Normal view

Dünən — 14 Avqust 2026

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib

“Qarabağ” UEFA Konfrans Liqasında pley-offa yüksəlib. Ağdam təmsilçisi Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 12-ci dəqiqədə Jali Muaddib və 69-cu dəqiqədə Aleksey Kaşuk vurub. Ümumi hesabda rəqibini 2:1 üstələyən “Qarabağ” adını pley-offa yazdırıb. Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının [...]

Source

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib

“Qarabağ” UEFA Konfrans Liqasında pley-offa yüksəlib. Ağdam təmsilçisi Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 12-ci dəqiqədə Jali Muaddib və 69-cu dəqiqədə Aleksey Kaşuk vurub. Ümumi hesabda rəqibini 2:1 üstələyən “Qarabağ” adını pley-offa yazdırıb. Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının [...]

Source

UEFA Konfrans Liqası: <span style="color: #ff0000;">"Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlandı</span>

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Niderland təmsilçisi məlumat yayıb.
 
Qarşılaşma avqustun 20-də "Qrols Veste" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
 
Xatırladaq ki, cavab oyunu avqustun 27-də Bakıda baş tutacaq.
 

UEFA reytinqi: "Qarabağ"ın qələbəsi Azərbaycanın əmsalını artırıb

Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artıb.
 
Moderator.az xəbər verir ki, bu, "Qarabağ"ın Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın "Dinamo" (Kiyev) komandasını məğlub etməsi (2:0) sayəsində mümkün olub.
 
Ölkə hazırda 21,687 əmsalla 26-cı pillədə qərarlaşıb. "Köhlən atlar"ın qələbəsi sayəsində Azərbaycanın hesabına daha 0,500 əmsal əlavə olunub.
 
Sloveniya (22,718) 25-ci, Slovakiya (20.500) 27-ci yerdədir.
 
Reytinqə 101.852 əmsalla İngiltərə başçılıq edir.
 

Azərbaycan çempionatı bu gün başlayır: <span style="color: #ff0000;">"Turan Tovuz" "Qəbələ"yə qarşı</span>

Bu gün Misli Premyer Liqasında yeni mövsümə start verilir.
 
Moderator.az xəbər verir ki, ilk oyun günündə "Turan Tovuz" "Qəbələ" ilə üz-üzə gələcək.
 
Tovuz şəhər stadionunda keçiriləcək matç saat 19:30-da başlayacaq.
 
Qeyd edək ki, Misli Premyer Liqasının ilk turunda daha beş görüş keçiriləcək.
 
Belə ki, "Araz-Naxçıvan" "İmişli"ni, "Sabah" "Kəpəz"i avqustun 15-də, "Sumqayıt" "Neftçi"ni, "Zirə" "Şəfa"nı avqustun 16-da qəbul edəcək.
 
Tura avqustun 17-də keçiriləcək "Qarabağ" - "Şamaxı" matçı ilə yekun vurulacaq.
 
14 avqust
 
Misli Premyer Liqası
 
I tur
 
19:30, "Turan Tovuz" - "Qəbələ".
 
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev.
 
VAR: Elçin Məsiyev.
 
AVAR: Gülnurə Əkbərzadə.
 
Hakim-inspektor: Babək Quliyev.
 
AFFA nümayəndəsi: Elgiz Abbasov.
 
Tovuz şəhər stadionu
Sırağagün

“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi! 

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq.Oxu24.com  xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da 3-cü mərhələnin cavab matçına çıxıb.Qurban Qurbanovun komandası Bakıda Kiyev "Dinamo"sunu qəbul edib. Matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ" səfərdə keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzub. İki oyunun nəticəsinə əsasən Qurban Qurbanovun komandası "pley-off" mərhələsinə vəsiqə qazanıb."Qarabağ" "pley-off"da “Tvente” (Niderland) - DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda isə "Tvente" rəqibini darmadağın edib - 6:0.13 avqustUEFA Konfrans Liqası3-cü təsnifat mərhələsinin cavab oyunu20:00."Qarabağ" (Azərbaycan) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:0 Qol: Jali Muaddib, 12, Aleksey Kaşuk, 69Hakimlər: Stüart Attvell, Yan Hussin, Nik Qrinhalq (İngiltərə)İlk oyun - 0:1Bakı.Tofiq Bəhramov adına Respublika stadionu

İstidə idman edənlərə xəbərdarlıq 

Yay aylarında idman sağlamlıq üçün faydalı olsa da, yüksək temperatur zamanı eyni intensivlikdə məşq etmək susuzlaşma, istilik tükənməsi və hətta istilik vurması riskini artırır.Mütəxəssislər isti havalarda idman edənlərə bir sıra vacib tövsiyələr veriblər.Onların sözlərinə görə, isti havada orqanizm həm fiziki yüklənmənin, həm də yüksək temperaturun yaratdığı gərginliklə eyni vaxtda mübarizə aparmalı olur. Bu səbəbdən bədən temperaturu təhlükəli həddə qədər yüksələ bilər.Mütəxəssislər yay aylarında açıq havada idman üçün ən uyğun vaxtın səhər erkən və ya axşam saatları olduğunu bildirirlər. Xüsusilə saat 11:00-dan 17:00-dək açıq havada intensiv fiziki fəaliyyət tövsiyə edilmir. Bu saatlarda həm günəş şüalarının təsiri, həm də asfalt və digər səthlərdən yayılan istilik orqanizmə əlavə yük yaradır.Bununla yanaşı, isti havalarda məşqin intensivliyini azaltmaq, məşq müddətini qısaltmaq və daha çox fasilə vermək tövsiyə olunur. Orqanizmin yüksək temperatura uyğunlaşması üçün müəyyən vaxt tələb olunur.Mütəxəssislər vurğulayırlar ki, susuzluq hissini gözləmədən gün ərzində kifayət qədər maye qəbul edilməlidir. Uzunmüddətli və intensiv məşqlər zamanı isə tərləmə nəticəsində itirilən elektrolitlərin bərpası da vacib hesab edilir.İsti havalarda açıq rəngli, yüngül və nəfəs alan idman geyimlərinin seçilməsi, baş örtüyündən, gün eynəyindən və ən azı SPF 30 qoruma dərəcəsinə malik günəşdən qoruyucu kremdən istifadə edilməsi də tövsiyələr sırasındadır.Mütəxəssislər xəbərdarlıq edirlər ki, məşq zamanı başgicəllənmə, güclü halsızlıq, baş ağrısı, ürəkbulanma, əzələ qıcolmaları və ya qeyri-adi yorğunluq hiss olunarsa, fiziki fəaliyyət dərhal dayandırılmalıdır. Çaşqınlıq, huşun itməsi, tarazlığın pozulması və isti, quru dəri isə istilik vurmasının əlamətləri ola bilər və belə hallarda təcili tibbi yardım tələb olunur.Qeyd edilir ki, havanın rütubəti də istiliyin orqanizmə təsirini artıran əsas amillərdən biridir. Yüksək rütubət zamanı tərin buxarlanması çətinləşdiyi üçün bədən özünü lazımi səviyyədə soyuda bilmir.Həmçinin bəzi dərmanlar – xüsusilə sidikqovucular, təzyiq əleyhinə preparatlar, antihistaminlər və antidepressantlar – susuzlaşma və həddindən artıq qızma riskini artıra bilər. Bu səbəbdən müntəzəm dərman qəbul edən şəxslərə isti havalarda intensiv idman etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.Mütəxəssislərin sözlərinə görə, yaşlılar, uşaqlar, hamilə qadınlar, ürək-damar xəstəlikləri və diabetdən əziyyət çəkən şəxslər yüksək temperaturun təsirinə daha həssas olduqları üçün xüsusilə ehtiyatlı olmalıdırlar.Onlar vurğulayırlar ki, yay aylarında idmanın əsas məqsədi rekord nəticə göstərmək deyil, orqanizmin siqnallarını nəzərə alaraq təhlükəsiz şəkildə fiziki aktivliyi davam etdirməkdir./qaynarinfo

&ldquo;Səbail&rdquo;in yeni rəhbərləri - FOTO

“Səbail”in yeni rəhbərləri müəyyənləşib. Modern.az xəbər verir ki, klubun yeni İdarə Heyəti Amin Məmmədov, Mirzə Bayrampur və Sərxan İbrahimoğludan ibarətdir. Klubun yeni prezidenti Mirzə Bayrampur çıxışında “Səbail”in yeni inkişaf strategiyası, uzunmüddətli məqsədləri və davamlı uğuru təmin edəcək idarəetmə modelindən...

Nəriman Axundzadə &ldquo;Ərzurumspor&rdquo;da

Türkiyənin “Ərzurumspor” komandası Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin transferini açıqlayıb. Modern.az-ın məlumatına görə, 22 yaşlı hücumçu ilə 1 illik icarə müqaviləsi imzalanıb. Mərasimdə Ərzurum təmsilçisinin prezidenti Ahmet Dal da iştirak edib. Qeyd edək ki, Nəriman Axundzadə müqavilə ilə ABŞ-nin “Kol...

&quot;Qarabağ&quot;dan Elvin Cəfərquliyev açıqlaması

"Qarabağ" ötən gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Dinamo" ilə ilk oyununda zədlənən futbolçusu Elvin Cəfərquliyevin durumu haqda açqlama yayıb. Modern.az xəbər verir ki, 26 yaşlı müdafiəçinin vəziyyəti hələ dəqiq müəyyənləşməyib. O, MRT müayinəsi olunacaq. Klub müayinədən sonra futbolçunun durumu haqda daha...

Dünya çempionatı: Azərbaycan təmsilçisi ikinci görüşünü vaxtından əvvəl qələbə ilə bitirdi

Bakıda keçirilən 17 yaşadək güləşçilərin dünya çempionatında Azərbaycan təmsilçisi Əli Cavadlı ilk görüşündə bolqarıstanlı rəqibinə 9:0 hesabı ilə qalib gəlib. Azərbaycan idmançılarının iştirak etdiyi mundial barədə ətraflı məlumat.

İspaniya Dünya çempionatının qalibi oldu

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatına yekun vurulub. Mundialın final oyununda İspaniya və Argentina yığmaları qarşılaşıb. Nyu-York şəhərindəki “MetLayf” stadionunda oynanılan görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda İspaniya millisi fərqlənə bilib. 106-cı dəqiqədə rəqib qapısına yol tapan Ferran Torres [...]

Source

Yaponiyada torpaq sürüşməsi təhlükəsi davam edir: Hakimiyyət sakinləri xəbərdar etdi

Yaponiyanın şərqində yerləşən Toçigi prefekturasında baş verən torpaq sürüşməsi faciə ilə nəticələnib. Leysan yağışları nəticəsində yaşayış evinin üzərinə torpaq kütləsi düşüb, iki nəfər həlak olub.

Moderator.az NHK agentliyinə istinadən xəbər verir ki, hadisədən bir gün sonra dağıntılar altından qadının cəsədi çıxarılıb, iyulun 19-da isə xilasedicilər kişinin nəşini aşkarlayıblar. Həlak olanların 30 ildən çoxdur ki, həmin ərazidə yaşayan yaşlı ər-arvad olduğu rəsmən təsdiqlənib.

Faciə bölgəyə yağan rekord miqdarda leysan yağışları fonunda baş verib. Meteoroloqların məlumatına görə, iyulun 17-də cəmi 12 saat ərzində Aşikaga şəhərinə 233 millimetr yağıntı düşüb ki, bu da prefekturanın meteoroloji müşahidələr tarixində ən yüksək göstəricidir. Güclü yağışlar torpağın yumşalmasına və yaşayış evlərinin yerləşdiyi təpə yamaclarında sürüşmə proseslərinin sürətlənməsinə səbəb olub.

Hadisə yerində xilasetmə işləri bir neçə gün davam edib. Torpağın yenidən sürüşmə təhlükəsi və yamacın qeyri-sabitliyi səbəbindən fövqəladə hallar əməkdaşları təhlükəsizlik tədbirlərinə ciddi riayət edərək fəaliyyət göstəriblər.

Toçigi prefekturasının hakimiyyət orqanları dağlıq və dağətəyi ərazilərdə yaşayan sakinləri yeni torpaq sürüşmələri ilə bağlı ehtiyatlı olmağa çağırıb. Meteoroloqlar yaxın günlərdə vəziyyəti daha da ağırlaşdıra biləcək yeni leysan yağışların yağacağını istisna etmirlər. Hazırda mütəxəssislər dəymiş ziyanın miqyasını qiymətləndirir və digər potensial təhlükəli ərazilərdə yamacların dayanıqlığını yoxlayırlar.

(oxu.az)

DÇ-2026-nın finalı START GÖTÜRDÜ: İspaniya və Argentina üz-üzə - <span style="color: #ff0000;">CANLI</span>

Futbol üzrə 2026-cı il dünya çempionatının final oyunu start götürüb.

Moderator.az xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən "MetLife" stadionunda keçirilən həlledici qarşılaşmada İspaniya və Argentina milliləri dünya çempionu adı uğrunda mübarizə aparırlar.

80 633 azarkeş tutumuna malik arenada keçirilən oyunu minlərlə futbolsevərlə yanaşı, ABŞ Prezidenti Donald Tramp və FIFA prezidenti Canni İnfantino da tribunadan izləyirlər.

Qeyd edək ki, İspaniya tarixində ikinci, Argentina isə dördüncü dünya çempionluğu uğrunda mübarizə aparır. Final qarşılaşmasının qalibi 2026-cı il dünya çempionu olacaq.

22:26

Bu gün futbol üzrə dünya çempionatının final oyununda üz-üzə gələcək İspaniya və Argentina yığmalarının start heyətləri açıqlanıb.

Moderator.az xəbər verir ki, komandalar Nyu-York şəhərindəki "MetLayf" stadionunda Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

İspaniya: Unay Simon, Mark Kukurelya, Emerik Lyaport, Pau Kubarsi, Pedro Porro, Rodri, Fabian Ruis, Aleks Baena, Dani Olmo, Lamin Yamal, Mikel Oyarsabal;

Baş məşqçi: Luis de la Fuenta;

Argentina: Emiliano Martines, Qonsalo Montyel, Lisandro Martines, Kristian Romero, Nikolas Talyafiko, Nikolas Qonsales, Rodriqo de Paul, Entso Fernandes, Aleksis Makallister, Xulian Alvares, Lionel Messi;

09:00

Milyonların səbirsizliklə izlədiyi futbol üzrə dünya çempionatında həlledici an gəlib çatıb.

Moderator.az xəbər verir ki, turnirin ən vacib matçında - böyük finalda qızıl medal uğrunda İspaniya və Argentina milli komandaları amansız mübarizədə üz-üzə gələcəklər.

Futbol azarkeşlərinin diqqət mərkəzində olacaq bu həlledici qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Dünya çempionatı

Final

19 iyul

23:00. İspaniya - Argentina.

 

 

<span style="color: #000000;">"Messi futbol tarixinin təcəssümüdür" - Baş məşqçi Skaloni </span>

Skaloni və Messi birlikdə Argentinanın futbol tarixinin ən parlaq dövrünü yazmağa nail oldular.

Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının finalı ərəfəsində Lionel Messi haqqında yüksək fikirlər səsləndirib.

Moderator.az xəbər verir ki, bu barədə "sport.ru" nəşri yazıb.

Onun sözlərinə görə, Messi sadəcə böyük futbolçu deyil, bütöv bir futbol tarixinin canlı təcəssümüdür. Bu sözlərin arxasında isə təxminən 20 ilə yaxın davam edən dostluq, qarşılıqlı etimad və birlikdə qazanılan böyük uğurlar dayanır.

Komanda yoldaşlığından dünya çempionluğuna

Messi və Skaloni ilk dəfə 2005-ci ildə Argentina millisində eyni formada meydana çıxıblar. Həmin vaxt cəmi 18 yaşı olan Messi yığmada debüt edir, Skaloni isə komandanın təcrübəli futbolçularından biri kimi gənc istedadı dəstəkləyirdi.

2006-cı il dünya çempionatında Messi ilk mundial qolunu vuranda onu ilk təbrik edənlərdən biri də məhz Skaloni olmuşdu. O zaman heç kim təsəvvür etmirdi ki, illər sonra həmin komanda yoldaşı baş məşqçi kimi Messinin ən böyük arzusunu - dünya çempionluğunu gerçəkləşdirəcək.

Messinin dönüşü Argentinanın taleyini dəyişdi

2018-ci il dünya çempionatındakı uğursuzluqdan sonra Argentina millisində böyük dəyişikliklər başladı. Baş məşqçi postuna müvəqqəti təyin olunan Skaloni ilk növbədə millidən ayrılmağı düşünən Messini geri qaytarmağa çalışdı. Skaloni və köməkçisi Pablo Aymar videozəng vasitəsilə Messi ilə danışaraq onu yeni nəsil futbolçuların lideri olmağa razı saldılar. Bu qərar Argentina futbolu üçün dönüş nöqtəsinə çevrildi.

Nəticədə Skaloni rəhbərliyi altında Argentina 2021-ci ildə Amerika Kubokunu, 2022-ci ildə dünya çempionatını, 2024-cü ildə isə yenidən Amerika Kubokunu qazandı. Bu uğurlar həm uzun illərin titul həsrətinə son qoydu, həm də Messinin futbol tarixindəki yerini daha da möhkəmləndirdi.

"O, futbol tarixinin təcəssümüdür"

Dünya çempionatının finalı öncəsi Skaloni kapitanı haqqında yenidən heyranlığını gizlətmədi. "O, futbol tarixinin təcəssümüdür. Əfsanədir. Onunla işləmək mənim üçün böyük qürurdur. Maradonanın gedişindən sonra onun üçün uzun illər darıxdıq, indi isə Messinin oyunundan zövq almalıyıq. Bu turnirdə komandamızın etdikləri inanılmazdır. Hətta çempion olmasaq belə, futbolçularımıza sonsuz təşəkkür düşür", - deyə baş məşqçi bildirib.

Skaloninin sözlərinə görə, Messi təkcə meydandakı oyunu ilə deyil, həm də bütün komanda, azarkeşlər və futbol dünyası üçün ilham mənbəyidir. O hesab edir ki, Argentinanın uğuru kollektiv oyunun nəticəsidir, lakin Messinin malik olduğu keyfiyyətləri heç bir futbolçu əvəz edə bilməz. Messi isə öz növbəsində dəfələrlə bildirib ki, məhz Skaloni millidə xüsusi atmosfer formalaşdırıb, hər bir futbolçuya özünü vacib hiss etdirməyi bacarıb. 

Onların qarşılıqlı hörmətə əsaslanan münasibəti son illərdə Argentinanın qazandığı böyük uğurların əsas sütunlarından biri hesab olunur. Qeyd edək ki, 2026-cı il dünya çempionatı Messi üçün karyerasında altıncı mundialdır. O, turnirdə indiyədək 8 qol vurub və finalda Argentina İspaniya ilə qarşılaşacaq.

