Premyer Liqa: “Qarabağ” “Sumqayıt”la üz-üzə

Misli Premyer Liqasında XIII turun növbəti görüşləri bu gün keçiriləcək.

Üçüncü oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk olaraq "Şamaxı" doğma meydanda "Qəbələ" ilə üz-üzə gələcək. Şamaxı şəhər stadionundakı matç saat 14:30-da start götürəcək. Ev sahibləri 14 xalla yeddinci, qonaqlar 11 xalla doqquzuncu pillədə qərarlaşıb.

Günün ikinci duelində "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. "Azersun Arena"da təşkil olunacaq görüş saat 17:00-da başlanacaq. Ağdam təmsilçisi 20 xalla dördüncü sıradadır. "Kimyaçılar" isə 10 xalla onuncu yerdədir.