Çin “Y-20B” ağır hərbi-nəqliyyat təyyarəsini ilk dəfə təqdim edəcək

Çin Ordusunun Hərbi Hava Qüvvələri dekabrın 7-dən 13-dək Quandun əyalətinin Çjuhay şəhərində keçiriləcək “Airshow China 2026” sərgisində ilk dəfə “Y-20B” ağır hərbi-nəqliyyat təyyarəsini nümayiş etdirəcək.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

“Y-20B” Çində hazırlanmış dörd ədəd yüksək ikikonturlu “WS-20” turboventilyator mühərriki ilə təchiz olunmuş “Y-20” modelinin modernləşdirilmiş versiyasıdır.

“Ziyarətçilər “Y-20B”nin yük bölməsinə baxış keçirmək və uçuş simulyasiyasında iştirak etmək imkanı qazanacaqlar.

Tədbirdə Çin tərəfi, həmçinin “J-35A” və “J-20A” görünməz qırıcılarını, “J-16” çoxməqsədli qırıcısını və “YY-20A” yanacaqdolduran təyyarəsini də təqdim edəcək.