab sularının təmizlənməsi qurğusu gələn il istifadəyə veriləcək.
"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Xankəndiyə təşkil etdiyi mediatur çərçivəsində Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Şuşa şəhərində yağış və tullantı sularının yığılması və təmizlənməsi üçün nəzərdə tutulan qurğunun tikintisi davam edir:
"Layihə çərçivəsində şəhərin yağış və çirkab sularının toplanaraq təmizlənməsi təmin olunacaq. Qurğuda yağış suları 1200 millimetrlik borular vasitəsilə toplanaraq təmizləyici sistemə yönləndiriləcək. Çirkab suları isə 600 millimetrlik borularla xüsusi təmizləyici qurğuya ötürüləcək. Burada normativ tələblərə uyğun təmizlənən sular daha sonra Qarqar çayına axıdılacaq və növbəti mərhələdə suvarma məqsədləri üçün istifadə edilə biləcək. Hazırda obyektin ərazisində tikinti-quraşdırma işləri intensiv şəkildə davam etdirilir. Layihənin gələn il istifadəyə verilməsi nəzərdə tutulur".
Qeyd edib ki, qurğunun istismara verilməsi ilə Şuşa şəhərində həm yağış sularının, həm də çirkab sularının toplanması və təmizlənməsi sistemi tam şəkildə fəaliyyət göstərəcək.

Xankəndidəki su və kanalizasiya kollektorları yenidən qurulacaq
Xankəndi şəhərindəki su və kanalizasiya kollektorlarının yenidən qurulması nəzərdə tutulur.
"Report"un Xankəndiyə ezam olunmuş müxbir xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətinin Qarabağ Su Meliorasiya Sistemləri İstismar İdarəsinin rəisi Müşfiq Adıgözəlov bildirib.
Onun sözlərinə görə, layihə üzrə hazırlıq işləri davam edir: "Su və kanalizasiya kollektorları hazırda layihələndirmə mərhələsindədir və yenidən qurulacaq".
Meliorasiya rəsmisi əlavə edib ki, Xankəndi şəhərində fəaliyyət göstərən 1 nömrəli su təmizləyici qurğular kompleksi gün ərzində 8 min kubmetr suyun təmizlənməsi gücünə malikdir: "İlkin xlorlamadan sonra su durulducu filtrlərə daxil olur, daha sonra qum filtrlərindən keçərək yenidən xlorlanır və 2 min kubmetrlik su anbarlarına ötürülür. Buradan isə su istehlakçılara nəql edilir. Xankəndidə 104 kilometr uzunluğunda su şəbəkəsi istismar olunur və şəhər 10 hidravlik zonaya bölünüb. Şəhər 1 və 2 nömrəli su təmizləyici qurğular vasitəsilə fasiləsiz, 24 saat su ilə təmin edilir".

Bərgüşadçay su anbarının tikintisinə başlanılıb
Qarabağ iqtisadi rayonunun ərazisində Bərgüşadçay su anbarının tikintisinə başlanılıb.
"Report"un Xankəndiyə ezam olunmuş müxbir xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətinin Qarabağ Su Meliorasiya Sistemləri İstismar İdarəsinin rəisi Müşfiq Adıgözəlov bildirib.
Bundan başqa, onun sözlərinə görə, Laçın rayonundakı Zabuxçay su anbarı yenidən qurularaq istismara verilib, Füzuli rayonundakı Köndələnçay və Xaçınçay su anbarlarında bərpa işləri həyata keçirilib.
"İ.ğaldan azad edilmiş ərazilərdə su təsərrüfatı obyektlərinin böyük hissəsi dağıdılmış vəziyyətdə olub. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər davam etdirilir", - deyə o qeyd edib.
Melorasiya rəsmisi həmçinin deyib ki, Qarabağda suvarmada əsasən pivot və damcı texnologiyalarından istifadə olunur: "Açıq suvarma sistemləri isə yalnız bəzi kənd ərazilərində tətbiq edilir. Bu yanaşma su itkilərinin minimuma endirilməsinə və su ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaradır".

Rəhman Hümmətov: "Nəqliyyat sektoru tarixi transformasiya mərhələsinə daxil olur"
Azərbaycanın nəqliyyat sektoru tarixi transformasiya mərhələsinə daxil olur.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, hazırda nəqliyyat sektoru bəlkə də tarixinin ən böyük transformasiya mərhələlərindən birini yaşayır: "Söhbət avtonom nəqliyyat vasitələrinin tətbiqindən gedir. Bir çox ölkədə bu texnologiyalar sınaq rejimində istifadə olunur. Avtonom nəqliyyat vasitələri yalnız nəqliyyat sistemlərinin fəaliyyət prinsiplərini dəyişdirmir, eyni zamanda təhlükəsizliyin artırılması, iqtisadi səmərəliliyin yüksəldilməsi və xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün yeni imkanlar yaradır".
"Təhlükəsizlik aspektinə nəzər saldıqda, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada hər il yol-nəqliyyat hadisələri nəticəsində təxminən 1,2 milyon insan həyatını itirir. Bu qəzaların təxminən 90 faizi insan faktoru ilə, yəni diqqətsizlik, yorğunluq və ya yol hərəkəti qaydalarının pozulması ilə əlaqələndirilir. Bu baxımdan avtonom nəqliyyat vasitələri artıq ilkin mərhələlərdə öz potensialını nümayiş etdirir. Süni intellekt əsaslı idarəetmə sistemləri insan faktorundan qaynaqlanan riskləri minimuma endirməklə yol-nəqliyyat hadisələrinin sayının və onların ağır nəticələrinin azalmasına mühüm töhfə verə bilər. Bu da nəqliyyatın daha təhlükəsiz və səmərəli gələcəyinə doğru atılan vacib addımlardan biridir", - deyə nazir müavini əlavə edib.
Bundan başqa, onun sözlərinə görə, avtonom nəqliyyatın tətbiqi iqtisadi səmərəliliyi artırır və kadr çatışmazlığını azaldır: "Avtonom nəqliyyat vasitələrinin tətbiqini zəruri edən əsas amillərdən biri də onların yaratdığı müsbət iqtisadi effektlərdir. Bu texnologiyalar nəqliyyat vasitələrinin iş rejimindən asılı olmayaraq daha səmərəli istismarına, yanacaq sərfiyyatının optimallaşdırılmasına, logistika proseslərinin təkmilləşdirilməsinə və sürücü çatışmazlığı probleminin qismən həllinə imkan yaradır. Sürücü çatışmazlığı məsələsi hazırda qlobal nəqliyyat sektorunun əsas problemlərindən biri hesab olunur. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının məlumatına görə, dünyada təxminən 3,6 milyon sürücü çatışmır. Eyni zamanda, yaxın 5 ildə əlavə 3,4 milyon sürücünün təqaüdə çıxacağı proqnozlaşdırılır. Bu isə qlobal miqyasda sürücülərə tələbatın daha da artacağını göstərir".

Azərbaycanda bəzi qanunlar mopedlərlə bağlı qanunvericiliyə uyğunlaşdırılır
Azərbaycanda "Avtomobil yolları haqqında", "Dövlət rüsumu haqqında" və "İcbari sığortalar haqqında" qanunların mopedlərlə bağlı qanunvericiliyə uyğunlaşdırılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu, "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi barədə" 9 dekabr 2025-ci il tarixli qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında müzakirəyə çıxarılıb.
Xatırladaq ki, "Yol hərəkəti haqqında" qanunla yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması, mopedlərin iştirakı ilə baş verə biləcək qəza hallarının qarşısının alınması və bu sahədə tənzimləmənin yaradılması məqsədilə mopedlərin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçirilərək uçota alınması və bunun əsasında onlara dövlət qeydiyyat nişanının verilməsi, habelə mopedlərin sürücülük vəsiqəsi əsasında idarə olunması müəyyən olunmuşdur. Bununla da nəqliyyat vasitəsi sürücüləri üçün nəzərdə tutulmuş bir sıra vəzifələr moped sürücülərinə də şamil olunacaqdır. Beləliklə, mopedi idarə etmək üçün "A1" kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı tələb olunur.
Təklif olunan dəyişiklik uyğunlaşdırma çərçivəsində adıçəkilən qanundan irəli gələrək mopedlərin texniki baxışdan keçirilməsinə, dövlət qeydiyyatına alınmasına, sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə və dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun dərəcələrinin qüvvədə olan dövlət rüsumları məbləğində tənzimlənməsini, eləcə də qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutur.
Xatırladaq ki, moped kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla elektrik mühərriki olan və yaxud iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir.

Dövlət qurumlarının nümayəndələri Bakı Limanında görülmüş işlərlə tanış olublar
Bakı Dəniz Limanında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və ADY nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Qeyd edilib ki, görüş zamanı limanda gömrük orqanları və sərhəd xidməti ilə birgə fəaliyyət barədə ətraflı məlumat verilib. Əməliyyatların optimallaşdırılması istiqamətində görülmüş işlər, əldə olunmuş nəticələr və gələcək dövr üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub. ADY və Dövlət Gömrük Komitəsi tərəfindən təqdimatlar edilib, mövcud əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Bakı Limanının fəaliyyət göstəriciləri barədə də məlumat verilib. Bildirilib ki, 2026-cı ilin yanvar-may aylarında liman vasitəsilə 3 milyon 237 min ton yük aşırılıb. May ayında isə yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6 % artaraq 812 min ton təşkil edib. Bu ilin ilk beş ayında liman vasitəsilə 50 050 TEU konteyner aşırılıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 8,4 % üstələyir.
Həmçinin məlumat verilib ki, Bakı Limanında həyata keçirilən modernləşdirmə tədbirləri çərçivəsində ötən ay 7-ci körpü liman tarixində ilk dəfə aktiv istismara cəlb edilib, yük qaldırma gücü 125 ton olan yeni nəsil kran istifadəyə verilib.
Tərəflər logistika və nəqliyyat proseslərinin daha da təkmilləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması və qurumlararası əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə işin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd olunub ki, əməliyyatların daha da təkmilləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyət davam etdirilir. Birgə görülən tədbirlər nəticəsində yük və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi və yoxlanılması proseslərinin optimallaşdırılması, xidmət müddətlərinin azaldılması istiqamətində mühüm nəticələr əldə olunub. Həmçinin rəqəmsal həllərin və süni intellekt əsaslı alətlərin tətbiqi ilə yükaşırma əməliyyatlarının avtomatlaşdırılması və idarəetmə proseslərinin daha da səmərələşdirilməsi istiqamətində işlər davam etdirilir.
Görüş iştirakçıları liman ərazisinə baxış keçirib, infrastrukturla tanış olublar. Həmçinin Bakı Limanında Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Miqrasiya Xidməti ilə tərəfdaşlıq çərçivəsində ötən il istifadəyə verilmiş Vahid Keçid Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub, mərkəz əməkdaşları ilə söhbət aparılıb, sənədləşmə prosesinin daha rahat və maneəsiz təşkili üçün əlavə tapşırıqlar verilib.

Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır
Azərbaycanda avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla, bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Aviasiya haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında müzakirəyə çıxarılıb. Qanun layihəsi avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ hüquqi, texnoloji və institusional bazanın yaradılması məqsədi daşıyır.
İclasda qeyd olunub ki, ölkə Prezidentinin 27 fevral 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın 8.3.8-ci yarımbəndində avtonom nəqliyyat sistemlərinin tətbiqi üzrə beynəlxalq təcrübənin təhlili əsasında bu məsələnin normativ hüquqi bazasının yaradılması öz əksini tapıb.
Layihəyə əsasən, müvafiq qanunlara dəyişiklik edilməsi ilə qanunvericiliyə avtonom nəqliyyat mühitinin (ticarət gəmiçiliyi, aviasiya, dəmir yolu, metro, tramvay və avtomobil nəqliyyatı sahələrində) hüquqi tənzimlənməsi üçün "avtonom nəqliyyat vasitəsi", "operator" və "məsafədən idarəetmə mərkəzi" kimi anlayışlar daxil edilir, eləcə də idarəetmənin yüksək və tam avtomatlaşdırılmış səviyyələri təsbit olunur. Avtonom nəqliyyat vasitəsinin, onun operatorunun, məsafədən idarəetmə mərkəzinin və avtomatlaşdırılmış idarəetmə sisteminin anlayışları, onlara dair tələblər, eləcə də operatorun və nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) vəzifələri müəyyən edilir. Avtonom nəqliyyat vasitəsinin yalnız dövlət qeydiyyatına alındıqdan sonra səlahiyyətli dövlət qurumlarının müəyyən etdiyi ərazidə istismar olunması təklif edilir;
Hüquqi və ya fiziki şəxs müvafiq şəhadətnamə aldıqdan sonra operator qismində fəaliyyət göstərə bilər. Operatordan istismar zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək, istismara təhlükə yarandığı hallar baş verdikdə operativ müdaxilə etmək, nəqliyyat vasitəsinin istismarı ilə bağlı məlumatların saxlanmasını və mühafizəsini təmin etmək, həmçinin hadisə, qəza və ya insident baş verdiyi təqdirdə dərhal aidiyyəti dövlət qurumlarına məlumat vermək tələb olunur;
Bununla yanaşı, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin effektivliyinin tənzimləyici test mühiti çərçivəsində qiymətləndirilməsi tədbirləri, habelə nəqliyyat vasitəsinin istismarı nəticəsində vurulan zərərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) və ya istismarçısının (sahib qismində çıxış etdikdə) məsuliyyəti qeyd edilir.
Fiziki və hüquqi şəxslərin operator kimi fəaliyyət göstərə bilməsi üçün şəhadətnamələr 5 il müddətinə verilir. Operator fəaliyyətinə dair şəhadətnamənin verilməsi xidmətinə görə 20 manat məbləğində dövlət rüsumu təyin olunur. Məsafədən idarəetmə mərkəzləri yaradılmalı və istismar zamanı formalaşan məlumatlar real vaxt rejimində dövlət informasiya sisteminə ötürülməlidir. Məlumatların mühafizəsi - dövlət sisteminə ötürülən məlumatlar qeydə alınmalı və operatorlar tərəfindən 6 ay müddətində mühafizə edilməlidir.
Avtonom nəqliyyat vasitələrinin tənzimləyici test mühitində sınaqdan keçirilməsi, habelə yollarda, hava və su məkanlarında konkret hərəkət ərazilərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Qəza və zərərlərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisi, istismarçısı, istehsalçısı və operatoru arasında məsuliyyət bölgüsü müəyyən edilir və sığortalanma tələbləri dəqiqləşdirilir.
Avtomobillər üzrə avtonom nəqliyyat vasitələrinin fərqləndirilməsi üçün xüsusi "Avtonom nəqliyyat vasitəsi" tanınma nişanı tətbiq edilir. Mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının (PUA-lar) dövriyyəsi xüsusi icazə tələb edən əşyalar siyahısına əlavə olunur.

ASCO-nun "Azərbaycan" gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) RoPax tipli "Azərbaycan" gəmi-bərəsi əsaslı təmir edilib.
"Report" ASCO-ya istinadən xəbər verir ki, təmir işləri "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.
Gəmi üzrə boru və avtomatika işləri görülüb, müxtəlif təyinatlı nasoslar təmir olunub.
Bərənin sualtı və suüstü hissəsi, vaqon və avtomobil göyərtəsi təmizlənərək rənglənib. Həmçinin gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün kayutlarda lazımi işlər yerinə yetirilib.
Təmirdən sonra gəmi üzrə dəniz-sınaq yoxlaması həyata keçirilib. Sınaq işləri uğurla başa çatıb və gəmi yenidən istismara qaytarılıb.
2021-ci ildə istismara verilən "Azərbaycan" gəmi-bərəsinin uzunluğu 154,50, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

ADSEA: Qarabağ Su Regional İdarəsinin işçilərinin çoxu keçmiş məcburi köçkünlərdir
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Qarabağ Su Regional İdarəsində çalışanların əksəriyyəti keçmiş məcburi köçkünlərdir.
"Report"un Xankəndiyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Agentliyin bu şəhərdə təşkil etdiyi mediatur çərçivəsində Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, idarənin əməkdaşlarının böyük əksəriyyəti keçmiş məcburi köçkünlərdir: "Onların arasında xeyli sayda Xankəndi sakinləri var. Xankəndi işğaldan azad olunduqdan sonra burada dünyaya gələn ilk körpə də ADSEA-nın Qarabağ Su Regional İdarəsinin İstehsalat şöbəsinin mütəxəssisinin övladıdır".

AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 1,8 dəfə artıb
Bu ilin 5 ayında Azərbaycanda "biletim.az" portalı vasitəsilə onlayn qaydada 456 195 bilet əldə edilib.
Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.
2025-ci ilin yanvar-may ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 31,8 % idisə, cari ilin müvafiq dövründə bu göstərici 43 %-ə yüksəlib. Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.
Hazırda "biletim.az" portalında 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 364 reys olmaqla 411 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Vaxta qənaət və müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə "biletim.az" üzərindən tətbiqə giriş zamanı "myGov ID ilə giriş" funksionallığı təmin edilib. Eyni zamanada, istifadəçilərə əldə edilən bilet üzrə seçilmiş oturacaq yerinin dəyişdirilməsi və seçilmiş reys üzrə çıxış vaxtının digər reysə (saata) dəyişdirilməsi imkanı da yaradılıb.

-
report.az
- Əlilliyi olan şəxslərə zəruri həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları təsdiq edilib
Əlilliyi olan şəxslərə zəruri həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları təsdiq edilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları"nı təsdiqləyib.
"Report" xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.
Qərara əsasən, qaydaların tələbləri yeni bina və qurğuların layihələndirilməsi, yenidən qurulması, mövcud olanların isə əsaslı təmiri və uyğunlaşdırılması, eləcə də ümumi istifadəli ərazilərin planlaşdırılması zamanı yerinə yetirilməlidir. Qaydalar ümumi istifadədə olan ərazilərin, bina və qurğuların funksional-planlaşdırma elementlərinə, onlar üçün ayrılmış torpaq sahələrinə, o cümlədən bina və qurğulara yaxınlaşma yollarına, girişlərə, daxili kommunikasiyalara, təxliyə yollarına, yaşayış və xidmətlərin göstərilməsi üçün otaqlara və iş yerlərinə şamil edilir. Qaydalar, həmçinin binaların, qurğuların, ümumi istifadədə olan ərazilərin və torpaq sahələrinin informasiya və mühəndis təchizatına da şamil edilir.
Bundan başqa, yaşayış məntəqələrində infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisində universal dizayn (layihələndirmə) əsasında əlilliyi olan şəxslərin bu obyektlərə maneəsiz müyəssər olması təmin edilməlidir.
Layihə həlləri bina və qurğularda, onların torpaq sahələrində, eləcə də ictimai istifadədə olan ərazilərdə əlilliyi olan şəxslər üçün aşağıda qeyd olunanları təmin etməlidir:
- xidmət məntəqələrinə qədər məsafələr və hərəkət yollarının parametrləri nəzərə alınmaqla əlçatanlığı;
- hərəkət yollarının, o cümlədən təxliyə yollarının, məqsədli ziyarət və xidmət göstərmə yerlərinin, iş yerlərinin təhlükəsizliyi;
- təhlükəli yanğın amillərinin təsirinin qarşısını almaq üçün binadan, qurğudan və ya yanğından mühafizə zonasına vaxtında və maneəsiz təxliyə üçün şəraiti;
- xidmətlərin göstərilməsi və nəzərdə tutulmuş yerlərə getmək məqsədi ilə hərəkət üçün zəruri olan dolğun və keyfiyyətli məlumatın vaxtında alınmasına şəraiti.
Həmçinin bina və qurğularda əlilliyi olan şəxslər və hərəkət imkanları məhdud digər əhali qruplarının sərbəst və ya müşayiətçinin köməyi ilə təhlükəsiz hərəkəti, eləcə də fövqəladə hallarda təxliyə olunmaları üçün binanın bütün sahələrindən tam həcmdə istifadə etmək imkanları təmin edilməlidir.
Obyektlərin əlilliyi olan şəxslər üçün əlçatan olan layihə həlləri binada (qurğuda) olan digər əhali qruplarının imkanlarına xələl gətirməməli və həyat fəaliyyətlərini məhdudlaşdırmamalıdır.
Dövlət Komitəsinin Ümumi işlər və Hüquq şöbələrinə tapşırılıb ki, qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

Qobustan qəsəbəsində bir aşırımlı körpünün inşasına start verilib
M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpü sökülərək yeni 1 aşırımlı körpünün inşasına start verilib.
Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata əsasən, hazırda ərazidə svay vurma işləri yekunlaşdırılaraq, yeni körpünün dayaqlarının inşası istiqamətində müvafiq işlər görülür.
Xatırladaq ki, 1980-ci illərdə inşa edilmiş 3 aşırımlı körpünün Bakı istiqamətindəki 3-cü aşırımında aşırım tirinin sınaraq çökməsi hadisəsi qeydə alınıb. İlkin texniki qiymətləndirmələr nəticəsində körpünün artıq istismar üçün yararsız vəziyyətdə olduğu müəyyən edilib.

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
3. Babək prospekti, mərkəz istiqamətində;
4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
7. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
8. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

-
report.az
- Vüqar Mirzəzadə: "Bakı Gəmiqayırma Zavodu beynəlxalq sifarişlər hesabına qlobal rəqabət qabiliyyətini gücləndirir" - MÜSAHİBƏ
Vüqar Mirzəzadə: "Bakı Gəmiqayırma Zavodu beynəlxalq sifarişlər hesabına qlobal rəqabət qabiliyyətini gücləndirir" - MÜSAHİBƏ
Azərbaycan son illərdə Avrasiyanın əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilərək beynəlxalq yükdaşımalar zəncirində strateji mövqeyini daha da möhkəmləndirir. Bu prosesdə dəniz nəqliyyatı və gəmiqayırma sənayesi xüsusi əhəmiyyət daşıyır. Xəzər hövzəsinin ən iri sənaye müəssisələrindən biri olan Bakı Gəmiqayırma Zavodu həm ölkənin dəniz donanmasının yenilənməsində, həm də beynəlxalq sifarişlərin icrası hesabına Azərbaycanın sənaye və ixrac potensialının genişlənməsində mühüm rol oynayır.
Bakı Gəmiqayırma Zavodunun mövcud fəaliyyəti, beynəlxalq sifarişləri, yeni layihələri və qarşıdakı inkişaf perspektivləri barədə "AZCON Holding"in icraçı direktorunun müavini Vüqar Mirzəzadə "Report"a müsahibəsində danışıb.
Həmin müsahibəni oxucularımıza təqdim edirik:
- Bakı Gəmiqayırma Zavodunun son illərdə əldə etdiyi nəticələr və inkişaf dinamikası barədə nə deyə bilərsiniz?
- Ölkə rəhbərliyinin nəqliyyat-logistika və sənaye sahələrində həyata keçirdiyi uzaqgörən siyasətin mühüm nəticələrindən biri olan Bakı Gəmiqayırma Zavodu 2011-ci ildə təməli qoyulub. Zavod hazırda Xəzər regionunun ən müasir gəmiqayırma və gəmi təmiri müəssisələrindən birinə çevrilib.
"AZCON Holding"in idarəetməsinə keçiddən sonra zavod fəaliyyətində yeni inkişaf mərhələsinə qədəm qoyub. Son dövrdə əməliyyat səmərəliliyinin artırılması, istehsal proseslərinin optimallaşdırılması, idarəetmənin təkmilləşdirilməsi və resurslardan daha effektiv istifadə istiqamətində həyata keçirilən tədbirlər müəssisənin istehsal potensialının genişlənməsinə, məhsuldarlığın yüksəlməsinə və sifariş portfelinin əhəmiyyətli dərəcədə artmasına imkan yaradıb.
Bu gün Bakı Gəmiqayırma Zavodu həm ölkə daxilində, həm də beynəlxalq bazarlarda etibarlı tərəfdaş kimi tanınan, yüksək rəqabət qabiliyyətinə malik müasir sənaye müəssisəsidir. Əldə olunan nəticələr Azərbaycanın nəqliyyat, logistika və sənaye sektorlarının inkişafına yönəlmiş ardıcıl dövlət siyasətinin, eləcə də son illərdə həyata keçirilən institusional islahatların uğurlu nəticəsidir.
- Yeni konteyner gəmilərinin tikintisi Azərbaycanın nəqliyyat-logistika strategiyasına və regional mövqeyinə hansı töhfələri verəcək?
- Bu gün təməli qoyulan, hər biri 780 TEU tutumuna malik konteyner gəmilərinin tikintisi Azərbaycanın nəqliyyat-logistika potensialının daha da gücləndirilməsinə və ölkənin regional tranzit mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Son illərdə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından birinə çevrilib. Yeni gəmilər Xəzər dənizi üzərindən yükdaşımaların həcminin artırılmasına, yük axınlarının daha operativ və səmərəli idarə olunmasına, həmçinin Orta Dəhliz boyunca artan tələbatın qarşılanmasına xidmət edəcək.
Birləşmiş Ərəb Əmirliklərinin aparıcı liman və logistika operatorlarından biri olan "AD Ports Group" ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə regionun əsas ticarət və logistika mərkəzləri arasında əlaqələrin gücləndirilməsinə, Xəzər hövzəsində dəniz daşımalarının inkişafına və beynəlxalq ticarət marşrutlarının rəqabət qabiliyyətinin artırılmasına əlavə imkanlar yaradacaq.
- Bu layihənin Orta Dəhlizin inkişafında və Azərbaycanın tranzit rolunun güclənməsində əhəmiyyəti nədən ibarətdir?
- 2028-ci ilədək istismara verilməsi nəzərdə tutulan yeni gəmilər Asiya ilə Avropanı Xəzər dənizi, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə birləşdirən Orta Dəhlizin daşıma potensialının artırılmasında mühüm rol oynayacaq.
Bu gəmilər Xəzər dənizində konteyner daşımalarının həcmini artırmağa, artan yük axınlarını daha səmərəli şəkildə idarə etməyə və marşrut üzrə logistik imkanları genişləndirməyə imkan verəcək. Nəticədə, yükdaşımaların sürəti və etibarlılığı yüksələcək, tranzit müddətləri azalacaq.
Eyni zamanda, layihə Orta Dəhlizin ənənəvi nəqliyyat marşrutlarına alternativ olaraq təhlükəsiz, dayanıqlı və rəqabətqabiliyyətli beynəlxalq ticarət dəhlizi kimi mövqeyinin möhkəmlənməsinə xidmət edəcək. Bu isə Azərbaycanın regionun əsas tranzit və logistika mərkəzlərindən biri kimi rolunu daha da gücləndirəcək.
- Hazırkı sifariş portfeli Bakı Gəmiqayırma Zavodunun istehsal potensialı və bazar etimadı haqqında nəyi göstərir?
- Hazırda Bakı Gəmiqayırma Zavodunun sifariş portfelində ümumilikdə 17 gəmi yer alır. Bunlardan 11-i tikinti, 6-sı isə layihələndirmə mərhələsindədir. Xüsusilə diqqətçəkən məqam odur ki, bu layihələrin 4-ü beynəlxalq sifarişlərdir ki, bu da zavodun xarici bazarlarda artan nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir.
Eyni zamanda, Qazaxıstanın "Samruk-Kazyna" ASC-nin şirkətlər qrupuna daxil olan "KTZ Express Shipping" şirkəti ilə gəmiqayırma sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, müasir beynəlxalq standartlara cavab verən iki ədəd quru yük gəmisinin inşası həyata keçiriləcək.
Bu sifariş portfeli Bakı Gəmiqayırma Zavodunun istehsal gücünün, texniki imkanlarının və peşəkar kadr potensialının yüksək səviyyədə olduğunu, həmçinin regionun aparıcı gəmiqayırma müəssisələrindən biri kimi mövqeyini daha da möhkəmləndirdiyini göstərir.
- Beynəlxalq sifarişlərin artması zavodun rəqabətqabiliyyətliliyi və ixrac imkanları baxımından hansı perspektivlər yaradır?
- Beynəlxalq sifarişlərin sayının artması Bakı Gəmiqayırma Zavodunun yüksək texnoloji imkanlarının, peşəkar mühəndis və mütəxəssis potensialının, eləcə də beynəlxalq standartlara uyğun məhsul istehsal etmək qabiliyyətinin təsdiqidir.
Bu sifarişlər zavodun qlobal gəmiqayırma bazarında etibarlı və rəqabətqabiliyyətli tərəfdaş kimi mövqeyini daha da gücləndirir, yeni bazarlara çıxış imkanlarını genişləndirir və ixrac potensialının artmasına şərait yaradır.
Qeyd edim ki, zavod fəaliyyətə başladığı vaxtdan indiyədək 14 gəmi tikintisi layihəsini uğurla tamamlayıb, 170-dən çox gəminin təmirini həyata keçirib. Bu göstəricilər müəssisənin topladığı təcrübəni və beynəlxalq sifarişçilərin etimadını aydın şəkildə əks etdirir.

-
report.az
- Xaçmazda əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində işlər davam etdirilir
Xaçmazda əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində işlər davam etdirilir
Xaçmaz rayonunun kənd və qəsəbələrində elektrik təsərrüfatının yenilənməsi istiqamətində işlər davam etdirilir. Tədbirlər planına əsasən, artıq Keymərəz kəndində dayaqlar dəyişdirilib, SİP kabellər çəkilib və güc transformatorları yenilənib.
"Report" xəbər verir ki, hazırda Xaçmaz şəhərinin Sabit Rəhman küçəsində və ətraf ərazilərdə, eləcə də Yeni Həyat qəsəbəsi, Gödəkli, Bayoba, Köhnə Xaçmaz, İdrisoba, Fərzəlioba və Niyazoba kəndlərində bu istiqamətdə tədbirlər görülür.
İşlər çərçivəsində köhnə dayaqlar yenilənir, izolyasiyalı SİP kabellər çəkilir və yeni güc transformatorları quraşdırılır.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Şimal Regional Enerji Təchizat İdarəsinin rəisi Vüqar Kazımov Köhnə Xaçmaz və Niyazoba kəndlərində aparılan işlərin gedişi ilə yerindəcə maraqlanıblar.
Rayon rəhbəri iş icraçıları ilə görüşərək əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə işlərin vaxtında və yüksək səviyyədə yekunlaşdırılması üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, cari ilin sonunadək Şıxlar, Çaykənarı, Hacılar, Çaxmaqlı, Qaraçı, Əbilyataq, Nərəcan, Xanlıqoba və Xaspoladoba kəndlərində də elektrik təsərrüfatının yenidən qurulması işlərinin yekunlaşdırılması nəzərdə tutulur.
Görülən işlərdən razı qalan kənd sakinləri əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 6 və 7 iyun tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.
Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.
Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

"Bakı Gəmiqayırma Zavodu" indiyə qədər 170-dən çox gəmi təmir edib
İndiyə qədər "Bakı Gəmiqayırma Zavodu" MMC-də 170-dən çox gəmi təmir edilib.
"Report" xəbər verir ki, bunu Zavodun İdarə Heyətinin sədri Ruslan Talıbov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, "Bakı Gəmiqayırma Zavodu"nda ümumilikdə 14 gəmi tikinti layihəsi uğurla həyata keçirilib: "Fəaliyyətə başladığı dövrdən etibarən 170-dən çox gəminin təmiri icra olunub. Tikilən gəmilər sırasında "Xankəndi" sualtı tikinti gəmisi, dibdərinləşdirən gəmi, yedək gəmiləri, yarımdalma qazma qurğusunun pontonları və üst göyərtələri, sərnişin və bərə gəmiləri, eləcə də neft və kimyəvi məhsullar daşıyan tankerlər yer alır. Bu göstəricilər zavodun ölkənin sənaye və nəqliyyat sektorunda mühüm rol oynadığını təsdiqləyir".
O əlavə edib ki, zavodun illik istehsal gücü 25 min ton gəmi metal konstruksiyalarının hazırlanmasına imkan verir: "Mövcud potensial hesabına müəssisə ildə 4 ədəd 15 min ton yükgötürmə qabiliyyətinə malik tanker və yaxud alternativ olaraq 2 ədəd 60–70 min ton yükgötürmə qabiliyyətli "Caspian Max" tipli tanker istehsal edə bilər. Bununla yanaşı, eyni vaxtda müxtəlif təyinatlı 4 gəminin paralel şəkildə tikintisi mümkündür".
R. Talıbov bildirib ki, hazırda zavodun sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin tikintisi davam etdirilir: "6 gəmi isə layihələndirmə mərhələsindədir. Sifarişlər arasında "AD Ports"un sifarişi əsasında inşa olunan 2 ədəd çoxməqsədli quru yük konteyner gəmisi xüsusi əhəmiyyət daşıyır. "AD Ports"un sifarişi əsasında inşa olunan çoxməqsədli quru yük və konteyner gəmilərinin tikintisi təsdiq edilmiş qrafikə uyğun olaraq davam etdirilir. Layihələr üzrə əsas avadanlıq və materialların sifarişi həyata keçirilmiş, gəmi gövdələrinin tikintisinə başlanılıb. H128 layihəsi üzrə 2 blokun istehsalı tamamlanmış, 5 blokun tikintisi isə hazırda davam etdirilir. H129 layihəsi üzrə də gövdə konstruksiyasının tikintisinə başlanılmış və hazırda 2 blokun istehsalı aparılır. Gəmilərin 2028-ci ilə qədər sifarişçiyə təhvil verilməsi planlaşdırılır".

TIA: "Vahid Orta Dəhliz icazə" sistemi yaradılmalıdır
"Vahid Orta Dəhliz icazə" sistemi yaradılmalıdır.
Report" xəbər verir ki, bunu Litvada fəaliyyət göstərən Nəqliyyat İnnovasiyaları Assosiasiyasının (Transport Innovation Association - TIA) meneceri Yulius Skakauskas Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizlə bağlı mühüm məsələlərdən biri rəqəmsallaşmadır: "Avtomobil icazələrinin olması yaxşıdır. Avropa İttifaqı (Aİ) şirkəti Qazaxıstana və ya Özbəkistana getmək istəyirsə, avtomobil icazəsinə ehtiyacı var. Artıq bu müzakirənin başladığını bilirəm. Lakin biz "Vahid Orta Dəhliz icazə" sistemini yaratmalıyıq. Yəni 5-6 icazə əvəzinə, bütün marşrutlar üçün vahid rəqəmsal icazəyə ehtiyacımız var. Litva bu təşəbbüsü dəstəkləyir. Müxtəlif ölkələr birgə bu sistemin yaradılmasına təşəbbüs göstərə bilər. Məsələn, Litva və Polşadan Qazaxıstana, Özbəkistana, Qırğızıstana istiqamətlənən bütün marşrutlar üçün vahid icazə ala bilərik".
Bundan başqa, qonaq deyib ki, Orta Dəhliz çərçivəsində əsas problemlərdən biri Xəzər dənizində hərəkət edən bərələr ilə bağlıdır: "Xəzər dənizində 14-16 bərə fəaliyyət göstərir. Onların bəziləri təmirə ehtiyac duyur və açıq hərəkət qrafiki yoxdur. Düşünürəm ki, bu, əsas problemdir və inanıram ki, bu məsələdə Aİ-nın dəstəyi ola bilər. Aİ maliyyə yardımı göstərə və xüsusilə də yük maşınları üçün daşıyıcılar sahəsində kömək edə bilər. Çünki ötən ilin dekabrında Bakı limanına səfər edərkən parkinq sahəsində çoxlu yük maşını gördüm. Skandinaviya, Almaniya və hətta Litvadan olan operatorlar Xəzər dənizində daşımalar ilə bağlı infrastruktur yarada bilər".

Orta Dəhliz üzrə sənədləşdirmə prosesində vaxt itkisi problemi müzakirə olunub
Hazırda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (TMTM, Orta Dəhliz) üzrə sənədlərin təqdim olunmasında vaxt itkisi yaşanır.
"Report" xəbər verir ki, bunu Nəqliyyat İnnovasiya Assosiasiyasının (TIA) meneceri Yulius Skakauskas Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
Onun sözlərinə görə, çünki hər bir qurum, müştəri, səlahiyyətli orqan yoxlama aparır: "Orta Dəhlizlə bağlı vacib məsələlərdən biri prosedurlar və "vahid pəncərə" sistemi ilə bağlıdır. Hesab edirik ki, gələcəkdə bizə elə bir "vahid pəncərə" lazımdır ki, daşıyıcı və ya nəqliyyat şirkəti bütün sənədləri orada təqdim edə bilsin. Bu sənədlər müxtəlif ölkələr və təsisatlar arasında dövr edə bilər, biz məlumat bazası əlaqəsi qura bilərik. Çünki hazırda sənədlərin təqdim olunmasına vaxt itiririk və hər bir qurum, hər bir müştəri, hər bir səlahiyyətli orqan yoxlama aparır. Onların bəzilərində fərqli sənədləşdirmə tələbləri var. Odur ki, "vahid pəncərə" və nə təqdim etməli olduğumuza dair yoxlama siyahısı olsa, biz mütləq qazanacağıq və vaxta qənaət edəcəyik".
O bildirib ki, bu yaxınlarda Avropa Komissiyası "Global Gateway" adlı çox böyük bir proqram elan edib və onun büdcəsi təxminən 200 milyard avrodur: "İstərdik ki, bu vəsaitlərin bir hissəsi "Global Gateway" təşəbbüsü çərçivəsində Orta Dəhlizin inkişafına yönəldilsin. Orta Dəhliz çərçivəsində çox vacib məsələ intermodallıqdır. Avropada dəmir yolu infrastrukturu çox yaxşı inkişaf edib. Uzun məsafələr üçün tədricən üstünlük dəmir yollarına verilir. Biz yarımqoşqunu və ya konteyneri dəmir yolu platformasına qoya və uzun məsafələrə daşıya bilərik. Ona görə də hesab edirəm ki, Şərqi Avropadan Qazaxıstana qədər bütün yolları nəzərdən keçirməliyik".

Bakıda 780 TEU tutumlu konteyner gəmisinin tikintisinə başlanılıb
"Bakı Gəmiqayırma Zavodu" MMC-də Xəzər dənizində istismar olunması nəzərdə tutulan iki ədəd 780 TEU tutumlu konteyner gəmisindən birincisinin tikintisinə başlanılması ilə əlaqədar kilqoyma mərasimi keçirilib.
"Report" xəbər verir ki, layihə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında strateji əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Gəmilərin regionun əsas ticarət mərkəzləri arasında əlaqələrin gücləndirilməsinə, eləcə də regional dəniz nəqliyyatı və logistika əməkdaşlığının inkişafına xidmət edən mühüm marşrutlarda istismara verilməsi planlaşdırılır. Konteyner və quru yüklərin daşınmasında yüksək əməliyyat çevikliyini təmin etmək məqsədilə layihələndirilən hər bir gəminin ümumi uzunluğu 149,5 metr, eni 21 metr, yüklü vəziyyətdə suya oturumu 4,5 metr, dedveyti 9,404 ton və yük anbarlarının ümumi tutumu 16,722 kubmetr təşkil edəcək.
Hər iki gəmi daha səmərəli və ekoloji cəhətdən dayanıqlı dəniz daşımalarını təmin etmək məqsədilə müasir hibrid-elektrik hərəkətverici sistemlərlə təchiz olunacaq. Hərəkətverici sistemin tərkibinə "Wärtsilä" və "Schottel" şirkətlərinin əsas avadanlıqları daxil ediləcək ki, bu da yanacaq səmərəliliyinin artırılmasına, emissiyaların azaldılmasına və manevr imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
2028-ci ilədək təhvil verilməsi nəzərdə tutulan bu gəmilər Asiya ilə Avropanı Xəzər dənizi, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə birləşdirən Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) gücləndirilməsində mühüm rol oynayacaq. Bu marşrut üzrə daşıma imkanlarının genişləndirilməsi konteyner daşımalarına artan tələbatın qarşılanmasına, tranzit müddətlərinin azaldılmasına və dəhlizin ənənəvi marşrutlara alternativ olaraq təhlükəsiz, dayanıqlı və rəqabətqabiliyyətli nəqliyyat həlli kimi mövqeyinin möhkəmləndirilməsinə töhfə verəcək.

Alper Özel: "Türkiyədən ötən il avtomobillərlə 2,2 milyon ixrac reysi olub"
2025-ci ildə Türkiyədən yerli və xarici nömrə nişanlı avtomobillərlə təxminən 2,2 milyon ixrac reysi həyata keçirilib.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının baş icraçı direktoru Alper Özel Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
Onun sözlərinə görə, bu, avtomobil nəqliyyatı sahəsində böyük rəqəmdir: "Türkiyə keçən il 260 milyard ABŞ dollarına yaxın ixrac həyata keçirib və bunun 110 milyard dolları avtomobillə daşınıb. Yəni Türkiyədə bu nəqliyyat növününə payı 41-42 %-dir. 45-46 % dəniz yolunun, 8-10 % hava yolunun, 1 % isə dəmir yolunun payına düşür. Dəmir yolu beynəlxalq daşımalarla o qədər də inteqrasiya olunmayıb. Lakin Türkiyə hökumətinin hazırkı məqsədi bu kontekstdə dəmir yolunun payını bir qədər artırmaqdır".
Qonaq vurğulayıb ki, Orta Dəhlizdə yük əsasən avtomobillərlə daşınır: "Çünki avtomobil nəqliyyatı daha sürətlidir. Digər tərəfdən, hansı malın dünyanın hansı hissəsinə çatacağını bazar müəyyən edir. Beləliklə, əksər Avropa ixracatçıları, xüsusilə bu gün, avtomobil yoluna daha çox üstünlük verirlər. Biz hazırda Avropadan Mərkəzi Asiyaya Türkiyə üzərindən tranzitlə gedən avtomobil yük daşımalarında artım görürük. İkincisi, Türkiyənin indi başqa bir bağlantısı da var. Artıq Suriya istiqaməti üzrə nəqliyyat əlaqələri açılıb. Beləliklə, indi Suriya vasitəsilə İordaniyaya və Səudiyyə Ərəbistanına tranzit keçid edə bilərik. Bu, təkcə türk ixracatçıları üçün deyil, digər geosiyasi ixracatçılar üçün də fürsətdir".

Mirziyod Mirxamidov: "Orta Dəhlizdə əsas çağırış konteyner və platforma çatışmazlığıdır"
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunda (TMTM, Orta Dəhliz) əsas çağırış konteyner və platforma çatışmazlığıdır.
"Report" xəbər verir ki, bunu "O'ztemiryo'lkonteyner"in İdarə Heyətinin sədri Mirziyod Mirxamidov Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
Onun sözlərinə görə, Yeni Asiya nəqliyyat marşrutu üzrə qarşılaşdırılan əsas problemlərdən biri konteyner çatışmazlığıdır: "Hazırda Özbəkistanda iqtisadi artım müşahidə olunur və bu ölkədən Türkiyə, eləcə də Avropa istiqamətində, xüsusilə Gürcüstanın Poti limanı vasitəsilə əhəmiyyətli həcmdə ixrac yükləri daşınır. Bununla yanaşı, marşrut boyunca dəmiryolu platformalarının çatışmazlığı da hiss olunur. Lakin biz bu problemlərin həlli istiqamətində mərhələli şəkildə fəaliyyət göstəririk. Hazırda şirkətimiz konteyner parkının genişləndirilməsi və platforma parkının artırılması üzərində işləyir".
O hesab edir ki, infrastrukturla bağlı bu məsələləri addım-addım həll etdikcə, bu, Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcminin daha da artmasına şərait yaradacaq: "Bununla belə, dəhliz üzrə bütün iştirakçı ölkələr və tərəfdaşlar arasında daimi koordinasiya vacibdir. Qarşıya çıxan problemlərin operativ həlli üçün tərəflər arasında davamlı əlaqə saxlanılmalı, yaranan çətinliklərə çevik reaksiya verilməli və birgə qərarlar qəbul edilməlidir".

Mirziyod Mirxamidov: "Özbəkistan yeni nəqliyyat dəhlizinin inkişafına tam dəstək verəcək"
Özbəkistan yeni nəqliyyat dəhlizinin inkişafına tam dəstək verməyə hazırdır.
"Report" xəbər verir ki, bunu Özbəkistanın "O'ztemiryo'lkonteyner"in İdarə Heyətinin sədri Mirziyod Mirxamidov Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
Onun sözlərinə görə, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu xəttinin tikintisi layihəsi hələ tam başa çatmasa da, marşrut üzrə artıq müəyyən həcmdə yükdaşımalar həyata keçirilir: "Belə ki, 2025-ci ildə bu xətt vasitəsilə təxminən 10 min konteyner daşınıb. 2026-cı ilin ilk beş ayı ərzində isə bu göstərici 6 min konteynerə yaxın olub. Mövcud dinamikanı nəzərə alaraq, ilin sonunadək daşımaların həcminin ötən illə müqayisədə 15-20 faiz artacağını gözləyirik".
O qeyd edib ki, marşrutun iştirakçılarından biri olan Özbəkistan və "O'ztemiryo'lkonteyner" şirkəti bu dəhlizin inkişaf perspektivlərinə böyük önəm verir: "Hazırda Özbəkistan ərazisində 18 yük terminalı və geniş logistika infrastrukturu bizim sərəncamımızdadır. Buna görə də, dəhliz üzrə yükdaşımaların genişlənməsi üçün bütün imkanlarımızı səfərbər etməyə və tərəfdaşlarımıza lazımi dəstəyi göstərməyə hazırıq".
Eyni zamanda, M. Mirxamidov bildirib ki, marşrutun rəqabət qabiliyyətinin daha da artırılması üçün təkmilləşdirilməli məqamların da mövcud olduğunu anlayır və bu istiqamətdə işlərini davam etdirir: "Bu dəhliz vasitəsilə daşımalar həyata keçirməkdə maraqlı olan müştərilərə bütün xidmətlərimizi və tarif təkliflərimizi təqdim etməyə hazırıq. Əməkdaşlıqdan məmnun olarıq".

Orta Dəhlizlə daşımaların həcminin 7 min konteynerə çatdırılması planlaşdırılır
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (TMTM, Orta Dəhliz) üzrə daşımaların həcminin 7 min konteynerə çatdırılması planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Özbəkistanın "O'ztemiryo'lkonteyner"in İdarə Heyətinin sədri Mirziyod Mirxamidov Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
Onun sözlərinə görə, hazırda tədarük zəncirlərinin fasiləsizliyinin təmin edilməsi və nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsi məqsədilə Çin–Avropa istiqamətində Mərkəzi Asiya və Qafqaz ölkələrinin ərazisindən keçən "CASCA+" və Orta Dəhliz çərçivəsində görülən işlər daha da aktuallaşıb: "Bununla yanaşı, Hörmüz boğazında yaranmış vəziyyət dəniz və quru nəqliyyatı marşrutları üzrə daşımaların yenidən istiqamətləndirilməsini sürətləndirir. Bu isə "CASCA+" və TMTM marşrutlarının üzərinə düşən yükün artmasına səbəb olur".
M. Mirxamodov bildirib ki, analitik məlumatlara əsasən, son üç ildə qlobal logistika zəncirləri 35 %-dən çox dəyişikliklərə məruz qalıb: "Nəticədə bəzi istiqamətlər üzrə yüklərin çatdırılma müddəti 20-40 % artıb. Məhz bu şəraitdə "CASCA+" nəqliyyat dəhlizi, yəni Orta Dəhliz Çinlə Mərkəzi Asiya arasında ən perspektivli marşrutlardan birinə çevrilir. Hazırda bu dəhliz vasitəsilə ildə təxminən 5 min konteyner səviyyəsində sabit daşıma axını təmin olunur. Cari ildə isə daşımaların həcminin 6,5-7 min konteynerə çatdırılması planlaşdırılır".

Dünya Bankı TBNM layihəsi çərçivəsində Gürcüstana 372 milyon dollar ayırıb
Dünya Bankının Direktorlar Şurası "Transxəzər Nəqliyyat Dəhlizi (TBNM) - Gürcüstanın əlçatanlığının və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması" (TC-GATE) layihəsinin maliyyələşdirilməsinə 372 milyon ABŞ dollarının ayrılmasını təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə Dünya Bankının məlumatında qeyd olunub.
Dünya Bankının açıqlamasına əsasən, TC-GATE çərçivəsində ölkənin dəmir yolu və avtomobil yolu infrastrukturunun müasirləşdirilməsi, yük daşınmalarının həcminin artırılması, eləcə də nəqliyyat sahəsində institusional islahatların reallaşdırılması planlaşdırılır.
Qeyd olunub ki, layihə dəhliz boyunca mövcud infrastruktur problemlərinin həll edilməsinə, logistika məsrəflərinin aşağı salınmasına və bazarlara giriş imkanlarının genişləndirilməsinə yönəlib. Layihədən təqribən 900 min insanın bilavasitə faydalanacağı proqnozlaşdırılır.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays bildirib ki, bu investisiyalar Gürcüstanın Avropa ilə Asiya arasında əhəmiyyətli tranzit mərkəzi kimi rolunu daha da gücləndiəcək və Orta Dəhlizə artan beynəlxalq tələbin ödənilməsinə şərait yaradacaq.
Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili isə vurğulayıb ki, layihə ölkənin beynəlxalq ticarət marşrutlarındakı əhəmiyyətini artıracaq, yeni iqtisadi perspektivlər formalaşdıracaq və regional əlaqələrin davamlılığını təmin edəcək.
Açıqlamaya görə, TC-GATE layihəsinin ümumi dəyəri 750 milyon ABŞ dollarını ötür. Layihənin 372 milyon dollarlıq hissəsi Dünya Bankı tərəfindən maliyyələşdirilir, qalan məbləğ isə Asiya İnfrastruktur İnvestisiya Bankı və Asiya İnkişaf Bankı tərəfindən ortaq şəkildə qarşılanacaq.
Layihə çərçivəsində yeni enerji qənaətli elektrik lokomotivlərinin alınması planlaşdırılır ki, bu da Gürcüstanın dəmir yolu sisteminin əməliyyat effektivliyini yüksəldəcək. Eyni zamanda Kaxeti bölgəsində strateji cəhətdən vacib olan Badiauri–Çalaubani–Bakurtsixe və Qurcaani–Telavi yol sahələrinin inşası maliyyələşdiriləcək.
Layihənin icrası nəticəsində Telavi ilə Poti limanı arasındakı yol müddətinin təxminən 43 dəqiqə qısalacağı, yol təhlükəsizliyinin artacağı və nəqliyyat infrastrukturunun iqlim dəyişikliklərinə qarşı dözümlülüyünün güclənəcəyi gözlənilir.
Bundan başqa, layihə daxilində yol infrastrukturunun idarəçiliyinin rəqəmsallaşdırılması, ağıllı nəqliyyat texnologiyalarının tətbiqi və Kaxeti bölgəsində qadın sahibkarlara dəstək göstərilməsi də nəzərdə tutulmuşdur.
TBNM və ya Orta Dəhliz Qazaxıstan, Xəzər dənizinin akvatoriyası, Azərbaycan və Gürcüstandan keçməklə Çinlə Avropa ölkələrini birləşdirən beynəlxalq nəqliyyat dəhlizidir. Assosiasiya lazımi məlumat dəstəyini təmin edir, inzibati prosedurların sadələşdirilməsinə, rəqabət mühitinin yaradılmasına və müxtəlif ölkələrdən olan, o cümlədən coğrafi baxımdan bilavasitə TBNM marşrutu boyunca yerləşməyən iştirakçılar üçün maksimum səmərəliliyin təmin edilməsinə kömək edir.

-
report.az
- İlham Quliyev: "Su qıtlığı yaşayan rayonlara Qarabağdan magistral xətlər çəkilə bilər" - EKSKLÜZİV
İlham Quliyev: "Su qıtlığı yaşayan rayonlara Qarabağdan magistral xətlər çəkilə bilər" - EKSKLÜZİV
Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni su mənbələri gələcəkdə digər rayonların su təminatında da istifadə oluna bilər.
Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev bildirib.
Onun sözlərinə görə, hazırda regionda inşa olunan və planlaşdırılan su anbarları ilk növbədə Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmanın su tələbatının qarşılanmasına xidmət edəcək.
"Gələcəkdə əlavə tələbat yaranacağı təqdirdə bu su mənbələrindən digər ərazilərin də faydalanması imkanları qiymətləndirilə bilər. Burada nəzərdə tutulan məskunlaşma üçün su ehtiyatları tam kifayət edəcək. Hətta gələcəkdə əlavə ehtiyac yaranarsa, çatışmazlıq olan bəzi rayonlara bu su mənbələrindən magistral xətlərin çəkilməsi də nəzərdən keçirilə bilər. Hazırda Qarabağ və Şərqi Zəngəzurda yeni su anbarlarının yaradılması və su infrastrukturunun genişləndirilməsi istiqamətində işlər davam etdirilir", - deyə meliorasiya rəsmisi qeyd edib.

Qarabağ və Şərqi Zəngəzurda mərkəzləşdirilmiş təmizləyici qurğular tikiləcək
Qarabağ və Şərqi Zəngəzurda bütün iri yaşayış məntəqələri üçün mərkəzləşdirilmiş təmizləyici qurğular tikiləcək.
Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin sədr müavini İlham Quliyev bildirib.
Onun sözlərinə görə, məqsəd tullantı sularının idarə olunmasıdır.
"Regionda əhalinin məskunlaşdığı bütün iri yaşayış məntəqələrində çirkab sularının təmizlənməsi üçün müasir qurğular inşa ediləcək. Gələcəkdə bütün yaşayış məntəqələrində, iri yerlərdə təmizləyici qurğular qurulacaq və çirkab suları orada təmizləndikdən sonra çaylara axıdılacaq. Qısa müddətdə Şuşada su təchizatı və su anbarları ilə bağlı mühüm layihələr həyata keçirilib və infrastrukturun yenilənməsi davam edəcək", - deyə meliorasiya rəsmisi qeyd edib.

-
report.az
- "Kazmortransflot" Aktau-Ələt marşrutu üzrə konteyner daşımalarında rekord göstəriciyə çatıb
"Kazmortransflot" Aktau-Ələt marşrutu üzrə konteyner daşımalarında rekord göstəriciyə çatıb
Qazaxıstanın "KazMunayQaz" milli şirkətinin törəmə strukturu "Kazmortransflot" 2026-cı ilin may ayında Aktau-Ələt (Bakı) marşrutu üzrə iyirmi fut ekvivalentində 7 451 konteyner daşıyıb ki, bu da şirkət üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM) rekord göstərici olub.
"Report" xəbər verir ki, bu barədə "KazMunayQaz" məlumat yayıb.
Bildirilib ki, yüksək nəticə yük axınının "Barıs", "Berkut" və "Sunkar" konteyner gəmiləri, eləcə də "Türküstan" və "Beket Ata" quru yük gəmiləri arasında səmərəli şəkildə bölüşdürülməsi hesabına təmin edilib. Bu isə Aktau və Ələt limanları arasında gəmilərin daxilolma intensivliyini artırmağa imkan verib.
Qeyd edək ki, "Kazmortransflot" TBNM üzrə rəsmi dəniz daşıyıcısıdır.
Bundan əlavə, 2019-cu ildən bəri şirkət Aktau və Ələt limanları arasında iyirmi fut ekvivalentində 210 mindən çox konteyner daşıyıb ki, bu da təxminən 2,7 milyon ton yükə bərabərdir.

Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq
Sərsəng Su Anbarının yenidən qurulmasına bu il başlanılacaq.
"Report"un Xankəndinə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin sədr müavini İlham Quliyev jurnalistlər üçün təşkil olunmuş mediatur zamanı deyib.
İ.Quliyev bildirib ki, Sərsəng təkcə su anbarından ibarət deyil, iri hidrotexniki kompleksdir: "Anbarın ümumi həcmi 560 milyon kubmetr, faydalı həcmi isə 500 milyon kubmetrdir. Kompleksə 50 MVt gücündə su elektrik stansiyası, Suqovuşan Su Anbarı və hidroqovşağı, həmçinin Suqovuşan və Tərtərçay magistral kanalları daxildir".
O qeyd edib ki, 2022-2023-cü illərdə Suqovuşan hidroqovşağında, eləcə də Tərtərçay magistral kanalının və sol sahil kanalının əsaslı təmiri həyata keçirilib: "Sağ sahil kanalının minalardan tam təmizlənməsindən sonra onun da əsaslı təmiri aparılacaq".

Sərsəng Su Anbarında ehtiyatın həcmi açıqlanıb
Sərsəng Su Anbarında ehtiyatın həcmi 320 milyon kubmetrə çatıb.
"Report"un Xankəndiyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin idarəetməsinin sədr müavini İlham Quliyev jurnalistlər üçün təşkil olunmuş mediaturda bildirib.
Onun sözlərinə görə, su anbarının bəndinin hündürlüyü 125 metr, suyun maksimal dərinliyi isə 103 metrdir.
"Anbar Baltik dənizi səviyyəsindən 528 metr yüksəklikdə yerləşir. Hazırda anbara su yığılması prosesi davam edir", - deyə o qeyd edib.

Anar Quliyev Şamaxıda vətəndaşları qəbul edəcək
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev iyunun 12-də Şamaxı, İsmayıllı və Qobustan rayonlarından olan sakinləri qəbul edəcək. Bu barədə "Report" komitəyə istinadən xəbər verir. Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə qəbul saat 10:00-dan başlayaraq Şamaxı şəhərində baş tutacaq. Vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, office@arxkom.gov.az elektron poçt ünvanı, həmçinin www.arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.

Azərbaycan daşımalarla bağlı Çinlə birbaşa məlumat mübadiləsi qurmağa başlayıb
Azərbaycan daşımalarla bağlı Çinlə birbaşa məlumat mübadiləsinin qurulması istiqamətində işlərə başlayıb.
"Report" xəbər verir ki, bunu Rəqəmsal Logistika Platformasının (Digital Logistics Platform - DLP) layihə rəhbəri Ehtiram Quliyev Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
Bununla belə, onun sözlərinə görə, bu məsələ üzrə müzakirələr davam edir. Qazaxıstanla yol xəritəsi (roadmap) hazırlanaraq qarşı tərəfə təqdim edilib. Şimal-Cənub nəqliyyat dəhlizi üzrə isə Rusiya ilə əməkdaşlığa isə e-CMR çərçivəsində başlanılıb. Bu proses hökumətlərarası razılaşma əsasında həyata keçirilir. Oxşar əməkdaşlıq Qazaxıstan və Türkiyə ilə də qurulub. Orta Dəhliz boyunca hələlik prosesə qoşulmayan əsas ölkə Gürcüstandır. Lakin yaxın vaxtlarda onun da bu təşəbbüsə qoşulması nəzərdə tutulur. Nəticədə, Orta Dəhliz üzrə rəqəmsal logistika infrastrukturunun formalaşdırılması və məlumat mübadiləsinin təmin edilməsi böyük ölçüdə tamamlanacaq", - deyəo qeyd edib.

Litva Orta Dəhlizdən istifadə etmək istəyir
Litva Orta Dəhlizdən Mərkəzi Asiyaya və Çinə tədarüklər üçün istifadə etmək istəyir.
"Report" xəbər verir ki, bunu Litvada fəaliyyət göstərən Nəqliyyat İnnovasiyaları Assosiasiyasının (Transport Innovation Association - TIA) meneceri Yulius Skakauskas jurnalistlərə açıqlamasında bildirib.
"Litva çox güclü nəqliyyat ölkəsidir, ÜDM-imizin 20 %-i nəqliyyat sahəsinin payına düşür. Biz bu dəhlizdən malların Avropadan Mərkəzi Asiyaya və Çinə tədarükü üçün istifadə etmək istəyirik. Bu, çox vacibdir və əlbəttə ki, biz bu dəhlizi daha effektiv və daha sürətli etmək üçün dəstək vermək istərdik. Azərbaycan nəqliyyat qovşağıdır. Litvanın Orta Dəhlizdən istifadə etməsi üçün böyük imkanları var. Başa düşürük ki, Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat və logistikada çox vacibdir", - deyə o qeyd edib.

-
report.az
- Nazirlik rəsmisi: "İqtisadi inkişaf üçün AI-yə və rəqəmsallaşmaya sərmayələr artırılmalıdır"
Nazirlik rəsmisi: "İqtisadi inkişaf üçün AI-yə və rəqəmsallaşmaya sərmayələr artırılmalıdır"
İqtisadi inkişaf üçün süni intellekt (AI) və rəqəmsallaşmaya sərmayələr artırılmalıdır.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin Beynəlxalq nəqliyyat əməliyyatları sektorunun müdiri Aytən Turabova Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
Onun sözlərinə görə, dəhlizin üstünlüyü bu amillərin bir-biri ilə sıx bağlı olmasından qaynaqlanır: "Yüklərin və informasiyanın hərəkət sürəti nə qədər yüksək olarsa, dəhlizin səmərəliliyi və rəqabətqabiliyyətliliyi də bir o qədər artır. Buna görə də hər iki istiqamətə paralel şəkildə investisiya yatırılmalıdır. Bu, əvvəl səsləndirilən sualla da birbaşa əlaqəlidir. İnvestisiyalar həm fiziki infrastruktura, həm də rəqəmsallaşma və süni intellekt (AI) texnologiyalarının tətbiqinə yönəldilməlidir. Qlobal rəqabət şəraitində iqtisadi inkişafı təmin etmək və rəqabət üstünlüyü qazanmaq üçün bu sahələrin hamısına eyni vaxtda sərmayə qoyulması vacibdir".

Azərbaycan, Türkiyə və Qazaxıstan Xəzərlə yükdaşımalarıa dair sənəd imzalaya bilər
Azərbaycan, Türkiyə və Qazaxıstan Xəzər dənizi vasitəsilə yükdaşımalarıa dair sənəd imzalaya bilər.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının (UND) baş icraçı direktoru Alper Özel jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz layihəsi çərçivəsində Xəzər dənizində gəmi potensialının artırılması çox önəmlidir: "Xəzəri əslində "dəniz avtomobil yoluna" çevirməyə məcburuq. Əks təqdirdə yüklərin gözləməsi heç kimə fayda gətirməyəcək. Bu mövzuda Azərbaycanın səylərini çox yaxşı bilirik. Biz UND olaraq, "Albayraq Group", "Qazaxıstan Dəmir Yolları" və "AZCON Holding" ilə anlaşma memorandumu imzalamaq prosesindəyik. Bu sənəd imzalandıqdan sonra Xəzər dənizi ilə bağlı məsələləri müzakirə edəcəyik. Bizim üçün ən önəmli hissə Xəzər dənizidir. Buranın da baş aktoru Azərbaycandır. Avropa və Mərkəzi Asiyanı birləşdirəcək tək körpü Türkiyə və Azərbaycandır. Bunu şüurlu şəkildə həyata keçirsək türk dünyasına da böyük bir fayda gətirərik".

SOCAR rəsmisi: "Rəqəmsal təşəbbüslərin 85 %-i uğursuz olur"
Rəqəmsal təşəbbüslərin 85 %-i aşağı keyfiyyətli məlumatlar səbəbindən uğursuz olur.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Satınalmaların inkişafı və təkmilləşdirilməsi departamentinin rəis müavini Elçin Musayev Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
"Bu, qlobal statistikadır. Məlumat bütün təşkilatlar üçün vacibdir. Bu gün böyük təşkilatların əksəriyyəti məlumat qıtlığından deyil, aşağı keyfiyyətli, uyğunsuz, pərakəndə və natamam məlumatlardan əziyyət çəkir. Bəs məlumat niyə vacibdir? Çünki təşkilatların düzgün qərar qəbul etməsi üçün etibarlı məlumat bazasına ehtiyacı var. Rəqəmsal alətlərin və süni intellektin tətbiqi prosesləri sürətləndirə bilər. Lakin əlinizdə qeyri-dəqiq və ya aşağı keyfiyyətli məlumat varsa, bu texnologiyalar sadəcə həmin prosesləri daha sürətli həyata keçirəcək. Nəticədə isə daha tez, amma keyfiyyətsiz nəticə əldə olunacaq. Bu səbəbdən rəqəmsal transformasiya həyata keçirilərkən ilk növbədə məlumatların idarə olunmasına (data governance) və əsas məlumatların idarəetməsinə (master data management) diqqət yetirilməlidir. Düzgün məlumat idarəçiliyi olmadan heç bir rəqəmsal alət və ya süni intellekt həlli təşkilat üçün gözlənilən nəticəni verməyəcək", - deyə o qeyd edib.
SOCAR rəsmisi həmçinin deyib ki, rəqəmsal transformasiyada əsas məsələ texnologiya deyil, insan faktorudur: "Texnologiyanın tətbiqini transformasiya prosesinin ən çətin hissəsi hesab etmirəm. Əksinə, bu, prosesin ən asan mərhələsidir. Proseslər də təşkilatın tələblərinə uyğun olaraq yenidən qurula bilər. Lakin ən kritik məsələ insanların düşüncə tərzidir. Bir çox təşkilatlarda yeni dəyişikliklərin tətbiqi zamanı əməkdaşların müqaviməti ilə qarşılaşmaq mümkündür. Buna görə də rəqəmsal transformasiyanı daha çox ‘dəyişikliklərin idarə edilməsi" prosesi kimi qiymətləndirirəm. Çünki uğurlu transformasiya üçün ilk növbədə insanların düşüncə tərzi dəyişməli, onlar yeni texnologiyaları qəbul etməyə hazır olmalıdırlar.
Bu baxımdan, texnologiyalara investisiya yatırarkən paralel şəkildə işçi heyətinin bilik və bacarıqlarının artırılmasına, təlim proqramlarına da sərmayə qoyulmalıdır. Əgər əməkdaşlar yeni texnologiyalarla işləmək bacarığına malik deyillərsə, süni intellekt və digər rəqəmsal alətlərdən səmərəli istifadə etmək mümkün olmayacaq. Mənim fikrimcə, rəqəmsal transformasiyada prioritetlər belə sıralanmalıdır: birinci yerdə insanlar, ikinci yerdə proseslər və yalnız üçüncü yerdə texnologiyalar".

-
report.az
- DLP: "Bir pəncərə" sistemi beynəlxalq ticarət proseslərini vahid platformada birləşdirəcək
DLP: "Bir pəncərə" sistemi beynəlxalq ticarət proseslərini vahid platformada birləşdirəcək
"Bir pəncərə" sistemi beynəlxalq ticarət proseslərini vahid platformada birləşdirəcək.
"Report" xəbər verir ki, bunu Rəqəmsal Logistika Platformasının (DLP) layihə rəhbəri Ehtiram Quliyev Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
"Əslində, bütün təşəbbüslər "bir pəncərə" sistemi konsepsiyasını əhatə edir. Bu anlayış beynəlxalq ticarətlə bağlı bütün funksiyaların, sənədlərin, sertifikatların və proseslərin vahid platformada birləşdirilməsini nəzərdə tutur. Bu baxımdan hesab edirəm ki, "bir pəncərə" sistemi biznes subyektləri üçün daha faydalı olacaq. Bəli, bu, kifayət qədər mürəkkəb prosesdir. Çünki dövlət qurumlarının xidmətlərinin və informasiya sistemlərinin rəqəmsallaşma səviyyəsi hələ tam təmin olunmayıb. Bu, ciddi çağırışlardan biridir. Lakin bu amil "bir pəncərə" informasiya sisteminin qurulması istiqamətində təşəbbüslərimizin davam etdirilməsinə mane olmamalıdır. Bu xidmətlər üçün xüsusi elektron kabinet təqdim edirik. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin xidmətlərindən biri olan fumiqasiya aktı sistemimiz vasitəsilə elektron formada təqdim olunur", - deyə o qeyd edib.

