''Qalatasaray''da Viktor Osimhen həsrəti başa çatmaq üzrədi.
Bilindiyi kimi nigeriyalı ulduz noyabrın 3-də Çempionlar Liqasında ''Ştutqart''a qarşı görüşdə zədə almışdı. 27 yaşlı futbolçu noyabrın 7-də ''Qalatasaray''ın baş həkimi Yenər İncə tərəfindən artroskopik diz əməliyyatı keçirmişdi. Düzdü, əsas qol silahının yoxluğu İstanbul nəhənginin nəticələrinə təsir göstərmədi. ''Cim-Bom'' Osimhensiz keçirməli olduğu hər 3 rəsmi oyunda qələbə qazandı.
Hazırda 8 oyunluq qələbə seriyasına malik olan Türkiyə çempionunu qarşıda çox ciddi bir sınaq gözləyir. Okan Burukun kollektivi bazar ertəsi derbidə ''Beşiktaş''ın qonağı olacaq. Derbi ərəfəsində ''Qalatasaray''a müjdəli xəbər var. Türkiyə mətbuatının yazdığına inansaq, ağrıları azalan ulduz futbolçunun adı iştirak ərizəsinə salınacaq. Amma onun əsas heyətdə olacağına, yoxsa sonradan meydana çıxacağına oyun ərəfəsindəki sonuncu analizlərdən sonra qərar veriləcək.
Bu mövsüm Osimhen ''sarı-qırmızılar''ın heyətində iştirak etdiyi 11 rəsmi oyunda aktivinə 10 qol, 3 məhsuldar ötürmə yazıb.