FIFA sülh mükafatını ləğv edə bilər

Beynəlxalq Futbol Federasiyası (FIFA) sülh mükafatının təqdim edilməsini dayandırmaq və ya onun adını dəyişmək variantını nəzərdən keçirir.

Bu barədə "The New York Times" nəşri məlumat yayıb.

Məlumata əsasən, FIFA rəsmiləri qurumun prezidenti Canni İnfantinonun ABŞ Prezidenti Donald Trampla yaxın münasibətlərinə görə mükafatın ətrafında yaranan vəziyyətdən narahatdırlar. Bundan əlavə, növbəti mükafatın kimə təqdim ediləcəyi ilə bağlı da qeyri-müəyyənlik mövcuddur.

Xatırladaq ki, FIFA sülh mükafatının ilk laureatı Donald Tramp olub. Mükafat ona 2026-cı il dünya çempionatının püşkatma mərasimində təqdim edilib.

FIFA jurnalistlərin sorğusuna cavabında bu məsələ ilə bağlı qərarın "lazımi vaxtda" veriləcəyini bildirib.