ABŞ ordu qüvvələri Oman körfəzində ticarət gəmisinə zərbə endirib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Noyabrın 26-da Oman körfəzində ABŞ-ın dəniz blokadasını yarmağa cəhd göstərən gəmi sıradan çıxarılıb. ABŞ hərbi gəmisi Palau bayrağı altında üzən “Pacific Archer” gəmisinin arxa hissəsinə yüksək dəqiqlikli döyüş sursatı ilə zərbə endirib”, - deyə bildirilib.
Qeyd olunub ki, gəmi Bəndər-Abbas limanından çıxdıqdan sonra regional suları keçməyə cəhd göstərib.