"Mançester Siti" son 17 ildə Premyer Liqada ən uzun qələbəsiz seriyasını yaşayır

"Mançester Siti" İngiltərə Premyer Liqasında ardıcıl beş oyundur qələbə qazana bilmir.

"Squawka" statistik portalına istinadən, bu, komandanın 2009-cu ildən bəri Premyer Liqada ilk belə qələbəsiz seriyasıdır.

Bu müddət ərzində komanda üç dəfə məğlub olub, iki dəfə isə heç-heçə edib.

Bununla yanaşı, "Mançester Siti" Xosep Qvardiolanın rəhbərliyi altında heç vaxt çempionatda ardıcıl beş oyunda qələbə qazana bilməyib.

Komanda son matçda Premyer Liqanın XII turunda "Arsenal"la 2:2 hesablı heç-heçə edib.

"Mançester Siti" hazırda 23 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lider "Arsenal"dan altı xal geri qalır.