Fransanın Lurd şəhərində polis bölməsinin əməkdaşları binanı “pis ruhlardan” və mənfi enerjidən təmizləmək üçün şaman çağırıblar.
Xarici mediaya istinadən, buna səbəb polislərin işçi çatışmazlığından və ağır iş şəraitindən şikayət etmələri olub.
Əməkdaşlardan biri problemlərin binadakı mənfi enerji ilə əlaqəli ola biləcəyini düşünərək şaman çağırmağı təklif edib. Bundan sonra bölmədə xüsusi təmizlənmə mərasimi keçirilib.
Şəhər administrasiyası şamanın polis bölməsinə gəldiyini təsdiqləyib. Bununla belə, mərasimin polislərin şəxsi təşəbbüsü ilə təşkil edildiyi və xərclərin onların öz vəsaitləri hesabına qarşılandığı vurğulanıb. Mərasim üçün dövlət büdcəsindən pul ayrılmayıb.