TIA: Trans-Xəzər marşrutunda sərhəd prosedurları ciddi problemlər yaradır
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda sərhəd prosedurları hələ də ciddi problemlər yaradır.
"Report" xəbər verir ki, bunu Nəqliyyat İnnovasiyaları Assosiasiyasının (Transport Innovation Association - TIA) İdarə Heyətinin sədri Jurgis Adomavisius Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
"Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə müxtəlif ölkələrdə fərqli tənzimləmə qaydaları səbəbindən bir sıra problemlərlə üzləşirik. Həmçinin, təsdiqləmə prosedurları da əlavə çətinliklər yaradır. Bu baxımdan, rəqəmsal izləmə platformaları bizə marşrut boyunca qarşılaşacağımız məsələləri əvvəlcədən müəyyən etməyə və hazırlıqlı olmağa imkan verə bilər. Sistemlərin daha geniş inteqrasiyası və mümkün qədər çox prosesin vahid platformada əhatə olunması yüklərin daha sürətli daşınmasına şərait yaradar. Bu isə müştərilər üçün həm vaxt, həm də maliyyə baxımından əhəmiyyətli üstünlüklər deməkdir", - deyə o qeyd edib.
Sədrin sözlərinə görə, əvvəllər daşımalar əsasən çap olunmuş TIR kitabçaları və CMR sənədləri ilə həyata keçirilib: "Bu gün isə rəqəmsal platformalar sayəsində Bolqarıstan-Türkiyə, Türkiyə-Gürcüstan, Gürcüstan-Azərbaycan sərhədlərində, eləcə də Aktau limanında bizi hansı vəziyyətin gözlədiyini əvvəlcədən görmək mümkündür. Eyni yanaşma Qazaxıstan üzərindən keçən marşrutlara da aiddir. Qazaxıstan-Qırğızıstan və ya Qazaxıstan-Özbəkistan sərhədlərindəki vəziyyət barədə əvvəlcədən məlumat əldə etmək logistikanın səmərəliliyini artırır. Məhz bu səbəbdən belə platformaların yaradılması vacibdir və bu təşəbbüsü yüksək qiymətləndiririk.
Biz də hökumətimizlə birlikdə məlumat mübadiləsinin genişləndirilməsi və proseslərdə vaxt itkisinin minimuma endirilməsi istiqamətində bütün səylərimizi göstərəcəyik. Dəhliz vasitəsilə daşınan yüklərin həcminin artdığını eşitmək sevindiricidir. Bununla belə, marşrut boyunca hələ də həllini gözləyən ciddi problemlər mövcuddur. Təklifim ondan ibarətdir ki, müxtəlif ölkələrdə tətbiq olunan uğurlu təcrübələr öyrənilsin və onların ən effektiv elementləri Trans-Xəzər marşrutunda da tətbiq edilsin".

Alper Özel: "Orta Dəhlizdə Azərbaycan və Türkiyənin üzərinə böyük vəzifə düşür"
Orta Dəhliz layihəsində Azərbaycan və Türkiyənin üzərinə böyük vəzifə düşür.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının baş icraçı direktoru Alper Özel jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda son dövrdə ən çox müzakirə olunan mövzu Orta Dəhlizdir: "Bu mənada xüsusilə Avropa İttifaqı ilə Mərkəzi Asiya arasında nəqliyyat, ticarət əlaqələri mühüm əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan isə Orta Dəhlizdə ən vacib ölkələrdir. Türkiyə Avropa İttifaqına giriş qapısı, Azərbaycan isə Xəzər dənizi hövzəsində vacib ölkə kimi qəbul edilir".
O əlavə edib ki, Orta Dəhliz layihəsində Azərbaycanın üzərinə düşən yük Türkiyədən bir az daha çoxdur: "Çünki bütün yüklər Ələt Beynəlxalq Dəniz Ticarət Limanına gəlir və oradan konsolidə edilir. Dolayısı ilə Azərbaycanın bu mövzuda səyləri bizlər üçün çox önəmlidir".

-
apa.az
- AAYDA: Həm ödənişli Əhmədbəyli-Füzuli-Şuşa, həm də ödənişsiz Zəfər Yolundan istifadə edilə bilər - VİDEO
Azərbaycan tranzit daşımalarında artan tələbatı rəqəmsal həllərlə qarşılayır
Azərbaycan tranzit daşımalarında artan tələbatı rəqəmsal həllərlə qarşılayır.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin Beynəlxalq nəqliyyat əməliyyatları sektorunun müdiri Aytən Turabova Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
Onun sözlərinə görə, dünyada geosiyasi proseslər, pandemiyanın təsirləri və tədarük zəncirlərində yaranan qırılmalar beynəlxalq yükdaşımaların marşrutlarını dəyişdirib: "Eyni zamanda, Avropa ilə Asiya arasında yük dövriyyəsi ildən-ilə artır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) kimi beynəlxalq təşkilatların hesabatlarına əsasən, Orta Dəhliz üzrə yük daşımalarının həcminin 2030-cu ilədək üç dəfə artaraq 11 milyon tona çatacağı proqnozlaşdırılır".
A.Turabova bildirib ki, artım tendensiyası artıq Azərbaycan ərazisindən keçən tranzit daşımalarında da müşahidə olunur: "Ötən il tranzit yük dövriyyəsi 14,3 milyon tona çatıb ki, bu da 2019-cu illə müqayisədə 2,5 dəfə çoxdur. Konteyner daşımalarının həcmi 67 min TEU təşkil edib və bu göstərici əvvəlki illə müqayisədə 25 faiz artıb. Çindən yola salınan blok qatarlarının sayı isə 392-yə çataraq 2024-cü illə müqayisədə 37 % yüksəlib. Artan tələbatın qarşılanması üçün rəqəmsal həllərin tətbiqi artıq seçim deyil, zərurətə çevrilib. Məhz buna görə də Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin səmərəliliyinin, proqnozlaşdırıla bilənliyinin və dayanıqlılığının artırılması məqsədilə rəqəmsal həllərin tətbiqi genişləndirilir".

Azərbaycan 3 ölkə ilə "e-Permit" mübadiləsinə başlayıb
Azərbaycan Türkiyə, Qırğızıstan və Özbəkistanla "e-Permit" mübadiləsinə başlayıb.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin Beynəlxalq nəqliyyat əməliyyatları sektorunun müdiri Aytən Turabova Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
Onun sözlərinə görə, bu gün beynəlxalq təşkilatlar çərçivəsində də nəqliyyat sektorunun rəqəmsallaşdırılması istiqamətində ardıcıl işlər aparılır: "BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) çərçivəsində elektron əmtəə-nəqliyyat qaiməsi (e-CMR) sisteminin tətbiqi həyata keçirilir. Layihə Türkiyə və Rusiya ilə əməkdaşlıq əsasında davam etdirilir".
A.Turabova qeyd edib ki, bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində elektron icazə blankı (e-Permit) sisteminin tətbiqi üzrə işlər görülür. Azərbaycan artıq Türkiyə, Qırğızıstan və Özbəkistanla elektron icazələrin mübadiləsinə başlayıb. Hazırda Qazaxıstanla da e-Permit sisteminin tətbiqi istiqamətində danışıqlar aparılır".

Azərbaycanda "Rəqəmsal Ticarət Qovşağı" informasiya sistemi yaradılır
Azərbaycanda "Rəqəmsal Ticarət Qovşağı" informasiya sistemi yaradılır.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Nəqliyyat siyasəti şöbəsinin Beynəlxalq nəqliyyat əməliyyatları sektorunun müdiri Aytən Turabova Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
Onun sözlərinə görə, infrastruktur layihələri Azərbaycanın regionda tranzit mərkəzi kimi rolunu daha da gücləndirir: "Lakin aydındır ki, ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin dayanıqlılığı və rəqabətqabiliyyətliliyi təkcə fiziki infrastrukturdan deyil, həm də rəqəmsallaşma səviyyəsindən asılıdır. Məhz bu səbəbdən nəqliyyat sistemində rəqəmsal həllərin və prosedurların tətbiqi istiqamətində işlər davam etdirilir".
O qeyd edib ki, bu sahədə mühüm addımlardan biri 2025-ci ilin sonunda idxal, ixrac, tranzit və logistika prosedurlarının rəqəmsallaşdırılmasını nəzərdə tutan Prezident Fərmanının qəbul edilməsi olub: "Fərman kağızsız prosedurların tətbiqi, rəqəmsal platformaların inteqrasiyası, eləcə də nəqliyyat-logistika zəncirində iştirak edən bütün tərəflərin vahid sistemdə birləşdirilməsi üçün güclü hüquqi və institusional baza formalaşdırır. Hazırda həmin fərman çərçivəsində "Rəqəmsal Ticarət Qovşağı" (Vahid Pəncərə) informasiya sisteminin yaradılması istiqamətində işlər aparılır. Bu sistem ekspeditorları, yük sahiblərini, dövlət qurumlarını və biznes subyektlərini vahid rəqəmsal mühitdə bir araya gətirəcək".
O qeyd edib ki, sistem dörd moduldan ibarət olacaq: "Onlardan ikisi artıq fəaliyyətdədir, digər iki modul isə işlənilmə mərhələsindədir. Sistem "vahid pəncərə" prinsipinə uyğun olaraq nəqliyyat prosedurları zamanı bürokratiyanı azaltmağa, təkrarlanmanı aradan qaldırmağa və malların ticarət hərəkətini asanlaşdırmağa imkan verəcək. Bu bizə nəqliyyat prosedurlarını izləmək, darboğazları (problemli nöqtələri) müəyyən etmək və real vaxt rejimində bu darboğazları aradan qaldırmaq imkanı verəcək. Bundan əlavə, sistem hazır olduqdan sonra bu sistemi dəhliz boyu mövcud olan sistemlərlə, mövcud platformalarla inteqrasiya etmək mümkün olacaq ki, bu da öz növbəsində bizə ərazimizdən keçən nəqliyyat dəhlizlərinin səmərəliliyini və proqnozlaşdırıla bilənliyini artırmaq imkanı verəcək."

Azərbaycanda CMR-in elektronlaşdırılması istiqamətində işlərə başlanılıb
Azərbaycanda Beynəlxalq Avtomobil Yük Daşımaları Müqaviləsinin (CMR) elektronlaşdırılması istiqamətində işlərə başlanılıb.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yük Daşımaları Departamentinin direktoru Sübhan Əbilov Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
Onun sözlərinə görə, CMR beynəlxalq yükdaşımalarında nəqliyyat müşahidə sənədlərinin bəlkə də ən vacibidir: "Yaxın zamanlarda Rusiya və Türkiyə ilə ilk sınaq daşımalar planlaşdırılır. İriqabaritli, ağırçəkili nəqliyyat vasitələri ilə daşımalarda xidmət tam elektronlaşdırılıb".
Qurum rəsmisi qeyd edib ki, artıq xarici ölkələrdən, xarici ölkə daşıyıcıları müraciət edərək, Azərbaycana gəlmədən müraciətlərini göndərə, ödənişlərini ödəyə və icazələrini ala bilirlər: "Bütün bu xidmətlər daşıma proseslərinin şəffaflaşmasına, sürətlənməsinə xidmət edir".

-
report.az
- Nazirlik rəsmisi: "Azərbaycanın tranzit habına çevrilməsində rəqəmsallaşma əsas rol oynayır"
Nazirlik rəsmisi: "Azərbaycanın tranzit habına çevrilməsində rəqəmsallaşma əsas rol oynayır"
Azərbaycanın tranzit habına çevrilməsində rəqəmsallaşma əsas rol oynayır. "Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin Beynəlxalq nəqliyyat əməliyyatları sektorunun müdiri Aytən Turabova Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib. Onun sözlərinə görə, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində strateji mövqeyə malikdir və regionun mühüm tranzit habına çevrilib: "Bu mövqenin möhkəmləndirilməsi üçün rəqəmsal həllərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Hədəfə çatmaq məqsədilə Azərbaycan nəqliyyat sisteminin inkişafına kompleks yanaşma nümayiş etdirir. Bu yanaşma həm fiziki infrastrukturun inkişafını əhatə edən sərt bağlılıq (hard connectivity), həm də rəqəmsallaşdırma, ticarətin asanlaşdırılması və prosedurların sadələşdirilməsi kimi yumşaq bağlılıq (soft connectivity) tədbirlərini özündə birləşdirir". "Son 20 ildə ölkənin nəqliyyat sisteminin inkişafına mühüm investisiyalar yönəldilib. Bu çərçivədə dəmir yolu xətləri, hava limanları, liman infrastrukturu və magistral yollar tikilib, mövcud şəbəkələr modernləşdirilib. Əhəmiyyətli layihələr sırasında ötürücülük qabiliyyəti 5 milyon tona çatdırılmış Bakı-Tbilisi-Qars dəmir yolu xətti, həmçinin illik 15 milyon ton yük və 150 min TEU konteyner emalı gücünə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanı xüsusi yer tutur", - deyə nazirlik rəsmisi əlavə edib.

Azərbaycan Rusiya və İranla "e-Permit" sisteminin tətbiqini razılaşdırıb
Azərbaycan Rusiya və İranla "e-Permit" sisteminin tətbiqinə dair razılıq əldə edib.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yük Daşımaları Departamentinin direktoru Sübhan Əbilov Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan təkcə tranzit yükdaşımalarında mühüm rol oynamır: "O, eyni zamanda aktiv beynəlxalq yükdaşımalarında daşıyıcı ölkə kimi çıxış edir. Azərbaycanın Monqolustan və Çindən başlayaraq, Böyük Britaniyayadək uzanan 52 ölkədə beynəlxalq yükdaşımalarında iştirak etmək imkanı var. Biz bu daşımalarda çox aktiv iştirak edirik. Bundan əlavə, eyni zamanda rəqəmsallaşma sahəsində də çox mühüm işlər görülüb. Göstərilən yükdaşımalar sahəsində bütün xidmətlər elektronlaşdırılıb".
O əlavə edib ki, bu sahədə ən vacib məsələ xüsusilə bütün ölkələrin beynəlxalq yükdaşımalarında istifadə etdiyi xarici ölkələrin icazə blanklarıdır: "Bununla yüzminlərlə sənəd mübadilə olunur və həmin sənədlər eyni zamanda daşıyıcılara, sürücülərə beynəlxalq yükdaşımaların həyata keçirilməsi üçün verilir. Ən böyük daşıma coğrafiyalarımızdan olan Rusiya və İranla razılıq əldə olunub ki, "e-Permit" sistemi tətbiq olunsun".

Azərbaycanda ötən il avtomobil nəqliyyatı ilə daşınmış tranzit yüklərin həcmi açıqlanıb
Ötən il Azərbaycanda avtomobil nəqliyyatı ilə tranzit yükdaşımalarının həcmi 7 milyon tondan çox olub.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yük Daşımaları Departamentinin direktoru Sübhan Əbilov Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
"Azərbaycan "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Bu, ölkəmizə tranzit üstünlüyü qazandırır. Bununla yanaşı, infrastrukturun qurulması, lazımi islahatların aparılması da zəruridir. Son dövrlər aparılan islahatlar nəticəsində tranzit yükdaşımalarında, o cümlədən avtomobil nəqliyyatı ilə tranzit yükdaşımalarının həcmində və eyni zamanda sayında ciddi artım qeydə alınıb. Ötən il Azərbaycandan 350 minə yaxın yüklü nəqliyyat vasitələrinin keçidi təmin olunub", - deyə o qeyd edib.

Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək
Bakıda Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində paytaxtın yol-nəqliyyat şəbəkəsinin optimallaşdırılması və sıxlıqların aradan qaldırılması məqsədilə strateji əhəmiyyətli layihələrin icrası davam edir.
Məlum olduğu kimi, sürətli məskunlaşma və tələbat fonunda Mehdiabad, Binəqədi və ətraf ərazilərdən şəhər mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələri mövcud infrastrukturda ciddi yüklənmələrə səbəb olur. Hazırda bu istiqamətdən gələn sürücülər əsasən Binəqədi şosesi, Azadlıq prospekti, Bakı–Sumqayıt şosesi, Ziya Bünyadov prospektinə və digər şəhər yollarına daxil olmaq məcburiyyətində qalırlar. Bu marşrutlar xüsusilə Binəqədi şosesinin dar hissələrində, Azadlıq prospektinin və Ziya Bünyadov prospektinin kəsişmələrində gündəlik olaraq böyük tıxaclar yaradır.
Həmçinin sözügedən nəqliyyat vasitələri Mehdiabad, Binəqədi və ətraf ərazilərindən keçərək, oradan isə Binəqədi şosesi, Azadlıq prospekti, Bakı–Sumqayıt şosesi, Ziya Bünyadov prospektində və digər yaxın ərazilərdə mövcud olan tıxaclarla hərəkət etmək məcburiyyətində olurlar.
Mövcud problemi köklü şəkildə həll etmək məqsədilə Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinədək əlaqələndirilməsi nəzərdə tutulur. Gələcəkdə isə bu yol 8 Noyabr prospekti ilə birləşəcək.
İnşa ediləcək bu yeni irimiqyaslı yol Mehdiabad qəsəbəsi və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Bu addım nəticəsində nəqliyyat axını daha balanslı paylanacaq, xüsusilə Binəqədi – "20 Yanvar"–Ziya Bünyadov prospekti xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq və bir çox nəqliyyat vasitələri bu sıxlıqlardan kənarda alternativ yollarla hərəkət etmiş olacaq. Ümumilikdə, həyata keçirilən bu infrastruktur layihələri dairəvi yollarla birlikdə şəbəkə formalaşdıracaq və daha rahat alternativ marşrutlar yaranacaq.
Hazırda Azadlıq prospekti–Binəqədi şosesi istiqamətindən Binəqədi–Novxanı yoluna birbaşa və fasiləsiz yol bağlantısı mövcud deyil. Bu istiqamətdə hərəkət edən nəqliyyat axını ensiz və dönmə manevrləri çox olan yol ilə hərəkət etməyə məcbur qalır ki, həm hərəkət vaxtının artmasına, həm də yol şəbəkəsinin əlavə yüklənməsinə səbəb olur. Həmin yolda aparılacaq yenidənqurma işlərindən sonra birbaşa və fasiləsiz çıxış təmin ediləcək, nəticədə nəqliyyatın hərəkəti sadələşdiriləcək, marşrutlar qısaldılacaq və ümumi hərəkət səmərəliliyi artırılacaq. Həmçinin həmin istiqamətdən çəkiləcək yeni tramvay xətti sərnişinlərin rahat, təhlükəsiz hərəkətinə kömək olacaq, alternativ marşrut yaradacaq.
Eyni zamanda yeni inşa ediləcək avtomobil yolunun layihə profilində gələcəkdə tramvay xəttinin təşkili üçün xüsusi zolağın ayrılması nəzərdə tutulur ki, bu da uzunmüddətli perspektivdə ictimai nəqliyyatın inkişafına əlavə imkanlar yaradacaq.
Bu layihələrin vətəndaşlara qazandıracağı rahatlığı real nümunələr üzərindən göstərək.
Sumqayıt-Xırdalan istiqamətindən metronun "Nəriman Nərimanov" stansiyasına hərəkət edən sərnişinlər, "20 Yanvar" dairəsi və şəhərin mərkəzinə daxil olmadan Ziya Bünyadov və Heydər Əliyev prospektləri istiqamətinə hərəkət edə biləcəklər.
Masazır istiqamətindən hərəkət edən nəqliyyat vasitələri yeni salınan Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti yolundan istifadə edərək "20 Yanvar" dairəsinə daxil olmadan Əhmədli, Hövsan istiqamətində hərəkət edə biləcək.
Pirşağı-Fatmayı-Mehdiabad istiqamətindən şəhərin cənub hissəsinə hərəkət edən sərnişinlər Binəqədi şosesinə daxil olmadan Mehdiabad-Baksol-Ziya Bünyadov prospektinə keçərək bu səfəri yerinə yetirə biləcəklər. Nəticədə Binəqədi şosesinin yükü iki yol arasında paylanacaq. Bu da qeyd edilən istiqamətdə tıxacların azalmasına səbəb olacaq.
Layihə barədə ətraflı videoçarx təqdim olunur:

ADY: Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanını bir neçə dəfə artıracaq
Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını bir neçə dəfə artıracaq.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
"Dünən Bakı–Tbilisi–Qars dəmir yolu xətti tam gücü ilə istifadəyə verilib, son dövrlərdə aparılan tikinti və təmir işlərindən sonra onun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu, hər birimizi sevindirən hadisədir və Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı rolu daha da gücləndirir. Orta Dəhlizdən danışarkən Zəngəzur dəhlizini də xüsusi vurğulamaq istərdim. Çünki bu dəhliz ölkənin tranzit və yükötürmə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq mühüm bağlantıdır. Zəngəzur dəhlizinin açılması Azərbaycan üzərindən daşınan yüklərin həcminin bir neçə dəfə artmasına və Orta Dəhlizin ötürücülük qabiliyyətinin daha da genişlənməsinə imkan verəcək", - deyə o qeyd edib.

Qarabağ və Şərqi Zəngəzurda su-kanalizasiya xidməti ilə bağlı görülən işlər açıqlanıb
Qarabağın və Şərqi Zəngəzurun bir sıra şəhər və rayonlarında su təchizatı və kanalizasiya sistemləri bərpa edilir və yenidən qurulur.
"Report"un Xankəndiyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyinin (ADSEA) təşkil etdiyi mediaturda məlumat verilib.
Bildirilib ki, Xocavənd şəhərinin su təchizatı Qaradağlı kəndi ərazisində yerləşən üfüqi suqəbuledici qurğu və iki subartezian quyusu hesabına təmin edilir. Şəhərdə 367 abonentə xidmət göstərilir. Hadrut qəsəbəsinin su təchizatı isə Ziyarət dağının ətəyində yerləşən suqəbuledici qurğu və iki subartezian quyusu vasitəsilə həyata keçirilir.
Qeyd olunub ki, Ağdərə şəhərində su Təpəkənd kəndi ərazisində yerləşən suqəbuledici qurğudan və üç subartezian quyusundan əldə olunur. Mənbədən götürülən su uzunluğu təxminən 37 kilometr olan magistral kəmərlə şəhərə nəql edilir. Şəhərdə 52 kilometrlik su şəbəkəsi istismar olunur. Füzuli şəhərində məskunlaşmanın təmin edilməsi məqsədilə Quruçay məcrasında mövcud drenaj qurğuları və magistral su xətti bərpa olunub, yeni nasos stansiyası və su çənləri inşa edilib. Hazırda şəhər üzrə 878 abonentə xidmət göstərilir. Cəbrayıl şəhərinin su təchizatı sistemi tam yenidən qurulub. Şəhərdə 690 abonent su təchizatı xidmətindən istifadə edir.
Zəngilan şəhərinin su təchizatı Çeşməgözü bulağı və Oxçuçay üzərində yerləşən drenaj qurğusu hesabına təmin olunur. Hazırda şəhərdə fəaliyyət göstərən dövlət qurumları və təşkilatların əməkdaşlarının məskunlaşdığı 27 istehlakçıya xidmət göstərilir.
Kəlbəcər şəhərinin su təchizatı Ağbulaq mənbəyindən həyata keçirilir. Şəhərə su 17 kilometrlik magistral kəmərlə çatdırılır. Hazırda 207 abonent su təchizatı xidmətləri ilə əhatə olunub.
Laçın şəhərində su təchizatı altı subartezian quyusu vasitəsilə təmin edilir. Şəhərin su və kanalizasiya sistemləri yenidən qurulub. Hazırda Laçın üzrə 380 abonent qeydiyyata alınıb, 570 istehlakçıya isə su və kanalizasiya xidmətləri göstərilir.
"Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Xocavənd şəhərinə 231, Hadrut qəsəbəsinə 61, Qırmızıbazar qəsəbəsinə 162 ailə köçürülüb. Ağdərə rayonunun kəndlərinə 803, Füzuli şəhərinə 846, Cəbrayıl şəhərinə 690, Şükürbəyli və Horovlu kəndlərinə ümumilikdə 701, Zəngilan şəhəri və kəndlərinə 524, Kəlbəcər şəhərinə 162, Laçın şəhəri və kəndlərinə isə ümumilikdə 981 ailənin köçü təmin olunub.
Bərpa olunan yaşayış məntəqələrində əhalinin dayanıqlı içməli su ilə təmin edilməsi və tullantı sularının idarə olunması istiqamətində tədbirlər davam etdirilir.

-
report.az
- Kamran Həbibov: "Azərbaycan regionda ən vacib nəqliyyat və logistika mərkəzlərindən biridir"
Kamran Həbibov: "Azərbaycan regionda ən vacib nəqliyyat və logistika mərkəzlərindən biridir"
Azərbaycan bu gün regionda ən vacib nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının Nəqliyyat və Logistika Müəssisələri Komissiyasının sədri Kamran Həbibov Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
Onun sözlərinə görə, son illər dünyada baş verən dəyişikliklər etibarlı və dayanıqlı nəqliyyat marşrutlarının hər zamankından daha vacib olduğunu göstərir: "O, şərqlə qərbi, şimalla cənubu birləşdirən bir mühüm nəqliyyat qovşağıdır. Müasir dünyada logistika sadəcə yükdaşıma deyil, logistika beynəlxalq ticarətin əsas hərəkətverici qüvvəsidir. Məhsulların vaxtında çatdırılması, şirkətlərin rəqabət qabiliyyəti və bazara çıxış imkanları birbaşa logistika səmərəliliyindən asılıdır".
O əlavə edib ki, bu baxımdan Orta Dəhliz beynəlxalq ticarət üçün strateji əhəmiyyət daşıyır: "Azərbaycan bu dəhlizin əsas iştirakçılarından biridir. Dəmir yollarının inkişafı, Bakı-Tbilisi-Qars xətti, Ələt Beynəlxalq Dəniz Limanı və yeni logistika mərkəzləri Azərbaycanın tranzit və logistika imkanlarını daha da gücləndirir".

Xocalıda yeni subartezian quyusu qazılıb və əlavə su xətti inşa edilib
Xocalı şəhərində artan məskunlaşma nəzərə alınaraq yeni subartezian quyusu qazılıb və əlavə su xətti inşa edilib.
"Report"un Xocalıya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyinin (ADSEA) təşkil etdiyi mediaturda məlumat verilib.
Bildirilib ki, şəhərin əsas su mənbəyi subartezian quyusudur. Mövcud tələbatın ödənilməsi məqsədilə daha bir quyu qazılıb, həmçinin Badara çayından şəhərə qədər diametri 160 mm, uzunluğu 3,3 km olan yeni su xətti çəkilib.
Şəhər bir hidravlik zona üzrə fəaliyyət göstərir və burada ümumi tutumu min kubmetr olan iki su anbarı mövcuddur. Su şəbəkəsinin uzunluğu 5 km təşkil edir.
Xocalının mərkəzi hissəsində su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri aparılıb. Kanalizasiya sisteminin təmizlənməsi üçün məhsuldarlığı 2x200 kubmetr olan modul tipli tullantı sutəmizləyici qurğu quraşdırılıb.
Bundan başqa qeyd olunub ki, rayonun Ballıca, Təzəbinə, Badara, Xanyurdu və Şuşakənd kəndlərinin su təchizatı sistemləri bərpa olunaraq istismara verilib. Xanabad və Seyidbəyli kəndlərində isə su təchizatı sistemi yenidən qurulub.
Hazırda şəhərdə fəaliyyətini bərpa etmiş dövlət qurumları və müxtəlif təşkilatların əməkdaşlarının məskunlaşdığı 364 istehlakçıya xidmət göstərilir. "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Xocalı şəhərinə 145 ailə, rayonun kəndlərinə isə ümumilikdə 877 ailə köçürülüb.

Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyi (ADSEA) Şuşa şəhərində 535 abonenti və 30 istehlakçını su ilə təchiz edib.
"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə qurumun təşkil etdiyi mediaturda məlumat verilib.
Bildirilib ki, şəhərin su təchizatı Kiçik Kirs dağı və Zarıslı ərazisində yerləşən mənbələr hesabına həyata keçirilir. Su şəhərə ümumi uzunluğu 21 kilometrdən artıq olan magistral su kəmərləri vasitəsilə çatdırılır. Şəhər ərazisində ümumi tutumu 2 800 kubmetr olan su anbarları fəaliyyət göstərir. Hazırda 34,5 km uzunluğunda su, 27,5 km uzunluğunda isə kanalizasiya şəbəkəsi istismar olunur. Şuşada gündəlik məhsuldarlığı 5 min kubmetr olan sutəmizləyici qurğu yenidən qurularaq istifadəyə verilib.
Tullantı suları şəhər ərazisindən dərələrə axıdılaraq Daşaltı çayına yönləndirilir. "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən Şuşa şəhərinə 368 ailə, Böyük Qaladərəsi kəndinə isə 14 ailə köçürülüb.

ADSEA Xankəndidə 3 300-ə abonentə xidmət göstərir
Hazırda Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyi (ADSEA) Xankəndi şəhərində 3 264 abonentə su təchizatı və kanalizasiya xidmətləri göstərir.
"Report"un Xankəndiyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə qurumun təşkil etdiyi mediaturda məlumat verilib.
Bildirilib ki, şəhərin su təchizatı Xəlfəli çayı, Cəmilli və Ballıca kəndləri ərazisindən keçən çay məcraları, həmçinin 15 subartezian quyusu hesabına təmin edilir.
Su şəhərə diametri 530 mm olan magistral kəmərlər vasitəsilə nəql olunur. Şəhər relyefinə uyğun olaraq 10 hidravlik zonaya bölünüb və hər zona üzrə ümumi tutumu 15 min kubmetr olan su anbarları mövcuddur. Şəhərin su şəbəkəsi 104 km uzunluğunda polietilen borulardan ibarətdir. Suyun təmizlənməsi məqsədilə gündəlik gücü 8 min kubmetr olan iki sutəmizləyici qurğu, dezinfeksiya üçün xlorator sistemi və su sərfiyyatının uçotu üçün sayğaclar quraşdırılıb.
Bildirilib ki, aparılmış araşdırmalar zamanı şəhərin hidravlik zonaları və kanalizasiya sistemi də qiymətləndirilib.
Hazırda 67 km uzunluğunda kanalizasiya şəbəkəsi istismar olunur. Tullantı suları 27 nöqtədən şəhər kənarındakı dərələrə axıdılır. "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Xankəndi şəhərinə 36 ailə, Kərkicahan qəsəbəsinə isə 36 ailə köçürülüb.

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur
Bakının bəzi yollarında sıxlıq müşahidə olunur.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət belədir:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
6. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
8. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
10. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
11. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Sərnişinlər ödəniş qəbzlərində marşrut xəttini və ya metro stansiyasını görə biləcəklər
İctimai nəqliyyat sərnişinləri bank kartı ilə həyata keçirdikləri ödənişlər üzrə qəbzlərdə gedişin aid olduğu marşrut xəttini və ya metro stansiyasını görə biləcəklər.
Bu barədə "Report"a "Bakıkart"dan məlumat verilib.
"Yeni funksionallıq istifadəçilərə ödənişlərini daha rahat izləməyə, əməliyyatların hansı marşrut və ya metro stansiyasına aid olduğunu daha asan müəyyən etməyə imkan verəcək", - məlumatda bildirilib və əlavə edib ki, bu isə ödəniş məlumatlarının daha şəffaf və anlaşıqlı təqdim olunmasına xidmət edir.
Qeyd edək ki, bu funksionallığın bir hissəsi ötən aydan etibarən "Birbank" mobil tətbiqində aktivdir. İstifadəçilər ödəniş qəbzlərində əməliyyatın aid olduğu marşrut xəttini və ya metro stansiyasını görə bilirlər.
Yeni yanaşmanın digər bank tətbiqlərində də tətbiqi sərnişinlərin ödəniş məlumatlarını daha rahat izləməsinə və əməliyyatları daha asan identifikasiya etməsinə imkan yaradacaq.

-
report.az
- Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ əməkdaşlığında kritik minerallar sahəsində güclü potensial var"
Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ əməkdaşlığında kritik minerallar sahəsində güclü potensial var"
Azərbaycanla ABŞ arasında əməkdaşlıqda kritik minerallar sahəsində çox güclü potensial var.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov l Azərbaycan-ABŞ İqtisadi Dialoquna həsr olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu potensial təkcə bu gün Azərbaycanda artıq hasil edilən kritik minerallarla məhdudlaşmır, həm də birgə yeni kəşfiyyatların aparılmasını, növbəti mərhələ olan emal müəssisələrinə diqqət yetirilməsini və təcrübə mübadiləsini əhatə edir: "Hesab edirəm ki, bu sahədə əməkdaşlığın gücləndirilməsindən qarşılıqlı olaraq qazanacağımız çox şey var".
Nazirin sözlərinə görə, Azərbaycanla ABŞ arasında əməkdaşlıqda regional əlaqəlilik sahəsi mühüm əhəmiyyət kəsb edir: "Buraya ticarət və tranzit də daxildir. Orta Dəhliz mövzusu və xətti burada təbii olaraq ön plana çıxır. Bu mövzu təkcə ənənəvi nəqliyyat infrastrukturundan istifadəni deyil, həm də energetika sahəsi daxil olmaqla, daha geniş sahələri əhatə edir".

Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
İyunun 3-də Bakıda 107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, 107 nömrəli marşrut Buzovna qəsəbəsi - "Koroğlu" NMM 107A nömrəli marşrut isə Maştağa qəsəbəsi - "Koroğlu" NMM istiqamətində fəaliyyət göstərir. Marşrut xətləri üzrə gediş haqqı 0,65 manatdır.

Bakı metrosu mayda 19 milyondan çox sərnişin daşıyıb
"Bakı Metropoliteni" QSC may ayında 19 milyon 91 min 678 sərnişin daşıyıb.
Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, ötən ay 1 milyon 673 min 358 sərnişin "Koroğlu" stansiyasından istifadə edib. Qurban bayramı və Müstəqillik Günü daxil olmaqla, 27–31 may tarixlərini əhatə edən qeyri-iş günlərində sərnişinlər metrodan 2 milyon 134 min 80 dəfə istifadə ediblər.
NFC və QR bilet vasitəsilə ümumilikdə 9 milyon 222 min 99 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 49,7 %-ni təşkil edir.

"Aviasiya personalına verilmiş analoji sənədlərin tanınması Qaydaları" dəyişib
Nazirlər Kabineti 11 aprel 2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları"nda dəyişiklik edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, ərizəçinin müraciəti əsasında Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi onun digər üzv dövlət tərəfindən verilmiş şəhadətnaməsini Konvensiya, Konvensiyaya 1 nömrəli Əlavə və "Doc 9379, dövlətin aviasiya personalının sertifikatlaşdırma sisteminin yaradılması və idarə olunması üzrə prosedurlara dair vəsait" sənədinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının aviasiya personalına məxsus şəhadətnaməyə konvertasiya etmək hüququna malikdir.
Konvertasiya prosesində Agentlik ərizəçidən onun mövcud şəhadətnaməsinə uyğun olaraq əlavə təlim və ya imtahanlardan keçməyi tələb etmək hüququna malikdir.

-
report.az
- Abdulkadir Uraloğlu: "BTQ Çin və Avropa arasında fasiləsiz yük dəhlizinin əsas hissəsidir"
Abdulkadir Uraloğlu: "BTQ Çin və Avropa arasında fasiləsiz yük dəhlizinin əsas hissəsidir"
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Çin və Avropa arasında fasiləsiz nəqliyyat dəhlizinin əsas hissələrindən biridir və bu marşrutun Londona (Böyük Britaniya) qədər uzanması potensialı var.
Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
"Bu xətt üzrə illik 5 milyon ton yük daşınması nəzərdə tutulur. Bu da ölkələrimizin iqtisadi inkişafına və rifahına ciddi töhfə verəcək", – deyə A.Uraloğlu qeyd edib.
Nazir əlavə edib ki, son dövrlərdə dəniz və su yolu nəqliyyatında yaranan çətinliklər fonunda quru dəhlizlərin, xüsusilə BTQ-nin əhəmiyyəti daha da artıb.

Erland Kulşibayev: "BTQ layihəsində Azərbaycanın rolu böyükdür"
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsində Azərbaycanın rolu böyükdür.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu "Qazaxıstan Dəmir Yolları" Milli Şirkətinin sədr müavini Erland Kulşibayev bildirib.
"Layihənin reallaşdırılması və modernləşdirilməsi prosesində Azərbaycan böyük investisiyalar yatırıb və mühüm infrastruktur işləri həyata keçirib", - deyə o qeyd edib.
Qazaxıstan rəsmisi həmçinin vurğulayıb ki, layihənin səmərəli fəaliyyəti Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolları arasında sıx koordinasiya və əməkdaşlıq nəticəsində mümkün olub.

Rəşad Nəbiyev: "BTQ layihəsinin təməli Heydər Əliyevin baxışları ilə qoyulub"
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti 2017-ci ildə lent kəsmə mərasimi ilə başlamayıb. Bu layihənin təməli ümummilli lider Heydər Əliyevin baxışları ilə qoyulub.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev xəttin modernləşdirilmədən sonra istismara verilməsi ilə bağlı mərasimdə bildirib.
"O, hələ onilliklər əvvəl anlayırdı ki, Azərbaycan, Gürcüstan və Türkiyənin uğuru bir-biri ilə ayrılmaz şəkildə bağlıdır və bu üç qardaş və dost ölkə arasında əməkdaşlığın ən möhkəm təməli məhz infrastrukturdur. BTQ bu prinsipin məntiqi davamı idi. Eyni coğrafi xətt, eyni üç ölkə, lakin bu dəfə bütün ticarətə tətbiq olunmuş formada - yükdaşımalar, logistika, Mərkəzi Asiyadan Avropa bazarlarına və əks istiqamətdə malların hərəkəti. Ulu Öndər bunu vahid və davam edən bir layihə kimi görürdü. Biz son otuz ildə onun nə qədər haqlı olmasının şahidi olduq.
2017-ci ilin oktyabrında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Ələt Limanında bir araya gələrək bu dəmir yolunu dünyaya açdılar. Həmin an Avrasiya bağlantıları tarixində yeni bir səhifə açdı. Lakin bu, yalnız başlanğıc idi. Belə iddialı bir dəhliz davamlı investisiya və davamlı siyasi iradə tələb edir. Azərbaycan bu öhdəliyə sadiq qaldı. Biz xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsinə sərmayə qoyduq: 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320-dən çox bina və mühəndis qurğusu beş mərhələdə yenidən quruldu. Bu, adi təmir işi deyildi. Bu, BTQ-ni Orta Dəhlizin əsl onurğa sütununa çevirmək üçün verilmiş məqsədyönlü və strateji qərar idi", - deyə o qeyd edib.
Nazir əlavə edib ki, nəticə göz qabağındadır: "Xəttin ötürücülük qabiliyyəti beş dəfə artırılaraq ildə 5 milyon tona çatdırılıb. Bu gün BTQ Xəzər və Qara dənizlər arasında ən rəqabətqabiliyyətli tranzit marşrutudur. İki həftə əvvəl Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda, Prezident İlham Əliyevin və Baş nazir İrakli Kobaxidzenin iştirakı ilə Marabda-Kartsaxi hissəsinin reabilitasiyasını yekunlaşdıran protokol imzalandı.
Belə miqyaslı layihələr öz-özünə baş vermir. Onlar bu layihələrə inanan və uzunmüddətli öhdəlikləri üzərinə götürən liderlər tələb edir. Əldə etdiklərimizin heç biri Prezident İlham Əliyevin və Baş nazir İrakli Kobaxidzenin şəxsi liderliyi olmadan mümkün olmazdı. Mən statistikanın fövqündə duran bir fikri vurğulamaq istəyirəm. Ölkələrimizin uğuru qarşılıqlı şəkildə bir-birindən asılıdır. Bu dəhlizlə daşınan hər ton yük ölkələrimizin birlikdə qurduğu işlərin davamlı və dayanıqlı olduğunun sübutudur. Bu işdə əmək keçən hər bir kəsə və başda nazir Kürküşlü olmaqla Gürcüstan həmkarlarımıza dərin təşəkkürümü bildirmək istəyirəm və mən ümid edirəm ki, bu dəmir yolu ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi və strateji bağlantıları daha da möhkəmləndirəcək".

Mariam Kvrivişvili: "BTQ dəmir yolu region üçün strateji əhəmiyyət daşıyır"
Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti region üçün strateji əhəmiyyət daşıyır.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu xəttin modernləşdirilməsindən sonra istifadəyə verilməsi mərasimində çıxış edən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili bildirib.
Nazir qeyd edib ki, Gürcüstan son illərdə nəqliyyat infrastrukturunun, avtomobil magistrallarının və logistika şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib.
Onun sözlərinə görə, nəqliyyat və logistika sektorundan əldə olunan gəlirlərin artması Gürcüstanın Avropa ilə Asiya arasında etibarlı və səmərəli əlaqələndirici ölkə kimi rolunu daha da gücləndirir.
M.Kvrivişvili vurğulayıb ki, beynəlxalq nəqliyyat marşrutlarının inkişafı Gürcüstanın Azərbaycan, Türkiyə, Mərkəzi Asiya ölkələri və digər tərəfdaşlarla uzun illər ərzində qurduğu uğurlu əməkdaşlığın nəticəsidir.
Nazir BTQ layihəsinin həyata keçirilməsində iştirak edən bütün tərəflərə təşəkkür edib və layihənin regionun iqtisadi inkişafına, tranzit imkanlarının genişlənməsinə mühüm töhfə verəcəyini bildirib.
O, çıxışının sonunda dəmir yolu layihəsinin uğurla tamamlanması münasibətilə tərəfdaş ölkələri təbrik edib, regiona daha böyük inkişaf və tərəqqi arzulayıb.

Lökbatan qəsəbəsində suyun verilməsində fasilə yaranacaq
Bu gecə Bakının Qaradağ rayonunda suyun verilməsində fasilə yaranacaq.
"Report" bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, yeni çəkilən su xəttinin şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar iyunun 2-də gecə saatlarından 04 iyun günorta saatlarına qədər Qaradağın Lökbatan qəsəbəsinə suyun verilməsi dayandırılacaq.
Qurum anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığını bildirir.

-
report.az
- İrakli Kobaxidze: "BTQ Azərbaycan, Gürcüstan və Türkiyə əməkdaşlığının uğurlu nümunəsidir"
İrakli Kobaxidze: "BTQ Azərbaycan, Gürcüstan və Türkiyə əməkdaşlığının uğurlu nümunəsidir"
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi Azərbaycan, Gürcüstan və Türkiyə əməkdaşlığının uğurlu nümunəsidir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze BTQ dəmir yolu xəttinin modernləşdirilməsindən sonra istifadəyə verilməsi mərasimində bildirib.
Baş nazir layihəni tarixi əhəmiyyətli təşəbbüs adlandıraraq, onun Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın və ardıcıl əməkdaşlığın parlaq nümunəsi olduğunu bildirib.
Onun sözlərinə görə, Marabda–Kartsaxi dəmir yolu hissəsinin yenidən qurulması regionda həyata keçirilən ən iri infrastruktur layihələrindən biridir.
İ.Kobaxidze qeyd edib ki, BTQ xətti 2017-ci ildən etibarən test rejimində fəaliyyət göstərib və bu müddət ərzində 1 milyon tondan çox yük, o cümlədən 80 minə yaxın konteyner daşınıb.
Baş nazir vurğulayıb ki, əldə olunan nəticələr layihənin iqtisadi və logistik əhəmiyyətini bir daha təsdiqləyir: "Bakı–Tbilisi–Qars dəmir yolu xətti Orta Dəhlizin mühüm hissəsidir və Avropa ilə Asiya arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynayır".
İ.Kobaxidzenin sözlərinə görə, həyata keçirilən modernləşdirmə işləri nəticəsində xəttin illik yükötürmə qabiliyyəti 5 milyon tona çatdırılıb ki, bu da regionun nəqliyyat və tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq.

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirilib - YENİLƏNİB
Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti modernləşdirilmədən sonra tam istismara verilib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, xəttin istifadəyə verilməsi rəsmi açılış mərasimi çərçivəsində simvolik düymənin basılması ilə qeyd olunub.
Rəsmi şəxslər birlikdə simvolik düyməni basaraq dəmir yolunun yeni mərhələdə istifadəyə verildiyini elan ediblər.
Bu gün Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılış mərasimi keçirilir.
"Report"un yerli bürosu xəbər verir ki, mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyənin yüksəkvəzifəli rəsmilərinin, həmçinin dəmir yolu və liman administrasiyalarının rəhbərləri iştirak edir.
Tədbir proqramına əsasən, qonaqların qarşılanmasından sonra rəsmi açılış mərasimi başlayacaq. Mərasimdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu çıxış edəcəklər.
Çıxışlardan sonra BTQ-nin simvolik istifadəyə verilməsi mərasimi keçiriləcək və layihəyə həsr olunmuş videoçarx nümayiş etdiriləcək.
BTQ Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi strateji nəqliyyat layihəsidir. Son illərdə xəttin Gürcüstan hissəsində genişmiqyaslı modernləşdirmə işləri aparılıb. Görülən işlər nəticəsində marşrutun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.
Mütəxəssislərin fikrincə, xəttin tam istismara verilməsi Orta Dəhlizin imkanlarını genişləndirəcək, Çin və Mərkəzi Asiyadan Avropaya yükdaşımaların həcmini artıracaq və regionun tranzit potensialını daha da gücləndirəcək.

Hikmət Rəhmətov: BTQ Orta Dəhlizin əsas strateji seqmentlərindən biridir
Bakı–Tbilisi–Qars dəmir yolu Orta Dəhlizin əsas strateji seqmentlərindən biridir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu layihəsinin Orta Dəhlizin inkişafında mühüm rolundan danışan "Özbəkistan Dəmir Yolları" SC-nin sədrinin birinci müavini Hikmət Rəhmətov deyib.
O qeyd edib ki, Azərbaycan, Gürcüstan və Türkiyə bu layihə vasitəsilə Şərqdən Qərbə yükdaşımaların daha sürətli və etibarlı həyata keçirilməsi üçün mühüm infrastruktur formalaşdırıblar:
"Azərbaycan, Gürcüstan və Türkiyə Şərqdən Qərbə yüklərin ən qısa və etibarlı şəkildə daşınmasını təmin edən mühüm marşrut formalaşdırıb. Bu marşrut konteyner, vaqon və digər yüklərin Avropaya çatdırılmasına imkan verir"".
H.Rəhmətov vurğulayıb ki, əsası 2007-ci ildə qoyulan bu layihə hazırda region üçün strateji əhəmiyyət daşıyan nəqliyyat dəhlizinə çevrilib.
"Bu gün həmin layihə illik 5 milyon ton yükötürmə qabiliyyətinə malikdir. Bu, Orta Dəhliz üçün çox böyük göstəricidir", - o əlavə edib.
Özbəkistan rəsmisi ölkəsinin də Orta Dəhlizdə aktiv iştirak etdiyini, müxtəlif marşrutlar vasitəsilə Avropa bazarlarına çıxış əldə etdiyini vurğulayıb və layihənin region ölkələri üçün iqtisadi imkanları genişləndirdiyini bildirib.
X.Rəhmətov Azərbaycanın layihədəki rolunu xüsusi qeyd edərək, onun BTQ-nin inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

Baş nazirin müavini: "Azərbaycan və Belarus arasında tranzit daşımaları 63 % artıb"
Azərbaycan və Belarus nəqliyyat və logistika sahələrində mühüm əməkdaşlıq potensialına malikdir.
"Report"un Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov belaruslu həmkarı Aleksandr Turçinlə görüşündə bildirib.
"Bu ilin yanvar-aprel aylarında tranzit daşımalarının həcmi 63 %-dən çox artıb. Bu da ölkələrimizin regional əlaqəliliyin və beynəlxalq marşrutların inkişafında artan rolunu təsdiqləyir", - S.Şərifov qeyd edib
Xəbər yenilənir...

Laşa Abaşidze: "BTQ layihəsi Orta Dəhlizin tranzit imkanlarını artıracaq"
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsi Orta Dəhlizin tranzit imkanlarını artıracaq.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze bildirib.
O, layihənin region üçün strateji əhəmiyyətini vurğulayıb: "Layihə Azərbaycan və Gürcüstanın uğurlu əməkdaşlığı nəticəsində həyata keçirilib və Orta Dəhlizdə yeni nəqliyyat marşrutunun formalaşmasına imkan yaradıb. Bu, həm Azərbaycan, həm də Gürcüstan üçün mühüm strateji layihədir və Türkiyə istiqamətində də əlavə imkanlar yaradır".
Laşa Abaşidze əlavə edib ki, layihə müasir və yüksək texnologiyalı infrastruktur əsasında qurulub və regional tranzit potensialının artırılmasına xidmət edir: "Bu layihə yalnız bizim ölkələr üçün deyil, Orta Dəhlizdə yerləşən bütün ölkələr üçün əhəmiyyətlidir. O, Orta Dəhlizi gücləndirəcək və ölkələrimizin tranzit funksiyasını daha da artıracaq", – deyə o bildirib.

Rövşən Rüstəmov: "BTQ ilə sərnişin daşımaya dair konkret plan mövcud deyil"
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə sərnişin daşınmasına dair konkret plan mövcud deyil.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov bildirib.
O, qeyd edib ki, layihə regional və beynəlxalq logistika baxımından strateji əhəmiyyət daşıyır və yalnız iştirakçı ölkələr üçün deyil, Çin və Avropa arasında uzanan geniş marşrut üzrə bütün tərəfdaşlar üçün yeni imkanlar yaradır. O, ilkin mərhələdə sərnişin daşımaları nəzərə alınaraq planlaşdırılsa da, hazırda ölkələr arasında bu istiqamətdə konkret plan mövcud deyil".

AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib
2 iyun – Azərbaycanda Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər.
"Report" bu barədə AZAL-a istinadən xəbər verir.
Ziyarətçilər müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Gürcüstan rəsmisi: "BTQ dəmir yolu region üçün strateji əhəmiyyət daşıyır"
Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti region üçün strateji əhəmiyyət daşıyır.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani bildirib.
O, qeyd edib ki, BTQ Avropanı Asiya ilə birləşdirən mühüm nəqliyyat marşrutudur və Gürcüstan, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi strateji layihə kimi regionda yük daşımaları üçün əlavə imkanlar yaradır.
"Bizim nəqliyyat şəbəkəmizə yeni dəmir yolu xətti əlavə olunur. Bu, Avropanı Asiya ilə birləşdirən və bizə regionda yük daşımaları üçün əlavə imkanlar verən Gürcüstan, Azərbaycan və Türkiyənin birgə strateji layihəsidir", – deyə T.İoseliani əlavə edib.
Onun sözlərinə görə, bu layihə təkcə Gürcüstan üçün deyil, bütövlükdə region üçün mühüm və simvolik əhəmiyyət daşıyır.
Nazir müavini əlavə edib ki, BTQ xətti 2017-ci ildən etibarən sınaq rejimində fəaliyyət göstərib və bu müddət ərzində yükdaşımaların həcmi davamlı olaraq artıb.
"Əminik ki, birgə səylərlə bu dəmir yolunu tam gücü ilə işlədə biləcəyik. Marabda–Kartsaxi dəmir yolu hissəsində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilib", – deyə o vurğulayıb.
T.İoselianinin sözlərinə görə, mayda Gürcüstanın Baş nazirinin Bakıya səfəri çərçivəsində İkitərəfli Koordinasiya Şurasının Protokolu imzalanıb və bu sənəd layihənin tam istismara verilməsinə əsas yaradıb.
Nazir müavini həmçinin deyib ki, BTQ xətti üzrə illik yükdaşıma potensialı təxminən 5 milyon ton səviyyəsində qiymətləndirilir və gələcəkdə əlavə yük axınlarının cəlb edilməsi planlaşdırılır.

ADY sözcüsü: "BTQ-nin modernləşdirilməsi Orta Dəhlizin imkanlarını artıracaq"
Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsi Orta Dəhlizin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya Departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Bakı–Tbilisi–Qars dəmir yolu xətti Orta Dəhlizin Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən ən mühüm seqmentlərindən biridir: "Son illərdə Orta Dəhliz üzrə yükdaşımaların həcminin artması xəttin imkanlarının genişləndirilməsini zəruri edib. Bu məqsədlə "Azərbaycan Dəmir Yolları" 2023–2024-cü illərdə xəttin Gürcüstan hissəsində genişmiqyaslı modernləşdirmə işləri həyata keçirib. Nəticədə BTQ xəttinin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəlib".
ADY sözcüsünün sözlərinə görə, iyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək: "Bu tədbir layihənin yeni mərhələyə qədəm qoyduğunu göstərir. BTQ xəttinin tam gücü ilə istismarı Orta Dəhliz boyunca yükdaşımaların daha da artmasına, Asiya ilə Avropa arasında ticarət əlaqələrinin genişlənməsinə və regionun tranzit imkanlarının güclənməsinə mühüm töhfə verəcək. BTQ dəmir yolu xətti hazırda regionun ən mühüm nəqliyyat marşrutlarından biri kimi strateji əhəmiyyət daşıyır".

Bakıda iki ünvanda minib-düşmə yeri yaradılıb
Bakının Həsən bəy Zərdabi və Kazım Kazımzadə küçələrində mövcud küçə parklanma yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, Nəsirəddin Tusi adına Klinikanın və Mərkəzi Gömrük Hospitalının qarşılarında "3.28" – "durmaq qadağandır" yol nişanı quraşdırılaraq minib-düşmə yerləri təşkil olunub.
Hər iki ünvanda "5.14" – "minik taksilərinin duracaq yeri" yol nişanları yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.

Azərbaycan və ABŞ əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir Rəşad Nəbiyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlıq perspektivləri, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində normativ-hüquqi bazanın genişləndirilməsi, eləcə də ölkəmizdə data mərkəzinin tikintisi məqsədilə ABŞ dövlət qurumları və şirkətləri ilə tərəfdaşlıq məsələləri müzakirə edilib.
Həmçinin Orta Dəhlizin genişləndirilməsi, Zəngəzur dəhlizinin inkişafı istiqamətində görülən və planlaşdırılan işlər, bu proseslərdə ABŞ şirkətlərinin iştirak perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bakı-Sumqayıt qatarının qarşısına çıxan gənc ölüb
İyunun 1-də saat 11:13 radələrində Nərimanov-Böyükşor sahəsində hərəkətdə olan Bakı-Sumqayıt qatarının qarşısına qəflətən bir nəfər gənc çıxıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, maşinist təcilli tormozlama aparsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, nəticədə 2004-cü il təvəllüdlü Anar Rövşən oğlu Quliyev həyatını itirib.
"Bir daha vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırırıq. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, tələskənliyi, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur. Unutmaq olmaz ki, qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır", - deyə səhmdar cəmiyyəti bəyan edib.

Bakıda 20 istiqamətdə tıxac müşahidə olunur
Bakının bir sıra yollarında tıxac yaranıb.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
6. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
9. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
11. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
13. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
15. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;
16. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;
17. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
18. Bülbül prospekti, "Sahil" metrostansiyasının qarşısında;
19. Koroğlu Rəhimov küçəsi, ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
20. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

-
report.az
- Azərbaycan ABŞ ilə Zəngəzur dəhlizinin inkişafında bu ölkənin şirkətlərinin iştirakını müzakirə edib
Azərbaycan ABŞ ilə Zəngəzur dəhlizinin inkişafında bu ölkənin şirkətlərinin iştirakını müzakirə edib
Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında Orta Dəhlizin genişləndirilməsi, Zəngəzur dəhlizinin inkişafı istiqamətində görülən və planlaşdırılan işlər, bu proseslərdə ABŞ şirkətlərinin iştirak perspektivləri müzakirə edilib.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Müzakirələr R. Nəbiyevin ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə baş tutub.
"Görüş zamanı rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlıq perspektivləri, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində normativ-hüquqi bazanın genişləndirilməsi, eləcə də ölkəmizdə data mərkəzinin tikintisi məqsədilə ABŞ dövlət qurumları və şirkətləri ilə tərəfdaşlıq məsələlərini müzakirə etdik",- deyə nazir qeyd edib.

Bakı metrosu sərnişinlərin hərəkətinə süni intellektlə nəzarət etməyə başlayıb
"Bakı Metropoliteni" QSC artıq süni intellekt əsaslı nəzarət sistemi ilə qaydalara zidd halları dərhal müəyyən edir.
Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.
"Amma unutmayın: ən güclü qoruyucu sizin diqqətinizdir. Qaydalara əməl etməyiniz və ətrafınıza həssas yanaşmağınız hər kəs üçün daha təhlükəsiz mühit yaradır. Biz müasir texnologiyalarla sizi qoruyuruq, siz isə diqqətinizlə bu sistemin bir hissəsinə çevrilirsiniz. Təhlükəsizliyiniz prioritetimizdir!", - məlumatda qeyd edilib.

"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Müstəqillik Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri elan edilən 27–31 may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.
Bayram günlərində sərnişinlərin rahat, təhlükəsiz və vaxtında mənzil başına çatdırılması məqsədilə həm regional, həm də şəhərətrafı xətlər üzrə hərəkət qrafikində bir sıra dəyişikliklər edilib və əlavə reyslər təyin olunub.
Artan sərnişin tələbatı nəzərə alınaraq, Bakı–Balakən–Bakı xətti üzrə hərəkət edən qatarlara "Standart" və "Standart+" sinfi olmaqla ümumilikdə əlavə 20 vaqon qoşulacaq. Bu marşrut üzrə qatarlar saat 23:50-də Bakıdan, 22:00-da isə Balakəndən yola düşəcək.
Bununla yanaşı, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə də hər iki istiqamətdə əlavə qatar reysləri təşkil ediləcək:
- Bakı-Ağstafa - 08:30
- Ağstafa-Bakı - 17:20
- Bakı-Qəbələ - 07:30
- Qəbələ-Bakı - 19:00
Həmçinin Qurban bayramı ilə əlaqədar olaraq mayın 27-də Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə sərnişinlər üçün ikitərəfli reyslər fəaliyyət göstərəcək. Qatar Gəncədən 07:15-də, Mingəçevirdən isə 08:40-da hərəkət edəcək.
Qeyd edək ki, Bakı–Qazax–Bakı marşrutu üzrə qatarlar bayram günlərində ənənəvi qrafiklə hərəkət edəcək.
Həmçinin Abşeron dairəvi dəmir yolu üzrə 27, 28 və 29 may tarixlərində qatarların hərəkəti şənbə-bazar günlərinin cədvəli ilə təşkil ediləcək.
Hərəkət qrafiki və bilet satışı ilə bağlı məlumatları www.ady.az saytından, "ADY Mobile" tətbiqindən, dəmiryol kassalarından və ya 24/7 rejimində fəaliyyət göstərən 1822 Əlaqə mərkəzindən əldə etmək olar.

-
report.az
- Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini "SR Development" adı ilə davam etdirəcək
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini "SR Development" adı ilə davam etdirəcək
Şəhərin inkişafına dəyər qatan, müasir memarlıq üslubunda layihələri ilə tanınan "SR Construction" fəaliyyətini artıq "SR Development" adı altında davam etdirəcək.
Bu dəyişiklik sadəcə ad yenilənməsi deyil, "SR Construction"ın illərdir formalaşdırdığı fəaliyyət modelinin daha doğru ifadəsidir.
"SR Development" olaraq biz layihələrə yalnız tikinti prizmasından yanaşmırıq. İdeyanın formalaşmasından layihələndirməyə, tikintidən satışa, komendatura və idarəetməyə qədər bütün prosesləri vahid sistem daxilində idarə edirik. Məhz bu yanaşma "SR Construction"ı klassik tikinti şirkətindən daha çox developer şirkəti kimi xarakterizə edir. Şirkət eyni zamanda "Roseville Premium Residence" layihəsində investor və sifarişçi qismində çıxış edib.
"SR Development" fəaliyyət göstərdiyi müddət ərzində yaşayış və qeyri-yaşayış layihələri ilə müasir və funksional məkanlar formalaşdırmağı əsas prioritetlərindən biri kimi müəyyən edib. Bu yanaşmanın ən güclü nümunələrindən biri Mərkəzi Parkın yanında yerləşən və premium yaşayış konsepti ilə seçilən "Central Towers" layihəsidir. Bununla yanaşı "Ahmədli Park" və "Teras Park" layihələri də "SR Development"in keyfiyyət, memarlıq yanaşması və uzunmüddətli etibar prinsipinin real göstəriciləridir.
"SR Development" üçün layihə yalnız bina inşa etmək deyil. Məqsəd funksional, estetik və uzunömürlü yaşayış mühiti formalaşdırmaq, şəhər mühitinə yeni dəyər və həyat tərzi qazandıran layihələr təqdim etməkdir.
Yeni ad altında "SR Development" eyni dəyərlər, eyni məsuliyyət və daha geniş developer baxışı ilə fəaliyyətini davam etdirəcək.

-
report.az
- WUF13 dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu 200 minə yaxın sərnişinə xidmət göstərib
WUF13 dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu 200 minə yaxın sərnişinə xidmət göstərib
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək sərnişin axını şəraitində fasiləsiz və koordinasiyalı əməliyyat idarəçiliyini uğurla təmin edib.
15–24 may tarixlərində hava limanı ümumilikdə 194 793 sərnişinə xidmət göstərib. Onlardan 100 mindən çoxu gələn, 94 min nəfəri isə gedən sərnişinlər olub.
WUF13 çərçivəsində Bakıya gələn beynəlxalq nümayəndə heyətləri, dövlət rəsmiləri və forum iştirakçıları nəzərə alınaraq Heydər Əliyev Beynəlxalq Aeroportunda əməliyyat koordinasiyası, sərnişin xidmətləri və nəqliyyat bağlantıları üzrə gücləndirilmiş iş rejimi tətbiq olunub.
Sərnişinlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə xüsusi nəqliyyat marşrutları təşkil edilib, əlavə mexanizmləri işə salınıb və operativ xidmət həlləri tətbiq olunub. Eyni zamanda, terminal daxilində sərnişin axınının effektiv idarə olunması və xidmət çevikliyinin artırılması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirilib.
Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tədbirlər dövründə yüksək əməliyyat davamlılığının təmin olunması, sərnişin məmnuniyyətinin qorunması və beynəlxalq xidmət standartlarına uyğun təhlükəsiz səyahət təcrübəsinin təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

-
report.az
- ADY: Tbilisiyə qatarla səfər müddətinin təxminən 2 saatı sərhəd-gömrük proseduruna sərf olunur
ADY: Tbilisiyə qatarla səfər müddətinin təxminən 2 saatı sərhəd-gömrük proseduruna sərf olunur
Bakıdan Tbilisiyə qatarla səfər müddəti təxminən 9 saat 30 dəqiqə təşkil edir, bunun təqribən 2 saatı sərhəd-gömrük prosedurlarına sərf olunur - hər iki ölkənin sərhədində 1 saatlıq yoxlama həyata keçirilir.
Bunu "Report"un Gürcüstan bürosuna Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
O qeyd edib ki, artıq Bakı və Tbilisi istiqamətində gündəlik sərnişin qatarları hərəkətə başlayıb:
"Qatar Bakıdan saat 23:10-da, Tbilisidən isə saat 21:00-da yola düşür. Marşrut üzrə sərnişin tələbatı yüksəkdir və artan maraq səbəbindən bəzi reyslərə əlavə vaqonlar qoşulub. Satışa çıxarılan 8400 biletdən 70 faizdən çoxu artıq satılıb. Qatarlar Azərbaycan ərazisində Biləcəri, Yevlax, Gəncə və Ağstafa beynəlxalq stansiyalarında dayanır. Gürcüstan ərazisində isə Qardabani və Tbilisi Dəmir Yolu Vağzalında dayanır".
Qeyd edək ki, Bakı–Tbilisi–Bakı sərnişin qatarının hərəkəti 6 illik fasilədən sonra bərpa olunub və reyslərin gündəlik icrası planlaşdırılır.

Laşa Abaşidze: Bakı–Tbilisi qatar marşrutunun bərpası Gürcüstan üçün olduqca vacibdir
Bakı–Tbilisi–Bakı sərnişin qatarı marşrutunun bərpası Gürcüstan üçün olduqca vacibdir.
"Report"un yerli bürosunun məlumatına görə, bunu Gürcüstan Dəmir Yolunun baş direktoru Laşa Abaşidze Tbilisi Dəmir Yolu Vağzalında jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, artıq 6 ildir Bakı–Tbilisi reysi həyata keçirilməyib və bu gündən etibarən qatar yenidən fəaliyyətə başlayıb.
"Bu, bizim üçün olduqca sevindirici hadisədir. Ümumiyyətlə, bu reys Gürcüstan üçün çox vacibdir. Çünki nəqliyyat əlaqələri bərpa olunur və reyslər hər gün həyata keçiriləcək".
Onun sözlərinə görə, marşruta tələbat kifayət qədər yüksəkdir və bir neçə gün ərzində çox sayda bilet satılıb. Baş direktor bildirib ki, Gürcüstan tərəfi azərbaycanlı həmkarları ilə birlikdə reysin bərpası üçün fəal işləyib: "Bu gündən etibarən Bakı–Tbilisi və Tbilisi–Bakı istiqamətində reyslər hər gün yerinə yetiriləcək".

Bakıda bir sıra yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
5. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
7. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
8. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

-
report.az
- Cavid Qurbanov: Bakı-Tbilisi sərnişin qatarı iki dövlətin vətəndaşlarının gediş-gəlişini asanlaşdıracaq
Cavid Qurbanov: Bakı-Tbilisi sərnişin qatarı iki dövlətin vətəndaşlarının gediş-gəlişini asanlaşdıracaq
Bakı-Tbilisi sərnişin qatarı xalqımızın, iki dövlətin vətəndaşlarının gediş-gəlişini daha da asanlaşdıracaq.
"Report" xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Bakı-Tbilisi sərnişin qatarının yola salınması zamanı deyib.
"Bakı-Tbilisi qatarının yolda salınması xalqımıza xeyirli olsun. Bu Prezident İlham Əliyevin siyasətinin uğurlu nəticəsidir", – o bildirib və əlavə edib ki, Gürcüstan qonşu, dost dövlətdir.
C. Qurbanov Gürcüstanda 400 minə yaxın azərbaycanlının yaşadığını xatırladıb:
"Bu sərnişin qatarı xalqımızın, iki dövlətin vətəndaşlarının gediş-gəlişini daha da asanlaşdıracaq".
Qeyd edək ki, C. Qurbanov Bakı-Tbilisi qatarının ilk sərnişlərindən biri olub.

Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb - YENİLƏNİB
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb.
Bu barədə "Report"un Gürcüstan bürosu xəbər verir.
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb.
"Report" xəbər verir ki, qatar saat 08:41-də Tbilisiyə çatacaq.
Tbilisidən isə qatar saat 21:00-da yola düşərək ertəsi gün saat 06:24-də Bakıya çatacaq.
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək.
Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq edəcək.

-
report.az
- Bakı-Tbilisi qatarının sərnişini: Gürcüstandakı soydaşlarımızı görmək üçün çox əziyyət çəkirdik
Bakı-Tbilisi qatarının sərnişini: Gürcüstandakı soydaşlarımızı görmək üçün çox əziyyət çəkirdik
"Bakı-Tbilisi-Bakı sərnişin qatarının açılması olduqca vacib məsələ idi. Çünki, Gürcüstandakı soydaşlarımızı görmək üçün çox əziyyət çəkirdik".
"Report" xəbər verir ki, bu sözləri Bakı-Tbilisi marşrutu üzrə hərəkət edən qatarın sərnişini Kərimov Telman bildirib.
"Bu günü bizə yaşadan, sevincimizi iki qat edən Prezidentimizə Allah can sağlığı versin. Azərbaycan- Gürcüstan arasında əlaqələr qədimdən olub, bu gün də uğurla davam etdirilir. Axırıncı dəfə Gürcüstana pandemiyadan öncə getmişdim, qismət oldu ki, bu gün yeni açılmış qatarla səyahət edəcəyəm", - deyə o əlavə edib.