<span style="color: #000000;">"Messi tarix yazmağa, Tramp isə kuboku təqdim etməyə hazırlaşır" - "Deutsche Welle" </span>

ABŞ prezidenti Donald Tramp 2026-cı il futbol üzrə dünya çempionatının Argentina- İspaniya finalı öncəsi diqqətçəkən açıqlamalar verib.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

Tramp Nyu-Cersidəki "MetLife" stadionunda keçiriləcək həlledici oyunu tribunadan izləyəcəyini və qarşılaşmadan sonra dünya çempionuna kuboku şəxsən təqdim edəcəyini bildirib. O, turniri "bəşəriyyət tarixinin ən uğurlu idman hadisələrindən biri" adlandıraraq, ABŞ-ın gələcəkdə də dünya çempionatına ev sahibliyi etməsini istədiyini deyib. 

Trampın sözlərinə görə, növbəti mundial yenidən ABŞ-də keçirilə bilər və bu dəfə Kanada ilə Meksika olmadan təşkil olunar. Tramp həmçinin FIFA prezidenti Canni İnfantinonun gələcək turnirin ABŞ və Çin tərəfindən birgə keçirilməsi ideyasını dəstəklədiyini də vurğulayıb.

Messinin qarşısında tarixi sınaq

Bu gün keçiriləcək final Lionel Messi üçün də xüsusi əhəmiyyət daşıyır. Argentina qalib gələrsə, 1962-ci ildən bəri dünya çempionu titulunu qoruya bilən ilk komanda olacaq. Lakin statistika cənubi amerikalıların xeyrinə deyil. Turnirə FIFA reytinqinin lideri kimi başlayan heç bir komanda indiyədək dünya çempionu ola bilməyib.

Bundan başqa, finalı idarə edəcək sloveniyalı hakim Slavko Vinçiç də Argentina üçün uğursuz xatirələrlə bağlıdır. O, 2022-ci il dünya çempionatında Argentinanın Səudiyyə Ərəbistanına sensasiyalı məğlub olduğu oyunun baş hakimi olub. Bukmekerlər cüzi üstünlüyü İspaniyaya versələr də, qarşılaşmanın taleyini Lionel Messi amili və hər iki komandanın turnirdə göstərdiyi oyun müəyyən edə bilər.

İspaniya müdafiəsi, Argentina isə Messi ilə fərq yaradır

İspaniya finala inamlı çıxışla yüksəlib. Komanda yeddi oyunda cəmi bir qol buraxıb və müdafiə xətti turnirin ən etibarlılarından biri hesab olunur. Hücumda isə Lamin Yamal, Dani Olmo və Mikel Oyarzabal əsas ümidlərdir. Argentina isə pley-off mərhələsində demək olar ki, bütün qələbələrini böyük çətinliklə qazanıb. Komandanın əsas gücü yenə də 39 yaşlı Lionel Messidir. O, bu mundialda 8 qol vurub, 4 məhsuldar ötürmə verib və hələ də turnirin ən məhsuldar futbolçularından biridir.

Favorit kimdir?

Komandalar dünya çempionatlarının finalında ilk dəfə qarşılaşacaqlar. Onların əvvəlki 14 duelində hər iki tərəf 6 qələbə qazanıb, 2 oyun isə heç-heçə başa çatıb. Beləliklə, bu axşamkı final təkcə dünya çempionunu müəyyənləşdirməyəcək. Messi karyerasının daha bir tarixi uğuruna, İspaniya isə yeni nəslin lideri Lamin Yamalın başçılığı ilə ikinci dünya çempionluğuna doğru həlledici addım atmağa çalışacaq.

KİV: Messi finalın nəticəsindən asılı olmayaraq mundialın ən yaxşı oyunçusu seçiləcək

Argentina millisinin hücumçusu Lionel Messi finalın nəticəsindən asılı olmayaraq futbol üzrə 2026-cı il dünya çempionatının "Qızıl top" mükafatını alacaq.
 
moderator.az bu barədə "The Touchline"a istinadən xəbər verir.
 
Bildirilir ki, iyulun 17-də FIFA-nın fərdi mükafatlar üzrə komitəsinin iclası keçirilib. İclasda 39 yaşlı argentinalının turnirin ən yaxşı oyunçusu tanınması barədə qərar qəbul edilib.
 
DÇ-2026-da Messi yeddi oyun keçirib, səkkiz qol vurub və dörd məhsuldar ötürmə edib.
 
İspaniya və Argentina arasındakı final matçı iyulun 19-da baş tutacaq. Oyun saat 23:00-da başlayacaq.
 

İngiltərə - Fransa: çılğın "Amerika təpələri", 10 qol və Mbappenin təkbaşına mübarizəsi - <span style="color: #ff0000;">BBC</span>

 
2026-cı il dünya çempionatının üçüncü yer uğrunda İngiltərə - Fransa oyunu turnirin ən dramatik və məhsuldar qarşılaşmalarından birinə çevrildi. 
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
İlk hissədə İngiltərə rəqibini darmadağın etdi
Nəşr yazır ki, favorit hesab olunan Fransa ilk hissədə gözlənilmədən oyundan qopdu. İngiltərə hesabı artıq 3-cü dəqiqədə Deklan Raysın qolu ilə açdı. Ardınca Ezri Konsa və iki dəfə Bukayo Saka fərqləndi. Komandalar fasiləyə gedərkən tablo ingilislərin 4:0 üstünlüyünü göstərirdi.
Mbappe geri dönüşə ümid yaratdı
 
Fasilədən sonra Fransa tam fərqli oyun nümayiş etdirdi. Kilian Mbappe əvvəlcə özü hesabı açdı, daha sonra Barkolanın qoluna məhsuldar ötürmə verdi və 66-cı dəqiqədə ikinci qolunu vuraraq fərqi minimuma endirdi – 4:3.
Lakin İngiltərə həlledici anda yenidən üstünlüyünü artırdı. Saka penaltidən het-trikini rəsmiləşdirdi və hesabı 5:3 etdi. Əlavə vaxtda Usman Dembele Fransa üçün dördüncü qolu vuraraq intriqanı qaytarsa da, son sözü meydana oyunun sonlarında çıxan Cud Bellinqem dedi - 6:4.
Tarixi nəticə və yeni rekordlar
Beləliklə, İngiltərə dünya çempionatının bürünc medalını qazandı. Qarşılaşmada vurulan 10 qol son onilliklərin ən məhsuldar dünya çempionatı oyunlarından biri kimi tarixə düşdü və üçüncü yer uğrunda matçlar arasında yeni rekord müəyyənləşdirdi. 
Mbappe iki qolla mundiallardakı ümumi qol sayını 22-yə çatdıraraq ən azı final keçirilənədək dünya çempionatları tarixinin ən məhsuldar bombardiri oldu. Buna baxmayaraq, onun parlaq oyunu Fransanı medalsız qalmaqdan xilas etməyə kifayət etmədi.

Azərbaycanlı qadın hakim UEFA-dan iki oyuna təyinat aldı

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb. O, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin iki oyununda fəaliyyət göstərəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.
 
F.Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında "Flora" (Estoniya) - "Mqar Yunayted" (Malta) matçını idarə edəcək. Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-dəki görüşün yan xətt hakimi olacaq.
 
Bundan başqa, Fəridə Lütfəliyeva "Flora" - "Mqar Yunayted" qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın "Spartak Miyava" klubuna qarşı keçirəcəyi oyunun isə ehtiyat hakimi olacaq.
 
Oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən "Spartak Miyava" stadionunda keçiriləcək.
 

Dünya çempionatları finallarının tarixində əsas rekordlar - <span style="color: #ff0000;">FOTO</span>

Bu gün İspaniya və Argentina arasında futbol üzrə 2026-cı il dünya çempionatının final oyunu baş tutacaq.

Moderator.az Oxu.az-a istinadən mundiallar tarixindəki final matçlarının rekordlarını xatırladır.

Ən tez vurulan qol

1974-cü il birinciliyində niderlandlı Yohan Neeskens Almaniya (AFR) yığmasının qapısına dünya çempionatları finallarının ən tez vurulan qoluna imza atıb - bunun üçün ona cəmi 88 saniyə lazım olub. Niderland millisi top Yohan Kroyfa çatana qədər öz aralarında 16 ötürmə etməyə imkan tapıb. Kroyf cərimə meydançasına daxil olarkən Uli Höness ona qarşı qaydanı pozub və Dünya Kuboku finalları tarixindəki ilk penalti təyin edilib. Neeskens penaltini dəqiq yerinə yetirib. Buna baxmayaraq, matç almanların xeyrinə başa çatıb (2:1).

Finalda toxunulmaz qapı

1990-cı ildə AFR mundialın finalında Argentina üzərində 1:0 hesablı qələbə qazanaraq qapısını toxunulmaz saxlayan ilk ölkə olub. Komandanın qəhrəmanı isə 23 yaşlı qapıçı Bodo İllqner olub. O, bu günə qədər final matçında qapısını toxunulmaz saxlayan ən gənc qapıçı olaraq qalır.

Səfər formasında uğursuzluqlar

1966-cı ildə İngiltərə qırmızı (səfər) formada AFR-ə 4:2 hesabı ilə qalib gəlib. Bundan sonra uzun müddət heç kim bu ənənəni - səfər formasında oynayanların uduzması ənənəsini - poza bilməyib.

2010-cu ildə isə İspaniya finallarda səfər dəstlərində çıxış edən komandaların 44 illik məğlubiyyət seriyasına son qoyub. İspanlar bu uğursuzluq zəncirini Niderlandla oyunda qırmağa nail olublar (1:0).

Eyni millinin oyunçuları arasında ən böyük yaş fərqi

Komanda yoldaşları arasında ən böyük yaş fərqi İtaliya millisində qeydə alınıb - 22 yaş. 1982-ci ilin finalında 18 yaşlı müdafiəçi Cüzeppe Berqomi 40 yaşlı qapıçı Dino Zoffla birlikdə çıxış edib.

İlk het-trik

İngiltərəli Ceff Herst dünya çempionatının final matçında het-trik edən ilk futbolçu olub. Hücumçu 1966-cı il mundialının finalında AFR yığmasının qapısına üç qol vurub (4:2).

Heyətlərdə ən böyük fərq

1958-ci il dünya çempionatında İsveçlə final matçının start heyətində Braziliya millisinin həmin mundialda Avstriyaya qarşı keçirdiyi ilk oyunda meydana çıxmayan beş futbolçusu yer alıb. Bu, çempion komanda üçün turnirin ilk və son matçlarının heyətləri arasındakı ən böyük fərq olaraq qalmaqdadır.

Müdafiəçi Calma Santos, yarımmüdafiəçi Zito və hücumçular Qarrinça, Pele və Vava start heyətində turnirin gedişatında yer almağa başlayıblar. Braziliyanın İsveç üzərində 5:2 hesablı qələbəsi turnir tarixində hələ də ən məhsuldar final matçı olaraq qalır.

Üç finalda çıxış edən yeganə oyunçu

Braziliyalı hücumçu Kafu dünya çempionatının üç finalında oynamış yeganə futbolçudur. Özünün ilk mundialında - 1994-cü ildə İtaliyaya qarşı matçın (0:0, penaltilərlə 3:2) ilk hissəsində zədələnən Jorjinyonu əvəzləyib, 1998-ci ildə Fransa ilə oyunda (0:3) iştirak edib və nəhayət, 2002-ci ildə Almaniyaya qarşı finalda (2:0) komandanın kapitanı olub və braziliyalılar çempionluğu bayram ediblər.

İki finalda qol vuran futbolçular

Braziliyalılar Vava (1958 və 1962), Pele (1958 və 1970), alman Paul Braytner (1974 və 1982), fransızlar Zinəddin Zidan (1998 və 2006) və Kilian Mbappe (2018 və 2022) dünya çempionatlarının iki finalında qol vuran yeganə oyunçulardır.

İki fərqli ölkənin şərəfini qorumaq

Yarımmüdafiəçi Luis Monti dünya çempionatlarının finallarında iki fərqli ölkənin heyətində çıxış edən yeganə oyunçudur. 1930-cu ilin ilk turnirində o, doğulduğu ölkənin - Argentina millisinin heyətində oynayıb. Həmin vaxt argentinalılar finala qədər yüksəlsələr də, Uruqvaya 2:4 hesabı ilə uduzublar.

Artıq 1931-ci ildə o, Turinin "Yuventus" klubuna keçib və İtaliya vətəndaşlığını qəbul edib. 1934-cü il mundialında Monti İtaliya millisinin heyətində çıxış edib və italyanlar finalın əlavə vaxtında Çexoslovakiya yığmasına 2:1 hesabı ilə qalib gəliblər.

“Qarabağ”ın matçının biletləri satışa çıxarılır 

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “ÇSKA Sofiya” (Bolqarıstan) qarşılaşmasının biletləri sabahdan satışda olacaq.Oxu24.com  xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manat təşkil edəcək. VİP sektorlar üzrə biletlər 50, 75 və 100, VVİP sektorlar üçün isə 150 manata satışa çıxarılacaq.Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı problem yaranacağı təqdirdə isə azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.Qeyd edək ki, “Qarabağ” - “ÇSKA Sofiya” görüşü iyulun 23-də saat 20:00-da başlayacaq.

Argentina - İspaniya oyunu  təxirə salına bilər

Argentina və İspaniya milli komandalarının 19 iyul tarixində ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Nyu-York Nyu-Cersi stadionunda üz-üzə gəlməsi planlaşdırılır. Oxu24.com xəbər verir ki, 2026-cı il Dünya Kubokunun final qarşılaşması Kanadadakı güclü meşə yanğınlarının yaratdığı hava çirkliliyi səbəbindən təxirə salına bilər. Kanadada davam edən meşə yanğınlarından yayılan tüstü artıq ABŞ-ın şimal bölgələrinə çatıb və bəzi şəhərlərdə havanın keyfiyyətinə ciddi təsir göstərib.Məlumata görə, bəzi ərazilərdə hava keyfiyyəti indeksi (AQI) 240-a, bəzi yerlərdə isə 300-ə yüksəlib. Bu göstəricilər havanın sağlamlıq üçün təhlükəli səviyyədə çirkli olduğunu göstərir.Təhlükəsizlik səbəbilə artıq bəzi idman tədbirlərində dəyişikliklər edilib. Məsələn, ABŞ və Kanada futbol liqasında keçiriləcək bəzi oyunlar hava şəraiti ilə bağlı təxirə salınıb.Final qarşılaşmasını stadionda 80 mindən çox azarkeşin izləyəcəyi gözlənilir. Təşkilatçılar ümid edir ki, tüstünün səviyyəsi iyulun 19-dək azalacaq və oyun planlaşdırıldığı kimi keçiriləcək.

“Qarabağ”ın oyunu canlı yayımlanacaq 

Avropa Liqasının 1-ci təsnifat məhələsinin "Vestri" - "Qarabağ" cavab oyunu Azərbaycanda CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.Oxu24.com xəbər verir  ki,QOL.az saytına verilən məlumata görə, tərəflər arasında razılıq əldə edilib və oyunun yayımlanacağı gözlənilir.Oyun Bakı vaxtı ilə bu gecə saat 00:00-da başlanacaq.

Argentina-İngiltərə oyununda ŞOK OLAY: Rəqib qapıçının su qabına yazılanlar ƏLƏ KEÇDİ - FOTO  

Futbol üzrə dünya çempionatında (DÇ-2026) İngiltərəyə qalib gələn (2:1) Argentina finalda İspaniyaya rəqib olub.Oxu24.com  xəbər verir ki, Atlanta şəhərində keçirilən ikinci yarımfinal matçında maraqlı olay baş verib. Belə ki, Argentina millisinin üzvləri İngiltərə yığmasının qapıçısı Cordan Pikforda məxsus su qabını ələ keçiriblər. Qabın üzərində Argentina millisinin üzvlərinin penaltiləri hara vuracaqlarının təxmin edildiyi barədə qeydlərin əksini tapdığına şahid olublar.Cənubi amerikalılar bu məqama diqqət yetirmək üçün bir yerə toplaşıblar.Sözügedən kadrı təqdim edirik:Argentina-İngiltərə oyununda ŞOK OLAY: Rəqib qapıçının su qabına yazılanlar ƏLƏ KEÇDİ - FOTOQeyd edək ki, DÇ-2026-nın final matçında Argentina millisi İspaniya ilə qarşılaşacaq. Qarşılaşma iyulun 19-da baş tutacaq.(oxu.az)

Azərbaycanın məşhur idmançısı buna görə cəzalandırıldı

Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov iki yarışda çəki sala bilmədiyi üçün cəzalanıb.Oxu24.com-un  məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu mətbuat konfransında deyib.ACF rəsmisi H.Heydərovun bu il iki turnirdə çəki sala bilmədiyi üçün yarışa buraxılmamasına münasibət bildirib:"Bizim qaydalar hamı üçün eynidir. Hər qayda pozuntusunun ayrı cəzası var. Pul cəriməsi, təlim-məşqlərdən, hazırlıq proseslərindən kənarlaşdırıla bilərlər. Amma yüngülləşdirici məqamlar da nəzərə alınır. İdmançı etdiyi səhvi başa düşürsə, bunu düşünürük. Nizam-intizam bizim üçün önəmlidir. Hidayət çəkini niyə sala bilmədi? Səbəbi müəyyən etmişik. Bu istiqamətdə özü ilə birlikdə işləyirik. Hər ikisində Hidayət Heydərova cəza verilib. Bunu açıqlamaq istəmirik. Amma ən böyük cəzanı Hidayət Heydərov özünə verib. Biz onun ikiqat olimpiya çempionu olacağına şübhə etmirik".

Gizlədilən loqo gözlənilmədən reklama çevrildi

Futbol üzrə dünya çempionatında reklam fəaliyyətləri yüz milyonlarla dollar dəyərində ölçülür və dünyanın ən böyük şirkətləri bu turnirin rəsmi sponsoru olmaq üçün hər cür maliyyə fədakarlığına hazırdır. Lakin bəzən ən sərt qadağalar belə gözlənilməz yaradıcılıqla birləşərək bir brendə tamamilə pulsuz və ağlasığmaz dərəcədə böyük bir reklam kampaniyası qazandıra bilir. Son günlərdə idman və marketinq dünyasında ən çox müzakirə olunan hadisələrdən biri məhz belə bir vəziyyətlə bağlıdır. Söhbət dünya şöhrətli cins brendi "Levi's"in heç bir ödəniş etmədən qazandığı böyük populyarlıqdan gedir. Oxu24.com bu maraqlı və kuryoz hadisənin detallarını təqdim edir. Hadisə ABŞ-nin Kaliforniya ştatında yerləşən və dünya çempionatının oyunlarına ev sahibliyi edən məşhur "Levi's Stadium" stadionunda baş verib. FIFA-nın daxili qaydalarına əsasən, turnirin rəsmi sponsoru olmayan brendlərin stadionlarda pulsuz reklam olunması qəti şəkildə qadağandır. Bu səbəbdən stadionun adını daşıyan və dam hissəsində yerləşən nəhəng "Levi's" loqosunun üstü xüsusi ağ plyonka ilə örtülərək gizlədilib.İlk baxışdan bu addımla qayda pozuntusunun qarşısının alındığı və problemin həll olunduğu düşünülsə də, nəticə tamamilə fərqli olub.Amerikalılar və futbol azarkeşləri "Levi's" brendinin məşhur loqo formasını o qədər yaxşı tanıyırlar ki, ağ plyonkanın altındakı silueti görən kimi söhbətin hansı markadan getdiyini dərhal başa düşüblər. Vəziyyəti diqqətlə izləyən "Levi's" rəhbərliyi isə yaranmış bu vəziyyəti inanılmaz bir marketinq gedişinə çevirmək qərarına gəlib.Şirkət dərhal sosial şəbəkələrdəki rəsmi profillərinin avatarını stadiondakı həmin ağ plyonka ilə örtülmüş loqo versiyası ilə dəyişib və mövzu ilə bağlı ironik, zarafatcıl paylaşımlar edib.Sosial şəbəkə istifadəçiləri brendin bu incə və yumoristik reaksiyasını yüksək qiymətləndiriblər. Nəticədə, Levi's" heç bir reklam büdcəsi xərcləmədən sosial şəbəkələrdə milyonlarla baxış topladı. Yüz minlərlə yeni izləyici və müştəri kütləsi qazandı. Hadisə qısa müddətdə bütün dünyada trendə çevrilərək böyük müzakirə dalğası yaratdı.Beləliklə, FIFA-nın loqonu gizlətmək və brendin görünməsinin qarşısını almaq cəhdi, şirkətə bəzən ən bahalı reklam çarxlarının belə gətirə bilməyəcəyi qlobal bir diqqət və populyarlıq qazandırmış oldu.Çimnaz

Ramil İsmayılov U-18 Avropa çempionatına yollanır

Azərbaycan atleti Ramil İsmayılov İtaliyanın Rieti şəhərində keçiriləcək U-18 Avropa çempionatında iştirak edəcək.Bu barədə Oxu24.com-a Azərbaycan Atletika Federasiyasından məlumat verilib.R.İsmayılov üçtəkanla tullanma növündə mübarizə aparacaq.Xatırladaq ki, yarış 16-19 iyul aralığında baş tutacaq.

