İran ABŞ qüvvələrinə qarşı hücumlarda "Starlink"dən istifadə edib.
Bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Məlumata görə, İlon Mask bundan münaqişənin ilk həftəsindəcə xəbər tutub:
“ABŞ hərbçiləri İranın ənənəvi rabitə sistemlərini məhv etdikdən sonra, Tehran qoşunlarını və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilən hücum əməliyyatlarını əlaqələndirmək üçün bu peyk şəbəkəsindən yararlanıb.
Buna cavab olaraq, "SpeysX" terminalların satışı və aktivləşdirilməsi ilə bağlı qaydalarını sərtləşdirib, şirkətin azı iki rəhbər əməkdaşı isə vəzifəsindən kənarlaşdırılıb”.
İran ordusunun sistemdən istifadəsinin qarşısının alınıb-alınmadığı hələlik məlum deyil.
Nəşr bildirib ki, İran ərazisində "Starlink"i tamamilə deaktiv etmək texniki cəhətdən mümkün olsa da, bu addım dövlət senzurasından yan keçmək üçün həmin xidmətdən istifadə edən sadə iranlıların da əlaqəsinin kəsilməsinə səbəb olardı.