Bakıdan Tbilisiyə gedən sərnişin: Qatarla səyahət etmək qiymət baxımından çox sərfəlidir
"Tbilisiyə təyyarə ilə getmək baha olduğu üçün 6 ildir ki, ata yurduma getmirəm. Lakin qatarla səyahət etmək qiymət baxımından çox sərfəlidir".
"Report" xəbər verir ki, bu sözləri Bakı-Tbilisi marşrutu üzrə hərəkət edən qatarın sərnişini Vəliyyədin Yusifov bildirib.
"Allah Prezident İlham Əliyevə can sağlığı versin ki, bu şəraiti bizim üçün yaradıb. Tbilisiyə 102 manata biletimi alıb, həyat yoldaşımla birlikdə gedəcəyəm", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün pandemiyadan sonra ilk dəfə Bakı–Tbilisi istiqamətində sərnişin qatarı fəaliyyətə başlayır. Reyslər İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan müasir yataq tipli vaqonlarla həyata keçiriləcək.
Qatarlarda restoran bölməsi və müxtəlif komfort sinifləri mövcuddur. İlkin hərəkət cədvəlinə əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da çıxacaq və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən Bakıya isə saat 21:00-da yola düşərək səhər saatlarında paytaxta çatacaq.
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək.

ADY rəsmisi: Sərnişinlərin daha aşağı tarifli səyahət imkanları araşdırılacaq
"Bakı–Tbilisi–Bakı marşrutu üzrə qiymət siyasəti sərnişinlərə imkan verir ki, bir ay öncədən imkanına uyğun sinfini seçsin. Məsələn, 81 manat başlayan səyahət sinfini 35-20 gün öncədən əldə edə bilərlər".
"Report" xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları" gələcəkdə ucuz bilet imkanlarına da baxacaq: "Sərnişinlərin daha aşağı tarifli səyahət imkanları araşdırılacaq".
Qeyd edək ki, bu gün Bakıdan Tbilisiyə sərnişin qatarı hərəkət edəcək. Qatar Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə qatar saat 21:00-da yola düşərək ertəsi gün saat 06:24-də Bakıya çatacaq.
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək. Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq edəcək.

ADSEA: Azərbaycanda regionlar üzrə su balansı əsasında əkin planlaması aparılacaq
Bu gün qarşımızda duran ən böyük çağırışlardan biri də mövcud su ehtiyatlarına uyğun əkin strukturunun yaradılmasıdır.
"Report" xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi fonunda su ehtiyatlarının və yağıntıların həcminin illər üzrə dinamik surətdə dəyişdiyini nəzərə alaraq, hər bir regionun illik su balansı dəqiqliklə hesablanmaqla hansı bitki növlərinin əkiləcəyi, hansı sahələrin inkişafının təşviq ediləcəyi məhz bu su ehtiyatlarına uyğun olaraq müəyyən edilməlidir:
"Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2026–2030-cu illər üçün tədbirlər planı üzrə, misal üçün, buğda və pambığın orta məhsuldarlığının 50 sentnerə yüksəldilməsi hədəfləri mövcud ekstensiv suvarma sistemlərindən deyil, müasir, intensiv suvarma metodlarına keçidi şərtləndirir. Həmçinin Tədbirlər Planında intensiv bağların sahəsinin 50 min hektardan 70 min hektara, istixanaların sahəsinin isə 1500 hektardan 2000 hektara çatdırılması, eləcə də pambıq əkin sahələrinin 100 min hektardan 85 min hektara endirilməsi fonunda məhsuldarlığın 17 faiz artırılaraq ümumi istehsalın 425 min tona yüksəldilməsi ilə bağlı bütün hədəflər bizim tərəfdən təqdirəlayiq hesab edilir".
O qeyd edib ki, eyni zamanda, Tədbirlər Planında qeyd olunduğu kimi, Qəbələ və Salyan rayonlarında 20 min hektar sahənin konsolidasiyası və həmin sahələrdə təsərrüfatdaxili suvarma şəbəkələrinin quraşdırılması, həmçinin respublika ərazisində müasir suvarma texnikasının əhatə dairəsinin 130 min hektardan 300 min hektara qədər artırılması su ehtiyatlarından dayanıqlı istifadəsinin təmin edilməsi baxımından mütərəqqi addım kimi qiymətləndirilə bilər.

Zaur Mikayılov: "Azərbaycanda 7 magistral suvarma kanalının yenidən qurulması başa çatıb"
Suqovuşan, Xaçınçay, Köndələnçay su anbarlarının kaskadının və 7 magistral suvarma kanalının yenidən qurulması, həmçinin Zabuxçay su anbarının tikintisi işləri başa çatdırılıb.
"Report" xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.
"Sərsəng su anbarı, Aşağı Muğan, eləcə də ölkənin ən böyük magistral kanalı olan Şirvan suvarma kanalının yenidən qurulması, Yengicə və Əlicançay su anbarlarının tikintisi işləri davam etdirilib, Bərgüşadçay və Həkəriçay su anbarlarının isə tikintisinə başlanılması nəzərdə tutulub. Bununla yanaşı, beynəlxalq maliyyə institutları cəlb edilməklə Qarabağ suvarma kanalının yenidən qurulması və "Qız qalası" magistral suvarma kanalının tikintisi üzrə müvafiq hazırlıq işləri görülüb. Bu işlərlə bərabər, Sizin də qeyd etdiyiniz kimi, 100 min hektardan çox yeni ərazi suvarılacaq və 500 min hektara yaxın ərazidə suvarma sistemləri yaxşılaşdırılacaq. Xüsusi diqqətiniz sayəsində Qarabağ və Şərqi Zəngəzur ümumi su balansımıza tam inteqrasiya olunur, işğaldan azad edilmiş ərazilərdə müasir su təsərrüfatı infrastrukturunun qurulması istiqamətində kompleks tədbirlər davam etdirilir. Sözügedən ərazilərin kənd təsərrüfatı potensialının reallaşdırılması üçün etibarlı su təminatının yaradılması əsas prioritetimizdir", - deyə Z. Mikayılov məlumat verib.

Zaur Mikayılov: "Ötən il Azərbaycanda su mənbələrindən 11,5 milyard kubmetr su götürülüb"
Azərbaycanda ötən il bütün su mənbələrindən 11,5 milyard kubmetr həcmində su götürülüb, suayırıcılarından verilmiş 7,5 milyard kubmetr su hesabına, ümumilikdə, 1 milyon 485 min hektar sahədə kənd təsərrüfatı bitkiləri suvarma suyu ilə təmin edilib.
"Report" xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.
"Həmin il çərçivəsində istismar planına əsasən suvarma şəbəkələrində 31 milyon kubmetr, kollektor-drenaj şəbəkələrində isə 10 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılıb. 842 ədəd nasos stansiyası, 6378 ədəd subartezian quyusu, 2779 ədəd hidrotexniki qurğu təmir edilib. Əkin və suvarma sahəsində qurumlar arasında koordinasiyalı və səmərəli fəaliyyətin təşkili məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında birgə Fəaliyyət Planı təsdiq edilmiş və suvarma suyunun təminatında meydana çıxan bütün çətinliklərin operativ qaydada həll edilməsi üçün İşçi qrupu yaradılıb. Birgə Fəaliyyət Planı çərçivəsində suvarılan torpaqlarda rayonlar, təqvim ayları və ongünlüklər üzrə suvarma qrafikləri tərtib edilmiş, respublika ərazisində mütəşəkkil suvarma əsasən təmin edilib".

Bayram günlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək
Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar mayın 27-31-də "Bakı Metropoliteni" QSC-nin qatarlarının hərəkət qrafiki dəyişdiriləcək.
Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirib.
Məlumata əsasən, zəruri ehtiyat tədbirlər nəzərə alınmaqla, qeyd edilən tarixlərdə "28 May-Əhmədli" və əksinə istiqamətdə interval 2 dəqiqə 30 saniyə, "Həzi Aslanov-Əhmədli" sahəsində 7 dəqiqə təşkil edəcək.
Bənövşəyi xətdə qatarların hərəkəti şənbə-bazar günlərinin qrafiki üzrə təşkil olunacaq. "Cəfər Cabbarlı-Xətai" sahəsində mövcud hərəkət cədvəli qüvvədə qalacaq.
"Bakmil" istiqamətində və əksinə qatarların hərəkəti şənbə günü qrafiki ilə tənzimlənəcək.
Stansiyalarda ümumi nəzarət mexanizmləri artırılacaq, növbətçilik cədvəli əsasında işçi qüvvəsi ayrılacaq.
Ehtiyat qatarlar ehtiyac yaranacağı təqdirdə xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.

Bakıda 3 ünvanda minib-düşmə yeri yaradılıb
Bakının Səməd Vurğun və Mərdanov qardaşları küçələrində mövcud küçə parklanma yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.
Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qarşısında "3.28" - "durmaq qadağandır" yol nişanı quraşdırılaraq minib-düşmə yeri təşkil olunub.
Eyni zamanda "5.14" – "minik taksilərinin duracaq yeri" yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.
Bundan əlavə, Mərdanov qardaşları küçəsi, Respublika Pediatriya Mərkəzinin və Kliniki Tibbi Mərkəzin qarşılarında "3.28" - "durmaq qadağandır" nişanları quraşdırılaraq minib-düşmə yerləri təşkil edilib.

ADY Bakı-Tbilisi reysi ilə səfər edəcək sərnişinlərə müraciət edib
Bakı-Tbilisi qatarına minik üçün biletlə yanaşı digər sənədlərin təqdim olunması mütləqdir.
Bu barədə "Report" "Azərbaycan Dəmir Yolları"na QSC (ADY) istinadən xəbər verir.
Məlumata əsasən, bu sənədlərə ümumvətəndaş pasportunun əsli (mygov-dan əldə edilmiş rəqəmsal versiya keçərli deyil), Gürcüstan tərəfinin tələblərinə uyğun olaraq sağlamlıq sığortası, 5 yaşadək bir uşaqla səfər üçün onun adına rəsmiləşdirilmiş pulsuz bilet, bir valideynlə səfər edən uşaq (-lar) üçün digər valideynin və ya başqa bir böyüklə (valideynsiz) səfər edən uşaq (-lar) üçün hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi daxildir.
"Qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədləri özünüzlə götürməyi unutmayın. Bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfərinin həyata keçirəcək. Hər bir sərnişinimizə uğurlu yollar arzu edirik!", - ADY-dən bildirilib.

Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 26-31 may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram ərəfəsində və istirahət günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri https://biletim.az/ portalından onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, hazırda portalda 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 361 reys olmaqla 409 nəqliyyat vasitəsi qoşulub. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada "biletim.az" portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Ötən ay ASCO-nun tankerləri ilə 340 min tondan çox yük daşınıb
Bu ilin aprel ayında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) tanker donanması ilə 340,786 ton yük daşınıb.
Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, bu göstərici əvvəlki ayla müqayisədə 37,3 % çoxdur. Belə ki, 2026-cı ilin mart ayında tankerlərlə daşınan yükün həcmi 248,286 ton təşkil edib.
Cari ilin yanvar-aprel ayları ərzində isə ASCO-nun tankerləri ilə ümumilikdə 1,226,025 ton yük daşınıb.

"Biletim.az" portalına yeni funksiya əlavə olunub
Vaxta qənaət və müştəri məmnuniyyətinin təmin edilməsi üçün "biletim.az" üzərindən tətbiqə giriş zamanı "mygov ilə giriş" funksionallığı təmin edilib.
Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, yenilik portal üzərindən qeydiyyat prosesini sürətləndirmək və sərnişinlərin təkrar qeydiyyatlarının qarşısını almaq məqsədi daşıyır.
Bu funksionallıq sayəsində istifadəçilər ilkin qeydiyyat zamanı ad, soyad, doğum tarixi və digər məlumatları doldurmaq əvəzinə portala birbaşa və sürətli giriş imkanı əldə edirlər.
Xatırladaq ki, daha əvvəl portal istifadəçiləri üçün əldə edilən bilet üzrə seçilmiş oturacaq yerinin dəyişdirilməsi və seçilmiş reys üzrə çıxış vaxtının digər reysə (saata) dəyişdirilməsi imkanı da yaradılıb. Bu yenilik sayəsində istifadəçilər əvvəlcədən əldə etdikləri elektron biletlər üzrə yerdəyişmə və ya bilet dəyişdirmə imkanı əldə ediblər.

Bakıda 9 istiqamətdə tıxac müşahidə olunur
Bakının bir sıra yollarında tıxac yaranıb.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
6. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Xaçmaz–Xudat–Yalama avtomobil yolunun 60-cı km-də bərpa işlərinə başlanılıb
Xaçmaz–Xudat–Yalama avtomobil yolunun 60-cı km-də bərpa işlərinə başlanılıb.
Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, selin təsiri nəticəsində yolun zədələnmiş hissəsinin bərpası üçün əraziyə kifayət qədər qüvvə cəlb olunub.
Hazırda ərazidə qazıntı işləri aparılır, fəsadların aradan qaldırılması üçün tədbirlər görülür.
Məqsəd hərəkətin təhlükəsizliyinin təmini və nəqliyyat əlaqəsini tam bərpa etməkdir.
Eyni zamanda, selin yarada biləcəyi risklərin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirilir.
Bərpa işləri Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq davam etdirilir.

WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Mayın 22-də Bakı şəhərində "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində şəhərsalma, iqlimədavamlı urbanizasiya və dayanıqlı inkişaf məsələlərinə dair müzakirələr Forumun son günündə də davam etdirilib.
"Report" xəbər verir ki, WUF13 tədbirinin altıncı günü çərçivəsində çoxsaylı dialoqlar, xüsusi sessiyalar və qrup iclasları təşkil olunub, rəsmi bağlanış mərasimi və bayraq endirmə mərasimi keçirilib. Forum çərçivəsində "Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil" mövzusunda qadınların dəyirmi masası keçirilib. Tədbirdə BMT Baş katibinin müavini Əminə Məhəmməd, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Böyük Britaniya Lordlar Palatasının üzvü, Millətlər Birliyinin 6-cı Baş katibi Patrisiya Skotland iştirak ediblər. Sessiyada qadınların mənzil və torpaq hüquqlarının gücləndirilməsi, inklüziv şəhər inkişafı, təhlükəsiz şəhər mühiti və dayanıqlı urbanizasiya məsələləri müzakirə olunub. Çıxışlarda inklüziv mənzil siyasətlərinin hazırlanmasının, qadınların maliyyə və kredit resurslarına çıxış imkanlarının genişləndirilməsinin, həmçinin onların şəhərsalma və qərarqəbuletmə proseslərində daha fəal iştirakının daha dayanıqlı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılmasında mühüm rol oynadığı qeyd edilib.
WUF13 çərçivəsində keçirilən "Münaqişədən sonrakı şəhər yenidənqurması: Humanitar minatəmizləmənin kritik rolu" mövzusunda sessiyada Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxış edib. Sessiyada postmünaqişə dövründə mina təhlükəsinin bərpa və yenidənqurma prosesinə təsiri, dayanıqlı şəhər inkişafı və əhalinin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunub.
Çıxışında Vüqar Süleymanov mina təhlükəsinin yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində bərpa prosesini ləngitdiyini, inkişaf imkanlarını məhdudlaşdırdığını və insanların təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib. O qeyd edib ki, Azərbaycan 2020-ci ildən etibarən humanitar minatəmizləmə istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib, indiyədək 270 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, 250 mindən artıq mina və partlayıcı qurğu zərərsizləşdirilib. Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində minatəmizləmə fəaliyyəti şəhərsalma, yenidənqurma və inkişaf proseslərinə tam şəkildə inteqrasiya edilib.
Bakının ev sahibliyi etdiyi WUF13 tədbiri çərçivəsində "Urbisiddən dirçəlişə: Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında dayanıqlı bərpa, məskunlaşma və inkişaf" mövzusunda panel müzakirəsi keçirilib. Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov; Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, eləcə də "Chapman Taylor" qrupunun idarə heyətinin direktoru Marselina Zielinski çıxış ediblər. Sessiyada işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi, dayanıqlı məskunlaşma, müasir şəhərsalma yanaşmaları və post-münaqişə dövründə şəhər inkişafı məsələləri müzakirə olunub. Qeyd edilib ki, regionda həyata keçirilən layihələr "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarına uyğun şəkildə icra olunur. Yeni yaşayış məntəqələrində dayanıqlı infrastrukturun qurulması, yaşıl enerji həllərinin tətbiqi, rəqəmsal idarəetmə sistemləri, sosial obyektlərin inşası və əhalinin rahat yaşayışının təmin edilməsi istiqamətində geniş tədbirlər görülür.
Eyni zamanda, WUF13 çərçivəsində yerli xalqların hüquqları ilə bağlı ilk tədbir keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov "Yerli xalqların hüquqları üzrə dəyirmi masa"da çıxışı zamanı bildirib ki, yerli xalqlar bəşəriyyətin mədəni yaddaşını və tarixi irsini yaşadan əsas daşıyıcılardır. O vurğulayıb ki, onların hüquqlarının müdafiəsi təkcə hüquqi və siyasi deyil, həm də mənəvi və humanitar bir öhdəlikdir. Rəvan Həsənov əlavə edib ki, urbanizasiya prosesləri heç bir halda yerli xalqların və etnik icmaların öz kimliyini, dilini və mədəni yaddaşını itirməsinə səbəb olmamalıdır, əksinə, şəhərlər müxtəlif etnik və dini icmaların özlərini təhlükəsiz və bərabərhüquqlu hiss etdikləri inklüziv məkana çevrilməlidir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının son günü çərçivəsində yekun mətbuat konfransı keçirilib. Konfransda BMT Baş katibinin müavini Amina Mohammed, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, və Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero iştirak ediblər.
Anar Quliyev rəsmi bağlanış mərasimində çıxışı zamanı bildirib ki, Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi bu mötəbər tədbir Bakı şəhərini şəhərlərin gələcəyi, mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv inkişaf məsələlərinin müzakirə olunduğu beynəlxalq mərkəzə çevirib. Onun sözlərinə görə, WUF13-ün Bakıda keçirilməsi təkcə region üçün deyil, həm də qlobal urbanizasiya gündəliyi baxımından mühüm hadisə kimi qiymətləndirilir. O qeyd edib ki, altı gün davam edən tədbir çərçivəsində 58 mindən çox iştirakçı qeydə alınıb. Eyni zamanda, müxtəlif ölkələrdən 400-dən çox spiker forumda çıxış edib, onlardan 60 nəfəri isə Azərbaycandan olub.
WUF13-ün milli koordinatoru Anar Quliyev bildirib ki, Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun gələcək ev sahibi ölkələri üçün təşkilati təlimatların hazırlanması məqsədilə UN-Habitat ilə niyyət məktubu imzalayıb. Onun sözlərinə görə, bu təşəbbüs Forumun uzunmüddətli institusional irsinin formalaşdırılmasına töhfə verəcək.
Anaklaudia Rossbax isə çıxışında WUF13-ün rekord sayda iştirakçını bir araya gətirdiyini və qlobal mənzil gündəliyi ilə bağlı vahid mesaj formalaşdırdığını vurğulayıb. Onun sözlərinə görə, tədbirdə çox sayda dövlət başçısı və nazirin iştirakı Sessiyanın beynəlxalq siyasi və institusional önəmini bir daha təsdiqləyir. O əlavə edib ki, WUF13 ərzində ümumilikdə 580-ə yaxın sessiya keçirilib, burada dayanıqlı şəhər inkişafı, iqlim davamlılığı, inklüziv urbanizasiya və gələcəyin şəhərləri ilə bağlı geniş müzakirələr aparılıb. Anaklaudia Rossbax qeyd edib ki, dünya mənzil təminatının gələcəyi həlledici mərhələyə qədəm qoyub və artıq lokal təşəbbüslərdən sistemli transformasiyaya keçid qaçılmazdır.
Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) rekord nəticələr və diqqətçəkən məqamlarla yekunlaşıb. Qlobal şəhərsalma gündəliyinin inkişafı, tərəfdaşlıqların genişlənməsi və gələcək əməkdaşlıq imkanlarının gücləndirilməsi baxımından Forum mühüm platforma rolunu oynayıb. WUF13-də ümumi iştirakçı sayı 176 ölkədən (o cümlədən ən azı 3 000 onlayn iştirakçı olmaqla) 58 000 nəfəri ötüb. Bu göstəricilər Forumun 24 illik tarixində WUF13-ün ən böyük sessiya kimi yadda qalmasına səbəb olub. Forum gender bərabərliyi baxımından da mühüm nəticə əldə edib - iştirakçıların 55 faizdən çoxunu qadınlar və qızlar təşkil edib.
BMT Baş katibinin müavini Amina Mohammed çıxışı zamanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının rəhbərliyinə minnətdarlığını ifadə edib, tədbirin uğurla təşkili üçün Azərbaycan Hökuməti ilə BMT-nin Məskunlaşma Proqramının vahid komanda kimi fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, Azərbaycanın öz ərazilərində həyata keçirdiyi yenidənqurma, davamlı sülh və inkişaf prosesi infrastrukturun bərpası, icmaların reinteqrasiyası və iqtisadi potensialın reallaşdırılması baxımından nümunə kimi dəyərləndirilir.
Forumun əsas nəticəsi isə "Bakı Fəaliyyətə Çağırış" (Baku Call to Action) sənədinin qəbul edilməsi olub. Sözügedən sənəd qlobal mənzil böhranının aradan qaldırılması və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi istiqamətində dövlətlərin, beynəlxalq təşkilatların, şəhərlərin, vətəndaş cəmiyyətinin və ekspertlərin ortaq baxışını əks etdirir. Eyni zamanda, Azərbaycan Respublikası Hökumətinə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə və yaradılmış səmərəli dialoq mühitinə görə təşəkkür ifadə olunub.
Forumun yekunları üzrə qəbul edilən və mühüm irs sənədlərindən biri hesab olunan "Sədrin Xülasəsi" (Chair Summary) şəhərsalma və dayanıqlı inkişaf sahəsində beynəlxalq əməkdaşlığın əsas istiqamətlərini özündə əks etdirib. Sənəddə şəhərlərin dayanıqlılığı, əlçatan mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv şəhərsalma sahəsində praktiki həllərin birgə hazırlanmasının vacibliyi vurğulanır, eyni zamanda qlobal mənzil böhranının aradan qaldırılması istiqamətində beynəlxalq gündəliyin təşviqi ön plana çəkilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dayanıqlı inkişaf, müasir şəhərsalma, post-münaqişə bərpası və qlobal əməkdaşlıq sahələrində həyata keçirdiyi uzaqgörən siyasət və strateji liderlik xüsusi vurğulanıb. WUF13-ün yekun nəticələrinin və "Bakı Fəaliyyətə Çağırış" sənədinin 2026-cı ilin iyul ayında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yeni Şəhər Gündəliyinə dair yüksəksəviyyəli aralıq qiymətləndirmə iclasına da mühüm töhfə verəcəyi gözlənilir.
Qeyd olunub ki, Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə olaraq, ev sahibi ölkənin təşəbbüsü ilə təşkil edilən Liderlər Sammitində 27 dövlət və hökumət başçısı iştirak edib. Forum çərçivəsində 150-dən çox nazir, 130-dan artıq şəhər başçısı, BMT Baş katibinin müavini və bir sıra yüksək səviyyəli rəsmilər təmsil olunub. WUF13-ün əsas yenilikləri sırasında Bakı Urban Mükafatı, Biznes və İnnovasiya Hub-ı, WUF Akademiyası kampusu və Təcrübələr Hub-ı xüsusi yer tutub. Mayın 22-də Bakı Olimpiya Stadionunda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının bağlanış mərasimi keçirilib. Mədəni proqramda milli ritmlər və rəqslər nümayiş olunub, muğam ifa edilib.
Rəsmi bağlanış mərasimi çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun sədrlik funksiyası Azərbaycandan Meksikaya təhvil verilib. Növbəti WUF sessiyasının 2028-ci ildə Mexiko şəhərində keçirilməsi planlaşdırılır.
Tədbirin rəsmi bağlanışını simvolizə edən bayraqların endirilməsi mərasimi də keçirilib. Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət bayraqlarının endirilməsi Bakı Olimpiya Stadionunda baş tutub.

ADB Azərbaycanda relsli şəhər nəqliyyatının inkişafı üçün texniki yardım ayırır
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda relsli şəhər ictimai nəqliyyatının inkişafına dəstək layihəsi üçün texniki yardımın ayrılması imkanını öyrənir.
"Report"un ADB-yə istinadən verdiyi məlumata görə, texniki yardım çərçivəsində Texniki Yardım Xüsusi Fondu vasitəsilə 500 min ABŞ dolları məbləğində vəsaitin ayrılması nəzərdə tutulur.
Texniki yardım əsasən Bakı Metropoliteninin Genişləndirilməsi üzrə İnvestisiya Proqramının hazırlanmasına yönəldilib. Onun ADB-nin ümumilikdə təxminən 1 milyard ABŞ dolları məbləğində resursları hesabına qismən maliyyələşdirilməsi nəzərdə tutulur.
Proqrama 8,3 km uzunluğunda tunellərin çəkilməsi və beş yeni stansiyanın tikintisini əhatə edən metro xəttinin uzadılması daxildir. Texniki yardım hərtərəfli layihələndirmənin zəruri ekspertizasının vaxtında aparılmasını, ekoloji və sosial tələblərə, həmçinin satınalma prosedurlarına uyğunluğun yoxlanılmasını təmin edəcək. Bundan başqa, texniki yardım Bakı Metropoliteni tərəfindən 2030-cu ildən sonrakı dövr üçün şəbəkənin genişləndirilməsinin növbəti mərhələsinin hazırlanmasına, habelə ilkin dəyəri 1 milyard ABŞ dolları (ƏDV nəzərə alınmadan) olan altı dəmir yolu infrastrukturu obyektini əhatə edən Abşeron dairəvi xətti layihəsinin işlənib hazırlanmasında "Azərbaycan Dəmir Yolları" QSC-yə dəstək göstərəcək.
"Son illər ərzində Bakı Metropoliteninin sərnişin axını əhəmiyyətli dərəcədə artıb ki, bu da cari və perspektiv tələbatın təmin edilməsi üçün şəbəkənin genişləndirilməsini və qatarların hərəkət tezliyinin artırılmasını prioritet vəzifəyə çevirir. "Bakı Metropoliteni" QSC iki xəttin - "Yaşıl" və "Bənövşəyi" xətlərin uzadılması üçün təxminən 20 km uzunluğunda tunellərin, 9 yeni stansiyanın ("Yaşıl xətt"də dörd, "Bənövşəyi xətt"də beş), iki deponun inşasını, həmçinin əlavə hərəkət tərkibinin (300 vaqon) alınmasını nəzərdə tutan layihə hazırlayır", - ADB-nin materiallarında qeyd olunur.
Layihənin ümumi ilkin dəyəri 2,6 milyard ABŞ dolları təşkil edir. İnvestisiya proqramının həyata keçirilməsi yollardakı tıxaclar nəticəsində getdikcə daha çox yüklənən paytaxtda metropolitenin əhatə zonasını genişləndirmək üçün zəruridir. (Rəqəmsal) əməliyyat sistemlərinin modernləşdirilməsi ilə birlikdə bu layihə qatarların hərəkət intervalının 2 dəqiqədən 1 dəqiqə 45 saniyəyə qədər azaldılması sayəsində ötürücülük qabiliyyətini hər il 25 milyon sərnişin artırmağa imkan verəcək.
"Hökumət ADB və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) ayrı-ayrılıqda təxminən 1 milyard ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırması üçün müraciət edib. ADB rəqəmsallaşma komponentini və "Bənövşəyi xətt"in (beş stansiya daxil olmaqla) uzadılmasını maliyyələşdirmək niyyətindədir. AIIB deponun tikintisinin (birinci mərhələ olaraq göstərilən) və "Yaşıl xətt"in (dörd stansiya daxil olmaqla) uzadılmasının maliyyələşdirilməsini öz üzərinə götürəcək. Layihənin icra müddəti 7 il olacaq", - bankın məlumatında bildirilir.
Kredit layihəsi Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər üçün Dövlət Proqramının ayrılmaz hissəsidir. Proqram 2040-cı ilə qədər Bakının Baş Planı çərçivəsində paytaxtın və qonşu ərazilərin nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına, iqtisadi artımın stimullaşdırılmasına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəldilib. Layihə milli, regional və bələdiyyə səviyyələrində əsas iştirakçıların sıx qarşılıqlı əlaqəsi çərçivəsində hazırlanır və həyata keçiriləcək; onun təməlində ekoloji cəhətdən daha təmiz, inklüziv və iqtisadi cəhətdən inkişaf edən şəhər məkanının yaradılmasına kompleks yanaşma dayanır. Dövlət büdcəsindən maliyyələşdirilən genişləndirmənin hərtərəfli layihələndirilməsinə 2025-ci ilin əvvəlində topoqrafik tədqiqatların aparılması, marşrut xətlərinin və konseptual memarlıq həllərinin işlənib hazırlanması ilə başlanılıb və işlərin 2026-cı ildə başa çatacağı gözlənilir.
"Təklif olunan texniki yardım ADB-nin hərtərəfli yoxlama, ilk növbədə, ətraflı layihələndirmənin ekspertizası, sosial və ekoloji standartlar (hər iki istiqamət A kateqoriyası üzrə təsnif edilib), eləcə də satınalma prosedurları ilə bağlı tələblərin yerinə yetirilməsinə zəruri dəstəyi təmin edəcək. Bakı Metropoliteninin 2030-2040-cı illər üçün strategiyasında "Bənövşəyi xətt"in gələcəkdə uzadılmasının nəzərdə tutulduğunu nəzərə alaraq, texniki yardım ADB-nin potensial kredit layihəsi çərçivəsində müvafiq işlərin hazırlanmasına da töhfə verəcək", - bankdan bidirilib.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollarından çox investisiya yatıraraq 145 layihəni maliyyələşdirib. Bunun təxminən 4 milyard dolları dövlət sektoruna, 1 milyard dolları isə özəl sektora yönəldilib. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dolları, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları kredit ayırıb.
ADB 1966-cı ildə təsis edilib. Onun baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Bankda 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 ölkə təmsil olunur.

AYNA: WUF13 çərçivəsində 179 minə yaxın sərnişin daşınıb
Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində HUB-lar və tədbir məkanı arasında avtobuslarla 10 220 səfər yerinə yetirilib və 179 000-ə yaxın sərnişin daşınıb.
Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, WUF13 çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərib. Daşımalara başlayandan (12-22 may tarixlərində) ümumilikdə 180 avtobus cəlb olunub.
Qeyd edək ki, sözügedən marşrutların idarə olunması və nəqliyyat əməliyyatlarının icrası AYNA-nın Monitorinq Mərkəzi tərəfindən 24/7 rejimində izlənilib. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti də daxil olmaqla 1 500-ə yaxın əməkdaş cəlb olunub.

BMT baş katibinin müavini "ASAN xidmət"də
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin müavini Amina Mohammed "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa dövlət agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Həmçinin dövlət agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə "Qlobal Hökumət Mükəmməlliyi Mükafatı" Proqramı çərçivəsində "Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti" seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən "ASAN xidmət" modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.
Azərbaycan hökuməti ilə BMT arasında imzalanan Töhfə Sazişinin əhəmiyyəti də xüsusi vurğulanıb. Saziş çərçivəsində BMT-yə üzv ölkələrdə "ASAN xidmət" modeli əsasında dövlət xidmətlərinin göstərilməsi üçün innovasiyaların tətbiqi və müvafiq sahə üzrə potensialın inkişafı nəzərdə tutulur və bununla da BMT Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş "ASAN xidmət" konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və təşkilata üzv dövlətlərə təşviq edir.
Baş katibin müavini görüş çərçivəsində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.

Bakı–Tbilisi–Bakı qatarında uşaqlar üçün endirimli səfər şərtləri açıqlanıb
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı–Tbilisi–Bakı qatarında 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə pulsuz, 5–10 yaş arası uşaqlar isə səyahət sinifi, alış tarixi və mövsümdən asılı olaraq 50 %-dək endirimlə səfər edə bilərlər. Bu barədə "Report" ADY-yə istinadən xəbər verir. Əsas qaydalara əsasən 5 yaşadək bir uşaq üçün nəzərdə tutulan pulsuz bilet mütləq şəkildə rəsmiləşdirilməlidir. "Uşaqla birgə səyahət etibarlılıq müddəti olan pasport əsasında həyata keçirilir. Uşaq yalnız 1 valideynlə səfər edirsə, digər valideynin, yaxud valideyn olmayan böyük şəxslə yola çıxırsa, hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsinin təqdim edilməsi vacibdir", - məlumatda deyilir. Bakı–Tbilisi–Bakı qatarına biletləri ADY-nin saytından, "ADY Mobile" tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək mümkündür.

-
report.az
- Bakının daha bir ünvanında ödənişsiz parklanma məntəqələri və minib-düşmə yerləri yaradılıb
Bakının daha bir ünvanında ödənişsiz parklanma məntəqələri və minib-düşmə yerləri yaradılıb
Bakının Sabunçu rayonunun Əsildar Məmmədəliyev küçəsində yerləşən Sabunçu Tibb Mərkəzinin qarşısında ödənişsiz parklanma məntəqələri və 3 minib-düşmə yeri yaradılıb.
Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Sözügedən ünvanda parklanma tələbatı və tibb müəssisəsinə gələn axın nəzərə alınaraq "5.15"–"duracaq yeri" yol nişanı quraşdırılmaqla ödənişsiz parklanma məntəqələri, həmçinin "3.28"–"durmaq qadağandır" yol nişanı quraşdırılmaqla 3 minib-düşmə yeri yaradılıb. Eyni zamanda "5.14"–"minik taksilərinin duracaq yeri" yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.
Bu, xaotik vəziyyətin və nizamsız parklanmanın tənzimlənməsi, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təşkil olunub",- məlumatda deyilir.

-
report.az
- Milli koordinator: "Bakı Şəhərsalma Mükafatı" Meksikada keçiriləcək növbəti forumda təqdim olunacaq" - EKSKLÜZİV
Milli koordinator: "Bakı Şəhərsalma Mükafatı" Meksikada keçiriləcək növbəti forumda təqdim olunacaq" - EKSKLÜZİV
Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təsis olunmuş "Bakı Şəhərsalma Mükafatı" Meksikada keçiriləcək növbəti forumda təqdim olunacaq.
Bunu "Report"a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib.
"Nüfuzlu dünya memarlarından ibarət münsiflər heyəti yaradılacaq. Xüsusilə mənzil təminatına üstünlük verilən ən yaxşı şəhərsalma layihələri qiymətləndirilərək mükafatlandırılacaq. Bakıda keçirilən forumun təşkili artıq beynəlxalq səviyyədə nümunə kimi qəbul olunur. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) "Bakı standartları" anlayışını qəbul edib. Bu, mənim və təşkilatın icraçı direktorunun birlikdə imzaladığı niyyət məktubunda əksini tapıb", - deyə o qeyd edib.
A. Quliyev əlavə edib ki, həmin standartlar əsasında gələcək ev sahibi ölkələr üçün xüsusi təlimatlar hazırlanacaq: "UN-Habitat ilə birlikdə bu sənəd üzərində iş aparılacaq. Meksikanın da bizdən istəyə biləcəyi hər hansı dəstəyi göstərməyə hazır olduğumuzu artıq elan etmişik".

Anar Quliyev: "Bakı standartları" növbəti WUF-lar üçün əsas olacaq" - EKSKLÜZİV
"Bakı standartları" Ümümdünya Şəhərsalma Forumunun (WUF) növbəti sessiyalarının keçirilməsi üçün əsas olacaq.
Bunu "Report"a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib.
Onun sözlərinə görə, Bakıda keçirilən 13-cü sessiya çərçivəsində imzalanmış memorandumlar və əldə olunmuş razılaşmalar gələcək forumların gündəliyində də nəzərə alınacaq.
"Azərbaycan ilə Keniyanın müvafiq nazirliyi arasında memorandum imzalanıb. Eyni zamanda türkdilli dövlətlərin aidiyyəti nazirləri arasında əməkdaşlıq memorandumu da imzalanıb. Amma bunlar forum çərçivəsində əldə olunmuş əlavə nəticələrdir. Forumun əsas nəticələri nazirlərin iclasının yekun sənədində və "Call to Action" adlı çağırış sənədində əksini tapıb. Bu sənəd bütün dünya ölkələrinə, BMT-yə üzv dövlətlərə mənzil təminatı sahəsində problemlərin həlli ilə bağlı çağırışdır. Azərbaycan ilk dəfə olaraq WUF çərçivəsində xüsusi şəhərsalma mükafatının təsis olunmasını təklif edib. BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) müxtəlif mükafatları var idi, amma WUF-la bağlı ayrıca mükafat yox idi. Azərbaycan belə bir təşəbbüs irəli sürdü ki, forum çərçivəsində ən yaxşı şəhərsalma layihələri təqdim olunsun və onlar mükafatlandırılsın".

-
report.az
- WUF13-ün keçirildiyi BOS-da BMT və Azərbaycan bayraqlarının endirilməsi mərasimi keçirilib
WUF13-ün keçirildiyi BOS-da BMT və Azərbaycan bayraqlarının endirilməsi mərasimi keçirilib
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkil olunduğu Bakı Olimpiya Stadionunda (BOS) mayın 22-də Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi bayrağının və Azərbaycanın Dövlət Bayrağının endirilməsi mərasimi keçirilib.
"Report" xəbər verir ki, bayraqların endirilməsi mərasimi forumun rəsmi olaraq yekunlaşdığını simvolizə edib.
Xatırladaq ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçirilib.

Qonsales: Bakıdakı WUF13 sessiyası həqiqətən inklüziv və iştirak üçün açıq idi
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) həqiqətən inklüziv və iştirak üçün açıq idi.
"Report" xəbər verir ki, bu barədə Mexikonun beynəlxalq məsələlər üzrə Baş koordinatoru Rosio Lombera Qonsales bağlanış mərasimində bildirib.
XƏBƏR YENİLƏNİR

WUF13-də "Bakı Fəaliyyət Çağırışı" imzalanıb - DƏYMƏ
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bakı Fəaliyyət Çağırışı" imzalanıb.
"Report" xəbər verir ki, imzalanma WUF13-ün bağlanış mərasimində baş tutub.

Qonsales: Meksika Bakıdan çoxlu sayda ideya ilə qayıdır
Meksika Bakıdan çoxlu sayda ideya ilə qayıdır.
"Report" xəbər verir ki, bu barədə Mexikonun beynəlxalq məsələlər üzrə baş koordinatoru Rosio Lombera Qonsales Bakıda WUF13-ün bağlanış mərasimində bildirib.
Xəbər yenilənir

Naxçıvanda İcazə blankları yeni ünvanda veriləcək
Naxçıvan şəhərində sahibkarlıq subyektlərinə xidmətlərin göstərilməsi yeni ünvanda təşkil edilir.
Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, mayın 23-dən Naxçıvan şəhəri, Atatürk küçəsi 1 ünvanında yerləşən Mərkəzi Poçt şöbəsində daşıyıcılara avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün xarici ölkələrin İcazə blanklarının verilməsi xidməti göstəriləcək.
Yeni ünvanda xidmətlərin təqdim edilməsi sahibkarlıq subyektlərinə bu xidmətlərə asan və rahat çıxışı təmin edir.
Qeyd edək ki, sahibkarlara göstərilən xidmətlərin şəffaflığının təmin edilməsi məqsədilə AYNA tərəfindən əvvəlki dövrlərdə Bakı, Gəncə, Xaçmaz və Yevlax KOB evlərində, həmçinin "Azərpoçt" MMC-nin Lənkəran rayon filialında icazə blanklarının verilməsi xidməti təşkil olunub.
Uçotun təşkili, eləcə də bu sahədə nəzarətin elektron qaydada təmin edilməsi məqsədilə daşıyıcılara İcazə blanklarını permits.ayna.gov.az sistemi üzərindən sifariş etmələri tövsiyə olunur.

UN-Habitat rəsmisi: WUF13 yalnız müzakirələrlə məhdudlaşmadı
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) yalnız müzakirələrlə məhdudlaşmadı.
"Report" xəbər verir ki, bunu UN-Habitat-ın Gənclər Məsləhət Şurasının üzvü Jonathan Oriki Some Bakıda WUF13-ün bağlanış mərasimindəkı çıxışında deyib.
Onun sözlərinə görə, bu forum dünyaya lazım olan transformativ dəyişiklikləri yönləndirəcək praktiki yollar və aydın mexanizmlər təqdim etdi:
"Biz bir daha bildik ki, yalnız ambisiyalarla evlər tikmək, şəhərlər qurmaq və gələcək yaratmaq olmaz. Bu gün şəhər uşaqlarının hər dördündən biri qeyri-formal yaşayış məntəqələrində böyüyür. Milyonlarla gəncin arzuları və gələcəyi şəhərlərdəki yaşam şəraitinin problemləri səbəbindən zədələnir. Bu forum boyunca, eləcə də Uşaqlar və Gənclər Assambleyası və dəyirmi masa müzakirələrində gənclər mənzili ləyaqət, təhlükəsizlik və aidiyyət hissinin qapısı kimi müəyyən ediblər. Mənzil təhsil, səhiyyə, təhlükəsizlik və gənclər üçün imkanlarla əlaqəli olmalıdır".

-
report.az
- Baş katib: "Şəhərlərin qurucuları icmalardır və onlar iqlim böhranına qarşı ilk reaksiyanı verir"
Baş katib: "Şəhərlərin qurucuları icmalardır və onlar iqlim böhranına qarşı ilk reaksiyanı verir"
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı aydın olub ki, şəhərlərin qurucuları məhz icmalardır və onlar iqlim böhranına qarşı ilk reaksiya verənlərdir.
"Report" xəbər verir ki, bunu Asiya Mənzil Hüquqları Koalisiyasının Baş katibi Lajana Manandhar tədbirin bağlanış mərasimində bildirib.
"Vətəndaş cəmiyyəti, yerli hərəkatlar və qeyri-rəsmi məskunlaşma yerlərinin təmsilçiləri olaraq, Azərbaycan hökumətinə və Azərbaycan xalqına göstərdiyiniz sevgi, qayğı və çox isti qonaqpərvərliyə, eləcə də az öncə təqdim olunan heyranedici mədəni proqrama görə dərin minnətdarlığımızı bildirmək istəyirik", - o vurğulayıb.
Qonağın sözlərinə görə, dünyada 1 milyarddan çox insan qeyri-rəsmi məskunlaşma yerlərində yaşayır: "Təxminən 3 milyard insan isə adekvat sığınacaqdan məhrumdur. Lakin bu həftə keçirilən yerli icmalar və vətəndaş cəmiyyətinin assambleyasında, dəyirmi masa müzakirələrində aydın olub ki, şəhərlərimizin qurucuları məhz icmalardır. İcmalar iqlim böhranına qarşı ilk reaksiya verənlərdir. Daşqınlar artanda, köçürülmə təhlükəsi yarandıqda və mənzil qiymətləri kəskin artanda, bu çətinliklərlə üzləşən və onlara cavab verən məhz yerli icmalar, xüsusən də qadınlar və gənclərdir. Biz bu forum zamanı müəyyən etdik ki, mənzil əsas insan hüququdur. Mənzil ictimai nemətdir. Lakin kağız üzərindəki hüquq köçürülmə ilə üzləşən və ya evindən çıxarılan bir ailə üçün heç bir məna kəsb etmir. Əsl şəhər yenilənməsi sosial ədalətə əsaslanmalıdır. Əgər şəhər yenilənməsi həmin icmaya ruhunu verən insanları köçməyə məcbur edirsə, bu, əsl inkişaf sayıla bilməz".

Anna Falu WUF13-ün keçirilməsinə görə Azərbaycana dərin təşəkkür edib
"Latın Amerikası Qadınlar və Yaşayış Mühiti" Şəbəkəsinin həmtəsisçisi Anna Falu Bakıda Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsinə görə Azərbaycana dərin minnətdarlığını bildirib.
"Report" xəbər verir ki, o bunu forumun bağlanış mərasimində vurğulayıb.
Xəbər yenilənir

-
report.az
- Anar Quliyev: "Adekvat mənzil təminatına güclü beynəlxalq əməkdaşlıq sayəsində nail olmaq mümkündür"
Anar Quliyev: "Adekvat mənzil təminatına güclü beynəlxalq əməkdaşlıq sayəsində nail olmaq mümkündür"
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) göstərib ki, adekvat mənzil təminatına və dayanıqlı icmalara yalnız birgə məsuliyyət, əlaqələndirilmiş fəaliyyət və güclü beynəlxalq əməkdaşlıq sayəsində nail olmaq mümkündür.
Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev tədbirin bağlanış mərasimində bildirib.
Onun sözlərinə görə, bu günlər ərzində Bakı qlobal çağırışların həllində həmrəyliyin, tərəfdaşlığın və effektiv çoxtərəfli əməkdaşlığın vacibliyini bir daha nümayiş etdirib: "WUF13 başa çatsa da, burada – Bakıda möhkəmlənən tərəfdaşlıqlar, əsası qoyulan təşəbbüslər və yenidən təsdiqlənən öhdəliklər bu forumdan kənarda da davam edəcək. Ümid edirik ki, bu müzakirələr, imkanlar və təklif olunan həll yolları konkret fəaliyyətlərə çevriləcək, həmçinin dünya üzrə 3,4 milyard insana təsir edən mənzil və evsizlik problemlərinin həllinə töhfə verəcək. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 25-ci maddəsində vurğulandığı kimi, mənzil təminatı bir insan hüququdur və bu hüquq hamının rifahı üçün təmin edilməlidir".

Dövlət Komitəsinin sədri: "WUF13-ü 1 000-dən çox media nümayəndəsi işıqlandırıb"
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) 1 000-dən çox media nümayəndəsi işıqlandırıb.
Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev tədbirin bağlanış mərasimində bildirib.
"Geniş media əhatəli olaraq dayanıqlı urbanizasiya və beynəlxalq əməkdaşlıq məsələlərinin qlobal səviyyədə təşviqinə töhfə verib. Forum dünyanın müxtəlif ölkələrində geniş auditoriyaya çatdırılıb", - deyə o qeyd edib.

Milli koordinator: "WUF13 ölkədə geniş ictimai iştirak platformasına çevrilib"
Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Bakı Şəhər Həftəsi" tədbirləri ölkənin 9 şəhərini əhatə edib, tədbir ölkə üzrə geniş ictimai iştirak platformasına çevrilib.
Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev tədbirin bağlanış mərasimində bildirib.
"Forum zamanı keçirilən 55 tədbir və festivallarda ümumilikdə 115 mindən çox iştirakçı iştirak edib. Təşəbbüs dayanıqlı şəhərsalma ilə bağlı müzakirələrin daha geniş auditoriyaya çatdırılmasına imkan yaradıb. WUF13 yalnız konfrans məkanı ilə məhdudlaşmayıb", - deyə o qeyd edib.

Anar Quliyev: "WUF13 şəhərsalma problemlərinin qlobal səviyyədə önəmini vurğulayır"
Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) proqramının miqyası, rəngarəngliyi şəhərsalma məsələlərinin qlobal əhəmiyyətinin artdığını aydın şəkildə nümayiş etdirib.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bu gün keçirilən bağlanış mərasimində bildirib.
Onun sözlərinə görə, forum çərçivəsində dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar, assambleyalar və tərəfdaşların təşkil etdiyi tədbirlər daxil olmaqla, 400-dən çox tədbir keçirilib: "Forumun əsas sessiyalarında 125 ölkədən 400 spiker çıxış edib. Forumun əsl gücü onun inklüzivliyindədir. WUF şəhərlərin və icmaların gələcəyinin formalaşdırılmasında cəmiyyətin müxtəlif qruplarını bərabərhüquqlu tərəfdaşlar kimi bir araya gətirir. Bu baxımdan, WUF13-ün böyük ölçüdə maraqlı tərəflərin rəhbərlik etdiyi və WUF prosesinin inklüziv və iştirakçı təbiətini tam əks etdirən bir forum olmasından məmnunuq".
Sədr əlavə edib ki, WUF13-də əsas yeniliklərdən biri startapların, özəl sektor nümayəndələrinin, investorların, novatorların, hökumətlərin və inkişaf tərəfdaşlarının dialoq və əməkdaşlıq etməsi üçün xüsusi platforma təmin edən Biznes və İnnovasiya Mərkəzinin yaradılması idi: "WUF13-ün əsas xüsusiyyətlərindən biri forumun 34 000 kvadratmetrdən çox ərazini əhatə edən dinamik və hərtərəfli tərkib hissəsi olan şəhərsalma sərgisi (Urban Expo) idi. Ümumi sərgi sahəsi 10 000 kvadratmetrdən çox olan sərgi Ümumdünya Şəhərsalma Forumuna qlobal marağın artdığını nümayiş etdirib. Ümumilikdə, 81 ölkədən 260 təşkilat hökumətləri, akademik dairələri, vətəndaş cəmiyyətini, dövlət qurumlarını və özəl sektoru təmsil edən 122 stend və pavilyonla iştirak edib. Azərbaycan Pavilyonu memarlıq irsi, dayanıqlı şəhərsalma, insan mərkəzli şəhərlər, mənzil, ətraf mühitin mühafizəsi, Bakı 2040 Baş Planı, Böyük Qayıdış Proqramı, ağıllı şəhərlər və kəndlər, turizm mövzularına həsr olunmuş tematik zonalar vasitəsilə ölkənin baxışını və nailiyyətlərini təqdim edib".

WUF13-də Yeni Şəhər Gündəliyinin icrasına dair müzakirələrin nəticələri açıqlanıb
Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Azərbaycan Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin nəzərdən keçirilməsi prosesində fəal iştirak edib.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bu gün keçirilən bağlanış mərasimində bildirib.
"Prosesə qatılmış 111 ölkədən 80-i nazirlər səviyyəsində təmsil olunub. Nazir səviyyəli görüşdən sonra mənzil təminatı, iqlim dəyişiklikləri, dayanıqlılıq, sosial inklüzivlik və çoxtərəfli əməkdaşlıq mövzularında tematik panellər keçirilib. Müzakirələr daha interaktiv və həll yönümlü dialoq platforması yaradıb. Səsləndirilən praktiki tövsiyələr və fikir mübadiləsi ilin sonuna qədər BMT Baş Assambleyasında keçiriləcək Yeni Şəhər Gündəliyinin yüksək səviyyəli icmalına hazırlıq baxımından mühüm rol oynayıb".
A. Quliyev bildirib ki, WUF13 indiyə qədər keçirilmiş ən böyük forum olub: "Forumda 176 ölkədən 58 044 iştirakçı təmsil olunub ki, bu da inklüziv dialoqun gücünü nümayiş etdirib. Nazirlər WUF13-ün hazırlanması zamanı tətbiq olunan innovativ yanaşmanı, həmçinin ilk dəfə tətbiq edilən "Liderlərin sammiti" formatını yüksək qiymətləndiriblər. Bu çərçivədə Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında gələcək Dünya Şəhərsalma Forumlarının təşkili üzrə əməliyyat təlimatlarının hazırlanması istiqamətində əməkdaşlıq niyyəti də alqışlanıb".

Bakı-Tbilisi qatarında çəkisi 23 kq olan baqajı pulsuz aparmaq mümkün olacaq
Bakı-Tbilisi-Bakı sərnişin qatarında Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq mümkün olacaq. "Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir. Məlumata görə, kiçik əl yükü üçün də ödəniş tələb olunmur. "Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər", - deyə məlumatda qeyd olunub.

-
report.az
- Dövlət Komitəsinin sədri: "WUF13 inklüziv iştirak və konkret nəticələri ilə yadda qalacaq"
Dövlət Komitəsinin sədri: "WUF13 inklüziv iştirak və konkret nəticələri ilə yadda qalacaq"
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) təkcə miqyası ilə deyil, həm də innovativ formatlar, inklüziv iştirak və konkret nəticələri ilə yadda qalacaq.
Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev tədbirin bağlanış mərasimində bildirib.
"Forumda qlobal mənzil böhranının həllinin səmərəli çoxtərəflilik, daha möhkəm tərəfdaşlıqlar, innovativ maliyyələşdirmə və bütün səviyyələrdə koordinasiyalı fəaliyyət tələb etdiyini də vurğuladıq. Prezidentiİlham Əliyevin təşəbbüsü ilə WUF tarixində ilk dəfə keçirilən Liderlər sammiti WUF13-ün ən əlamətdar məqamlarından birinə çevrilib. 27 dövlət və hökumət başçısının, yüksək səviyyəli qonaqların və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı qlobal şəhərsalma gündəliyinin irəli aparılmasına, dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, eləcə də hər kəs üçün adekvat mənzil və dayanıqlı icmaların təmin olunmasına dair ortaq öhdəliyi nümayiş etdirib", - o vurğulayıb.

Milli koordinator: "WUF13 əsl qlobal platforma olub"
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) şəhərlər və icmalarının gələcəyi barədə dialoq, tərəfdaşlıq və kollektiv düşüncə üçün əsl qlobal platforma olub.
Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev tədbirin bağlanış mərasimində bildirib.
"Hər hansı bir qlobal tədbirin əsl uğurunun yalnız yekun nəticələrlə deyil, həm də yaratdığı insani əlaqələrlə ölçüldüyünü vurğulamaq istərdim. Biz bütün iştirakçılara, tərəfdaşlara, təşkilatçılara, tərcüməçilərə, texniki heyətə, xidmət təminatçılarına, habelə dövlət, özəl və vətəndaş cəmiyyəti institutlarımıza eyni dərəcədə minnətdarıq. Məhz sizin kollektiv ruhunuz bu foruma əsl mənasını verib, inklüzivliyi canlandırıb və dialoqu ortaq fəaliyyətə çevirib", - deyə sədr qeyd edib.
O əlavə edib ki, WUF13-ün mövzusu mənzil məsələsini qlobal şəhərsalma gündəliyinin mərkəzinə qoyub və bir daha təsdiqləyib ki, adekvat, əlverişli, təhlükəsiz və dayanıqlı mənzillə təminat dövrümüzün ən mühüm çağırışlarından biri olaraq qalır: "Forum boyu aparılan müzakirələr göstərib ki, mənzil təkcə insanların təməl ehtiyacı deyil, həm də ləyaqətin, dayanıqlığın, sosial inklüzivliyin, iqtisadi imkanların və dayanıqlı şəhər inkişafının təməlidir".

Anar Quliyev: "WUF13 dayanıqlı şəhər gələcəyinə dair ortaq platformaya çevrilib"
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dayanıqlı şəhər gələcəyinə dair ortaq platformaya çevrilib.
Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev tədbirin bağlanış mərasimində bildirib.
Onun sözlərinə görə, WUF13-ün uğurla keçirilməsində BMT Baş katibinin müavini Amina Məhəmmədin iştirakı, eləcə də BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı direktoru Annaklaudia Rossbaxın liderliyi və tərəfdaşlığı mühüm rol oynayıb.
"Bu möhkəm tərəfdaşlıq sayəsində WUF13 inklüzivliyi, dialoqu və dayanıqlı şəhər gələcəyinə dair ortaq öhdəliyimizi əks etdirən bir platformaya çevrildi", - deyə sədr əlavə edib.
Onun sözlərinə görə, forumun yüksək səviyyədə təşkili məhz komandanın fədakarlığı və operativ fəaliyyəti nəticəsində mümkün olub: "Siz müstəsna fədakarlığınız və yorulmaz səylərinizlə arzuları nailiyyətə çevirdiniz, bu qədər genişmiqyaslı, rəngarəng və əhəmiyyətli forumun yüksək səviyyədə keçirilməsini təmin etdiniz".

BMT rəsmisi: WUF13 kritik dərəcədə mühüm bir dövrdə keçirilib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) kritik dərəcədə mühüm bir dövrdə keçirilib.
"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Amina Mohammed WUF13-ün bağlanış mərasimində bildirib.
Xəbər yenilənir

-
report.az
- Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir
Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir
Azərbaycan son illərdə iqtisadiyyatın şaxələndirilməsinə və davamlı artımın təmin edilməsinə yönəlmiş irimiqyaslı iqtisadi təşəbbüslərin həyata keçirilməsini aktivləşdirib.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov bu gün Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında çıxış edərkən bildirib.
"Bu gün Azərbaycan dayanıqlı və hərtərəfli inkişaf yolu ilə inamla irəliləyir. Sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sahəsi və iqtisadiyyatın yüksək texnologiyalı sahələri ardıcıl olaraq inkişaf edir", - o qeyd edib.
Baş nazirin sözlərinə görə, dövlət siyasətinin əsas prioritetlərindən biri "yaşıl enerji"nin inkişafı olaraq qalır: "Bərpa olunan enerji mənbələri sahəsindəki irimiqyaslı layihələr təkcə ekoloji dayanıqlığın möhkəmlənməsinə kömək etmir, həm də ölkənin investisiya və ixrac potensialının genişlənməsinə xidmət edir".
Ə.Əsədov vurğulayıb ki, "yaşıl enerji zonaları"nın yaradılması, müasir infrastruktur həllərinin, innovativ texnologiyaların və "ağıllı şəhər"lər və "ağıllı kənd"lər konsepsiyalarının tətbiqi ilə dayanıqlı inkişafın keyfiyyətcə yeni modelinin həyata keçirildiyi Qarabağ bölgəsinin bərpasına xüsusi diqqət yetirilir.
"Artıq bu gün region iqtisadi fəallıq, investisiyalar və dayanıqlı inkişaf üçün mühüm məkana çevrilir", - o əlavə edib.
Ə.Əsədov qeyd edib ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən etibarlı nəqliyyat və logistika qovşağı rolunu möhkəmləndirir: "İrimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı ölkənin tranzit potensialının genişlənməsinə və logistik qarşılıqlı əlaqənin gücləndirilməsinə kömək edir".
Baş nazir diqqətə çatdırıb ki, Azərbaycan son illərdə iqtisadiyyatın şaxələndirilməsinə və davamlı artımın təmin edilməsinə yönəlmiş irimiqyaslı iqtisadi təşəbbüslərin həyata keçirilməsini aktivləşdirib:
"2025-ci ilin dekabrında texnoloji sektorun, innovasiyaların və rəqəmsal transformasiyanın sürətli inkişafını nəzərdə tutan 2026–2029-cu illər üçün Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası təsdiq edilib. Bütövlükdə bu təşəbbüslər, qeyri-neft sektorunun davamlı artımı və beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, Azərbaycanın texnologiyalara, infrastrukturun inkişafına və regional inteqrasiyaya yönəlmiş yeni iqtisadiyyat modelinin formalaşmasına kömək edir".

Patrisiya Skotlend: Mənzil sektoru iqtisadi aktiv kimi nəzərdən keçirilməlidir
Mənzil sektoru sosial xərc kimi deyil, əhəmiyyətli özəl kapital cəlb edə bilən iqtisadi aktiv kimi qəbul edilməlidir.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Lordlar Palatasının üzvü, Millətlər Birliyinin sabiq baş katibi Patrisiya Skotlend Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
Xəbər yenilənir

Əbu Naser Huda: İƏT ölkələrində urbanizasiya sürətlənir
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrində urbanizasiya sürətlənir və 2035-ci ildə əhalinin 58 %-i şəhərlərdə yaşayacaq.
"Report" xəbər verir ki, bu barədə SESRIC-in (İƏT-in Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzi) İnformasiya və informasiya texnologiyaları departamentinin direktoru Əbu Naser Huda Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhər inkişafında yaşıl texnologiyalar: dayanıqlı və dözümlü şəhərlərə keçidin sürətləndirilməsi" adlı sessiyada bildirib.
Onun sözlərinə görə, şəhər əhalisinin payı artıq 2014-cü ildəki 48,7 %-dən 2023-cü ildə 52,7 %-ə qədər artıb və proqnozlara əsasən, 2035-ci ilə qədər 58 %-ə çatacaq:
"Belə sürətli artım mənzil təminatı, nəqliyyat, su təchizatı, energetika və tullantıların idarə olunması sistemlərinə nəhəng yük yaradır".
O, İƏT ölkələrini təxirəsalınmadan şəhər inkişafının ağıllı və dayanıqlı modellərinə keçməyə çağırıb.

-
report.az
- Səbinə Salmanova: Şəhərsalma məsələsi yalnız tikinti və infrastruktur anlayışı ilə məhdudlaşmır
Səbinə Salmanova: Şəhərsalma məsələsi yalnız tikinti və infrastruktur anlayışı ilə məhdudlaşmır
Postmünaqişə dövründə şəhərsalma məsələsi yalnız tikinti və infrastruktur anlayışı ilə məhdudlaşmır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Postmünaqişə dövründə yaşıl şəhərsalmada qadınların rolu və mina təhlükəsizliyi" adlı sessiyada deyib.
O bildirib ki, bu, dövlət siyasəti, milli təhlükəsizlik, sosial rifah, ekoloji məsuliyyət və milli kimliyin qorunması məsələsidir:
"Möhtərəm Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin əsas məqsədi ölkənin bütün bölgələrində dayanıqlı, təhlükəsiz və insan mərkəzli yaşayış mühitinin formalaşdırılmasıdır. Son illərdə ölkəmizin müxtəlif bölgələrində həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, yeni yaşayış kompleksləri, sosial obyektlər, məktəblər, xəstəxanalar, parklar və yol layihələri Azərbaycanın müasir şəhərsalma modelinin əsas istiqamətlərini təşkil edir".
Deputat qeyd edib ki, bu modelin ən mühüm xüsusiyyətlərindən biri isə milli dəyərlərlə müasir inkişaf prinsiplərinin vəhdətidir:
"Azərbaycanda həyata keçirilən şəhərsalma siyasəti yalnız yeni binaların tikilməsi deyil, eyni zamanda, tarixi-mədəni irsin qorunması, milli memarlıq elementlərinin yaşadılması və şəhərlərin milli kimliyinin saxlanılması deməkdir. Bu yanaşma xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq prosesində daha aydın görünür. İşğaldan azad edilmiş ərazilərdə yeni şəhərlər və kəndlər salınarkən tarixi irsin qorunmasına, milli memarlıq ənənələrinin yaşadılmasına və ekoloji tarazlığın təmin olunmasına xüsusi diqqət yetirilir".

-
report.az
- Kosta-Rika yeni şəhərsalma məcəlləsi üçün texniki-institusional potensialı gücləndirməyi vacib sayır
Kosta-Rika yeni şəhərsalma məcəlləsi üçün texniki-institusional potensialı gücləndirməyi vacib sayır
Yeni şəhərsalma məcəllələri üçün texniki və institusional potensialın gücləndirilməsi vacibdir.
"Report" xəbər verir ki, bunu Kosta-Rika Mühəndis və Memarlar Federasiyasının (Colegio Federado de Ingenieros y de Arquitectos de Costa Rica - CFIA) əməkdaşı Laura Parras Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yerli iqtisadi inkişaf və mənzil təminatı. İnklüziv və dayanıqlı şəhərlərin qurulması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, tənzimləməyə iqlim dəyişikliyi, uyğunlaşma və dayanıqlıq kimi yeni və hazırda formalaşmaqda olan yanaşmaların daxil edilməsi avtomatik olaraq mütəxəssislərə ehtiyacı da artırır: "Yəni biz yalnız yeni məcəllə hazırlamırıq, eyni zamanda paralel şəkildə mütəxəssislərin yetişdirilməsinə, metodologiyaların yenilənməsinə və bələdiyyələrin institusional potensialının gücləndirilməsinə də başlamalıyıq. Bu çərçivədə onlara öz bələdiyyələrində tətbiq etməli olduqları yeni məcəllə və təlimatlar təqdim olunacaq. Eyni zamanda, müxtəlif sektorların rəhbər qurumları ilə birgə işləyən texniki qrupların da potensialının artırılması vacibdir".
"Konkret addımlara gəldikdə, mühəndis və memarların Federal Kollegiyasından başlayaraq texniki normativlərin davamlı yenilənməsi nəzərdə tutulur. Bu məqsədlə mövcud məcəllələrin yenilənməsini təmin edən komissiya fəaliyyət göstərir və eyni yanaşma iqlim dəyişikliyinə uyğunlaşma məcəlləsinə də şamil olunacaq. Bununla yanaşı, peşəkar təlimlərin təşkili də prosesin mühüm hissəsidir. Akademik dairələrlə sıx əməkdaşlıq edilir və onlar artıq məcəllənin hazırlanması prosesinə cəlb olunublar. Paralel olaraq tətbiqi asanlaşdırmaq üçün təlimatlar, bələdçilər və müxtəlif alətlər hazırlanacaq. Çünki məcəllə tətbiq olunmağa başladıqda bu, ölkə üçün real institusional dəyişiklik demək olacaq. Buna görə də biz hesab edirik ki, dayanıqlıq yalnız tənzimləmə, texniki hazırlıq və şəhərsalma planlaşdırılması paralel şəkildə inkişaf etdikdə təmin oluna bilər", - deyə ekspert əlavə edib.

Ekspert: "İqlimə həssas tənzimləmələr praktik alətlərə çevrilməlidir"
İqlimə həssas tənzimləmələr praktik alətlərə çevrilməlidir.
"Report" xəbər verir ki, bunu Kosta Rika Mühəndis və Memarlar Federasiyasının (Colegio Federado de Ingenieros y de Arquitectos de Costa Rica - CFIA) əməkdaşı Laura Parras Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yerli iqtisadi inkişaf və mənzil təminatı. İnklüziv və dayanıqlı şəhərlərin qurulması" adlı tədbirdə bildirib.
"Bizim baxışımıza görə, iqlimə həssas tənzimləyici çərçivələr yalnız o halda texniki imkanları gücləndirir ki, onlar sadəcə normativ sənəd olaraq qalmır. Bir çox ölkələrdə artıq kifayət qədər normativ sənədlər mövcuddur, əsas məsələ onların qərar qəbuletmə prosesində praktiki alətlərə çevrilməsidir. Məhz buna görə biz Kosta-Rikada bu yanaşmaları sahədə tətbiq etmək, yəni "yerə endirmək" üçün prosesə bələdçilik edəcək və icra mərhələsini asanlaşdıracaq bir alət hazırlamağı nəzərdə tutduq", - deyə o qeyd edib.

-
report.az
- Maymuna Şərif: Yeni nəslin ehtiyacları mənzil sektoruna yanaşmaların yenidən qiymətləndirilməsini tələb edir
Maymuna Şərif: Yeni nəslin ehtiyacları mənzil sektoruna yanaşmaların yenidən qiymətləndirilməsini tələb edir
Yeni nəslin ehtiyacları və dəqiq məlumatların vacibliyi mənzil sektoruna yanaşmaların yenidən qiymətləndirilməsini tələb edir.
"Report" xəbər verir ki, bu barədə Kuala-Lumpurun sabiq meri, "UN-Habitat"ın sabiq icraçı direktoru Maymuna Mohd Şərif Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
Xəbər yenilənir

WUF13-ün iştirakçılarının 12 %-i vətəndaş cəmiyyətinin nümayəndələri olub
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) vətəndaş cəmiyyətinin nümayəndələri iştirakçıların 12 %-ni təşkil edib, bununla da foruma geniş və fəal şəkildə cəlb edilib.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib.
Onun sözlərinə görə, biznes və innovasiya mərkəzlərinin yaradılması özəl sektor, investorlar və startaplarla əməkdaşlığı gücləndirib, şəhər transformasiyasında innovasiyanın rolunu artırıb: "İştirakçıların 13 %-ni təşkil edən özəl sektorun geniş təmsil olunması məmnunluq doğurur. Forum aydın şəkildə nümayiş etdirib ki, şəhər transformasiyası hökumətlər, icmalar və tərəfdaşlar birgə çalışdıqda daha effektiv olur. WUF13-ün mühüm xüsusiyyətlərindən biri forumun ən dinamik komponentlərindən biri olan "Urban Expo" sərgisi idi. Sərginin ümumi sahəsi 10 min kvadratmetrdən çoxdur. Ümumilikdə 81 ölkədən 260 təşkilat 122 stend və pavilyonda təmsil olunub. İştirakçılar arasında hökumətlər, akademik dairələr, vətəndaş cəmiyyəti, dövlət qurumları və özəl sektor, o cümlədən startaplar yer alıb".