Futbolçunun ölümü ilə bağlı araşdırma başlandı

Cənubi Afrika millisinin futbolçusu Ceyden Adamsın ölümü ilə bağlı polis araşdırmalara başlayıb.Oxu24.com france24.com-a istinadən xəbər verir ki, ötən gün 25 yaşlı futbolçunun meyiti Keyptaun şəhərində yerləşən bir mülkdə aşkarlanıb. Hadisənin təfərrüatları və ölüm səbəbi hələlik açıqlanmayıb.Ceyden Adams 2026-cı il Dünya Kubokunda Cənubi Afrika millisinin heyətində çıxış edib və komandanın qrup mərhələsində keçirdiyi hər üç oyunda iştirak edib.Hazırda hüquq-mühafizə orqanları hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparır.Turan

Azərbaycan güləşçisi Hacı Kərimov Avropa çempionu olub 

Azərbaycan güləşçisi Hacı Kərimov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.Bu barədə Oxu24.com a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.Altıncı yarış günündə sərbəst güləşdə ilk medalçılar müəyyənləşib.Muhəmməd İsmayılov (57 kq) fransalı Qaspar Şenuya (11:0), Bəşir Verdiyev (65 kq) isə macarıstanlı Mozes Lasloya (12:1) tam üstünlüklə qalib gələrək bürünc medal qazanıb.Hacı Kərimov (70 kq) finalda fransalı Bayssanqur Bitmurzayevlə qarşılaşıb. Rəqibinə heç bir şans tanımayan həmyerlimiz vaxtından əvvəl 10:0 hesablı qələbəylə Avropa çempionu olub.Elcan Ismayılzadə (79 kq) təsəlliverici görüşlərdə ispaniyalı David Kodakovla (11:0) irlandiyalı Deklan Blaya (10:0) tam üstünlüklə qalib gəlib. Güləşçimiz ermənistanlı Narek Nikoqosyanla bürünc medal görüşündə hesabda 10:4 öndə olarkən "tuş"la məğlub olub.Fərhad Süleymanlı (97 kq) finlandiyalı Yoona Yunnilaya 4:1 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.

DÇ-2026-da bu gün hansı oyunlar var? - TƏQVİM

Futbol üzrə Dünya Çempionatında 1/16 final mərhələsi davam edir.  Modern.az xəbər verir ki, bu gün də maraqlı oyunlar var. Axşam saat 23:00-da İspaniya – Avstriya oyunu başlayacaq. İyulun 3-də gecə saat 03:00-da Portuqaliya – Xorvatiya matçı start götürəcək. Səhər saat 07:00-da İsveçrə Əlcəzairlə oynayacaq. DÇ...

Fransa millisi ilə bağlı maraqlı fakt: hamıya azı 3 qol vurub

Futbol üzrə Dünya Çempionatı-2026-da 1/8 final mərhələsinı vəsiqə qazanmış Fransa milli komandasının mundialdakı çıxışına dair maraqlı fakt diqqət çəkib. Modern.az saytının məlumatına görə, fransızlar DÇ-2026-da keçirdiyi bütün 4 oyunun hamısında 3 və ya daha çox qol vuraraq qələbə qazanıb. Fransa milli futbol komandası baş məşqçi Didier Deşa...

UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşüblər

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ərəfəsində idmançıların açıq məşqi və fan-zona təşkil olunub.

"Report"un məlumatına görə, tədbir Dənizkənarı Milli Parkda baş tutub.

Açıq məşqdə "UFC Fight Night Baku" turnirinin əsas döyüşünün iştirakçıları - azərbaycanlı Rafael Fiziyev və meksikalı Manuel Torres, gecənin ikinci əsas qarşılaşmasının iştirakçısı Şarabutdin Maqomedov ("Shara Bullet"), eləcə də yerli döyüşçülər - Nazim Sadıxov və Fərman Həsənov iştirak ediblər.

Tədbir zamanı hər bir döyüşçü 10 dəqiqəlik nümayiş məşqi keçirib, daha sonra azarkeşlərin suallarını cavablandırıblar.

Xatırladaq ki, "UFC Fight Night" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Cəlilabadda "Sağlam məhəllə" idman zonasının açılışı olub

Cəlilabadda "Sağlam məhəllə" idman zonasının açılış mərasimi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, rayon rəsmiləri və idmançılar iştirak ediblər.

Qeyd olunub ki, məhəllə "Şəhərsalma və Memarlıq İli" münasibətilə "Sağlam həyat" layihəsi çərçivəsində yaradılıb.

İdman zonasının yaradılmasının məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması və kütləvi idmanın inkişafına dəstək verməkdir.

Tramp transgender kişilərin qadın idman növlərində yarışmasına qarşı çıxıb

ABŞ Prezidenti Donald Tramp transgender kişilərin qadın idman növlərində yarışmamalı olduğunu söylədi.

"Report" xəbər verir ki, Amerika lideri bunu Allentaun yaxınlığında iqtisadi məsələlərlə bağlı çıxışı zamanı deyib.

"Keçid etmiş bir kişi gəldi. Bu, termindir. O, kişi ağırlıqqaldıranlar siyahısının sonunda idi, amma indi qadın ağırlıqqaldırandır. Çəkiyə baxdı və düşünürəm ki, 210 funt idi. Bu, bir qadın üçün çoxdur, amma bir əli ilə bunu edə bilən bir kişi üçün yox. Və o, qalib gəldi və hamı dedi: "Necə də gözəl!" Biz dəli olmuşuq? Kişilər qadın idman növlərində iştirak etməməlidirlər", - deyə o əlavə edib.

AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə Bakıda səfərdə olan Asiya Ağırlıqqaldırma Federasiyasının və Qətər Ağırlıqqaldırma Federasiyasının prezidenti Muhammed Yousef Al Mana ilə görüşüb.

"Report" xəbər verir ki, AAF-ın vitse-prezidenti Firdovsi Umudovun da iştirak etdiyi görüşdə bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.

Səfəri haqqında məmnunluqla danışan qonaq, Azərbaycanın nümunəvi idman ölkəsi olduğunu diqqətə çatdırıb. AAF prezidenti Kamran Nəbizadə, Muhammed Yousef Al Mananı Bakıda görməkdən məmnun olduğunu bildirib. Federasiya prezidenti qeyd edib ki, Azərbaycanda idman sahəsinə, o cümlədən ağırlıqqaldırma növünün inkişafına dövlət səviyyəsində qayğı göstərilir.

K. Nəbizadə xatırladıb ki, Azərbaycan Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Avropa üzrə Mərkəzi statusuna sahibdir və bu mənada qarşılıqlı təmasların genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu müddət ərzində bir neçə ölkənin idmançılarının Bakıda təlim-məşq toplanışı keçdiyini vurğulayan K. Nəbizadə təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

İspaniya millisinin məşqində təhlükə - <span style="color: #ff0000;">Futbolçular qapalı zala sığındılar</span>

DÇ-2026-nın qrup mərhələsinin üçüncü turu çərçivəsində Uruqvay yığması ilə matça hazırlaşan İspaniya millisinin təlim-məşq toplanışı gözlənilməz səbəbdən yarımçıq dayandırılıb.
 
Moderator.az xəbər verir ki, komandanın baza kimi seçdiyi Tennessi ştatının Çattanoqa şəhərində baş tutan hazırlıq prosesi şiddətli külək səbəbindən vaxtından əvvəl yekunlaşdırılmalı olub.
 
Yaşıl meydançaya çıxan futbolçular cəmi 20 dəqiqədən sonra oranı tərk etmək məcburiyyətində qalıblar. Qeyd edək ki, məşq başlamazdan əvvəl bölgədəki hər kəsin mobil telefonuna sürəti saatda 130 kilometrə çatan fırtına və güclü külək təhlükəsi barədə xüsusi xəbərdarlıq mesajı daxil olub.
 
Bütün bu xəbərdarlıqlara rəğmən, stadionun tabe olduğu Beylor məktəbinin rəhbərliyi ilkin olaraq məşqin baş tutmasına razılıq verib. Bu qısa müddət ərzində futbolçular 30 yaşını qeyd edən komanda yoldaşları Rodri və Mikel Merinonu, eləcə də 65 illik yubileyini qeyd edən baş məşqçi Luis de la Fuenteni təbrik etməyə macal tapıblar.
 
Ancaq çox keçmədən başlayan leysan yağışları vəziyyəti dəyişib və İspaniya yığması hazırlıq prosesini qapalı idman zalında davam etdirməyə məcbur olub.
 
Xatırladaq ki, İspaniya milli komandası DÇ-2026-nın qrup mərhələsinin üçüncü turu çərçivəsində Uruqvay seçməsi ilə üz-üzə gələcək. Sözügedən qarşılaşma iyunun 27-də baş tutacaq.
 

DÇ-2026-da ikinci turun sonu: <span style="color: #ff0000;">Portuqaliya və İngiltərə meydana çıxır</span>

Futbol üzrə dünya çempionatının qrup mərhələsində ikinci tura yekun vurulur.

Moderator.az xəbər verir ki, qrup mərhələsinin bu turunda azarkeşləri bir-birindən gərgin idman mübarizəsi gözləyir.

K qrupunun duellərindən biri Portuqaliya və Özbəkistan yığmaları arasında baş tutacaq. Bu maraqlı matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.

Eyni qrupun digər görüşündə isə Kolumbiya və Konqo milliləri meydanda qüvvələrini sınayacaqlar. Bu qarşılaşma iyunun 24-də, səhər saat 06:00-da start götürəcək.

L qrupunun həlledici mübarizəsinə gəldikdə isə iyunun 24-ü gecə saat 00:00-da İngiltərə və Qana milliləri vacib xallar uğrunda meydana çıxacaqlar. Bunun ardınca, saat 03:00-da Panama və Xorvatiya yığmalarının maraqla gözlənilən qarşılaşması baş tutacaq.

Dünya çempionatı

II tur

K qrupu

23 iyun

21:00. Portuqaliya - Özbəkistan

24 iyun

06:00. Kolumbiya - Konqo

L qrupu

24 iyun

00:00. İngiltərə - Qana

03:00. Panama - Xorvatiya

Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.

“Araz-Naxçıvan” “Real Madrid”in yetirməsini transfer etdi

Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən "Araz-Naxçıvan" yeni transfer reallaşdırıb.
 
Moderator.az xəbər verir ki, Naxçıvan təmsilçisi ispaniyalı yarımmüdafiəçi Alberto Qarsia Fernandeslə anlaşıb.
 
30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, yeni mövsümdə "qırmızı-ağlar"ın uğurları üçün çalışacaq.
 
"Real Madrid"in yetirməsi olan Alberto Qarsia Fernandes karyerası ərzində İspaniyanın "Kastilya", "Fuenlabrada", UKAM, "Sabadel" və "Rayo Maxadaonda" klublarında çıxış edib. Təcrübəli yarımmüdafiəçi həmçinin Kiprin "Omoniya" və "Akritas Xloraka" komandalarının da formasını geyinib.
 
Fernandes 2017-ci ildə İspaniyanın U-19 millisində bir oyun keçirib.
 
Qeyd edək ki, "Araz-Naxçıvan" bundan əvvəl Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov və Luka Dumançiçlə yeni müqavilə bağlayıb.
 

Voleybol millimizin üzvü Yelizaveta Ruban:<span style="color: #ff0000;"> "Avropa Liqasındakı nəticələrimiz pis deyil"</span>

"Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa Liqasındakı nəticələri pis deyil".
 
Moderator.az xəbər verir ki, bunu "Report"a açıqlamasında yığmanın üzvü Yelizaveta Ruban deyib.
 
Voleybolçu, qarşılaşmaların komandaya böyük təcrübə qazandırdığını bildirib:
 
"Avropa Liqasında çıxışımızı başa vurduq. Belə oyunlarda güclü və zəif tərəflərimizi yoxlamaq, hansı detallar üzərində işləməli olduğumuzu görmək, səhvlərimizi düzəltmək, hansı aspektlərdə maksimum güclənə biləcəyimizi və rəqibə hansı amillər sayəsində qalib gələcəyimizi təhlil etmək imkanı qazandığımız üçün şadam. Ümumilikdə nəticələrimiz pis deyil. Ən çox heyfsləndiyim məqam İspaniya ilə oyun oldu, qələbəni qopara bilərdik".
 
Y.Ruban turnirin son matçında şanssızlıqla üzləşdiklərini diqqətə çatdırıb:
 
"İsveçrə ilə sonuncu matçda oyunqurucumuz zədələndi. Təəssüf ki, onu əvəzləmək mümkün olmadı. İndi isə maraqlı bir mərhələ başlayır, Avropa çempionatına hazırlığa start veririk. Qarşıya qoyulan tapşırıqları yerinə yetirmək və yaxşı nəticə qazanmaq üçün bizi çətin bir dövr gözləyir".
 
Qeyd edək ki, Faiq Qarayevin baş məşqçi olduğu milli Avropa Liqasında ümumilikdə 6 oyun keçirib. Komanda Estoniya, Şimali Makedoniya və İsraili 3:0 hesabı ilə məğlub edib. İsveç və İsveçrəyə 0:3, İspaniyaya isə 1:3 hesabı ilə uduzub.
 

UFC ulduzları Bakıda azarkeşlərlə görüşəcəklər

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ərəfəsində idmançıların açıq məşqi və fan-zona təşkil olunacaq.
 
Bu barədə Moderator.az-a Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən məlumat verilib.
 
Tədbir iyunun 24-də saat 17:00-da Dənizkənarı Milli Parkda, Yeddi Gözəl fəvvarəsinin yaxınlığında baş tutacaq.
 
Açıq məşqdə "UFC Fight Night Baku" turnirinin əsas döyüşünün iştirakçıları - azərbaycanlı Rafael Fiziyev və meksikalı Manuel Torres, gecənin ikinci əsas qarşılaşmasının iştirakçısı Şarabutdin "Shara Bullet" Maqomedov, eləcə də yerli döyüşçülər - Nazim Sadıxov və Fərman Həsənov iştirak edəcəklər.
 
Tədbir zamanı hər bir döyüşçü 10 dəqiqəlik nümayiş məşqi keçirəcək, daha sonra azarkeşlərin suallarını cavablandıracaq. Tədbir ictimaiyyət üçün açıqdır və giriş sərbəstdir.
 
Xatırladaq ki, "UFC Fight Night" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Fərid Qayıbov ilə Allaberdi Saparov işçi qrupunun Bakı səfərini müzakirə ediblər

Gənclər və idman naziri Fərid Qayıbov Türkmənistan Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsinin sədri Allaberdi Saparov ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Görüşdə "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Türkmənistanın Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" çərçivəsində tərəflər arasında idman sahəsində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub.

Bildirilib ki, əməkdaşlığın genişləndirilməsi məqsədilə işçi qrupunun Bakıya səfərinin təşkili nəzərdə tutulur.

Qonaq daha sonra Bakı Atletika Mərkəzi ilə tanış olub.

Futbolçu hakimin saatını oğurlayıb qoluna taxdı - DÇ-də qəribə hadisə

DÇ-2026-nın Türkiyə - Paraqvay (0:1) matçında qəribə hadisə yaşanıb.Oxu24.com xəbər verir ki, Türkiyə millisini turnirdən kənarlaşdıran oyuna Paraqvay yığmasının futbolçusu Matias Qalarsanın hərəkəti damğa vurub.Belə ki, qarşılaşma zamanı oyunçuları sakitləşdirməyə çalışan salvadorlu baş hakim İvan Bartonun qolundakı saatı yerə düşüb və referi bunu hiss etməyib. Fürsətdən istifadə edən Paraqvayın qol müəllifi Qalarsa yerdən saatı götürərək gizlicə öz qoluna taxıb.Bir müddət hakimin saatı ilə meydanda qaçan futbolçu daha sonra onu Bartona geri qaytarıb.Qeyd edək ki, sosial şəbəkələrin Türkiyə seqmentində matçda sarı vərəqəsi olan Qalarsanın bu hərəkətinə görə ikinci xəbərdarlıqla meydandan qovulmalı olduğu bildirilərək hakim idarəçiliyi kəskin tənqid edilib.Xatırladaq ki, Türkiyə sözügedən matçda Paraqvaya 1:0 məğlub olaraq, turnirlə erkən vidalaşıb.

