Tovuzda yolda sürüşmə: Hərəkət çətinləşdi - Video

Tovuz rayonunun Vahidli kəndində avtomobil yolunda təhlükəli vəziyyət yaranıb. Bir hissəsi sürüşərək çökən küçənin tamamilə yararsız hala düşəcəyindən ehtiyat edən sakinlər yolun bərpa olunmasını istəyirlər.