"Düşmən silahlandırdığı qruplardan istifadə edərək yeni iğtişaşlar yaratmağa cəhd edə bilər" - SEPAH-dan XƏBƏRDARLIQ

İranın düşmənləri əvvəlcədən hazırladıqları silahlı qruplardan istifadə edərək Tehranın çevriliş cəhdi kimi qiymətləndirdiyi yanvar hadisələrinin ildönümündə ölkədə yeni iğtişaşlar törətməyə cəhd göstərə bilərlər.

İranın SNN TV telekanalına istinadən, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebi xəbərdarlıq edib:

"Düşmən 18-19 dekabr çevriliş cəhdinin ildönümündə intriqa, sui-qəsd, təxribatlar və əvvəlcədən silahlandırdığı, yaxud təlim keçirdiyi qruplardan istifadə edərək öz hərəkətlərini təkrarlamaq istəyir".

H.Mohebi əlavə edib ki, məğlubiyyətə uğrayan ABŞ qisas almağa və müəyyən nəticələr əldə etməyə çalışır.

Xatırladaq ki, İranda kütləvi etiraz aksiyaları ötən il dekabrın 28-də milli valyutanın kəskin devalvasiyası və qiymətlərin artması fonunda başlamış, iğtişaşlar yanvarın 8-9-da pik həddə çatmışdı. Rəsmi Tehran həmin hadisələrin təşkilində ABŞ və İsraili ittiham etmişdi.