ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Senatın Xarici Əlaqələr Komitəsində Ukrayna ilə bağlı qanunvericilər üçün qapalı brifinqdə çıxış edəcək.
Komitənin veb saytında yerləşdirilən cədvələ əsasən, Ukraynadakı vəziyyətlə bağlı qapalı brifinq 1 dekabr saat 14:00-da (Bakı vaxtı ilə saat 23:00) keçiriləcək. Brifinqin yüksək məxfilik məsələlərini əhatə edəcəyi bildirilir. Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin veb saytında qarşıdan gələn iclasın digər təfərrüatı barədə məlumat verilmir.