Rüfət Mahmud: "Keçmiş Ensiklopediya binasının fasadının orijinallığı qaytarılıb"
İçərişəhər ərazisində yerləşən keçmiş Ensiklopediya binasının fasadı orijinal görünüşünə uyğun şəkildə bərpa olunub.
"Report" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, bina təhlükəli vəziyyətdə olduğu üçün fasadın təmirinə ehtiyac yaranmışdı: "Layihə ilə bağlı qərar İçərişəhərdə fəaliyyət göstərən memarların iştirakı ilə yaradılmış "Memarlar Klubu"nda müzakirə edilib. Biz müzakirə etdik ki, binanı pseudoklassik üslubda yenidən quraq, yoxsa müasir şüşəli fasad tətbiq edək, yaxud mövcud görnüşünü saxlayaq".
O qeyd edib ki, memarlar yekdil şəkildə binanın ötən əsrin 70-ci illərində inşa olunduğu ilkin memarlıq görünüşünün qorunmasının vacib olduğunu bildiriblər: "Bu, həmin dövrün memarlığıdır və artıq tariximizin bir hissəsidir. Nəticədə bina ilkin layihəsinə uyğun şəkildə bərpa olunub, sonradan əlavə edilən elementlər isə sökülərək fasad orijinal görnüşünə qaytarılıb".

WUF13 iştirakçılarının 55%-i qadınlardır
WUF13 iştirakçılarının 55%-ni qadınlar təşkil edir.
"Report" xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mətbuat konfransında "UN-Habitat"ın icraçı direktoru Annaklaudia Rossbax deyib.
O qeyd edib ki, forumda 11 dövlət başçısı, 9 yüksək səviyyəli qonaq, 88 nazir və 76 nazir müavini, 130 mer qarşılanıb:
"Ümumilikdə 579 sessiya keçirdik. Expo-da 260 sərgi iştirakçısı, innovator və həll təminatçısı qəbul etdik. Onlar 74,000-dən çox ziyarət qeydə aldılar. Həftə ərzində 865 media nümayəndəsi forumu işıqlandırdı".
O qeyd edib ki, rəqəmlər şəhərsalma ilə bağlı təcili ehtiyacların aktuallığını əks etdirir:
"Şəhərsalma həll yolları tələb edir. Buna görə də "Dünyanı kim mənzil ilə təmin edir: təhlükəsiz, dayanıqlı şəhərlər və icmalar" mövzusu indi son dərəcə aktualdır. Biz qlobal sağlamlıq böhranının misilsiz miqyas aldığı, milyardlarla insanın əlçatanlıq problemləri, köçkünlük, qeyri-rəsmi yaşayış, iqlimə həssaslıq və sağlamlıq şəraitinin pisləşməsi ilə təsirləndirdiyi bir dövrdə görüşdük".

Anar Quliyev: "WUF13-ə ev sahibliyi etmək milli transformasiya gündəliyimizi əks etdirir"
Azərbaycan üçün Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi etmək milli transformasiya gündəliyimizi əks etdirir.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib.
"Çünki ölkəmiz genişmiqyaslı şəhər yenilənməsi, şəhərlərin müasirləşdirilməsi, yaşıl infrastrukturun genişləndirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, iqlimə davamlılığın gücləndirilməsi, daha ağıllı və inklüziv icmaların qurulması istiqamətində irəliləyir. Biz işğaldan azad edilmiş ərazilərimizdə dünyanın ən iddialı bərpa işlərindən birini həyata keçiririk. "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində şəhər və kəndlərimizi dayanıqlılıq, ağıllı planlaşdırma və insan ləyaqəti prinsipləri əsasında sıfırdan qururuq. 12 şəhər və 300-dən çox kəndin təməli qoyulub. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin etmək üçün artıq 110-a yaxın şəhər, qəsəbə və kəndin baş planı təsdiqlənib, digər yaşayış məntəqələri üzrə planlar isə hazırlanmaqdadır",- deyə o qeyd edib.

Anar Quliyev: "WUF13 özündən sonra da davamlı miraslar qoyacaq"
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) özündən sonra da davamlı miraslar qoyacaq.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə yaradılan və tədbir çərçivəsində təqdim olunmuş yeganə beynəlxalq mükafat - Bakı Şəhərsalma Mükafatı bu mirasın ən mühüm nümunəsidir: "Təcrübə, bilik və siyasəti körpü vasitəsilə birləşdirmək üçün nəzərdə tutulan bu mükafat, Azərbaycanın dayanıqlı şəhər inkişafı və xüsusilə də mənzil təminatı sahəsində innovasiya, mükəmməllik və beynəlxalq əməkdaşlığı təşviq etmək öhdəliyini əks etdirir".

Alberto Petrilik: "Peru üçün şəhərsalma sahəsində Bakı nümunəsi maraqlıdır"
Peru üçün şəhərsalma sahəsində Bakı nümunəsi maraqlıdır.
"Report" xəbər verir ki, bunu Perunun Çankay şəhərinin merinin müşaviri Alberto Petrilik Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yerli iqtisadi inkişaf və mənzil təminatı. İnklüziv və dayanıqlı şəhərlərin qurulması" adlı tədbirdə bildirib.
"Beləliklə, keçmiş təcrübələrdən nəticə çıxararaq, yəni səhvləri təkrarlamadan, əksinə uğurlu nümunələrdən öyrənərək layihələndirilmiş şəhərsalma planına sahib olmaq vacibdir. Bakı nümunəsi də bu baxımdan maraqlı müzakirə mövzusudur. Şəhərin dənizkənarı mövqeyi, sahil xətti və urban inkişaf potensialı onun düzgün planlama ilə daha funksional və dayanıqlı şəhərə çevrilə biləcəyini göstərir. Şəhərsalma yanaşmalarında əsas məqsəd problemləri sonradan həll etmək deyil, onları əvvəlcədən proqnozlaşdırmaq və uyğun həll mexanizmlərini planlama mərhələsində inteqrasiya etmək olmalıdır. Bu xüsusilə su qıtlığı, kanalizasiya sistemi və infrastruktur dayanıqlılığı kimi sahələr üçün vacibdir. Beləliklə, məqsəd reaktiv deyil, proaktiv şəhərsalma modelinə keçməkdir. Bu yanaşma həm təcrübələrdən öyrənməyi, həm də gələcək riskləri əvvəlcədən nəzərə alaraq daha dayanıqlı şəhər mühitinin formalaşdırılmasını təmin edir", - deyə o qeyd edib.

Dövlət Komitəsinin sədri: "WUF13 dizayn və icra baxımından tamamilə inklüziv olub"
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dizayn və icra baxımından tamamilə inklüziv olub, vətəndaş cəmiyyəti bu prosesə geniş və fəal şəkildə cəlb edilib.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib.
"Biz gələcəkdə Foruma ev sahibliyi edəcək ölkələrə dəstək məqsədilə "Bakı standartları" əsasında əməliyyat təlimatlarının hazırlanması üçün BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə niyyət məktubu imzalamışıq. Digər mühüm nailiyyət böyük beynəlxalq tədbirlərin təşkil edilməsində dayanıqlılığı təmin etmək üçün ISO 2121 standartının milli səviyyədə tətbiqidir. Bu uğurlar bizim təkcə tədbirlərin uğurlu icrasına deyil, həm də uzunmüddətli institusional təsirə olan sadiqliyimizi göstərir", - o vurğulayıb.

WUF13-də şəhər inkişafında torpaq resurslarının idarə edilməsi müzakirə olunub
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dövlət əmlakının idarə edilməsi: Şəhər inkişafında torpaq resurslarına əsaslanan strategiya" tədbir təşkil olunub.
"Report" xəbər verir ki, toplantıda dövlət torpaqlarının və ictimai əmlakın şəhərsalma siyasətində rolu, sosial bərabərsizliyin azaldılması, dayanıqlı şəhərlərin formalaşdırılması və urbanizasiya prosesində torpaq idarəçiliyinin əhəmiyyəti müzakirə olunub.
Müzakirələr zamanı Braziliyanın bu sahədəki təcrübəsi nümunə göstərilib. Bildirilib ki, Braziliyada həyata keçirilən müasir dövlət torpaq siyasəti ictimai maraqların qorunmasına, əhalinin mənzil təminatının yaxşılaşdırılmasına, şəhər infrastrukturunun genişləndirilməsinə və ekoloji tarazlığın saxlanmasına xidmət edir.
Qeyd olunub ki, dövlət torpaqlarının səmərəli idarə olunması şəhərlərdə sosial-iqtisadi fərqlərin azaldılmasına və daha dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına mühüm töhfə verir.
Vurğulanıb ki, torpaq siyasəti yalnız şəhərsalma məsələsi deyil, həm də sosial rifah, iqtisadi inkişaf və ətraf mühitin qorunması ilə birbaşa bağlı strateji istiqamətdir. İctimai torpaqların mənzil proqramlarına yönəldilməsi, qeyri-rəsmi yaşayış məntəqələrinin leqallaşdırılması və ictimai xidmət infrastrukturunun genişləndirilməsi şəhərlərin dayanıqlığını artırır.
Eyni zamanda, ekspertlər torpaq idarəçiliyində beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək dövlət qurumları ilə maliyyə institutları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə şəhər inkişafı prosesində dövlət əmlakının strateji resurs kimi istifadəsinin gələcək urbanizasiya siyasətində əsas istiqamətlərdən biri olduğu diqqətə çatdırılıb.

-
report.az
- Serageldin: Qurumlar arasında koordinasiyanın olmaması mənzil böhranının həllinə mane olur
Serageldin: Qurumlar arasında koordinasiyanın olmaması mənzil böhranının həllinə mane olur
Müxtəlif qurumlar arasında koordinasiyanın olmaması qlobal mənzil böhranının aradan qaldırılması üçün əsas maneə olaraq qalır.
"Report" xəbər verir ki, bu barədə İsmayıl Serageldin WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
Məlumat yenilənir...

Rüfət Mahmud: "İçərişəhərdə turistlərin qalma müddəti 4-5 saata çatıb"
İçərişəhərdə turistlərin qalma müddəti 4-5 saata çatıb.
"Report" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, əvvəllər turistlər İçərişəhərdə orta hesabla iki saat vaxt keçirirdilər: "Əksəriyyəti sadəcə gəzib, haradasa yemək yeyib ərazini tərk edirdi. Son dövrlərdə həyata keçirilən layihələr nəticəsində turistlərin qalma müddəti artıq 4-5 saata çatıb. Əsas məqsəd ziyarətçilərin İçərişəhərə yalnız restoran və yemək üçün deyil, fərqli təcrübə və xatirələr üçün gəlməsini təmin etməkdir".

Peru rəsmisi: "Su qıtlığı və şəhərsalma təzyiqi yeni inkişaf modeli formalaşdırır"
Peruda su qıtlığı və şəhərsalma təzyiqi yeni inkişaf modeli formalaşdırır.
"Report" xəbər verir ki, bunu Perunun Çankay şəhərinin merinin müşaviri Alberto Petrilik Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yerli iqtisadi inkişaf və mənzil təminatı. İnklüziv və dayanıqlı şəhərlərin qurulması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Perunun təxminən 30 milyon əhalisi var və onların təxminən 10 milyonu paytaxt Limada yaşayır: "Lima bəlkə də Latın Amerikasının və dünyanın ən quraq böyük şəhərlərindən biridir. Burada yağış ya çox az yağır, ya da demək olar ki, ümumiyyətlə müşahidə olunmur. Bu səbəbdən şəhərin əsas problemi su qıtlığıdır və bu, ciddi hidrik stress yaradır. Limanın 80 km şimalında yerləşən Çankay şəhəri faktiki olaraq paytaxta yaxın bir ərazidir. Son illərdə burada böyük miqyaslı meqa-liman inşa edilib. Bu liman Callao limanına və ölkənin əsas hava nəqliyyatı şəbəkəsinə inteqrasiya olunub".
"Perunun 36 azad ticarət sazişi üzrə ixracatının təxminən 90 %-i dəniz yolu ilə həyata keçirilir. Bu baxımdan Çankay limanı ölkənin iqtisadi sistemində mühüm rol oynamağa başlayıb, ÜDM-ə təxminən 2 %-lik töhfə verdiyi qiymətləndirilir. Lakin bu inkişafın sosial və şəhərsalma təsirləri də var. Cəmi 60 min əhalisi olan Çankayda meqa-limanın yaratdığı iqtisadi təzyiq və Limanın şimala doğru genişlənməsi yeni şəhərsalma ehtiyacını ortaya çıxarıb. Bu məqsədlə planlaşdırılmış yeni şəhər layihəsi hazırlanır. Şəhərin layihələndirilməsi şəhərsalma planlaması çərçivəsində həyata keçirilir və bu proses BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıqda, mərkəzi hökumətin dəstəyi ilə hazırlanır. Burada məqsəd riskləri artırmaq deyil, əksinə, əvvəlki təcrübələr əsasənda daha dayanıqlı şəhər modeli qurmaqdır".

Qrinspen: Şəxsi mənzilə sahib olmaq cəmiyyətdə sabitliyin təminatında əsas şərtdir
Şəxsi mənzilə sahib olmaq insan ləyaqətinin əsası və cəmiyyətdə sabitliyin təmin edilməsi üçün əsas şərtdir.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspen Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
Xəbər yenilənir

WUF13-də 53 mindən çox şəxs iştirak edib
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) indiyə qədər onlayn rejim daxil olmaqla, 53 mindən çox şəxs iştirak edib.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib.
"Bu forumda gələcəyin əməkdaşlığının təməli atılıb. Tədbir çərçivəsində 400-dən çox spiker çıxış edib. Onların 60-ı Azərbaycandan olub", -deyə o qeyd edib.
Sədr əlavə edib ki, WUF13 Forumun gələcəyini və qlobal əməkdaşlığı formalaşdıracaq bir sıra mühüm yenilikləri təqdim edib: "WUF13-ün digər mühüm mərhələsi Azərbaycanın sədrliyi ilə keçirilən və "Yeni Şəhərsalma Gündəliyi"nin icrasının nəzərdən keçirildiyi yenidən formatlaşdırılmış nazirlər görüşü olub. İştirakçı 111 ölkədən 80-i nazir və nazir müavini səviyyəsində, qalanları isə səfir və yüksək vəzifəli rəsmilər səviyyəsində təmsil olunub".

CAF: Dayanıqlı yaşayış mühiti üçün mobillik və məkan inteqrasiyası gücləndirilməlidir
Dayanıqlı yaşayış mühiti üçün mobillik və məkan inteqrasiyası gücləndirilməlidir.
"Report" xəbər verir ki, bunu Latın Amerikası və Karib hövzəsi İnkişaf Bankının (CAF) şəhərsalma mütəxəssisi Barbara Zamora Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yerli iqtisadi inkişaf və mənzil təminatı. İnklüziv və dayanıqlı şəhərlərin qurulması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, mənzil əslində şəhərlərin şəhərsalma inkişafının əsas dayağıdır: "Bu sektor vasitəsilə təkcə torpaqdan istifadənin idarə olunması deyil, həm də digər sahələrlə - məsələn, mobillik, nəqliyyata çıxış və ictimai məkanlar arasında əlaqənin təmin edilməsi üçün effektiv alətlər yaratmaq mümkündür. Beləliklə, məqsəd yalnız daha çox mənzil tikintisi və ya mövcud mənzillərin keyfiyyətinin yüksəldilməsi deyil, ümumilikdə yaşayış mühitinin və həmin mənzillərin yerləşdiyi məhəllələrin inkişaf etdirilməsidir".
"Bu müzakirədə qeyd olunmalı əsas məqamlardan biri də iki mühüm çağırışdır. Birincisi, çoxsəviyyəli koordinasiyanın qurulması ehtiyacı ilə bağlıdır. Bir sıra ölkələrdə mənzil siyasəti milli səviyyədə tənzimlənir, digərlərində bu səlahiyyətlər mərkəzsizləşdirilib və yerli hökumətlər tərəfindən həyata keçirilir. Biz prosesdə həm milli, həm də yerli hökumətləri dəstəkləyərək çoxsəviyyəli koordinasiyanın gücləndirilməsinə töhfə veririk. İkinci mühüm məsələ isə miqyasın genişləndirilməsidir. Bu, təkcə yeni mənzil tikintisinə adi deyil, həm də mövcud mənzil fondunun keyfiyyətinin artırılmasına aiddir. Hesab edirəm ki, regionumuz bir çox innovativ ideyalar üçün sınaq laboratoriyası rolunu oynayır və bu yanaşmalar digər regionlar üçün də nümunə ola bilər. Lakin əsas çağırış bu təşəbbüsləri və pilot layihələri şəhər səviyyəsindən çıxararaq daha geniş, sistemli və miqyaslana bilən həllərə çevirməkdir", - deyə ekspert əlavə edib.

Ekspert: "Dayanıqlı mənzil iqtisadi inkişaf və ərazi balansı üçün əsas alətdir"
Dayanıqlı mənzil iqtisadi inkişaf və ərazi balansı üçün əsas alətdir.
"Report" xəbər verir ki, bunu Latın Amerikası və Karib hövzəsi İnkişaf Bankının (CAF) şəhərsalma mütəxəssisi Barbara Zamora Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yerli iqtisadi inkişaf və mənzil təminatı. İnklüziv və dayanıqlı şəhərlərin qurulması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, CAF-ın regionda 50 ildir fəaliyyət göstərməsinə baxmayaraq, "yaşıl bank"a çevrilmək mandatı çərçivəsində 2031-ci ilə doğru yönəlmiş "Münasib Mənzil Strategiyası" ilə irəliləmək qərara alınıb: "Bu strategiya çərçivəsində CAF hesab edir ki, dayanıqlı mənzil sadəcə sektoral bir cavab deyil, eyni zamanda regionda struktur və iqtisadi inkişaf investisiyasına, eləcə də ərazi balansının təmin olunmasına çevrilir. Bu yanaşma Fionanın diaqnostika zamanı qeyd etdiyi bir sıra əsas səbəblərlə də uzlaşır".
"CAF olaraq dayanıqlı mənzilə investisiya qoyulmasının vacibliyini izah edən bir neçə əsas elementi bölüşmərdim. Birincisi, bu yanaşma fiziki və insan kapitalının qorunması ilə sıx bağlıdır. Profilaktik tədbirlər təkcə insan tələfatının və infrastruktur itkilərinin qarşısını almağa xidmət etmir, həm də iqlim hadisələri nəticəsində zərər görən hökumətlərin və ev təsərrüfatlarının kapitalının tamamilə itirilməsinin, yəni dekapitasiyanın qarşısını alır. İkincisi, bu sektor yerli iqtisadiyyatın canlanmasına mühüm töhfə verir. Hesab edirik ki, mənzil sektoru istehsal zəncirinə güclü təsir göstərir və tikinti, bərpa işləri, bu proseslər üçün tələb olunan materialların innovasiyası, eləcə də enerji səmərəliliyi sahəsində həyata keçirilən təşəbbüslər vasitəsilə yerli məşğulluğun artmasına şərait yaradır", - deyə ekspert əlavə edib.

Yekaterina Barionçik: "Sea Breeze" kurort layihəsi çərçivəsindən kənara çıxır
Azərbaycanda "Sea Breeze" artıq kurort layihəsi çərçivəsindən kənara çıxır və nəzərdə tutulan əhalisi təxminən 400 min nəfər olan tammiqyaslı sahilyanı şəhər kimi inkişaf edir.
"Report" xəbər verir ki, bu barədə "StepCity" şirkətinin master-planlaşdırma departamentinin rəhbəri Yekaterina Barionçik WUF13 çərçivəsində bildirib.
Məlumat yenilənir...

Rüfət Mahmud: "İçərişəhərdə yeni restoranların açılmasına dəstək verilmir"
İçərişəhərdə yeni restoranların açılmasına dəstək verilmir.
"Report" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, hazırda əsas diqqət mövcud restoranların xidmət keyfiyyətinin artırılmasına yönəlib: "Biz düşünürük ki, artıq böyük restoranların sayı kifayətdir. Ona görə yeni obyektlərin açılmasını dəstəkləmirik. Bəzi restoranların yalnız turist yönümlü fəaliyyət göstərməsi onların dayanıqlı işləməsinə mane olur. Qoruq İdarəsi restoran və hotellərlə mütəmadi görüşlər keçirərək onların problemlərinin həllinə dəstək göstərməyə çalışır".
O əlavə edib ki, İçərişəhər turist və yaşayış zonalarına bölünüb: "İçərişəhərin cənub hissəsi əsasən turistlər üçün nəzərdə tutulub. Restoranlar və muzeylərin əksəriyyəti həmin zonada yerləşir. Orada yaşayan insanların sayı azdır. Yaşayış zonası əsasən Şirvanşahlar Sarayı ətrafını əhatə edir. Bu yanaşma turist axını ilə sakinlərin rahat yaşayışı arasında balans yaratmağa xidmət edir".

-
report.az
- Ekspert: "Latın Amerikası və Karib hövzəsi regionunda siyasətlərin pərakəndəliyi əsas problemdir"
Ekspert: "Latın Amerikası və Karib hövzəsi regionunda siyasətlərin pərakəndəliyi əsas problemdir"
Latın Amerikası və Karib hövzəsi regionunda siyasətlərin pərakəndəliyi əsas problem kimi qalır.
"Report" xəbər verir ki, bunu BMT-nin Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyasının (CEPAL) nümayəndəsi Fiona Littlejohn Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yerli iqtisadi inkişaf və mənzil təminatı. İnklüziv və dayanıqlı şəhərlərin qurulması" adlı tədbirdə bildirib.
"Regionumuzun ən böyük çətinliklərindən biri məhz dövlət siyasətləri ilə bağlı məsələlərdir, elə deyilmi? Çox vaxt yerli səviyyədə həyata keçirilən tədbirlərlə milli səviyyədə formalaşdırılan siyasətlər arasında pərakəndəlik müşahidə olunur. Buna görə də siyasətlərin ən yüksək səviyyədən ən aşağı səviyyəyədək vahidliyini, daxili əlaqəsini, ardıcıllığını və uyğunluğunu təmin etmək, eyni zamanda onları regional və qlobal gündəmlə inteqrasiya etmək vacibdir. Lakin bu yanaşma elə qurulmalıdır ki, real vəziyyətə cavab versin və yerli səviyyədən başlayaraq müxtəlif səviyyələrdə ortaq problemlərə effektiv reaksiya verə biləcək çevik alətlər formalaşdırsın", - deyə o qeyd edib.

Rüfət Mahmud: "Muzey texnologiyaları üzrə ixtisaslaşmış komanda formalaşmayıb"
Azərbaycanda muzey texnologiyaları üzrə ixtisaslaşmış komanda formalaşmayıb.
"Report" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, rəqəmsal texnologiyalar daim yeniləndiyi üçün onların düzgün istismarı xüsusi peşəkarlıq tələb edir: "Bu sahədə çox ixtisaslı bilik lazımdır və təəssüf ki, Azərbaycanda, ən azından Bakıda belə bir qrup hələ formalaşmayıb. Gələcəkdə texnologiyaların effektiv idarə olunması üçün ayrıca peşəkar komandanın yaradılması məsələsi nəzərdən keçirilə bilər".
O əlavə edib ki, muzeylərdə rəqəmsal texnologiyaların işləməməsi idarəetmə problemidir: "Bir çox hallarda muzeylərdə ekranlar və interaktiv sistemlər işlək vəziyyətdə olmur. Gəlirik görürük ki, ekranlar işləmir, düymələr köhnəlib. Bu artıq idarəetmə məsələsidir və ciddi düşünülməlidir. Rəqəmsal texnologiyaların idarə olunması üçün xüsusi bilik və peşəkar komanda tələb olunur".

Paraqvayda qeyri-rəsmi yaşayış məskənlərinin xəritəyə alınması üzrə pilot layihə başlayır
Paraqvayda süni intellektdən istifadə etməklə qeyri-rəsmi yaşayış məskənlərinin xəritəyə alınması üzrə pilot layihə başlayır.
"Report" xəbər verir ki, bu barədə "Inter-American Development Bank"nın (IDB) süni intellekt üzrə mütəxəssisi Antonio Vaskes WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, bu həftə Paraqvayın ən böyük üç şəhərində süni intellekt texnologiyalarının tətbiqi ilə qeyri-rəsmi yaşayış məskənlərinin xəritəyə alınması üzrə pilot layihə başlayacaq. Təşəbbüs IDB və "IDE Atlas"ın iştirakı ilə həyata keçirilir və coğrafi məlumatlar eləcə də, peyk təsvirləri ilə işləmək üçün hazır praktiki təlimatı özündə ehtiva edir.
Layihəyə Paraqvayın Urbanizm Nazirliyi və Milli Statistika İnstitutu da qoşulub. Sistem peyk məlumatlarını avtomatik emal etməyə və qeyri-rəsmi zonaların aşkar edilməsi üçün əvvəlcədən öyrədilmiş modellərdən istifadə etməyə imkan verir.
Vaskes qeyd edib ki, məlumatları düzəldə biləcək və öz ərazilərindən nümunələr təqdim edə biləcək yerli mütəxəssislərin iştirakı ilə xəritələrin dəqiqliyi əhəmiyyətli dərəcədə artacaq.

-
report.az
- Fiona Littlejohn: "Şəhərləşmə Latın Amerikası və Karib hövzəsində qeyri-bərabərliyi dərinləşdirir"
Fiona Littlejohn: "Şəhərləşmə Latın Amerikası və Karib hövzəsində qeyri-bərabərliyi dərinləşdirir"
Şəhərləşmə fonunda Latın Amerikası və Karib hövzəsində qeyri-bərabərlik dərinləşir.
"Report" xəbər verir ki, bunu BMT-nin Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyasının (CEPAL) nümayəndəsi Fiona Littlejohn Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yerli iqtisadi inkişaf və mənzil təminatı. İnklüziv və dayanıqlı şəhərlərin qurulması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, region yüksək dərəcədə urbanizasiyalaşmış və şəhərləşmiş olsa da, eyni zamanda son dərəcə qeyri-bərabərdir: "Biz dünyanın ən qeyri-bərabər regionlarından birində yaşayırıq. Qeyri-rəsmi məskunlaşma, mənzil şəraitinin dayanıqsızlığı, torpaq və infrastruktur imkanlarına məhdud çıxış, eləcə də sosial-məkan seqreqasiyası təkcə insanların həyat keyfiyyətini deyil, həm də şəhər iqtisadiyyatlarının məhsuldarlığını məhdudlaşdırır. Bu təsirlər isə ədalətsiz şəkildə paylanır. Həssaslıq sadəcə coğrafi faktor deyil; regionun inkişaf modeli daha aşağı gəlirli, qeyri-rəsmi məşğulluqda çalışan əhalini şəhərlərin periferiyalarına sıxışdırır. Bu ərazilər isə iqlim dəyişikliyinin təsirlərinə qarşı daha az dayanıqlıdır. Eyni zamanda, həmin ailələr fəlakətlərə cavab vermək və bərpa olunmaq üçün daha məhdud resurslara malikdirlər".
Bundan başqa, ekspert deyib ki, Şəhərlərin inkişafı sosial iqtisadi və ekoloji balanssan asılıdır: "İqtisadi Komissiya olaraq belə bir nəticəyə gəlirik ki, yeni inkişaf modeli davamlı məhsuldar transformasiyaya, bərabərliyə əsaslanmalıdır. Bu yanaşmada şəhər reallığını formalaşdıran üç fundamental ölçü mütləq nəzərə alınmalıdır: sosial-demoqrafik, iqtisadi və ekoloji ölçülər. Beləliklə, mənzil mövzusundan danışarkən, dayanıqlı və müqavimətli mənzilə investisiya yalnız yaşayış məkanlarının yaradılması demək deyil. Bu, eyni zamanda yerli məşğulluğun artırılmasına, kiçik və orta sahibkarlığın dəyər zəncirlərinin canlanmasına, innovasiyaların və dayanıqlı tikinti həllərinin təşviqinə xidmət edir və şəhərlərin gələcək itkilərə qarşı dayanıqlığını gücləndirir".

Ekspert: "İqlim fəlakətləri Latın Amerikasında mənzil böhranını dərinləşdirir"
İqlim fəlakətləri Latın Amerikasında mənzil böhranını dərinləşdirir.
"Report" xəbər verir ki, bunu BMT-nin Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyasının (CEPAL) nümayəndəsi Fiona Littlejohn Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yerli iqtisadi inkişaf və mənzil təminatı. İnklüziv və dayanıqlı şəhərlərin qurulması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, iqlim dəyişikliklərindən təsirlənən yeganə sahə mənzil sektoru deyil: "Lakin bir çox hallarda bu hadisələrin ən ağır təsirinə məruz qalan əsas sosial sahələrdən biri məhz mənzil təminatıdır. Xəritəyə baxdıqda görürük ki, bir sıra ölkələrdə təbii fəlakətlərin vurduğu zərər ümumi daxili məhsulun 3 %-nə qədərini təşkil edir. Qayana və Honduras kimi ölkələrdə isə bu göstərici 3 %-i də ötür.
Bu isə xüsusilə kiçik iqtisadiyyatlar üçün bir iqlim hadisəsinin belə dağıdıcı və ölçüyəgəlməz nəticələr yaratdığını göstərir. Söhbət yalnız binaların zədələnməsindən getmir. Mənzil milyonlarla ailə üçün əsas aktiv və həyat təminatıdır. Buna görə də təkrarlanan dağıntılar regionda yoxsulluq tələlərinin daha da dərinləşməsinə səbəb olur.
Yaxın keçmişdə Karib hövzəsini vuran "Dorian" qasırğası zamanı Baham adalarının iki adasında mənzillərin 43%-i tamamilə dağıdılmışdı. Bu, minlərlə ailə üçün son dərəcə ağır sosial və iqtisadi zərbə demək idi. Beləliklə, Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyanın (CEPAL) qiymətləndirmələrinə görə, mənzil məsələsi regiondakı bir neçə struktur problemin kəsişməsində dayanır. Bunlara məhsuldarlığın zəif artımı, yüksək qeyri-bərabərlik, institutlararası koordinasiyanın zəifliyi və iqlim risklərinə artan həssaslıq daxildir. Məhz bu amillər hazırda regionun üzləşdiyi inkişaf böhranını daha da dərinləşdirir".

-
report.az
- Ekologiya Nazirliyi: Passiv memarlıq yeni binaların enerji istehlakını iki dəfə azalda bilər
Ekologiya Nazirliyi: Passiv memarlıq yeni binaların enerji istehlakını iki dəfə azalda bilər
Passiv memarlıq yeni binaların enerji istehlakını iki dəfə azalda bilər.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Rəqəmsal ekologiya" informasiya sisteminin idarə edilməsi qrupunun rəhbəri Hüseyn Həsənov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan "Şəhər inkişafında yaşıl texnologiyalar: dayanıqlı və dözümlü şəhərlərə keçidin sürətləndirilməsi" mövzusunda sessiyada bildirib.
H. Həsənov qeyd edib ki, dünya enerji istehlakının 30 %-i və qlobal emissiyaların 26 %-i binaların payına düşür. Bununla belə, 2050-ci ildə mövcud olacaq binaların 80 %-i hələ tikilməyib.
Onun sözlərinə görə, həll yolu passiv memarlıq ola bilər - binanın formasının, tikinti materiallarının və onun dünyanın cəhətlərinə görə istiqamətinin düzgün seçilməsi yeni obyektlərin enerji istehlakını 50 %-ə qədər azaltmağa imkan verir. Qazıntı yanacağı ilə işləyən qazanın müasir istilik pompası ilə əvəz edilməsi isə əlavə olaraq 75 %-ə qədər enerji qənaəti verir.
"Və bu, hələ bir dənə də olsun günəş paneli və ya ağıllı sistem quraşdırılmadan öncədir", - H. Həsənov vurğulayıb.

Sektor müdiri: "Tarixi irsin qorunması sahəsində "rəqəmsal əkiz" vacibdir"
Tarixi irsin qorunması sahəsində "rəqəmsal əkiz" və ya "rəqəmsal klon" texnologiyalarının tətbiqi vacib hesab olunur.
"Report" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəqəmsal sektor müdiri Rəsul Çoprov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, rəqəmsal əkiz sistemi tarixi abidələrin və qoruqların mühafizəsində mühüm rol oynayır: "Bu, əslində yeni şey deyil. Pasportlaşdırmanın növbəti mərhələsidir və müasir texnoloji imkanlarla həyata keçirilir. Bu texnologiya insan faktorunun müəyyən qədər azalmasına da imkan yaradır".
Sektor müdiri əlavə edib ki, rəqəmsal sistemlər və məlumat bazaları sadəcə vasitəçi rolunu oynayırlar: "Heç bir rəqəmsal klon özü qərar verməyəcək. Bütün bu vasitələri yenə insanlar işlədəcək. Qoruq və muzey işi xüsusi həvəs və yanaşma tələb edən sahədir. Yeni nəslin mədəni irsə bağlı ruhda formalaşdırılması və bu dəyərlərin təbliği qoruqların əsas missiyalarından biri olmalıdır".

-
report.az
- Braziliyalı nümayəndə: Mənzil əlçatanlığını genişləndirmək üçün müxtəlif qanunlar qəbul etmişik
Braziliyalı nümayəndə: Mənzil əlçatanlığını genişləndirmək üçün müxtəlif qanunlar qəbul etmişik
Braziliyada şəhərlərdəki bərabərsizlikləri azaltmaq, mənzil əlçatanlığını genişləndirmək, həssas icmaları gücləndirmək və ekosistemi qorumaq üçün müxtəlif qanunlar qəbul olunub.
"Report" xəbər verir ki, bu barədə Brazilyanın Federal Əmlak Katibliyinin müavini Alessandra D'Avila WUF 13 çərçivəsində təşkil olunan Dövlət Əmlakının İdarə Edilməsi: Şəhər İnkişafında Torpaq Resurslarına Əsaslanan Strategiya adlı tədbirdə bildirib.
O Braziliyada mənzil və torpaq hüquqları ilə bağlı məsələlərə toxunub:
Alessandra D'Avila bildirib ki, Braziliya Konstitusiyasında "Şəhər Hüququ" və "Torpaqların Sosial Funksiyası" kimi qanunlarda torpaqların sosial və ekoloji funksiyası təsbit olunub:
"Biz öz torpaqlarımıza, xüsusi mülkiyyətdə olan torpaqların tənzimlənməsi üçün qəbul etdiyimiz qanunlarla eyni şəkildə yanaşırıq. Bu, şəhərlərdəki bərabərsizlikləri azaltmaq, mənzil əlçatanlığını genişləndirmək, həssas icmaları gücləndirmək və ekosistemi qorumaq üçün strateji bir alət ola bilər. Bu, davamlı şəhər inkişafını stimullaşdıra bilər. Bizim təşkilat mərkəzsizləşdirilmiş bir qurumdur. Hər bir ştatda fəaliyyət göstərən və həmin ərazinin, ərazi iştirakçılarının problemləri və tələbləri ilə dialoq quran strukturlarımız var. Biz bu regional idarələrdə forumlar yaratmışıq".
Onun sözlərinə görə bu forumlarda müxtəlif seqmentlərdən olan insanlar bir araya gəlir:
"Buraya sosial hərəkatlar, yerli hakimiyyət orqanları və ərazidə mövcud olan fərqli maraqlı tərəflər daxildir. Biz hər bir torpaq növü üçün nəyin ən yaxşı olduğunu bu forumlarda müzakirə etmək üçün bi araya gəlirik. Bizim nazirliklər arası komitəmiz var ki, o, hansı istifadənin daha yaxşı, hansının daha strateji olduğuna dair istiqamətlər verir. Bunu daha sürətli, daha yaxşı və daha şəffaf şəkildə etmək üçün rəqəmsallaşma prosesindən keçirik. Çünki torpaq mülkiyyəti hüququ ilə bağlı çoxlu problemlərimiz var. Bu barədə mübahisələr mövcuddur".

Fiona Littlejohn: "İqlim böhranı Latın Amerikasında ÜDM-i 23 % azalda bilər"
İqlim böhranı 2050-ci ilə qədər Latın Amerikasının ÜDM-ni 23 % azalda bilər.
"Report" xəbər verir ki, bunu BMT-nin Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyasının (CEPAL) nümayəndəsi Fiona Littlejohn Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yerli iqtisadi inkişaf və mənzil təminatı. İnklüziv və dayanıqlı şəhərlərin qurulması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Latın Amerikası qlobal emissiyaların cəmi 10 %-nə səbəb olsa da, iqlim dəyişikliyinin iqtisadi təsirlərini ən ağır hiss edən regionlardan biridir: "Proqnozlara görə, 2030-cu ilə qədər qlobal səviyyədə adambaşına düşən ÜDM-in 0,8-5% arasında azalacağı gözlənildiyi halda, Latın Amerikasında bu göstərici daha yüksək - 0,8-6,3% arasında dəyişə bilər. Yüksək emissiya ssenarisində isə 2050-ci ilə qədər regionda ÜDM-in 23%-ə qədər azalması ehtimal olunur. Bu təsirlər təkcə dövlət iqtisadiyyatına deyil, şəhərlərə, ev təsərrüfatlarına və hər bir vətəndaşın həyatına birbaşa təsir göstərir. Eyni zamanda, regionda baş verən təbii fəlakətlərin həm tezliyi, həm də intensivliyi artır. Bu hadisələrin iqtisadi nəticələri getdikcə daha dağıdıcı xarakter alır. Belə ki, bir gün ərzində baş verən tək bir fəlakət belə, bir ölkənin illərlə əldə etdiyi iqtisadi inkişafı geriyə ata bilər. Nəticədə isə bunun təsiri cəmiyyətin bütün təbəqələrinə - birinci vətəndaşdan sonuncuya qədər hər kəsə toxunur".

Ekspert: "Latın Amerikası və Karib hövzəsi iqlim böhranında kritik mərhələdədir"
Latın Amerikası və Karib hövzəsi dərin iqlim böhranında kritik mərhələyə daxil olub.
"Report" xəbər verir ki, bunu BMT-nin Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyasının (CEPAL) nümayəndəsi Fiona Littlejohn Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yerli iqtisadi inkişaf və mənzil təminatı. İnklüziv və dayanıqlı şəhərlərin qurulması" adlı tədbirdə bildirib.
"CEPAL olaraq müşahidə etdiyimiz əsas məqam odur ki, region hazırda mühüm bir yol ayrıcındadır. Biz artan qeyri-bərabərlik, sürətli urbanizasiya və ərazi ilə iqtisadi nəticələri artıq açıq şəkildə hiss olunan dərin iqlim böhranı ilə üz-üzəyik. Mənzil təminatındakı həssaslıq isə artıq yalnız sosial problem deyil. Bu məsələ iqtisadi və ərazi inkişafının istiqamətini müəyyənləşdirən kritik amillərdən birinə çevrilib.
Burada təqdim olunan xəritə də iqlim dəyişikliyinin ölkələrin ümumi daxili məhsuluna (ÜDM) və adambaşına düşən ÜDM-ə vurduğu ciddi təsirləri aydın şəkildə nümayiş etdirir", - deyə o qeyd edib.

Şəkinin tarixi hissəsində yaşayanlar uçota alınır
Şəkinin tarixi hissəsində əhalinin uçotu aparılır.
"Report" xəbər verir ki, bunu Şəkinin Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru Gülnarə Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə deyib.
"Şəki şəhərinin tarixi hissəsində yaşayan əhalinin sosial-iqtisadi və demoqrafik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə qapı-qapı sorğu əsasında uçot işlərinə başlanılıb. Proses cari ilin aprel ayından etibarən "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində həyata keçirilir. Uçot işləri qoruq ərazisində yaşayan sakinlərin real ehtiyaclarının və sosial mühitinin daha yaxşı öyrənilməsinə imkan yaradacaq", - deyə o qeyd edib.
Bundan başqa, direktor deyib ki, Şəkidə "İcma Mərkəzi" yaradılması planlaşdırılır: "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində "İcma Mərkəzi"nin yaradılması nəzərdə tutulur. Qoruğun idarə edilməsində lokal icmanın rolu olduqca böyükdür. Yaradılacaq mərkəz yerli sakinlərin qoruq idarəçiliyinə daha fəal cəlb olunmasına xidmət edəcək. Bu mərkəz sakinlərin təklif və rəylərinin dinlənilməsi, həmçinin mədəni və sosial layihələrdə birgə iştirakın təmin olunması üçün mühüm platforma olacaq. İcma ilə sıx əməkdaşlıq qoruğun davamlı inkişafının əsas istiqamətlərindən biri hesab edilir".

Şəkidə "Ağıllı Qoruq" konsepsiyası tətbiq olunacaq
Şəkidə "Ağıllı Qoruq" konsepsiyasının tətbiq olunması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu Şəkinin Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru Gülnarə Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə deyib.
"Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində "Ağıllı Qoruq" (Smart Qoruq) konsepsiyasının tətbiqi planlaşdırılır. Konsepsiya çərçivəsində turistlərin rahatlığının təmin olunması məqsədilə naviqasiya və məlumatlandırma sistemləri qurulacaq. Qoruq ərazisində rəqəmsal bilet satışı sisteminin tətbiqi də nəzərdə tutulur. Yeniliklər turistlərin qoruğu daha rahat və səmərəli şəkildə ziyarət etməsinə imkan yaradacaq", - deyə o qeyd edib.
Direktor əlavə edib ki, Şəki şəhərinin zəngin mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət davam etdiriləcək: "Tarixi irsin mühafizəsi ilə bağlı həyata keçirilən layihələr həm konservasiya, həm də müasir idarəetmə mexanizmlərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır".

Ekspert: "Yerli müzakirələr Yeni Şəhərsalma Gündəliyini başa düşməyə kömək edəcək"
Yerli səviyyədə müzakirələr insanların Yeni Şəhərsalma Gündəliyini başa düşməsinə kömək edəcək.
"Report" xəbər verir ki, bunu Asiya Mənzil Hüquqları Koalisiyasının baş katibi Lajana Manandhar Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yeni Şəhərsalma Gündəliyi üzrə növbəti 10 il üçün birgə səylərimiz" adlı tədbirdə deyib.
"Biz Yeni Şəhərsalma Gündəliyinin (New Urban Agenda) həyata keçirilməsini, kasıb icmaların, qeyri-rəsmi məskunlaşan şəxslərin bundan faydalanması üçün hələ də çalışırıq. Lakin düşünürəm ki, növbəti 10 ildə effektiv hesabatlılıq üçün çatışmayan və ya edilməsi lazım olan əsas məsələ hesabat verməklə bağlı aşağıdan yuxarıya doğru bir prosesin olmasıdır. İndi hər şey daha çox mərkəzləşdirilib. Şəhərlərdə böyük bir iclas və ya konkret qruplarla məsləhətləşmələr olur, lakin bu, həqiqətən yerli səviyyədə deyil. Çox vaxt məlumatlar yerli səviyyədən əldə edilir, lakin yerli səviyyədə icma məsləhətləşmələri çatışmır", - o vurğulayıb.
Qonaq əlavə edib ki, insanlar bunun necə baş verdiyindən xəbərsizdirlər və onların yerli səviyyədə danışmaları üçün çox fürsət yoxdur: "Düşünürəm ki, əgər biz aşağıdan yuxarıya doğru bir sistem qura bilsək, yəni məlumatları, təcrübələri, insanların hisslərini aşağıdan - icmalardan, həmçinin yerli hökumətlərdən və şəhərlərin real maraqlı tərəflərindən toplayıb milli səviyyədə birləşdirə bilsək, bu, daha effektiv olar. İnsanların bu gündəlikdə müzakirə aparmaq və iştirak etmək imkanı olacaq. Bu, təkcə hesabat prosesinə töhfə vermək deyil, həm də insanların Yeni Şəhərsalma Gündəliyinin nə olduğunu anlamalarına kömək edəcək. Qarşımızda hələ uzun yol var və bu prosesə çoxlu yeni insanlar, xüsusən də gənclər qoşulur, ona görə də onlar öyrənməlidirlər. Hesabat vermək təkcə hesabat xatirinə deyil, həm də yeni insanları gündəlik haqqında məlumatlandırmaq və maarifləndirmək üçündür, yerli səviyyədə müzakirələr buna kömək edəcək".

Şəkidə rəqəmsal kadastr sistemi yaradılır
Şəki şəhərində rəqəmsal kadastr sisteminin yaradılmasına başlanılıb.
"Report" xəbər verir ki, bunu Şəkinin Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru Gülnarə Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə bildirib.
"Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu üçün rəqəmsal kadastr sisteminin qurulması istiqamətində işlər aparılır. Yeni sistem qoruq ərazisindəki torpaq sahələri, tikililər və mülkiyyət formaları barədə məlumatların vahid rəqəmsal platformada birləşdirilməsini təmin edəcək. Layihə qoruğun daha effektiv idarə olunmasına və məlumat bazasının sistemləşdirilməsinə xidmət edəcək", - deyə o qeyd edib.

Kosta Rikada iqlimə davamlı infrastruktur üçün yeni məcəllə hazırlanır
Kosta Rika iqlimə davamlı infrastruktur üçün yeni məcəllə hazırlayır.
"Report" xəbər verir ki, bunu Kosta Rika Mühəndis və Memarlar Federasiyasının (Colegio Federado de Ingenieros y de Arquitectos de Costa Rica - CFIA) əməkdaşı Laura Parras Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yerli iqtisadi inkişaf və mənzil təminatı. İnklüziv və dayanıqlı şəhərlərin qurulması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Kosta Rika üçün dayanıqlılıq meyarlarının hələ layihələndirmə, planlaşdırma və tənzimləmə mərhələlərindən etibarən prosesə inteqrasiya olunması böyük əhəmiyyət daşıyır: "Məhz bu səbəbdən ölkə olaraq İnfrastruktur üçün İqlim Dəyişikliyinə Uyğunlaşma Məcəlləsinin hazırlanmasına başlamaq qərarı verilib. Məcəllə əsasən üç kritik sektoru əhatə edəcək: mənzil təminatı, su və kanalizasiya sistemi, həmçinin yol infrastrukturu. Təklif hazırlanarkən bu sahələrin xüsusi diqqət tələb edən prioritet istiqamətlər olduğu vurğulanıb. Yeni mexanizm risklərin azaldılmasına, dövlət və özəl investisiyaların qorunmasına xidmət edəcək. Bununla yanaşı, insanların və yaşayış ərazilərinin təhlükəsizliyinin artırılması əsas hədəflərdən biri hesab olunur".
"Yeni təlimatların innovasiyaları stimullaşdıracağı, texniki bacarıqların inkişafına və bölgələrdə məşğulluğun artmasına töhfə verəcəyi də qeyd edilir. Eyni zamanda, hazırda iqlimə uyğunlaşma meyarlarını tam nəzərə almayan infrastruktur sektorunun daha dayanıqlı və rəqabətədavamlı modellərə keçidinə şərait yaradacağı vurğulanır. Layihə çərçivəsində dayanıqlılıq prinsiplərinin normativ hüquqi bazaya, peşəkar təlimlərə və şəhərsalma planlaşdırılmasına inteqrasiya edilməsinin vacibliyi xüsusi qeyd olunur. Bu istiqamətdə Mühəndislər və Memarlar Federativ Kollegiyasının mühüm rol oynadığı bildirilir. Məqsəd yalnız iqlim dəyişikliyinə cavab vermək deyil, həm də daha təhlükəsiz, hazırlıqlı və inkişaf üçün əlverişli şəhər və icmalar formalaşdırmaqdır", - deyə ekspert əlavə edib.

Persello: Əlverişsiz bölgələrin əhalisinin 90 %-i aşağı və orta gəlirli ölkələrdə yaşayır
Dünyadakı əlverişsiz şəhər rayonları əhalisinin təxminən 90 %-i aşağı və orta gəlirli ölkələrdə yaşayır.
"Report" xəbər verir ki, bunu Tvente Universitetinin professoru Klaudio Persello Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, bu ərazilər rəsmi xəritələrdə və statistik hesabatlarda çox vaxt nəzərə çarpmır: "Ev təsərrüfatlarının sorğularına əsaslanan ənənəvi məlumat toplama üsulları baha başa gəlir, əhalinin siyahıyaalınması məlumatlarının yenilənmə dövrləri isə 10 ilə qədər vaxt aparır.
Yerin müşahidəsi və texnologiyalardan istifadə əlçatan xəritələr yaratmağa imkan verir".
Yeni yanaşma Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə dəqiq hesabatlar təqdim etmək üçün dinamik inkişaf edən zonalardakı dəyişiklikləri real vaxt rejimində izləməyə imkan verəcək.

-
report.az
- Ekspert: "Latın Amerikasında və Karib hövzəsində iqlim fəlakətləri iqtisadiyyata zərbə vurur"
Ekspert: "Latın Amerikasında və Karib hövzəsində iqlim fəlakətləri iqtisadiyyata zərbə vurur"
Latın Amerikasında və Karib hövzəsində iqlim fəlakətləri iqtisadiyyata və infrastruktura ağır zərbə vurur.
"Report" xəbər verir ki, bunu Kosta Rika Mühəndis və Memarlar Federasiyasının (Colegio Federado de Ingenieros y de Arquitectos de Costa Rica - CFIA) əməkdaşı Laura Parras Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yerli iqtisadi inkişaf və mənzil təminatı. İnklüziv və dayanıqlı şəhərlərin qurulması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Latın Amerikası və Karib hövzəsində baş verən hər bir güclü iqlim hadisəsi təkcə infrastruktura deyil, eyni zamanda sosial-iqtisadi həyata da ciddi təsir göstərir: "Bu hadisələr məşğulluğa, istehsalat fəaliyyətinə, yerli ticarətə və bölgələrdə yeni investisiya mühitinin formalaşması üçün vacib olan etimada böyük zərbə vurur. Nəticədə isə infrastrukturların yenidən qurulması və bərpası zərurəti yaranır. Hər hansı şəhər və ya icma belə hallara hazırlıqlı olmadıqda, bunun nəticələri çox ağır olur. Burada söhbət yalnız yenidənqurma xərclərindən getmir, eyni zamanda böyük mülkiyyət itkiləri və əsas xidmətlərin dayanması da ciddi problemlər yaradır. Məsələn, bəzi icmalar su və elektrik təminatından məhrum olur ki, bu da ailələrin gündəlik həyatına və yerli iqtisadiyyata birbaşa mənfi təsir göstərir.
Bundan əlavə, magistral yolların torpaq sürüşməsi nəticəsində zədələnməsi xammalın və digər vacib resursların daşınmasını çətinləşdirir. Bu isə yerli iqtisadi fəaliyyətin zəifləməsinə və təchizat zəncirində ciddi problemlərin yaranmasına səbəb olur".

Sədr: "İçərişəhərdə turist axınının artması sakinlərin gündəlik həyatına təsir edir"
İçərişəhər ərazisində artan turist axınının sakinlərin gündəlik həyatına təsiri hiss olunur.
"Report" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, tarixi şəhərlərdə yaşamaq müasir şəhər mühitindən daha fərqli və çətin şərtlər tələb edir: "İçərişəhərdə və tarixi şəhərlərdə yaşamaq heç də asan deyil. Bizim vəzifəmiz sakinlərin rahatlığını maksimum təmin etməkdir. "Tourist pressure" adlanan turizm təzyiqinin düzgün idarə olunması üçün yeni yanaşmalar tətbiq edilir. Bu istiqamətdə nəqliyyatın idarə olunması, rəqəmsal xidmətlərin genişləndirilməsi və infrastrukturun daha səmərəli təşkili əsas prioritetlər sırasındadır".

Rüfət Mahmud: "İçərişəhərdə sakinlərin qapı-qapı siyahıyaalınması aparılır"
İçərişəhər ərazisində yaşayan sakinlərin siyahıyaalınması həyata keçirilir.
"Report" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, hal-hazırda əməkdaşlar və könüllülərdən ibarət qruplar qapı-qapı gəzərək sakinlər barədə məlumat toplayırlar: "İçərişəhərdə yaşayan sakinlərin sayını bu gün ancaq təxmini deyə bilirik. Hazırda əhalinin uçotu aparılır və bir neçə aydan sonra İçərişəhər haqqında tam məlumat bazamız olacaq. Toplanan məlumatlar gender bölgüsü, yaş kateqoriyaları, ailələrin gəlir mənbələri və sosial vəziyyətini əhatə edir. Bu datanın formalaşdırılması gələcək idarəetmə və xidmətlərin planlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır".

İçərişəhərdə rəqəmsal kadastr platforması yaradılır
İçərişəhər üzrə bütün əmlak məlumatlarını özündə birləşdirən rəqəmsal kadastr platforması yaradılır.
"Report" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, layihə Bakı Şəhər İcra Hakimiyyəti və İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə həyata keçirilir: "Patformada İçərişəhərə aid bütün əmlak məlumatları vahid sistemdə toplanılacaq. Çox böyük və unikal rəqəmsal platforma yaradılır və bütün məlumatlar orada yerləşdirilir. Onun üzərində birgə idarəetmə modeli tətbiq olunur. Artıq İçərişəhərdə ünvanların inventarizasiyası aparılıb, hazırda isə tarixi abidələrin rəqəmsal inventarizasiyası və pasportlaşdırılması işləri davam etdirilir".

Azərbaycan və İran regional əməkdaşlıq məsələlərini müzakirə ediblər
Azərbaycan və İran arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib.
"Report" bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədr müavini Dövlətxan Dövlətxanov İranın Yol və Şəhərsalma nazirinin müavini Qulamrza Kazemian ilə görüş keçirib. Görüş zamanı şəhərsalma, dayanıqlı inkişaf və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bakı–Tbilisi–Bakı qatarında fiziki məhdudiyyətli sərnişinlər maneəsiz səyahət edəcək
Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarlar fiziki məhdudiyyətli sərnişinlərin maneəsiz səyahəti üçün inklüizivlik imkanlar yaradılıb.
Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, həmçinin qatarlada rahat hərəkət üçün geniş və xüsusi dizayn edilmiş oturacaqlar, uyğunlaşdırılmış duş kabinləri və xüsusi panduslar və tutacaqlar olacaq.
Qeyd edilib ki, təlim görmüş peşəkar qatar heyəti isə maneəsiz səyahətə kömək etmək üçün hər zaman hazırdır.

Qarabağ və Şərqi Zəngəzurdakı sənaye parklarında 19-dan çox rezident fəaliyyət göstərir
Qarabağ və Şərqi Zəngəzurdakı sənaye parklarında artıq 19-dan çox rezident fəaliyyət göstərir.
"Report" xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bu sənaye parkları region üçün mühüm logistika, sənaye və ticarət mərkəzlərinə çevrilir:
"Onlar yeni iş yerləri yaradır və uzunmüddətli iqtisadi artımı dəstəkləyir. Bununla yanaşı, regionda sürətlə inkişaf edən əsas sahələrdən biri də yaşıl enerjidir. Bildiyiniz kimi, Prezident İlham Əliyev tərəfindən bu ərazi "yaşıl zona" elan olunub və biz bu istiqamətdə mümkün olan bütün imkanlardan istifadə edirik".
Xüsusi nümayəndə qeyd edib ki, hazırda xarici şirkətlərdən biri Cəbrayılda 240 meqavat gücündə Günəş Elektrik Stansiyasına investisiya yatırır.
"Daha iki şirkət isə ümumilikdə təxminən 100 meqavatlıq layihələr həyata keçirir. Beləliklə, regionda böyük həcmdə enerji istehsalı formalaşır və bu enerji bütün Qarabağın təminatı üçün kifayət edir, artıq qalan hissə isə ixrac oluna bilər".

Ekspert: "Milli siyasəti yerli icraat reallıqları ilə əlaqələndirmək lazımdır"
Milli siyasəti yerli icraat reallıqları ilə əlaqələndirmək lazımdır.
"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Yaradıcı İnnovasiya Təcrübəsi, Siyasət Laboratoriyasının rəhbəri Lara Kinneir Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yeni Şəhərsalma Gündəliyi (NUA) üzrə növbəti 10 il üçün birgə səylərimiz" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, digər mühüm məsələ gələcəkdə milli irəliləyiş hesabatlarını daha fəaliyyətə yönəlik formaya necə keçirə biləcəyimiz haqqında idi: "Birincisi, milli irəliləyiş hesabatları həqiqətən milli siyasəti yerli icraat reallıqları ilə əlaqələndirməlidir. Hesabat təkcə nəticələri deyil, həm də imkan yaradan şərtləri bildirməlidir. Söhbət hesabatların daha yaxşı olmasından deyil, onların ortaq bir intellekt sisteminin hissəsi olmasından söhbət gedir. Bizdə çoxlu məlumat var, texnoloji irəliləyişlər var ki, bunları növbəti nəsil hesabat sistemində istifadə edə bilərik".
Qonaq əlavə edib ki, bu sistem fasiləsiz, çevik, rəqəmsal, sübutlarla zəngin, yerli əsaslı, müqayisə edilə bilən və adaptiv olardı: "Müxtəlif ölkələrin öz hesabat və proseslərini müqayisə etməsinə imkan vermək, bəlkə də sağlam rəqabət və insanların bunu ciddiyə alması üçün bir təşviq yaradar. Beləliklə, hesabatınızı təqdim etməli olduğunuz rəsmi anı gözləmək əvəzinə, davamlı qiymətləndirməyə imkan verən rəqəmsal iş mühitləri yaratmaq üçün texnologiyadan həqiqətən istifadə edə bilərik".

WUF13-də gələcəyin şəhərlərinin inşası üçün birləşməyə çağırış edilib
Dünya ictimaiyyəti gələcəyin şəhərlərinin inşası naminə səylərini birləşdirməlidir.
"Report" xəbər verir ki, bu bəyanatla "TAF Africa Global" (bütün qitədə əlçatan və müasir mənzillərin inşası üzrə ixtisaslaşan, daşınmaz əmlak və tikinti sahəsində aparıcı Afrika şirkəti) şirkətinin baş direktoru Mustafa Nci Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası və CAHF Mənzil Maliyyələşdirilməsi 2025/2026 nəşrinin ilkin təqdimatı" panel sessiyasında çıxış edib.
"Qlobal Cənubda mənzil böhranının öhdəsindən gəlmək üçün dünya inşaatçılar və investorlar icmasının öz resurslarını və səriştələrini birləşdirməsi son dərəcə vacibdir. Urbanizasiya, infrastruktur çatışmazlığı və iqlim həssaslığı ilə bağlı çağırışlar təkbaşına öhdəsindən gəlinməyəcək qədər böyük miqyaslıdır.
Biz tikinti işlərini birlikdə həyata keçirəndə və dövlət-özəl tərəfdaşlığının Qlobal Cənubda təkcə mövcud olmağa deyil, həm də uğurla inkişaf etməyə qadir olduğunu nümayiş etdirəndə sadəcə şəhərlər yaratmırıq - biz gələcəyi formalaşdırırıq", - M. Nci deyib.

WUF13-lə bağlı çəkilmiş xüsusi hərəkət zolaqları sabahdan qüvvədən düşür
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) nəqliyyat təminatı çərçivəsində təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək.
Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, sabahdan sözügedən zolaqlarda avtobus zolağını bildirən 5.9 yol nişanları yığışdırılacaq. Yol nişanları çıxarılmış zolaqlar qüvvədən düşmüş hesab olunacaq və sürücülər bu zolaqlara daxil ola biləcəklər.
Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarına əsasən, Mehdi Abbasov küçəsində təşkil edilən xüsusi hərəkət zolağı qüvvədə saxlanılacaq. Bununla da bu ərazidən keçən ictimai nəqliyyatın maneəsiz və fasiləsiz hərəkəti təmin ediləcək.
Sürücülərdən diqqətli olmaq və yol nişanları olan zolaqlarda qanunun tələbinə riayət etmək xahiş olunur.

Xüsusi nümayəndə: Əvvəlki Ağdam və Füzuli ilə bağlı nostalji hisslər mövcuddur
Əvvəlki Ağdam və Füzuli ilə bağlı nostalji, emosional hisslər mövcuddur.
"Report" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, azad olunmuş ərazilərin bərpa məsələsinə yanaşma idarəetmə çərçivəsindən başlayaraq layihələrin faktiki icrasına, onların mərhələliliyinə, eləcə də əhalinin geri qaytarılması və məskunlaşdırılması prosesinə qədər bütün sahələri əhatə edirdi.
"Əlbəttə, siz bərpa və yenidənqurma apararkən mütləq əvvəlki standartlara qayıtmalı deyilsiniz. Keçmiş Ağdam və Füzuli ilə bağlı nostalji və emosional hisslər mövcuddur. Amma dünya dəyişir, texnologiya inkişaf edir və biz innovasiya, texnologiya əsaslı inkişaf dövründə yaşayırıq. Buna görə də texnologiyanın təqdim etdiyi ən yaxşı imkanlardan istifadə etməliyik".

-
report.az
- Ekspert: "Yeni Şəhərsalma Gündəliyi yerli qərar qəbul etmə sistemlərinə inteqrasiya edilməlidir"
Ekspert: "Yeni Şəhərsalma Gündəliyi yerli qərar qəbul etmə sistemlərinə inteqrasiya edilməlidir"
Yeni Şəhərsalma Gündəliyi (New Urban Agenda) müstəqil qlobal çərçivə kimi deyil, yerli qərar qəbul etmə sistemlərinə inteqrasiya edildikdə uğurlu olur.
"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Yaradıcı İnnovasiya Təcrübəsi, Siyasət Laboratoriyasının rəhbəri Lara Kinneir Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yeni Şəhərsalma Gündəliyi (NUA) üzrə növbəti 10 il üçün birgə səylərimiz" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, inteqrasiya həqiqətən baş verdikdə, mənzil siyasəti iqtisadi siyasətlə və nəqliyyat siyasəti ilə əlaqələndikdə, nailiyyət məhz o zaman əldə olunur: "Ən güclü təkanverici amil milli siyasət ilə yerli icraat arasındakı uyğunluq idi. Beləliklə, milli, regional və yerli dialoqların olduğu mühitləri müşahidə etdikdə, yenə də uğurun əldə olunduğunu gördük. Hətta büdcə sistemlərində də Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması mövcud idi. Həmçinin, güclü şəhər məlumatları və monitorinq sistemləri olan şəhərlərin irəliləyişdəki boşluqları və kompromisləri müəyyən etməkdə daha bacarıqlı olduqlarını müşahidə etdik. Məlumatlara çıxış olmadıqda və ya məlumatlar dövlət qurumları, yerli şəbəkələr və hökumət arasında parçalandıqda, bu, işi çox çətinləşdirir və icraatın böyük hissəsini ləngidir".
Qonaq əlavə edib ki, Yeni Şəhərsalma Gündəliyinə cavab olaraq yaradılan şəhər fəaliyyət planları ayrı-ayrı sektorlara əsaslanan müdaxilələrdən daha effektiv olduğunu sübut edib: "Yenə də, istər alim, istər memar, istər dizayner, istərsə də vətəndaş olsun, hər kəsin ətrafında toplaşa biləcəyi bir planın hazırlanması, hər kəsin riayət edəcəyi bir baxışın formalaşdırılmasına kömək edir. Bu mənada institusional davamlılıq və liderlik çox vacib idi. Uzunmüddətli icraat mandatlar, rutinlər, bacarıqlar və tərəfdaşlıqlar tələb edir".

İspaniya rəsmisi: "DİM üzrə hazırlanmış alətlər təhsil prosesində tətbiq olunacaq"
Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə hazırlanmış alətlər təhsil prosesində tətbiq olunacaq.
"Report" xəbər verir ki, bunu İspaniyanın Kataloniya Hökumətinin Ərazi, Mənzil və Ekoloji Keçid Departamentində Şəhərsalma və Memarlıq üzrə Baş Direktoru Elisabet Cirici Amiell Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Dayanıqlı İnkişaf Məqsədlərindən Mənzillərə" adlı tədbirdə bildirib.
"Şəhərlərlə bağlı ibtidai və orta təhsil səviyyəsində həyata keçirilən təşəbbüslərdə bu alətlərdən istifadə DİM-lərin və dayanıqlı inkişaf prinsiplərinin daha praktik şəkildə izahına imkan yarada bilər", - deyə o qeyd edib.
Qonaq əlavə edib ki, Beynəlxalq Memarlar İttifaqının (UIA) hazırladığı alət peşəkarlar arasında ortaq yanaşmanın formalaşdırılmasına və layihələrin daha dayanıqlı hazırlanmasına kömək edir: "Bu alət kommunikasiya və təşviqat baxımından çox faydalıdır. Eyni zamanda layihələrin hazırlanması prosesində onların keyfiyyətinin yaxşılaşdırılmasına imkan yaradır. İstifadəçilər alətlə interaktiv formada işləyərək müxtəlif parametrləri dəyişə və layihələrin nəticələrini qiymətləndirə bilirlər. Layihələrin hazırlanması zamanı müəyyən kompromislər olur. Lakin bu alət həmin prosesdə qərarların daha balanslı verilməsinə kömək edir".

Efiopiya rəsmisi: "Ənənəvi nəqliyyat vasitələrinin idxalını qadağan etmişik"
Efiopiyada ənənəvi nəqliyyat vasitələrinin idxalı qadağan edilib.
"Report" xəbər verir ki, bunu Əddis-Əbəbə Çay və Çaykənarı Ərazilərin İnkişafı üzrə texniki məsləhətçi Uayeliqn Desalegn Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ( WUF13) çəçivəsində təşkil olunmuş "Siyasətdən Təcrübəyə: Əddis-Əbəbənin İnsan Yönümlü Şəhər Dönüşümü Səyahəti" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Əddis-Əbəbədə ekoloji təmiz nəqliyyat vasitələrinə keçid rəsmi səviyyədə dəstəklənir: "Biz sürətlə böyüdüyümüz bir vaxtda ,iqlim dəyişikliyi problemlərini necə həll edəcəyimizi dərindən, düşünülmüş şəkildə planlaşdırırdıq. Əvvəllər biz ənənəvi olaraq həmin qalıq yanacaqla işləyən avtomobillərdən və müntəzəm nəqliyyat vasitələrindən istifadə edirdik. Bu günlərdə isə ölkə artıq ənənəvi enerjidən, müntəzəm avtomobillərdən istifadəni, ənənəvi nəqliyyat vasitələrinin idxalını qadağan edib və biz yalnız elektriklə işləyən avtomobillər idxal edirik. Beləliklə, Əddis-Əbəbədə hərəkət edən avtomobillərin çoxu elektrikli avtomobillərdir. Biz kütləvi nəqliyyatın əlçatanlığını genişləndiririk, hər il daha çox avtobus, yüzlərlə avtobus əlavə edirik ki, bununla da şəhərin emissiya statusunu ən azından azalda bilək".
Qonaq əlavə edib ki, şəhəri təbii fəlakətlərdən qorumaq üçün genişmiqyaslı infrastruktur layihələri icra edilir: "Çayın bərpası layihəsi təkcə rekreasiya fəaliyyəti və yaxud ictimai məkanların genişləndirilməsi üçün nəzərdə tutulmayıb. Əksinə, o, şəhəri yağışlı mövsümdə fəlakətli daşqınlardan və sürüşmələrdən qoruyur. Çay sahilində yaşayan yüz minlərlə insan var idi ki, onlar daşqın və sürüşməyə qarşı olduqca həssas idilər. Biz həmin həssas çay sahillərində yaşayan insanları təhlükəsiz ərazilərə köçürürük. Beləliklə, etdiyimiz hər şey qısamüddətli və uzunmüddətli plan çərçivəsində şəhərin davamlılığını təmin etmək məqsədi daşıyır".