DÇ-26: Niderland İsveçi darmadağın etdi 

2026-cı il dünya çempionatında F qrupunun II turunda növbəti oyun keçirilib.Oxu24.com  xəbər verir ki, turun mərkəzi qarşılaşmalarından birində Niderland millisi İsveçlə üz-üzə gəlib.Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.Niderland ilk hissəni Brobbinin dublu ilə öndə tamamlayıb: 2:0.İkinci hissəyə də qolla başlayan "narıncı"lar Kodi Qakponun qoluyla hesabı 3:0 edib. 48-ci dəqiqədə fərqlənən Qakpo 6 dəqiqə sonra özünün 2-ci, komandasının 4-cü qolunu vurub. 59-cu dəqiqədə İsveç Elanqanın qoluyla hesab arasındakı fərqi azaldıb. Matçın son dəqiqələrində Niderland daha bir qol vurub. Sammervil hesabı 5:1 edib.Görüş bu hesabla başa çatıb.Qeyd edək ki, F qrupunun digər oyununda Tunis və Yaponiya milliləri qarşılaşacaq.Dünya çempionatıF qrupu, II tur20 iyun21:00. Niderland - İsveç 5:1Qol: B. Brobbi, 6, 17, K, Qakpo, 48, 54, Elanqa, 59, Sammervil, 89Niderland: Verbruggen, Dumfris, Van Hekke, Van Deyk, Van de Ven, Qravenberx, De Yonq, Reynders, Malen, Brobbi, Qakpoİsveç: Nordfeldt, Lindelöf, Hien, Lagerbyelke, Qudmundsson, Ayari, Niqren, Bernhardsson, Karlström, İsak, Gyökeres

Türkiyə Paraqvaya məğlub olub, qrupdan çıxmaq şansını itirib

2026-cı il dünya çempionatının D qrupunda II turun növbəti oyunu keçirilib.Oxu24.com xəbər verir ki, Türkiyə millisi Paraqvayla üz-üzə gəlib.Qarşılaşma Bakı vaxtı ilə saat 07:00-da start götürüb.Paraqvay oyuna qolla başlayıb. 64-cü saniyədə Qalarzanın qoluyla amerikalılar Türkiyə qarşısında 1:0 önə keçib.Gərgin keçən ilk hissənin sonlarında Paraqvay millisi azlıqda qalıb. Migel Almiron meydandan qovulub.Görüş 1:0 Paraqvayın qələbəsiylə başa çatıb. Bu nəticədən sonra Türkiyə millisinin növbəti mərhələyə yüksəlmə şansı qalmayıb. ABŞ-la oyun ay-ulduzluların mundialda son matçı olacaq.DÇ-2026D qrupu, II tur 20 iyun07:00. Türkiyə – Paraqvay 0:1Qol: Qalarza, 2Qırmızı kart: M. Almiron, 45+3NRG Stadium (Hyuston)Türkiyə: Çakır, Müldür, Demiral, Bardakçı, Kadıoğlu, Yüksek, Çalhanoğlu, Akgün, Gülər, Yıldız, AktürkoğluParaqvay: Qatito Fernandes, Alonso, Alderete, Qomez, Kaseres, Almiron, Qalarza, Kubas, Qomez, Ensiso, Pitta

DÇ-2026: İsveçrə Bosniya və Herseqovina üzərində qələbə qazanıb

Futbol üzrə dünya çempionatında İsveçrə Bosniya və Herseqovina ilə qarşılaşıb.Oxu24.com-un məlumatına görə, Los-Anceles stadionunda keçirilən B qrupunun II turunun matçında isveçrəlilər 4:1 hesablı qələbə qazanıblar.İsveçrənin heyətində Joan Manzanbi (74, 90) dubl edib. Digər qolları isə Ruben Varqas (84) və Qranit Caka (90+7) öz adına yazdırıblar. Bosniyalıların təsəlli qolunu isə Ermin Mahmic (90+3) vurub.Qeyd edək ki, bu qrupun digər oyununda, saat 02:00-da Kanada Qətərlə qarşılaşacaq.

“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi 

İspaniyanın "Real Madrid" klubu heyətini yeni transferlə gücləndirib.Oxu24.com xəbər verir ki, Madrid təmsilçisi Fransanın "Liverpul" klubunda çıxış edən mərkəz müdafiəçisi İbrahima Konate ilə müqavilə imzalayıb.Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, futbolçu 2030-cu il iyunun 30-dək "kral klubu"nun formasını geyinəcək.25 yaşlı müdafiəçi karyerasının son dövrünü İngiltərə Premyer Liqasında keçirib. O, "Liverpul"un əsas heyət üzvlərindən biri kimi çıxış edərək müdafiə xəttindəki performansı ilə diqqət çəkib.Transferin baş tutması "Real Madrid"in müdafiə xəttini daha da gücləndirməsi kimi dəyərləndirilir./milli.az/

Adil Şükürov: “Səbail”lə müqaviləni uzatmaq planım yox idi 

“Səbail”lə müqaviləni uzatmaq planım yox idi.Oxu24.com xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "Səbail"in baş məşqçi postundan ayrılan Adil Şükürov deyib.Mütəxəssis bildirib ki, klubun yeni rəhbərliyi ilə müqavilənin uzadılması istiqamətində müzakirə aparılmayıb: “Müqaviləmiz artıq başa çatmışdı və bu məsələ ilə bağlı ümumiyyətlə danışığımız olmadı. Açığı, "Səbail"lə müqavilənin uzadılması fikrim də yox idi. Yeni rəhbərliklə bu barədə heç bir söhbət aparılmadı. Köhnə rəhbərliyə minnətdaram, mənə işləmək üçün şərait yaratdılar. Yeni rəhbərliyə də uğurlar arzulayıram. Futboldur, məqsəd Premyer Liqaya yüksəlmək idi, lakin bu alınmadı”.Adil Şükürov mövsümün gedişinə də toxunaraq “Qəbələ” ilə rəqabəti xatırladıb: “Birinci Liqada “Qəbələ” ilə mübarizə aparırdıq. O dövrdə rəqibimiz daha güclü idi və çempionluğa layiq idi. Biz də əlimizdən gələni etdik, komandamı motivasiya etməyə çalışdım, amma nəticədə “Qəbələ” daha yaxşı idi və Premyer Liqaya yüksəldi”.O, mövsümün son turunu da xatırladıb: “Mingəçevir”lə son oyunda həm hakim səhvləri oldu, həm də öz oyunumuz istədiyimiz kimi alınmadı. Nəticədə məğlub olduq və pley-off şansımızı itirdik. Futboldur, belə hallar olur. Qismət belə imiş. Gələcəyə baxacağıq. "Səbail"in yeni rəhbərliyinə də uğurlar arzulayıram”.Qeyd edək ki, “Səbail”i yeni mövsümdə Elnur Abdullayev çalışdıracaq.

"Səbail" klubunun adı dəyişdirilir 

"Hazırda "Səbail"də maliyyə vəziyyəti stabildir. Güclü heyət formalaşdırmaq üçün fəaliyyətimiz davam edir. Qarşıya qoyulan əsas məqsəd çempionluq və Premyer Liqaya yüksəlməkdir".Oxu24.com xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Birinci Liqasında mübarizə aparan "Səbail" klubunun yeni prezidenti Mirzə Bayrampur deyib.Səbail klubunun adı dəyişdirilir

DÇ-də gözlənilməz hadisə: Meydanda boru partladı

DŞ-2026 çərçivəsində İraq-Norveç matçında gözlənilməz hadisə baş verib.Oxu24.com xəbər verir ki, Oyunun fasiləsi zamanı stadionun suvarma sistemində boru qəfil partlayıb.Nəticədə meydança qısa müddətdə su ilə dolub. Stadion əməkdaşları müdaxilə edərək şırnağın qarşısını almağa çalışıblar. Görülən operativ tədbirlərdən sonra problem nəzarət altına alınıb və meydança yenidən oyuna yararlı vəziyyətə gətirilib.Qısa fasilədən sonra qarşılaşma dayandırıldığı yerdən davam etdirilib./yenisabah/

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi bilindi  

"Qarabağ" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olub.Oxu24.com  xəbər verir ki, təmsilçimiz "Vestri" (İslandiya) ilə qarşılaşacaq."Qarabağ" ilk oyunu evdə keçirəcək.09:32"Qarabağ" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 19:00-da başlayacaq."Qarabağ"ın potensial rəqibləri:"Jilina" (Slovakiya)"Novi Sad" (Serbiya)"Universitate Kluj" (Rumıniya)"Alyuminiy" (Sloveniya)"Derri Siti" (İrlandiya)"Vestri" (İslandiya).Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.

"Qarabağ"da ŞOK ayrılıq 

"Qarabağ"da daha bir ayrılıq gerçəkləşib. Kevin Medina Ağdam klubu ilə vidalaşıb.Oxu24.com  Sportal.az-a istinadən xəbər verir ki, futbolçu Asiya klublarından biri ilə anlaşıb. “Qarabağ” müqaviləsi davam edən futbolçuya jest edib, onu təzminatsız buraxıb. Məsələ burasındadır ki, indiyə qədər çox yaxşı təklifləri olan Kevin “Qarabağ”da qalmağa üstünlük verib, böyük pulları geri çevirib. Lakin hazırkı təkliflə bağlı özü rəhbərliyə yaxınlaşıb, onu sərbəst buraxmalarını rica edib. Kolumbiyalı futbolçunun xidmətlərini nəzərə alan “Qarabağ” rəhbərliyi Medinaya əngəl olmayıb. Qeyd edək ki, Medina yay transfer dönəmində “Qarabağ”ı tərk edən 5-ci futbolçu olub. Ona qədər Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollar ayrılıb.

Mundial tarixinin ən yaşlı uruqvaylı futbolçusu oldu 

Uruqvay millisinin qapıçısı Fernando Muslera futbol dünya çempionatlarının tarixinə düşüb.Oxu24.com  "Opta"ya istinadən xəbər verir ki, 39 yaşlı qolkiper DÇ-2026-nın qrup mərhələsində Səudiyyə Ərəbistanına qarşı keçirilən oyunda meydana çıxmaqla mundial tarixinin ən yaşlı uruqvaylı futbolçusu rekordunu yeniləyib.Bundan əvvəl Uruqvay millisinin tarixində ən yaşlı oyunçu mərkəz müdafiəçisi Dieqo Qodin olub. O, DÇ-2022-də 36 yaş 285 günlüyündə meydana çıxıb.Muslera həm də beşinci dünya çempionatında iştirak edib. O, uzun illərdir Uruqvay millisinin əsas simalarından biri hesab olunur və yığmanın heyətində 130-dan çox oyun keçirib.Qeyd edək ki, Uruqvay yığması mundialın qrup mərhələsində Səudiyyə Ərəbistanı, İspaniya və Kabo-Verde ilə birlikdə H qrupunda mübarizə aparır.

Bir vaxtlar “Real”ı məğlub etmişdilər – İndi stadionlarında mal-qara otlayır 

Bir vaxtlar Türkiyə Super Liqasında mübarizə aparan, həmçinin yoldaşlıq və rəsmi oyunlarda "Real Madrid"i 3:2, "Qalatasaray"ı isə 4:2 hesabı ilə məğlub edərək böyük uğurlara imza atan "Yimpaş Yozgatspor"un məşq bazası acınacaqlı vəziyyətə düşüb.Oxu24.com xəbər verir ki, klubun bağlanmasından sonra baxımsız qalan 100 dönümlük ərazi hazırda inəklərin otlaq sahəsinə çevrilib. Məlumata görə, 1998/1999-cu illər mövsümündə "Yimpaş Holding"in tərkibinə keçərək adını dəyişən və 2000-2002-ci illərdə Super Liqada çıxış edən qırmızı-qaralar regional liqaya düşdükdən sonra fəaliyyətini tamamilə dayandırıb.Klubun çiçəklənən dövründə – 2000-ci ildə Fakıbəyli bölgəsində inşa etdirdiyi və toxumları xüsusi olaraq Niderlanddan gətirilən iki nizami ot meydançası olan müasir kompleksi isə taleyin ümidinə buraxılıb.Hazırda meydançalarda bitən otlar kənd heyvanlarının yeminə çevrilib, idmançıların soyunub-geyinmə otaqları isə tamamilə dağıdılıb.Yerli həvəskar liqada mübarizə aparan "Yozgatspor 1959 FK" klubu bu tarixi bazanı yenidən bərpa etmək və istifadəyə vermək üçün hələ 2023-cü ildə genişmiqyaslı işlərə başlasa da, "Yimpaş Holding" ilə bağlı yaranan hüquqi maneələr və yasal problemlər səbəbindən layihə yarıda qalıb. Bununla da əfsanəvi klubun mirası hüquqi çəkişmələr və baxımsızlıq ucbatından məhv olmaq təhlükəsi ilə üz-üzədir.(bizimmedia)

Dünya çempionatında daha bir qalmaqal 

ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında qalmaqallar bitmir.Oxu24.com  xəbər verir ki, bu dəfə Uruqvay millisinin futbolçuları çətin vəziyyətdə qalıb.Onlar Səudiyyə Ərəbistanı ilə ilk turun oyununa gələrkən ciddi yoxlanışdan keçiblər. ABŞ polisi futbolçuların bütün çantalarını bir-bir yoxlayıb.Bu isə komanda rəhbərliyinin etirazına səbəb olub. Polis futbolçuları sıraya düzərək onların çantalarını alıb və saatlarla yoxlama aparıb.

DÇ-2026: Günün oyunları və nəticələri 

DÇ-2026-da qrup mərhələsinin ilk turunun oyunları davam edir.Oxu24.com xəbər verir ki, bu gün H, G və I qruplarının hərəsində bir görüş keçirilir.H qrupunda Səudiyyə Ərəbistanı Uruqvayla qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.Digər qruplarda İran Yeni Zelandiya ilə, Fransa isə Seneqalla qarşılaşacaq.16 iyunH qrupu02:00. Səudiyyə Ərəbistanı – Uruqvay - 1:1Qollar: Abdulelah Al Amri, 49 (1:0), Maksimiliano Arauxo, 80 (1:1)15 iyun İspaniya - Kabo-Verde - 0:0G qrupu16 iyun05:00. İran – Yeni Zelandiya 15 iyun Belçika – Misir - 1:1I qrupu23:00.Fransa – Seneqal17 iyun02:00. İraq – Norveç

Dünya çempionatı: İran və Yeni Zelandiya oyununda qalib müəyyənləşməyib 

ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində İran və Yeni Zelandiya milliləri qarşılaşıblar.Oxu24.com  xəbər verir ki, Okeaniya dövləti oyunda ilkin qola imza atıb.Belə ki, Yeni Zelandiya yığmasının heyətində Elayja Cast 7-ci dəqiqədə fərqlənib. Oyunun 32-ci dəqiqəsində İran futbolçusu Ramin Rezayan hesabı bərabərləşdirib.Lakin ikinci hissədə Elayja Cast dubla imza atsa da, Məhəmməd Muhibbi qolun əvəzini 64-cü dəqiqədə çıxıb. Gərgin keçən matçda hesab dəyişməyib.Qeyd edək ki, bu qrupun digər oyununda Belçika Misirlə (1:1) bərabərə qalıb.ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.

"Şəfa" "Kəpəz"in sabiq qapıçısı Məmməd Hüseynovu transfer edib 

"Şəfa" "Kəpəz"in sabiq qapıçısı Məmməd Hüseynovu transfer edib.Bu barədə Oxu24.com-a klubun mətbuat xidmətindən bildrilib.Bakı təmsilçisi 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.Qeyd edək ki, "Qarabağ"ın yetirməsi olan Məmməd Hüseynov son olaraq Gəncə klubunun formasını geyinib. O, karyerası ərzində "Zirə"də də çıxış edib.

Türkiyə qol vura bilmədi

C qrupunda Şotlandiya millisi Haitini 1:0 hesabı ilə məğlub edərək mundiala qələbə ilə başlayıb.

D qrupunda yer alan Türkiyə yığması isə Avstraliya seçməsi ilə qarşılaşıb. Görüş ayulduzluların 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella açıqlamasında komandanın hücumda istədiyi nəticəni ala bilmədiyini bildirib: Bu gün hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı.

Qeyd edək ki, bu qrupun ilk oyununda ABŞ millisi Paraqvaya 4:1 hesabı ilə qalib gəlmişdi.

&quot;Araz-Naxçıvan&quot;a yeni baş məşqçi&nbsp;təyin edildi

"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub. Modern.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb. Bu posta Cavid Hüseynov təyin edilib. Mütəxəssislə 1 illik müqavilə imzalanıb. Futbolçu kimi müxtəlif illərdə "Turan", MOİK, "Olimpik", "İnter", "Neftçi", "Bakı",...

AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda Agentliyin yeni Strategiya layihəsi müzakirə olunub. Şura üzvləri missiya, dəyərlər, strateji məqsədlər və ümumi konsepsiya ilə bağlı fikir mübadiləsi aparıblar. Gündəlikdə yer alan digər məsələlər çərçivəsində AMADA-nın 2024-cü və 2025-ci illər üzrə illik hesabatları nəzərdən keçirilib və Müşahidə Şurası tərəfindən təsdiq edilib. Bununla yanaşı, Agentliyin 2026-cı ilin ilk yarısı üzrə büdcəsi və yüksək dəyərli əqdlərlə bağlı məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Source

"Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim"

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Anton Krivotsyuk və Abdulla Xaybullayevin yığmadan uzaqlaşdırılmasına münasibət bildirib.

Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırıb:

- Abdulla Xaybulayev və Anton Krivotsyuk yalnız bu toplanışdan kənarlaşdırılıblar, yoxsa Millətlər Liqasını da buraxacaqlar?

- Bu qərara mən özüm də pis olmuşam. Onlar yığmanın ən intizamlı futbolçularıdır. Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim. Oyundan əvvəl məşqə birlikdə velosipedlə gedirdilər. Futbol emosional oyundur, lakin bəzi şeylər bağışlanmır. Komandada yaxşı ab-havamız var. Bu qərar yalnız hazırkı toplanışa aiddir.
 

Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk açıqlama

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen Ukrayna yığması ilə keçirilən yoldaşlıq oyununda huşunu itirdikdən sonra ilk dəfə instaqramda açıqlama yayıb.

Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Almaniyanın "Volfsburq" klubunda çıxış edən 34 yaşlı futbolçu artıq evində olduğunu və bərpa prosesinə tam diqqət yetirdiyini bildirib:

"Hər kəsə bildirmək istəyirəm ki, özümü yaxşı hiss edirəm və artıq ailəmlə birlikdə evdəyəm. Təsəvvür etdiyiniz kimi, kardioverter-defibrilyator cihazının boşalması, yəni elektrik şoku verməsi həm mənim, həm də yaxınlarım üçün ciddi bir sarsıntı oldu. Lakin hər kəsi sakitləşdirmək istəyirəm, vəziyyət 2021-ci ildə baş verənlərdən tamamilə fərqli idi. Özümü yaxşı hiss edirəm və bərpa prosesim artıq başlayıb".

Qeyd edək ki, Danimarkanın Odense şəhərində Ukraynaya qarşı keçirilən yoldaşlıq matçının 65-ci dəqiqəsində Danimarka 2:1 hesabı ilə öndə olarkən Eriksen qəfildən ürəyini tutaraq ot örtüyünün üzərinə yıxılıb. Hadisədən sonra oyun dərhal dayandırılıb və daha sonra tamamilə təxirə salınıb.

Xatırladaq ki, K. Eriksen oxşar hadisəni ilk dəfə "Avro-2020" turniri zamanı, 2021-ci ilin yayında Finlandiya ilə matçda yaşamışdı. Həmin vaxt ürəyi dayanan futbolçunun həyatını xilas etmək üçün meydanda reanimasiya tədbirləri görülmüş və daha sonra onun bədəninə daimi kardiostimulyator yerləşdirilmişdi.

Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək

Belarusun BATE klubu UEFA Konfrans Liqasının təsnifat mərhələsinin ev oyunlarını Azərbaycanda keçirəcək.
 
Moderator.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "football.by" saytı məlumat yayıb.
 
Klub ev oyunları üçün iştirak etmək üçün UEFA-ya Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu sifariş edib.
 
Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması iyunun 16-da baş tutacaq. Oyunlar iyulun 9-u və 16-da keçiriləcək. BATE səpələnmişlər səbətində yer alacaq.
 
