Almaniya üçün Alternativ (AfD) partiyasının deputatı Maksimilian Krax Rusiya ilə münasibətlərin yenidən qurulmasına çağırış edib.
O, Rusiyanın təhlükə yaratmadığını bildirərək, Moskvaya əl uzatmağın və tərəfdaşlığı bərpa etməyin vaxtının çatdığını deyib.
M.Kraxın sözlərinə görə, Rusiya hazırda ciddi iqtisadi və demoqrafik problemlərlə üz-üzədir, süni intellekt texnologiyalarına çıxışı məhduddur və guya Qərblə əlaqələri bərpa etmək istəməsinə baxmayaraq, Çinlə yaxınlaşmağa məcbur qalıb. Deputat məhz bu amilləri Rusiya ilə tərəfdaşlığın bərpası üçün əsas səbəb kimi göstərib.