Şizofreniya diaqnozu məşhurun başına bəla oldu

Britaniya Boks Nəzarət Şurası (BBBofC) 2015-ci ildə Vladimir Kliçko üzərində qələbə qazandıqdan sonra ona şizofreniya xəstəliyi diaqnozunun qoyulduğu ilə bağlı etirafından sonra Tayson Fyurinin ruhi vəziyyətini araşdırır.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Baş katib Robert Smit qeyd edib ki, BBBofC tezliklə “Qaraçı Kralı”nın Entoni Coşuaya qarşı döyüş üçün icazəsi ilə bağlı qərar verəcək.

Onun sözlərinə görə, əgər komissiyanın həkimləri Taysonun sağlamlığının təhlükədə olmadığından əmin deyillərsə, Fyurinin 11 dekabr 2026-cı ildə Kardiffdə rinqə çıxmasına icazə verilməyəcək.

Xatırladaq ki, 28 noyabr 2015-ci ildə Fyuri və Kliçko WBA (Super), WBO, IBF, IBO və “The Ring” ağır çəkidə çempionluq kəmərləri uğrunda döyüşüblər. Ukraynalı yekdil qərarla məğlub olub.