Qeyd edək ki, Ukrayna ilə Rusiya arasındakı müharibə ilə əlaqədar UEFA Belarus klublarına avrokubok oyunlarını doğma meydanda keçirmək qadağası qoyub.

Məşhur riyaziyyatçıdan sensasion proqnoz: Dünya çempionu Niderland olacaq

Almaniyalı riyaziyyatçı Yoaxim Klement 2026-cı il futbol üzrə Dünya Çempionatının qalibini proqnozlaşdırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.
 
Klementin hesablamalarına görə, turnirin əsas favoriti Niderland millisidir. Onun fikrincə, Ronald Kumanın rəhbərlik etdiyi komanda yarımfinalda İspaniyanı məğlub edərək revanş alacaq, finalda isə Kriştianu Ronaldonun çıxış etdiyi Portuqaliya yığmasına qalib gələrək dünya çempionu olacaq.
 
Riyaziyyatçı hesab edir ki, Avropa təmsilçisi başqa qitədə keçirilən mundialda da zəfər qazanmağı bacaracaq.
 
Qeyd edək ki, Yoaxim Klement son üç Dünya Çempionatının qaliblərini düzgün proqnozlaşdırması ilə tanınır. O, 2014-cü ildə Braziliyada keçirilən mundialda Almaniyanın, 2018-ci ildə Fransanın, 2022-ci ildə isə Argentinanın çempion olacağını əvvəlcədən dəqiq təxmin etmişdi.
 
Bundan əvvəl bukmeker şirkətləri də 2026-cı il Dünya Çempionatının finalında iki Avropa millisinin qarşılaşacağı ehtimalının 50 faizdən çox olduğunu bildirmişdilər. Bu nəticəyə mərc etmək üçün əmsal 1,75 olaraq göstərilir.
 
2026-cı il futbol üzrə Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırkı dünya çempionu isə Argentina millisidir.
 

"Liverpul"un keçmiş hücumçusu karyerasını başa vurdu - FOTO

"Liverpul"un keçmiş hücumçusu Divok Oriqi peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Moderator.az bu barədə Sport24.ru-ya istinadən xəbər verir.

"Oyunçu kimi futboldakı məqsədimə çatdım. Uşaqlıq arzularımı gerçəkləşdirdim - ən böyük arenalarda çıxış etdim və ən nüfuzlu kubokları qazandım. Bütün bunlara görə Tanrıya minnətdaram. Missiya tamamlandı. İndi məni yeni bir tale gözləyir. Səyahət davam edir", - deyə 31 yaşlı belçikalı futbolçu müraciətində bildirib.

Qeyd edək ki, Oriqi "Liverpul"un heyətində 175 oyunda meydana çıxıb və 41 qol vurub. Hücumçu "qırmızılar"ın tərkibində 2018/19 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olub, İngiltərə çempionluğunu qazanıb. O həmçinin İngiltərə Kuboku, Liqa Kuboku, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi adını qazanıb.

Bundan əlavə, belçikalı futbolçu karyerası ərzində "Milan", "Lill", "Volfsburq" və "Nottingem Forest" klublarında da çıxış edib.

"Qarabağ" Maksim Medvedev və daha iki mütəxəssisi ilə müqaviləni yeniləyib

"Qarabağ" klubu akademiyanın baş koordinatoru Aftandil Hacıyev, baş məşqçilər - Maksim Medvedev və Rəşad Sadiqovla müqavilənin müddətini uzadıb.
 
Moderator.az xəbər verir ki, bu barədə AZƏRTAC-a akademiyanın meneceri Nail Kərimov məlumat verib.
 
Rəşad Sadiqov Ağdam klubunun U-19 komandasına, Maksim Medvedev isə əvəzediclərə başçılıq edir.
 
Klub rəsmisi bildirib ki, əvəzedicilər liqası ləğv olunsa, M.Medvedev başqa işlə təmin olunacaq. O, son olaraq U-16-nın baş məşqçisi olan Rauf Əliyevlə vidalaşdıqlarını təsdiqləyib.

Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzub

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasına məğlubiyyətlə başlayıb.

"Report" xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv İsveç yığmasına uduzub.

Bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb..

Qeyd edək ki, milli növbəti matçını iyunun 7-də Estoniyaya qarşı keçirəcək.

Nazim Sadıxov: "Mən daha təhlükəliyəm"

Qarşıdakı döyüşlərə köklənmişəm.

"Report"un məlumatına görə, bunu Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ilə bağlı onlayn şəkildə təşkil olunan mətbuat konfransında deyib.

İdmançı hazırlıqların qaydasında olduğunu söyləyib:

"Hazırlıq əla gedir və məşq prosesində çox şeyi dəyişmişəm. Həmişə irəli baxmalısan. Dekabrdakı son döyüşlərimdə məğlub oldum. Buna baxmayaraq qarşıdakı döyüşlərə köklənmişəm. Yorğunluqdan irəli gələn məğlubiyyətlər idi".

O rəqibindən daha təhlükəli olduğunu bildirib:

"Düşünürəm ki mən Mateus Kamilodan daha təhlükəliyəm. "Canavar"ın öz sirləri var".

Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Nazim Sadıxov yarımağır çəki dərəcəsində braziliyalı Mateus Kamilo ilə döyüşəcək.

Azərbaycan millisi çempion oldu 

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında final oyununa çıxıb.Oxu24.com  xəbər verir ki, komandamız Ukrayna seçməsi ilə üz-üzə gəlib.Qarşılaşma "Tipos Arena"da, Bakı vaxtı ilə saat 22:30-da start götürübMillimiz oyuna qolla başlayıb. Mirmehdi Rzayevin qoluyla komandamız hesabda 1:0 önə keçib.Görüşün son dəqiqələrində risk alan Ukrayna millisi qapıçını ön xətt oyunçusu ilə əvəzləyib. Boşluqdan istifadə edən mini futbolçularımız hesab arasındakı fərqi 2-yə çatdırıb. Oyunda başqa qol olmayıb: 2:0.Bu nəticəylə minifutbol üzrə milli komandamız dünya çempionluğunun ardınca ikiqat Avropa çempionluğunu da rəsmiləşdirib.Avropa çempionatıFinal22:30. Azərbaycan - Ukrayna 2:0

“Qarabağ”ın keçmiş futbolçusu 41 yaşında vəfat etdi

“Qarabağ”ın sabiq futbolçusu Caba Dvali 41 yaşında vəfat edib.Oxu24.com  xəbər verir ki, keçmiş hücumçu ürəktutmasından dünyasını dəyişib.O, karyerası ərzində Gürcüstanın “Dinamo” (Tbilisi) və “Zestafoni” klublarının da formasını geyinib.Caba Dvali 2014-cü ildə Ağdam təmsilçisinin şərəfini qoruyub və cəmi 5 görüşdə meydana çıxıb. O, Gürcüstan milli komandasının heyətində isə bir oyun keçirib. (Bakıvaxtı.az)

TƏCİLİ! Azərbaycan finala çıxdı

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.Oxu24.com  xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiyanı məğlub edib."Tipos Arena"dakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib. Komandanın heyətində Xətai Bağırov fərqlənib.Daha sonra penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan komandamız adını finala yazdırıb.Azərbaycan millisi finalda Ukrayna ilə qarşılaşacaq. Matç iyunun 4-də keçiriləcək.

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir 

İntizamsızlığa görə “Qarabağ”ın əsas heyətindən qovulan Azərbaycan yığmasının üzvü Elvin Cəfərquliyev karyerasını Yunanıstanda davam etdirə bilər.Oxu24.com  Futbolinfo.az-a istinadən xəbər verir ki, sol cinah müdafiəçisi ilə bu ölkənin “Panatinaikos” klubu maraqlanır.Son mövsümü 4-cü pillədə bitirən Afina təmsilçisi Konfrans Liqasında iştirak edəcək. Komandanın sol cinah müdafiəçisinə ehtiyacı var. Bu mövqedə hazırda üst səviyyədə çıxış edən əsas futbolçuları yoxdur.“Panatinaikos”a yeni baş məşqçi təyin olunub. 4 ildir ki, Danimarkanın “Kopenhagen” klubunun “sükanı arxasında” olan Yakob Neestrup yunanları çalışdıracaq. Cəfərquliyev isə danimarkalı mütəxəssisə tanış simadır. Belə ki, cari mövsüm UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda onun çalışdırdığı “Kopenhagen” “Qarabağ”la üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada Azərbaycan təmsilçisi 2:0 hesablı qələbəyə sevinib. Həmin görüşdə isə Elvin “Matçın oyunçusu” seçilmişdi.Görünən odur ki, Neestrup Azərbaycan yığmasının üzvünü izləməkdə davam edib və onu yeni komandasında görmək niyyətindədir.Amma yunanların marağı hələ rəsmi təklifə çevrilməyib. “Qarabağ” müdafiəçisi üçün transfer haqqı istədiyindən keçid rahatlıqla başa gəlməyəcək.Elvinə Serbiya “Partizan”ı və Portuqaliya “Braqa”sı da maraq göstərir.

Qarabağın sabiq futbolçusu vəfat edib 

“Qarabağ”ın sabiq futbolçusu Caba Dvali 41 yaşında vəfat edib.Oxu24.com  AZƏRTAC-a istinadən xəbər verir ki, keçmiş hücumçu ürəktutmasından dünyasını dəyişib.O, karyerası ərzində Gürcüstanın “Dinamo” (Tbilisi) və “Zestafoni” klublarının da formasını geyinib.Caba Dvali 2014-cü ildə Ağdam təmsilçisinin şərəfini qoruyub və cəmi 5 görüşdə meydana çıxıb. O, Gürcüstan milli komandasının heyətində isə bir oyun keçirib.

Türkiyə millisinin dünya çempionatı üçün heyəti açıqlanıb 

Türkiyə millisinin dünya çempionatı üçün heyəti açıqlanıb.Oxu24.com  TFF-yə istinadən xəbər verir ki, baş məşqçi Vinçenzo Montello yekun "26-lığ"ə müəyyənləşdirib.Qapıçılar:Uğurcan Çakır ("Qalatasaray"), Altay Bayındır ("Mançester Yunayted"), Mert Günok ("Fənərbaxça")Müdafiəçilər:Merih Demiral ("Əl-Əhli"), Abdülkerim Bardakcı ("Qalatasaray"), Çağlar Söyüncü ("Fənərbaxça"), Eren Elmalı ("Qalatasaray"), Ferdi Kadıoğlu ("Brayton"), Mert Müldür ("Fənərbaxça"), Ozan Kabak ("Hoffenhaym"), Samet Akaydin ("Rizespor"), Zeki Çelik ("Roma")Yarımmüdafiəçilər:İsmail Yüksek ("Fənərbaxça"), Hakan Çalhanoğlu ("İnter"), Kaan Ayhan ("Qalatasaray"), Orkun Kökçü ("Beşiktaş"), Salih Özcan ("Borussiya")Hücumçular:Arda Güler ("Real"), Barış Alper Yılmaz ("Qalatasaray"), Oğuz Aydın ("Fənərbaxça"), Yunus Akgün ("Qalatasaray"), Can Uzun ("Ayntraxt"), Deniz Gül ("Portu"), İrfan Can Kahveci ("Fənərbaxça"), Kenan Yıldız ("Yuventus"), Kerem Aktürkoğlu ("Fənərbaxça")

Ən ziyanlı idman növü açıqlanıb 

London Universitet koleci və Kardiff Universiteti alimləri yeni araşdırma nəticəsində aşkar ediblər ki, futbol beyinə mənfi təsir edir.Oxu24.com  xəbər verir ki, alimlər müxtəlif illərdə vəfat etmiş 6 futbolçunun beynini tədqiq etdikdən sonra onlarda beynin boz maddəsinin quruluşunda dəyişikliklər aşkar ediblər. Alimlərin fikrinə görə, məhz bu dəyişikliklər onlarda demensiya və vaxtından əvvəl ölümə səbəb olub.İllər ərzində futbolçular çoxsaylı mikrotravmalar alır ki, bu da beynin toxumasına ciddi ziyan vurur.Nəticədə idmançılarda baş gicəllənməsi, baş ağrıları, huşsuzluq, əsəbilik kimi simptomlar inkişaf edir. Bu simptomlar idmançılarda xroniki travmatik ensefalopatiyanın inkişafına işarə edir. Vaxt keçdikcə ensefalopatiyanın fonunda ağıl zəifliyi inkişaf edə bilər.Amerika alimlərinin araşdırmaları göstərib ki, professional səviyyədə Amerika futbolu ilə məşğul olan idmançıların 96%-də xroniki travmatik ensefalopatiya əlamətləri müşahidə  olunur.Saglamolun.Az

Bu ayın ən reytinqli idmançısı  kimdir?

Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb.Oxu24.com  xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.Siyahıya apreldə Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında qızıl medal qazanan yunan-roma güləşçisi Həsrət Cəfərov (480 xal) başçılıq edir.Yarışın digər qızıl mükafatçısı, sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) ikinci pillədə qərarlaşıb. Qitə birinciliyində gümüş medal qazanan sərbəst güləşçi Arseniy Djioyev (420 xal) ilk "üçlüy"ü qapayır.Növbəti sıralarda Zelim Kotsoyev (cüdo, 390 xal), Səidcəmşid Cəfərov (boks, 350 xal), Elcan Hacıyev (cüdo, 340 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal), Zelim Tçkayev (cüdo, 320 xal), Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal) və Nurəddin Novruzov (sərbəst güləş, 270 xal) yer alıblar.

Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası 

2025/26 mövsümü UEFA Çempionlar Liqasının bombardiri müəyyənləşib.Oxu24.com  xəbər verir ki, bu ada 15 qolla “Real”ın hücumçusu Kilian Mbappe layiq görülüb. “Bavariya”dan Harri Keyn 2-ci (14 qol), “Atletiko”dan Xulian Alvares, “Nyukasl”dan Entoni Qordon və PSJ-dən Xviça Kvaratsxeliya isə (hər üçü 10 qol) 3-cü olublar.Liqa mərhələsində 5 qol vurmuş “Qarabağ”ın kolumbiyalı hücumçusu Kamilo Duran isə 10 futbolçu ilə birgə 17-ci yeri tutub.

Dünya çempionatını Azərbaycanda bu kanal YAYIMLAYACAQ   

Futbol üzrə dünya çempionatını Azərbaycanda hansı kanalın  canlı yayımlayacağı məlum olub.Oxu24.com xəbər verir ki,ilin ən möhtəşəm idman yarışı İctimai TV vasitəsi ilə canlı yayımlanacaq.Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Turnirdə tarixdə ilk dəfə olaraq 48 komanda yarışacaq.Dünya çempionatında qalib gələn komanda 50 milyon dollar, ikinci 33 milyon dollar, üçüncü yer 29 milyon dollar, dördüncü yer 27 milyon dollar, beşinci-səkkizinci yer 19 milyon dollar, 9-16-cı yer 15 milyon dollar, 17-32-ci yer 11 milyon dollar, 33-48 yer 9 milyon dollar mükafat alacaq.Bundan əlavə, hər bir seçmə komanda turnirə hazırlıq xərclərini ödəmək üçün 1,5 milyon dollar alacaq. Bu o deməkdir ki, bütün komandalara 2026-cı il dünya çempionatında iştirak üçün ən azı 10,5 milyon dollar zəmanət verilir.Miri Məcidli

Cüdoçumuz Avropa Kubokunun qalibi olub 

Avstriyanın Qrats şəhərində cüdo üzrə gənclər arasında Avropa Kubokuna start verilib.Oxu24.com xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisi bir qızıl medal qazanıb.66 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev bütün rəqiblərinə qalib gələrək çempion olub. Cüdoçumuz finaladək Almaniya, Xorvatiya, Belçika və Macarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb.Məhəmməd həlledici görüşdə Serbiya idmançısı Marko Yorqiçi ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Aktivində 1 qızıl medal olan milli komandamız medal sıralamasında oğlanlar arasında birinci, ümumi hesabda isə 5-ci pillədə qərarlaşıb.

Azərbaycan millisinin heyətində dəyişiklik 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.Oxu24.com  AFFA-nın saytına istinadən xəbər verir ki, “Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən düşərgədən ayrılıb. Onun əvəzinə “Neftçi”nin qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib.Qeyd edək ki, mayın 28-dən Bakıda bir araya gələn U-21 bu gündən iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Millimiz Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.

ŞOK! Azərbaycan klubu avrokuboklara buraxılmaya bilər

Premyer Liqada mövsümü bürünc medalla başa vuraraq ölkəmizi Konfrans Liqasında təmsil etməli olan "Turan Tovuz" klubu bu hüquqdan məhrum edilib.Oxu24.com xəbər verir ki,Sportinfo.az məsələ ilə bağlı bir çox mətləbləri üzə çıxarıb.Təxminən 10 gün əvvəl UEFA-dan "Turan Tovuz"a Konfrans Liqasında iştirakına qadağa qoyulması ilə bağlı məktub gəlib.Klub qısa müddətdə məhkəməyə müraciət edib, məsələnin həllinə çalışıb.Hətta kömək üçün hazırda FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsində çalışan AFFA-nın sabiq baş katibi Elxan Məmmədova belə müraciət olunub.Lakin müsbət nəticə əldə etmək mümkün olmayıb.Əldə etdiyimiz digər məlumata görə, məsələnin kökü 2019-cu ildə başverənlərə gedib çıxır.Belə ki, həmin il UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən "Turan Tovuz”un 7 oyunçusu - Qocayev Sənan, Rüstəmov Misir, Bağırov Emin, Sadıqov İlkin, Məmmədov Rüfət, Tağıyev Eltay və Quluzadə Şahin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunduğu üçün futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub."Turan Tovuz" rəhbərliyi qərarla hələ də razılaşmaq istəmir.Mümkün bütün instansiyalara baş vurub, qadağanı götürməyə ümid edir.Əks halda, 32 ildən sonra avrokuboklarda iştirak hüququ qazanan "Turan Tovuz"u mövsümü 5-ci sırada tamamlayan "Zirə" kollektivi əvəz edəcək.

Azərbaycanın bədii gimnastları Bolqarıstanda Avropa çempionatında iştirak ediblər

Mayın 27-dən 31-dək Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə 42-ci Avropa çempionatı keçirilir.Oxu24.com  xəbər verir ki, bu gün çıxış edən yeni formalaşmış qrup hərəkətləri üzrə Azərbaycan komandası böyüklər kateqoriyasında debüt etdiyi Avropa çempionatında finala vəsiqə qazana bilməsə də, 26 komanda arasında çoxnövçülük üzrə 46.650 xal toplayaraq 11-ci yeri tutub. Komandamız 5 top ilə proqramda 24.100 xalla 11-ci, 3 halqa və 2 cüt gürz ilə proqramda isə 22.550 xalla 15-ci yerdə qərarlaşıb.Böyüklər yaş kateqoriyasında fərdi və qrup hərəkətləri üzrə nəticələrin cəminə əsasən komanda hesabında Azərbaycan yığması 239.350 xalla 15-ci yeri tutub. Komanda hesabındakı nəticəyə töhfə verən fərdi gimnastlarımız Fidan Qurbanlı, Gövhər İbrahimova və Kamilla Seyidzadə olub.Fərdi çoxnövçülük yarışlarında isə Fidan Qurbanlı 74.850 xal toplayaraq 32-ci yerdə qərarlaşıb.Qeyd edək ki, yarışda ölkəmizi fərdi proqramda gənclər arasında Azadə Atakişiyeva və Nuray Muradlı, böyüklər arasında isə Fidan Qurbanlı, Gövhər İbrahimova, Kamilla Seyidzadə, həmçinin qrup hərəkətləri komandamız təmsil edib.Gənclər arasında Azadə Atakişiyeva halqa ilə proqramda 22.450 xalla 19-cu yerə layiq görülüb.   