Afrikada mənzil çatışmazlığı 2030-cu ilə qədər 130 milyona çatacaq
Afrika 51 milyon mənzil çatışmazlığı ilə üz-üzədir.
"Report"un məlumatına görə, bunu "TAF Africa Global"ın baş direktoru Mustafa Nci Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası və CAHF Mənzil Maliyyələşdirilməsi 2025/2026 nəşrinin ilkin təqdimatı" adlı panel sessiyada çıxışı zamanı deyib.
Xəbər yenilənir

-
report.az
- Mara Kossu: İtaliya SDG-lərin lokallaşdırılmasının monitorinqi üzrə qlobal sistemin hazırlanmasında iştirak edir
Mara Kossu: İtaliya SDG-lərin lokallaşdırılmasının monitorinqi üzrə qlobal sistemin hazırlanmasında iştirak edir
Ümumi məlumat bazaları və müqayisəli statistika şəhər inkişafı problemlərinin həlli və iqlim siyasətinin həyata keçirilməsi üçün əsas alətə çevrilir.
"Report" xəbər verir ki, bu barədə İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin nümayəndəsi Mara Kossu Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə videomüraciətində bildirib.
Onun sözlərinə görə, hakimiyyət orqanları və beynəlxalq təşkilatlar məlumatlardan şəhərlər arasında reytinqlərin formalaşdırılması üçün deyil, birgə həll yollarının işlənib hazırlanması və təcrübə mübadiləsi üçün istifadə etməlidirlər.
"Məlumatlar ərazilər arasında rəqabət üçün deyil, birgə iş üçün lazımdır", - Mara Kossu deyib.
O, həmçinin qeyd edib ki, İtaliya OECD və UN-Habitat ilə birgə SGM-lərin lokallaşdırılmasının monitorinqi üzrə qlobal sistemin işlənib hazırlanmasında iştirak edir.

-
report.az
- Din Şarp: Müharibə təkcə şəhər mühitinin dağıdılmasını yox, həm də tikinti proseslərini əhatə edir
Din Şarp: Müharibə təkcə şəhər mühitinin dağıdılmasını yox, həm də tikinti proseslərini əhatə edir
Münaqişələrdən sonrakı yenidənqurma təzyiq aləti və müharibənin başqa vasitələrlə davamı kimi istifadə oluna bilər.
"Report" xəbər verir ki, bu barədə London İqtisadiyyat Məktəbinin elmi işçisi, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) məsləhətçisi Din Şarp Bakıda WUF13 çərçivəsində keçirilən müzakirədə bildirib.
Xəbər yenilənir...

-
report.az
- Robinson: Əmlak hüquqları nəzərə alınmadan mənzillə təminatı sürətləndirmək münaqişələrə gətirib çıxara bilər
Robinson: Əmlak hüquqları nəzərə alınmadan mənzillə təminatı sürətləndirmək münaqişələrə gətirib çıxara bilər
Humanitar böhranlarda əmlak hüquqlarını nəzərə almadan mənzillə təminatı sürətləndirmək cəhdləri yeni münaqişələrə və əhalinin təkrar yerdəyişməsinə səbəb ola bilər.
"Report" xəbər verir ki, bu barədə "Global Protection Cluster" nəzdindəki mənzil, torpaq və əmlak hüquqları üzrə qlobal məsuliyyət zonasının (Global HLP AoR) həmkoordinatoru Cim Robinson Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
XƏBƏR YENİLƏNİR

Efiopiya nümayəndəsi: "Əddis-Əbəbə böyük bir şəhər transformasiyası keçirib"
Efiopiyanın paytaxtı Əddis-Əbəbə son iki ildə böyük bir şəhər transformasiyası keçirib.
"Report" xəbər verir ki, bunu Mühəndislik üzrə Elmlər Doktoru, Strateji Proqramlar Ofisinin Rəhbəri Eşetayehu Kinfu Ümumdünya Şəhərsalma Forumu (WUF13) çəçivəsində keçirilən" Siyasətdən Təcrübəyə: Əddis-Əbəbənin İnsan Yönümlü Şəhər Dönüşümü Səyahəti" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Efiopiya paytaxtının şəhər transformasiyasına ölkə valyutası ilə trilyonlarla bır cəlb edilib: "Bir çox insan Əddis-Əbəbənin son iki ildə necə böyük bir şəhər transformasiyası keçirdiyindən və bunun olduqca uğurla icra olunduğundan xəbərdardır. Bu, təxminən bir trilyon bır dəyərində olan bir layihədir və şəhər administrasiyası ümumilikdə böyük həcmdə resurs cəlb edə bilib. Şəhər rəhbərliyi şəhər transformasiyası sahələrindən 30 000-ə yaxın insanı başqa yerlərə uğurla köçürməyə nail olub və biz müxtəlif yollarla, o cümlədən dövlət-özəl tərəfdaşlığı vasitəsilə trilyonlarla bır cəlb edə bildik. İdarəedici orqan - Merdən tutmuş idarəetmənin ən aşağı səviyyəsinə qədər şəhər transformasiyasının bütün fəaliyyətlərində yaxından iştirak edirdi. İcma, yəni sakinlər transformasiyanın planlaşdırılmasından xəbərdardırlar və öz rollarını effektiv şəkildə yerinə yetirməyə cəlb olunublar. Deməli, yüksək səviyyəli iştirakçılığın təmin edilməsi çoxsəviyyəli idarəetmənin daha bir pilləsidir".
O, həmçinin hökumətin müxtəlif səviyyələri arasındakı hibrid və şaquli əməkdaşlıq modelinin böhranların qarşısını necə aldığını qeyd edib:"Burada federal hökumətdən tutmuş ən aşağı səviyyə olan "Voreda"ya qədər hamı bu növ transformasiyanı həyata keçirmək üçün əl-ələ verib işləyə bilir. Federal hökumət strategiyaların hazırlanması və layihələrin yaxından monitorinqinə diqqət yetirir, mezzo və mikro səviyyədəki insanlar isə planların effektiv icrasına cavabdehdirlər. Əgər şəhər administrasiyaları və yerli hökumətlər səlahiyyətləndirilərsə, uğur qazanmaq mümkündür".
Qeyd edək ki, 159,75 Efiopiya Bırrı 1 dollara bərabərdir.

Nambiyalı mer: Ağıllı şəhər strategiyası şəhərimizin təhlükəsizliyində mühüm rol oynayır
Nambiyada ağıllı şəhər strategiyasından istifadə Vindhoek şəhərinin təhlükəsizliyində mühüm rol oynayır.
"Report" xöbər verir ki, bu barədə Namibiyanın Vindhoek şəhərinin meri Sakarias Uunona WUF13 çərçivəsində təşkil olunan "Təcrübədə ədalətli keçidlər: Qeyri-rəsmilik və böhran üçün rəqəmsal alətlərin birgə yaradılması"ı adlı tədbirdəki çıxışında deyib.
Onun sözlərinə görə, Vindhoek şəhərində mənzil və qeyri-rəsmi məskunlaşma problemlərini həll etmək üçün "ağıllı şəhər" strategiyasından istifadə şəhərin qeyri-rəsmi yaşayış məntəqələrinin xəritələşdirilməsi məsələsində çox kömək edib:
"Belə ki, bu, sərhədlərin müəyyən edilməsi və xəritələşdirilməsi baxımından faydalı olur. Bu, bizə torpaqla bağlı xidmətlərin göstərilməsi baxımından dəqiq rəqəmlər verir. Bunun nəticəsində hər bir təsərrüfat üçün neçə kvadratmetr sahəyə ehtiyac olduğunu dəqiqləşdiririk".
O əlavə edib ki, yol infrastrukturu olmadan evlərin inşası ciddi çətinlik yaradır:
"Yol olmasa, insanlar evlərinə və ya iş yerlərinə necə gedəcəklər? Biz şəhər polisi ilə birlikdə hazırda küçələrdə sensorlar və kameraları olan bir sistem qurmuşuq, onun vasitəsilə fərdlərin üzlərini tanıya bilirik. Həmçinin cinayətlər və ya daxili qayda-qanunlara, eləcə də normativ aktlara əməl etməyənlərin avtomobil nömrələrini müəyyən edirik".

BMT rəsmisi: "Yeni şəhərsalmaya dair institusional icra hələ də məhduddur"
Ölkələrdə yeni şəhərsalma ilə bağlı institusional icra hələ də məhduddur.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) gənclər üzrə məsləhətçisi, Helvan Universitetinin Memarlıq və Şəhərsalma üzrə dosenti Zeyna Əl-Zeyn Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yeni Şəhərsalma Gündəliyi (NUA) üzrə növbəti 10 il üçün birgə səylərimiz" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, 10 il əvvəl şəhərlər haqqında müzakirələr daha çox fiziki tərəfdən - infrastruktur, binalar və genişlənmə istiqamətində gedirdi: "Lakin son vaxtlar müşahidə etdim ki, tikili mühitin dərk olunmasındakı dəyişiklik daha çox sistemlər, dayanıqlılıq, sosial inklüzivlik, iqlimə uyğunlaşma, ictimai məkanlar, mənzil, mobillik və bütün maraqlı tərəflərin iştirakı haqqındadır. Əslində, öz sahəmdə də bunu hiss etmişəm. Bir pedaqoq olduğum üçün təhsildə də bu dəyişikliyi – memarlıq və şəhərsalmanı yeni nəslə necə öyrətdiyimizi görmüşəm. Biz artıq müxtəlif sistemlərə, məsələn, təbiətə əsaslanan həllər üçün mühit yaratmağa, müxtəlif sistemləri bir-birinə bağlamağa və kəsişməyə diqqət yetirməyə başlamışıq. Həmçinin, Yeni Şəhərsalma Gündəliyində gənclərin iştirakı ilə bağlı güclü təkan görürəm və bunu gənclərin WUF13-ün və UN-Habitat-ın müxtəlif məkanları kimi platformalara necə cəlb olunduqlarından aydın görmək olar".
Qonaq əlavə edib ki, şəhərsalma ilə baxış tərzi inkişaf edib: "Lakin onu da qeyd etmək istərdim ki, institusional icra hələ də məhduddur. Yəni, artıq bir baxışımız var, lakin bunların necə həyata keçirilməsinə daha çox diqqət yetirməyə ehtiyac duyuruq".

-
report.az
- UN-Habitat dövlət, biznes və BMT strukturları arasında üçtərəfli tərəfdaşlığı gücləndirməyi planlaşdırır
UN-Habitat dövlət, biznes və BMT strukturları arasında üçtərəfli tərəfdaşlığı gücləndirməyi planlaşdırır
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Ümumdünya Şəhərsalma Forumunda üçtərəfli tərəfdaşlığı gücləndirməyə hazır olduğunu bildirib.
"Report" xəbər verir ki, müvafiq bəyanatla UN-Habitat-ın Torpaq resursları, mənzil və qeyri-rəsmi məskunlaşmalar bölməsinin rəhbəri Ombreta Tempra Azərbaycanın paytaxtında keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan "Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası və CAHF Mənzil Maliyyələşdirilməsi 2025/2026 nəşrinin ilkin təqdimatı" adlı panel sessiyası zamanı çıxış edib.
"Dövlət qurumları, biznes nümayəndələri və BMT orqanları arasında üçtərəfli qarşılıqlı əlaqənin dərinləşdirilməsi üzrə planlar hazırlanır. Təşkilat fəaliyyətdə olan inzibati mexanizmlərin özəl sektorun tələblərinə hər zaman cavab vermədiyini dərk edir və tərəfdaşlarla əməkdaşlıq formatını transformasiya etməyə hazırdır. Növbəti addım kimi, hazırkı və gələcək Ümumdünya Şəhərsalma Forumunda mənzil siyasətinə həsr olunmuş genişləndirilmiş trek nəzərdə tutulub", - O. Tempra qeyd edib.

UN-Habitat: Müharibə nəticəsində Ukraynanın mənzil fondunun 14 %-i zədələnib
Ukrayna yaşayış sektorunda mənzil fondunun köhnəlməsi, sosial və əlçatan mənzil çatışmazlığı, icarə bazarının tənzimlənməməsi kimi bir sıra sistemli problemlərlə üzləşir.
"Report"un məlumatına görə, bunu UN-Habitat-ın Ukrayna üzrə ölkə proqramının rəhbərinin müavini Mariana Lesser-Voyata (Mariana Lesser-Voyata) Bakıda keçirilən WUF13 çərçivəsində bildirib.
Xəbər yenilənir

Bakıda təqdim olunan UIA alətləri Memarların Dünya Konqresində nümayiş etdiriləcək
Bakıda təqdim olunan, Beynəlxalq Memarlar İttifaqının (UIA) hazırladığı alətlər İspaniyanın Barselona şəhərində keçiriləcək Memarların Dünya Konqresində nümayiş etdiriləcək.
"Report" xəbər verir ki, bunu Portuqaldilli Ölkələrin Beynəlxalq Memarlar Şurasının (CIALP) prezidenti, memarlıq üzrə fəlsəfə doktoru Rui Leao Bakıda keçirilən Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Dayanıqlı İnkişaf Məqsədlərindən Mənzillərə" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, həmin alətlər Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) şəhərsalma və memarlıq layihələrində daha effektiv tətbiqinə xidmət edir.
Konqres 28 iyun-1 iyul tarixlərində olacaq. Tədbirdə keçid dövründə olan dünyanın əsas urbanizasiya çağırışları müzakirə olunacaq.

Simon Sprinqett: Dünyada mənzil problemi ilə üzləşənlərin əksəriyyəti qadınlardır
Dünyada mənzil problemi ilə üzləşən insanların əksəriyyətini qadınlar təşkil edir.
"Report" xəbər verir ki, bunu Barbadosda Birləşmiş Millətlər Təşkilatının Rezident Koordinatoru Simon Sprinqett Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qadınların Dəyirmi Masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı" adlı tədbirdəki çıxışında deyib.
Onun sözlərinə görə, qadınların başçılıq etdiyi ev təsərrüfatlarının sayı kifayət qədər çoxdur:
"Mənzil problemi ilə üzləşən insanların əksəriyyətini qadınlar təşkil edir. BMT gender statistikasının inkişafına, investisiyaların cəlb olunmasına, təhlükəsizliyin təmin olunmasına və iqlim risklərinin nəzərə alınmasına dəstək verə bilər".
S.Springettun fikrincə, bu çərçivədə mövcud reallıqlara uyğun siyasətlər formalaşdırılmalıdır:
"Bunun üçün etibarlı sübutlar və məlumatlar əldə edilməli, məlumatlardan istifadənin təşviqinə xüsusi diqqət yetirilməlidir. BMT məlumat sistemlərinin təkmilləşdirilməsi, eləcə də yaşayış yerlərində təhlükəsizliyin təmin olunması istiqamətində dəstək verə bilər".

-
report.az
- UN-Habitat: Ölkələr idarəetmə sistemlərini urbanizasiyanın yeni şərtlərinə uyğunlaşdırmalıdır
UN-Habitat: Ölkələr idarəetmə sistemlərini urbanizasiyanın yeni şərtlərinə uyğunlaşdırmalıdır
Şəhərlərin müasir idarəetmə modelləri aqlomerasiyaların bələdiyyələrin inzibati sərhədlərindən kənara real genişlənməsini nəzərə almalıdır.
"Report" xəbər verir ki, bu barədə UN-Habitat-ın "Global Solutions Division" nümayəndəsi Fiona MakKlani WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, iri şəhərlərdə iqlim təhdidlərinin, sosial həssaslığın və mənzil təzyiqinin artması fonunda metropoliten idarəetməsinin müzakirəsi xüsusilə aktual olur.
"Ekoloji risklər, nəqliyyat, mənzil və xidmətlər inzibati sərhədlərdə dayanmır", - o bildirib.
MakKlani vurğulayıb ki, ölkələr idarəetmə, planlaşdırma və maliyyələşdirmə sistemlərini urbanizasiyanın yeni şərtlərinə uyğunlaşdırmalı, eləcə də metropoliten inkişafı sahəsində beynəlxalq təcrübədən daha fəal istifadə etməlidirlər.

Orxan Çobanzadə: "Azərbaycanda rəqəmsallaşma şəhər həyatını daha rahat edir"
Azərbaycanda rəqəmsallaşma şəhər həyatını daha rahat edir.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin üzvü Orxan Çobanzadə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Özəl sektor davamlı şəhərlərin inkişafının aparıcı qüvvəsi kimi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, ümumilikdə hər şey insan amilindən asılıdır: "Şəhərlərin inkişafında əsas faktor məhz insandır. Bu gün şəhərlərimizin həm tarixi memarlıq abidələri, həm də müasir tikililərlə inkişaf etməsini istəyiriksə, ilk növbədə insanların rahatlığı və yaşayış şəraiti nəzərə alınmalıdır. Bir şəhər salınarkən əvvəlcə düşünülməlidir ki, insanlar burada necə yaşayacaq, onların gündəlik ehtiyacları necə qarşılanacaq. Bunun üçün infrastruktur düzgün planlaşdırılmalı, xidmət səviyyəsi yüksək olmalıdır. Eyni zamanda nəqliyyat sistemi, şəhər daxilində əlçatanlıq, marketlərə, restoranlara, banklara və digər xidmət sahələrinə yaxınlıq kimi məsələlər diqqətdə saxlanılmalıdır".
"Azərbaycanda son illərdə bu istiqamətdə ciddi inkişaf müşahidə olunur. Xüsusilə rəqəmsallaşma, innovasiya sahəsində mühüm addımlar atılır. Günel xanımın da vurğuladığı kimi, "ASAN xidmət" modeli bu sahədə uğurlu nümunələrdən biridir. O, əvvəlki dövrlərlə müqayisədə daha innovativ yanaşmalar tətbiq edir və bir çox xidmətləri rəqəmsallaşdıraraq insanların işini xeyli asanlaşdırır", - deyə O.Çobanzada əlavə edib.

Assosiasiya: Dayanıqlı şəhərlərin inkişafında dövlət-özəl sektor əməkdaşlığı vacibdir
Dayanıqlı şəhərlərin inkişafında dövlət və özəl sektor əməkdaşlığı vacibdir.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin üzvü Orxan Çobanzadə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Özəl sektor davamlı şəhərlərin inkişafının aparıcı qüvvəsi kimi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda dayanıqlı şəhərlərin qurulması yalnız yaşayış binalarının inşası ilə məhdudlaşmamalıdır: "Bu prosesdə insan faktoru daha önəmli rol oynayır. İnsanların sosial məsuliyyəti, xidmət səviyyəsinin ölçülməsi, rifah halının yaxşılaşdırılması kimi məsələlər də əsas prioritetlərdən biri olmalıdır. Bu istiqamətdə dövlət planlama və strategiya hazırlayır. Lakin özəl sektorun üzərinə düşən vəzifələr də kifayət qədər böyükdür. Burada əsas məqsəd yeni innovasiyaların tətbiqi, yeni iş yerlərinin yaradılması və müxtəlif sahələrdə insanların rifah səviyyəsinin yüksəldilməsinə dəstək göstərilməsidir".
"Ümumiyyətlə, özəl sektorun bir neçə əsas məsuliyyəti ön plana çıxır. Bunlardan biri innovativ yanaşmaların tətbiqidir. Bu, həm yeni iş yerlərinin yaradılması, həm də insanların məşğulluğunun təmin olunması baxımından vacibdir. Digər mühüm məsələ yeniliklərə açıq olmaqdır. Dövlət müəyyən strategiya və planlar hazırlasa da, onların tətbiqində özəl sektorun fəal iştirakı vacibdir. Məsələn, alternativ enerji sistemlərindən istifadə, binaların dayanıqlılıq standartlarına uyğun inşası və şəhər infrastrukturunun müasir tələblərə cavab verməsi mühüm məsələlərdəndir. Son dövrlərdə müşahidə olunan yağış suları, kanalizasiya və tullantı sistemləri ilə bağlı problemlər də göstərir ki, bu sahədə özəl sektorun üzərinə böyük məsuliyyət düşür. Özəl sektor hansı problemlərin necə həll edilməli olduğunu araşdırmalı, dövlətə təkliflər təqdim etməli və bütün bu yanaşmalarda dövlətlə əməkdaşlıq şəraitində fəaliyyət göstərməlidir", - deyə O.Çobanzadə əlavə edib.

Cənubi Afrikaya mənzil qıtlığını aradan qaldırmaq üçün 125 il lazım olacaq
Mənzil tikintisinin hazırkı həcmlərinin saxlanacağı təqdirdə Cənubi Afrikaya 3 milyon evlik mövcud qıtlığı aradan qaldırmaq üçün ən azı 125 il lazım olacaq.
"Report" xəbər verir ki, bu barədə Cənubi Afrikanın "Moladi Development" tikinti şirkətinin idarəedici direktoru Henni Botes Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan "Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası və CAHF Mənzil Maliyyələşdirilməsi 2025/2026 nəşrinin ilkin təqdimatı" adlı panel sessiyasında bildirib.
XƏBƏR YENİLƏNİR

-
report.az
- Oriol İlya: Mənzil sosial hüquq kimi deyil, daha çox investisiya aktivi kimi nəzərdən keçirilir
Oriol İlya: Mənzil sosial hüquq kimi deyil, daha çox investisiya aktivi kimi nəzərdən keçirilir
Daşınmaz əmlak bazarında spekulyasiyalar və qısamüddətli icarənin artması Avropanın böyük şəhərlərində mənzil hüququ üçün əsas təhdidlərdən birinə çevrilir.
"Report"un məlumatına görə, bunu Barselona paytaxt regionu administrasiyasının (Area Metropolitana de Barcelona) nümayəndəsi Oriol İlya Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
Xəbər yenilənir

-
report.az
- Assosiasiya: Müasir şəhərlər artıq yalnız tikinti ilə deyil, dayanıqlılığı ilə qiymətləndirilir
Assosiasiya: Müasir şəhərlər artıq yalnız tikinti ilə deyil, dayanıqlılığı ilə qiymətləndirilir
Müasir şəhərlər artıq yalnız tikinti ilə deyil, dayanıqlılığı ilə qiymətləndirilir.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin üzvü Rüfət Əliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Özəl sektor davamlı şəhərlərin inkişafının aparıcı qüvvəsi kimi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, müasir dünyada şəhərlər sənaye və innovasiyanın əsas mərkəzlərinə çevrilib: "Lakin urbanizasiyanın sürətlənməsi ilə yanaşı enerji istehlakı, resurslardan səmərəli istifadə, təhlükəsizlik və ekoloji dayanıqlıq kimi məsələlər də qlobal çağırışlara çevrilməkdədir.
Bu gün müasir şəhərlər artıq yalnız tikilən binaların sayı ilə deyil, eyni zamanda onların nə dərəcədə dayanıqlı, təhlükəsiz və uzunömürlü olması ilə qiymətləndirilir. Bu baxımdan texnoloji tətbiqlər, innovativ yanaşmalar və davamlı inkişaf prinsipləri xüsusi əhəmiyyət daşıyır.
Burada özəl sektorun rolu xüsusilə diqqət çəkir. Çünki dayanıqlı şəhərlərin formalaşması istifadə olunan keyfiyyətli materiallardan, tətbiq edilən texnologiyalardan və istehsalat proseslərinə yanaşmadan birbaşa asılıdır. Müasir texnologiyaların düzgün tətbiqi həm şəhərlərin uzunömürlü olmasına, həm də daha təhlükəsiz və ekoloji baxımdan dayanıqlı mühitin formalaşmasına imkan yaradır", - deyə o qeyd edib.

-
report.az
- UN-Habitat nümayəndəsi: "DİM-lərə nail olunması istiqamətində irəliləyişlər kifayət etmir"
UN-Habitat nümayəndəsi: "DİM-lərə nail olunması istiqamətində irəliləyişlər kifayət etmir"
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində irəliləyişlər hələ də kifayət etmir.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndəsi Jose Çonq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərindən Mənzillərə" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, təşkilat Yeni Şəhər Gündəliyi və DİM-lərin təşviqi istiqamətində fəaliyyət göstərir: "Dayanıqlı İnkişaf Məqsədləri BMT-nin əsas çərçivəsidir və onların icrasının monitorinqi olduqca vacibdir. Ölçülə bilən göstəricilər olmadan irəliləyişə nail olmaq mümkün deyil".
UN-Habitat nümayəndəsi vurğulayıb ki, 2030 gündəliyinə cəmi dörd il qaldığı halda, dünya DİM-lərə çatmaqdan hələ uzaqdır: "Bu səbəbdən dəqiq indikator bazasının formalaşdırılması və davamlı monitorinq fundamental əhəmiyyət daşıyır. Hazırda şəhərlərdə yaşayan əhalinin orta hesabla yalnız 40 %-nin açıq və yaşıl ictimai məkanlara rahat çıxışı var. Bu göstərici yaşayış yerindən maksimum 400 metr və ya beş dəqiqəlik piyada məsafə əsasında hesablanır. Bəzi regionlarda bu göstərici 80 %-ə çatsa da, Afrika ölkələrində ictimai məkanlara çıxış səviyyəsi olduqca aşağıdır. Keyfiyyətli ictimai məkanlara çıxış həm əlçatanlıq, həm də şəhər həyatının keyfiyyəti baxımından əsas prioritetlərdən biridir".

WUF13-də yerli xalqların hüquqlarının müdafiəsi ilə əlaqədar beynəlxalq çağırış edilib
Ümumdünya Şəhərsalma Forumu çərçivəsində ilk dəfə yerli xalqların hüquqlarının müdafiəsi ilə əlaqədar beynəlxalq çağırış edilib.
"Report" xəbər verir ki, bununla bağlı Forumun Bakıda keçirilən 13-cü sessiyasında (WUF13) Yerli Xalqlar Qrupunun iştirakı ilə keçirilən dəyirmi masada fikirlər səsləndirilib.
Qeyd edilib ki, tədbir yerli xalqların səslərinin bu məkanda eşidilməsini, xüsusilə, adekvat mənzil hüququnun həyata keçirilməsini təmin etmək üçün müsbət addımdır.
Müzakirə mənzil hüququnun təmin olunması istiqamətində irəliləyişin davam etdirilməsi üçün fürsət kimi dəyərləndirilib. Qeyd edilib ki, bu hüquq həm İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsində, həm də BMT-nin Yerli Xalqların Hüquqları Bəyannaməsində təsbit olunub.
Çıxışlarda vurğulanıb ki, dünya hazırda çoxşaxəli böhranın ortasındadır. Ekoloji böhran, iqlim dəyişikliyi, çirklənmə və biomüxtəlifliyin itirilməsi, münaqişələr, iqtisadi böhran və çoxtərəfli sistemdəki çətinliklər və s. mövcuddur.
Çağırışda bildirilib ki, 90 ölkə və ərazidə yaşayan 500 milyon yerli xalqın nümayəndəsi fərdi və kollektiv hüquqların genişmiqyaslı və sistemli şəkildə pozulmasından əziyyət çəkir.
Buraya yerli hüquq müdafiəçilərinin təzyiqlərə məruz qalması, onlara qarşı hücumlar və qətllər də daxildir.
"Bu şəraitdə, Yerli Xalqlar Qrupu olaraq, builki Foruma həm dərin narahatlıq, həm də sürətlə dəyişən dünyada problemləri azaltmaq və həll yolları təqdim etmək üçün yenilənmiş qətiyyətlə gəlmişik.
Yerli xalqların mənalı və təhlükəsiz iştirakı olmadan inklüziv şəhərsalma planlaşdırmasından danışmaq mümkün deyil. Yerli xalqların mühüm sosial, mədəni, ekoloji və iqtisadi töhfələrinə baxmayaraq, biz öz torpaqlarımızdan və şəhər ərazilərindən köçürülür və zorla çıxarılırıq. Bu hallar yoxsulluq, münaqişə, struktur ayrı-seçkiliyi, patriarxal sistemlər və müstəmləkə qanunları fonunda baş verir ki, bunlar da yerli xalqların həssaslığını artırır və bizə zərər verməyə davam edir. Bu köçürülmələrin əksəriyyəti lazımi məsləhətləşmələr, əvvəlcədən verilmiş azad və məlumatlı razılıq, köçürülmə planları və ya planlaşdırma olmadan həyata keçirilir". - deyə, çağırışda diqqətə çatdırılıb.
Bildirilib ki, hazırda təxminən 132 münaqişə nəticəsində 200 milyon insan öz yurd-yuvasından didərgin düşüb:
"Bu münaqişələrin 80 faizi yerli xalqların yaşadığı həssas biomüxtəliflik ərazilərində baş verir. Buna görə də biz təklif edirik ki, sülh quruculuğu və azad, əvvəlcədən və məlumatlı razılıq prinsipi hər hansı şəhərsalma planlaşdırmasının əsas şərti olsun.
Öz müqəddəratını təyin etmə hüququmuza hörmət və onun qorunması olmadan hər hansı şəhərsalma gündəliyinin etibarlı şəkildə həyata keçirilməsi mümkün deyil. Mənzil mədəni baxımdan uyğun olmalı və bizim xüsusi ehtiyaclarımıza, baxışımıza, mədəniyyətimizə və kimliyimizə cavab verməlidir. Dövlətlər dünyanın müxtəlif bölgələrində torpaqla bağlı anlayışımıza və münasibətimizə hörmət etməlidirlər. Bizim torpaqla xüsusi bağımız var və buna hörmət olunmalıdır. Torpaq əmtəə və ya pula çevrilə bilən bir sərvət deyil".
YENİLƏNİR

Mərakeş rəsmisi: "Afrika Regional Platforması bölgədə əməkdaşlığı gücləndirəcək"
Mərakeşin təşəbbüsü ilə həyata keçirilən Afrika Regional Platforması regional əməkdaşlığı gücləndirəcək.
"Report" xəbər verir ki, bunu Mərakeşin Milli Ərazi Planlaşdırılması, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirliyi yanında Milli Mənzil Şurasının baş katibi Fatna Şihab Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yeni Şəhərsalma Gündəliyi (NUA) üzrə növbəti 10 il üçün birgə səylərimiz" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Platforma BMT-Məskunlaşma Proqramı (UN-Habitat) ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir: "Mərakeşin çoxsaylı qardaş ölkələrlə paylaşdığı güclü tərəfləri kapitallaşdırmaq və məhdudiyyətləri aşmaq üçün Yeni Şəhərsalma Gündəliyi üzrə bu platformanı icra edir. Bu platforma əslində regional əməkdaşlığı gücləndirmək, bilik mübadiləsi aparmaq, monitorinq və hesabatlılıq prosesində milli və yerli aktorlara dəstək verməklə Afrika qitəsində Yeni Şəhərsalma Gündəliyinin icrasını sürətləndirməyi hədəfləyir".
Qonaq əlavə edib ki, bu platforma regional müşahidə mərkəzi və əməkdaşlıq qovşağı kimi nəzərdə tutulub: "Çoxdilli rəqəmsal platforma ilə dəstəklənən bu təşəbbüs hesabatlılıq alətlərini uyğunlaşdırmağa, sürətli urbanizasiya dinamikasına və Afrika şəhərlərinin reallıqlarına uyğun ümumi hesabat çərçivələri və göstəricilər yaratmağa imkan verəcək. O, həmçinin ərazi mühəndisliyini gücləndirməyə və perspektivli məlumat mədəniyyətinin bütün yerli səviyyələrə nüfuz etməsi üçün təlim mərkəzi təklif etməyə imkan verəcək. Bu platforma həllərin birgə işlənib hazırlanmasına, Afrikanı konkret həllərin və qabaqcıl təcrübələrin katalizatoruna çevirməyə şərait yaradacaq. Bura gecəqonduların idarə olunması, layiqli mənzil üçün maliyyələşmə, iqlimə davamlılıq, rəqəmsallaşma və s. kimi təcrübə mübadilələri daxildir".

Nazir müavini: "Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi aşağıdır"
Azərbaycan və Tacikistan arasında qarşılıqlı ticarət dövriyyəsi ölkələrin iqtisadi imkanlarını və qarşılıqlı faydalı ticarət mübadiləsinin potensialını nəzərə alaraq hələlik nisbətən aşağı olaraq qalır.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Bakıda keçirilən Azərbaycan-Tacikistan Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar-aprel aylarında iki ölkə arasında ticarət dövriyyəsi iki dəfə artaraq 8,5 milyon ABŞ dollarından çox təşkil edib: "Dövriyyənin əsas payı Azərbaycandan Tacikistana ixracın üzərinə düşür. Bu gün qarşılıqlı əlaqəmiz sənaye, kənd təsərrüfatı, ticarət, xidmətlər, nəqliyyat-logistika infrastrukturu, rəqəmsal həllər və kiçik və orta sahibkarlığın inkişafı kimi istiqamətlərdə inkişaf edir".
S. Ələkbərov qeyd edib ki, sıra perspektiv istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı ilkin şərtlər mövcuddur: "Tikinti materiallarının istehsalı, alüminium sahəsi daxil olmaqla sənaye kooperasiyası, sənaye parkları və azad iqtisadi zonalar çərçivəsində qarşılıqlı əməkdaşlıq mümkündür. Həmçinin energetika və yeni texnologiyaların ayrı-ayrı istiqamətləri üzrə əməkdaşlıq etmək mümkündür. Ölkələrimiz bir-birini tamamlayan iqtisadi imkanlara malikdir".
O qeyd edib ki, bu baxımdan sənaye zonalarının inkişafı, sahibkarlığın dəstəklənməsi, ixracın təşviqi, dövlət və biznes xidmətlərinin sinxronlaşdırılması, həmçinin investisiya fəaliyyəti üçün şəraitin təkmilləşdirilməsi sahəsində təcrübə mübadiləsi maraq doğurur.

Assosiasiya: Dünyanın ekoşəhər təcrübələri Azərbaycanda da tətbiq olunur
Dünyanın ekoşəhər təcrübələri Azərbaycanda da tətbiq olunur.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin üzvü Günel Ələsgərova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Özəl sektor davamlı şəhərlərin inkişafının aparıcı qüvvəsi kimi" adlı tədbirdə bildirib.
"Dünya ölkələrinin təcrübəsinə baxdıqda urbanizasiyanı vaxtında və planlı şəkildə həyata keçirən dövlətlər arasında Sinqapur xüsusi qeyd oluna bilər. Bu ölkəni çox zaman "yaşıllıqlar içində şəhər" adlandırırlar. Həmçinin Danimarka və Birləşmiş Krallıqda yaradılan eko-kvartalları nümunə göstərmək mümkündür. Belə layihələrin əsası hələ XX əsrin sonlarından qoyulub. Artıq 1990-cı illərdə bəzi eko-kvartallar günəş panelləri və təkrar emal olunan su sistemləri ilə təmin edilirdi. Həmin dövrdə bu ərazilərdə əhali sayı 2-5 min nəfər arasında dəyişirdisə, bu gün artıq daha böyük yaşayış massivləri eko-sistemlərlə inteqrasiya olunur. Bundan əlavə, Dubay təcrübəsini də qeyd etmək olar. Burada əsas diqqət yalnız enerji sərfiyyatına deyil, enerjinin təkrar emalına yönəldilib. Kanalizasiya sistemləri də fərqli prinsiplərlə qurulub. Yəni bütün yükün yalnız mərkəzləşdirilmiş sistem üzərində olmaması üçün hissəli və alternativ idarəetmə modelləri tətbiq edilir", - deyə o qeyd edib.
Bundan başqa, spikerin sözlərinə görə, Azərbaycanda isə ilk addımlar kimi "ASAN xidmət" modelini və nəqliyyatın intellektual idarəetmə sistemlərini göstərmək olar: "Bu gün yeni yaşayış komplekslərində və layihələrdə ağıllı su, elektrik və kanalizasiya idarəetmə sistemləri tətbiq edilir. Bütün şəbəkələrin vahid mərkəzdən idarə olunması şəhərdə yarana biləcək qarışıqlığın qarşısını almağa kömək edir və idarəetməni daha çevik edir. Mən düşünürəm ki, özəl sektor kommersiya maraqları ilə yanaşı, insanların rahatlığını və şəhərlərin inkişafını da prioritet hesab edərək dövlətlə birlikdə layihələr hazırlasa, yüksək komfort, dayanıqlı inkişaf təmin edən layihələrin sayı qısa müddətdə daha da arta bilər. Azərbaycan artıq sürətlə inkişaf edən və yenilikləri tez tətbiq edən ölkələrdən biridir. Buna görə də yaxın gələcəkdə bu istiqamətdə daha böyük nəticələrin şahidi ola bilərik".

Fiona MakKlani: Mənzil böhranı artıq ayrı-ayrı dövlətlərin problemi deyil
Mənzil böhranı artıq ayrı-ayrı dövlətlərin problemi deyil və qlobal səviyyədə şəhər aqlomerasiyalarının idarə olunmasına yeni yanaşmalar tələb edir.
"Report" xəbər verir ki, bu barədə "UN-Habitat"ın "Global Solutions Division" bölməsinin nümayəndəsi Fiona MakKlani Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.
Xəbər yenilənir

Oriol İlya: Bələdiyyələr mənzil böhranının öhdəsindən təkbaşına gələ bilmirlər
Mənzil böhranını aradan qaldırmaq üçün meqapolislərə bələdiyyə, regional və milli hökumət orqanları arasında yeni ərazi paktı lazımdır.
"Report" xəbər verir ki, bu barədə "Area Metropolitana de Barcelona"nın nümayəndəsi Oriol İlya WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
XƏBƏR YENİLƏNİR

-
report.az
- İspaniyalı ekspert: "Bütün mənzil layihələri vahid strategiya əsasında həyata keçirilməlidir"
İspaniyalı ekspert: "Bütün mənzil layihələri vahid strategiya əsasında həyata keçirilməlidir"
Bütün mənzil layihələri vahid strategiya əsasında həyata keçirilməlidir.
"Report" xəbər verir ki, bunu İspaniyanın Kataloniya Hökumətinin Ərazi, Mənzil və Ekoloji Keçid Departamentində Şəhərsalma və Memarlıq üzrə Baş Direktoru Elisabet Cirici Amiell Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərindən Mənzillərə" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, əsas məqsəd yalnız şəhər gündəliyinin qəbul edilməsi deyil, onun praktiki icrasını təmin etməkdir: "Hazırda bu istiqamətdə irəliləyirik. Gələn həftə hökumət səviyyəsində şəhər gündəliyi ilə bağlı fəaliyyətlərimizi gücləndirəcək yeni təsdiqin alınması planlaşdırılır. Torpaq və mənzil inkişafı ilə bağlı bütün layihələrin vahid strateji çərçivə altında həyata keçirilməsi əsas prioritetlərdən biridir. Bu, həyata keçirdiyimiz bütün layihələrin eyni yanaşma və prinsiplər əsasında inkişaf etdirilməsinə imkan verəcək".

-
report.az
- Lana Barreto: Qəzzada kadastr arxivlərinin dağıdılması mənzil hüquqlarının bərpasını çətinləşdirir
Lana Barreto: Qəzzada kadastr arxivlərinin dağıdılması mənzil hüquqlarının bərpasını çətinləşdirir
Qəzzada kadastr arxivlərinin dağıdılması əhalinin mənzil hüquqlarının bərpasını çətinləşdirir.
"Report" xəbər verir ki, bu barədə Norveçin qaçqınlarla iş üzrə Şurasının (NRC) sığınacaq və yaşayış yerləri məsələləri üzrə qlobal məsləhətçisi Lana Barreto Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.
XƏBƏR YENİLƏNİR

Mərakeş yeni şəhərsalma gündəliyini bələdiyyələrlə reallaşdırmaq istəyir
Mərakeşdə sosial müxtəlifliyə yönəlmiş operativ və inklüziv şəhərsalmaya keçidi yerli səviyyədə geniş yaymaq vaxt tələb edir.
"Report" xəbər verir ki, bunu Mərakeşin Milli Ərazi Planlaşdırılması, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirliyi yanında Milli Mənzil Şurasının baş katibi Fatna Şihab Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yeni Şəhərsalma Gündəliyi (NUA) üzrə növbəti 10 il üçün birgə səylərimiz" adlı tədbirdə deyib.
"Su qıtlığı və iqlim dəyişikliyi problemləri ilə mübarizə üçün dayanıqlı şəhərsalma planlaşdırılmasına gəlincə, yeni şəhərsalma sənədləri getdikcə daha çox dayanıqlığı, yaşıllıq zonaları üçün təmizlənmiş çirkab sularından istifadəni və binalarda enerji səmərəliliyini özündə birləşdirir. Bu nəticələri ilkin gözləntilərimizlə müqayisə etdikdə, balans ümumilikdə müsbət, lakin ziddiyyətlidir. Böyük infrastruktur layihələrinin uğuru dövlətin ən yüksək səviyyəsində güclü siyasi öhdəliyə, sahəvi siyasətlərin güclü uyğunlaşmasına və bəzi institut və qurumların aparıcı roluna əsaslanır. Gözləntilərdən əsas kənarlaşma, sosial-məkan bərabərsizliyinin davam etməsi, xüsusilə dinamik sahil meqapolisləri ilə orta ölçülü şəhərlər və ya kənd yerləri arasındakı fərqdir. Üstəlik, sırf tənzimləyici və texniki şəhərsalmadan sosial müxtəlifliyə yönəlmiş operativ və inklüziv şəhərsalmaya keçidi yerli səviyyədə geniş yaymaq vaxt tələb edir", - deyə o qeyd edib.
Qonaq əlavə edib ki, Mərakeş son 10 ildə infrastrukturu və institusional çərçivəni gücləndirib: "Qarşıdakı 10 ilin çağırışı isə insanı və yerli idarəetməni mərkəzə qoyaraq, yeni şəhərsalma gündəliyinin ölkənin hər bir bələdiyyəsində hiss oluna bilən reallığa çevrilməsini təmin etmək olacaq".

-
report.az
- Çinarlı MTK: yeni metro xətti yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
Çinarlı MTK: yeni metro xətti yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
Bakının sürətlə inkişaf edən ərazilərindən biri olan Binəqədi rayonunda infrastruktur dəyişiklikləri və yeni layihələr bazarda diqqət mərkəzinə çevrilib.
Xüsusilə yaxın zamanda istifadəyə verilməsi planlaşdırılan yeni metro xətti , avtomobil və piyada tunelləri, ərazinin nəqliyyat əlçatanlığını əhəmiyyətli dərəcədə artıracaq. Bu dəyişikliklər bölgənin həm yaşayış, həm də investisiya baxımından cəlbediciliyini gücləndirir.
Məhz bu ərazidə həyata keçirilən layihələrdən biri də "Çinarlı Residence" kompleksidir.
Layihə etibarlı tikinti şirkəti "Çinarlı" MTK tərəfindən icra olunur. Şirkət daha əvvəl uğurla təhvil verdiyi "Çinarlı" Park layihəsi ilə bazarda etibar qazanıb.
Yeni kompleksin təhvili 2026-cı ildə planlaşdırılır.
Ekspertlərin fikrincə, tikintinin bu mərhələsində mənzil əldə etmək:
* daha sərfəli qiymətlə daxil olmaq
* seçim imkanlarının geniş olması
* gələcəkdə dəyər artımından faydalanmaq
baxımından üstünlük yaradır.
Bundan əlavə, layihədə alıcılar üçün daha çevik şərtlər təqdim olunur:
* 24 ay 0 % daxili kredit
* 22 ilə qədər ipoteka imkanı
* ƏDV geri al imkanı
Binəqədidə həyata keçirilən yeni infrastruktur layihələri və yaşayış kompleksləri bu ərazinin yaxın illərdə şəhərin ən perspektivli nöqtələrindən birinə çevriləcəyini göstərir.
Ətraflı məlumat və satış ofisi ilə əlaqə üçün:
*3553
Ünvan: Bakı, Binəqədi rayonu, A.Kunanbayev küç. 3121
"Instagram": https://www.instagram.com/cinarli.mtk?igsh=dXZwd3M3N3RkMnVo

-
report.az
- Anqola nümayəndəsi: "Qeyri-rəsmi yaşayış məntəqələri Ruandada şəhər ərazilərinin 75%-ni əhatə edir"
Anqola nümayəndəsi: "Qeyri-rəsmi yaşayış məntəqələri Ruandada şəhər ərazilərinin 75%-ni əhatə edir"
Afrika şəhərlərində sürətli urbanizasiya fonunda qeyri-rəsmi yaşayış məntəqələrinin artması mənzil və infrastruktur sahəsində ciddi problemlər yaradır.
"Report" xəbər verir ki, bunu Anqola Memarlar Ordeninin Prezidenti Vity Nsalambi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərindən Mənzillərə" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, hazırda Afrikada ən sürətlə böyüyən şəhərlərin əhəmiyyətli hissəsi yerləşir: "Dünyada ən sürətlə böyüyən 10 şəhərdən ən azı 4-5-i Afrikadadır. Lakin gözəl görüntülərin arxasında böyük problemlər dayanır. Ruandada qeyri-rəsmi yaşayış məntəqələri şəhər ərazilərinin təxminən 70-75 %-ni təşkil edir. Bu vəziyyət infrastrukturun idarə olunmasına, mənzil təminatına və şəhər sakinlərinin həyat keyfiyyətinə ciddi təzyiq göstərir. Bir çox hallarda problemlərə "yuxarıdan aşağı" yanaşma ilə, idxal olunan və yüksək karbon emissiyası yaradan həllər tətbiq edilir. İnsanları dinləməli, onların ehtiyaclarını anlamalı və qərarvermə prosesinə cəlb etməliyik. Heç kəs bütün cəmiyyət adından düşünə bilməz".
O bildirib ki, təbiət əsaslı həllər və yerli materiallardan istifadə şəhər inkişafında mühüm rol oynaya bilər. Lakin bəzi icmalar yerli həllərdən daha çox xarici modellərə üstünlük verir: "Memarlar və şəhərsalma üzrə mütəxəssislər insanların yerli və dayanıqlı materialların əsl dəyərini anlaması üçün maarifləndirmə istiqamətində çalışmalıdırlar. Bir çox Afrika şəhərində idarəetmə strukturları yetərincə formalaşmayıb və icmaların potensialının artırılmasına ehtiyac var. İştirakçı planlaşdırma modeli tətbiq olunarsa, kiçik miqyaslı təşəbbüslər böyük nəticələr verə bilər".
Qonaq əlavə edib ki, memarlıq məktəblərində tədris olunan yanaşmalar çox vaxt şəhərlərin real ehtiyaclarına cavab vermir.

Günel Ələsgərova: "Ağıllı sistem"lər və eko-materiallar şəhər həyatını dəyişir"
"Ağıllı sistem"lər və eko-materiallar şəhər həyatını dəyişir.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin üzvü Günel Ələsgərova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Özəl sektor davamlı şəhərlərin inkişafının aparıcı qüvvəsi kimi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, artıq şəhərlərdə ağıllı sistemlərin həm interyer, həm də eksteryerdə geniş şəkildə tətbiq olunduğunu görmək olar: "Məsələn, yeni materiallardan istifadə olunur ki, onlar yağış sularını özünə hopduraraq sonradan emal prosesinə dəstək verir. Eyni zamanda, parklarda quraşdırılan bəzi sistemlər suyun soyudulmasını təmin edir və ya insan hərəkəti vasitəsilə enerji istehsalına imkan yaradır. İnsanlar öz hərəkətləri hesabına telefonlarını və digər mobil cihazlarını enerji ilə təmin edə bilirlər. Bundan əlavə, günəş panelləri vasitəsilə işıqforların işləməsi, kanalizasiya sistemlərində suyun təkrar emalı kimi həllər şəhər infrastrukturunun modernləşdirilməsinin bir hissəsinə çevrilib. Bu cür texnologiyalar insanların rahatlığı və şəhər mühitinin daha funksional olması üçün nəzərdə tutulur".
"İnteryer sahəsində isə ağıllı ev sistemlərinin şəhər infrastrukturu ilə inteqrasiya olunmuş formada tətbiqini görürük. İnternet üzərindən idarə olunan bu sistemlər həm rahatlığı artırır, həm də təhlükəsizliyi təmin edir. Bu texnologiyalar vasitəsilə yanğın, daşqın və digər risklərin qarşısını əvvəlcədən almaq mümkün olur. Eyni zamanda, ucqar ərazilərdə yarana biləcək problemlərin vaxtında aşkarlanması və idarə edilməsi də "ağıllı sistem"lərin əsas üstünlüklərindəndir. Çünki onların əsas məqsədi problemi əvvəlcədən müəyyənləşdirərək onun qarşısını vaxtında almaqdır", - deyə G.Ələsgərova qeyd edib.
Onun sözlərinə görə, digər mühüm məsələ isə eko-materialların tətbiqidir: "Müasir interyerlərdə artıq insan sağlamlığına daha uyğun, təbii və ekoloji materiallardan istifadəyə üstünlük verilir. Bu yanaşma insanların daha rahat və sağlam mühitdə yaşamasına şərait yaradır.
Şəhərsalma layihələrində də bu tendensiya açıq şəkildə müşahidə olunur. Məsələn, Bayıl ərazisində həyata keçirilən bəzi layihələrdə həm vertikal, həm də horizontal yaşıllaşdırılmış binalar inşa edilir. Eyni zamanda, yeni rezidensiyalarda dayanacaqlar, parklar və piyadalar üçün gəzinti zonaları nəzərdə tutulur. Bu isə özəl sektorun şəhərin inkişafına və infrastrukturun gücləndirilməsinə mühüm təsir etdiyini nümayiş etdirir. Belə layihələr gələcəkdə şəhərə giriş-çıxışın avtomobil yolları və dayanacaqlarla daha səmərəli əlaqələndirilməsinə imkan yaradır. Nəticədə insanlar daha rahat, təhlükəsiz və ekoloji baxımdan dayanıqlı mühitdə yaşamaq imkanı əldə edirlər".

-
report.az
- Yared Teşome Qeneti: "Efiopiya urbanizasiya yanaşmasını imkanlar perspektivinə doğru dəyişdirir"
Yared Teşome Qeneti: "Efiopiya urbanizasiya yanaşmasını imkanlar perspektivinə doğru dəyişdirir"
Əddis-Əbəbənin insan yönümlü şəhər dönüşümü Efiopiyanın digər şəhərlərinə nümunə olacaq.
"Report" xəbər verir ki, bunu Efiopiya Şəhərlər Proqramının rəhbəri, Şəhərsalma və İnfrastruktur Nazirliyinin Siyasət şöbəsinin direktoru Yared Teşome Qeneti Ümumdünya Şəhərsalma Forumu ( WUF13) çəçivəsində keçirilən" Siyasətdən Təcrübəyə: Əddis-Əbəbənin İnsan Yönümlü Şəhər Dönüşümü Səyahəti" adlı tədbirdə deyib.
Y. Qeneti bildirib ki, paytaxtın keçdiyi bu inkişaf yolunun lokal deyil, ümumi dövlət əhəmiyyətli bir prosesdir: "Əddis-Əbəbədəki bu dəyişiklik Efiopiyanın digər 76 şəhəri üçün bir nümunə xarakteri daşıyır. Yəni bu, yalnız Əddis-Əbəbə mərkəzli bir diqqət nöqtəsi olaraq qalmayacaq, bütün Efiopiyanı əhatə edir. Ölkənin bütün 76 şəhər və qəsəbəsi bu insan mərkəzli infrastrukturu inkişaf etdirir. Beləliklə, əvvəlki 8 il ərzində biz urbanizasiya ideologiyasına, kəndlərin inkişafına və şəhər inkişafı üçün uyğun olmayan bəzi ideoloji məsələlərə baxırdıq. Lakin yeni islahat inkişafına, yəni indiki inkişaf mərhələsinə gəldikdə isə, hər şey perspektivdən – urbanizasiya, şəhər və şəhərsalma perspektivinin dəyişdirilməsindən başlayır".
O, urbanizasiya prosesinə baxış bucağının köklü surətdə dəyişdiyini qeyd edib: "Əvvəllər urbanizasiyaya torpaqların zəbt edilməsi, əhalinin həddindən artıq sıxlığı kimi bir təhlükə olaraq baxılırdı: urbanizasiya ilə bağlı bir çox səbəblər gətirilirdi. Lakin biz bu düşüncəni imkanlar perspektivinə doğru dəyişdik. Urbanizasiya, əgər onu düzgün idarə etsək, bir imkandır. Söhbət liderlikdən, planlaşdırma və proqramlaşdırmadan, həmçinin strategiyadan gedir. Beləliklə, şəhər mərkəzlərimiz aparıcı iqtisadi qüvvəyə çevrilir, iqtisadi platforma yaradır. Əvvəllər isə onlar kənd transformasiyasının tabeliyində idilər. Hətta bizim siyasətimizdə də deyilirdi ki, Efiopiyanın şəhər və qəsəbələri kənd transformasiyasının sadəcə ikinci dərəcəli bir elementi kimi kənarda qalıb".

Assosiasiya: "Ağıllı nəqliyyat" urbanizasiya problemini azaltmağa kömək edir
"Ağıllı nəqliyyat" sistemləri urbanizasiya problemlərini azaltmağa kömək edir.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin üzvü Günel Ələsgərova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Özəl sektor davamlı şəhərlərin inkişafının aparıcı qüvvəsi kimi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan şəhərləri əvvəlki dövrlərlə müqayisədə daha planlı, uyğunlaşdırılmış və inkişaf etmiş formada layihələndirilərək tikilir: "Bu yanaşmanı həm ağıllı sistemlərin tətbiqində, həm də dayanıqlı yol infrastrukturlarının qurulmasında müşahidə edirik. Əvvəlki layihələrdə əsas diqqət daha çox tikintiyə yönəlirdisə, indi yaşıllaşdırma, ekologiya və insanların rahatlığı prioritet məsələlərdən birinə çevrilib. Müasir parklar, yollar və nəqliyyat bağlantılarında artıq daha ağıllı sistemlər tətbiq olunur. Azərbaycanda fəaliyyət göstərən ASAN xidmət və intellektual nəqliyyat idarəetmə sistemi buna nümunədir. Bu sistemlər yolların real vaxt rejimində idarə olunmasına, həmçinin tikililər və nəqliyyat infrastrukturu arasında əlaqələrin daha səmərəli qurulmasına imkan yaradır".
"Özəl sektorun fəaliyyətində də yaşıllaşdırılmış binalar, ərazisində parkların salındığı yaşayış kompleksləri və ekoloji yanaşmalar diqqət çəkir. Yeni layihələrdə təbii işıqlandırmadan istifadə, yağış sularının təkrar emalı və günəş panelləri vasitəsilə enerji sərfiyyatının azaldılması kimi həllər tətbiq olunur. Bununla yanaşı, özəl sektorda həyata keçirilən tikintilərdə yalnız maliyyə maraqlarının əsas götürülməsi düzgün yanaşma hesab olunmamalıdır. Çünki kommersiya maraqları üstünlük təşkil etdikdə insanların rahatlığı ikinci plana keçə bilər. Bu isə sistemli və ağıllı şəhərlərin formalaşmasına maneə yaradır. Məsələn, binaların həddindən artıq sıx tikilməsi nəqliyyat sıxlığına, piyadaların hərəkətində çətinliklərə və velosiped yollarının çatışmazlığına səbəb ola bilər. Hazırda şəhərlərdə velosiped yollarının, piyada zonalarının və ictimai nəqliyyatın daha rahat istifadəsinə yönəlmiş dəyişikliklər həyata keçirilir. Bütün bunlar urbanizasiyanın şəhərlərə mənfi təsirlərini azaltmağa və mövcud problemlərin qarşısını almağa xidmət edir", - deyə G.Ələsgərova əlavə edib.

-
report.az
- İcraçı direktor: Azad edilmiş ərazilərdə şəhərsalma yanaşmaları multikultural dəyərlərlə birləşdirilir
İcraçı direktor: Azad edilmiş ərazilərdə şəhərsalma yanaşmaları multikultural dəyərlərlə birləşdirilir
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq prosesində müasir şəhərsalma yanaşmalarını innovasiya və multikultural dəyərlərlə birləşdirir.
"Report" xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərcivəsində təşkil edilmiş Yerli Xalqların Hüquqları üzrə Dəyirmi Masada deyib.
O qeyd edib ki, həmin ərazidə müasirliklə yanaşı, mədəni müxtəlifliyin qorunmasına da xüsusi diqqət yetirilir:
"Qarabağda tarixi abidələr, dini ibadət yerləri və müxtəlif xalqlara məxsus mədəni irs qorunur. Dövlət sosial həmrəyliyin güclənməsində fəaliyyət göstərir".

Mərakeş rəsmisi: "Son 2 ildə 100 mindən çox ailə mənzillə bağlı birbaşa yardım alıb"
Mərakeşdə son 2 ildə 100 mindən çox ailəyə mənzil təminatı ilə birbaşa maliyyə yardımı ayrılıb.
"Report" xəbər verir ki, bunu Mərakeşin Milli Ərazi Planlaşdırılması, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirliyi yanında Milli Mənzil Şurasının baş katibi Fatna Şihab Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yeni Şəhərsalma Gündəliyi (NUA) üzrə növbəti 10 il üçün birgə səylərimiz" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Mərakeşdə yeni şəhərsalma gündəliyinin qəbulundan keçən 10 il ərzində əldə olunan irəliləyişə nəzər salmaq, görülən işlərin miqyasını ölçməyə imkan verir: "Mərakəş, xüsusilə yeni inkişaf modeli və qabaqcıl regionalizasiya islahatları vasitəsilə dayanıqlılığı və ərazi bərabərliyini öz baxışının mərkəzinə qoyub. Konkret təsirlər baxımından, ölkədə yeni şəhərsalma gündəliyinin həyata keçirilməsi yaşayış siyasətimizdə tarixi bir paradiqma dəyişikliyi ilə əlamətdar olub. Mənzil yardımı proqramı ilə krallıq, tikinti şirkətlərinə edilən dolayı dəstəkdən ailələrə birbaşa maliyyə yardımına keçib".
Qonaq əlavə edib ki, artıq 2 il ərzində 100 mindən çox ailə, o cümlədən 46 %-i qadınlar olmaqla, bundan faydalanıb: "Bununla yanaşı, şəhərsalma xidmətlərinin rəqəmsallaşdırılması gündəliyin tələb etdiyi şəffaflığı və çevikliyi təmin etib. Eyni zamanda, 3 800 kənd yaşayış məntəqəsini şəhərsalma sənədləri ilə əhatə etmək üçün görülən tarixi səylər kənd-şəhər davamlılığını daha yaxşı idarə etməyə imkan verib. Həmçinin, tramvay şəbəkələrinin genişləndirilməsi və yüksək xidmət səviyyəli avtobusların tətbiqi ilə dayanıqlı mobilliyə keçidi qeyd etmək lazımdır ki, bu da ölkənin karbonsuz və əlçatan nəqliyyat öhdəliyini reallaşdırıb".

WUF13 ilə əlaqədar dəyişiklik tətbiq edilən marşrutların fəaliyyəti bərpa edilir
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar dəyişiklik tətbiq edilən marşrutların fəaliyyəti bərpa edilir.
Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, 28 marşrutun əvvəlki sxemi üzrə, eləcə də müvəqqəti dayandırılan 4 ekspres marşrutun fəaliyyətini bərpa edir.
Mayın 23-dən 15, 18, 31, 32, 60, 70, 71, 107, 107A, 118A, 118B, 125, 131, 133, 148, 162, 166, 168, 169, 173A, 173B, 197, 198, 199, 204, 214, 214A, M8 nömrəli marşrutların hərəkət sxemləri və müvəqqəti dayandırılan 120E, 121E, 140E, E1 nömrəli marşrutların fəaliyyəti bərpa olunacaq.

-
report.az
- İspaniyalı ekspert: "Mövcud şəhər məhəllələrinin yenilənməsi genişlənmədən daha dayanıqlıdır"
İspaniyalı ekspert: "Mövcud şəhər məhəllələrinin yenilənməsi genişlənmədən daha dayanıqlıdır"
Şəhərlərin inkişafında planlaşdırma, idarəetmə və maliyyələşdirmə mexanizmləri əsas rol oynayır.
"Report" xəbər verir ki, bunu İspaniyanın Kataloniya Hökumətinin Ərazi, Mənzil və Ekoloji Keçid Departamentində Şəhərsalma və Memarlıq üzrə Baş Direktoru Elizabet Cirici Amiell Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərindən Mənzillərə" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, hökumətlər şəhər inkişafında iki fərqli yanaşma seçə bilər: mövcud şəhərin yenilənməsi və ya şəhərin yeni ərazilər hesabına genişləndirilməsi: "Bəzən şəhərin genişləndirilməsi daha asan və iqtisadi baxımdan sərfəli görünür. Lakin bu yanaşma daha dayanıqsız hesab olunur. Mövcud şəhər məhəllələrinin yenilənməsi bir çox hallarda köhnəlmiş yaşayış fondunun, tikinti problemlərinin və ya ərazilərin funksional təyinatının dəyişdirilməsi zərurətindən yaranır. Sənaye zonalarının yaşayış ərazilərinə çevrilməsi şəhərlərin daha səmərəli sıxlaşdırılmasına və mənzil ehtiyacının daha sürətli qarşılanmasına imkan yarada bilər".
Qeyd edib ki, urbanizasiya və şəhər yenilənməsi yalnız fiziki dəyişikliklə məhdudlaşmamalıdır: "Şəhər regenerasiyası sosial, iqtisadi və icma transformasiyası ilə birlikdə həyata keçirilməlidir. Əks halda bu proses uğurlu olmayacaq. Şəhər transformasiyası yalnız torpaq dəyərinin artırılmasına yönəldikdə əks nəticələr ortaya çıxır. Belə hallarda əhalinin sıxışdırılması, sosial parçalanma və segregasiya kimi problemlər yaranır".

UN-Habitat mənzil sahəsində özəl sektorla əməkdaşlığın yeni formatlarına can atır
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) mənzil tikintisi sahəsində özəl sektorla əməkdaşlığın yenilənmiş formatlarının axtarışı ilə məşğuldur.
"Report"un məlumatına görə, bunu UN-Habitat-ın Torpaq Resursları, Mənzil və Qeyri-rəsmi Yaşayış Məntəqələri Bölməsinin rəhbəri Ombreta Tempra Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində keçirilən panel sessiyasında bəyan edib.
Xəbər yenilənir

Fedeli: Meqapolislərin inkişafı üçün yeni idarəetmə mexanizmləri lazımdır
Meqapolislərin səmərəli inkişafı üçün yeni idarəetmə mexanizmləri və müxtəlif hökumət səviyyələri ilə regionlar arasında uzunmüddətli razılaşmalar zəruridir.
"Report" xəbər verir ki, bu barədə Milan Texniki Universitetinin professoru Valeriya Fedeli Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.
XƏBƏR YENİLƏNİR

ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə 1 000-dən çox bilet satılıb
Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb.
Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb.
Hazırda bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara 1 vaqon da əlavə edilib.
Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda bilet satışı sistemində və kassalarda müəyyən ləngimələr müşahidə olunur.
Yaranmış müvəqqəti çətinliyə görə üzr istəyir və sərnişinlərimizdən anlayışla qarşılamalarını xahiş edirik.
Xatırladaq ki, bu marşrut üzrə qatarlar Bakıdan 25 may, Tbilisidən isə 26 may tarixində hərəkətə başlayacaq.

Valeriya Fedeli: Müasir meqapolislər bərabərsizlik mənbəyinə çevrilir
Müasir meqapolislər dayanıqlı inkişaf və nemətlərin bölüşdürülməsi mərkəzləri olmaq əvəzinə, getdikcə daha çox sosial və ərazi bərabərsizliyinin mənbəyinə çevrilirlər.
"Report"un məlumatına görə, bunu Milano Texniki Universitetinin professoru Valeriya Fedeli WUF13 çərçivəsində keçirilən tədbirdə bəyan edib.
Xəbər yenilənir

-
report.az
- Mariana Posada Lombana: Meksika əhalisinin 15%-i özünü aborigen xalqların nümayəndəsi hesab edir
Mariana Posada Lombana: Meksika əhalisinin 15%-i özünü aborigen xalqların nümayəndəsi hesab edir
Meksikada təxminən 17 milyon insan (ümumi əhalinin 15%-i) özünü yerli xalqların nümayəndəsi hesab edir.
"Report" xəbər verir ki, bunu Meksikanın xarici işlər nazirliyinin təmsilçisi Mariana Posada Lombana Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərcivəsində təşkil edilmiş Yerli Xalqların Hüquqları üzrə Dəyirmi Masada deyib.
O qeyd edib ki, yerli xalqlardan danışarkən çox böyük etnik, dil, coğrafi məskunlaşma və hər bir qrupa məxsus konstitusion təcrübə müxtəlifliyindən bəhs edilir:
"Buna görə də yerli xalqları vahid, homogen anlayış kimi qəbul etmək mümkün deyil. Elə bir universal resept və ya dövlət siyasəti yoxdur ki, hamısına uyğun gəlsin. Hər zaman hər bir etnik qrupun özünəməxsus xüsusiyyətlərini nəzərə almaq lazımdır. Eyni şəkildə, afro-meksikalı afro-mənşəli əhalidən danışarkən də hesablanır ki, təxminən 3,1 milyon meksikalı özünü afro-mənşəli kimi tanıyır ki, bu da əhalinin 2,4%-ni təşkil edir".
Meksika nümayəndəsi vurğulayıb ki, ilk növbədə, hökumətlər yerli xalqlarla bağlı məsələlərin hüquqi statusunu ən yüksək səviyyəyə qaldırmalıdırlar:
"Məsələn, Meksikada Birləşmiş Meksika Ştatlarının Siyasi Konstitusiyasının ikinci maddəsi yerli xalqların və afro-meksikalı icmaların muxtariyyət, öz müqəddəratını təyin etmə, konstitusion hüquqlarını həyata keçirmə, torpaq sahibliyinə çıxış və təbii resurslardan istifadə və faydalanma hüquqlarını tanıyır. Digər tərəfdən, yerli xalqlarla bağlı məsələlərin həlli üçün dövlət səviyyəsində xüsusi qurumların yaradılması da vacibdir. Meksikada Yerli Xalqlar üzrə Milli İnstitut mövcuddur. Bu qurum yeni yaradılıb - 2018-ci ildə təsis olunub - lakin onun sələfi olan Milli Yerli Xalqlar İnstitutu hələ 1948-ci ildə yaradılmışdı. Bu institut yerli xalqların hüquqlarının həyata keçirilməsi və tətbiq olunmasını təmin etmək, onların hərtərəfli və dayanıqlı inkişafını dəstəkləmək, həmçinin mədəniyyət və kimliklərini gücləndirmək məqsədilə bütün dövlət siyasətlərini, proqramlarını, layihələrini və fəaliyyətlərini icra edir".
O əlavə edib ki, yerli xalqlarla bağlı məsələlərin transversal, yəni bütün sahələri əhatə edən bir mövzu kimi idarə olunması son dərəcə vacibdir.
YENİLƏNİR

Assosiasiya: Özəl sektor dayanıqlı şəhər qurmaqda aparıcı qüvvəyə çevrilir
Özəl sektor dayanıqlı şəhərlərin qurulmasında aparıcı qüvvəyə çevrilir.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin Baş Katibi Sevda Quliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Özəl sektor davamlı şəhərlərin inkişafının aparıcı qüvvəsi kimi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu gün qlobal şəhərsalma, dayanıqlı tikinti, innovativ materiallar və yaşıl iqtisadiyyat məsələləri dünya gündəminin əsas mövzuları sırasındadır: "Belə bir dövrdə sektor nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və yeni tərəfdaşlıqların qurulması xüsusi əhəmiyyət daşıyır. ATMİA olaraq şirkətlərə həm ölkə daxilində, həm də beynəlxalq bazarlarda yeni işgüzar əlaqələrin qurulması, satış və ixrac imkanlarının genişləndirilməsi, eləcə də etibarlı tərəfdaşların müəyyənləşdirilməsi istiqamətində dəstək göstəririk. Assosiasiyamız dövlət və özəl sektor əməkdaşlığının gücləndirilməsi məqsədilə biznes görüşləri, B2B formatlı görüşlər, xarici və regional səfərlər, beynəlxalq sərgilər və forumlar təşkil edir. Bu təşəbbüslər şirkətlər arasında dayanıqlı əməkdaşlıq mühitinin formalaşmasına mühüm töhfə verir".
"Eyni zamanda, "Made in Azerbaijan" brendinin beynəlxalq bazarlarda tanıdılması, yerli məhsulların təqdimatı və ixrac potensialının artırılması istiqamətində fəaliyyətimizi davam etdiririk. Bu istiqamətdə sosial məsuliyyət məsələsində də özəl sektorun rolu xüsusi vurğulanmalıdır. Bir çox şirkətlər sosial inklüzivliyin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, qadınların iqtisadi fəallığının dəstəklənməsi və icmaların inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirirlər. Bu təşəbbüslər şəhərlərdə sosial bərabərliyin və rifahın möhkəmlənməsinə dəstək verir. Ümumilikdə, dövlət və özəl sektor arasında əməkdaşlıq dayanıqlı şəhərlərin qurulmasının əsas şərtlərindən biridir və bu prosesdə özəl sektorun aparıcı rolu böyük əhəmiyyət daşıyır", - deyə Baş katib əlavə edib.
Onun sözlərinə görə, davamlı şəhərlərin qurulmasında investisiya və innovasiya önə çıxır: "Dayanıqlı şəhər qurulmasında özəl sektorun rolu çox böyükdür. Belə ki, dünyada şəhərsalmanın sürətlə artdığı bir dövrdə şəhərlərin ekoloji, sosial və iqtisadi baxımdan davamlı inkişafı yalnız dövlət qurumlarının deyil, eyni zamanda özəl sektorun fəal iştirakı ilə mümkündür. Özəl sektor innovasiya, investisiya və texnoloji imkanları ilə dayanıqlı şəhərlərin formalaşmasında əsas tərəfdaşlar kimi iştirak edirlər".