Çempion onlar oldular -  UEFA Çempionlar Liqası

Bu gün UEFA Çempionlar Liqasında 2025-2026 mövsümünün qalibi məlum olub.Oxu24.com xəbər verir ki, həlledici görüşdə İngiltərənin “Arsenal” və Fransanın PSJ komandaları üz-üzə gəlib.Macarıstanın paytaxtı Budapeştdə keçirilən matçın birinci hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandalar əlavə vaxtda fərqi artırmağa nail olmayıb. Penaltilər seriyasından isə PSJ qalib ayrılıb.30 mayUEFA Çempionlar LiqasıFinal20:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə) - 1:1 (Penaltilər seriyası - 4:3)Qol: Haverts, 6 (0:1), Dembele, 65-pen. (1:1)Baş hakim: Daniel Zibert (Almaniya)"Puşkaş Arena"

Qurbanov “Qarabağ”la bağlı qərar verdi 

Son vaxtlar adı Türkiyə, Rusiya və Avropanın müxtəlif komandaları ilə yanaşı çəkilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni müqavilə imzalayıb.Oxu24.com  xəbər verir ki, o, Ağdam təmsilçisi ilə 3 illik sözləşməyə imza atıb.Bildirilib ki, yeni anlaşmaya əsasən, Qurbanov 2029-cu ilin yayına qədər “Qarabağ”a rəhbərlik edəcək.Qeyd edək ki, bu barədə ilk məlumatı “Sportinfo.az” yayıb.

Siyasət Əsgərov: İrəli xətdə hər kəsdən qol gözləyirik

Qadınlardan ibarət yığmanın baş məşqçisi Siyasət Əsgərov qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda baş tutacaq Azərbaycan – Macarıstan oyunundan əvvəl fikirlərini bölüşüb.

"Report" AFFA-ya istinadən xəbər verir ki, o, matça maksimum hazırlaşdıqlarını bildirib.

Siyasət Əsgərovun sözlərinə görə, onlar üçün Sumqayıtda oynamaq şərəfdir:

"Ümid edirəm ki, tribunada azarkeş də görəcəyik. Turnir cədvəlində ikinci pillədəyik. Rəqibdən bir xal geri qalırıq. Oyunun mahiyyətinin fərqindəyik. Matça maksimum hazırlaşmışıq. Bizim üçün qələbə önəmlidir. Bu oyuna fərqli planla çıxacağıq. Rəqibin harda boşluqlar verdiyini bilirik. Komandada psixoloji problemimiz yoxdur. Hər oyunda olduğu kimi bu oyunda da, tək Sevincdən yox, irəli xətdəki hər kəsdən qol gözləyirik".

Fərid Qayıbov Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb

İyunun 3-də gənclər və idman naziri Fərid Qayıbov may ayı ərzində Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb.

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bakı Gənclər Mərkəzində təşkil olunan görüş zamanı ötən ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Fərid Qayıbov çıxışında bildirib ki, may ayı ərzində Azərbaycanın Dövlət Himni 15 ölkədə səsləndirilib və idmançılarımız ümumilikdə 70 qızıl, 58 gümüş, 103 bürünc medal qazanıblar. İdmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir onları və məşqçilərini təbrik edib.

Ardınca müxtəlif idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər. Sonda Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.

Türkiyə millisi&nbsp;DÇ-2026 üçün heyətini açıqladı

Türkiyə millisinin DÇ-2026 üçün heyəti bəlli olub. Mdern.az xəbər verir ki, bunu ölkənin futbol federasiyası açıqlayıb. Heyətdə 26 futbolçu yer alıb. İlkin siyahıdan Ersin Destanoğlu, Muhammed Şengezer, Ahmetcan Kaplan, Mustafa Eskihellaç, Yusuf Akçiçek, Atakan Karazor, Demir Ege Tıknaz, Aral Şimşir və Yusuf Sarı çıxarılıb. Yekun heyət isə...

DÇ-2026-nın oyunları fərqli saatlarda başlayacaq - Azarkeşlərə pis xəbər

Futbol üzrə Dünya Çempionatının final mərhələsinin açılışına çox az müddət qalıb. 11 iyun – 19 iyul 2026-cı il tarixlərində Kanada, ABŞ və Meksikada keçiriləcək Dünya Çempionatı yeni formatda baş tutacaq. Modern.az-ın məlumatına görə, FİFA-nın qərarına uyğun olaraq budəfəki final mərhələsində 48 milli komanda iştirak edəcək. Halbuki 199...

Avropa çempionatı: <span style="color: #ff0000;">Azərbaycan Fransaya qarşı</span>

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa çıxacaq.
 
Moderator.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda F qrupundakı üçüncü matçında Fransa ilə qarşılaşacaq.
 
“Tipos Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 15:15-də start götürəcək. Qarşılaşma qrup liderliyi baxımından xüsusi önəm daşıyır.
 
Hazırda Azərbaycan millisi F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncü pillədə qərarlaşıb. Hər iki matçda məğlub olan Avstriyanın isə xalı yoxdur.
 
Qeyd edək ki, Avropa çempionatına iyunun 4-də yekun vurulacaq.
 

Çempionlar Liqasında həlledici gecə: <span style="color: #ff0000;">PSJ titulu qoruyacaq, yoxsa "Arsenal" tarix yazacaq?</span>

Bu gün UEFA Çempionlar Liqasında - dünyanın ən nüfuzlu klub turnirində kubokun sahibi bəlli olacaq.
 
Moderator.az xəbər verir ki, Macarıstanın Budapeşt şəhərində son çempion titulunu qorumaq istəyən PSJ ilə uzun illərdən sonra bu zirvəyə qayıdan və tarixində ilk dəfə bu kuboku muzeyinə aparmaq niyyətində olan "Arsenal" qitənin ən möhtəşəm matçında üz-üzə gəlirlər.
 
Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
 
Qeyd edək ki, UEFA-nın builki qərarı ilə finalın start vaxtı irəli çəkilib. Bundan öncəki sezonlarda Çempionlar Liqasındakı final oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürürdü.
 
30 may
UEFA Çempionlar Liqası
Final
 
Saat 20:00, PSJ - "Arsenal"
 
Budapeşt, "Puşkaş Arena".

"Barselona" ingilis futbolçunu transfer etdi

İngiltərə millisinin vingeri Entoni Qordon rəsmi olaraq "Barselona"nın oyunçusu olub.
 
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Kataloniya klubu 25 yaşlı futbolçunun "Nyukasl"dan transferini elan edib. Müqavilə 2031-ci ilə qədər nəzərdə tutulub.
 
Transferin məbləği 70 milyon avro olub, bonuslar isə 10 milyon avro təşkil edib.
 
Qeyd edək ki, geridə qalan mövsümdə Qordon "Nyukasl"ın heyətində bütün turnirlərdə 46 oyun keçirib, 17 qol vurub və 5 məhsuldar ötürmə verib.
 

Nərimanın forması ÇL-nin finalı olan şəhərdə - <span style="color: #ff0000;">FOTO</span>

Çempionlar Liqasının finalının keçiriləcəyi Budapeştdə bu mövsüm qrup mərhələsində iştirak edən bütün komandaların formaları şəhərin müxtəlif nöqtələrində nümayiş etdirilir.

Moderator.az xəbər verir ki, diqqətçəkən məqam isə Azərbaycan təmsilçisi “Qarabağ”dan seçilən Nəriman Axundzadənin forması olub.

Məhz Nərimanın formasının sərgilənməsi maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Qeyd edək ki, Nəriman Axundzadə indi karyerasını ABŞ-ın “Kolumbus-Kru” klubunda davam etdirir.

1517718

UEFA Çempionlar Liqasında final günü 

UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün qalibi bu gün müəyyənləşəcək.Oxu24.com xəbər verir ki, final görüşündə Fransanın PSJ və İngiltərənin «Arsenal» klubları qarşılaşacaqlar.Matç Macarıstanın paytaxtı Budapeştdə «Puşkaş Arena»da keçiriləcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Görüşün baş hakimi Almaniyadan olan FIFA referisi Daniel Zibert olacaq.PSJ və «Arsenal» indiyədək UEFA-nın müxtəlif yarışlarında 7 dəfə qarşılaşıblar. Bu görüşlərdə hər iki komanda 2 qələbə qazanıb, 3 oyun isə bərabərliklə başa çatıb.UEFA Çempionlar LiqasıFinal30 may20:00 — PSJ (Fransa) – «Arsenal» (İngiltərə)Baş hakim: Daniel Zibert (Almaniya)

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi İtaliyanı məğlub edərək növbəti mərhələyə yüksəlib

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.Oxu24.com-un Bratislavaya ezam olunan əməkdaşının məlumatına görə, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ikinci oyununda İtaliya seçməsini məğlub etməklə buna nail olub."Tipos Arena"dakı qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib - 3:0. Qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar.Beləliklə, Azərbaycan millisi pley-offa yüksəlib.Qrupun digər qarşılaşmasında Fransa Avstriyanı üstələyib -3:1.Xatırladaq ki, ötən gün Avstriyaya minimal hesabla (1:0) qalib gələn komandamız mayın 30-da Fransa ilə qarşılaşacaq. Azərbaycan millisi hazırda F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Hər iki görüşdə uduzan Avstriya dördüncü sıradadır.

Azərbaycanda aerobika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib

Bakıda təşkil olunacaq aerobika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib.Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytı məlumat yayıb.Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Əlcəzair, Bolqarıstan, İtaliya, Rusiya, Türkiyə və Ukrayna təmsilçiləri mübarizə aparacaqlar.Xatırladaq ki, Dünya Kuboku iyunun 5-7-si aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.

Bu gün Azərbaycan - İtaliya oyunu var 

Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən AVRO-2026-nın F qrupunda ikinci oyununa çıxacaq. Oxu24.com  xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda İtaliya yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:45-də başlayacaq. Azərbaycan yığması ilk turda Avstriyanı 1:0 hesabı ilə məğlub edib. İtaliya isə Fransa ilə qolsuz heç-heçə edib. Qeyd edək ki,  Azərbaycan millisi qrupdakı növbəti oyununu mayın 30-da Fransaya qarşı keçirəcək.Xatırladaq ki, Azərbaycan millisi AVRO-2022-nin qalibi olub.

Azərbaycan boksçuları Batumidə beynəlxalq turnirdə 5 medal qazanıb 

Gürcüstanın Batumi şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb.Oxu24.com xəbər verir ki, Azərbaycan millisi məşqçi Elbrus Rzayevin rəhbərliyi altında yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.Komandamızın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Kənan Nəcəfov (+90 kq) gümüş, Tayfur Əliyev (60 kq), Əli Abdullayev (65 kq) və Abbasqulu Şadlinski (75 kq) isə bürünc medala sahib olub.Apasport.az 

Toral "Qarabağ"la bu sözlərlə vidalaşdı

"Qarabağ"dan ayrılaraq Türkiyənin "Bursaspor" klubuna keçən Toral Bayramov keçmiş komandası haqqında paylaşım edib.Oxu24.com  xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi İnstaqram səhifəsindəki paylaşımında Ağdam klubu ilə vidalaşıb:“Bu gün sözləri seçmək asan deyil. Bu forma ilə keçən illər ərzində təkcə futbol oynamadım, böyüdüm, öyrəndim və unudulmaz xatirələr qazandım. Mənə güvənən hər kəsə – rəhbərliyə, məşqçilərə, komanda yoldaşlarıma və hər zaman yanımda olan azarkeşlərə təşəkkür edirəm. "Qarabağ" mənim üçün sadəcə klub olmadı, həyatımın bir hissəsinə çevrildi.Doğma "Qarabağ"ı çempion kimi tərk etmək istəyərdim. Olmadı… Əvəzində Çempionlar Liqasında tarix yazıldı! Çətin qərar oldu, həm mənim, həm də rəhbərlik üçün. İstəyimi nəzərə alıb mənim keçidimi anlayışla qarşılayan rəhbərliyə xüsusi təşəkkürümü bildirirəm.Hər son yeni başlanğıcdır. Görüşənədək, Uğurlar "Qarabağ"! 

Azərbaycan millisində yeni futbolçu 

Mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə yeni futbolçu cəlb olunub.Oxu24.com  xəbər verir ki, Belçikanın “Sent-Truiden” klubunun yarımmüdafiəçisi Mustafa Kamara U-21 millinin düşərgəsinə qoşulub. 18 yaşlı sol vinger 2025-2026-cı illər mövsümündə “Sent-Truiden”in U-18 komandasının heyətində ümumilikdə 19 oyun keçirib, 2 qol vurub.U-21 Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.Qeyd edək ki, Mustafa Kamara 2007-2012-ci illərdə “Qəbələ”nin formasını geyinmiş Abdulkader Kamaranın oğludur. Mustafa 2008-ci il martın 3-də Azərbaycanda anadan olub.

“Neftçi”nin yeni futbolçusu kimdir?

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.Oxu24.com  Bakı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi Rüfət Abbasovla 3 illik müqavilə bağlanıb.O, “3” nömrəli formanı geyinəcək.Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan, 2015-ci ildə "Neftçi" akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib, 2 rəsmi oyun keçirib. Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.

Modriç futboldan gedir

Milan və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç 2026-cı il Dünya Kubokundan sonra karyerasını başa vuracağını açıqlayacaq. Oxu24.com xəbər verir ki,40 yaşlı mütəxəssisin qərarı barədə məlumatı X sosial media saytında paylaşan jurnalist Nikolo Şira bildirib.Yarımmüdafiəçi sentyabr ayında 41 yaşına çatacaq. Daha əvvəl xəbər verilmişdi ki, xorvatiyalı futbolçu Milanla müqaviləsini yeniləməkdən imtina edib və yayda İtaliya klubundan ayrılacaq.2026-cı il Dünya Kuboku Modriç üçün beşinci Dünya Kuboku olacaq. O, Xorvatiya millisində 196 oyun keçirib və 28 qol vurub. Yarımmüdafiəçi Dünya Kubokunun gümüş və bürünc medalçısıdır.Klub karyerası ərzində Modriç Milandan əlavə, Real Madrid, Tottenham, Dinamo Zaqreb, İnter Zapreşiç və HSK Zrinjski Mostar kimi klublarda da oynayıb. 2018-ci ildə yarımmüdafiəçi "Qızıl Top" mükafatını alıb.Nigar

Adıgözəlov: “Heç vaxt belə çirkli oyunların iştirakçısı olmamışıq” (MÜSAHİBƏ) 

“Sabah” 2018-ci ildə Premyer Liqaya yüksələndən klubun prezidenti Maqsud Adıgözəlovla müsahibə edirik. Ənənə davam edir. Bu dəfə ölkə çempionatının və kubokunun qalibi kimi…Oxu24.com futbolpress-ə istinadən müsahibəni təqdim edir:– Sizinlə ildə iki dəfə müsahibə edirik, ilin və mövsümün yekunu. Bu dəfə mövsümün panoraması ilə bağlı fikirlərinizi bilmək istərdim. “Qızıl dubl” etdiniz…– Əlbəttə, bu mövsümü uğurlu adlandırmaq olar. Amma mən həmişə demişəm ki, bizim üçün əsas olan təkcə nəticə deyil, inkişaf prosesidir. Səkkiz il əvvəl Premyer Liqada debüt edəndə də məqsədimiz mümkün olan ən yaxşı nəticəyə nail olmaq idi. Sadəcə, o dövrdə reallıq tam fərqli görünürdü.Valdas Dambrauskas gələndən sonra klubun inkişafı ilə bağlı strategiyamızı yenidən müəyyənləşdirmişdik. Ötən mövsüm liderlə aramızda çox böyük xal fərqi vardı. Məqsədimiz bu fərqi hər il azaltmaq və nəticədə arzuladığımız səviyyəyə çatmaq olmuşdu. Sevindirici haldır ki, bu proses gözlədiyimizdən daha sürətli baş verdi və biz çempionluğa yüksəldik. Təbii ki, heç kim mövsümün əvvəlində çempion olacağına zəmanət verə bilməz. Futbolda belə şeylər olmur. Amma biz hər gün bu məqsəd üçün çalışırdıq və sonda həm çempionluq, həm də kuboku qazandıq.Bu uğur təkcə klubun deyil. İlk gündən bizimlə olan azarkeşlərimizin, əməkdaşlarımızın, məşqçilərimizin və futbolçularımızın uğurudur. Onların zəhməti və dəstəyi olmasaydı bu yolu keçə bilməzdik. Bu gün xoşbəxtik, amma eyni zamanda anlayırıq ki, qarşıda bizi daha böyük çağırışlar gözləyir. İndi əsas vəzifə bu uğuru davamlı etmək və klubu növbəti mərhələyə daşımaqdır.– 2018-ci ildən klubun prezidentisiniz. Bu dönəmdə klub necə böyüdü, rəhbər kimi sizdə hansı dəyişiklik oldu?- Çempionluq rəsmiləşəndə maraqlı hisslər yaşadım. Açığı, bir neçə dəqiqə sakitcə oturmuşdum. Sonra klubun icraçı direktoru ilə danışdıq, emosional söhbət oldu. Daha sonra düşündüm ki, biz illərlə bu gün üçün çalışmışıq və bu anın dadını çıxarmaq lazımdır. Çünki çox keçmədən artıq növbəti mövsümün planlaşdırılması başlayacaq və yenidən iş rejiminə qayıdacağıq. Mənim üçün ən vacib hiss məhz görülən işin nəticəsini görmək idi. Açığı, bu gün medalımın harada olduğunu belə bilmirəm. Çempion olduğumuzu hiss etmək üçün medala ehtiyac yoxdur. Bu hiss insanın daxilində olur.– “Qızıl dubl” olacağı ehtimalı neçə faiz idi? Çıxışınız liqada çempionluğa işarə verirdi, amma iki kubok…– İnanmaq başqa şeydir, əmin olmaq başqa. Əlbəttə ki, hər mövsümə maksimum hədəflərlə başlayırsan. Amma futbolda heç nə əvvəlcədən təmin olunmur.Kubokun finalını xatırlayaq. Oyunun əvvəlində qol buraxdıq. Qarşımızda çox yaxşı təşkilatlanmış və intizamlı komanda var idi. Belə oyunda nəticəni əvvəlcədən bilmək mümkün deyil. Ona görə də düşünürəm ki, finaldan əvvəl şanslar bərabər idi. Oyunun gedişində üstünlüyümüz hiss olunurdu, amma start fitindən əvvəl heç kim qalibin kim olacağını dəqiq deyə bilməzdi.– Çempionluq möhtəşəm hiss və nailiyyətdir. Amma bunun məsuliyyəti də böyükdür, hədəflər, büdcə artmalıdır.– Böyük büdcə həmişə böyük nəticə demək deyil. Əsas məsələ vəsaitin necə istifadə edilməsidir. Bizim maliyyə strategiyamız var və bütün qərarlar həmin strategiya çərçivəsində qəbul olunur. Klubun inkişafı planlı şəkildə getməlidir. Emosional qərarlar uzunmüddətli uğur gətirmir.– “Sabah”ın qrup mərhələsinə yüksəlməyini gözləyənlər çoxdur..– Klub tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edəcəyik və bu özü böyük hadisədir. Eyni zamanda reallığı da başa düşürük. Reytinqimiz yüksək deyil və mübarizəyə ilk mərhələdən başlayacağıq. Qarşıda çox çətin rəqiblər ola bilər. Amma biz Avropaya sadəcə iştirak etmək üçün getmirik. Məqsədimiz Azərbaycanı layiqincə təmsil etmək, maksimum uzağa getmək və klub tarixində yeni səhifələr yazmaqdır. Əgər liqa mərhələsinə yüksələ bilsək, bu həm maliyyə baxımından, həm də klubun inkişafı baxımından yeni imkanlar yaradacaq. Lakin bu, strategiyamızı dəyişməyəcək. Biz yenə də planlı şəkildə inkişaf etməyə davam edəcəyik.– Belə başa düşdüm ki, heyətlə bağlı köklü dəyişikliklər olmayacaq? İki cəbhədə – həm avrokubok, həm ölkə çempionatında mübarizə aparacaqsınız, bunun üçün resurs çox olmalıdır.– Hədəflərimizə uyğun olaraq heyəti gücləndirməyə çalışacağıq. Amma transfer bazarının öz qanunları var. May ayında futbolçular daha çox gözləyirlər, müxtəlif variantları qiymətləndirirlər. Avqusta yaxın isə bazarda vəziyyət dəyişir və maraqlı imkanlar yaranır.Bizim üçün əsas meyar keyfiyyətdir. Bəzən hazır futbolçular transfer edirsən, bəzən isə potensialına inandığın oyunçulara şans verirsən. Maluda buna yaxşı nümunədir. Digər tərəfdən Puxaç və Simiç kimi özünü sübut etmiş futbolçular da komandaya böyük fayda verirlər. Transfer siyasətində balans vacibdir. Həm gələcəyi düşünməlisən, həm də bugünkü nəticəni.– Çoxu düşünürdü ki, “Qarabağ”la bu qədər fərq olmaz. Bu anda pozitiv düşünənlər, ölkə futbolunda yeni brendin çıxdığını deyənlər də oldu, eyni zamanda neqativ düşünənlər də. Neqativ düşünənlər isə daha çox “Sabah”a hakimlərin kömək etdiyini və “Qarabağ”ın diqqətinin liqada olmamasını iddia edirdilər. Belə neqativ fikirlərə münasibətiniz?– Açığı, belə fikirlər bizim işimizə təsir etmirdi. Biz heç vaxt belə çirkli oyunların iştirakçısı olmamışıq, bundan sonra da olmayacağıq. Məncə bunu hamı bilir. Ancaq öz futbolumuza köklənirik. Komandamızın inkişafı barədə düşünürük. Kimsə bu cür yanlış məlumatlar yaymaqla bizim inkişafımıza mane olacağını, bizi təzyiq altında saxlayacağını düşünürdüsə  yanıldı.Biz klub daxilində yalnız öz oyunumuz və növbəti matç haqqında düşünürdük. Kimsə hansısa fərziyyələr səsləndirə bilər, bu normaldır. Futbol emosiyaların olduğu sahədir. Amma mən həmişə düşünmüşəm ki, diqqət komandaların meydanda göstərdiyi futbola yönəlməlidir. Mövsüm boyu maraqlı oyunlar izlədik, güclü rəqabət gördük, stadionlara daha çox azarkeş gəldi. Bunlar daha vacib mövzulardır.– Hakim qərarlarını qabardanlara qısa münasibətiniz necədir?– Münasibətim yoxdur.– Dambrauskas daha yaxşı alındı. Onunla yol necə nəzərdə tutulub? İlk mövsümündə böyük uğur qazandı. İdeoloji baxımdan növbəti hədəflər nələrdir? Onunla bu barədə danışmısınızmı və münasibəti necədir?– Məncə, onun işi hər kəs üçün görünür. Ümumiyyətlə, son illərdə müxtəlif məşqçilərlə çalışmışıq və hər birinin klubun inkişafında öz rolu olub. Hər qərarı həmin dövrün şərtlərinə uyğun qiymətləndirmək lazımdır. Bu gün isə düşünürəm ki, biz öz məşqçimizi tapmışıq. İndi əsas vəzifə əməkdaşlığın uzunmüddətli olması üçün bütün zəruri şəraiti yaratmaqdır. Futbolda heç vaxt heç nəyə yüz faiz zəmanət vermək olmaz. Təkliflər olur, maraq olur. Bu normal prosesdir. Amma biz əlimizdən gələni edəcəyik ki, birlikdə uğurlu yolumuza davam edək.– Mövsümün əsas hadisələrindən birinə keçək, neqativ olsa da… “Qarabağ”la liqa oyununda məşqçiniz Valerio Zuddasın qeyri-etik hərəkəti çox gündəm oldu. Sizcə, bu məsələ niyə belə şişdi?– Düşünürəm ki, həmin hadisələr meydanda qaldı və orada da qalmalıdır. Bu gün daha çox futbol haqqında danışmaq istəyirəm. Bu mövsüm Azərbaycan futbolunda maraqlı proseslər gördük. Böyük oyunlara minlərlə azarkeş gəldi, stadionlarda yaxşı atmosfer yarandı, rəqabət artdı. Məncə, diqqətimizi məhz bunlara yönəltmək lazımdır.– Legioner limitinin ləğvi çox tənqid olundu. Siz qeyd etdiyiniz amillər tək “Sabah”ın deyil, ümumilikdə çempionatın inkişafını göstərən detallardır. Sizcə, limitin ləğvinin bu prosesə, paralel olaraq da “Sabah”ın yüksəlişinə pozitiv təsiri oldumu?– Məncə, bunun müsbət təsiri var. Bu gün çempionatda daha maraqlı oyunlar görürük. Rəqabət artıb. Futbolçular da başa düşürlər ki, əsas heyətdə yer almaq üçün daha çox çalışmalıdırlar. Mən həmişə hesab etmişəm ki, inkişafın əsasında rəqabət dayanır. Bizim akademiyada son illərdə əldə olunan nəticələr göstərir ki, düzgün sistem qurulanda futbolçular inkişaf edir. Bu gün müxtəlif klublarda oynayan və akademiyamızdan çıxan futbolçular var. Yaxşı futbolçu üçün əsas məsələ limit deyil. Əgər kifayət qədər keyfiyyətlidirsə, istənilən halda öz yerini tapacaq.– Maqsud bəy,  “Sabah” akademiyada böyük işlər görür. Görünür, 2-3 il sonra yaxşı yerli futbolçu kütləsi formalaşacaq. Sizcə, belə olan halda yenidən limit məsələsinə baxılmalıdır?– Əlbəttə. Əgər ölkədə çoxlu sayda yüksək səviyyəli yerli futbolçu yetişərsə və onlar üçün əlavə mexanizmlərə ehtiyac yaranarsa, bu mövzunu yenidən müzakirə etmək olar. Amma hazırda mən hesab edirəm ki, çempionatın inkişafı, rəqabətin artması və Azərbaycan futbolunun beynəlxalq bazarda daha çox diqqət çəkməsi baxımından açıq rəqabət daha faydalıdır. Bu gün artıq xarici klubların bizim futbolçulara maraq göstərdiyini görürük. Bu proses davam edərsə, Azərbaycan futbolunun bazar dəyəri də artacaq. İnanıram ki, bu inkişaf davamlı olacaq və qarşıdakı illərdə bunun nəticələrini daha aydın görəcəyik.

“Qarabağ”ın müdafiə divarı Kolumbiyaya qayıda bilər - Atletiko hərəkətə keçdi 

Kolumbiyanın tanınmış klublarından olan Atletiko Nasional yay transfer pəncərəsi üçün müdafiə xəttini gücləndirməyi planlaşdırır. Oxu24.com xəbər verir  ki,Cənubi Amerika mətbuatında yayılan məlumata görə, klubun transfer siyahısında ilk sırada Qarabağ FK-nın müdafiəçisi Kevin Medina yer alıb.33 yaşlı kolumbiyalı müdafiəçi son illərdə “Qarabağ”ın əsas müdafiə sütunlarından biri hesab olunur. Medina Ağdam təmsilçisinin heyətində həm Azərbaycan Premyer Liqasında, həm də avrokuboklarda sabit performansı ilə diqqət çəkib.Təcrübəli futbolçunun “Qarabağ”la müqaviləsinin 2027-ci ilin yayına qədər davam etdiyi bildirilir. Buna baxmayaraq, Atletiko Nasional klubunun rəhbərliyi müdafiə xəttini gücləndirmək üçün Medina transferini prioritet hesab etdiyi vurğulanır.Qeyd edək ki, Kevin Medina 2020-ci ildən "Qarabağ" FK formasını geyinir və klubun uğurlarında mühüm rol oynayıb.Vüsal Qarabağlı

ABŞ və İsveç idmançıları Dünya Çempionatının pley-off mərhələsinə vəsiqə qazanıblar

 ABŞ və İsveç milli xokkey komandaları 2026-cı il IIHF Dünya Çempionatının dörddəbir finalına yüksəliblər.Oxu24.com xəbər verir  ki,amerikalılar 2026-cı il IIHF Dünya Çempionatının qrup mərhələsinin son oyununda Avstriyanı məğlub ediblər. Oyun 26 may çərşənbə axşamı günü baş tutub  və 11 xal qazanaraq A qrupunda dördüncü yeri tutan amerikalıların xeyrinə 4-1 hesabı ilə başa çatıb.İsveçlilər 26 may tarixində keçirilən son oyununda Slovakiyanı 4-2 hesabı ilə məğlub edərək B qrupunda eyni yeri tutdular. Onların 12 xalı var. Bütün dörddəbir final cütlükləri çərşənbə axşamı günü, bütün qrup mərhələsi oyunları başa çatdıqdan sonra müəyyənləşəcək.Turnir 15-31 may tarixlərində İsveçrədə keçirilir. Rusiya milli komandası Beynəlxalq Xokkey Federasiyası (IIHF) tərəfindən yarışdan kənarlaşdırılıb.Jalə

Əfran İsmayılov vitse-prezident oldu

Azərbaycan milli komandasının sabiq üzvü Əfran İsmayılov Premyer Liqaya yeni vəsiqə qazanan “Şəfa”nın vitse-prezidenti vəzifəsinə təyin edilib.Oxu24.com  xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabları məlumat yayıb. Qeyd edək ki, Əfran İsmayılov ötən gün “Araz-Naxçıvan”ın məşqçi korpusundan ayrılmışdı. 

Zakaria Savo “Qarabağ”a neçəyə başa gəldi? - Transferin detalları

"Qarabağ" klubu 26 yaşlı qambiyalı hücumçu Zakaria Savonu heyətinə qatıb. Oxu24.com xəbər verir ki,QOL.az saytı bu transferin detallarını öyrənə bilib.Əldə etdityimiz xəbərə görə, futbolçu ilə 3 illik müqavilə imzalanıb və buna görə onun klubu olan “Yurqorden”ə (İsveç) təzminat ödənilib.Bu keçid Ağdam klubuna ümumilikdə 1,5 milyon manata (800 min avroya) başa gəlib. Razılığa əsasən, qarşı tərəfə bugünkü məzənnə ilə 1 milyon manat məbləğində sabit ödəniş həyata keçiriləcək, qalan məbləğ isə əlavə bonuslar şəklində ödəniləcək.Xatırladaq ki, bundan öncə "Qarabağ" mayın 18-də fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb.

Güləşçimiz Avropa çempionu oldu 

Azərbaycanın sərbəst güləşçisi Yusif Abdullayev Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatında qızıl medal qazanıb. Oxu24.com  xəbər verir ki, 38 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Gürcüstan təmsilçisi Rezi Yobidze ilə qarşılaşıb. Abdullayev həlledici görüşdə rəqibinə 10:0 hesabı ilə tam üstünlüklə qalib gələrək Avropa çempionu adını qazanıb. Qeyd edək ki, Yusif finala gedən yolda da inamlı çıxış edib. O, ukraynalı İvan Vasilkovu 10:0, Ermənistan təmsilçisi Norayr Gevorqyanı 11:0, belçikalı Məhəmməd Bisultanovu isə 13:1 hesabı ilə məğlub edib.

Futbol üzrə dünya çempionatının kuboku Kanadada təqdim edilib

Futbol üzrə dünya çempionatının kuboku Kanadanın Toronto şəhərinin meriyasının yerləşdiyi meydanda ictimaiyyətə təqdim edilib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Kuboku ictimaiyyətə 2006-cı il Dünya Kuboku çempionu və İtaliya milli komandasının keçmiş müdafiəçisi Alessandro Nesta təqdim edib.

Toronto meri Oliviya Çou bildirib ki, futbol insanları dil, mənşə və ya idman seçimindən asılı olmayaraq birləşdirir. O bildirib ki, bu, dünyanın ən çoxmədəniyyətli şəhərlərindən biri olan Torontonun xarakterini əks etdirir.

Qeyd olunur ki, Toronto 2026-cı il Dünya Kuboku zamanı altı oyuna ev sahibliyi edəcək. Şəhər həmçinin turnirin gənclərin futbola marağını artıracağına və idman infrastrukturunun inkişafına uzunmüddətli töhfə verəcəyinə ümid edir.

Mbappe ikinci dəfə La Liqanın bombardiri olub

"Real"ın fransalı hücumçusu Kilian Mbappe 2025/2026 mövsümündə İspaniya La Liqasının bombardiri olub.

"Report" xəbər verir ki, hücumçu XXXVIII turda "Atletik"ə qarşı ev matçında (4:2) qol vurub.

Nəticədə o, 31 oyunda 25 dəfə qapıya yol tapıb.

"Malyorka"nın hücumçusu Vedat Muriqi isə 23 qolla ikinci yeri tutub.

Mbappe ardıcıl ikinci dəfə İspaniya çempionatında ən çox qol vuran oyunçu adını qazanıb. Sonuncu belə oyunçu 2016/2017 mövsümündən başlayaraq beş il ərzində klubun bombardirlər siyahısına başçılıq edən "Barselona"nın argentinalı sabiq hücumçusu Lionel Messi olub.

Mbappe ötən mövsüm "Real"da debüt etmişdi və 31 oyunda 34 qol vurmuşdu.

Media nümayəndələri Şamaxıda güləş zalı ilə tanış olublar

Azərbaycan Güləş Federasiyası tərəfindən Şamaxı şəhərinə təşkil olunan mediatur çərçivəsində jurnalistlər yerli güləş zalına baxış keçiriblər.

"Report"un Şirvan bürosu xəbər verir ki, media nümayəndələrinə zalda yaradılan şərait, idmançıların məşq prosesi və gələcək planlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, bölgələrdə güləşin inkişafı, yeniyetmə və gənclərin idmana cəlb olunması istiqamətində ardıcıl işlər aparılır.

Tur iştirakçıları məşq zalında idmançılar üçün yaradılan şəraitlə tanış olub, məşq prosesini izləyiblər. Qeyd olunub ki, müasir avadanlıqlarla təchiz edilən zalda müxtəlif yaş qrupları üzrə güləşçilər hazırlıq keçirlər.

Federasiya nümayəndələri vurğulayıblar ki, regionlarda idman infrastrukturunun gücləndirilməsi Azərbaycan güləşinin gələcək uğurları baxımından mühüm əhəmiyyət daşıyır.

Bakıda BMT-nin Məskunlaşma Proqramının təşkilatçılığı ilə "SPLASH for Swimmable Cities" tədbiri keçirilib

Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Bakı 2026 – "Dünyanın İdman Paytaxtı" və "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası, Üzülə bilən Şəhərlər İttifaqı (The Swimmable Cities Alliance) və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə "SPLASH for Swimmable Cities" tədbiri keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, "Sea Breeze Resort" ərazisindəki sahil zonasında keçirilən tədbirdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) qonaqları, idmançılar və üzgüçülük həvəskarları iştirak ediblər.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax və Azərbaycan Üzgüçülük Federasiyasının müşaviri Rəşad Əbdürəhmanov və Azərbaycanın ilk "dəmir adamı" (Ironman) Firdovsi Kərimov çıxış ediblər. Aksiyaya qoşulan hər kəsə təşəkkür ediblər və üzgüçülüyün sağlam həyat tərzində rolunu qeyd ediblər.

Çıxışlardan sonra 100-dək iştirakçı eyni vaxtda dənizdə üzərək aksiyaya qoşulub.

Həbib Nurməhəmmədovdan UFC rəhbərinin pul iddialarına<span style="color: #ff0000;"> CAVAB</span>

"Mütləq Döyüş Çempionatının (UFC) keçmiş çempionu olaraq karyeramı başa vurmağımın arxasında heç vaxt maddi məsələlər dayanmayıb".
 
Moderator.az xəbər verir ki, bu barədə Həbib Nurməhəmmədov özünün "Instagram" hesabında paylaşım edib.
 
Xatırladaq ki, bir müddət əvvəl UFC rəhbəri Dana Uayt Nurməhəmmədovun kifayət qədər pul qazandığı və artıq döyüşməyə ehtiyacı olmadığı üçün idmandan getdiyini iddia etmişdi.
 
"İnternetdəki hər şeyə şərh verməyi sevmirəm, amma Dana belə deyəndə, bu, hər yerə yayılır. Bu, təbii ki, yalandır. Heç kim mənə o milyonları verməyib. Çoxlu pul qazandığıma görə idmandan getdiyim barədə yazılanlar da həqiqəti əks etdirmir. Əsl həqiqəti isə bütün dünya bilir. Bu barədə dəfələrlə danışmışam və təkrarlamağa ehtiyac yoxdur", - deyə Nurməhəmmədov vurğulayıb.
 
Qeyd edək ki, Həbib Nurməhəmmədov peşəkar karyerasını 2021-ci ildə bitirib. Onun hesabında 29 qələbə var və heç vaxt məğlub olmayıb. 2022-ci ildə isə əfsanəvi döyüşçünün adı UFC-nin Şöhrət Zalına daxil edilib.
 

<span style="color: #ff0000;">Mövsümün son turunun oyunlarına hakim təyinatları açıqlandı</span>

Misli Premyer Liqasında mövsümün sonuncu - XXXIII turuna təyinatlar açıqlanıb.

Moderator.az AFFA-ya istinadən xəbər verir ki, "Turan Tovuz" - "Sabah" matçı Rauf Cabarova tapşırılıb.

"Araz-Naxçıvan" - "Zirə" görüşündə Əkbər Əhmədov iş başında olacaq.

Misli Premyer Liqası

III dövrə, XXXIII tur

21 may

18:30. "Qəbələ" – "Şamaxı"

Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Şirmamed Mamedov, Niyaz Əhmədov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Ramil Diniyev.