UN-Habitat: 120-dən çox maraqlı tərəf tərəqqi barədə xüsusi rəyini bildirib
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) aralıq icmal prosesində 120-dən çox maraqlı tərəf tərəqqi barədə öz xüsusi rəylərini bildirib.
"Report" xəbər verir ki, bunu UN-Habitat-ın Bilik və İnnovasiya şöbəsinin rəhbəri Edlam Abera Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yeni Şəhərsalma Gündəliyi (NUA) üzrə növbəti 10 il üçün birgə səylərimiz" adlı tədbirdə deyib.
"Milli hesabatlara əlavə olaraq, dünya miqyasında maraqlı tərəflər və digər aktorlarla əlaqə qurduğumuz üçün qlobal miqyasda inklüziv bir prosesimiz olub. Bu aralıq icmal prosesində 20-dən çox BMT qurumu iştirak edib. 120-dən çox maraqlı tərəf tərəqqi barədə öz xüsusi rəylərini bildirib və biz çoxlu sayda söhbətlər apardıq. Vebinarlarımız, müzakirələrimiz olub və onlar verdikləri töhfələr baxımından son dərəcə canlı keçib", - o qeyd edib.
Şöbə rəhbərinin sözlərinə görə, həmçinin Yeni Şəhərsalma Gündəliyi ilə bağlı potensialın artırılmasına yönəlmiş sessiyalar təşkil edilib və orada bütün maraqlı tərəfləri təmsil edən minlərlə iştirakçı var idi: "Beləliklə, Yeni Şəhərsalma Gündəliyi üçün bu çox vacib məqamda tərəqqinin qiymətləndirilməsinin inklüziv olmasını və bu gündəlikdə marağı olan hər kəsin perspektivlərini və səslərini əks etdirməsini təmin etmək üçün bu prosesi həyata keçirdik".

-
report.az
- Li Lipin: Çin şəhərlərin dayanıqlı inkişaf təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşməyə hazırdır
Li Lipin: Çin şəhərlərin dayanıqlı inkişaf təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşməyə hazırdır
Çin şəhərlərin dayanıqlı inkişaf təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə Çinin Beynəlxalq Ticarətin Təşviqinə Dəstək Şurasının (CCPIT) Tikinti Sənayesi Altkomitəsinin rəhbəri Li Lipin WUF13 çərçivəsindəki tədbirdə videomüraciətində bildirib.

-
report.az
- UN-Habitat: Yeni strateji planda əsas diqqət mənzil, torpaq və baza xidmətlərinə yönəldiləcək
UN-Habitat: Yeni strateji planda əsas diqqət mənzil, torpaq və baza xidmətlərinə yönəldiləcək
Şəhərsalma və mənzil siyasətində daha inklüziv və dayanıqlı yanaşma vacibdir.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndəsi Jose Çonq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərindən Mənzillərə" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, hazırda Yeni Şəhər Gündəliyinin (New Urban Agenda) icrasının aralıq qiymətləndirmə mərhələsi həyata keçirilir: "Bu, 10 illik beynəlxalq gündəlikdir və onun icrasının yarı mərhələsindəyik. Memarlar və şəhərsalma mütəxəssisləri çox vaxt bu gündəliyin gündəlik proseslərindən tam xəbərdar olmurlar. Halbuki şəhərsalma və memarlıq layihələrinin hazırlanması zamanı bu prinsiplər nəzərə alınmalıdır".
J. Çonq bildirib ki, UN-Habitat-ın 2026-2029-cu illəri əhatə edən yeni strateji planında əsas diqqət mənzil, torpaq və baza xidmətlərinə yönəldiləcək: "Bu plan inklüziv rifahın artırılması, ekoloji və iqlim tədbirlərinin gücləndirilməsi, həmçinin böhranlara hazırlıq, cavabvermə və bərpa proseslərini dəstəkləməyə xidmət edir. Hazırda dünyada şəhər inkişafına yanaşmada parçalanmış modellər üstünlük təşkil edir. Bu problem yalnız qlobal cənub ölkələrində deyil, digər regionlarda da müşahidə olunur. Biz daha dayanıqlı, inteqrasiya olunmuş şəhər və ərazi planlaşdırılmasını təşviq edirik".
UN-Habitat nümayəndəsi əlavə edib ki, yerli hökumətlərin mənzil və baza xidmətlərini planlaşdırmaq, maliyyələşdirmək və həyata keçirmək üçün daha effektiv alətlərə malik olması vacibdir.

-
report.az
- Ramil Cahangirov: Azad edilmiş şəhər və rayonların baş planları mərhələli şəkildə icra olunur
Ramil Cahangirov: Azad edilmiş şəhər və rayonların baş planları mərhələli şəkildə icra olunur
Azad edilmiş şəhər və rayonların baş planları mərhələli şəkildə icra olunur.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad olunmuş ərazilərdə layihə idarəedilməsi üzrə şöbə müdiri Ramil Cahangirov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişədən Sonra Şəhər Yenidənqurması: Humanitar Mina Təmizlənməsinin Kritik Rolu" adlı sessiyada deyib.
O bildirib ki, hazırda təqdim edilən yaşayış məntəqələri və tikilmiş evlər həmin layihələrin ilk mərhələləridir:
"Bu mərhələliliyin təmin olunması üçün minatəmizləmə qurumları ilə sıx əməkdaşlıq aparılır: əvvəlcə birinci mərhələ üzrə ərazi təmizlənir, sonra isə tikinti işlərinə başlanılır. Bundan əlavə, söhbət yalnız yaşayış məntəqələrinin təmizlənməsindən getmir. Həmin ərazilər infrastruktur xətləri ilə də əlaqələndirilməlidir. Elektrik, su, qaz, rabitə və internet xətlərinin keçdiyi marşrutlar da mina təhlükəsindən tam azad olunmalıdır. Bu isə ANAMA-nın təkcə şəhərsalma qurumları ilə deyil, həm də kommunal xidmət təminatçıları ilə koordinasiyalı fəaliyyət göstərməsini tələb edir. Nəticədə proses daha mürəkkəb olsa da, daha sistemli və təşkilatlanmış şəkildə həyata keçirilir".

UN-Habitat: BMT-yə üzv dövlətlərin 36 %-i Könüllü Milli Hesabat verib
BMT-yə üzv dövlətlərin 36 %-i artıq Könüllü Milli Hesabatları təqdim edib.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Bilik və İnnovasiya Şöbəsi rəhbəri Edlam Abera Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yeni Şəhərsalma Gündəliyi (NUA) üzrə növbəti 10 il üçün birgə səylərimiz" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Yeni Şəhərsalma Gündəliyi 2036-cı ilə qədər icra edilməlidir: "10 il uzun bir müddət kimi görünsə də, biz bunun belə olmadığını bilirik, çünki 2016-dan 2026-cı ilə çox sürətlə gəldik. UN-Habitat 10 il sonra tərəqqini qiymətləndirməklə bağlı nələr etdiyinə dair sizə qısa bir məlumat verim: biz aylardır ki, dünyanın hər yerindən maraqlı tərəflər və qərar qəbul edənlərlə irəliləyişi qiymətləndirmək üçün çalışırıq. Tərəqqini qiymətləndirmək üçün bir neçə fərqli üsulumuz olub. Bu tərəqqini qiymətləndirməyin ən vacib yollarından biri üzv dövlətlərin Könüllü Milli Hesabatlarıdır".
Qonaq əlavə edib ki, bununla bağlı müsbət məqam üzv dövlətlərin daha çox hesabat təqdim etməsidir: "Söhbət təkcə təqdim olunan hesabatların sayından getmir, çünki bu, özlüyündə uğur göstəricisi deyil. Lakin hesab edirəm ki, 70 üzv dövlətin milli hesabat təqdim etməsi, bu prosesə vaxt və resurs ayırması onların Yeni Şəhərsalma Gündəliyinə, onun həyata keçirilməsinə və qarşımızdakı 10 il üçün öhdəliklərinə sadiqliyini nümayiş etdirir. Bu, BMT-yə üzv olan ölkələrin 36 %-i deməkdir. Ona görə də biz bunu son dərəcə müsbət hesab edirik. Bu, 4 il əvvəl tərəqqi haqqında hesabat verdiyimiz vaxtla müqayisədə bir artımdır və biz bu artımı görməkdən çox şadıq".

-
report.az
- Şöbə müdiri: Azad edilmiş ərazilərdə yenidənqurma prosesi plana uyğun qaydada həyata keçirilir
Şöbə müdiri: Azad edilmiş ərazilərdə yenidənqurma prosesi plana uyğun qaydada həyata keçirilir
Azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesi tam şəkildə əvvəlcədən hazırlanmış planlara uyğun həyata keçirilir.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad olunmuş ərazilərdə layihə idarəedilməsi üzrə şöbə müdiri Ramil Cahangirov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişədən Sonra Şəhər Yenidənqurması: Humanitar Mina Təmizlənməsinin Kritik Rolu" adlı sessiyada deyib.
Ramil Cahangirov qeyd edib ki, bütün infrastruktur və yaşayış tikintiləri şəhərsalma norma və standartlarına uyğun şəkildə aparılmalıdır.:
"Lakin hər bir layihənin əsas prioriteti təhlükəsizlikdir. Buna görə də bütün sistem elə qurulub ki, ilk növbədə ərazi təhlükəsiz elan olunsun, yalnız bundan sonra tikinti və digər işlərə başlanılsın. Bu proses olduqca mürəkkəbdir. Həftə ərzində keçirilən müxtəlif panel və sessiyalarda da vurğulandığı kimi, koordinasiya xüsusilə şəhərsalma və mina təmizləmə fəaliyyətində ən vacib amillərdən biridir. Çünki növbəti mərhələyə keçmək üçün ərazinin tam şəkildə minalardan təmizləndiyinə əmin olmaq lazımdır. Bundan əvvəl isə hansı ərazilərin daha çox, hansılarının isə daha az çirkləndiyini müəyyən etmək üçün davamlı məsləhətləşmələr aparılır".
YENİLƏNİR

AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
"Azərbaycan Hava Yolları" QSC (AZAL) əlverişsiz hava şəraiti səbəbilə təxirə salınan Bakı-Naxçıvan-Bakı reyslərini yenidən bərpa edib.
Bu barədə "Report"a AZAL-dan məlumat verilib.
Bildirilib ki, hazırda bölgədə qeyri-stabil hava şəraiti mövcud olsa da, reyslərin icrasına təhlükə törətmədiyindən sözügedən marşrut üzrə uçuşlar həyata keçirilməyə davam edir.
AZAL vəziyyəti nəzarətdə saxlayır və sərnişinlərin təhkükəsizliyi üçün bütün zəruri tədbirləri görür. Uçuş cədvəlində hər hansı dəyişiklik baş verdiyi təqdirdə sərnişinlərə müvafiq qaydada məlumat veriləcək.

-
report.az
- Vüqar Süleymanov: Qarabağda hərbi əməliyyatlar dayansa da, mülki əhali üçün təhlükə davam edir
Vüqar Süleymanov: Qarabağda hərbi əməliyyatlar dayansa da, mülki əhali üçün təhlükə davam edir
Qarabağ münaqişəsi başa çatandan bəri 425 nəfər mina və partlayıcı hadisələrinin qurbanı olub.
"Report" xəbər verir ki, bunu ANAMA idarə heyətinin sədri Vüqar Süleymanov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişədən Sonra Şəhər Yenidənqurması: Humanitar Mina Təmizlənməsinin Kritik Rolu" adlı sessiyada deyib.
O bildirib ki, aktiv hərbi əməliyyatlar dayansa belə, mülki əhali üçün təhlükə davam edir:
"Minalardan təmizləmə aparılmadan bərpa və yenidənqurma prosesinə başlamaq mümkün deyil".

Vüqar Süleymanov: Minatəmizləmə bərpa və yenidənqurmanın əsas təməlidir
Minatəmizləmə yalnız insanların həyatını xilas edən humanitar fəaliyyət deyil, eyni zamanda, bərpa və yenidənqurmanın əsas təməlidir.
"Report" xəbər verir ki, bunu ANAMA İdarə heyətinin sədri Vüqar Süleymanov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişədən Sonra Şəhər Yenidənqurması: Humanitar Mina Təmizlənməsinin Kritik Rolu" adlı sessiyada deyib.
O bildirib ki, bu fəaliyyət yaşayış evlərinin yenidən inşası, infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi, nəqliyyat şəbəkələrinin inkişafı və iqtisadi fəaliyyətin canlandırılması üçün zəruri şəraiti formalaşdırır:
"Böyük Qayıdış" Proqramı çərçivəsində minatəmizləmə fəaliyyəti şəhərsalma, yenidənqurma və inkişaf proseslərinə tam şəkildə inteqrasiya edilib".

NİİM paytaxt yollarındakı vəziyyəti açıqlayıb
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

-
sizinxeber.az
- Lüsi Erl: Humanitar təşkilatlar qeyri-rəsmi mənzil sahibliyi formalarını nəzərə almalıdır
-
sizinxeber.az
- Read Qasımov: "WUF13 Azərbaycanın şəhər inkişafına innovativ yanaşmalara bağlılığını əks etdirir"
Bakıda iki marşrut üzrə müsabiqənin qalibi müəyyən edilib
Bakıda 161 və 162 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibi müəyyən edilib.
Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, Əmircan və Hövsan qəsəbələrini əlaqələndirən 161 nömrəli, eləcə də Ramana Yeni yaşayış kompleksini "Koroğlu" NMM-lə əlaqələndirən 162 nömrəli şəhərətrafı marşrutlar üzrə hüquqi şəxs "Azlənd Plaza" MMC qalib elan olunub.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

SDU-nun tələbəsi: WUF13-lə bağlı tədbirdə verilən informasiyalar çox aktual idi
WUF13-lə bağlı tədbirdə verilən informasiyalar çox aktual və maraqlı idi.
Bunu "Report"un yerli bürosuna açıqlamasında Sumqayıt Dövlət Universitetində (SDU) təşkil olunan WUF13-lə əlaqədar məlumatlandırma sessiyası haqqında danışan SDU-nun Mühəndislik fakültəsinin 3-cü kurs tələbəsi Oruc Quliyev deyib.
O bildirib ki, şəhərsalma və müasir infrastruktur mövzularında keçirilən belə tədbirlər tələbələrin peşəkar inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:
"WUF13 kimi beynəlxalq forumların Azərbaycanda keçirilməsi gənclər üçün böyük imkanlar yaradır. Burada təqdim olunan mövzular, innovativ yanaşmalar və şəhərlərin gələcək inkişaf modelləri bizim üçün olduqca maraqlıdır. Düşünürəm ki, bu cür tədbirlər tələbələrin bilik və dünyagörüşünün artmasına ciddi töhfə verir".

Sumqayıtlı tələbə: WUF13 kimi beynəlxalq tədbirlər gənclərə böyük motivasiya verir
WUF13 kimi nüfuzlu beynəlxalq tədbirlər gənclərə böyük motivasiya verir.
Bunu "Report"un yerli bürosuna açıqlamasında Sumqayıt Dövlət Universitetində (SDU) təşkil olunan WUF13-lə əlaqədar məlumatlandırma sessiyasını dəyərləndirən SDU-nun Riyaziyyat fakültəsinin 2-ci kurs tələbəsi Çinarə Osmanova deyib.
O bildirib ki, belə maarifləndirici görüşlər gənclərin şəhərsalma ilə bağlı biliklərinin artırılmasında mühüm rol oynayır:
"WUF13 kimi beynəlxalq tədbirlərin ölkəmizdə təşkili tələbələr üçün çox faydalıdır. Bu sessiyada şəhərsalma, davamlı inkişaf və müasir urbanizasiya prosesləri ilə bağlı təqdim olunan məlumatlar bizim dünyagörüşümüzün genişlənməsinə kömək edir. Bu cür tədbirlər gələcək fəaliyyətimiz üçün biz gənclərə böyük motivasiya verir. Özüm də forumda iştirak edəcəyəm".

Sumqayıtda WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 8-də Sumqayıt Dövlət Universitetində (SDU) müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş məlumatlandırma sessiyası keçirilib.
"Report"un yerli bürosunun məlumatına görə, tədbirdə universitet rəhbərliyi, müəllim-tələbə heyəti, aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə forumun məqsədi, əsas prioritetləri və beynəlxalq əhəmiyyəti barədə geniş təqdimatla çıxış edib. O bildirib ki, WUF13 dünyanın müxtəlif ölkələrindən şəhərsalma, memarlıq və davamlı inkişaf sahəsində fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirəcək.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu şəhərsalmanın məşğulluq, nəqliyyat əlçatanlığı və insanların imkanlara çıxışı baxımından mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, düzgün şəhər planlaşdırılması sosial rifahın yüksəldilməsi və dayanıqlı inkişaf üçün əsas amillərdən biridir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov isə çıxışında şəhərin keçdiyi inkişaf yolundan bəhs edib. O, şəhərdə son illərdə həyata keçirilən abadlıq, yenidənqurma və memarlıq layihələri haqqında məlumat verərək bu istiqamətdə görülən işlərin şəhərin müasir simasının formalaşmasına töhfə verdiyini diqqətə çatdırıb.
Sessiyada forumun proqramının artıq ictimaiyyətə təqdim olunduğu bildirilib. Qeyd olunub ki, tədbirə qatılmaq istəyənlər forumda həm əyani, həm də onlayn şəkildə iştirak edə bilərlər. Forum çərçivəsində təşkil olunacaq panel müzakirələri, sərgilər və digər tədbirlər barədə ətraflı məlumatın WUF13 rəsmi saytından əldə olunmasının mümkünlüyü vurğulanıb.
Tədbir axşam saatlarında açıq havada keçiriləcək ictimai proqramla davam edəcək.

IRU Orta Dəhlizin investisiya cəlbediciliyinin artırılması üzrə tədbirləri açıqlayıb
Avropa və Asiya arasında əmtəə mübadiləsində Orta Dəhlizin strateji rolunun artması ilə diqqət siyasi koordinasiya səviyyəsindən layihələrin praktiki icrası müstəvisinə yönəlir.
Bu barədə "Report" Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqına (IRU) istinadən xəbər verir.
"Dəhlizin işləkliyini təkcə infrastruktur deyil, prosedurların optimallaşdırılması və əməkdaşlığın möhkəmləndirilməsi də müəyyən edir. Sərhəd keçidlərində vaxt itkilərinin minimuma endirilməsi marşrutun rəqabət qabiliyyətinin artırılması üçün həlledici amil kimi çıxış edir. TIR sistemi, eTIR və eCMR kimi alətlər səmərəliliyin dərhal artmasını təmin edə bilər. Bundan əlavə, strateji təşəbbüslərin investisiyalar üçün cəlbedici layihələrə çevrilməsi üçün əlaqələndirilmiş siyasi addımlar tələb olunur. Məhz bu tədbirlər marşrutu daha sürətli, proqnozlaşdırıla bilən və investisiya baxımından cəlbedici etməyə imkan verəcək", - bəyanatda qeyd olunub.
Vurğulanıb ki, Brüsseldə "Dayanıqlı Orta Dəhliz - strateji koordinasiyadan layihələrin icrasına doğru" mövzusunda keçirilən müzakirənin iştirakçıları Avropa və Asiya arasında artan ticarət marşrutu kimi Orta Dəhlizin rəqabət qabiliyyətinin və dayanıqlılığının möhkəmləndirilməsinə yönəlmiş konkret təşəbbüsləri müzakirə ediblər.
Dəhliz getdikcə daha çox regional ticarətin hərəkətverici qüvvəsi, onun boyunca yerləşən dövlətlərin bağlantı vasitəsi və iqtisadi artım aləti kimi qəbul edilir. IRU-nun Aİ-də yük daşımaları üzrə direktor müavini Mark Billiyet bildirib ki, marşrut boyu bağlantı yalnız infrastruktur məsələləri ilə məhdudlaşmır. Dəhlizin səmərəliliyi, xüsusən də marşrutun multimodal xarakterini və çoxsaylı sərhəd keçidlərini nəzərə alaraq, heç də az olmayan dərəcədə prosedurların sadələşdirilməsi, şəraitin proqnozlaşdırıla bilməsi və dövlətlərarası əməkdaşlıqla bağlıdır.
M. Billiyet həmçinin dayanıqlı və ekoloji logistikanın qarşısında duran infrastruktur və əməliyyat problemlərinə, o cümlədən sərhəd məntəqələrində və yükaşırma obyektlərindəki "dar boğazlar" məsələsinə toxunub.
"Brüsseldə keçirilən müzakirələr siyasətçilər, maliyyə institutları və sahə nümayəndələri arasında Orta Dəhlizin strateji əhəmiyyəti ilə bağlı baxışların üst-üstə düşdüyünü göstərib. Mövcud çağırışlara baxmayaraq, iştirakçılar qeyd etdilər ki, cari investisiyalar, normativ-hüquqi mühitin modernləşdirilməsi və rəqəmsal inteqrasiya üzrə işlər marşrutun etibarlılığını artırır. Ardıcıl və səmərəli koordinasiya şərti ilə bu səylər Avropa və Asiya arasında daha dayanıqlı və səmərəli ticarət yolunu təmin etməklə, Orta Dəhlizi Avrasiya bağlantısının əsas dayaqlarından birinə çevirməyə qadirdir", - IRU qeyd edib.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) və ya Orta Dəhliz Çini Qazaxıstan ərazisindən, Xəzər dənizi akvatoriyasından, Azərbaycan və Gürcüstandan keçməklə Avropa dövlətləri ilə birləşdirən beynəlxalq nəqliyyat marşrutudur. Assosiasiya zəruri informasiya müşayiətini həyata keçirir, inzibati maneələrin sadələşdirilməsinə, rəqabət şəraitinin formalaşmasına və müxtəlif ölkələrdən olan iştirakçılar, o cümlədən coğrafi baxımdan bilavasitə TBNM marşrutu bölgəsində yerləşməyənlər üçün maksimum səmərəliliyin əldə edilməsinə kömək edir.
Qazaxıstan Nəqliyyat Nazirliyinin statistikasına əsasən, bu marşrut üzrə yükdaşımaların həcmi sabit müsbət dinamika nümayiş etdirir: 2019-cu ildə 759 min ton, 2020-ci ildə - 783 min ton, 2021-ci ildə - 586 min ton, 2022-ci ildə - 1,485 milyon ton, 2023-cü ildə - 2,764 milyon ton, 2024-cü ildə isə 4,484 milyon ton yük daşınıb.
Türk Dövlətləri Təşkilatının (TDT) məlumatına görə, 2025-ci ildə Orta Dəhlizlə daşınan yüklərin həcmi 4,7 milyon ton təşkil edib, 2027-ci ilə qədər isə onun daha 10 % artacağı gözlənilir. 2027-ci ilə qədər Orta Dəhlizin buraxılış qabiliyyəti illik 10 milyon ton həddinə çata bilər, bu da Azərbaycanın tranzit potensialını gücləndirəcək və infrastruktur layihələrinə əlavə investisiyaların cəlb edilməsi üçün imkanlar açacaq.
Qeyd edək ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə yükdaşımalar üzrə 2030-cu il üçün hədəf göstəricisi 11,4 milyon ton səviyyəsində müəyyən edilib.

Bakı Limanı bu il 120 min TEU konteyner aşırmağı hədəfləyir
Bu il Bakı Limanında aşırılacaq konteynerlərin həcminin ötən illə müqayisədə 13 min TEU çox - 120 TEU olması hədəflənir.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov Türkmənistandan gələn "Gadamly" ilk quru yük gəmisinin qarşılanma mərasimində bildirib.
"Hazırda 4 aylıq aşırma göstəriciləri hesablanır - operativ məlumatlar hazırlanır. Keçən ilin göstəriciləri ilə demək olar ki, eynilik var - hətta bir az da artıqdır. Bakı limanının tarixində ilk dəfə 8-ci körpüdəyik, 7-ci körpü artıq istifadəyə verilib və o, daha çox konteyner əməliyyatları üçün nəzərdə tutulub. Və bu türkmən gəmisinin istifadəyə verilməsi, 7-ci körpünün fəaliyyətə başlaması bizim konteyner əməliyyatlarının daha sürətli, daha çevik idarə olunmasına xidmət edəcək. Əlavə olaraq İtaliya istehsalı olan, 125 ton yükqaldırma imkanına malik mobil liman kranının istifadəyə verilməsi bizim yükaşırma imkanlarımıza əlavə güc qatır", - deyə o qeyd edib.

-
report.az
- Əmlak Məsələləri Dövlət Xidməti torpaq icarəsi ilə bağlı yeni qərarın tətbiq dairəsini açıqlayıb
Əmlak Məsələləri Dövlət Xidməti torpaq icarəsi ilə bağlı yeni qərarın tətbiq dairəsini açıqlayıb
Nazirlər Kabinetinin [mayın 8-də yeni güzəşt mexanizmi təsdiqlənib-red.] dövlət torpaq sahələrinin icarəyə verilməsinə dair qəbul etdiyi yeni qərar sənədləşdirilməmiş və hüquqi statusu tam qaydaya salınmamış obyektlərə aid olmayacaq.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdir müavini Ehtiram Babayev jurnalistlərə açıqlamasında bildirib.
"Yeni tətbiq olunan güzəşt mexanizmi yalnız sənədləri tam qaydaya salınmış və xidmət tərəfindən icarəyə verilmiş torpaq sahələrini əhatə edir. Qəbul edilmiş qərar sənədsiz və hüquqi vəziyyəti bütünlüklə rəsmiləşdirilməmiş obyektlərin torpaq münasibətlərinə heç bir təsir göstərməyəcək. Güzəştlər sənədlə təsdiqlənmiş torpaqlara şamil olunur", - deyə E. Babayev vurğulayıb.

ADY: Türkmənistanda növbəti gəminin istehsalı gedir
Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımaları üçün növbəti gəminin istehsalı gedir.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədr müavini Arif Ağayev bildirib.
Onun sözlərinə görə, gəmi növbəti üç ayda istismara veriləcək.
ADY-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov isə bildirib ki, Orta Dəhlizdə yük daşımaları həyata keçirmək üçün inşa edilən növbəti gəminin adı "Mənzil" olacaq.
"Bu, əlamətdar hadisədir, Orta Dəhlizə, Avrasiya nəqliyyat marşrutuna artan inamın, etimadın bariz nümunəsidir. "Gadamly" gəmisinin ardınca yaxın aylarda ikinci gəminin (hər ikisinin yükqaldırma gücü 240 TEU-dur) suya buraxılması nəzərdə tutulur. Düşünürəm ki, bu, 2026-cı ilin payız ayının sonlarına təsadüf edəcək. Bir neçə gün öncə Limanın heyəti Türkmənistanda - Türkmənbaşıda səfərdə idi və biz Türkmənistan Prezidentinin bilavasitə iştirakı ilə "Gadamly" gəmisini səfərə yola saldıq və bu gün onu qarşıladıq", - deyə o qeyd edib.

Azərbaycanda dövlət torpaqlarının icarə haqqında 50 %-ə qədər endirim tətbiq ediləcək
Azərbaycanda dövlət torpaqlarının icarə haqqı 50 % -ədək aşağı salınır.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdir müavini Ehtiram Babayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, qəbul olunan yeni qərar çərçivəsində torpaq sahəsinin həcmi böyüdükcə daha aşağı əmsallar işə düşəcək və bunun nəticəsində icarə haqqında 50 %-ə qədər azalma baş verəcək.
"Belə ki, 5 000 kvadratmetrə qədər olan torpaq sahələri üçün 1 əmsal müəyyən ediləcək. 5 001-10 000 kvadratmetr aralığındakı hissə üçün 0,8, 10 001-50 000 kvadratmetr aralığındakı hissə üçün 0,7, 50 001 kvadratmetrdən artıq olan hissə üçün isə 0,5 əmsal nəzərdə tutulub. Qərar Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə icarəyə verilən torpaq sahələrini, o cümlədən özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən tikilmiş obyektlərin yerləşdiyi dövlət torpaqlarını əhatə edir".
E. Babayevin bildirdiyinə görə, əvvəlki qaydalara uyğun olaraq Bakı şəhərində torpaq sahələrinin icarə haqqı bazar dəyərinin 3 %-i, regionlarda isə 2 %-i səviyyəsində hesablanırdı: "Yeni dəyişikliyə əsasən həmin hesablama prinsipi qüvvədə qalır, lakin bundan əlavə torpaq sahəsinin ölçüsünə müvafiq əmsallar da tətbiq olunacaq. Qərarın başlıca hədəfi iri həcmli torpaq sahələrinin icarəyə verilməsini stimullaşdırmaq və istifadə edilməyən torpaqların iqtisadi dövriyyəyə cəlb olunmasını təmin etməkdir".

Bakı Limanının ötürücülük qabiliyyəti artırılır
Yaxın vaxtlarda hesabına Bakı Beynəlxalq Dəniz Limanının ötürücülük qabiliyyəti 150 min TEU-dan 260 min TEU-ya çatdırılacaq.
"Report" xəbər verir ki, Bakı Limanının mülkiyyətçisi olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin müavini Arif Ağayev bildirib.
Onun sözlərinə görə, bu məqsədlə Limanda dibdərinləşdirmə işləri görüləcək, yeni avadanlıqlar alınacaq.
Bundan başqa, ADY rəsmisi deyib ki, təmsil etdiyi qurum infrastrukturunu genişləndirir, xüsusilə əsas dəmir yolları təkmilləşdirilir, yeni lokomotivlər və vaqonlar alınır".
Prezident İlham Əliyevin ötən il fevralın 25-də imzaladığı sərəncama əsasən, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ADY-nin tabeliyinə verilib. Bundan sonra şirkət "Bakı Beynəlxalq Dəniz Limanı" MMC kimi fəaliyyət göstərməyə başlayıb.

"Gadamly" ilk quru yük gəmisi Bakı Limanına yanaşıb
"Azərbaycan Dəmir Yolları" QSC-nin Türkmənistanda inşa edilmiş "Gadamly" ilk quru yük gəmisi Bakı Beynəlxalq Dəniz Limanına yanaşıb.
"Report" xəbər verir ki, gəmi Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımalarına cəlb ediləcək.
Yeni gəminin istismara verilməsi Orta Dəhliz, o cümlədən bu dəhlizin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı baxımından mühüm hadisə hesab olunur.
Yükgötürmə qabiliyyəti 6 100 ton olan, 240 ədəd 20 futluq konteyner daşımaq imkanına malik "Gadamly" gəmisinin istismara verilməsi Bakı Limanının illik yükaşırma göstəricilərinin artımına da müsbət təsir göstərəcək.

Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb
Bakının bəzi yollarında sıxlıq müşahidə olunur.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
3. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
6. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
10. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
11. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
13. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
14. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

-
apa.az
- Ufuk Polat: “Invision Design Talks” Azərbaycanla Türkiyə arasında dizayn platformasına çevrilib
Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək
Heydər Əliyev Beynəlxalq Aeroportu ilə Bakının əsas məntəqələri arasında xüsusi WUF13 şattl avtobusları hərəkət edəcək.
"Report" xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"12 may 2026-cı ildən etibarən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə Bakının əsas məntəqələri arasında xüsusi WUF13 şattl avtobusları hərəkət edəcək. Gələn iştirakçılar 6 xüsusi şattl avtobus marşrutundan istifadə edə biləcəklər: A1 | 28 May A2 | Nərimanov A3 | İzmir A4 | Şıx A5 | İçərişəhər A6 | Sea Breeze", - məlumatda bildirilib.
15 may 2026-cı ildən etibarən A2 Nərimanov marşrutu həmçinin WUF13 məkanına birbaşa əlaqəni təmin edəcək.
Hava limanı şattl xidmətləri ilə WUF13 nəqliyyat qovşaqlarına, yerləşmə ərazilərinə və Forum məkanına rahat gediş-gəlişi təmin olunacaq. Şattllar rəsmi WUF13 nəqliyyat cədvəlinə uyğun olaraq, akkreditasiyadan keçmiş WUF13 iştirakçıları üçün 24/7 fəaliyyət göstərəcək. Şattl xidmətləri akkreditasiyadan keçmiş WUF13 iştirakçıları üçün ödənişsizdir. Akkreditasiya nişanını hələ almamış iştirakçılar şattl xidmətlərindən istifadə etmək üçün onlayn qeydiyyat təsdiqini təqdim edə bilərlər.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

Azər Fərəcov: "Abşeronda dəmiryol dayanacaqlarının sayı 40-a çatacaq"
2030-cu ilə qədər Abşeronda dəmiryol dayanacaqlarının sayı 40-a çatacaq.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
Onun sözlərinə görə, Dövlət Proqramında həmçinin Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə–Qala və Zabrat–Maştağa–Bağlar xətlərinin bərpası, bu xətlər boyunca mövcud stansiyaların yenidən qurulması və yeni dayanacaqların inşası nəzərdə tutulur: "Bundan başqa, Bakı−Xırdalan−Sumqayıt xətti üzrə Baş Keşlə, Güzdək və Binəqədi stansiyalarının istifadəyə verilməsi, Bakı–Pirşağı–Sumqayıt xətti üzrə isə Kürdəxanı, Fatmayı və Saray dəmiryol dayanacaqlarının inşası və N.Nərimanov stansiyasında da qatarlara dayanacaq verilməsi planlaşdırılır. ADY tərəfindən dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, hazırda layihələndirmə işləri icra olunur".
A.Fərəcov bildirib ki, Abşeron dairəvi dəmir yolu marşrutu üzrə istifadədə olan xətlərdə Baş Keşlə və N.Nərimanov stansiyalarına dayanacaq verilməsi, Kürdəxanı, Fatmayı, Saray, Güzdək və Binəqədi dayanacaqlarının yaradılması hesabına dayanacaqların sayı 22-yə çatacaq: "2030-cu ilədək isə bu rəqəmin Zabrat–Maştağa–Bağlar, Bakıxanov–Binə–Qala və Yeni Suraxanı–Hövsan xətləri üzrə 18 stansiya və dayanacağın istifadəyə verilməsi hesabına 40-a çatdırılması planlaşdırılır. Dövlət Proqramından irəli gələn məsələlərdən biri də Güzdək−Qaradağ xəttinin bərpasıdır. Bu dəmiryol xəttinin bərpasından sonra yük qatarlarının əsasən bu istiqamətdə hərəkəti hesabına Bakı−Xırdalan−Sumqayıt dəmiryol xəttində sərnişindaşıma üzrə qatar buraxıcılığı artırılacaq".
O qeyd edib ki, həmçinin 2030-cu ilədək 20 ədəd yeni sərnişin qatarının alınması nəzərdə tutulub. Hazırda bu istiqamətdə işlər davam etdirilir, təhlillər aparılır, xarici şirkətlərlə görüşlər keçirilir, danışıqlar aparılır: "Bütün bu tədbirlər Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulmasına, sərnişin mobilliyinin keyfiyyətinin artırılmasına, həm şəhər daxilində, həm də ətraf ərazilərdə sərnişindaşıma imkanlarının, nəqliyyat xidmətlərinin daha geniş əhali təbəqəsi üçün əlçatanlığının artırılmasına səbəb olacaq".

ADY yeni "Dərnəgül" dayanacağını istifadəyə verib
Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşəcək "Dərnəgül" dayanacağı istifadəyə verilib.
"Report" xəbər verir ki, bu gün səhər saatlarından artıq stansiyada qatarlar dayanır.
Məlumata görə, "Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn məsələlərin icrası üçün müvafiq iş görülür, sərnişindaşıma xidmətini daha da təkmilləşdirmək istiqamətində növbəti addım olaraq bu stansiyada işlər yekunlaşdırılıb.

Bakının bəzi yollarında tıxac müşahidə olunur
Bakının bəzi yollarında sıxlıq müşahidə olunur.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
11. "20 Yanvar" dairəsində;
12. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
13. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
14. Babək prospekti, mərkəz istiqamətində;
15. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində sıxlıq müşahidə olunur.

Rəşad Nəbiyev və Anaklaudiya Rossbax WUF13-ə hazırlığı müzakirə ediblər
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlığı (WUF13) müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Rossbax "X" sosial şəbəkəsində bildirib.
"Azərbaycanlı nazir Rəşad Nəbiyevlə dayanıqlı şəhər mobilliyi, iqlimə davamlı infrastruktur və WUF13-ün Bakıdakı transformasiya potensialı məsələlərinə dair məzmunlu müzakirələr aparıldı. İnsanyönümlü şəhərlərin maraqları naminə tərəfdaşlığımızın daha da dərinləşəcəyinə ümid edirik", - o yazıb.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.
Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

Bakı metrosu: Avtobus və taksi xidmətləri ilə inteqrasiya gücləndiriləcək
"Bakı Metropoliteni" QSC-nin "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilməsi ictimai nəqliyyat sahəsində idarəetmənin daha təkmil şəkildə təşkil edilməsinə, xidmətlərin qarşılıqlı inteqrasiyasının gücləndirilməsinə və şəhər mobilliyinin daha səmərəli təmin olunmasına yönəlib.
"Report" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin yaydığı açıqlamada bildirilib.
"Yenidən təşkil çərçivəsində ictimai nəqliyyat sistemində vahid və əlaqələndirilmiş idarəetmə modelinin tətbiqi, xidmət keyfiyyətinin artırılması, rəqəmsal həllərin genişləndirilməsi və sərnişin rahatlığının daha da yüksəldilməsi istiqamətində mərhələli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda metro, avtobus, tramvay və taksi xidmətləri arasında inteqrasiyanın daha da gücləndirilməsi, ictimai nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun inkişaf etdirilməsi, sərnişindaşıma xidmətlərində təhlükəsizlik və operativliyin artırılması, eləcə də şəhərdaxili hərəkətin daha rahat və səmərəli təşkili istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Yenidən təşkil prosesi çərçivəsində sərnişinlərə göstərilən xidmətlərin fasiləsizliyi təmin ediləcək, mövcud marşrut və xidmətlər üzrə fəaliyyət davam etdiriləcək", - deyə açıqlamada qeyd olunub.

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının sessiyasında təmsil olunub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Beynəlxalq Dəniz Təşkilatının (BDT) Londonda keçirilən Hüquq Komitəsinin 113-cü sessiyasında təmsil olunub.
"Report" nazirliyə istinadən xəbər verir ki, ölkəmiz adından tədbirdə DDLA-nın Hüquq departamentinin Qanunvericilik layihələri şöbəsinin müdiri Nişat Rəhimov iştirak edib.
Sessiyada 2010-cu il tarixli Zəhərli və zərərli maddələrə dair Protokolun qüvvəyə minməsinin asanlaşdırılması və uyğunlaşdırılmış şərhi, BDT-nin alətlərinin tətbiqi ilə bağlı qaydalar müzakirə olunub.
Həmçinin gəmi qeydiyyatının saxtalaşdırılması və saxta gəmi reyestrləri ilə bağlı qeyri-qanuni təcrübələrin qarşısının alınması üzrə tədbirlər, gəmilərin qeydiyyatı ilə bağlı beynəlxalq qaydalar və ən yaxşı təcrübələr nəzərdən keçirilib.
Alternativ yanacaq mənbələrinə dair BDT-nin məsuliyyət və kompensasiya rejimləri, suyun səthi ilə üzən avtonom dəniz gəmilərinin idarə edilməsi, gəmilərə qarşı dəniz quldurluğu, silahlı qarət, dənizdə təhlükələrin qarşısının alınmasına dair məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sessiyada Qlobal İnteqrasiya edilmiş Gəmiçilik İnformasiya Sisteminə (GISIS) gəmilərin alqı-satqısı ilə bağlı yeni bölmənin daxil ediləcəyi, BDT-nin üzv dövlətlərinə "Gəmilərin alqı-satqısına dair" yeni qüvvəyə minmiş Konvensiyaya qoşulmaq, habelə GISIS sistemi vasitəsilə BDT-yə məlumatların ötürülməsini təmin etmək barədə çağırışlar edilib.
BDT-nin Hüquq Komitəsində təmsil olunan üzv dövlətlərin təmsilçiləri ilə ümumi maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

ADSEA: 25 min abonentin su təchizatı fasiləsiz rejimə keçirilib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fasiləsiz su təchizatına keçid məqsədilə mövcud su təchizatı sistemində bir sıra təkmilləşdirmələr və yeniliklər həyata keçirir.
Bu barədə "Report"a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, su anbarlarının modernləşdirilməsi, tikintisi, bərpası, texniki qurğuların tənzimləmə işlərinin düzgün təşkili və primitiv şəbəkələrin ləğvi, mövcud nasos stansiyalarının təkmilləşdirilməsi və yeni güclü nasoslar qurulması suyun təzyiqinə və paylanmasına müsbət təsir edib. Su təchizatı şəbəkəsinin avtomatik idarə edilməsi üçün yeni sistemlər də tənzimlənmənin effektivliyini artırıb.
"Hazırda 24 saat fasiləsiz su ilə təmin edilən böyük ərazilərdən bir neçəsini Abşeron, Binəqədi, Xəzər, Nərimanov rayonlarını misal göstərə bilərik. Artıq su verilişi əvvəlki qrafikə uyğun məhdudlaşdırılmır, əksinə 24 saat boyunca davamlıdır. Bu, əhalinin gündəlik su ehtiyaclarını qarşılayır və su kəsilmələrinin qarşısını alır. İyirmi beş min abonentin fasiləsiz su ilə təmin olunacağı Xəzər rayonunun sakinləri arasında bu mövzu ilə bağlı kiçik sorğu da keçirilib. Sakinlər fasiləsiz su təchizatı ilə təmin olunduqlarını təsdiqləyərək ötən illərlə müqayisədə indiki nəticəni müsbət qiymətləndiriblər, abonent məmnunluğunun artırılmasına xidmət edən işlərin səmərəli təşkilinə görə icraçılara minnətdarlıqlarını bildiriblər", - deyə məlumatda deyilir.

Paytaxtda tramvay nəqliyyatını "Bakı Metropoliteni" təşkil edəcək
"Bakı Metropoliteni" QSC-yə tramvay nəqliyyatının təşkil edilməsi ilə bağlı səlahiyyət verilib.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərmanda öz əksini tapıb.
Fərmana əsasən, Metropoliten ictimai nəqliyyat sahəsində (metro, avtobus, tramvay, taksi) sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, onların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqini, habelə bu sahədə yeni nəqliyyat infrastrukturu obyektlərinin (metro, tramvay, avtomobil nəqliyyatı üzrə avtovağzalların (avtostansiyaların), terminalların və digər qurğuların, eləcə də taksi və avtobuslara texniki xidmət göstərən texniki-təmir sahələrinin və stansiyalarının) layihələndirilməsini və tikintisini, maddi-texniki bazanın gücləndirilməsini və müasirləşdirilməsini, həmçinin müxtəlif nəqliyyat növləri (metro, avtobus, tramvay, taksi) üzrə xidmətlərin qarşılıqlı inteqrasiyasını, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir.

"BakuBus" və "Bakı Taksi Xidməti" "Bakı Metropoliteni"nə birləşdirilib
Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb.
"Report" xəbər verir ki, fərmana əsasən, "Bakı Metropoliteni" "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilib.
Metropoliten ictimai nəqliyyat sahəsində (metro, avtobus, tramvay, taksi) sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, onların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqini, habelə bu sahədə yeni nəqliyyat infrastrukturu obyektlərinin (metro, tramvay, avtomobil nəqliyyatı üzrə avtovağzalların (avtostansiyaların), terminalların və digər qurğuların, eləcə də taksi və avtobuslara texniki xidmət göstərən texniki-təmir sahələrinin və stansiyalarının) layihələndirilməsini və tikintisini, maddi-texniki bazanın gücləndirilməsini və müasirləşdirilməsini, həmçinin müxtəlif nəqliyyat növləri (metro, avtobus, tramvay, taksi) üzrə xidmətlərin qarşılıqlı inteqrasiyasını, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir.
Cəmiyyət "BakuBus" və "Bakı Taksi Xidməti"nin hüquqi varisidir, onların bütün hüquqları və öhdəlikləri, habelə əmlakı ona keçir.
Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır;
Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 5 üzvdən – sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirir.
Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
Prezidentə:
- Cəmiyyətin yenidən təşkili və ləğvi;
- Cəmiyyətin icra orqanının yaradılması;
- Cəmiyyətin İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON-a):
- Prezidentin müəyyən etdiyi hallar istisna olmaqla, Mülki Məcəlləyə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş digər məsələlərin dövlət başçısı ilə razılaşdırmaqla həyata keçirilməsi;
- Normativ hüquqi aktlar, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.
Cəmiyyətin Müşahidə Şurası aşağıdakı səlahiyyətləri həyata keçirir:
- Cəmiyyətin inkişaf strategiyasına və onun icrası ilə bağlı tədbirlər planına, habelə əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsinə və biznes planına dair Ümumi Yığıncağa təkliflər vermək;
- Cəmiyyətin gəlirlər və xərclər smetalarını, o cümlədən büdcə proqnozlarını təsdiq edilməsi üçün Ümumi Yığıncağa təqdim etmək və icrasını təmin etmək;
- Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 %-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına dair Ümumi Yığıncağa təkliflər vermək;
- fəaliyyətinin səmərəliliyini artırmaq üçün etika, strateji planlaşdırma, risklərin idarə edilməsi və s. üzrə yardımçı komitələr yaratmaq və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə etmək;
- Ümumi Yığıncaqla razılaşdırmaqla Cəmiyyətin maliyyə planlaşdırılmasını təsdiq etmək və icrasını təmin etmək;
- Ümumi Yığıncaqla razılaşdırmaqla Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin nizamnamələrini təsdiq etmək;
- Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə Cəmiyyət tərəfindən hüquqi şəxslərin yaradılması, eləcə də onların idarəetmə orqanlarının üzvlərinin (rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;
- Ümumi Yığıncağın razılığı ilə Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin strukturunu, işçilərinin say həddini, əməkhaqqı sistemini və əməyin ödənişi fondunu, ştat cədvəlini təsdiq etmək;
- Cəmiyyətin mənfəətinin və zərərinin bölüşdürülməsi ilə bağlı sənədləri, həmçinin illik hesabatları və maliyyə hesabatlarını təsdiq edilməsi üçün Ümumi Yığıncağa təqdim etmək;
- Cəmiyyətin daxili audit bölməsini təşkil etmək və onun əsasnaməsini Ümumi Yığıncaqla razılaşdırmaqla təsdiq etmək, əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad etmək;
- Mülki Məcəllə, bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlar və Cəmiyyətin nizamnaməsi ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
AZCON Cəmiyyətin yeni nizamnaməsini və strukturunu üç ay müddətində Prezidentlə razılaşdırmaqla təsdiq etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək
"Bakı Metropoliteni" QSC 9 May – Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar qatarların hərəkət qrafikində dəyişiklik edəcək.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 9 və 11 may tarixlərində "28 May – Əhmədli" mənzilində və əks istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 saniyə, mayın 10-da isə 3 dəqiqə təşkil edəcək.
Bənövşəyi xətdə, həmçinin "Cəfər Cabbarlı-Xətai" və "Həzi Aslanov-Əhmədli" mənzillərində mövcud hərəkət qrafiki olduğu kimi saxlanılacaq.
"Bakmil" istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 mayda şənbə, 10 mayda isə bazar gününün qrafiki üzrə tənzimlənəcək.
İş rejimində dəyişikliklə yanaşı, stansiyalarda ümumi nəzarət gücləndiriləcək, növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.
Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Azərbaycan və Monqolustan hava əlaqəsi haqqında saziş imzalayıb
Azərbaycan və Monqolustan hökumətləri arasında hava əlaqəsi haqqında saziş imzalanıb.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
Almaniyada səfərdə olan nazir Monqolustanın yol və nəqliyyat naziri Borxu Delgersaixan ilə görüşüb.
Görüşdə ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə avtomobil və hava daşımaları üzrə mövcud imkanların artırılması məsələlərini müzakirə edilib.
"Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş" imzalanıb. Bu sənəd ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin inkişafına töhfə verəcək, aviaşirkətlər arasında səmərəli əməkdaşlıq üçün əlverişli şərait yaradacaq və uçuşların həyata keçirilməsi üçün möhkəm müqavilə – hüquqi baza formalaşdıracaq", - deyə R. Nəbiyev bildirib.

Balakən kanat yolunun inşasına başlanılıb
Balakən şəhərinin Heydər Əliyev parkında kanat yolunun inşası istiqamətində işlərə başlanılıb.
Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, artıq mövcud kanat yolunun söküntüsü həyata keçirilir. İlkin mərhələdə kanat xəttinin troslarının, aşağı və yuxarı terminalların bütün texnoloji və elektrik avadanlıqları demontaj edilib. Hazırda terminal binalarının sökülməsi həyata keçirilir.
Layihələndirməyə əsasən, Balakən kanat yolunun uzunluğu 850 metr, hündürlüyü 53 metr olacaq. Kanat yolu ilə hərəkət müddəti təxminən 4 dəqiqə təşkil edəcək. 6 kabin vasitəsilə saatda 330 sərnişinin daşınması mümkün olacaq.
Xatırladaq ki, Balakən kanat yolu layihəsi Azərbaycan Respublikası Prezidentinin "Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" 8 may 2025-ci il tarixli Sərəncamı ilə təsdiqlənib. Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.
Ətraflı:

Bakı-Sumqayıt qatarının 9-11 maydakı hərəkət qrafiki açıqlanıb
9, 10 və 11 may qeyri-iş günlərində Abşeron dairəvi dəmir yolu üzrə qatarlar həftənin şənbə və bazar günlərinin qrafiki əsasında hərəkət edəcək.
Bu barədə "Report" "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, sərnişinlər hərəkət qrafiklərini səhmdar cəmiyyətin saytında və ya "ADY Mobile" tətbiqində görə bilərlər.

Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq
Bakının Rəşid Behbudov küçəsinin Sahib Zeynalov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində təmir işləri aparılacaq.
Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq, sabah saat 22:00-dan mayın 9-u saat 23:00-a qədər qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, əvvəlcədən hərəkət istiqamətlərini planlaşdırmaları və alternativ yollardan istifadə etmələrini xahiş edib.

Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
7. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
9. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
10. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
13. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
14. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Azərbaycanla Çex arasında nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalanıb
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Almaniyada Çex Respublikasının nəqliyyat naziri İvan Bednarik ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Qeyd olunub ki, görüşdə ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
"Sonda nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzaladıq. İnanırıq ki, bu sənəd dayanıqlı nəqliyyatın inkişafına, rəqəmsallaşmaya və Orta Dəhliz üzrə əməkdaşlığın güclənməsinə töhfə verəcək", - nazir qeyd edib.

-
report.az
- IsDB: Qarabağ suvarma kanalının maliyyələşdirilməsinə dair sazişin iyunda imzalanması planlaşdırılır
IsDB: Qarabağ suvarma kanalının maliyyələşdirilməsinə dair sazişin iyunda imzalanması planlaşdırılır
Qarabağ suvarma kanalı layihəsinin maliyyələşdirilməsinə dair sazişin iyun ayında Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik İclasları zamanı imzalanması planlaşdırılır.
Bu barədə "Report"a müsahibəsində IsDB Qrupunun prezidenti Məhəmməd Əl-Casir bildirib.
Onun sözlərinə görə, Qarabağ suvarma kanalı layihəsi 2026-cı ilin fevralında IsDB-nin Direktorlar Şurası tərəfindən təsdiqlənmiş 436,67 milyon ABŞ dolları məbləğində bir əməliyyatdır və bank tərəfindən indiyədək Azərbaycan üçün təsdiqlənmiş ən böyük layihələrdən biridir.
"Biz maliyyələşdirmə barədə sazişin imzalanmasından başlayaraq operativ şəkildə icra mərhələsinə keçmək niyyətindəyik. Yeri gəlmişkən, sazişin gələn ay Bakıda keçiriləcək İllik iclaslar zamanı imzalanması planlaşdırılır", - o deyib.
M. Əl-Casir vurğulayıb ki, layihə Qarabağ regionunda kənd təsərrüfatının bərpasını dəstəkləmək və ərzaq təhlükəsizliyini təmin etmək üçün suvarma infrastrukturunun yaradılmasına yönəlib və IsDB-nin sözügedən bölgədəki əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına sadiqliyinin mühüm bir siqnalıdır.
IsDB prezidenti həmçinin qeyd edib ki, su təhlükəsizliyi və iqlim dayanıqlılığı bir-biri ilə sıx bağlıdır. Bu kontekstdə o, 2024-cü ilin noyabrında COP29 çərçivəsində imzalanmış razılaşma əsasında 96,73 milyon ABŞ dolları məbləğində maliyyələşdirilmiş "Qız Qalası" su anbarından əsas suvarma kanalının layihəsini xatırladıb.
"Hazırda layihə icra mərhələsindədir və su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılmasına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və fermer icmalarının dəstəklənməsinə yönəlib. Hər iki layihə - "Qız Qalası" su anbarından çəkilən kanal və Qarabağ suvarma kanalı - kənd təsərrüfatının inkişafına, əhalinin gəlir mənbələrinin dəstəklənməsinə kömək edir və eyni zamanda iqlim çağırışlarına qarşı dayanıqlılığı artırır", - o əlavə edib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türkiyənin Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
AHİK sədri Sahib Məmmədov iki ölkə arasında möhkəm tarixi köklərə və ortaq dəyərlərə əsaslanan münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluğu və birgə səyləri bu əlaqələrin daha da möhkəmlənməsini və inkişafını şərtləndirən əsas amillərdəndir.
Konfederasiya sədri iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin dinamik inkişaf etdiyini deyib, qarşılıqlı səfərlərin, birgə tədbirlərin və həyata keçirilən təcrübə mübadiləsinin münasibətlərin daha da möhkəmlənməsinə önəmli töhfə verdiyini vurğulayıb.
Görüşdə qonaqlara əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin təmin olunması, üzvlərin sağlamlığının qorunması, eləcə də onların müalicə və istirahətinin səmərəli təşkili istiqamətində görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verilib.
Türkiyənin Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri Öndər Kahveci rəhbərlik etdiyi qurumun dövlət qulluqçularının əmək hüquqlarının müdafiəsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışıb. Öndər Kahveci birgə layihələrin həyata keçirilməsinin, beynəlxalq həmkarlar ittifaqları platformalarında koordinasiyalı fəaliyyətin əhəmiyyətinini qeyd edib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb, əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

-
report.az
- İnzibati xəta törətmiş sürücülər haqqında qərarın surəti avtomobilin ön şüşəsinə qoyulmayacaq
İnzibati xəta törətmiş sürücülər haqqında qərarın surəti avtomobilin ön şüşəsinə qoyulmayacaq
Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
"Report" xəbər verir ki, yeniləniş qanuna əsasən, bundan sonra İnzibati Xətalar Məcəlləsinin 346.1-ci, 346.2-ci, 346.4–346.9-cu, 346-1.1–346-1.4-cü və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda tərtib edilmiş inzibati xəta haqqında qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmayacaq.

İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar təqdim edilib - YENİLƏNİB
İqtisadiyyat Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib, tədbir çərçivəsində dövlət başçısının sərəncamları ilə təltif olunmuş əməkdaşlara medallar təqdim edilib.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında bildirib ki, Heydər Əliyev Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə güclü iqtisadi və infrastruktur bazası qurulub, milli kadr potensialı formalaşdırılıb və Azərbaycan xammal yönümlü ölkədən qabaqcıl sənaye ölkəsinə çevrilib. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndərin ən böyük xidmətlərindən biri milli dövlətçiliyin xilası və ölkənin yeni iqtisadi inkişaf modelinin əsasının qoyulmasıdır. 1994-cü ildə böyük transmilli şirkətlərlə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın qlobal enerji bazarına inteqrasiyasını təmin edərək iri beynəlxalq investisiyaların cəlb olunmasına şərait yaradıb. Heydər Əliyev müstəqil Azərbaycanın iqtisadi dirçəliş strategiyasını müəyyən edib, iqtisadi fəallığın bərpasına nail olub. Həyata keçirilən islahatlar nəticəsində makroiqtisadi sabitlik təmin olunub, sahibkarlığın inkişafı üçün hüquqi baza formalaşdırılıb, iqtisadi sahələr üzrə inkişaf baş verib, yeni sənaye sahələri yaradılıb.
Qeyd olunub ki, Heydər Əliyevin inkişaf strategiyası müasir dövrdə Prezident İlham Əliyev tərəfindən yeni uğurlarla davam etdirilir. Azərbaycanın iqtisadi gücü və beynəlxalq nüfuzu daha da artıb. Ölkəmiz dünyada önəmli layihələrin təşəbbüsçüsünə, regionun inkişafına və Avropanın enerji təhlükəsizliyinə töhfə verən qüdrətli dövlətə çevrilib.
Ulu Öndərin ölkəmizdə insan kapitalının inkişafı istiqamətində strateji yanaşması da bu gün uğurla tətbiq olunur. Həmçinin dövlət qulluğu sisteminin təkmilləşdirilməsi, bu sahədə yüksək hazırlıqlı kadrların formalaşdırılması diqqət mərkəzindədir.
Tədbir çərçivəsində dövlət başçısının sərəncamları ilə İqtisadiyyat Nazirliyinin, Nazirlik yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin təltif olunmuş əməkdaşlarına medallar təqdim edilib.
Tədbirdə xidmətdə fərqlənən əməkdaşların təltif edilməsinə görə Nazirliyin kollektivi adından ölkə rəhbərliyinə minnətdarlıq ifadə edilib.
Azərbaycan Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif edilmiş İqtisadiyyat Nazirliyinin və strukturuna daxil olan qurumların əməkdaşlarına medallar təqdim edilib.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanan dövlət quruculuğu və güclü idarəetmə modeli Azərbaycanın dayanıqlı inkişafının bünövrəsidir: "Ulu Öndərin milli intibah fəlsəfəsi dövlət siyasətində fundamental inkişaf prioritetlərinin formalaşdırılmasına və iqtisadiyyatımızın strateji inkişafına təkan verib. Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdə Ulu Öndərin dövlətimizin tərəqqisi yolunda misilsiz xidmətlərini dərin rəğbət və böyük qürur hissi ilə vurğuladıq".

Mingəçevirdə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 6-da Mingəçevir Dövlət Universitetində müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş maarifləndirmə sessiyası keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdir müavini, memarlıq-tikinti məsələləri sektorunun müdiri Etibar Abdullayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə çıxış edərək WUF13 barədə ətraflı məlumat veriblər.
E.Abdullayev Mingəçevir şəhərinin yaranma tarixin, inkişaf dövrü və Baş planı haqda məlumat verdi.
R.İdrisoğlu Azərbaycanın inkişafından bəhs edərkən bildirib ki, şəhərlərin planlı inkişafının əsasında sistemli yanaşma dayanır. O vurğulayıb ki, bu yanaşmada insan amili, sosial rifah və ərazi balansı daim ön planda saxlanılır. Bildirilib ki, ölkədə müasir şəhərsalma siyasətinin əsası mövcud qanunvecilik və hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhər və kəndlərin tarazlı inkişafının təmini məqsədi ilə hazırlanan şəhərsalma sənədləridir. Bu günə qədər ölkənin 79 şəhərindən 67-nin Baş planı təsdiq olunub və digərlərinin üzərində işlər ardıcıl davam etdirilir.
E.Hüseynzadə gəncləri WUF13 tədbirində fəal iştirak etməyə çağırıb. O, çıxışında WUF13 Festivalı barədə ətraflı məlumat verib, həmçinin Forumun Azərbaycan üçün əhəmiyyətini və onun çərçivəsində gənclərdə maraq doğuracaq əsas tədbirləri diqqətə çatdırıb.
WUF13 Festivalı axşam saat 18:00-da açıq havada keçiriləcək ictimai proqramla davam edəcək.
Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

ADB-nin yubiley görüşü gələn il Naqoyada keçiriləcək
Özbəkistanın Səmərqənd şəhərində Asiya İnkişaf Bankının (ADB) 60-cı illik toplantısına ev sahibliyi edəcək Yaponiyanın Naqoya şəhərinin təqdimatı keçirilib.
"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, yubiley görüşünün 2027-ci il mayın 2-dən 5-dək baş tutması planlaşdırılıb.
Tədbirinin əsas mövzusu "Tərəfdaşlığın möhkəmləndirilməsi, transformasiyanın stimullaşdırılması" konsepsiyasıdır. Təqdimatda vurğulanıb ki, son vaxtlar region dövlətləri təbii fəlakətlərin intensivləşməsi, səhiyyə sahəsindəki böhran halları və geosiyasi ziddiyyətlərin güclənməsi ilə bağlı artan qeyri-müəyyənliklə üzləşir. Bu şəraitdə inkişaf sahəsindəki vəzifələr getdikcə daha da mürəkkəbləşir, ADB-nin fəaliyyətindən gözləntilər isə ildən-ilə artmağa davam edir.
Naqoya Yaponiyanın ən sürətlə inkişaf edən mərkəzlərindən biridir. Şəhər Asiya ərazisində və onun hüdudlarından kənarda istehsal-satış zəncirlərinin dəstəklənməsini təmin edən qlobal sənaye istehsalı və innovasiya mərkəzi kimi tanınıb. Region yüksək inkişaf etmiş nəqliyyat infrastrukturu, zəngin tarixi-mədəni irsi və qonaqpərvərlik ənənələri ilə seçilir. Yaponiya uzun müddətdir öz qabaqcıl texnoloji həlləri, zəlzələ və sunamilərin fəsadları ilə mübarizə sahəsində topladığı təcrübə, habelə özəl sektorun imkanlarından istifadə edərək ümumregional problemlərin həllinə kömək edir.

"Güzəştli mənzil" sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlanılıb
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) "Güzəştli mənzil" sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlayıb.
"Report" bu barədə Agentliyə istinadən xəbər verir.
Qurum xatırladıb ki, ölkə Prezidentinin 21.04.2026 tarixli fərmanı ilə "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilib - güzəştli ipoteka kreditini almaq və Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırası genişləndirilib. Müvafiq dəyişikliklə azı 3 il stajı olan hakimlər də güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə edilib.
Dövlət başçısının fərmanını icra etmək məqsədilə MİDA "Güzəştli mənzil" elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparıb həmin kateqoriyaya uyğun olan hakimlərin təqdim etməli sənədləri müəyyənləşdirib. Sənədlərin siyahısı ilə mida.gov.az internet səhifəsində yerləşən "Güzəştli mənzili kim ala bilər" bölməsində tanış olmaq mümkündür.
Həmin şəxslər bu gündən "SİMA Rəqəmsal İmza" ( https://sima.az/az ), "ASAN İmza" (https://asanimza.az/) və yaxud "SİMA Token" (Elektron İmza) (https://sima.az/az/token) istifadə edərək "Elektron hökumət" portalında (www.e-gov.az) yaradılmış "Güzəştli mənzil" sistemi vasitəsilə müraciət edə bilərlər.
Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, "Güzəştli mənzil" elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 5 saylı Bakı "ASAN xidmət" mərkəzində "Güzəştli mənzil" pəncərəsi vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan "108 Çağrı" mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.

Bakıda 14 istiqamətdə tıxac müşahidə olunur
Bakının bir sıra yollarında tıxac yaranıb.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
8. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
9. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
10. Koroğlu Rəhimov küçəsi, ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
13. Aeroport şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;
14. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

-
report.az
- Aleksi Aleksişvili: "Ticarətin fraqmentasiyası Orta Dəhliz ölkələrinin əsas problemi olaraq qalır"
Aleksi Aleksişvili: "Ticarətin fraqmentasiyası Orta Dəhliz ölkələrinin əsas problemi olaraq qalır"
Orta Dəhliz dövlətlərinin ən kəskin problemi ticarət əlaqələrinin yüksək dərəcədə fraqmentasiyasıdır.
"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Policy and Management Consulting Group"un İdarə Heyətinin sədri və Baş direktoru Aleksi Aleksişvili Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 59-cu illik toplantısı çərçivəsində Panasiya dəhlizlərinə həsr olunmuş seminarda səsləndirib.
"Bu fraqmentasiya həm siyasi amillər, həm də dövlət idarəçiliyinin xüsusiyyətləri ilə şərtlənir. Məsələn, səkkiz dövlətdən beşi Ümumdünya Ticarət Təşkilatının üzvüdür, üçü isə hələ təşkilata qoşulmayıb. Azad ticarət zonalarında iştirak səviyyəsində fərqlər müşahidə olunur. Qazaxıstan və Qırğızıstan Avrasiya İqtisadi İttifaqının (Aİİ) iştirakçılarıdır. Digər dövlətlər ona daxil deyil, baxmayaraq ki, onlar arasında tariflərin tənzimlənməsi üçün mühüm əhəmiyyət kəsb edən MDB sazişi fəaliyyət göstərir", - İdarə Heyətinin sədri qeyd edib.
Onun qiymətləndirməsinə görə, davam edən pərakəndəlik iqtisadi idarəetmə sahəsindəki çətinliklərlə tamamlanır: "İlk növbədə bu, gömrük sahəsinə təsir edir: müxtəlif dövlətlərin gömrük orqanları hələ də fəaliyyətlərini öz aralarında əlaqələndirmirlər. Rəqəmsallaşma tətbiq edilməyib, prosedurlar qurulmayıb, qaydaların unifikasiyası mövcud deyil. Bura həmçinin biznesin aparılması üçün əlverişli şəraitin yaradılması da aiddir - bu, prinsipial olaraq vacib aspektdir. Bu istiqamətdə bir sıra ölkələr, o cümlədən Özbəkistan və Azərbaycan müsbət dinamika nümayiş etdirir. Hesab edirəm ki, biz ən qısa müddətdə mövcud boşluqları aradan qaldırmalıyıq".