Qəbələ şəhər stadionu

22 may

17:00. "Turan Tovuz" – "Sabah"

Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Orxan İbişov, Emin Əliyev.

VAR: Tural Qurbanov.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

"Bank Respublika Arena"

19:30. "Sumqayıt" – "Qarabağ"

Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihat Seyidov, Nicat İsmayıllı.

VAR: Fərid Hacıyev.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: Ceyhun Haşımov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

23 may

15:00. "Kəpəz" – "Neftçi"

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev.

VAR: Elçin Məsiyev.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Orxan Məmmədov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:00. "Araz-Naxçıvan" – "Zirə"

Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam M.əmmədov.

VAR: Kamal Umudlu.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: İmanxan Sultani.

"SOCAR Polymer Arena"

24 may

16:00. "İmişli" – "Karvan-Yevlax"

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Rahil Ramazanov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

Quba Olimpiya İdman Kompleksinin stadionu

Bu gün futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bu gün müəyyənləşəcək.
 
Moderator.az xəbər verir ki, həlledici qarşılaşmada "Araz-Naxçıvan"la "Neftçi" İK üz-üzə gələcək.
 
Matç Bakı İdman Sarayında, saat 16:00-da start götürəcək.
 
Azərbaycan Kuboku
Final
21 may
 
16:00. "Araz-Naxçıvan" – "Neftçi İK"
 
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev.
 
Ehtiyat hakim: İmran Məhərrəmov.
 
Hakim-inspektor: Əfqan Həmzəyev.
 
Bakı İdman Sarayı
 
İndiyədək "Neftçi" İK 7, "Araz-Naxçıvan" isə 6 dəfə ölkə kubokunun qalibi olub.
 
Xatırladaq ki, mayın 18-də bu komandalar arasında baş tutan Yüksək Liqanın həlledici matçında "Araz-Naxçıvan" 5:2 hesablı qələbə qazanaraq 20-ci dəfə Azərbaycan çempionu olub.
 

Premyer Liqa:<span style="color: #ff0000;"> Son tura bu gün Qəbələdə start veriləcək</span>

Bu gün Azərbaycan Premyer Liqasında XXXIII – son turun ilk oyunu keçiriləcək.
 
Moderator.az xəbər verir ki, ilk oyun günündə “Qəbələ” və “Şamaxı” komandaları üz-üzə gələcək.
 
Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 18:30-da start götürəcək.
 
Bu oyunların nəticəsindən aslı olmayaraq, aktivində 24 xalı olan Kaxaber Sxadadzenin komandası mövsümü turnir cədvəlinin 11-ci, 38 xalı olan Ayxan Abbasovun kollektivi isə 8-ci pillədə başa vuracaq.
 
Qeyd edək ki, tura mayın 24-də yekun vurulacaq.
 

Nəriman qol ötürməsi etdi, komandası yarımfinala yüksəldi - <span style="color: #ff0000;">VİDEO</span>

Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" komandasında məhsuldar ötürmə müəllifi olub.
 
Moderator.az xəbər verir ki, 22 yaşlı hücumçu "Nyu-York Siti"yə 1:0 hesabı ilə qalib gəldikləri ABŞ Açıq Kubokunun 1/4 final oyununda assistlə yadda qalıb.
 
O, 59-cu dəqiqədə qələbə qolunun vurulmasında önəmli rol oynayıb.
 
Qarşılaşmaya ilk "11-lik"də başlayan N.Axundzadə 64-cü dəqiqədə əvəzlənib.
 
Xatırladaq ki, "Kolambus Kryu" yarımfinalda "Orlando Siti" ilə üz-üzə gələcək. Azərbaycan millisinin üzvünün komandası ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.


 

UEFA Avropa Liqasında FİNAL HƏYƏCANI  

Bu gün UEFA Avropa Liqasının qalibi müəyyənləşəcək.Oxu24.com xəbər verir ki, final görüşündə "Frayburq" (Almaniya) və "Aston Villa" (İngiltərə) komandaları üz-üzə gələcək. İstanbulda baş tutacaq oyuna saat 23:00-da start veriləcək.Avropa LiqasıFinal20 may23:00, "Frayburq" (Almaniya) - "Aston Villa" (İngiltərə)İstanbul, "Beşiktaş Park Arena"

Portuqaliya millisi Ronaldonun 2026-cı il dünya çempionatına niyə çağırıldığını açıqlayıb

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının hücumçusu Kriştiano Ronaldonu 2026-cı il Dünya Kuboku üçün çağırmaq qərarını izah etdi. Oxu24.com xəbər verir  ki, bu barədə Record saytı yazıb."Birincisi, o, dünya futbolunun ikonasıdır - bütün dünyada azarkeşlərin öz fikirləri olan və şübhəsiz ki, oyunun inkişafına böyük töhfələr verən bir insan. İkincisi, o, bizim kapitanımızdır. O, özündən də digər oyunçulardan tələb etdiyi kimi eyni şeyi tələb edir", - deyə mütəxəssis bildirib.Bu, 41 yaşlı Ronaldo üçün altıncı Dünya Kuboku olacaq. Qrup mərhələsində Portuqaliya Konqo Demokratik Respublikası, Özbəkistan və Kolumbiya ilə qarşılaşacaq.Qarşıdan gələn Dünya Kuboku 48 komandanın iştirak edəcəyi ilk turnir olacaq. Bir neçə media orqanı İranın ABŞ və İsrail ilə münaqişəsi səbəbindən turnirdən çıxmasından sonra Rusiyanın Dünya Kuboku üçün "wild card" ala biləcəyini ehtimal edirdi. Lakin İran millisi daha sonra oyunlarının ABŞ-dan Meksikaya keçirilməsi ilə bağlı Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) ilə danışıqlara başladı. Mayın 18-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi FİFA-nın ölkəsinin komandasına qarşıdan gələn Dünya Kubokunda iştirak zəmanəti verdiyini bildirib.Nigar

“Qarabağ” yeni transferi rəsmən elan etdi 

"Qarabağ" fransalı vinger Jali Muaddibi transfer edib.Oxu24.com  xəbər verir ki, bu barədə klub məlumat yayıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb. Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, komandada 7 nömrəli formanı geyinəcək.Qeyd edək ki, Jalinin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradippou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.Xatırladaq ki, Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.

Bizimkilər avrokuboklarda - Oyunların və püşkatmanın tarixləri 

2026/27 mövsümü Azərbaycanı UEFA-nın Avropa kuboklarında təmsil edəcək sonuncu iştirakçı da müəyyənləşib.Oxu24.com  xəbər verir ki, bu, “Neftçi”nin 32-ci turda “Sabah” üzərindəki səfər qələbəsi (2:1) sayəsində mümkün olub. Son turun nəticəsindən asılı olmayaraq, “ağ-qaralar” mövsümü 4-cü yerdə başa vuracaq. Beləliklə, “Neftçi” Azərbaycanı UEFA-nın Konfrans Liqasında təmsil etmək hüququ əldə edib. Bundan əvvəl “Sabah” Çempionlar Liqasına, “Qarabağ” Avropa Liqasına, “Turan Tovuz” isə Konfrans Liqasına vəsiqə qazanmışdı.Bəs, klublarımız yeni mövsüm mübarizəyə hansı mərhələdən və hansı tarixdə başlayırlar? Püşkatmalar nə vaxtdır?“Sabah”Çempionlar Liqasına 1-ci mərhələdən başlayır. Püşkatma tarixi: 16 iyunMərhələnin ilk oyunları:  7/8 iyulCavab oyunları: 14/15 iyul“Qarabağ”Avropa Liqasına 1-ci mərhələdən başlayır. Püşkatma tarixi: 16 iyunMərhələnin ilk oyunları: 9 iyulCavab oyunları: 16 iyul“Turan Tovuz” Konfrans Liqasına 2-ci mərhələdən başlayır. Püşkatma tarixi: 17 iyun2-ci mərhələnin ilk oyunları: 23 iyulCavab oyunları: 30 iyul“Neftçi” Konfrans Liqasına 1-ci mərhələdən başlayır. Püşkatma tarixi: 16 iyun1-ci mərhələnin ilk oyunları: 9 iyulCavab oyunları: 16 iyul

"Çelsi" Xabi Alonso ilə danışıqlara başlayıb

"Çelsi" rəhbərliyi ispaniyalı mütəxəssis Xabi Alonso ilə danışıqlara başlayıb.Oxu24.com  insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, London klubu yeni baş məşqçi axtarışlarını fəal şəkildə davam etdirir və onun adını dünya çempionatı başlamazdan əvvəl açıqlamağı planlaşdırır."Zadəganlar"ın namizədlər siyahısında X.Alonso ilə yanaşı, "Bornmut"un baş məşqçisi Andoni Iraola, "Kristal Pelas"dan Oliver Qlasner və "Fulhem"dən Marku Silva da var.X.Alonsonun son iş yeri "Real" olub. O, Madrid təmsilçisinə 2025-ci ilin iyunundan 2026-cı il yanvarın 12-dək rəhbərlik edib.Qeyd edək ki, "Çelsi" İngiltərə Premyer Liqasında 36 turdan sonra 49 xalla doqquzuncu pillədə qərarlaşıb. London klubu apreldə baş məşqçi Liam Rosenyoru istefaya göndərib, hazırda bu vəzifəni müvəqqəti olaraq Kalum Makfarleyn icra edir.

FİFA-dan "Qarabağ"la bağlı xoş xəbər 

FİFA-nın "Qarabağ"a tətbiq etdiyi transfer qadağası ləğv olunub.Oxu24.com Futbolinfo.az-a istinadla xəbər verir ki, ali futbol qurumu ağdamlılarla bağlı qərarını dəyişib.FİFA Premyer Liqa təmsilçisinin növbəti 3 transfer dönəmində oyunçu alışına qadağa qoysa da, məlum olub ki, "Qarabağ"ın bu məsələ ilə bağlı problemi həllini tapıb.Vitse-çempion bir neçə gün əvvəl transfer qadağası ilə üzləşən "Neftçi" ilə eyni taleyi yaşayıb. Belə ki, "Qarabağ" futbolçulardan birinin transfer ödənişini gecikdirdiyi üçün FİFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salıb. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qaldırılıb.Bütün bunlar onu deməyə əsas verir ki, "Qarabağ" yay fasiləsində heyətinə istənilən futbolçunu qata bilər.

Bu gün 1-ci liqada çempion müəyyənləşə bilər 

Bu gün Azərbaycan 1-ci liqasında 26-cı tura yekun vurulacaq.Oxu24.com  xəbər verir ki, lider “Şəfa” “Cəbrayıl”ı qəbul edəcək."Şəfa" bu oyunda qalib gələcəyi, yaxud ən yaxın izləyicisi “Səbail”in xal itirəcəyi təqdirdə sona bir tur qalmış çempionluğunu rəsmiləşdirəcək.Günün bütün oyunları eyni saatda- 17:00-da başlayacaq.15 may (cümə)Azərbaycan 1-ci liiqası26-cı tur17:00.“Mingəçevir” – MOİKYaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)17:00.“Səbail” – “Şahdağ Qusar”“Bayıl Arena”17:00.“Baku Sportinq” – “Zaqatala”Buzovna qəsəbə stadionu17:00.“Şəfa” – “Cəbrayıl”Binə qəsəbə stadionu

Güləşçilərimiz 5 medal qazandılar

Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatının 6-cı günündə 5 medal qazanıblar. Modern.az-ın Azərbaycan Güləş Federasiyasına istinadən məlumatına görə, Hüseyn Rzazadə (48 kq) finalda ukraynalı Volodimir Boykoya heç bir şans tanımayıb. Rəqibinə vaxtından əvvəl (12:0) qalib gələrək Avropa çe...

&quot;Qarabağ&quot; və &quot;Turan Tovuz&quot; avrokuboklarda

Futbol üzrə Azərbaycan Premyer Liqasında 32-ci turun daha 2 oyunu keçirilib. Modern.az xəbər verir ki, "Qarabağ" doğma meydanda "İmişli"yə 3:0, "Şamaxı" isə "Turan Tovuz"a 3:2 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Ağdam klubu 66 xalla 2-ci, Tovuz təmsilçisi 59 xalla 3-cü, Şamaxının eyniadlı koma...

PSJ üçün şad xəbər 

PSJ-nin qapıçısı Lukas Şevalye zədəsini sağaldıb.Bu barədə "RMC Sport" məlumat yayıb. Qolkiper artıq komanda ilə məşqlərə başlayıb.Bildirilib ki, 25 yaşlı futbolçu özünü yaxşı hiss edir. O, həmçinin Fransa millisinin DÇ-2025 üçün müraciətinə daxil edilmək şansını qoruyub saxlayır.Fransa çempionatının cari mövsümündə 24 yaşlı Şevalye 26 oyunda iştirak edib və 28 qol buraxıb.

"Neftçi" 3 xalı 3 qolla qazandı

Misli Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.Oxu24.com  xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Şamaxı"nı qəbul edib."Palms Sports Arena"dakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0."Ağ-qaralar"ın qollarını 1-ci dəqiqədə Emin Mahmudov, 47-ci dəqiqədə İmad Faraj, 83-cü dəqiqədə Breno Almeyda vurublar.Dördüncü pillədə qərarlaşan "Neftçi" bu nəticədən sonra xallarının sayını 53-ə çatdırıb. "Şamaxı" 35 xalla səkkizincidir.Günün ilk oyununda "Turan Tovuz" "Karvan-Yevlax"ı üstələyib - 1:0.Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" "Sabah"ı (1:0), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Qəbələ" - "Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb. "İmişli" - "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb.

Azərbaycan Ordusunun gənc əsgərləri AND İÇİBLƏR

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına müvafiq olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.Oxu24.com  xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub.Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni ifa olunub.Təntənəli surətdə Hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək andiçmə mərasiminin mayın 10-una, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyinə təsadüf etməsini xüsusi vurğulayaraq, Ulu Öndərin şərəfli ömür yolundan və çoxşaxəli fəaliyyətindən, xalqımız və dövlətçiliyimiz üçün gördüyü əvəzsiz xidmətlərdən danışıb, gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim yüksəltmələrini, komandir-rəis heyətinin əmr və göstərişlərini dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə hər an hazır olmalarını tövsiyə ediblər.Andiçmə mərasimləri hərbi qulluqçuların təntənəli marşlarla tribunaların önündən keçidləri ilə başa çatıb.Hərbi qulluqçular üçün bayram süfrələri təşkil edilib və vətənpərvərlik ruhunda mədəni-kütləvi tədbirlər keçirilib.

Mingəçevir Dövlət Universitetində genişmiqyaslı idman hərəkatı – FOTOLAR

2026-cı ilin 10 may tarixində Mingəçevir Dövlət Universiteti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “I MDU Yaşıl Kampus İdman Festivalı” (I MSU Green Campus Sports Festival) keçirilib.Gənclər arasında sağlam həyat tərzinin təşviqi, ekoloji mədəniyyətin [...]

Source

Magistraturada keçid balı artacaq ixtisaslar - kimlərin şansı çoxdur?

Magistraturaya qəbul üzrə ikinci cəhd imtahanı may ayının 17-də keçiriləcək. Bakalavrlar arasında ən çox maraq doğuran məsələlərdən biri də ixtisaslar üzrə keçid ballarının necə dəyişəcəyidir. Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün ümumilikdə  23078 bakalavr qeydiyyatdan keçib.Bu il magistratura üzrə hansı ixtisaslarda keçid ballarının artacağı, hansılarda isə azalacağı gözlənilir? Oxu24.com  xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, bu il magistraturaya qəbul müsabiqəsi həm gərgin, həm də rəqabətli olacaq:"Dövlət İmtahan Mərkəzi tərəfindən 17 may tarixində magistraturaya ikinci cəhd imtahanı keçiriləcək və burada 23 mindən çox bakalavrın iştirakı gözlənilir. Bu göstərici son illərdə qeydə alınan ən yüksək rəqəm hesab olunur. Ötən illə müqayisədə müsabiqəyə təxminən 3000-dən çox bakalavrın daha artıq qatılması müşahidə edilir. Ümumilikdə həm birinci, həm də ikinci cəhd üzrə magistraturaya sənəd verənlərin sayında əvvəlki illərlə müqayisədə ciddi artım qeydə alınıb. Bu isə cari ildə magistratura qəbul müsabiqəsinin daha gərgin və yüksək rəqabətli keçəcəyindən xəbər verir".Əsas rəqabətin 45-70 bal aralığında formalaşacağı gözlənilir və bu, xüsusilə MBA proqramları üzrə keçid ballarında artıma səbəb ola bilər:“Nəticələr baxımından isə birinci cəhddə iştirak edən bakalavrların bir qismi ikinci cəhdə də qatılır və onların təxminən 3 aylıq hazırlıq dövrü olur. Bu müddət ərzində iştirakçılar əvvəlki imtahanda yol verdikləri səhvləri aradan qaldırmağa çalışırlar. Düşünürəm ki, bu amil ikinci cəhddə nəticələrin bir qədər də yaxşılaşmasına gətirib çıxara bilər. Eyni zamanda həmin dəyişiklik ümumi ixtisaslar üzrə formalaşan keçid ballarına da təsirsiz ötüşməyəcək.Ümumi gözləntim ondan ibarətdir ki, əsas sıxlıq 45-70 bal aralığında olacaq. Daha doğrusu, imtahan verən bakalavr kontingentinin böyük hissəsi bu bal intervalında cəmləşəcək. Bu isə həmin bal aralığında ötən illərdə formalaşmış ixtisasların keçid ballarında artım istiqamətində dəyişikliklərə səbəb ola bilər.Xüsusilə MBA proqramı ixtisaslarında və digər bəzi proqramlarda ötən illərlə müqayisədə ballarda müəyyən artım müşahidə oluna bilər. 70 baldan yuxarı nəticə göstərən bakalavrlar isə daha şanslıdırlar. Çünki onların real qəbul şansı digər bakalavrlarla müqayisədə daha yüksək olacaq.Bakalavrlar seçim zamanı, təbii ki, daha çox əmək bazarında tələbat olan ixtisasları nəzərə almalıdırlar. Əgər məqsədləri öz ixtisaslarını davam etdirmək və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaqdırsa, mütləq hansı universitetdə həmin sahə üzrə daha keyfiyyətli təhsil verildiyinə diqqət yetirməlidirlər. Bu amillər düzgün qiymətləndirildiyi halda, onların daha uğurlu nəticə əldə etməsinə ciddi şəkildə töhfə verə bilər".

Tanınmış idmançı GÜLLƏLƏNDİ 

Rusiyanın Kaluqa şəhərində çoxnövçülük üzrə çempion Dmitri İsayev güllələnərək qətlə yetirilib.Oxu24.com  SHOT Teleqram kanalına istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. İdmançı ov tüfəngi ilə vurulub. Silahın İJ markalı olduğu ehtimal edilir.Hüquq-mühafizə orqanlarının versiyasına əsasən, əsas şübhəli İsayevin münasibətdə olduğu qadının keçmiş sevgilisidir. Bildirilir ki, o, ayrılığı qəbul edə bilməyərək qısqanclıq zəminində hücum edib.
❌