Aİ və Ermənistan arasında TRIPP layihəsi ilə bağlı birgə bəyannamə imzalanıb
"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) layihəsinin həyata keçirilməsi Cənubi Qafqazda davamlı, təhlükəsiz və inklüziv nəqliyyat əlçatanlığının təmin edilməsinə töhfə verir.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə mayın 5-də İrəvanda keçirilən sammitin yekunu üzrə Aİ ilə Ermənistan arasında imzalanan birgə bəyannamədə deyilir.
Ümumi baxış Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin və nəqliyyat bağlantısının möhkəmləndirilməsini, eləcə də xalqlar arasında əlaqələrin inkişafını əhatə edir.
Bəyannamədə tərəflərin "suverenlik və ərazi bütövlüyünün fundamental prinsiplərinə" sadiqliyi qeyd olunur.

Şəkidə WUF13 Festivalı başlayıb
Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 5-də Şəki şəhərində WUF13 Festivalına start verilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, günün birinci yarısında Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Şəki filialında müəllim və tələbə heyətinin iştirakı ilə WUF13-ə həsr olunan məlumatlandırma sessiyası təşkil edilib.
Universitetin müəllim və tələbə heyətinin iştirakı ilə baş tutan sessiyada WUF13-ün Azərbaycan üçün əhəmiyyəti və onun çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb. Bildirilib ki, mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası hər kəs üçün açıqdır.
Tədbirdə ADPU Şəki filialının direktoru Vurğun Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi nümayəndəsi Ramiz İdrisoğlu və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə çıxış edərək Forum barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13 Festivalı haqqında geniş təqdimat olunub, həmçinin Forumun Azərbaycan üçün əhəmiyyəti və onun çərçivəsində gənclərin marağına səbəb olan əsas tədbirlər vurğulanıb.
Bildirilib ki, Azərbaycanda WUF13 kimi iri beynəlxalq tədbirlərin keçirilməsi dünyagörüşlü və intellektual gənclərin yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, WUF13 Festivalı iki hissədən ibarətdir. Axşam saat 18:00-da festival açıq havada keçiriləcək ictimai proqramlarla davam edəcək. Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

Gürcüstan tranzit infrastrukturunu genişləndirir
Gürcüstan hökuməti ölkənin tranzit potensialını artırmaq məqsədilə liman və nəqliyyat infrastrukturunda genişmiqyaslı modernizasiya işlərinə start verir.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkənin tranzit funksiyasının inkişafı üçün bütün əsas infrastruktur obyektləri yenilənəcək və genişləndiriləcək. Plan həm Poti limanını, həm də yeni inşa edilən Anaklia dərin su limanını əhatə edir.
"Ölkəmizin tranzit funksiyasının inkişafı ilə bağlı bütün infrastruktur obyektləri inkişaf etdiriləcək. Bu, həm Poti limanına, həm də yeni Anakliya dərin su limanına aiddir. Bütün istiqamətlərdə dəyişikliklər olacaq, yenilənmə və inkişaf həyata keçiriləcək. Bu, hökumətin əsas prioritetlərindən biridir," – deyə İ.Kobaxidze əlavə edib.
Baş nazir vurğulayıb ki, bütün istiqamətlər üzrə işlər paralel şəkildə aparılacaq və məqsəd Gürcüstanın regionda mühüm tranzit mərkəzə çevrilməsidir.
Mütəxəssislərin fikrincə, bu layihələr xüsusilə Orta Dəhliz çərçivəsində yük daşımalarının artırılması və beynəlxalq ticarət axınlarının Gürcüstan üzərindən keçməsinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Yeni limanların və mövcud infrastrukturun modernləşdirilməsi nəticəsində Gürcüstanın Qara dəniz regionunda logistika və tranzit imkanlarının əhəmiyyətli dərəcədə güclənəcəyi gözlənilir.rusl

Gürcüstanın dəmir yollarına yaxın 10 ildə 1,7 milyard dollar pul qoyulacaq
Növbəti 10 ildə Gürcüstanda dəmir yollarının modernləşdirilməsinə təxminən 1,7 milyard ABŞ dolları investisiya yatırılması planlaşdırılır.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
O, bu barədə "Gürcüstan Dəmir Yolları" SC-nin "Tarixi Yenilənmə" adlı təqdimat mərasimində danışıb.
Hökumət başçısının sözlərinə görə, ötən il dövlət şirkətinin xalis mənfəəti 30 % artıb, yaxın dövrdə mənfəətin daha da artacağı gözlənilir.
Baş nazir qeyd edib ki, ilk dəfə olaraq dəmir yolu sektorunun inkişafı üçün bütün əsas istiqamətləri əhatə edən 10 illik vahid plan hazırlanıb. Bu plan çərçivəsində vaqon və lokomotiv parkının tam yenilənməsi nəzərdə tutulur.
Plan üzrə 50 yeni lokomotiv, 1500 yeni vaqon və 10 sərnişin qatarının alınması planlaşdırılır. Bu addımların yük daşımalarını artıracağı, sərnişin daşımalarında rahatlığı yüksəldəcəyi və səyahət müddətini azaldacağı bildirilib.
Eyni zamanda, dəmir yolu stansiyalarının və infrastrukturun tam modernləşdirilməsi, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi, yeni marşrutların yaradılması və Anakliya limanına birləşdirən 18 kilometrlik yeni dəmir yolu xəttinin inşası da planlaşdırılır. Borjomi-Bakuriani dəmir yolunun ("Kukuşka") bərpası da layihəyə daxildir.
İ.Kobaxidze vurğulayıb ki, investisiyalar müxtəlif mənbələrdən maliyyələşdiriləcək və islahatların uğurla həyata keçirilməsi idarəetmədə səmərəlilikdən və korrupsiya ilə mübarizədən asılı olacaq.
Baş nazir çıxışında layihənin icrasında rol oynayan iqtisadiyyat qurumlarına və "Gürcüstan Dəmir Yolları" rəhbərliyinə təşəkkürünü də ifadə edib.

-
report.az
- Leya Qutierres: "Mərkəzi və Qərbi Asiya ölkələri Orta Dəhliz boyunca koordinasiyanı gücləndirməlidir"
Leya Qutierres: "Mərkəzi və Qərbi Asiya ölkələri Orta Dəhliz boyunca koordinasiyanı gücləndirməlidir"
Mərkəzi və Qərbi Asiya ölkələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) boyunca Yaxın Şərq münaqişəsinin mənfi nəticələrini minimuma endirmək üçün ən yüksək səviyyədə regionlararası dialoqu və birgə fəaliyyətin koordinasiyasını gücləndirməlidir.
"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Leya Qutierres (Leah Gutierrez) ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən və bankın bu regiondakı fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.
O vurğulayıb ki, Yaxın Şərqdə münaqişənin təsirini azaltmağa yönəlmiş siyasi tədbirlər qiymət siqnallarının süni şəkildə qarşısını almalı deyil, sabitliyi təmin etməlidir.
"Fiskal dəstək ünvanlı olmalı və məhdud zaman kəsiyində göstərilməlidir. Mərkəzi banklar inflyasiya gözləntilərinin sabitliyini təmin etməklə yanaşı, ifrat bazar dəyişkənliyinin məhdudlaşdırılmasına diqqət yetirməli, Mərkəzi və Qərbi Asiya iqtisadiyyatları isə yüksək səviyyəli regional dialoqu intensivləşdirməli və Orta Dəhliz boyunca səyləri əlaqələndirməlidir", - L.Qutierres bildirib.

WUF13 ilə bağlı Nəqliyyat Əməliyyatları Mərkəzi yaradılıb
Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində (NİİM) Nəqliyyat Əməliyyatları Mərkəzi yaradılıb.
"Report" xəbər verir ki, bunu tədbirdə nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə NİİM-in rəisi Namidan Piriyev bildirib.
Onun sözlərinə görə, məqsəd nəqliyyat əməliyyatlarının daha operativ idarə olunması, digər qurumlarla birgə fəaliyyətin təşkilidir: "Bu mərkəzdə həm dövlət orqanları, həm də digər aidiyyəti dövlət qurumlarının nümayəndələri gündəlik xidmət edəcək. Nəqliyyat əməliyyatlarının idarə olunması ilə yanaşı, hər hansı xoşagəlməz hadisə baş verərsə, onun dərhal qarşısının alınması üçün müvafiq qurumların məsul şəxsləri öz fikirlərini bildirəcək, dərhal məlumat mübadiləsi aparılacaq və birgə koordinasiyalı fəaliyyət təmin olunacaq".

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib
"Bakı Metropoliteni" QSC bu ilin aprel ayında 20 510 029 sərnişinə xidmət edib.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 0,11 % çoxdur.
Məlumata görə, aprelin lideri "Koroğlu" stansiyası olub. Ay ərzində stansiyanın 1 824 773 istifadəçisi olub.
Bu ilin ilk 4 ayı üzrə ən çox sərnişin daşınan 3 günün 2-si məhz aprelə təsadüf edir. Belə ki, 3 aprel – 819 536, 18 fevral – 818 376, 2 aprel – 802 283 sərnişin səfər edib.
Bundan başqa, NFC ilə ödənişlərdə artım davam edir. Belə ki, aprel ayında 8 057 376 nəfər bu ödəniş vasitəsindən istifadə edib. Bu, ümümi ödənişli sərnişinlərin 40,3 %-ni təşkil edir.
Ötən ay "Əlçatan metro" xidmətindən istifadə edənlərin sayı artıb və 236 sifariş həyata keçirilib. Bu göstərici ötən ilin eyni ayına nəzərən 35,6 % daha çox olub.

AYNA: WUF13 zamanı 12 şəhərdaxili marşrut üzrə və 6 hava limanından daşımalar olacaq
Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı 12 şəhərdaxili marşrut üzrə və 6 hava limanından daşımalar həyata keçiriləcək.
"Report" xəbər verir ki, bunu tədbir çərçivəsində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ictimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov bildirib.
Onun sözlərinə görə, daşımalar hava limanından "hab"lara (nəqliyyat mübadilə mərkəzlərinə) və eyni zamanda bu mərkəzlərdən tədbir məkanına doğru təşkil ediləcək: "Daşımalarda ekoloji təmiz elektrik avtobuslarından istifadə olunacaq".

WUF13 məkanı daxilində yaradılmış nəqliyyat qovşağı bir neçə əsas zonaya bölünüb
Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) məkanı daxilində yaradılmış nəqliyyat qovşağı bir neçə əsas zonaya bölünüb.
"Report" xəbər verir ki, bunu tədbir çərçivəsində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov bildirib.
Onun sözlərinə görə, nəqliyyat qovşağının ümumi 4 girişi mövcuddur: "Birinci giriş (Sol) yalnız avtobuslar üçün ayrılmış yoldur. İkinci giriş yalnız VAP icazəsi olan nəqliyyat vasitələri üçündür (göy rəngli parklanma zonası), üçüncü giriş: Taksilər və VAP-sız nəqliyyat vasitələri üçün. Göstərilən ərazidə 271 ümumi dayanma nöqtəsi yaradılmışdır və 3-5 dəqiqə aralığında qonaq gözləmə imkanı yaradılacaq".

Əməliyyat Şirkəti: WUF13 zamanı daşımalar üçün 171 ədəd elektrikli avtobus seçilib
Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı daşımalar üçün 171 ədəd elektrikli avtobus seçilib.
"Report" xəbər verir ki, bunu tədbir çərçivəsində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov bildirib.
Onun sözlərinə görə, bu avtobuslardan 155-i əsas, 16-sı ehtiyat olmaqla nəqliyyat mübadilə mərkəzlərindən məkana daşımaları həyata keçirəcəklər: "Bundan başqa, 36 ədəd "Neoplan" tipli avtobus istifadəyə veriləcək ki, bunlar da hava limanından nəqliyyat mübadilə mərkəzlərinə müntəzəm daşımaları həyata keçirəcək. Bunların da 26-sı əsas, 10-u ehtiyat avtobuslar olacaq".
Bundan başqa, nəqliyyat rəsmisi deyib ki, WUF13 zamanı sərnişin daşımalarına "Bakı Taksi Xidməti" MMC-nin 150 ədəd nəqliyyat vasitəsi cəlb edilib: "Bundan başqa, 330 ədəd fərdi taksi vasitələri də istifadə ediləcək. Parkımızın əsas hissəsini təşkil edən sıfır emissiyalı elektrik avtobusları yaşıl nəqliyyat planının bir hissəsidir."
Onun sözlərinə görə, WUF13-ün keçiriləcəyi məkana daxil olacaq nəqliyyat vasitələrini tənzimləmək üçün portal yaradılıb.
"Tədbir üçün ayrılmış xüsusi zolağın ümumi uzunluğu 42,1 km təşkil edir. Həmçinin nəqliyyatın inklüzivliyini təmin etmək üçün fiziki məhdudiyyətli şəxslər üçün tam əlçatan xidmətlər həm avtobuslarda, həm də nəqliyyat qovşaqlarında nəzərə alınıb. Qurulmuş nəqliyyat planının real vaxtda rəqəmsal olaraq iştirakçılara çatdırılması üçün hazırlanıb. Burada bütün rəsmi otellər, nəqliyyat mübadilə mərkəzləri, marşrutlar və onların cədvəlləri yer alır", - deyə V.Aslanov əlavə edib.

WUF13 zamanı "Koroğlu"dan 24 saat fasiləsiz K1 marşrutu həyata keçiriləcək
Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı "Koroğlu" metrostansiyasının yaxınlığında yerləşən habdan 24 saat fasiləsiz şəkildə K1 marşrutu həyata keçiriləcək.
"Report" xəbər verir ki, bunu tədbir çərçivəsində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov bildirib.
Onun sözlərinə görə, insanların tədbirin keçiriləcəyə məkana daşınması üçün 9 şəhər nəqliyyat mübadilə mərkəzi seçilib və 2 şəhərdaxili müntəzəm avtobus xətti istifadəyə veriləcək: "Ümumi 67 şəhərdaxili dayanacaq istifadə olunacaq. Hava limanı üzrə isə müntəzəm 6 avtobus xətti olacaq".

AYNA: "Biletim.az" portalına yeni funksiya əlavə olunub
Azərbaycanda onlayn bilet satışı sistemi olan "Biletim.az" portalı istifadəçilərinin rahatlığının təmin edilməsi məqsədilə tətbiqə daha bir funksiya əlavə olunub.
Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, yeni funksionallıq əvvəlcədən əldə edilən bilet üzrə seçilmiş oturacaq yerinin dəyişdirilməsi, eləcə də seçilmiş reys üzrə çıxış vaxtının digər reysə (saata) dəyişdirilməsi imkanı yaradır. Bu yenilik sayəsində istifadəçilər əvvəlcədən əldə etdikləri elektron biletlər üzrə yerdəyişmə və ya bilet dəyişdirmə imkanı əldə edirlər.
Qeyd edək ki, yeni funksionallıq reysin çıxış vaxtına 24 saat qalmışadək mümkündür. Hər vətəndaş üçün 1 dəfə yerdəyişmə edə bilmək imkanı verilir.
Hazırda "biletim.az" portalında 58 məntəqə, 94 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 361 reys olmaqla 409 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

WUF13-də nəqliyyatın idarə edilməsi ilə bağlı rəqəmsal xəritə hazırlanıb
Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı nəqliyyatın idarə edilməsi ilə bağlı rəqəmsal xəritə hazırlanıb.
"Report" xəbər verir ki, xəritə bu gün ictimaiyyətə təqdim edilib.
Xatırladaq ki, WUF13-də iştirak etmək üçün müxtəlif ölkələrdən 20 min nəfərdən çox şəxs qeydiyyatdan keçib. Tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər"lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.

Edqar Mkrtçyan: Azərbaycanla sülh Cənubi Qafqazı infrastruktur habına çevirəcək
Ermənistan və Azərbaycan arasında sülh sazişi Cənubi Qafqazın əsas regional infrastruktur və nəqliyyat habına çevrilməsi üçün əsas ola bilər.
"Report"un Səmərqənddəki müxbiri xəbər verir ki, bunu Ermənistanın maliyyə nazirinin müavini Edqar Mkrtçyan Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində rəhbərlərin sessiyasında deyib.
"Ötən il eyni sessiyada biz inkişafın zəruri şərti kimi sülhə qəti sadiqliyimizi bəyan etmişdik. Bu gün, bu öhdəliklərə sadiq qalaraq, regional sabitlik naminə Ermənistan və Azərbaycan arasında sülh sazişinin ilkin imzalanması da daxil olmaqla, nəzərəçarpan irəliləyişi qeyd etməkdən məmnunam.
Suverenlik və qarşılıqlılıq prinsipləri əsasında regional infrastrukturun və nəqliyyat əlaqələrinin blokdan çıxarılması hesabına Cənubi Qafqazın əməkdaşlıq habına çevrilməsi bütün regiona fayda gətirəcək", - E. Mkrtçyan bildirib.

Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb
Bakının bəzi yollarında sıxlıq müşahidə olunur.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
10. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
13. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
14. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
15. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
16. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

-
report.az
- Sahil Babayev ADB ilə CAREC vasitəsilə regional əlaqəliliyin təşviqində Azərbaycanın strateji rolunu müzakirə edib
Sahil Babayev ADB ilə CAREC vasitəsilə regional əlaqəliliyin təşviqində Azərbaycanın strateji rolunu müzakirə edib
Asiya İnkişaf Bankı (ADB) və Azərbaycan su təchizatı layihələrinin dəstəklənməsi imkanlarını müzakirə ediblər.
"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə ADB-nin Prezidenti Masato Kanda sosial şəbəkələrdə yazıb.
Müzakirələr ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində Azərbaycanın maliyyə naziri Sahil Babayevlə keçirilən görüşdə baş tutub.
"Azərbaycanla ADB-nin şəhər infrastrukturu, su təchizatı və nəqliyyat sahəsinə dəstəyini, eləcə də CAREC və Transxəzər "yaşıl enerji" dəhlizi vasitəsilə regional əlaqəliliyin təşviqində Azərbaycanın strateji rolunu müzakirə etdik", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu dövr ərzində bank 145 layihəni maliyyələşdirərək ölkə iqtisadiyyatına 5 milyard ABŞ dollarından çox sərmayə qoyub. Onlardan təxminən 4 milyard ABŞ dolları dövlət sektoruna, 1 milyard ABŞ dolları isə özəl sektora yönəldilib. Ən böyük maliyyələşdirmə istiqamətləri nəqliyyat (1,5 milyard dollar) və energetika (1,7 milyard dollar) sahələridir.
ADB Azərbaycanla yeni tərəfdaşlıq strategiyası çərçivəsində ölkəyə 2,5 milyard ABŞ dollarına qədər investisiya yönəltmək niyyətindədir.
Bundan əlavə, ADB 2030-cu ilə qədər bütün Cənubi Qafqaz və Mərkəzi Asiya məkanında regional əlaqəliliyin gücləndirilməsinə, təmiz enerjinin inkişafına, rəqəmsal transformasiyaya və inklüziv infrastrukturun yaradılmasına 10 milyard ABŞ dollarından çox investisiya yatırmaq niyyətindədir.
ADB 1966-cı ildə təsis edilib, onun mənzil-qərargahı Manilada yerləşir. Bankın tərkibinə 69 səhmdar ölkə daxildir, onların da 50-si Asiya-Sakit okean regionunu təmsil edir.

İrlandiya ADB-ni rəqəmsal və nəqliyyat infrastrukturuna investisiyaları artırmağa çağırıb
Qlobal transformasiya şəraitində qarşılıqlı bağlılıq dayanıqlı iqtisadi artımın və ümumi rifahın əsas şərti olaraq qalır.
"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) İrlandiyadan olan idarəedicisinin müavini Pol Rayan ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclasında rəhbərlərin işgüzar sessiyası zamanı bildirib.
Onun sözlərinə görə, sürətlənən texnoloji inkişaf, qlobal təchizat zəncirlərinin transformasiyası və qeyri-müəyyənliyin artması fonunda regional inteqrasiyanın dərinləşməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar o, həm şəhər, həm də kənd icmalarının iqtisadi artımda tamhüquqlu iştirakını təmin etmək məqsədilə fiziki, rəqəmsal və sosial əlaqələrin möhkəmləndirilməsi istiqamətində səyləri fəallaşdırmağa çağırıb.
P. Rayan vurğulayıb ki, nəqliyyat dəhlizlərinə, enerji şəbəkələrinə və telekommunikasiya infrastrukturuna yatırılan investisiyalar ticarətin inkişafında, innovasiyaların stimullaşdırılmasında və iqtisadiyyatların şaxələndirilməsində həlledici rol oynayır. Eyni zamanda, onun sözlərinə görə, belə infrastrukturun "ağıllı", iqlim dəyişikliklərinə davamlı və inklüziv olması prinsipial cəhətdən vacibdir.
İrlandiya təmsilçisi həmçinin bütün sektorlarda yeni texnologiyaların məsuliyyətli tətbiqini təmin edərək, ADB-ni rəqəmsal infrastruktura, bacarıqların və sahibkarlığın inkişafına investisiyaları artırmağa çağırır. O qeyd edib ki, rəqəmsallaşmanın faydalarının məhdud iştirakçı dairəsi üçün deyil, əhalinin bütün təbəqələri üçün əlçatan olması məqsədilə rəqəmsal fərqin azaldılmasına xüsusi diqqət yetirilməlidir.

Qəbələdə WUF13 Festivalı keçirilib
Mayın 4-də Qəbələ sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, festivalın ictimai proqramı Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri, rəsmi şəxslər və şəhər ictimaiyyətinin iştirakı ilə keçirilib.
İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.
Həmçinin WUF13 və şəhərsalma mövzularında, eləcə də Qəbələ memarlıq abidələri barədə suallar təqdim olunaraq iştirakçılar arasında müsabiqələr təşkil edilib. Düzgün cavab verənlərə hədiyyələr təqdim edilib.
Proqram böyük maraqla qarşılanıb.

Avstriya ADB-ni Orta Dəhlizin dəmir yolu layihələrinə investisiya yatırmağa çağırıb
Ekoloji cəhətdən dayanıqlı nəqliyyat, ilk növbədə, dəmir yolu əlaqəsi layihələrinin inkişafı Orta Dəhliz üzrə Asiya ilə Avropa arasında etibarlı və təmiz yükdaşıma marşrutlarının formalaşdırılması üçün vacibdir.
"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, belə bəyanatla Avstriyanın Asiya İnkişaf Bankında (ADB) bu ölkədən olan müvəqqəti rəhbər müavini vəzifəsini icra edən Barbara Aybinqer-Midl ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində rəhbərlərin işgüzar sessiyasında çıxış edib.
O, ADB-yə iqlim təşəbbüslərinin maliyyələşdirilməsi sahəsində səyləri artırmağa çağırıb.
"Bərpa olunan enerji sahəsində (su elektrik stansiyaları, dayanıqlı ötürücü şəbəkələr və enerji saxlanc sistemləri) layihələrin sayının artırılması qeyri-sabit və həssas təchizat zəncirlərindən daha çox müstəqilliyə nail olmaq üçün mühüm amildir. Orta Dəhliz vasitəsilə Asiya ilə Avropa arasında etibarlı və ekoloji cəhətdən təhlükəsiz nəql yollarının yaradılması üçün dayanıqlı nəqliyyat əlaqəsi, ilk növbədə, dəmir yolu əlaqəsi sahəsində layihələrin sayını genişləndirmək tələb olunur", - o vurğulayıb.
B.Aybinqer-Midlin sözlərinə görə, dəmir yolu infrastrukturu bütün qitə boyu şəhərlərin və regionların birləşdirilməsində mühüm rol oynayır, həm malların, həm də sərnişinlərin dayanıqlı və təhlükəsiz daşınmasına zəmanət verir.

-
report.az
- Sahil Babayev: "Dünya və regiondakı proseslər Orta Dəhlizin artan əhəmiyyətini təsdiqləyir"
Sahil Babayev: "Dünya və regiondakı proseslər Orta Dəhlizin artan əhəmiyyətini təsdiqləyir"
Hazırda müşahidə olunan qlobal və regional proseslər Azərbaycanın əsas rol oynadığı Orta Dəhlizin artan əhəmiyyətini vurğulayır.
"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində rəhbərlərin işgüzar sessiyasında çıxışı zamanı bildirib.
"Son qlobal və regional hadisələr Azərbaycanın əsas rol oynadığı Orta Dəhliz təşəbbüsünün artan əhəmiyyətini vurğulayıb", - o deyib.
Onun sözlərinə görə, etibarlı və səmərəli ticarət marşrutu kimi dəhlizin strateji dəyəri getdikcə daha aydın görünür: "Bu dəhliz ticarət axınlarını şaxələndirmək və qlobal pozuntuları (tədarük zəncirindəki - red.) yumşaltmaq imkanı verir".

WUF13 çərçivəsində Bakıda müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək
Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakının bir sıra küçə və prospektlərində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək.
Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, müvəqqəti xüsusi hərəkət zolaqları Heydər Əliyev prospekti - Aerport şosesi, Abbasqulu ağa Bakıxanov, Mehdi Abbasov, Mikayıl Əliyev, Yusif Səfərov, Mikayıl Müşfiq küçələrində yaradılacaq.
Bu zolaqlar müvafiq yol nişanı quraşdırıldıqdan sonra qüvvədə olacaq. Yəni nişan olmadığı müddətdə bütün nəqliyyat vasitələri zolaqdan istifadə edə bilər.
Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. İndiyədək forumda iştirak etmək üçün dünyanın müxtəlif ölkəsindən 20 min nəfərdən çox şəxs qeydiyyatdan keçib. Bu mötəbər tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər"lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.

AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
"Azərbaycan Hava Yolları" QSC (AZAL) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Bu barədə "Report"a AZAL-dan məlumat verilib.
Bildirilib ki, görüş çərçivəsində tərəflər arasında uzunmüddətli strateji əməkdaşlıq perspektivləri, xüsusilə texniki ixtisaslar üzrə insan kapitalının inkişafı, sənaye–təhsil inteqrasiyasının gücləndirilməsi və innovativ təşəbbüslərin birgə icrası müzakirə olunub.
Hədəf əmək bazarının tələblərinə uyğun, yüksək ixtisaslı kadrların hazırlanmasına sistemli töhfə verməkdir.

-
report.az
- Özbəkistan CAREC çərçivəsində Rəqəmsal Gömrük və Logistika Alyansının yaradılmasını təklif edib
Özbəkistan CAREC çərçivəsində Rəqəmsal Gömrük və Logistika Alyansının yaradılmasını təklif edib
Mərkəzi Asiya ölkələri Çini, Hindistanı, Cənubi Asiyası və Asiya regionunun digər iqtisadiyyatlarını Avropa bazarları ilə birləşdirən ən mühüm nəqliyyat-logistika qovşağına çevrilmək potensialına malikdir.
"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasının sədri, Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev Bankın Direktorlar Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən işgüzar sessiyada bildirib.
O qeyd edib ki, beynəlxalq logistika sahəsindəki çətinliklər dəniz yollarına çıxışı olmayan dövlətlərin xərclərini 30 %-ə qədər artırır.
"Mərkəzi Asiya Çini, Hindistanı, Cənubi Asiyanı və digər Asiya iqtisadiyyatlarını Avropa ilə birləşdirən əsas hab olmaq üçün bütün imkanlara malikdir. CAREC proqramı çərçivəsində biz sərhəd prosedurlarının sadələşdirilməsi və sənədlərin onlayn formata keçirilməsi üçün Rəqəmsal Gömrük və Logistika Alyansının yaradılmasını təklif edirik", - C.Xocayev vurğulayıb.

Qəbələdə WUF13 Festivalı başlayıb
Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 4-də Qəbələ rayonunda WUF13 Festivalına start verilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, günün birinci yarısında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində müəllim və tələbə heyətinin iştirakı ilə WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil edilib.
Çıxışlarda WUF13-ün Azərbaycan üçün əhəmiyyəti və onun çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb.
Bildirilib ki, mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası hər kəs üçün açıqdır.
Qeyd edək ki, WUF13 Festivalı iki hissədən ibarətdir. Axşam saat 18:00-da festival açıq havada keçiriləcək ictimai proqramlarla davam edəcək.
Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

-
report.az
- Xorvatiyanın Baş naziri: "Orta Dəhliz Avropa ilə Asiyanın əlaqələrin gücləndirilməsində vacibdir"
Xorvatiyanın Baş naziri: "Orta Dəhliz Avropa ilə Asiyanın əlaqələrin gücləndirilməsində vacibdir"
Orta Dəhliz Avropa ilə Asiya arasında əlaqələrin gücləndirilməsinin əsas istiqamətlərindən biridir.
"Report" xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç İrəvanda Avropa Siyasi Birliyinin sammiti ərəfəsində jurnalistlərə açıqlamasında bildirib.
"Xorvatiya bu yaxınlarda Baltik dənizi, Qara dəniz və Adriatik dənizlərini birləşdirən, Avropa İttifaqının üzvü olan 13 Mərkəzi və Şərqi Avropa ölkəsinin daxil olduğu Üç Dəniz Təşəbbüsü sammitinə ev sahibliyi edib. Görüşün əsas nəticələrindən biri bu regionun - Aİ-nin şərq və cənub cinahının dünyanın digər hissələri ilə əməkdaşlığı daha fəal inkişaf etdirməsinin vacibliyinin dərk edilməsi oldu. Bu, iki yolla mümkündür: sizin (Cənubi Qafqaz ölkələri - red.) üçün vacib olan Orta Dəhliz, həmçinin Hindistan - Yaxın Şərq - Avropa dəhlizi", - o deyib.
Baş nazir vurğulayıb ki, bu iki istiqamət Xorvatiyada keçirilən sammitdə fəal şəkildə müzakirə olunub.
"Hesab edirəm ki, enerji və malların nəqli, şəffaflıq və tranzitin inkişafı, habelə müvafiq infrastruktura investisiya qoyuluşu Avropanın bu hissəsində sülh və inkişafın təmin edilməsi, eləcə də bütün Cənubi Qafqaz dövlətləri üçün son dərəcə vacibdir", - Plenkoviç əlavə edib.

"Bakı Gəmiqayırma Zavodu" Qazaxıstan şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
"AZCON Holding" şirkətlərindən olan "Bakı Gəmiqayırma Zavodu" MMC ilə Qazaxıstanın "Samruk-Kazına" ASC-nin tərkibinə daxil olan "KTZ Express Shipping" şirkəti arasında gəmiqayırma sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.
"Report" xəbər verir ki, sənədə əsasən müasir beynəlxalq standartlara uyğun iki ədəd quru yük gəmisinin inşası nəzərdə tutulur.
"AZCON Holding"in icraçı direktoru Şahin Babayev bildirib ki, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi şirkətin prioritet istiqamətlərindən biridir: "Layihə həm texnoloji imkanların nümayişi, həm də Azərbaycanın gəmiqayırma sənayesinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Əminik ki, bu əməkdaşlıq yeni uğurlu layihələr üçün möhkəm zəmin yaradacaq".
"Samruk-Kazına" ASC-nin İdarə Heyətinin sədri Nurlan Jakupov isə qeyd edib ki, dəniz infrastrukturunun inkişafı Qazaxıstanın tranzit potensialının genişləndirilməsi istiqamətində aparılan sistemli işlərin davamıdır: "Qazaxıstan Dəmir Yolu" SC-nin öz donanmasının formalaşdırılması Transxəzər marşrutunun dayanıqlığını artırır, yükdaşıma imkanlarını genişləndirir və beynəlxalq tərəfdaşların cəlbi üçün əlavə şərait yaradır. Əməkdaşlıq Orta dəhliz üzrə yük axınının artdığı bir dövrdə xüsusi aktuallıq kəsb edir. Beynəlxalq sifarişlərin çoxalması fonunda layihə yerli gəmiqayırma sənayesinin inkişafını sürətləndirməklə yanaşı, zavodun istehsal gücünün artırılmasına və rəqabət qabiliyyətinin möhkəmlənməsinə xidmət edəcək".
Beləliklə, beynəlxalq sifarişlər əsasında inşa olunan gəmilərin sayı 4-ə çatıb ki, bu da zavodun qlobal bazarda artan nüfuzunun və etibarlı tərəfdaş kimi mövqeyinin göstəricisidir.

Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb
Bakının bəzi yollarında sıxlıq müşahidə olunur.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
4. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
9. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

-
report.az
- AİB 2030-cu ilədək Cənubi Qafqaz və Mərkəzi Asiyaya 10 mlrd. dollardan çox sərmayə yatıracaq
AİB 2030-cu ilədək Cənubi Qafqaz və Mərkəzi Asiyaya 10 mlrd. dollardan çox sərmayə yatıracaq
AİB 2030-cu ilə qədər bütün Cənubi Qafqaz və Mərkəzi Asiyada regional bağlılığa, təmiz enerjiyə, rəqəmsal transformasiyaya və inklüziv infrastruktura 10 milyard dollardan çox sərmayə yatırmağı planlaşdırır.
Bu barədə Asiya İnkişaf Bankının (AİB) prezidenti Masato Kanda Səmərqənddə AİB-in Rəhbərlər Şurasının 59-cu illik toplantısına həsr olunmuş mətbuat konfransında "Report"un müxbirinin sualını cavablandırarkən bildirib.
"Bağlılıq builki illik toplantının üç əsas mövzusundan biridir və Cənubi Qafqaz Mərkəzi Asiya ilə birlikdə gələcək regional əməkdaşlıq üçün böyük potensiala malikdir. Mən qətiyyətlə inanıram ki, regional inteqrasiya bu regionlar üçün böyümə mühərrikidir, o, xüsusən də Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı vasitəsilə hazırda yaşadığımız xarici şoklara qarşı kollektiv dayanıqlılıq yaradacaq", - bankın prezidenti bildirib.
M. Kanda vurğulayıb ki, CAREC çərçivəsində AİB artıq iyirmi ildən çoxdur ki, bazarların birləşdirilməsinə və transsərhəd ticarətin gücləndirilməsinə dəstək göstərir.
"AİB 2030-cu ilə qədər bütün regionda regional bağlılığa, təmiz enerjiyə, rəqəmsal transformasiyaya və inklüziv infrastruktura 10 milyard dollardan çox sərmayə yatırmağı planlaşdırır. Rəqəmsal dəhliz vasitəsilə biz insanları, biznesi və bazarları sərhədləri aşaraq birləşdirəcək yerüstü fiber-optik şəbəkəni dəstəkləyəcəyik. Bu, sözsüz ki, başlanmasını indicə elan etdiyim Asiya-Sakit Okean rəqəmsal magistralının bir hissəsi olacaq", - o əlavə edib.

AİB Özbəkistana hərtərəfli dəstəyi genişləndirmək niyyətindədir
Asiya İnkişaf Bankı (AİB) Özbəkistana ən müxtəlif sahələrdə dəstəyini bundan sonra da genişləndirməkdə qəti qərarlıdır.
"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə bankın prezidenti Masato Kanda AİB-nin Rəhbərlər Şurasının 59-cu illik iclasına həsr edilən mətbuat konfransında bildirib.
"Buna regional əməkdaşlıq və inteqrasiya daxildir. Əslində, Özbəkistan mənim indicə elan etdiyim iki təşəbbüsün ayrılmaz hissəsidir.
Panasiya elektrik şəbəkəsi və Asiya-Sakit okean rəqəmsal magistralı bu təşəbbüslərin hər ikisi həm Özbəkistan daxilində, həm də onun hüdudlarından kənarda enerji və rəqəmsal əlaqələri genişləndirməyə imkan verəcək", - o bildirib.
Kanda qeyd edib ki, əlaqələrin yaxşılaşdırılması biznes üçün imkanlar yaradaraq və ən ucqar bölgələrdəki insanlar üçün mühüm dövlət xidmətlərinə çıxışı təmin edərək bu problemlərin həllinə kömək göstərəcək.
"İnfrastruktur layihələri ilə yanaşı, AİB sosial müdafiəyə və insan kapitalının inkişafına birbaşa dəstəyini genişləndirəcək. AİB inklüziv, davamlı və sabit artımın dəstəklənməsinin bütün aspektlərində Özbəkistanla tərəfdaşlığı bundan sonra da möhkəmləndirəcək. Nəhayət, infrastruktur fəaliyyətimizin son dərəcə vacib hissəsidir, lakin bizim yekun missiyamız insanların, xüsusən də əhalinin ən yoxsul və həssas təbəqələrinin həyatını yaxşılaşdırmaqdır", - bankın rəhbəri əlavə edib.

ADB prezidenti: Yaxın Şərqdəki böhran Orta Dəhlizin əhəmiyyətini daha da artırır
Ticarət marşrutlarının dəyişməsi və geosiyasi risklərin güclənməsi ilə Orta Dəhlizin əhəmiyyəti artır.
"Report"un Səmərqəndə ezam olunan müxbirinin məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (ADB) prezidenti Masato Kanda AİB-nin Rəhbərlər Şurasının 59-cu illik iclasına həsr olunmuş mətbuat konfransında bildirib.
"Faktiki olaraq, Yaxın Şərqdəki hazırkı böhran bu yolun əhəmiyyətini daha da artırır. AİB infrastruktura investisiyalar və siyasi islahatların həyata keçirilməsi vasitəsilə dəhlizi dəstəkləyir. Bu, logistik əlaqələrin yaxşılaşdırılması, iqtisadi fəallığın stimullaşdırılması və ölkədə turizmin inkişafı üçün edilir. Gələcəkdə bank planlaşdırılan avtomobil və dəmir yolu layihələrinin köməyi ilə ölkənin nəqliyyat dəhlizlərinin modernləşdirilməsinə dəstəyi daha da gücləndirmək niyyətindədir", - M. Kanda vurğulayıb.

-
report.az
- DB: Orta Dəhliz şərq və qərb bazarlarının əlaqələndirilməsi üçün kritik əhəmiyyətə malik olacaq
DB: Orta Dəhliz şərq və qərb bazarlarının əlaqələndirilməsi üçün kritik əhəmiyyətə malik olacaq
Orta Dəhliz şərq və qərb bazarlarının əlaqələndirilməsi üçün kritik əhəmiyyətə malik olacaq.
"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkov AİB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində CMMFF-nin fəaliyyətə başlamasına həsr olunmuş seminarda deyib.
V.Levkovun sözlərinə görə, onların strategiyası üç sütuna əsaslanır. Bunlar siyasət və tənzimləmə, baza infrastrukturu, özəl investisiyaların irimiqyaslı cəlb edilməsi mexanizmləridir.
"Əgər özəl sektoru cəlb etmək istəyirsinizsə, sizə sabitlik, proqnozlaşdırıla bilənlik və aydın standartlar lazımdır. Biz başa düşürük: baza infrastrukturunun potensialını açmaq üçün energetika, nəqliyyat və su təchizatına irimiqyaslı sərmayələr tələb olunur. Məsələn, bu regionda su qıtlığı birgə həll etməli olduğumuz bir çox məsələlər yaradır. Üçüncü sütuna - özəl investisiyaların irimiqyaslı cəlb edilməsi mexanizminə gəldikdə isə, qeyd etmək lazımdır ki, biz bu vəzifələri yalnız dövlət büdcələri və ya Dünya Bankının və AİB-nin vəsaitləri hesabına həll etməyəcəyik", - V. Levkov bildirib.
Bankın vitse-prezidenti vurğulayıb ki, Mərkəzi Asiya regionu onların strategiyası üçün ideal meydançadır, çünki burada böyük resurslar cəmləşib və söhbət təkcə faydalı qazıntılardan getmir.
"Özbəkistanda mis, uran və nadir torpaq metalları var. Lakin biz regional yanaşma həyata keçirməliyik. Nəqliyyat dəhlizləri, məsələn, Orta Dəhliz şərq və qərb bazarlarının əlaqələndirilməsi üçün kritik əhəmiyyət kəsb edəcək. Həmçinin emal və istehsal gücləri də vacibdir. Asiya ölkələri orta və sonrakı istehsal mərhələlərinin (midstream və downstream) inkişafı üçün bazaya malikdir. Lakin bunun üçün bazar dəstəyi mexanizmləri, ticarət potensialı və fəaliyyətlərin uzlaşdırılması lazımdır", - V. Levkov əlavə edib.

Bakı Metropolitenində "Metro Hackathon" layihəsinin qalibləri bəlli olub
AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC tarixi yeniliyə imza atıb.
"Report" xəbər verir ki, 1-3 mayda süni intellekt (Aİ) əsaslı innovativ həllərlə sərnişindaşıma xidmətlərinin rəqəmsallaşdırılması və gənclərin potensialının reallaşdırılması məqsədilə "Metro Hackathon" layihəsi keçirilib.
Layihədə iştirak üçün ümumilikdə 1 201 nəfər müraciət edib. Bir aydan çox davam edən qeydiyyat mərhələsində proqrama xüsusən gənclər və sahə üzrə mütəxəssislər ciddi maraq göstəriblər.
875 bakalavr və magistr tələbəsi və sahə üzrə 326 peşəkar mütəxəssis arasında aparılan seçim prosesinin yekunlarına əsasən, 72 namizədin iştirakı təsdiqlənib. Onlar arasında ortalama yaş həddi isə 19-24 olub.
Seçim prosesi peşəkar mütəxəssislər tərəfindən bir neçə meyar üzrə (texniki uyğunluq, ideya yanaşması, komanda balansı və s.) kompleks şəkildə aparılaraq ümumi rəy formalaşdırılıb.
3 gün davam edən yarışmada hərəsi 4 təsadüfi iştirakçıdan formalaşdırılan 18 komanda mübarizə aparıb.
Komandalar metropolitenin stansiyalarının – "İçərişəhər", "Sahil", "28 May", "Gənclik", "Bakmil", "Ulduz", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Həzi Aslanov", "Xətai", "Cəfər Cabbarlı", "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar", "Nəsimi", "Dərnəgül" və "8 Noyabr" adları altında yarışıblar.
Müsabiqənin ilk iki günündə "İçərişəhər" stansiyasında qurulan xüsusi yarış məkanında hazırlanan prezentasiyalar, süni intellekt əsaslı innovativ həllər və təkliflər mayın 3-də Bakı Metropoliteninin Texnoloji korpusunun akt zalında reallaşan yekun tədbirdə peşəkar mütəxəssislərdən formalaşmış 5 nəfərlik münsiflər heyətinə təqdim edilib. Qızğın müzakirələrdən sonra yekun qiymətləndirilmə aparılaraq qaliblər müəyyənləşdiriliblər.
Münsiflər heyətinin yekdil qərarı ilə 1-ci yerə "Xətai" komandası layiq görülüb. Qalib komandaya təşkilatçılar tərəfindən 5 000 manat pul mükafatı təqdim edilib.
"Gənclik" komandası ikinci, "Sahil" komandası isə üçüncü yeri tutub. Bu komandalara müvafiq olaraq, 3 000 və 1 000 AZN məbləğində mükafat verilib.
Həmçinin, perspektivli gənclərə metro sistemində layihələrini tətbiq etmək və gələcək karyeraları üçün əlavə təcrübə qazanmaq baxımından geniş şərait imkanları təqdim olunub.
Qeyd edək ki, Bakı Metropoliteni hakatona hazırlıq çərçivəsində ölkənin 5 aparıcı ali təhsil müəssisəsində geniş infosessiyalar keçirərək təqdimatlar edib. Ümumilikdə 300-dən çox tələbənin iştirak etdiyi bu görüşlərdə layihənin tam mahiyyəti izah olunub və gənclərin texnoloji həllərə cəlb edilməsi üçün müvafiq məlumatlandırma işləri aparılıb.
İştirakçılar metronun real məlumat bazasından istifadə edərək süni intellekt mühəndisliyindən data analitikasına qədər müxtəlif istiqamətlərdə güclərini sınamaq imkanı əldə ediblər.
Layihənin təşkilində məqsəd süni intellekt (AI) əsaslı texnologiyalar vasitəsilə sərnişin axınının idarə olunması və sıxlığın azaldılması kimi strateji hədəflərə, həmçinin gənclərin innovativ ideyalarını real infrastruktur həllərinə çevirməklə paytaxtın nəqliyyat sistemində rəqəmsal transformasiyaya nail olmağa xidmət edir.

Monqolustan Orta Dəhlizdə Azərbaycanla əməkdaşlıq potensialını görür – EKSKLÜZİV
Monqolustan Orta Dəhlizdə iştirakını genişləndirmək imkanlarını araşdırır.
Bu barədə "Report"un Səmərqəndə ezam olunmuş müxbirinə Monqolustanın maliyyə nazirinin müavini Xulan Bat-Erdene Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 59-cu illik toplantısı çərçivəsində bildirib.
Onun sözlərinə görə, regional və ikitərəfli əməkdaşlıq həm kapital bazarlarının inkişafında, həm CAREC çərçivəsində, eləcə də daha geniş Asiya regionu və xüsusən Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsində əsas rol oynayır.
"Mənim fikrimcə, Monqolustan və Azərbaycan arasında əməkdaşlıq üçün əhəmiyyətli potensial var. Mədən sənayesi ilə yanaşı, kənd təsərrüfatı da xüsusən hər iki ölkənin iqtisadiyyatlarını şaxələndirmək səyləri nəzərə alınmaqla perspektivli sahə ola bilər", - o qeyd edib.
Nəqliyyat marşrutlarının inkişafından danışan X. Bat-Erdene vurğulayıb ki, Monqolustan Orta Dəhlizlə bağlı təşəbbüslər də daxil olmaqla, regional nəqliyyat və logistika təşəbbüslərində iştirakını genişləndirmək imkanlarını ardıcıl olaraq araşdırır.
"Biz nəqliyyat əlaqələrinin inkişafını ticarətin genişləndirilməsində, ixrac marşrutlarının şaxələndirilməsində və iqtisadi əməkdaşlığın gücləndirilməsində mühüm amil kimi görürük. Praktik əməkdaşlığın dərinləşdirilməsi və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi yolu ilə ortaq problemlərin birgə həlli və istifadə olunmamış imkanların açılması üçün potensial mövcuddur", - nazir müavini əlavə edib.

-
report.az
- ADB Azərbaycanda yeni nəsil sərhəd məntəqələrinin yaradılmasına investisiya yatırmağı planlaşdırır
ADB Azərbaycanda yeni nəsil sərhəd məntəqələrinin yaradılmasına investisiya yatırmağı planlaşdırır
Asiya İnkişaf Bankı (ADB) "CAREC ölkələri üçün yeni nəsil dövlət sərhəd buraxılış məntəqələrinin inkişafı" layihəsi çərçivəsində ümumi məbləği 1 milyon ABŞ dolları olan texniki yardımı təsdiqləyib.
"Report" ADB-yə istinadən xəbər verir ki, layihədə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistan iştirak edir. Maliyyələşmə ADB-nin Xüsusi Texniki Yardım Fondundan təmin ediləcək.
Texniki dəstək innovativ və ekoloji dayanıqlı həllərin tətbiqi ilə sərhəd buraxılış məntəqələrinin yenilənməsində ADB-yə və inkişaf etməkdə olan üzv dövlətlərə, ilk növbədə CAREC ölkələrinə kömək etmək üçün nəzərdə tutulub.
Nəqliyyat dəhlizləri boyu bir sıra yığcam fərdi layihələrin maliyyələşdirilməsinə yönəlmiş "BUILD" mexanizminin tətbiqi ilə sərhəd buraxılış məntəqələri layihələrinin hazırlanması üçün CAREC proqramından platforma kimi istifadə olunacaq.
Texniki yardım çərçivəsində üç prioritet buraxılış məntəqəsi üçün layihə sənədlərinin hazırlanması; "BUILD" mexanizmindən istifadə etməklə layihələrin həyata keçirilməsi üzrə yeni metodologiyanın işlənib hazırlanması; iştirakçı ölkələrin mütəxəssislərinə sərhəd buraxılış məntəqələrinin istismarı və idarə edilməsi məsələlərinə dair təlimlərin keçirilməsi nəzərdə tutulur.
2010-cu ildən etibarən ADB CAREC dəhlizləri üzrə avtomobil və dəmir yolu yükdaşımalarının vaxt və maliyyə xərclərini hər il izləyir. Monitorinq məlumatları göstərir ki, CAREC regionundakı buraxılış məntəqələri transsərhəd nəqliyyat və logistika üçün hələ də əsas dar yerlər olaraq qalır.
CAREC nəqliyyat şəbəkəsinin səmərəliliyinə mənfi təsir göstərən və ticarət xərclərini artıran amillər arasında aşağıdakılar fərqlənir: həm ayrı-ayrı dövlətlər daxilində, həm də qonşu ölkələrlə milli nəqliyyat qurumları və sərhəd idarələri (BMAs) arasında institusional koordinasiyanın kifayət qədər olmaması; mənəvi cəhətdən köhnəlmiş infrastruktur və avadanlıqlar; sərhəd buraxılış məntəqələrinin sistematik və ya müvəqqəti bağlanması; gömrük, miqrasiya, sanitar və fitosanitar nəzarət, həmçinin təhlükəsizlik yoxlamaları üzrə az səmərəli və bir-birini təkrarlayan prosedurlar; əlavə maliyyələşdirmənin cəlb edilməsi üçün özəl investisiya çatışmazlığı.
Əvvəllər ADB ayrı-ayrı sərhəd buraxılış məntəqələri layihələrinin maliyyələşdirilməsini və təhlilini həyata keçirərək əhəmiyyətli nəticələr əldə edib. Buna baxmayaraq, hər bir konkret məntəqənin ayrılıqda modernləşdirilməsi bir sıra səbəblərə görə əməliyyat baxımından məqsədəuyğun deyil: obyektlərin nisbətən kiçik miqyası və uzaqlığı, hər biri üçün nümunəvi sənədlərin hazırlanması zərurəti, analoji tapşırıqların həlli üçün müxtəlif konsaltinq şirkətlərinin cəlb edilməsi, eləcə də hətta cüzi maliyyələşdirmə məbləğlərində belə müqayisə olunan tranzaksiya xərcləri və hazırlıq müddətləri. Bu texniki yardım BUILD mexanizmi ilə birgə ADB-nin daxili prosedurlarını optimallaşdırmağa imkan verəcək, CAREC regionunda kiçik layihələrin daha operativ və qənaətcil icrasını təmin edəcək.
Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu dövr ərzində bank ölkəyə təxminən 5,6 milyard ABŞ dolları, o cümlədən dövlət sektoruna 4,4 milyard ABŞ dolları, özəl sektora isə 1,2 milyard ABŞ dolları investisiya yatırıb. Ən böyük maliyyələşdirmə istiqamətləri nəqliyyat (1,5 milyard ABŞ dolları) və energetikadır (1,7 milyard ABŞ dolları).
Yeni strategiya çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya yatırmağa hazırdır.
ADB 1966-cı ildə yaradılıb, Baş qərargahı Manilada yerləşir. Bank 69 səhmdar ölkəni birləşdirir, onlardan 50-si Asiya-Sakit okean regionu dövlətləridir.

Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri İspaniyada təlimə qatılacaq
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təşəbbüsü ilə 25 və 29 aprel tarixlərində Milli Aviasiya Akademiyasının (MAA) məzunlarından ibarət ümumilikdə 36 nəfərlik heyət ixtisasartırma təlim proqramında iştirak etmək məqsədilə İspaniyanın Lleida şəhərinə yola salınıb.
Bu barədə "Report"a AZAL-dan bildirilib.
Məlumata əsasən, proqramın məqsədi gənc məzunların peşə hazırlığının gücləndirilməsi və onların beynəlxalq standartlara uyğun ikinci pilot kimi yetişdirilməsidir.
Məzunlar Baltik Aviasiya Akademiyasının ("Baltic Aviation Academy") Lleida şəhərində fəaliyyət göstərən təlim mərkəzində 18 aylıq nəzəri və praktiki hazırlıq proqramına cəlb olunacaqlar. Proqramı uğurla başa vuran gənc pilotlar Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi ("EASA") tərəfindən verilən beynəlxalq sertifikat əldə edəcəklər.
Bildirilib ki, Baltik Aviasiya Akademiyası Avropanın aparıcı aviasiya təlim mərkəzlərindən biri kimi pilot hazırlığı sahəsində beynəlxalq səviyyədə tanınır. Müasir tədris metodologiyası, qabaqcıl simulyator texnologiyaları və təcrübəli beynəlxalq təlimçi heyəti ilə seçilən akademiyada təhsil alan məzunlar dünyanın müxtəlif nüfuzlu aviaşirkətlərində pilot kimi fəaliyyət göstərirlər. Təlim iştirakçıları "EASA"nın standartlarına uyğun nəzəri və praktiki biliklər əldə edərək beynəlxalq aviasiya bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislər kimi formalaşırlar.
Təlimin növbəti mərhələsində məzunlar Litvada yerləşən təlim mərkəzində "Airbus A320" tipli təyyarə üzrə hazırlıq keçərək tip üzrə ixtisaslaşma ("type rating") sertifikatı əldə edəcəklər. Bütün mərhələləri uğurla tamamlayan pilotlar Azərbaycana qayıdaraq AZAL-da ikinci pilot kimi fəaliyyətə başlayacaqlar. Hazırda əlavə olaraq 25 pilot Qəbələdə yerləşən Uçuş Heyətinin Hazırlığı Mərkəzində, 65 pilot isə Türkiyədə yerləşən təlim mərkəzində hazırlıq proqramlarında iştirak edir.
MAA məzunları bu proqrama seçim mərhələsində Azərbaycana dəvət olunmuş beynəlxalq ekspertlər tərəfindən keçirilən "SkyTest" imtahanında iştirak edirlər. İmtahan namizədlərin psixoloji hazırlığını və motorik bacarıqlarını qiymətləndirmək məqsədi daşıyır, yekun seçim isə "SkyTest" ekspert rəyləri əsasında həyata keçirilir.
AZAL-ın uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq aviaşirkətin donanması dinamik şəkildə genişləndirilir. Bu proses çərçivəsində milli aviadaşıyıcı sərnişinlərə təhlükəsiz və komfortlu səyahət təcrübəsi təqdim etmək məqsədilə yerli pilot heyətinin sayının artırılmasına və onların beynəlxalq standartlara uyğun hazırlanmasına xüsusi önəm verir. 2032-cı ilədək AZAL-ın hazırda 25 təyyarədən ibarət donanmasının sayının 50 təyyarəyədək genişləndirilməsi, 280-ə yaxın olan pilot heyətinin sayının isə ən azı iki dəfə artırılması nəzərdə tutulur. Bu, aviaşirkətin dayanıqlı inkişafı və insan kapitalına yatırımlarının mühüm tərkib hissəsidir.

Azərbaycan BƏƏ ilə dənizçilik sahəsində əməkdaşlığı genişləndirir
"AZCON Holding" ilə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Limanlar Qrupu (AD Ports Group) arasında Azərbaycanda limanlar, gəmiçilik, logistika və rəqəmsal ticarət həlləri üzrə strateji əməkdaşlıq imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə "Report" holdinqə istinadən xəbər verir.
"Memorandum Azərbaycanda investisiya imkanlarının araşdırılması, eləcə də inteqrasiya olunmuş nəqliyyat və logistika infrastrukturu, o cümlədən dənizçilik və rəqəmsal həllər sahələrində əməkdaşlığın genişləndirilməsi üçün tərəflər arasında strateji çərçivə formalaşdırır", - məlumatda qeyd olunub.

Bakıda 61 milyon manatlıq yenidənqurma və təmir işləri həyata keçiriləcək
Bakıda səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işləri həyata keçiriləcək.
"Report" xəbər verir ki, bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC hazırlıqlara başlayıb.
Məlumata görə, işləri "Xezer-Construction" MMC həyata keçirəcək. Şirkətə 61,088 milyon manat ödəniləcək.

-
report.az
- Anar Quliyev: "Vətəndaşların mənzil təminatında genişmiqyaslı dəstək mexanizmləri tətbiq olunub"
Anar Quliyev: "Vətəndaşların mənzil təminatında genişmiqyaslı dəstək mexanizmləri tətbiq olunub"
Son 20 ildə Azərbaycan dövləti vətəndaşların mənzil təminatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı maliyyə dəstəyi mexanizmləri tətbiq edib.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu dövrdə təxminən 58 min ailəyə ipoteka krediti verilib:
"Belə ki, 2006-2026-cı illəri əhatə edən dövr üzrə 3,87 milyard manat məbləğində ipoteka krediti verilib, satınalma öhdəliyi ilə kirayə mənzillərin sayı 9 306-ya çatdırılıb, zəmanət və subsidiyalar üzrə isə ümumilikdə 707 milyon manatlıq dəstək mexanizmləri tətbiq olunub. 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edilməsi isə şəhərsalmanın ölkənin sosial-iqtisadi inkişafı strategiyasında prioritet istiqamət kimi müəyyənləşdirildiyini bir daha təsdiq edir".

WUF13-də iştirak üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) iştirak üçün 175 ölkəni təmsil edən 23 350 nəfər qeydiyyatdan keçib.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbirdə bildirib.
O qeyd edib ki, bu proses getdikcə daha da intensivləşir: "Çox sevindirici haldır ki, onların 13,3 %-i sahibkarlıq subyektlərini təmsil edir və bu da Dünya Şəhərsalma Forumu tarixində ən yüksək göstəricidir".
A.Quliyev vurğulayıb ki, şəhərsalma sahəsində həyata keçirilən islahatlar yalnız infrastruktur layihələri ilə məhdudlaşmır: "Bu, eyni zamanda iqtisadi artımın stimullaşdırılması, məşğulluğun artırılması və innovasiyanın inkişafı üçün mühüm mexanizmdir. Bu prosesdə sahibkarlar əsas hərəkətverici qüvvə kimi çıxış edirlər. Əminəm ki, dövlət və özəl sektorun səmərəli əməkdaşlığı nəticəsində Azərbaycan şəhərləri regionun ən müasir, dayanıqlı və rəqabətqabiliyyətli yaşayış mərkəzlərinə çevriləcək".

Mərkəzdə mənzil sahibi olmaq istəyənlər üçün böyük fürsət – Nizami City
Paytaxtın ən prestijli nöqtələrindən birində - Nizami metrosu, Qış parkı və əsas iş mərkəzlərinin kəsişməsində yerləşən Nizami City, müasir şəhər sakininin bütün ehtiyaclarını qarşılayan bir ekosistem təklif edir. Artıq ilk mərhələdəki binalar yaşayışa təhvil verilmiş, inşası sürətlə davam edən yeni mərhələlərdə isə satışlar davam edir.
Müştərilərə təqdim olunan eksklüziv imkanlar:
Mənzil seçimi: Şəxsi zövqünü əks etdirmək istəyənlər üçün təmirsiz, vaxt itirmədən köçmək istəyənlər üçün isə yüksək keyfiyyətli tam təmirli mənzillər.
İnvestisiya fürsəti: Layihənin yeni mərhələsində olan binalardan bünövrədən mənzil əldə edərək, gələcəyinizə daha sərfəli investisiya edə bilərsiniz.
Kommersiya sahələri: Sahibkarlar üçün ərazidə fəaliyyət göstərən qeyri-yaşayış obyektlərinin satışı və icarəsi üçün geniş seçimlər mövcuddur.
Geniş eyvanlar, 24 saatlıq mühafizə və avtomobilsiz qapalı həyət konsepsiyası ilə Nizami City sadəcə bir ünvan deyil, həm də güvənli bir gələcəkdir.
Ətraflı məlumat və satış ofisi ilə əlaqə üçün:
*0788
+994 50 700-00-88
+994 50 970 00 88 (WhatsApp)
Ünvan: Yasamal rayonu, C.Cabbarlı küçəsi 31 (Nizami metrosunun yaxınlığı)

Azərbaycanda 68 şəhərin baş planı təsdiqlənib
Azərbaycanda şəhərsalma sahəsində aparılan islahatlar nəticəsində 68 şəhərin baş planı təsdiqlənib.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, ölkənin 79 şəhərindən 68-nin yeni baş planı hazırlanaraq təsdiq edilib, qalan 11 şəhər üzrə işlər isə davam etdirilir: "Yenilənmiş baş planlar şəhərlərin inkişafını sistemli və proqnozlaşdırılan edir, sahibkarlıq fəaliyyəti üçün hüquqi aydınlıq və investisiya cəlbediciliyi yaradır".
A. Quliyev deyib ki, ölkədə şəhərsalma və tikinti sahəsində son 20 ildə genişmiqyaslı islahatlar həyata keçirilib: "Bu dövrdə normativ hüquqi baza təkmilləşdirilib, ərazi planlaşdırılması inkişaf etdirilib və tənzimləmə mexanizmləri rəqəmsallaşdırılıb. Tikinti və istismara icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi nəticəsində hazırda ölkədə layihələndirmə əsasında minə yaxın subyekt fəaliyyət göstərir".

-
report.az
- Andrey Nikitin: "Rusiya Azərbaycanla birbaşa logistika xidmətlərinin yaradılmasını müzakirə edir"
Andrey Nikitin: "Rusiya Azərbaycanla birbaşa logistika xidmətlərinin yaradılmasını müzakirə edir"
Rusiya "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üçün Azərbaycan və İranla birbaşa logistika xidmətlərinin yaradılması istiqamətində işlər aparır.
"Report" xəbər verir ki, bunu Rusiyanın nəqliyyat naziri Andrey Nikitin "İzvestiya" nəşrinə müsahibəsində bildirib.
"Birbaşa logistika xidmətlərinin yaradılması, həmçinin Azərbaycan və İran ilə həm ikitərəfli, həm də üçtərəfli formatda razılaşmaların əldə edilməsi istiqamətində işlər aparılır", - nazir deyib.
Onun sözlərinə görə, Rusiya "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üçün Əfqanıstan, Hindistan, Qətər, Keniya, BƏƏ, Oman, Pakistan və Səudiyyə Ərəbistanı ilə nəqliyyat və tranzit sahəsində anlaşma memorandumlarının imzalanması ilə bağlı danışıqlar aparır.
A.Nikitin qeyd edib ki, belə sənədlərin imzalanması gələcəkdə marşrutla yükdaşımaların sadələşdirilməsinə, daşıma xərclərinin azaldılmasına və çatdırılma müddətinin qısaldılmasına imkan verəcək.
Bundan başqa, tədarük həcmlərinin artırılması üçün yük axınlarının "Şimal – Cənub" dəhlizinin qərb qolu ilə avtomobil nəqliyyatından dəmir yolu qatarlarına yönləndirilməsi planlaşdırılır.
"Avtomobil buraxılış məntəqələrindəki sıxlığın azaldılması, yük axınının bir hissəsinin dəmir yolu nəqliyyatına yönləndirilməsi, infrastruktur layihələrinin birgə həyata keçirilməsi, gömrük nəzarətinin sürətləndirilməsi və prosedurların optimallaşdırılması - xüsusilə "yaşıl dəhliz" və "sadələşdirilmiş gömrük dəhlizi" layihələri ilə bağlı məsələlər nəzərdən keçirilir", - rusiyalı nazir vurğulayıb.
Nazir qeyd edib ki, Süveyş kanalı ilə müqayisədə "Şimal-Cənub" dəhlizi ilə daşımaların müddəti təxminən 2 dəfə azalaraq 35–45 gündən 15–20 günə enir.
Bununla yanaşı, o əlavə edib ki, 2025-ci ildə bu nəqliyyat dəhlizi ilə təxminən 21,5 milyon ton yük daşınıb, beş il ərzində artım isə 39 %-ə çatıb.

Xaçmazın Çarxı kəndində minik avtomobili lokomotivlə toqquşub
Bu gün saat 09:15 radələrində Xaçmaz-Çarxı sahəsində "Prius" markalı minik avtomobili dəmiryol keçidindən istifadə qaydalarını pozub, nəticədə həmin sahədə hərəkətdə olan lokomotivlə toqquşub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Qeyd edilib ki, bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır.
"ADY bir daha sürücüləri dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa, qaydalara, o cümlədən yol nişanlarının tələblərinə riayət etməyə, yalnız qatara yol verdikdən sonra hərəkəti davam etdirməyə çağırır", - məlumatda vurğulanıb.

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur
Bakının bəzi yollarında sıxlıq müşahidə olunur.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət belədir:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
9. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
12. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
13. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
14. Babək prospekti, mərkəz istiqamətində;
15. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
16. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
17. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Yağışa görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib:
"Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir".

-
report.az
- WUF13-ə hazırlıq məqsədilə nəqliyyatın monitorinqi çərçivəsində bir sıra küçələrdə tənzimləmələr tətbiq olunacaq
WUF13-ə hazırlıq məqsədilə nəqliyyatın monitorinqi çərçivəsində bir sıra küçələrdə tənzimləmələr tətbiq olunacaq
Bakıda 17–22 may 2026-cı il tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək.
"Report" xəbər verir ki, monitorinq çərçivəsində mayın 1-də saat 10:00–16:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq.
Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, Lermontov küçəsi eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunub.
Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi arasında hərəkət edən H1 ekspress avtobus marşrutu fəaliyyətini normal və fasiləsiz şəkildə davam etdirəcək. Eyni zamanda, bu müddət ərzində fərdi nəqliyyat vasitələri və taksilər hava limanı ərazisinə alternativ yollar vasitəsi ilə sərbəst daxil ola və çıxa biləcəklər. Gecikmələrin qarşısını almaq məqsədilə səfərlərin öncədən planlaşdırılması tövsiyə olunub.
Bildirilib ki, WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib.

Bakıda bu ərazisində yeni metro stansiyası tikilir – VİDEO
Həyət evində yaşayanların nəzərinə! – 1000 manatadək cərimə…
-
apa.az
- "Ulduz" metrostansiyasının qarşısında yol təmir olunacaq, nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
apa.az
- Palata: “Azərenerji”də yüz milyonluq layihələrdə səmərəlilik aşağıdır, satınalmalarda pozuntular var
Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb
Azad olunmuş ərazilərdə yeni hərbi infrastruktur obyektləri yaradılır
ADSEA: Kür çayının sahilyanı riskli zonalarında nasos stansiyalarına fasilə verilib
Kür çayında suyun səviyyəsinin artması ilə əlaqədar riskli ərazilərdə nasos stansiyalarının fəaliyyətinə fasilələr verilib.
"Report" bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidmətinə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, son günlər Kür çayında suyun səviyyəsində əhəmiyyətli artım qeydə alınıb. Mövcud vəziyyət əkin sahələrinə xidmət edən, çaydan sugötürən bəzi nasos stansiyalarının fəaliyyətinə təsir göstərib.
Yaranmış risklərin qarşısını almaq və texniki qurğuların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti tərəfindən riskli ərazilərdə yerləşən nasos stansiyaları müvəqqəti olaraq sahildən çıxarılıb və onların fəaliyyətində fasilələr verilib. Bu addım mümkün mənfi təsirlərin və daha ciddi fəsadların qarşısının alınmasına yönəlib.
Hazırda vəziyyət Xidmət tərəfindən daim nəzarətdə saxlanılır, eyni zamanda su təminatı alternativ mənbələr vasitəsilə davam etdirilir. Su səviyyəsi sabitləşdikdən sonra nasos stansiyalarının mərhələli şəkildə yenidən istismara verilməsi planlaşdırılır.
Vətəndaşlardan xahiş olunur ki, yaranmış vəziyyəti anlayışla qarşılasınlar və yalnız rəsmi məlumatlara etibar etsinlər.
Əlavə məlumatlar barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcəkdir.

-
report.az
- Elçin Əmirbəyov: TDT qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir
Elçin Əmirbəyov: TDT qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir
Türk Dövlətləri Təşkilatı (TDT) qarşılıqlı əlaqəlilik layihələrinin koordinasiyası platforması kimi getdikcə daha mühüm rol olynamağa başlayır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

ADY Şimal-Cənub dəhlizində irimiqyaslı modernləşdirilmə layihəsinə başlayır
Biləcəri-Yalama dəmir yolu xəttinin enerji təchizatı, siqnalizasiya və rabitə sistemlərinin müasirləşdirilməsi məqsədilə layihələndirmə və tikinti-quraşdırma işlərinə start verilir.
"Report" xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC hazırlıqlara başlayıb.
Məlumata görə, Azərbaycan hökuməti "Azərbaycan dəmir yollarının enerji təchizatı, işarəvermə və rabitə sistemlərinin yenidən qurulması (Biləcəri-Yalama) layihəsi" çərçivəsində maliyyə resurslarının təmin edilməsi məqsədilə Asiya İnkişaf Bankına (ADB) müraciət edib. Həmin müraciət əsasında ayrılmış vəsaitin müəyyən hissəsinin yuxarıda qeyd olunan müqavilə üzrə ödənişlərin həyata keçirilməsi üçün istifadə edilməsi nəzərdə tutulur. İddiaçılar təkliflərini mayın 29-na qədər təqdim edə bilərlər.
Bu layihə, ADY-nin beynəlxalq yükdaşımalar sahəsində fəaliyyət göstərən Azərbaycanın şimal-cənub və şərq-qərb dəmir yolu dəhlizlərinin əsas elementlərini təşkil edən Biləcəri-Yalama və Bakı-Böyük Kəsik dəmir yolu sahələri boyunca 25 kV-luq dəyişən cərəyanlı enerji təchizatı, siqnalizasiya və rabitə sistemlərinin modernləşdirilməsini əhatə edən daha geniş miqyaslı proqramın ayrılmaz hissəsidir.
Proqram daxilində reallaşdırılan birinci layihə, regional yükdaşımalarını dəstəkləyən "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizində mühüm əlaqələndirici funksiyanı yerinə yetirən Biləcəri-Yalama dəmir yolu sahəsini əhatə edir. Bu hissə təqribən 192 km uzunluğunda ikixətli dəmir yolu xəttindən və 15 stansiyadan ibarətdir. Layihələndirmə mərhələsi daxil olmaqla, layihələndirmə və tikinti işlərinin təxminən 42 ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Biləcəri (Biləcəri stansiyası istisna edilməklə) – Yalama dəmir yolu sahəsi həm sərnişin, həm də yükdaşımalarını təmin edən, 1 520 mm rels izinə malik ikixətli ənənəvi dəmir yolu xəttidir. Dəmir yolu xəttinin və əlaqədar infrastrukturun bərpası yaxın vaxtlarda tamamlanıb. Dəhliz enerji təchizatı, siqnalizasiya və rabitə sistemləri ilə təmin olunsa da, mövcud sistemlər mənəvi və fiziki cəhətdən köhnəlib, beynəlxalq standartlara uyğun müasir avadanlıqlarla əvəzlənməsinə zərurət yaranıb. Layihənin başlıca hədəfi bu marşrutda təhlükəsizlik səviyyəsini yüksəltmək, istismar sürətini və məhsuldarlığı artırmaq, eyni zamanda dəmir yolu xidmətlərinin etibarlılığını və əlçatanlığını təmin etməkdir. İşlər çərçivəsində əsas dəmir yolu xəttinin minimum 50 km-lik hissəsində kontakt şəbəkəsinin, siqnalizasiya sistemlərinin təchizatı və quraşdırılması, habelə minimum 5 stansiyanın rabitə sistemlərinin təchizatı və montajı nəzərdə tutulub.
ADB Biləcəri-Yalama dəmir yolu xəttinin elektrikləşdirilməsi, siqnalizasiya və telekommunikasiya layihəsi üçün 325 milyon ABŞ dolları ayırmağı nəzərdən keçirir. ADB-nin Direktorlar Şurasında bu kreditin təsdiqi isə 2027-ci il iyunun 17-nə planlaşdırılıb.
Layihə ADB, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək.
Bu xətt Şimal–Cənub dəmir yolu dəhlizinin bir hissəsidir və "Azərbaycan Dəmir Yolları" QSC-nin beynəlxalq yük daşımalarına xidmət edir. İxracların əksəriyyəti ya Bakı-Böyük Kəsik, ya da Biləcəri-Yalama marşrutu ilə həyata keçirilir.

Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
Bu gündən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə verilib.
"Report" bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə istinadən xəbər verir.
Məlumata görə, Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlara Kürdəmir stansiyasında dayanacaq verilib.
Yenidən qurulan Kürdəmir stansiyasında müasir standartlara cavab verən ümumi gözləmə zalı ilə yanaşı, VİP zal da sərnişinlərin xidmətindədir. Stansiyanın qarşısında şəxsi avtomobillərin parkinqi üçün ərazi mövcuddur.
Bakı–Kürdəmir istiqamətində biletlərin minimal qiyməti 11,10 manat təşkil edir. Qatar 203 km-lik məsafəni 2 saat 11 dəqiqəyə qət edir. Qeyd edək ki, pandemiyadan öncə qatarlar Bakıdan Kürdəmirə 3 saat 11 dəqiqəyə çatırdı.
Bilet satışı 17 aprel tarixindən ADY-nin rəsmi veb-saytı (ticket.ady.az), "ADY Mobile" tətbiqi və dəmiryol kassaları vasitəsilə həyata keçirilir.
"Stansiyanın istifadəyə verilməsi Kürdəmir və ətraf rayonlar – Ağsu, Göyçay, Zərdab, Sabirabad və İmişli rayonlarının sakinləri üçün mobilliyi genişləndirəcək, həm paytaxta, həm də ölkəmizin qərb və şimal-qərb bölgələrinə, eləcə də Qarabağa müasir qatarlarla rahat, təhlükəsiz və sərfəli səyahət imkanı təqdim edəcək", - ADY qeyd edir.

-
report.az
- Nazir müavini: "TRIPP şirkətinin yaradılması ilə məşğuluq, işlər çox fəal şəkildə aparılır"
Nazir müavini: "TRIPP şirkətinin yaradılması ilə məşğuluq, işlər çox fəal şəkildə aparılır"
Hazırda biz maliyyələşdirmə modelinin müəyyənləşdirilməsi və Ermənistanda qeydiyyatdan keçməli olan TRIPP şirkətinin yaradılması ilə məşğuluq, işlər çox fəal şəkildə aparılır.
"Report"un Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
"Bəli, hazırda biz amerikalı tərəfdaşlarımızla birgə işlərin hazırlıq və icra mərhələsini fəal şəkildə davam etdiririk", - V. Kostanyan bildirib.
O xatırladıb ki, 13 yanvar 2026-cı ildə Ermənistan və ABŞ arasında icra üzrə üçtərəfli çərçivə proqramı qəbul edilib.
"Hazırda biz maliyyələşdirmə modelinin müəyyənləşdirilməsi, eləcə də Ermənistanda qeydiyyatdan keçməli olan layihə şirkətinin yaradılması üzərində işləyirik. Yəni proses çox fəal gedir", - nazir müavini bildirib.

92 nömrəli marşrutun avtobusları yenilənir
92 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir.
Bu barədə "Report"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, Binəqədi (10 May küçəsi) və Biləcəri qəsəbələrini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 92 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir.
"Aprelin 19-dan sərnişinlərin xidmətinə veriləcək 6 böyüktutumlu "Yutong" markalı müasir avtobus CNG texnologiyası ilə təchiz olunub. Yaxın aylarda marşrut üzrə avtobusların digər qisminin də yenilənməsi təmin ediləcək. Ümumilikdə 14 avtobus 7-8 dəqiqə intervalla sərnişinlərin ixtiyarında olacaq" - məlumatda vurğulanıb.
Qeyd edək ki, avtobuslarda ödəniş nağdsız qaydadadır.

Azərbaycan beynəlxalq qiymətləndirmədə yüksək nəticə əldə edib
Naxçıvanda yük və sərnişin daşınması artıb
Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 1,7 milyon ton yük, 11,3 milyon nəfər sərnişin daşınıb.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınması 1,3 %, sərnişin daşınması isə 1,1 % artıb.

-
report.az
- Nazirlər Kabineti hava limanı və aerodromların təhlükəsizlik zonaları ilə bağlı qərar verib
Nazirlər Kabineti hava limanı və aerodromların təhlükəsizlik zonaları ilə bağlı qərar verib
Nazirlər Kabineti "Hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi Qaydası"nı təsdiq edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qayda "Aviasiya haqqında" qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 7 dekabr 1944-cü il tarixli Konvensiya və Konvensiyaya 14 nömrəli Əlavəyə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, həmçinin "Doc 9137, 6-cı hissə, maneələrə nəzarət" sənədinə uyğun olaraq hazırlanıb.
Qayda hava limanları və aerodromların təhlükəsizlik zonaları daxilində tikintisinə icazə tələb olunan binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə mülki aviasiyaya münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi, dövlət aviasiyasına münasibətdə isə Müdafiə Nazirliyi tərəfindən razılıq verilməsinə dair tələbləri müəyyən edir.
Hava gəmilərinin uçuşlarının təhlükəsizliyi məqsədilə sertifikatlaşdırılmış hava limanlarının (və ya aerodromların), o cümlədən yeni hava limanlarının (və ya aerodromların) istismarçıları tərəfindən hava limanları və aerodromların təhlükəsizlik zonasını müəyyən edən maneə sxemləri (xəritələr) hazırlanır. Maneə sxemləri hazırlandıqdan sonra təsdiq edilməsi üçün 5 gün müddətində aidiyyəti qurumlara təqdim edilir.
Aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş maneə sxemləri (xəritələri) Bakı şəhəri və "İqtisadi rayonların yeni bölgüsü haqqında" ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli fərmanı ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati əraziləri üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər inzibati ərazi vahidləri üzrə yerli icra hakimiyyət orqanlarına, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyə Qaydada göstərilən sorğunun göndərilməsinin təmini üçün təqdim edilir.
Sertifikatlaşdırılmış hava limanlarında (və ya aerodromlarda) dəyişikliklər olduğu halda təsdiqlənmiş maneə sxemlərinə (xəritələrinə) dair dəyişikliklər Qaydaya uyğun olaraq aparılır.

Zaur Mikayılov Xankəndidə vətəndaşlarla görüşüb
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Xankəndidə bu şəhərdən, eləcə də Xocalı, Ağdərə və digər rayonlardan olan vətəndaşları qəbul edib.
"Report" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, qəbulda qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Müraciətlər əsasən suvarma suyu ilə təminat, subartezian quyularının qazılması, təmiri, bərpası, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

AAYDA-ya məxsus şirkət ləğv olunur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası" MMC ləğv olunduğunu elan edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Rəşid İsmayılov küçəsi, ev 2025-ci məhəllə ünvanına bildirə bilərlər.

Azərbaycan ABŞ ilə TRIPP təşəbbüsünü müzakirə edib
Azərbaycan ilə ABŞ "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) təşəbbüsü, Strateji Tərəfdaşlıq Xartiyasının nəqliyyat və süni intellekt istiqamətləri üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıb.
"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ilə ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff ilə görüşdə aparılıb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd edilib, mövcud əməkdaşlıq potensialından daha səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb.
Tərəflər Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə əməkdaşlıq imkanları ətrafında da fikir mübadiləsi aparıb.
Bununla yanaşı, Azərbaycanda həyata keçirilən nəqliyyat infrastrukturu layihələri, süni intellekt, data mərkəzləri və digər prioritet sahələr üzrə təşəbbüslərdə ABŞ şirkətlərinin iştirak imkanları nəzərdən keçirilib.

ADY Hövsan marşrutu üzrə layihələndirmə işlərinə başlayıb
"Azərbaycan Dəmir Yolları" QSC Hövsan marşrutu üzrə layihələndirmə işlərinə başlayıb.
"Report"un Kürdəmirə ezam olunmuş müxbiri xəbər verir ki, bunu ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, Bakı-Hövsan marşrutu üzrə həm qatarların alışı, həm də mövcud stansiyaların bərpası, dəmir yolunun təmiri nəzərdə tutulub: "Bu istiqamətdə artıq layihələndirmə işlərinə başlanılıb. Bu marşrut üzrə işlərin 2030-cu ilə kimi bitirilməsi nəzərdə tutulub. Belə ki, biz işlərin 2027-2028-ci illərdə başa çatacağını gözləyirik".

-
report.az
- Baş nazirin müavini: Rusiya və Azərbaycan uçuş şəbəkəsinin genişləndirilməsi üzrə danışıqlar aparır
Baş nazirin müavini: Rusiya və Azərbaycan uçuş şəbəkəsinin genişləndirilməsi üzrə danışıqlar aparır
Rusiya və Azərbaycan uçuş şəbəkəsinin genişləndirilməsi üzrə danışıqlar aparır.
"Report" xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.
Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda çox sayda müasir beynəlxalq hava limanı yaradılıb.
"Dünən (Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasında - red.) biz uçuş coğrafiyasının genişləndirilməsini müzakirə etdik ki, mümkün qədər çox Rusiya sakinləri birbaşa, minimum xərc və narahatlıqla Azərbaycana uçuş edə bilsinlər", - Overçuk qeyd edib.

Arif Ağayev: "Gələn il Ağdam-Xankəndi dəmir yolunun açılışı planlaşdırılır"
Gələn il Ağdam-Xankəndi dəmir yolunun açılışı planlaşdırılır.
"Report"un Kürdəmirə ezam olunmuş müxbiri xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Arif Ağayev bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə isə sərnişindaşıma daha da genişləndirilib: "İlin əvvəlində Bakı–Balakən–Bakı, iyun ayında Bakı–Qazax–Bakı, avqustda isə Bakı–Ağdam–Bakı marşrutları bərpa olunub. Bununla yanaşı, ilk dəfə Gəncə-Qəbələ-Gəncə xətti istifadəyə verilib. Növbəti ildə həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır. Görülən bu tədbirlərin nəticəsi olaraq, 2025-ci ildə ADY rekord göstəriciyə nail olaraq 10 milyondan çox sərnişin daşıyıb ki, bu da xidmət keyfiyyətinin artırılmasına və müştəri məmnuniyyətinə verdiyimiz önəmi bir daha nümayiş etdirir".

Azər Fərəcov: "ADY 2030-cu ilə qədər 20 qatar almağı planlaşdırır"
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2030-cu ilə qədər 20 ədəd qatar almağı planlaşdırır.
Bunu "Report"un Kürdəmirə ezam olunmuş müxbirinə açıqlamasında səhmdar cəmiyyətin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə işlərə, yəni onların alınması prosesinə başlanılıb: "Amma onların istehsal müddəti iki il müddətinə çəkdiyinə görə, həmin qatarların 2030-cu ilə kimi istifadəyə verilməsi nəzərdə tutulur".
A.Fərəcov deyib ki, ADY elektrikləşdirmə və "yaşıl nəqliyyat" istiqamətində işlər aparır: "Yaşıl enerji"nin istifadə edildiyi, elektrifikasiya olunmuş qatarlarla daşımaların həyata keçirilməsi nəzərdə tutulub".

-
report.az
- Arif Ağayev: "Kürdəmir stansiyası ilə Qarabağa rahat və təhlükəsiz səfər etmək mümkün olacaq"
Arif Ağayev: "Kürdəmir stansiyası ilə Qarabağa rahat və təhlükəsiz səfər etmək mümkün olacaq"
Kürdəmir stansiyası ilə həm Bakıya, həm şimal və qərb rayonlarına, həm də Qarabağa rahat və təhlükəsiz səfər etmək mümkün olacaq.
"Report"un Kürdəmirə ezam olunmuş müxbiri xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Arif Ağayev bildirib.
Onun sözlərinə görə, Kürdəmir stansiyasının yenidən xidmətə verilməsi dəmir yolları üçün əlamətdar hadisədir: "Çünki Kürdəmir coğrafi yerləşməsinə görə həm ölkəmizdən keçən beynəlxalq dəhlizlər, həm də ölkədaxili marşrutlar üzərində mühüm mövqeyə malikdir. Azərbaycan Dəmir Yollarının buraya qatar səfərlərini bərpa etməsi ilə bu üstünlük artıq sərnişindaşımada da hiss olunacaq. Başqa sözlə desək, Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonu və bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutlarına inteqrasiya ediləcək Kürdəmir stansiyası vasitəsilə həm burada, həm də ətraf bölgələrdə nəqliyyat əlçatanlığı daha da yüksələcək. Kürdəmirlə yanaşı, Ağsu, Göyçay, Zərdab, Sabirabad rayonlarının sakinləri üçün də mobillik genişlənəcək".
A.Ağayev qeyd edib ki, müasir qatarlar paytaxtdan Kürdəmirə pandemiyadan öncəki ilə müqayisədə 1 saat tez çatacaq. Daha bir ilk kimi Kürdəmirə müasir Stadler qatarları ilə səfərlərin təşkil olunacağını qeyd etmək istərdim. Komfortlu qatarlarla artıq həftənin bütün günlərində sərnişinlərə xidmət göstəriləcək".

-
report.az
- Şahin Mustafayev: "İranla sərhəddəki infrastrukturla sutkada minə yaxın yük maşını buraxılacaq"
Şahin Mustafayev: "İranla sərhəddəki infrastrukturla sutkada minə yaxın yük maşını buraxılacaq"
Azərbaycan-İran sərhədindəki infrastruktur sutkada 1 000-ə yaxın yük maşınının buraxılmasına imkan verəcək.
"Report" xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayev Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.
"Daha əvvəl biz Rusiya nümayəndə heyəti ilə birlikdə Ağbənd qəsəbəsi istiqamətində avtomobil yolu, avtomobil körpüsü və Azərbaycan-İran sərhədində inşa edilməkdə olan buraxılış məntəqələri daxil olmaqla, "Şimal-Cənub" və "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qollarının əsas komponentlərinə baxış keçirmişik. Bu infrastruktur sutkada minə yaxın yük avtomobilinin buraxılış qabiliyyətini təmin edəcək", - o qeyd edib.

Dövlət Xidməti: Kür çayının mənsəb hissəsində su sərfi 2 dəfəyə qədər artacaq
Son günlər intensiv yağıntılarla əlaqədar olaraq transsərhəd çay olan Kür çayı ilə ölkə ərazisinə daxil olan suyun həcmi əhəmiyyətli dərəcədə artıb.
Bu barədə "Report"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib.
Məlumata görə, Mingəçevir su anbarının təsiri ilə Kür çayının səviyyəsində də artım müşahidə olunur. Hazırda Kür çayının mənsəb hissəsində su sərfi 300 kubmetrdən çoxdur. Belə ki, Yaxın günlərdə bu rəqəmin 600 kubmetrə qədər artması və bu göstəricidə stabil saxlanılması gözlənilir.
Cari vəziyyətdə Kür və Qanıx çayları vasitəsilə Mingəçevir su anbarına saniyədə 858 kubmetr su daxil olur. Su anbarından Kür çayına buraxılan suyun həcmi isə saniyədə 604 kubmetr təşkil edir. Mingəçevir su anbarından sonra Kür çayının axını boyu Əlicançay, Göyçay və Türyançay da Kür çayına tökülür ki, bu çaylarla Kür çayına daxil olan suların həcmi saniyədə 35 kubmetr təşkil edir.
Son günlərdə Kür çayının Saatlı, Sabirabad, Şirvan, Salyan rayonları ərazisindən keçən hissəsində səviyyə artımının müşahidə olunması da məhz gursululuq dövrü ilə əlaqədardır.
Səviyyənin artmasına baxmayaraq hazırda vəziyyət stabildir. Mingəçevir su anbarından Kür çayına suyun buraxılması Agentliyin aidiyyəti tabeli təşkilatları tərəfindən tənzimləndiyindən, növbəti günlərdə hər hansı təhlükənin olacağı gözlənilmir.
Eyni zamanda, Dövlət Xidməti respublikanın mövcud digər çayları ilə yanaşı Kür çayında da yeni quraşdırılmış elektron səviyyə ölçən cihazlar vasitəsilə onlayn qaydada suyun səviyyəsi və su sərfini gündəlik olaraq nəzarətdə saxlayır, Xidmətin yerli bölmələrinin əməkdaşları riskli ərazilərdə vizual müşahidələr aparır, real vəziyyəti əks etdirən video görüntülər və digər məlumatları operativ olaraq Xidmətin aparatına və aidiyyəti qurumlara təqdim edir.
Gündəlik olaraq ölçmələr və monitorinq məlumatlarının təhlili Kür çayında baş verə biləcək daşqın hadisələrinin vaxtından əvvəl proqnozlaşdırılmasına, risklərin düzgün qiymətləndirilməsinə və zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə xidmət edir.

Azərbaycan ICAO ilə təlim xidmətlərinə dair razılaşma imzalayıb
Azərbaycan və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) arasında təlim xidmətlərinə dair razılaşma imzalanıb.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, təşkilatın Mərakeş şəhərində keçirilən 5-ci "Qlobal İcra Dəstəyi Simpoziumu" çərçivəsində nazir müavini Samir Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə ICAO Şurasının prezidenti Toşiyuki Onuma və ICAO-nun baş katibi Xuan Karlos Salazar arasında görüş keçirilib.
Görüşdə Azərbaycan tərəfi ölkəmizdə aviasiyanın inkişafı, eləcə də dayanıqlı aviasiya yanacağı ilə bağlı ACT-SAF proqramı və "Ələt Yaşıl Hava Limanı" layihəsi təşəbbüsləri daxil olmaqla ICAO ilə əməkdaşlığın hazırkı vəziyyəti barədə məlumat verib. Həmçinin ICAO və nazirlik yanında Dövlət Mülki Aviasiya Agentliyi arasında təlim xidmətlərinə dair razılaşma imzalanıb.
Azərbaycan nümayəndə heyəti ilə Mərakeşin nəqliyyat və logistika naziri Abdessamad Kayuh arasında da görüş keçirilib. Görüşdə nəqliyyat sahəsində qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin iki ölkə arasında müntəzəm uçuşların açılması və hava əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Mülki aviasiya sahəsində əməkdaşlığın hüquqi çərçivəsinin formalaşdırılması məqsədilə hava əlaqəsi haqqında hökumətlərarası sazişin qısa müddətdə imzalanması barədə razılıq əldə olunub.

Bakıdan Kürdəmirə yola düşmüş rəmzi qatar təyinat məntəqəsinə çatıb - YENİLƏNİB
"Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına yola düşmüş rəmzi qatar təyinat məntəqəsinə çatıb.
Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb.
"Report" xəbər verir ki, aprelin 18-dən isə Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək.
Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, həmçinin həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.
Bilet satışı aprelin 17-dən başlayır.

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
12. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

ADY-nin sədri: "Astara" terminalının 2-3 ay ərzində istifadəyə verilməsi gözlənilir"
İran və Azərbaycan arasında inşa edilən "Astara" terminalında işlərin təxminən 92 %-i tamamlanıb.
Bunu "Report"un Zəngilana ezam olunmuş müxbirinə müsahibəsində "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov deyib.
Onun sözlərinə görə, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən infrastruktur layihələri plan üzrə davam edir:
"Astara" terminalı bu dəhlizin Azərbaycandan keçən hissəsində əsas logistika qovşaqlarından biri hesab olunur. Hazırda terminal üzrə infrastruktur layihələrinin təxminən 92 %-i tamamlanıb. Bu da onu göstərir ki, layihə artıq yekun mərhələyə daxil olub. Əgər hər hansı fors-major hal baş verməzsə, qarşıdakı 2-3 iy ərzində terminalın tam istifadəyə verilməsi gözlənilir".
R.Rüstəmov vurğulayıb ki, "Astara" terminalının fəaliyyətə başlaması "Şimal-Cənub" dəhlizi üzrə yükdaşımaların həcmini və sürətini artıracaq, Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək.
Qeydə edək ki, "Şimal-Cənub" dəhlizi üzrə yük dövriyyəsinin 2028-ci il yanvarın 1-dən 5 milyon tona çatdırılması planlaşdırılır. Gələcəkdə bu göstəricini ildə 15 milyon tona qədər artırılacaq.
Terminalın inşasına Azərbaycan və İran hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, 2017-ci ildə start verilib. Terminal İranın Astara şəhərində Azərbaycan–İran sərhədindən 1,4 km məsafədə yerləşir. ADY-nin tikdiyi terminalın ərazisini İran 25 il müddətinə Azərbaycana icarəyə verib. "Astara" terminalında 2023-cü ildə 692 min ton, 2024-cü ildə isə 777 min tondan çox yük aşırılıb. Terminalın tikintisi tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 3,5 milyon tona çatdırılması nəzərdə tutulur. İran, Azərbaycan və Rusiya dəmir yolları "Astara" terminalının inkişaf etdirilərək bu göstəricinin 5 milyon tona çatdırılması ilə bağlı protokol imzalayıb.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

-
report.az
- "Euronews": WUF13 qlobal mənzil böhranının həlli yollarının axtarışı üçün platforma kimi çıxış edəcək
"Euronews": WUF13 qlobal mənzil böhranının həlli yollarının axtarışı üçün platforma kimi çıxış edəcək
May ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) inklüziv və dayanıqlı şəhər inkişafı sahəsində təcrübə mübadiləsi və həll yollarının axtarışı üçün platforma olacaq.
"Report" xəbər verir ki, bu barədə "Euronews" telekanalının əsas diqqəti qlobal mənzil böhranı məsələlərinə, sürətli urbanizasiya və əlçatan mənzilə artan ehtiyac şəraitində şəhərlərin inkişafına dair müasir yanaşmalara cəmlənəcək WUF13-ə həsr olunmuş reportajında deyilir.
Telekanal qeyd edir ki, bu gün bütün dünyada bir milyarddan çox insan qənaətbəxş sayılmayan mənzil şəraitində yaşayır, eyni zamanda şəhər əhalisinin sürətli artımı, mənzillərin bahalaşması və demoqrafik təzyiq bütün dünyada şəhər sistemlərinə düşən yükü artırır.
Belə bir şəraitdə WUF13 mənzil siyasəti, şəhər infrastrukturu və dayanıqlı inkişaf sahəsində praktiki həll yollarının müzakirəsi üçün beynəlxalq platforma kimi nəzərdən keçirilir.
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rossbax şəhərlərin bərpası və inkişafı ilə bağlı yanaşmalara yenidən baxılmasının zəruriliyini vurğulayıb:
"Dünyanın bir çox regionlarında artıq əhəmiyyətli dərəcədə tikili mühitimiz var, elə deyilmi? Buna görə də, artıq inşa edilmiş olanlardan maksimum səmərəli istifadə etmək son dərəcə vacibdir. Bu, iqlim dəyişikliyi kontekstində kritik əhəmiyyət daşıyır, çünki istənilən yeni tikinti tullantılarla bağlıdır və ya torpaq sahəsi tutur, bu isə sahib olduğumuz təbii resursları qorumaq zərurəti deməkdir".
Reportajda vurğulanır ki, təhlükəsiz və əlçatan mənzilə çıxış müasir şəhər inkişafının ən kəskin problemlərindən biri olaraq qalır, çünki mənzil siyasəti həyat keyfiyyətinə, sosial dayanıqlılığa və icmaların inkişafına birbaşa təsir göstərir. Həmçinin qeyd olunur ki, foruma ev sahibliyi edən Azərbaycan mənzil tikintisi, münaqişədən sonrakı bərpa və irimiqyaslı sosial proqramlar sahəsində öz təcrübəsini təqdim edir.
Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsi Emin Hüseynov qeyd edib ki, müasir layihələr təkcə mənzillə təminata deyil, həm də dayanıqlı icmaların formalaşdırılmasına yönəlib. O, həmçinin mənzil siyasətinin daha geniş sosial-iqtisadi səmərəyə malik olduğunu vurğulayıb.
"Burada məqsədimiz sadəcə ev tikmək deyil, həm də mənsubiyyət hissi yaratmaq, faktiki olaraq dayanıqlı icmalar üçün əsas formalaşdırmaqdır", - o vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov isə öz növbəsində bərpa layihələrinin həyata keçirilməsi ilə bağlı təşkilati və zamanla əlaqədar çağırışları qeyd edib. "Hamımız müəyyən çağırışlarla üzləşdik, onlardan ən başlıcası zaman, eləcə də yaşayış obyektlərinin və binalarının tikintisinin təşkili idi. Hazırda Şuşada 1400 nəfər yaşayır ki, bu da təxminən 377 ailə deməkdir", - o deyib.
Reportajda xüsusi olaraq qeyd edilir ki, hamının mənzillə təmin olunması müasir urbanizasiyanın əsas vəzifələrindən biri olaraq qalır, WUF13 çərçivəsində müzakirələr isə davam edir və qlobal mənzil böhranının dayanıqlı və praktiki həll yollarının axtarışına yönəlib.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.

-
report.az
- Rövşən Rüstəmov: "Azərbaycan–Ermənistan arasında yükdaşımaların coğrafiyasını genişləndirmək mümkündür" - MÜSAHİBƏ
Rövşən Rüstəmov: "Azərbaycan–Ermənistan arasında yükdaşımaların coğrafiyasını genişləndirmək mümkündür" - MÜSAHİBƏ
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov "Report"un Zəngilana ezam olunmuş müxbirinə müsahibə verib. Müsahibədə regionda dəyişən geosiyasi reallıqlar fonunda nəqliyyat dəhlizlərinin artan əhəmiyyətindən danışıb. O, xüsusilə "Şimal-Cənub" nəqliyyat dəhlizinin strateji rolunu, Azərbaycanın bu marşrutdakı mövqeyini və mövcud infrastruktur imkanlarını dəyərləndirib.
Müsahibədə həmçinin regional əməkdaşlıq perspektivləri, tranzit yükdaşımalarının genişləndirilməsi və Azərbaycan üzərindən keçən logistika marşrutlarının gələcək inkişaf imkanları barədə mühüm məqamlara toxunulub.
Həmin müsahibəni oxucularımıza təqdim edirik:
– Yaxın Şərqdə baş verən son münaqişə "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafına necə təsir göstərdi?
– Əslində, son hadisələr bir daha göstərdi ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi mürəkkəb geosiyasi şəraitdə də öz əhəmiyyətini qoruyur. Bu münaqişə fonunda dəhlizin alternativ və etibarlı marşrut kimi rolu daha da ön plana çıxıb. Xüsusilə Azərbaycandan keçən şərq qanadı üzrə mövcud buraxılış gücü post-münaqişə dövründə əlavə üstünlüklər yaratdı və yükdaşımaların davamlılığını təmin edib.
– Azərbaycanın dəhliz üzrə mövqeyini necə qiymətləndirirsiniz?
– Bu gün tərəfdaşlarımızla, o cümlədən rusiyalı həmkarlarımızla müzakirələrdə də qeyd olunur ki, "Şimal-Cənub" dəhlizinin Azərbaycandan keçən hissəsi əsas strateji üstünlüklərdən biridir. Bu baxımdan xüsusilə Astara terminalı və ümumilikdə Azərbaycanın logistika infrastrukturu mühüm rol oynayır.
Hazırda infrastruktur layihələrinin təxminən 92 %-i tamamlanıb. Əgər hər hansı fors-major hal baş verməzsə, yaxın 2-3 ay ərzində terminalın tam istifadəyə verilməsi gözlənilir.
- ADY Ermənistandan Azərbaycana [Gürcüstan vasitəsilə-red.] yüklərin daşınması imkanlarına malikdirmi? Ermənistan məhsuallarının ADY-nin qatarları ilə Azərbaycana tədarükü müzakirə olunurmu?
– Artıq bu gün Azərbaycan dəmir yolu infrastrukturu vasitəsilə həm Rusiyadan, həm də Qazaxıstandan Ermənistana yüklərin tranzit daşınması həyata keçirilir. Eyni zamanda, Azərbaycanın idxal rejimi çərçivəsində də yüklər daşınır.
Biz dəmir yolu operatoru olaraq bu yüklərin texniki baxımdan daşınmasını və çatdırılmasını təşkil edirik. Yük sahiblərinin maraqlarından asılı olaraq marşrutları genişləndirmək mümkündür. Bu baxımdan, Ermənistandan Azərbaycana, Ermənistandan Rusiyaya və hətta daha geniş coğrafiyada – məsələn, Çin istiqamətinə qədər daşımaların təşkili potensial olaraq mümkündür.

Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq aşağıdakı ərazilərdə təmir işlərinin aparılması planlaşdırılır:
* Rəşid Behbudov küçəsi (Şəmsi Bədəlbəyli küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissə);
* Ziya Bünyadov prospekti (Müzəffər Nərimanov küçəsindən Xəlil Rza Ulutürk küçəsinə qədər, "Koroğlu" metro stansiyası istiqamətində, hissə-hissə);
* Abbas Mirzə Şərifzadə küçəsi (Əsəd Əhmədov küçəsindən Akim Abbasov küçəsinə qədər olan hissə);
* Səməd Vurğun küçəsi (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinə qədər olan hissə);
* Bakı Dairəvi yoldan "Meyvəli Ticarət Mərkəzi"nə gedən yol.
İşlərin icra tarixi və müddəti:
* 17 aprel saat 23:00-dan 20 aprel saat 06:00-dək.
Göstərilən tarixlərdə nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan ərazilərdə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.

-
report.az
- Aleksey Overçuk: "Ağbənd körpüsü "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq"
Aleksey Overçuk: "Ağbənd körpüsü "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq"
Ağbənd körpüsü həm "Şimal-Cənub", həm də "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq.
"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, Azərbaycana səfəri çərçivəsində rəhbərlik etdiyi nümayəndə heyəti müasir avtomobil və dəmir yolu infrastrukturu ilə tanış olub, bölgədə yol şəbəkəsinin böyük hissəsinin formalaşdığını müşahidə edib: "Bu gün biz müasir avtomobil yolları ilə tanış olduq və gördük ki, yol şəbəkəsi faktiki olaraq formalaşıb. Həmçinin Ermənistanın Meğri istiqamətinə uzanan dəmir yolu xəttinin də əhəmiyyətli hissəsi hazırdır. Hazırda beynəlxalq sərhəd-keçid məntəqəsindəyik və burada yerləşən Ağbənd avtomobil körpüsü həm "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin, həm də Şərq-Qərb nəqliyyat marşrutlarının mühüm elementi kimi çıxış edir".
A.Overçuk vurğulayıb ki, Rusiya bu infrastrukturun mümkün qədər tez istifadəyə verilməsində maraqlıdır: "Rusiya bu layihənin ən qısa müddətdə işə düşməsində çox maraqlıdır. Burada yaradılan müasir infrastruktur xüsusilə rusiyalı sürücülər üçün rahat olacaq. Onlar yükləri İran, Naxçıvan və Türkiyə istiqamətində daha səmərəli şəkildə daşıya biləcəklər. Hesab edirəm ki, bu layihə iştirakçı bütün ölkələr üçün qarşılıqlı fayda verəcək və regional əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək".

-
report.az
- Rusiya rəsmisi: "Şimal-Cənub" dəhlizini genişləndirmək üçün yeni dəmir yolunun inşasında maraqlıyıq"
Rusiya rəsmisi: "Şimal-Cənub" dəhlizini genişləndirmək üçün yeni dəmir yolunun inşasında maraqlıyıq"
Rusiya "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin genişləndirilməsi çərçivəsində yeni dəmir yolu xəttinin inşasında maraqlıdır.
"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Bu layihə İranın limanlarını Rusiyanın Baltik və Azov dənizi limanları ilə birləşdirən genişləndirilmiş "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm elementi hesab olunur. Müharibə başlamazdan əvvəl dəmir yolu üçün torpaq sahələrinin alınması aktiv şəkildə həyata keçirilirdi və mart ayına qədər bu prosesin böyük hissəsi tamamlanmışdı. Rusiya şirkətləri artıq topoqrafik-geodeziya işlərinə başlamış, tikinti üçün zəruri geodeziya şəbəkəsini qurmuşdu. Faktiki tikinti işlərinə start verilmişdi. Şərait imkan verən kimi bu işlər bərpa olunacaq", - deyə o qeyd edib.

-
report.az
- Baş nazirin müavini: "Azərbaycan üzərindən keçən nəqliyyat marşrutları öz etibarlılığını sübut edib"
Baş nazirin müavini: "Azərbaycan üzərindən keçən nəqliyyat marşrutları öz etibarlılığını sübut edib"
Regionda gərgin geosiyasi şəraitə baxmayaraq, Azərbaycan üzərindən keçən nəqliyyat marşrutları öz etibarlılığını və dayanıqlılığını tam şəkildə sübut edib.
"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Şahin Mustafayev bildirib.
"Xüsusilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi bu müddətdə fasiləsiz fəaliyyət göstərərək bütün öhdəliklərini yerinə yetirdi və Azərbaycanın etibarlı tranzit ölkə olduğunu bir daha nümayiş etdirdi. Bu gün artıq aydın görünür ki, mövcud reallıqlar fonunda bu marşrutların rəqabət qabiliyyəti daha da artıb və gələcəkdə regionun əsas nəqliyyat-logistika istiqamətlərindən birinə çevrilməsi üçün ciddi zəmin formalaşıb", - deyə o qeyd edib.

BMT-nin Vyana ofisində WUF13 ilə bağlı tədbirlər keçirilib
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını ictimaiyyətə təqdim etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana ofisində və ATƏT-in Vyanadakı mənzil-qərargahında təhlükəsiz və dayanıqlı şəhərlər mövzusunda tədbirlər keçirilib.
"Report" xəbər verir ki, bu barədə məlumat "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında yayılıb.
"Tədbirlər Azərbaycanın Vyanadakı beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO), Məskunlaşma Proqramı (UN-Habitat), ATƏT və Vyana Şəhər meriyası tərəfindən birgə təşkil olunub", - məlumatda bildirilib.
Qeyd olunub ki, tədbirlər çərçivəsində Bakıda keçiriləcək WUF13-ün hazırlıq işləri, eləcə də bu kontekstdə Azərbaycanın əsas məqsədləri barədə məlumat verilib. Həmçinin şəhərsalma, yaşıl transformasiya, iqlim dəyişikliyi, dayanıqlı şəhərlər və əlçatan mənzil təminatı mövzularında müzakirələr aparılıb. Bundan əlavə, iştirakçılar şəhərlərin inkişafı və transformasiyası kontekstində Vyana, Bakı və Bazel şəhərlərinin təcrübələri ətrafında fikir mübadiləsi aparıblar.
Müzakirələrdə Azərbaycan tərəfini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aparat rəhbərinin müavini və WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva və Xarici İşlər Nazirliyinin iqlim diplomatiyası idarəsinin rəisi Elçin Allahverdiyev təmsil ediblər.
Tədbirlərdə Vyanada yerləşən beynəlxalq və regional təşkilatlarda akkreditə olunmuş ölkələrin nümayəndələri, eləcə də müvafiq ekspertlər iştirak ediblər.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası 17–22 may tarixlərində Bakıda keçiriləcək.

-
report.az
- Azərbaycan və Rusiya rəsmiləri Ağbənd avtomobil körpüsünün icra vəziyyəti ilə tanış olublar
Azərbaycan və Rusiya rəsmiləri Ağbənd avtomobil körpüsünün icra vəziyyəti ilə tanış olublar
Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının üzvləri Ağbənd avtomobil körpüsü layihəsinin icra vəziyyəti ilə tanış olublar.
"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bu körpü regionun nəqliyyat əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacaq.
Xatırladaq ki, bu gün Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib. Görüşdə ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyası, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri əsas müzakirə mövzuları olub.
Hökumətlərarası Dövlət Komissiyasının həmsədrləri Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçukdur.

AAYDA: Bibiheybət yolunda bərpa işləri yekunlaşdırılıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) intensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərini yekunlaşdırıb.
Bu barədə "Report"a qurumdan bildirilib.
Məlumata görə, ərazidə mümkün əlavə risklərin qarşısını almaq üçün qabaqlayıcı və təhlükəsizlik tədbirləri də paralel şəkildə həyata keçirilib.
Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün genişmiqyaslı bərpa işləri aparılıb. "İnşaat Norma və Qaydaları"na uyğun olaraq yeni torpaq yatağı və yol əsası inşa edilib, daha sonra həmin hissəyə tələb olunan qalınlıqda yeni asfalt örtüyü döşənib. Bununla yanaşı, ərazi boyunca səth sularının effektiv şəkildə kənarlaşdırılması üçün xüsusi drenaj tədbirləri görülüb.
Əraziyə cəlb olunmuş işçi qüvvəsi və xüsusi texnikaların fasiləsiz və operativ fəaliyyəti nəticəsində təxirəsalınmaz tədbirlər qısa zamanda və yüksək keyfiyyətlə başa çatdırılıb. Nəticədə yol yenidən sürücülərin istifadəsinə verilib və vətəndaşların rahat, təhlükəsiz hərəkəti təmin olunub.
Beləliklə, daha bir ərazidə nəqliyyat infrastrukturunun dayanıqlılığı bərpa edilərək əhalinin gündəlik gediş-gəlişi üçün əlverişli şərait yaradılıb.

-
report.az
- Rusiya Baş nazirinin müavini: "Rəşt–Astara dəmir yolu fasiləsiz nəqliyyat əlaqəsi üçün mühümdür"
Rusiya Baş nazirinin müavini: "Rəşt–Astara dəmir yolu fasiləsiz nəqliyyat əlaqəsi üçün mühümdür"
Rəşt–Astara dəmir yolu xəttinin tikintisi üzrə işlər davam edir və bu layihə Rusiya, Baltik və Şimal dənizləri ilə Fars körfəzi arasında fasiləsiz nəqliyyat əlaqəsinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
O, qeyd edib ki, daşıyıcılar üçün daha əlverişli şəraitin yaradılması istiqamətində işlər davam etdirilir: "Xüsusilə yükdaşıma tariflərinə geniş diqqət yetirilib və bu istiqamətdə müzakirələr aparılır. Eyni zamanda beynəlxalq avtomobil daşımalarında elektron yük qaimələrinin (e-CMR) tətbiqi üzrə tərəflər birgə işi davam etdirir".

Aleksey Overçuk: "Xəzərdə kruiz daşımalarının başlanılması perspektivlidir"
Xəzər dənizində kruiz daşımalarının başlanması perspektivlidir.
"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
Onun sözlərinə görə, sözügedən təşəbbüs turistlərin Xəzəryanı ölkələrin dəniz limanlarına səfər etməsinə yeni imkanlar yarada bilər: "Bu istiqamətdə layihələrin həyata keçirilməsi regionda turizm əməkdaşlığının daha da genişlənməsinə töhfə verəcək. Xəzər hövzəsində kruiz daşımalarının təşkili həm iqtisadi, həm də humanitar əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir".

"Azərbaycan Dəmir Yolları" Sabunçuda yolun çökməsinə münasibət bildirib
"Azərbaycan Dəmir Yolları" QSC Bakının Sabunçu qəsəbəsində Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşən və avtomobillərin maneəsiz hərəkəti üçün inşa edilmiş yeraltı yolda baş vermiş çökməyə münasibət bildirib.
Qurumdan "Report"un sorğusuna cavab olaraq qeyd edilib ki, tuneldə yolun bir hissəsinin çökməsinə səbəb sonuncu güclü yağıntılar zamanı tunelin çıxışındakı kanalizasiya quyusunun daşması olub.
"Aidiyyəti qurumlarla birgə tunel ərazisində əsaslı təmir işləri aparıldıqdan sonra yolun bərpasına başlanılacaq", - məlumatda vurğulanıb.

Azərbaycan və Rusiya arasında "e-CMR" üzrə "yol xəritəsi" imzalanıb
Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası çərçivəsində "e-CMR" üzrə "yol xəritəsi" imzalanıb.
"Report" Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, sənədi Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.
Sənəd Azərbaycan və Rusiyada elektron beynəlxalq yükdaşıma qaiməsinin (e-CMR) tətbiqi üçün şəraitin yaradılmasını nəzərdə tutan "yol xəritəsi"ndən gedir.
Sənəd avtomobil nəqliyyatı sahəsində rəqəmsallaşmanın genişləndirilməsi, yükdaşımaların daha operativ və şəffaf həyata keçirilməsi, həmçinin iki ölkə arasında nəqliyyat-logistika əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədi daşıyır.

-
report.az
- Rusiya Baş nazirinin müavini: "Şimal-Cənub" dəhlizi Avrasiya üçün strateji əhəmiyyətlidir"
Rusiya Baş nazirinin müavini: "Şimal-Cənub" dəhlizi Avrasiya üçün strateji əhəmiyyətlidir"
"Şimal-Cənub" dəhlizi Avrasiya üçün strateji əhəmiyyət daşıyır.
"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
A. Overçuk nəqliyyat əməkdaşlığını iki ölkə münasibətlərinin əsas istiqamətlərindən biri kimi qiymətləndirib.
"Avrasiyada nəqliyyat əlaqələrinin gücləndirilməsi, xüsusilə ‘Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq prioritet istiqamət olaraq qalır. Hazırda bu marşrut üzrə yeni əlavə dəyər zəncirləri formalaşır. Dəhlizin qərb marşrutunun inkişafı və əvvəl əldə olunmuş razılaşmaların icrası isə xüsusi diqqət mərkəzində saxlanılır", – deyə o qeyd edib.

Aleksey Overçuk: "Azərbaycan vətəndaşlarımızın İrandan təxliyəsinə mühüm dəstək verib"
Azərbaycan Rusiyanın vətəndaşlarının İrandan təxliyəsinə mühüm dəstək göstərib.
"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
"Azərbaycan qonaqpərvərliyi və səmimiyyəti ilə seçilir. Buraya gələn hər kəs bunu dəfələrlə hiss edir. Biz buna görə sizə çox minnətdarıq. İlk növbədə Azərbaycan rəhbərliyinə və Prezident İlham Əliyevə təşəkkür edirəm. İrandan Rusiya vətəndaşlarının təxliyəsi və İran xalqı üçün humanitar yüklərin çatdırılması zamanı göstərilən kömək və dəstəyə görə minnətdarıq", - o vurğulayıb.
Onun sözlərinə görə, Novruz bayramı ilə bağlı qeyri-iş günlərinə baxmayaraq, Azərbaycan tərəfi operativ şəkildə bütün zəruri şəraiti yaradıb:
"Azərbaycanın dəstəyi ilə 500-dən çox Rusiya vətəndaşı İrandan təxliyə olunub, eyni zamanda dərman vasitələri və ərzaq məhsullarından ibarət humanitar yüklərin çatdırılması təmin edilib. Bu cür əməkdaşlıq iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir".

Azərbaycan və Rusiya arasında avtomobillə yük daşımalarının həcmi açıqlanıb
Ötən il Azərbaycan və Rusiya arasında avtomobillə yük daşımalarının həcmi 5,4 milyon tondan artıq olub.
"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
Onun sözlərinə görə, əvvəlki illə müqayisədə sözügedən göstərici təxminən 9 % artıb.
"Bu gün imzalanması nəzərdə tutulan "e-CMR" elektron qaiməsinin tətbiqi üzrə yol xəritəsi mühüm əhəmiyyət kəsb edir. Bu sənədin həyata keçirilməsi nəqliyyat-logistika sahəsinin rəqəmsallaşdırılması yolunda mühüm addım olacaq, daşıma prosedurlarını əhəmiyyətli dərəcədə sadələşdirməyə və ölkələrimiz arasında yük axınlarının şəffaflığını və səmərəliliyini artırmağa imkan verəcək", - deyə hökumət rəsmisi qeyd edib.
Ş.Mustafayev əlavə edib ki, coğrafi mövqeyinə görə Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" marşrutlarında mühüm tranzit qovşağı kimi çıxış edir: "Tərəfdaşlarımızla, o cümlədən Rusiya ilə birlikdə bu dəhlizləri tam buraxılış gücünə çıxarmaq məqsədilə infrastrukturun modernizasiyası və inkişafı üzrə sistemli iş aparılır. Azərbaycan öz ərazisində nəqliyyat infrastrukturunun inkişafına böyük investisiyalar yatırıb".

Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq
Zəngəzur dəhlizinin mühüm həlqəsi olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.
"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
Onun sözlərinə görə, bu dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 110 km, yan yollar nəzərə alınmaqla isə təxminən 140 km təşkil edir: "Hazırda layihənin həyata keçirilmə səviyyəsi təxminən 75 %-dir. Əsas tikinti işləri artıq yerinə yetirilib".

Cəlilabadın mərkəzində qəzalı vəziyyətə düşən yollar təmir ediləcək
Cəlilabad şəhərinin bəzi küçələri uzun müddət təmir edilmədiyi üçün qəzalı vəziyyətə düşüb.
Bu barədə "Report"un Muğan bürosuna rayon sakinləri məlumat verib.
Sakinlər xüsusilə Rayon Mərkəzi Xəstəxanasının yerləşdiyi Mehdi Hüseyn, həmçinin İlqar Zeynalov, Babək və Cavadxan küçələrində yolların vəziyyətindən narazıdırlar.
Onlar deyiblər ki, şəhərin bəzi ərazilərindəki yollarda təmir-bərpa işləri aparılsa da, həmin küçələr diqqətdən kənar qalıb. Yolların bərbad vəziyyətdə olması həm sürücülər, həm də piyadalar üçün ciddi problemlər yaradır. Asfalt örtüyünün dağılması nəticəsində yollarda iri çuxurlar əmələ gəlib. Bu isə nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, avtomobillərin tez-tez nasaz hala düşməsinə səbəb olur, sürücülərə maddi ziyan vurur.
Problemlə bağlı Cəlilabad rayon icra hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələ haqqında məlumatlıdırlar.
"Hava şəraiti düzələn kimi sözügedən küçələrdə təmir işləri aparılacaq", - nümayəndəlikdən bildirilib.

Baş nazirin müavini: "Şimal-Cənub" dəhlizi rəqabət qabiliyyətini təsdiq edib"
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi rəqabət qabiliyyətini təsdiq edib.
"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
Onun sözlərinə görə, dəhliz etibarlı şəkildə fəaliyyət göstərir və indiki son dərəcə mürəkkəb şəraitdə fasiləsiz yük axınlarını təmin edir: "Bu şəraitdə dəhliz praktikada öz həyat qabiliyyətini və rəqabət qabiliyyətini təsdiq edib".
"Biz dəhlizin rəqəmsallaşdırılması üçün birgə səylər göstəririk ki, bu da marşrutun bütün uzunluğunda logistik prosesləri əhəmiyyətli dərəcədə sürətləndirməyə imkan verəcək. 2026-cı ilin 2 ayında "Şimal–Cənub" istiqamətində davamlı müsbət dinamika müşahidə olunur: tranzit daşımaların həcmi 23 % artıb, bu zaman xüsusilə əhəmiyyətli artım dəmir yolu daşımalarında 61 %, həmçinin avtomobil daşımalarında 13 % artım qeydə alınıb ki, bu da dəhlizin artan rolunu və ona tələbatı təsdiq edir. Bu kontekstdə həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan "Şimal–Cənub" dəhlizi ilə bağlı Hökumətlərarası Saziş çərçivəsində nəzərdə tutulmuş işləri tam yerinə yetirir", - deyə hökumət rəsmisi əlavə edib.
Bundan başqa, o xatırladıb ki, üxtəlif istiqamətlərdən, o cümlədən Rusiyadan Azərbaycan ərazisi vasitəsilə Ermənistana yük daşınmasına məhdudiyyətlər aradan qaldırılıb: "Bu addım regionda etimadın möhkəmləndirilməsinə yönəlib və regional əlaqələrin inkişafına, iqtisadi qarşılıqlı əlaqələrin, nəqliyyat-logistika əməkdaşlığının genişləndirilməsinə kömək edir. Bu günə qədər Azərbaycan ərazisi vasitəsilə Rusiyadan Ermənistana tranzitlə əsas hissəsini buğda və gübrələr təşkil edən təxminən 26 min ton yük çatdırılıb".

İşğaldan azad edilmiş ərazilərdə 1 400 km-dən çox avtomobil yolu tikilib
İndiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1 400 km-dən çox avtomobil yolu tikilib.
"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
Bundan başqa, onun sözlərinə görə, həyata keçirilən layihələr çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 120 km-dən çox dəmir yolu xətti çəkilib, 7 tunelin tikintisi tam başa çatdırılıb, daha 31 tuneldə qazma işləri yekunlaşdırılıb, həmçinin 392 körpü inşa edilib.
"Eyni zamanda artıq üç beynəlxalq hava limanı istifadəyə verilib, yaşayış məntəqələri və kəndlər, məktəblər və xəstəxanalar fəal şəkildə tikilir, müasir energetika, su təchizatı, rabitə və digər zəruri infrastruktur obyektləri yaradılır ki, bu da regionun davamlı sosial-iqtisadi inkişafının əsasını formalaşdırır", - deyə hökumət rəsmisi qeyd edib.

Anar Quliyev Biləsuvarda vətəndaşları qəbul edib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Biləsuvar şəhərində vətəndaşları qəbul edib.
"Report" Komitəyə istinadən xəbər verir ki, qəbulda Biləsuvar, Şirvan, Hacıqabul, Cəlilabad, Salyan və Neftçala sakinlərinin müraciətlərinə baxılıb, torpaq sahələrinin ayrılması, şəhərsalma və tikinti normalarına uyğun icazə prosedurları ətrafında müzakirələr aparılıb.
Komitə sədri qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun operativ həlli üçün aidiyyəti struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib.
Həmçinin şəffaflığın təmin edilməsi və vaxt itkisinin qarşısının alınması məqsədilə yaradılmış Elektron Tikinti Portalı (e-tikinti.gov.az) barədə də vətəndaşlara məlumat verilib.

Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının üzvləri Ağalıda olub
Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının iclasında iştirak edən nümayəndə heyəti Zəngilan rayonuna səfəri çərçivəsində Ağalı kəndinə baş çəkərək burada həyata keçirilən bərpa və quruculuq işləri ilə tanış olub.
*Report"un Ağalıya ezam olunmuş müxbiri xəbər verir ki, səfər zamanı qonaqlara 2021-ci ilin aprelində təməli qoyulmuş bu "Ağıllı kənd" barədə ətraflı məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində müasir və innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya edilmiş 200 fərdi yaşayış evi, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilərək istifadəyə verilib.
Nümayəndə heyəti kənd sakinləri ilə görüşüb, onların gündəlik yaşayışı ilə maraqlanıb və yerli sakinlərin hazırladığı milli şirniyyatlara qonaq olub.

Qarabağ və Şərqi Zəngəzurda 4 min kilometrə yaxın avtomobil yolu çəkiləcək
Azərbaycanın azad edilmiş ərazilərində ümumi uzunluğu 3 878,1 km olan 68 layihə üzrə tikinti işlərinin aparılması nəzərdə tutulur.
Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, hazırda azad edilmiş ərazilərdə ümumi uzunluğu 2 432,8 km olan 38 layihə üzrə tikinti işləri davam etdirilir:
"Ümumi uzunluğu 71,2 km olan 48 tunelin tikintisi nəzərdə tutulur, 13,6 km-lik 7 tunelin tikintisi başa çatdırılıb. Bundan əlavə, 57,6 km-lik 41 tunelin tikintisi isə davam etdirilir".
Məlumata əsasən, Qarabağ və Şərqi Zəngəzurda ümumi uzunluğu 9 581,6 metr olan 447 körpünün tikintisi nəzərdə tutulur: "8 839,1 metrlik 392 körpü artıq inşa edilib. Ümumi uzunluğu 3 871 metr olan 16 viadukun tikintisi də planlaşdırılır. Uzunluğu 1 965 metr olan 9 viadukun tikintisi başa çatdırılıb".

-
report.az
- Latviyalı nazir: "Azərbaycanın logistik potensialı Avropa üçün böyük imkandır" - EKSKLÜZİV
Latviyalı nazir: "Azərbaycanın logistik potensialı Avropa üçün böyük imkandır" - EKSKLÜZİV
Azərbaycanın logistik potensialı Avropa üçün böyük imkandır.
Bunu "Report"a açıqlamasında Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze bildirib.
O, Azərbaycanın aqrar məhsullarının, xüsusən də pomidorunun Latviya bazarına ixracı üçün böyük logistik potensialın olduğunu diqqətə çatdırıb: "Şuşada keçirilmiş Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclası əhəmiyyətli hadisə idi. Biz həm əməkdaşlıq üçün yeni istiqamətlər müəyyən etdik, həm də Azərbaycandakı ikitərəfli görüşlərimizdə konkret sahələrə toxunduq. Mən Azərbaycana dəfələrlə səfər etmişəm və sizin tərəvəzlərinizə heyranam. Hazırda Rusiya ilə bağlı müəyyən logistik çətinliklər olsa da, mən bu gözəl və dadlı tərəvəzlərin Latviyaya çatdırılması üçün böyük imkanlar görürəm. Madridlə Riqa arasındakı məsafə təxminən 3 900 km olduğu halda, Bakı ilə Riqa arasındakı məsafə 3 200 km-dir. Yəni, Azərbaycan heç də uzaq deyil".
Nazir əlavə edib ki, praktiki əməkdaşlıq çərçivəsində heyvandarlıq və meşəçiliyə xüsusi diqqət yetiriləcək: "Əsas diqqət mərkəzində kənd təsərrüfatı, heyvandarlıq və yerli fermerlər üçün damazlıq materialların tədarükü dayanır. Eyni zamanda meşəçilik sahəsində informasiya mübadiləsi və birgə müəssisələrin yaradılması ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məhv edilmiş meşələrin bərpasına kömək edə bilərik".
A. Krauze Latviyanın kənd təsərrüfatı sığortası sisteminin Azərbaycanda tətbiqi imkanlarından danışarkən, risklərin idarə edilməsinin vacibliyini qeyd edib: "Dövlət olaraq biz həm milli, həm də Avropa İttifaqının subsidiyaları hesabına sığorta xərclərinin bir hissəsini qarşılayırıq. Növbəti yeddi il üçün iqlim dəyişikliyinin mənfi təsirləri və böhran vəziyyətləri üçün xüsusi fondların yaradılması üzərində işləyirik. Bu sistem birbaşa bizim və ittifaqın subsidiya siyasəti ilə bağlıdır".
Nazir vurğulayıb ki, tərəflər arasında film istehsalı və kino sənayesi sahəsində təcrübə mübadiləsi aparılması da nəzərdə tutulur: "Bizim ölkənin paytaxtı Riqada hazırda bir çox filmlər çəkilir; biz bu təcrübəni Bakıda da tətbiq edə bilərik. Məşhur klassik 'Cırtdan' filmini hamımız xatırlayırıq - bu sahədə böyük potensial var və bu, əməkdaşlıq edə biləcəyimiz sahələrdən yalnız biridir".

-
report.az
- Slovakiya və Azərbaycan dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Slovakiya və Azərbaycan dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov və "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov Orta Dəhlizin daha da inkişaf etdirilməsi və Azərbaycanın dəmir yolu infrastrukturunun modernləşdirilməsi məsələlərini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə səfir "X" hesabında yazıb.
"Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmovla məhsuldar görüş keçirildi. Biz Orta Dəhlizin daha da inkişaf etdirilməsini və dəmir yolu infrastrukturunun modernləşdirilməsini müzakirə etdik", - səfir bildirib.
Onun sözlərinə görə, tərəflər Slovakiya şirkətləri və banklarının iştirakı ilə qeyd olunan istiqamətdə əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər.
"Bu, Azərbaycanla Slovakiya arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malik konstruktiv və perspektivli dialoq oldu", - səfir vurğulayıb.

Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə "Report"a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Maştağa ETSİ-nin ərazisində 35/6 kV-luq 492 saylı yarımstansiyada yeni 16 MVA gücündə transformator dövrəyə qoşulacaq.
Məlumata görə, yenidənqurma işi ilə əlaqədar saat 12:00-dan 16:00-dək Maştağa, Ramana qəsəbələrinin və Savalan daş karxanası yaşayış ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur
Bakının bəzi yollarında sıxlıq müşahidə olunur.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət belədir:
1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
7. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
8. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
9. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
12. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

"Sea Breeze Resort" istirahət zonasına su fondundan 55 hektar torpaq sahəsi ayrılıb
Nazirlər Kabineti "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması haqqında" qərar qəbul edib.
"Report" xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsinin şimal hissəsində "Sea Breeze Resort" istirahət zonası üçün yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə əlaqədar Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında 9,08 hektar və su akvatoriyasında 46,0 hektar olmaqla, sahilboyu zolağa bitişik biri düzbucaqlı və digəri gəmi formasında olan iki süni torpaq sahəsinin yaradılması məqsədilə ümumilikdə 55,08 hektar su fondu torpaq sahəsi ayrılıb.

Edqars Skuya: "Latviya Orta Dəhlizdə iştirak etməkdə maraqlıdır"
Latviya Orta Dəhliz layihəsində iştirak etməyə maraq göstərir.
"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclasında çıxış edib.
O əlavə edib ki, ölkəsi regional nəqliyyat layihələrində iştirak etmək niyyətindədir: "Latviya logistika, multimodal nəqliyyat və rəqəmsal həllər sahələrində Orta Dəhlizin inkişafına töhfə verməkdə maraqlıdır. Biz Avropa-Asiya bağlılığını gücləndirən və regionda sülhə töhfə verən regional bağlantı layihələrinin inkişafını qətiyyətlə dəstəkləyirik".
E.Skuya gələn həftə Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfərinin iqtisadi əlaqələrə yeni dinamika qazandıracağını qeyd edib: "Bu səfər ikitərəfli münasibətlərə və iqtisadi əlaqələrə yeni təkan verəcək. İki ölkənin bələdiyyələri arasındakı əlaqələri də qeyd etmək istərdim. Latviya bələdiyyələrinin nümayəndə heyəti bu ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda iştirak edəcək".

Azərbaycan-Latviya Biznes Şurası yaradıla bilər
Azərbaycan və Latviya arasında biznes əlaqələrinin genişləndirilməsi məqsədilə iki ölkə arasında Biznes Şurasının yaradılması təklif olunub.
"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bu təkliflə iqtisadiyyat nazirinin müavini Anar Axundov Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclasında çıxış edib.
"Azərbaycan-Latviya Birgə Biznes Şurasının yaradılması kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlığın inkişafına mühüm töhfə verə bilər. İki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün biznes forumların, B2B görüşlərin təşkili, eləcə də qarşılıqlı biznes missiyalarının həyata keçirilməsi vacibdir", - o vurğulayıb.
A.Axundov əlavə edib ki, əməkdaşlıq kənd təsərrüfatı, sənaye, turizm və texnologiya transferi ilə yanaşı, "yaşıl iqtisadiyyat" sahəsində də genişləndirilə bilər: "Latviyanın meşələrin bərpası və yaşıllaşdırma sahəsində təcrübəsi Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə tətbiq oluna bilər".

AYNA: "Qırmızı Körpü" gömrük postunda 800 avtomobil gözləyir
Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı Körpü" gömrük postunda 800 avtomobil gözləyir.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, "Astara" gömrük postunda 83, "Mazımqara" gömrük postunda 2, Samur gömrük postunda 235 yük maşını var.
Eyni zamanda, Xanoba gömrük postunda gözləyən avtomobillərin sayı isə 10-dur.
Məlumata görə, hazırda Biləsuvar gömrük postunda gözləyən avtomobil yoxdur.

-
report.az
- Azərbaycan ictimai nəqliyyatın vahid sistemə inteqrasiyası üzrə Çexiya təcrübəsini öyrənir
Azərbaycan ictimai nəqliyyatın vahid sistemə inteqrasiyası üzrə Çexiya təcrübəsini öyrənir
Azərbaycan nümayəndə heyəti şəhər mobilliyi və ictimai nəqliyyatın təşkili sahəsində intellektual yanaşmaları öyrənmək üçün təlim məqsədilə Çexiyaya səfər edib.
"Report" xəbər verir ki, bunu "Škoda Group"un satış üzrə meneceri Helena Xronik sosial şəbəkə hesabında bildirib.
Səfər proqramına Avropada inteqrasiya olunmuş nəqliyyat xidmətinin ən qabaqcıl koordinatorlarından biri hesab edilən "ROPID" şirkətinə ziyarət daxildir. Burada Azərbaycan nümayəndə heyətinə metro, tramvay, avtobus və dəmir yolunun sinxronlaşdırılmış hərəkət cədvəli və ümumi tarif sistemi ilə vahid orqanizm kimi işlədiyi model təqdim olunacaq.
H.Xronikin sözlərinə görə, Praqanın nəqliyyat sistemi müxtəlif nəqliyyat növlərinin vahid struktura yüksək dərəcədə inteqrasiyası sayəsində xüsusi maraq doğurur. Bu, təkcə sərnişinlər üçün rahatlığı artırmır, həm də şəhər infrastrukturuna düşən yükü əhəmiyyətli dərəcədə azaldır.
Rəqəmsal həllərə xüsusi diqqət yetiriləcək. Nümayəndə heyəti Mərkəzi Avropada gediş haqqının ödənilməsi sahəsində ən əhatəli rəqəmsal həllərdən biri olan "Lítačka" platformasını hazırlamış "Operator ICT" şirkəti ilə danışıqlar aparacaq.
Görüşdə tərəflər elektron bilet satışı sistemlərinin tətbiqini, həmçinin sərnişin axınının monitorinqi, yüklənmənin proqnozlaşdırılması və şəhər mobilliyinin strateji planlaşdırılması üçün böyük məlumatlar (big data) texnologiyalarından istifadəni müzakirə edəcəklər.
"Biz müasir mobillik sahəsində Çexiyanın təcrübə və ekspertizasını bölüşmək imkanını yüksək qiymətləndiririk və bu səfərin Çexiya ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə ümid edirik", - H. Xronik vurğulayıb.
Tədris missiyası Çexiyanın Sənaye və Ticarət Nazirliyinin, Nəqliyyat Nazirliyinin, "CzechTrade" agentliyinin, eləcə də Çexiyanın Bakıdakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Azərbaycan Asiya İnkişaf Bankı ilə aviasiya layihələrini müzakirə edib
Azərbaycan və Asiya İnkişaf Bankı (ADB) arasında dəmir yolu, metro və aviasiya sahələrində icra olunan layihələr müzakirə edilib.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
Müzakirələr nazirin ADB-nin Mərkəzi və Qərbi Asiya Departamentinin Baş direktoru Leah Gutierrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə baş tutub.
"Görüşdə ADB və Azərbaycan arasında uzunmüddətli və strateji əməkdaşlığın inkişafı, eləcə də nəqliyyat sektorunda həyata keçirilən iri layihələr ətrafında fikir mübadiləsi apardıq. Həmçinin dəmir yolu, metro və aviasiya sahələrində icra olunan və planlaşdırılan layihələr, əlavə maliyyələşdirmə imkanları, qərarların sürətləndirilməsi mexanizmləri, eləcə də rəqəmsallaşma və dayanıqlı inkişaf istiqamətlərində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etdik"-deyə nazir qeyd edib.
Xatırladaq ki, İndiyə qədər ADB Azərbaycanda 145 layihə üzrə təxminən 5,5 milyard ABŞ dolları məbləğində maliyyələşmə həyata keçirib. Ən böyük maliyyələşdirmə istiqamətləri nəqliyyat (1,5 milyard ABŞ dolları) və energetikadır (1,7 milyard ABŞ dolları).
Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya yatırmağa hazırdır.
ADB 1966-cı ildə yaradılıb, Baş qərargahı Manilada yerləşir. Bank 69 səhmdar ölkəni birləşdirir, onlardan 50-si Asiya-Sakit okean regionu dövlətləridir. Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür.

Vüsal Nəsirli Masallıda vətəndaşları qəbul edəcək
Aprelin 24-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli Masallı şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə "Report"a agentlikdən bildirilib.
Məlumata əsasən, qəbulda Masallı və Yardımlı rayonlarının sakinləri iştirak edə bilər.
Vətəndaşlar 15-17 aprel tarixlərində Agentliyə rəsmi şəkildə info@aayda.gov.az elektron ünvanı və ya poçt vasitəsilə müraciət edərək, həmçinin (012) 599-79-75 Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Hava şəraiti ilə bağlı yollarda endirilən sürət həddi bərpa edilib - YENİLƏNİB
Hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib, portallarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hazırda hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol " işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
